Məhkəmə qərarları › İş №1(008)-816/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-816/2024

29.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-816/2024 29.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 09 avqust 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum edilmiş , məhkumluğu ödənilməmiş və götürülməmiş, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 29,178.2.4-cü maddələri ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə özgə əmlakını ələ keçirib dələduzluq etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla vahid niyyətlə ələ keçirməyə cəhd etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qohumu Şahid Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılan cinayət işi üzrə gələcəkdə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsində köməklik etməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə özünə müraciət etmiş tanışı Zərərçəkmiş şəxs Adil oğluna özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdığı inam və etibardan suiistifadə edərək əvvəllər Bakı şəhəri Yasamal Rayon Məhkəməsində böyük mütəxəssis vəzifəsində işlədiyi üçün məhkəmə sistemində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə Şahid barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılan cinayət işi üzrə gələcəkdə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini təmin etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid xeyrinə edəcəyi hərəkətə, yəni onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 4.000 (dörd min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını xx.xx.2024-cü il tarixdə Şahid yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində fərdi yaşayış evinin qarşısında görüşləri zamanı Zərərçəkmiş şəxs aldatmaqla bildirərək, sonuncu ilə həmin işin müsbət həlli üçün 2.500 manat məbləğində pul vəsaiti verməsinə dair razılaşıb, həmin niyyətlə qeyd edilən tarixdə qeyd edilən ünvanda Zərərçəkmiş şəxs şəxsən 2.500 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə, cinayətkar niyyətini davam etdirərək, eyni niyyətlə 2024-cü ilin avqust ayının sonlarında Şahid barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə əlavə olaraq birbaşa yolla özü vasitəsilə 500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aralarında olan telefon danışığı zamanı Zərərçəkmiş şəxs aldatmaqla bildirərək, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə 2024-cü ilin avqust ayının sonlarında Zərərçəkmiş şəxs məxsus 500 manat məbləğində pul vəsaitini Şahid vasitəsilə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində alıb, şəxsi ehtiyaclarına sərf etməklə, cinayətkar niyyətini davam etdirərək, eyni niyyətlə xx.xx.2024cü il tarixdə Şahid barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə əlavə olaraq birbaşa yolla özü vasitəsilə 4.000 (dörd min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aralarında olan telefon danışığı zamanı Zərərçəkmiş şəxs aldatmaqla bildirərək, sonuncu ilə razılaşıb, lakin sonuncu aldadıldığını başa düşərək ona həmin məbləği verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib Zərərçəkmiş şəxs məxsus qeyd olunan pul vəsaitini ələ keçirməyə nail olmayaraq, ümumilikdə qeyd edilən qaydada Zərərçəkmiş şəxs məxsus 3.000 (üç min) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirib dələduzluq etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1 və 29,178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2010-2015-ci illərdə Bakı şəhəri Yasamal rayon məhkəməsində böyük mütəxəssis vəzifəsində işləmiş, daha sonra törətdiyi dələduzluq əməllərinə görə məhkum olunmuşdur. Əvvəllər ailəli olmuş, iki azyaşlı övladları var, həbs olunmamışdan öncə rəsmi olaraq boşanmışdır. Mahiyyəti üzrə bildirmişdir ki, 2024-cü ilin avqust ayının ortalarında tanışı Zərərçəkmiş şəxs ona müraciət edərək xalası oğlu Şahid Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində, əvvəllər Yasamal Rayon Məhkəməsində hakim işləmiş Anar Rzayev tərəfindən cinayət işinə baxıldığını və barəsində həbslə bağlı olmayan qərar qəbul edilməsində ona köməklik edilməsini xahiş etmişdi. Zərərçəkmiş şəxs onun əvvəllər Yasamal Rayon Məhkəməsində mütəxəssis işlədiyini bildiyi üçün həmin hakimlə tanışlığının olduğunu düşünərək ona müraciət etmişdir. Həmin vaxt o, işləmədiyi üçün pula ehtiyacı olduğundan Vüsala köməklik göstərəcəyi müqabilində bir qədər pul vəsaiti əldə edəcəyini düşünmüşdür. Bu səbəbdən də, Zərərçəkmiş şəxs məhkəmə sistemində əlaqələrinin olduğunu, ona köməklik edəcəyini bildirərək yalandan məhkəmələrdə bəzi şəxslərlə tanışlığının olduğunu və ona cavab verəcəyini demişdir. 2024-cü ilin avqust ayının 18-də Vüsal ilə zəngləşərək Şahid ilə sonuncunun Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən fərdi yaşayış evinin qarşısında görüşmüşdür. Orada olarkən onlara məsələnin həll edilməsi üçün 4.000 manat məbləğində pul lazım olduğunu bildirmiş, Vüsal ona həmin məbləğin çox olduğunu bildirərək 2.500 manat verə biləcəyini bildirmişdir. O, da onları inandırmaq üçün güya razılaşdırmaq məqsədi ilə kiməsə zəng etdiyi görüntüsünü yaradaraq onları inandırmış və Vüsal ilə razılaşdığı üçün həmin gün saat 17 radələrində Şahid yaşadığı evin qarşısında görüşüb 2.500 manat pulu Vüsaldan alaraq qısa müddətə həll edəcəyini vəd vermişdir. Bundan sonra ona bir qədər də pul lazım olduğu üçün bir neçə gün sonra Vüsal ilə zəngləşərək əlavə xərclər adı ilə 500 manat məbləğində pul vəsaitini Şahid vasitəsi ilə sonuncunun yaşadığı evin qarşısında görüşüb almışdır. Əldə etdiyi məbləği öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra, 29 avqust 2024-cü il tarixdə pula ehtiyacı olduğundan təkrarən onlara məhkəmədə olan işin həlli ilə bağlı təcili olaraq əlavə 4.000 manat məbləğində pul lazım olduğunu bildirmiş, Zərərçəkmiş şəxs əvvəlcə razılaşaraq daha sonra ona xəbər edəcəyini bildirsə də, sonradan tərəfindən aldadıldığını anlamış və verdiyi pulları geri tələb etməyə başlamışdır. O, da ondan aldığı ümumilikdə 3.000 manat pul vəsaitini qaytaracağına dair söz versə də, Vüsal onun barəsində şikayət etmişdir. Daha sonra Zərərçəkmiş şəxs ona göndərdiyi «ABB»-yə məxsus **********317909 saylı bank kartına 31 avqust 2024-cü il tarixdə saat 12 radələrində «Milliön» ödəniş terminalı vasitəsi ilə 200 manat, «ATB»-yə məxsus **********773998 saylı bank kartına 09 sentyabr 2024-cü il tarixdəsaat 01 radələrində istifadəsində olan "xxxx"a məxsus **********509202 saylı bank kartı vasitəsi ilə 200 manat, eyni qaydada, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində 100 manat, eyni tarixdə «ATB»-yə məxsus **********773998 saylı bank kartına saat 16 radələrində «Milliön» ödəniş terminalı vasitəsi ilə 700 manat, daha sonra xx.xx.2024-cü il tarixdə saat 13 radələrində «ABB»-yə məxsus **********317909 saylı bank kartına xx.xx.2024-cü il tarixdə saat 12 radələrində «MPay» ödəniş terminalı vasitəsi ilə 700 manat, eyni qaydada hissə-hissə olmaqla 750 manat köçürərək cəmi 2.650 manat pul vəsaitini Vüsala kart vasitəsi ilə qaytarmışdır. O, Zərərçəkmiş şəxs 350 manat verəcəyi məbləği də qısa müddətə ödəyəcəkdir. Artıq 03 oktyabr 2024-cü il tarixdə Şahid məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu Vüsaldan öyrənmiş, onun Akşinin xeyrinə qəbul ediləcəyi qərarla bağlı hər hansı bir şəxsə müraciəti olmamış, niyyəti bir qədər maddi vəsaiti ələ keçirməklə xırda borclarını ödəmək və özünə maşın almaqla taksi fəaliyyəti ilə məşğul olmaq, daha sonra əldə etdiyi qazancla ələ keçirdiyi pulu geri qaytarmaq olmuşdur.O, zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı və həmin ziyanın 10% məbləğində dövlət büdcəsinə ödəniş etmiş və barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qonşusu olan Təqsirləndirilən şəxs uşaqlıqdan tanımış, onun əvvəllər Yasamal Rayon Məhkəməsində işlədiyini bilmişdir. Daha sonralar Teyyubun törətdiyi cinayət əməlinə görə 6-7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib 2024-cü ilin mart ayında azadlığa buraxıldığını öyrənmişdir. Onunla normal münasibəti olmuşdur. Xalası oğlu Şahid Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində cinayət işinə baxılmış, istintaq dövründə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Şahid barəsində məhkəmə tərəfindən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsinə köməklik edilməsi üçün 15 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs müraciət etmişdir. Teyyubun əvvəllər məhkəmədə işlədiyi üçün tanışlarının ola biləcəyini düşündüyü üçün ona xalası oğlu Şahid cinayət işinə əvvəllər onunla Yasamal Rayon Məhkəməsində işləmiş hakim Anar Rzayevin baxdığını bildirmiş və bu işdə köməklik etməyini xahiş etmişdir. Teyyub ona maraqlanıb xəbər edəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs onunla telefonla danışaraq məsələni həli edə biləcəyini və görüşmək lazım olduğunu bildirdiyi üçün o, özünə məxsus avtomaşınla Pirşağı qəsəbəsində Teyyubla görüşərək Şahid yaşadığı Kürdəxanı qəsəbəsində yerləşən fərdi yaşayış evinə aparmışdır. Evin qarşısında olarkən Təqsirləndirilən şəxs onlara azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsinə köməklik edilməsi üçün 4.000 manat məbləğində pul lazım olduğunu bildirmişdir. Onunla söhbət zamanı o, həmin məbləğin çox olduğunu bildirərək ona 2.500 manat məbləğində pul verə biləcəyini bildirdiyi zaman Teyyub onların yanında kiminləsə telefonla danışaraq 2.500 manata həll edilə biləcəyini razılaşdırdığını bildirdiyi üçün ona inanmışlar. Həmin vaxt Teyyubun hakim Anar Rzayevlə telefonla danışdığını düşünmüşdür. Elə həmin gün Təqsirləndirilən şəxsla Kürdəxanı qəsəbəsində Şahid yaşadığı evin qarşısında görüşdük 2.500 manat pulu sonuncuya vermişdir. Bundan başqa bir neçə gün sonra, yəni avqust ayının sonlarında Təqsirləndirilən şəxs əlavə işin həlli üçün 500 manat istədiyi üçün o, həmin məbləği Şahid vasitəsi itə sonuncunun yaşadığı evin qarşısında Teyyuba çatdırmışdır. Akşinin işinə görə xərcləri öz üzərinə götürdüyü üçün maddi vəsait ona məxsus olmuşdur. Bundan sonra xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs onunla təkrar görüşərək təcili olaraq əlavə 4.000 manat verilməli olduğunu bildirmiş, o, əvvəlcə onunla razılaşmış, lakin, xəbər edəcəyini bildirərək Teyyubun ona qarşı dələduzluq etdiyini düşündüyü üçün hakim Anar Rzayevin özünə müraciət edərək baş verənlər barədə məlumat vermiş və Teyyub tərəfindən aldadıldığını anladığı üçün şikayət etmişdir. Daha sonra Təqsirləndirilən şəxs verdiyi pulu geri tələb etməyə başlamışdır. Teyyub tərəfindən ödəniş terminalları vasitəsi ilə ona ümumilikdə 1.900 manat pul vəsaiti geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixdə Şahid məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi üçün Təqsirləndirilən şəxs xalası oğlunun xeyrinə qəbul ediləcəyi qərarla bağlı hər hansı bir şəxsə müraciət etmədiyinə bir daha əmin olmuşdur. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, onun təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında dövlət ittihamçısı yazılı vəsatət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1 və 29,178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan rəqəmlə ifadədə həmin Məcəllənin 178.1-ci maddəsinin xaric edilməsini, onun barəsində CM-in 29,178.2.4-cü maddəsi ilə ittihamın müdafiəsinin davam etdirilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Eləcə də “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, şəxsin niyyəti xeyli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Həmçinin, cinayət hüquq nəzəriyyəsindən məlum olduğu kimi, cinayət etməyə cəhdin obyektiv əlamətləri belə fərqləndirilir: birincisi, törədilməsi əvvəlcə qət edilən cinayətin faktiki edilməsinə başlanılır, cinayətin obyektiv cəhəti qismən icra edilmiş olur. İkincisi, qəsd şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən başa çatdırılmamada ifadə olunur. İşin hallarında da görünür ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qohumu Şahid Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair baxılan cinayət işi üzrə gələcəkdə barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsinə köməklik etməsi ilə bağlı ona müraciət etmiş tanışı Zərərçəkmiş şəxs Adil oğlundan vahid niyyətlə, hissə-hissə olmaqla 3.000 manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmiş, eyni niyyətlə cinayətkar əməlini davam etdirib digər zəruri tədbirləri görməsinə görə əlavə olaraq 4.000 manat məbləğində pul vəsaitinin verilməsinin zəruriliyini Zərərçəkmiş şəxs bildirməklə aldadaraq razılaşmış, lakin sonuncu aldadıldığını başa düşərək ona həmin məbləği verməkdən imtina etdiyindən Zərərçəkmiş şəxs məxsus 7.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs niyyəti xeyli miqdarda əmlakın ələ keçirilməsinə yönəlsə də, iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədiyindən onun əməli xeyli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilməlidir. Bu baxımdan Təqsirləndirilən şəxs rəqəmlə ifadədə CM-in 178.1-ci maddəsi ilə ittiham irəli sürülməsinə ehtiyac qalmır. Məhkəmə vəsatəti iş materialları və işin həqiqi halları ilə əlaqəli şəkildə təhlil edərək vəsatətin təmin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, Zərərçəkmiş şəxs Adil oğluna özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdığı inam və etibardan sui-istifadə edərək onun 7000 manat məbləğində, yəni xeyli miqdarda pul vəsaitini ələ keçirməyə cəhd etmiş, zərərçəkmiş şəxsin 3000 manat məbləğində pul vəsaitini ələ keçirməyə müvəffəq olsa da, 4000 manat pul vəsaitini ələ keçirə bilməmiş, bununla da niyyətinin yönəldiyi məbləğdə pul vəsaitini ələ keçirməyə nail olmamışdır ki, bu da şəxsin əməlinin 29,178.2.4-cü maddəsi ilə əhatə olunmasına dəlalət edir. Belə ki, dələduzluq yolu ilə xeyli miqdarda pul vəsaitini ələ keçirmək niyyətində olan şəxsin xeyli miqdardan aşağı məbləğdə pul vəsaitini ələ keçirdiyi halda ələ keçirilmiş həmin məbləğin həm başa çatmış cinayət kimi, həm də başa çatmamış, yəni həmin cinayətə cəhd etmənin obyekti kimi nəzərə alınaraq təqsirləndirilən şəxsə iki maddə ilə ittiham elan edilərək onun həm başa çatmış, həm də eyni məbləğin əhatə olunduğu (hansi ki, ələ keçirilmiş 3000 manatın nəzərə alınmadığı halda, yəni ələ keçirilməsinə cəhd olunan 4000 manata münasibətdə 29,178.2.4-cü maddəsinin tərkibinin yaranması da qeyri-mümkün idi) başa çatmamış cinayətə görə məsuliyyətə cəlb olunması onun eyni əmələ görə iki dəfə cinayət məsuliyyətinə məruz qalması ilə nəticələnə bilər ki, bu isə həm milli, həm də beynəlxalq qanunvericilik aktlarının tələbləri ilə bir araya sığmamaqla yolverilməzdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 33-cü bəndində göstərilmişdir ki, şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Bununla belə xeyli və ya külli miqdarda əmlakı ələ keçirmək niyyətində olan şəxs istədiyi miqdarda yox, bundan az, lakin yenə də xeyli və ya külli miqdar təşkil edən əmlakı ələ keçirdikdə təqsirkarın əməli başa çatmış cinayət kimi CM-nin 178.2.4-cü və ya 178.3.2-ci maddəsi ilə tövsif edilir. Həmin qərarın 30-cu bəndində göstərilmişdir ki, dələduzluqla ələ keçirilmiş əmlak beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə olduqda, əməl - xeyli miqdarda ziyan vurmaqla (CM-nin 178.2.4-cü maddəsi), əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayaq məbləğdə olduqda - külli miqdarda ziyan vurmaqla (CM-nin 178.3.2-ci maddəsi), beş yüz min manatdan yuxarı olan məbləğdə olduqda isə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq kimi qiymətləndirilir. Göründüyü kimi, hazırki iş üzrə Təqsirləndirilən şəxs niyyəti zərərçəkmiş şəxsin 7000 manat məbləğində pul vəsaitini ələ keçirmək olsa da, o, iradəsindən asılı olmayaraq həmin məbləği deyil, zərərçəkmiş şəxsin cəmi 3000 manat məbləğində pul vəsaiti ələ keçirmişdir ki, belə olan halda onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq xeyli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilməli olduğundan məhkəmə ona ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq verilmiş AR CM-nin 178.1-ci maddəsinin ittihamdan xaric edilməsinin qanuni və əsaslı olması, bununla da dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətin təmin edilməsi qənaətindədir. Məhkəmə, həmçinin, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı tam ödəyərək həmin məbləğin 10% məbləğində dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq X1 AR CM-nin 29,178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad olunması nəticəsinə gəlir. Belə ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş yazılı ərizədən görünür ki, ona dəymiş zərər X2 tərəfindən ödənilmiş və onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. "xxxx" ASC-nin qəbzindən görünür ki, cinayət nəticəsində vurulmuş zərərin 10%-i(700 manat) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə əsasən bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatmadığı hallarda, şəxsin həmin maddələrdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməsi məsələsinə baxılarkən, dövlət büdcəsinə ödəniş başa çatmayan cinayətə görə qəsdin yönəldiyi əmlakın on faizi miqdarında müəyyən olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını və cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində vurulmuş ziyanın on faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.4-cü maddəsi ilə cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən, o cümlədən, cinayət nəticəsində vurulmuş ziyanın on faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.4 maddəsi ilə başlanılmış cinayət təqibinə AR CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs həmin maddə ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut- -“Pasha Pay” və “MPAY” ödəmə terminallarına məxsus 03 ədəd qəbzlər və Zərərçəkmiş şəxsla aralarında «WhatsApp» mobil tətbiqi vasitəsi ilə aparılmış yazışmaların mobil telefonunun ekranından fotoşəkilləri çəkilərək çap edilmiş 07 ədəd A4 formatda olan vərəqlər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar