Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-818/2023 02.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1993-cü il tarixdə Quba rayonu, 1-ci Nugədi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər Quba rayonu, fərdi qaydada işləyən, 1-ci Nuğədi kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs 17 aprel 2023-cü il tarixdə, saat 11:00 radələrində sürücülük hüququ olmadan İdarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Volkswagen Golf» markalı, «az ** MF ***» dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ilə üzü R.Qəmbərov küçəsi istiqamətində hərəkəıdə olan zaman, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin və həmin Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməyərək, yəni «Volkswagen Golf» markalı, «az ** MF ***» dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərək, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görüb hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub mövcud şəraitdə idarə etdiyi avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Siilh küçəsində yerləşən «Mega Palace» şadlıq evinin qarşısında yolun sağ hissəsindən soluna doğru keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sol hissəsi ilə ehtiyatsızlıqdan vuraraq onun sol oturaq sümüyünün yerini az dəyişmiş, sol qasıq sümüyünün yerini dəyişməyən qapalı xətti sınıqları, alın və sol qulaq önü nahiyələrinin qançırları, çənəaltı və hər iki diz oynağı nahiyələrinin sıyrıqları ilə müşayiət olunan, sağlamlığın uzıın müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər alaraq sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid2 məxsus «Volkswagen Golf» markalı, «az ** MF ***» dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ və etibarnamə olmadan idarəetmişdir. Həmin avtomobil texniki pasportla Şahid2 adına olsa da, avtomobili Şahid1 sürmək üçün etibar edilmişdir. Belə ki, Həmidulla taksi fəaliyyəti ilə məşğul olmaq məqsədilə Musadan avtomobili icarəyə götürmüşdür. O da işsiz olduğundan dostu Həmidııllaya onun üçün avtomobili icarəyə götürməyini, taksi fəaliyyəti ilə məşğul olaraq qazanc əldə etmək istədiyini bildirmişdir. Həmidulla bu barədə Musa ilə danışmışdır. Musadan «Volkswagen Golf» markalı, «az ** MF ***» dövlət qeydiyyat nişanlı avtomobili götürüb sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etməyə başlamışdır. Təxminən bir həftə sonra Musa onunla əlaqə saxlayaraq idarə etdiyi avtomobillə bağlı Həmidullanın adına sürmək üçün etibarnamə verə biləcəyini bildirmişdir. Musaya etiraz etməmiş, lakin bu barədə Həmidullaya məlumat verdikdə onunla razılaşmamışdır. X3 sənədləri onda olduğunu bildirib bu əsasla elə Həmidullanın adma etibarnamə verəcəyini bildirmişdir. 28 mart 2023cü il tarixdə Musa Həmidullaya sürmək üçün etibarnamə vermişdir. 17 aprel 2023-cü il tarixdə, saat 11:00 radələrində Şahid2 məxsus, Şahid1 sürmək üçün etibar edilmiş «Volkswagen Golf» markalı, «az ** MF ***» dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ilə üzü R.Qəmbərov küçəsi İstiqamətində iki zolaqlı yolun sağ tərəfdən ikinci zolağı ilə təxminən 60-65 km/saat surətlə hərəkətdə olan zaman təxminən 15-20 metr məsafədə yolun sağ kənarından soluna doğru qaçaraq yolu keçən piyada qadını gördükdə əyləcdən istifadə etsə də hadisənin qarşısını ala bilməmiş və avtomobilin qabaq sol fara hissəsi ilə həmin piyada qadını vurmuşdur. Piyada zərbənin təsirindən yıxılsa da sonradan özü ayağa qalxmış, xəsarətləri yüngül görünmüşdür. Lakin avtomobildən düşüb piydam avtomobilə əyləşdirib yaşadığı ünvana, yəni Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən mənzilinə aparmış və təcili tibbi yardım stansiyasına məlumat vermişdir. Sonradan çağırışa gələn tibbi yardım stansiyası vasitəsilə piyada qadını X4 aparmışlar. Hadisə 17 aprel 2023-cü 11 tarixdə, saat 11:00 radələrində Sülh küçəsində yerləşən «Mega Palace» şadlıq evinin qarşısında onun hərəkət yolunda baş vermişdir. Hadisə zamanı avtomobilini təxminən 60-65 km/saal sürətlə hərəkət etdirmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 17 aprel 2023-cü il tarixdə, saat 11:00 radələrində yaşadığı evin yaxınlığındakı marketdən çıxıb evə piyada qayıtmışdır. Sabunçu rayonu, ünvan 3 ünvanın qarşısında yolun sağ tərəfindən sola doğru adi yerişlə yolu keçmişdir. Bu zaman həmin küçə ilə üzü R.Qəmbərov küçəsi istiqamətində sağ tərəfdən ikinci zolaqda hərəkətdə olan «Volkswagen Golf» markalı, «az ** MF ***» dövlət qeydiyyat nişanlı avtomobil qabaq sol fara hissəsi ilə onu vurmuşdur. Zərbənin təsirindən avtomobilin sol qabaq hissəsində yerə yıxılmışdır. Onu vuran avtomobilin sürücüsü, adım sonradan bildiyi F.Ə.Nifləliyev avtomobilindən düşüb ona yaxınlaşmış və xəsarət aldığım göriib öz avtomobilinə əyləşdirmiş vo onu yaşadığı ünvana gətirmişdir. Daha sonra isə X4 və X5 gedərək müayinədən keçmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 Sayıb oğlu ifadəsində göstərmişdir ki, «Volkswagen Golf» markalı,«az ** MF ***» dövlət qeydiyyat nişanlı avtomobil texniki pasportla Şahid2 məxsusdur. Dostu Fərid işsiz olduğundan, maddi durumu aşağı olduğundan ona Musadan icarəyə avtomobil götürməyi, həmin avtomoillə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandıra biləcəyini bildirmişdir. Özü 2023-cü ilin fevral ayında Musadan özü idarə etmək üyün icarəyə «Wolkswagen Passat» markalı avtomobil götürmüşdür. Musa həmin avtomobili ona sürmək üçtin etibar etmişdir. Nəqliyyat vasitəsi idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. Fəridin sürücülük vəsiqəsinin olmadığını bilmişdir. Lakin Musanı tanıdığı üçün və onda avtomobil olduğunu bildiyi üçün dostu Fəridə görə onunla söhbət etmişdir. Musa da bundan sonra «Volkswagen Golf» markalı, «az ** MF ***» dövlət qeydiyyat nişanlı avtomobili sürmək üçün Fəridə vermişdir, üzərindən bir neçə gün keçdikdən sonra Fərid ona zəng edərək bildirmişdir ki, həmin avtomobilə görə Musa ona zəng etmiş, avtomobili sürmək üçün etibarnaməni onun adına verəcəyini bildirmiş, Fərid də onunla razılaşmışdır. Lakin, Fəridlə razı olmasa da Musa Fəridin idarə etdiyi «Volkswagen Golf» markalı, «az ** MF ***» dövlət qeydiyyat nişanlı avtomobilə görə etibarnaməni onlayn qaydada onun adına vermişdir. Buna sonradan etiraz etməmişdir. 17 aprel 2023-cü il tarixdə dostu Fərid «Volkswagen Golf» markalı, «az ** MF ***» dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ilə üzü R.Qəmbərov küçəsi istiqamətində hərəkətdə olan zaman yolu keçən piyada qadını avtomobilin qabaq sol fara hissəsi ilə vurmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, «Volkswagen Golf» markalı, «az ** MF ***» dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyat şəhadətnaməsi İlə ona məxsusdur. Həmin avtomobili tanışı Şahid1 28 mart 2023-cü il tarixdən 12 iyul 2028-ci il tarixədək etibanamə ilə sürmək üçün vermişdir. Təqsirləndirilən şəxs tanıyır. Onu tanışı Həmidullaya görə tanımışdır. Onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs ona məxsus olan həmin «Volkswagen Golf» markalı, «az ** MF ***» dövlət qeydiyyat nişanlı avtomobili onun razılığı ilə idarə etmiş və yol nəqliyyat hadisəsi törətmişdir. Özünə məxsus həmin avtomobili Şahid1 sürmək üçün etibarnamə ilə vermişdir. F.Ə. Niftəliyevin sürücülük hüququ və vəsiqəsi olmadığı barədə məlumatı olmamışdır. Onun Hərnidullanın dostu olduğunu bildiyindən, Həmİdullanın adına etibarnamə verdikdən sonra Fəridin onun adına olan həmin avtomobili idarə etməsinə razı olmuşdur. 17 aprel 2023-cü il tarixdə Fərid ona məxsus Şahid1 sürmək üçün etibar edilmiş «Volkswagen Golf» markalı, «az ** MF ***» dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ilə üzü R.Qəmbərov küçəsi istiqamətində hərəkətdə olan zaman yolu keçən piyada qadını avtomobilin qabaq sol fara hissəsi ilə vurmuş, həmin şəxs az ağır bədən xəsarətləri almışdır. İş üzrə keçirilmiş məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədiyyə Nazirliyinin, Məhkəmə Ekspertizası Mərkəzinin 8/1387 saylı, 02 iyun 2023-cü il tarixli məhkəmə yol nəqliyyat hadisələri eskpertizasının rəyindən görünür ki, «Volkswagen Golf» markalı, «az ** MF ***» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Oli oğlunun hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş üzrə keçirilmiş məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X6 Sabunçu rayon şöbəsinin 808 saylı, 27 aprel 2023-cü il tarixli rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs sol oluraq sümüyünün yerini az dəyişmiş, sol qasıq sümüyünün yerini dəyişməyən qapalı xətti sınıqları, alın və sol qulaq önü nahiyələrinin qançırları, çənəaltı və hər iki diz oynağı nahiyələrinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, müddəti qərarın təsviri hissəsində göstərilən 17 aprel 2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ tərəfindən 24 iyun 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sabunçu Rayon Polis İbarəsi tərəfindən 14 iyul 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin olması barədə DİN-in BDYPİ-in mərkəzi informasiya bazasında hər hansı məlumat mövcud deyildir. Cinayət işinin materiallarında olan 14 iyul 2023-cü il tarixli cinayət işinin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 263.1-ci maddəsindən, həmin Məcəllənin 263-1.1-ci maddəsinə tövsif edilmişdir (səh.,60). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 14 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (səh.,84). İnsan Hüquqlarının və X2 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə-Cinayət Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma-cinayət əməlini törətməsi, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən, zərərçəkmiş şəxs, şahid ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmaya görə-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Onların təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Cinayət Məcəlləsinin 43.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə növündə cəza əlavə cəza kimi tətbiq edilir. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, törədilmiş əməlin ehtiyatsızlıqdan törəməsini məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlrə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-məntəqə tipli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN**********1, X1 KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən «02»(iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, «02» (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN**********1, X1 KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-818/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-818/2023
02.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver