Məhkəmə qərarları › İş №1(008)-815/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-815/2025

18.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-815/2025 18.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X12, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 müdafiəçisi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 müdafiəçisi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, X6 və X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X12 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhərində Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X23 xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət edərək X6 və X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, X3 Nərminə Nəriman qızı ilə xx.xx.2013-ci il tarixdə rəsmi nikah bağlayaraq, ailə qurmuşdur. Ailə həyatının ilk günlərindən cavabdehlə münasibətləri normal olsa da sonralar münasibətləri gərginləşmişdir. Hazırda Sabunçu rayon məhkəməsinin icraatında həm nikahın pozulması, həm də əmlak məsələləri ilə bağlı məhkəmə mübahisəsi vardır. Bildirmək istəyir ki, xx.xx.2025-ci il tarixdə saat 10:20-də Sabunçu rayon məhkəməsinin hakimi Fuad Babaşovun sədrliyi ilə aparılan məhkəmə iclasında Novruzova Nərminə və anası X21 onun və ailəsinin ünvanına təhqiramiz və böhtan xarakterli ifadələr işlətmişdir.Həmin məhkəmə iclasının video-diskini əldə etmək istəsək də, məhkəmədən bildirdilər ki, bu disk yalnız məhkəmənin sorğusu əsasında məhkəməyə göndərilə bilər. Bununla belə həmin video-diskə baxış keçirməyinə şərait yaratdılar və beləliklə o, həmin iclasda Novruzova Nərminə və anası X10 onun və ailəsinin ünvanına söylədiyi təhqiramiz fikirləri qeyd etmişdir.05:20-ci dəqiqədə hakim mənə sual vermişdir ki, ayrılmağınıza səbəb nə olmuşdur?Mən fikirlərimi Nərminəyə ünvanlamadan, heç onun tərəfinə baxmadan hakimə ayrılma səbəbimizi-Nərminənin kənar adamlarla - Mayıs adla şəxslə görüşdüyünü əsas gətirmişəm.Mən ona böhtan atmıram və mənim bununla bağlı sübutum vardı, həm mən hakimin sualına cavab verirdim.“Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” AR Ali Məhkəməsinin 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarında qeyd olunmuşdur ki, “Böhtan və təhqir xarakterli məlumatlann müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir.”Göründüyü kimi mən hakimin sualına cavab vermişəm sadəcə və bu hal cinayət məsuliyyətinə səbəb olmamalıdır.Lakin bu fikirləri eşidən Nərminə mənim üzərimə psixoloji hücum edərək hakimin fikirlərini yayındırmağa çalışmışdır.Mənim bu fikrimə qarşılıq olaraq Nərminə 05:28-ci dəqiqədə “Sənin anan və qardaşıvın arvadı Mayısla gəzir”-bildirmişdir. Səsləndirdiyi bu sözlər tamamilə şər və böhtandır.10:38-ci dəqiqədə X21 şəxsimin və ailəmin ünvanına “Şərəfsiz” sözünü işlədir. 10:40-cı dəqiqədə Novruzova X5 “şərəfsiz”, vəfat etmiş atasına isə “gorbagor” deyir.Bildirmək istəyirəm ki, atam mərhum Kamil Novruz Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş, əsərlərinə musiqilər bəstələnmiş, kənd ağsaqqalı, ziyalı şəxsiyyət olmuşdur. 2019-cu ildə vəfat etmişdir.1 l:58-ci dəqiqədə X2 Orxan Kamil oğluna “Sənin anan otelə gedib, sənin nəslində mənim kimi qeyrətli qız yoxdur”-deyir. 17:22-ci dəqiqədə qardaşım X17 “şərəfsiz” deyir, hakim ona cərimələnəcəyi barədə xəbərdarlıq edir, o isə “belə insanlara görə dəyər cərimə olunmağa”-bildirir. 33:33-cü dəqiqədə yenə şəxsimin ünvanına “şərəfsiz” deyir. Habelə, 07 oktyabr 2025-ci il tarixdə hakim Vidadi Qasımovun sədrliyi ilə keçirilən məhkəmə iclasında X21 mənim ünvanıma “Ə sus ə şərəfsiz” sözlərini demişdir. Həmin iclasın diski əldə olunmuşdur, şikayətə əlavə oluancaqdır. X1 və anası X10 mənim və ailəmin ünvanına söylədiyi təhqiramiz fikirləri mütəmadi xarakter almış və və həmin fikirlər məhkəmə iclasının katib və köməkçisinin, qarşı tərəfin vəkili X4, mənim öz vəkilim X8, həmin günü məhkəmə iclasında əyləşən anam X18 və bibim X13, eləcə də məhkəmə iclasında azad dinləyici kimi əyləşən digər şəxslərin rahat formada eşidib dərk edəcəyi formada yüksək səslə səsləndirilmişdir. Ünvanımıza dedikləri təhqir və böhtan sayılır. Yalan məlumatları kənar şəxslərin görə, eşidə və ya qavraya biləcəyi formada, qəsdən və qərəzli şəkildə demiş, mənim, habelə ailəmin şərəf va ləyaqətini qəsdən nalayiq formada alçaltmış və qəsdən böhtan atmışdır. Halbuki 1948-ci il Ümumdünya İnsan Hüquqlar Bəyannaməsində, 1966-cı il "Mülki va siyasi hüquqlar haqqında" Beynəlxalq Paktda və Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Avropa Məhkəməsinin presedent hüququnda demokratik sistemin davamllığı baxımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir.Bununla belə, o da nəzərə alınmalıdır ki, fikri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafəsi üçün məhdudiyyətlərə məruz, qala bilər.Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlğına hər hansı məhdudiyyətin "zəruriliyi" əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün "ciddi ictimai tələbatın'" mövcud olub- olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Matbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudlan demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olub-olmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz va Ruar Fransaya qarşt (BP) 45).Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkib hissələri: Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı səxsin şərəf ya ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma: Diqqətinizə çatdırmaq istəyirəm ki, X11 və anası X21 tərəfindən səslənən fikirlər (mənim dəli, narkoman, şizofren olmağım, və s.) həqiqəti əks etdirmir və mənim və ailəmin şəxsiyyətinə, şərəf və ləyaqətimizə, işgüzar nüfuzumuza ləkə gətirir. Bu faktların hamısı yalan, şər və qaralama olduğundan sadəcə bu cür məlumatlar yayaraq insanlarda, cəmiyyətdə ailəmizə qarşı aqressiya, nifrət oyatmağa çalışmışdır. Bununla mənə həm maddi, həm mənəvi ziyan vurmuşdur.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddələrinin tərkib hissələri:Təhqir yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilə əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmadır.Yuxarıda qeyd olunan heç bir əsası olmayan və sübut edilməyən bu ifadələr tamamilə yalandır və böhtan xarakteri daşıyır və mənə qarşı təhqirdir. Xüsusi ittiham qaydasında şikayət vermiş X23 xüsusi ittiham qaydasında verilmiş şikayəti müdafiə edərək icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 müdafiəçisi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 xüsusi ittiham qaydasında şikayətin qanunvericiliyin tələblərinə riayət edilmədən məhkəməyə verildiyini göstərərək şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 müdafiəçisi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 xüsusi ittiham qaydasında şikayətin qanunvericiliyin tələblərinə riayət edilmədən məhkəməyə verildiyini, kimə qarşı şikayət verildiyinin məlum olmadığını göstərərək şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin müdafiəçilərini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş tərəfin dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun Məcəllənin 293.3.1—293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPMnin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdə keçirərək şikayətin Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 293.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilir. X23 xüsusi ittiham qaydasında vermiş olduğu şikayət ərizəsində X6 və X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsini göstərsə də, hər bir şəxsin ayrı-ayrılıqda söylədikləri hansı ifadələrin təhqir xarakerli, hansı ifadələrin böhtan xarakterli olduğunu qeyd etməmişdir. Halbuki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində verilmiş ittiham dəqiq və aydın ifadə olunmalıdır. Bundan başqa, X23 əməlin törədilməsi nəticəsində ona maddi və mənəvi ziyan vurulduğunu göstərsə də, vurulmuş zərərin məbləğini göstərməmişdir. Belə olan halda xüsusi ittiham qaydasında şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, X6 və X10 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X12 X6 və X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. X6 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 5 iş saatına görə 55 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. X10 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 5 iş saatına görə 55 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar