Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-82/2023 02.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə xx xxxxxxx 1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağını qanunsuz olaraq əldə edib üzərində gəzdirmiş və 22 fevral 2022-ci i l tarixdə, saat 14:00 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, C.Cahangirov küçəsi 7 saylı evin yaxınlığında qanunsuz olaraq üzərində gəzdirdiyi həmin bıçaqla aralarında olan pul mübahisəsinə görə şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı tanışı Zərərçəkmiş şəxs bir neçə dəfə qəsdən vuraraq onun qarının ön divarının daxilə nüfuz etməyən bir ədəd, sağ said bir ədəd, sağ bud bir ədəd, sol bud bir ədəd və sağ baldır bir ədəd nahiyələrinin deşilmiş-kəsilmiş yaraları xəsarətləri ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirərək qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, fərdi qaydada günəmuzd fəhləliklə məşğul olur, Zərərçəkmiş şəxs təxminən 3 ildir ki, tanıyır, aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. 19 fevral 2022-ci il tarixdə, saat 01:00 radələrində Elvin özünə məxsus taksi xidməti göstərdiyi «Toyota Prius» markalı avtomobili ilə onun yanına gəlib onu yaxınlıqda yerləşən dükana aparmış və mobil telefonuna kontur yüklədikdən sonra Elvinin idarə etdiyi «Toyota Prius» markalı avtomobili ilə geri qayıdarkən avtomobilini yoldakı çuxura salıb nəticədə nasazlıq yaranmışdır. Bundan sonra o, oradan yaşadığı evə gəlmiş, Elvin isə avtomobilini nasaz vəziyyətə sürüb getmişdir. Elvin ona avtomobilinin xərci olacağı halda təmir etməkdə köməklik etməyisini xahiş etmişdir. Daha sonra isə Elvin ona zəng edib, «avtomobilinin təmiri üçün ona 200 manat pul lazım olduğunu, 100 manatını onun verməsini» demişdir. O, isə Elvinə pulunun olmadığını, pul verməli olmadığını demişdir. Buna görə də aralarında mübahisələri yaranmış və qarşılıqlı olaraq mobil telefonda bir-birilərini təhqir etmişlər. 22 fevral 2022-ci il tarixdə, saat 14:00 radələrində o, yaşadığı evdə olarkən Elvin onun mobil telefonuna mesaj yazaraq çölə çıxmasını demiş və çölə çıxmışdır. Həmin vaxt Elvin ora tək gəlmiş, bu zaman Elvin ona, 3 gün əvvəl gətirərkən avtomobili xarab olub, ona 200 manat ziyan dəyib, 100 manatını onun verməsini demişdir. O, isə Elvinə pulunun olmadığını demiş və bu zaman Elvin onu təhqir etmiş, əli ilə sinə nahiyəsindən itələmiş, o, da Elvinə yumruq atmış, lakin yumruq zərbəsi ona dəyməmişdir. Elvin isə onun sifət nahiyəsindən yumruq atmış və nəlayiq söyüşlə təhqir etmişdir. Buna görə də o, da Elvinin söyüşlərindən əsəbləşib onu cəzalandırmaq məqsədilə cibində olan bıçağı çıxartmış və Elvin də əlində bıçağı gördüyünə görə ona təpik atmış və Elvinin ayağından tutmuş, əlindəki bıçaqla Elvinin sol ayaq və qol nahiyələrindən vurmuş, nəticədə zərbənin təsirindən Elvin yerə yıxılmışdır. O, da Elvinin üzərinə yıxılmış və ayağı ilə ona təpik atarkən isə Elvinin sağ ayağından da bıçaqla vurmuşdur ki, onu təpikləməsin. Sonra isə o, Elvini qoxutmaq üçün bıçağın uc hissəsi ilə onun qarın nahiyəsindən bir neçə dəfə vurmuş ki, onu təpiklə vurmasın. Bundan sonra o, ayağa qalxıb oradan qaçıb getmişdir. O, qorxduğu üçün Sabunçu rayonu, Pirşağı qəsəbəsində yaşayan xalasıgilə getmiş və polis əməkdaşları ora gəlmişdirlər. O, da hadisəni törətdiyi bıçağı özü ilə götürüb 12-ci Polis Şöbəsinə gəlmiş və hadisəni törətdiyi bıçağı araşdırmaya təqdim etmişdir. Qeyd etmişdir ki, Elvin onu təhqir edərək yanında kimsə olmamış, hadisə təxminən 3-5 dəqiqə davam etmişdir. Səs-küyə kənar şəxslərin toplaşmamışlar. O, bıçaqla Elvini vurmaqda məqəsdi onu qorxutmaq olmuşdur, onu öldürmək niyyəti olmamışdır. Hal-hazırda onlar barışmışlar. Məhkəmədən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işinin icraaıtına xitam verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, icarəyə götürdüyü «Toyota Prius» markalı, «az **-PC-***» dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi xidməti göstərir. Təqsirləndirilən şəxs təxminən 2012ci il tarixdən tanıyır, qonşusu olmuşdur. 19 fevral 2022-ci il tarixdə gecə saatlarında Əlibağı onun mobil telefonuna zəng edib ondan xahiş etmişdir ki, onu taksi kimi Sabunçu qəsəbəsində yerləşən «Bolmart» mağazasının yanına aparıb gətirsin. O, da həmin vaxt idarə etdiyi avtomobil ilə Sabunçu rayonu, Zabrat qəsəbəsinə müştəri gətirmiş və həmin müştərini düşürtdükdən sonra Əlibağının dediyi ünvana, yəni ünvan 2əlmişdir. Bundan sonra Əlibağı onun avtomobilində əyləşmiş və o, da Əlibağını dediyi ünvana aparıb sonra Balaxanı qəsəbəsində «Univermaq» adlanan mağazasının qarşısında düşürüb getmişdir. Yolda gələrkən avtomobilim çuxura düşdüyündən avtomobilinə maddi ziyan dəymiş, Əlibağı da ona söz vermiş ki, sabah ona dəymiş ziyanı ödəməkdə köməklik edəcəkdir, eləcə də taksi xidməti göstərdiyinə görə xidmət pulunu da ödəyəcəkdir. Lakin 2 gün ərzində Əlibağı onun pulunu verməmişdir. 22 fevral 2022-ci il tarixdə səhər saatlarında o, avtomobilini təmir etdirmək üçün Balaxanı qəsəbəsində avtomobil təmiri ilə məşğul olan Rəşad adlı şəxsin evinin həyətindəki sexinə aparmış və orada təmir etməsini demişdir. Həmin ev ilə Rəşadın evi arasında məsafə az olduğundan piyada Əlibağının evinin qarşısına gəlmişdir ki, ondan pulunu istəsin. O, Əlibağının gəldiyini görüb ona yaxınlaşmış və ondan pulunu istəmişdir. Lakin Əlibağı isə pulunun olmadığını, olanda verəcəyini demişdir. O, isə Əlibağıya buna görə irad bildirmiş və pulunu verməsini demişdir. Bu zaman aralarında mübahisə yaranmış və yolun dalan hissəsinə çəkilmişlər. O, Əlibağını pulunu vermədiyinə görə nəlayiq söyüşlərlə təhqir edib ona tərəf yumruq atmışdır. Həmin zaman Əlibağı əlini bel tərəfinə aparıb bıçaq çıxartmış və bıçağı açmağa başlamışdır.O, da Əlibağıya «mənə bıçaq çıxarırsan» deyib, ona tərəf gedib əlilə Əlibağının sifətindən vurmuş, zərbənin təsirindən Əlibağı yerə yıxılmışdır. Bu zaman Əlibağı ayağından tutmuş və onu da yerə yıxmışdır. Hər ikisi yerə yıxılı vəziyyətdə olarkən Əlibağı onun sol ayaq nahiyəsinə bir dəfə, sağ ayaq nahiyəsinə iki dəfə bıçaq zərbələri vurmuş, sonra ayağa qalxanda Əlibağı yenidən ona bıçaq zərbəsi ilə vurmaq istəyəndə sağ əlini qabağa edərkən bıçaq sağ qolumun dirsəkdən aşağı hissəsinə dəymiş və sonra isə qarınının ön tərəfindən vurmuşdur. Bundan sonra Əlibağı oradan qaçıb getmiş və sonra ayağa qalxıb piyada avtomobilin olan yerə tərəf getmişdir. Hal-hazırda onlar barışmışlar. Onun şikayət və tələbi yoxdur. Məhkəmədən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işinin icraaıtına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 22 fevral 2022-ci il tarixdə, saat 14:00 radələrində o, xidmətdə olarkən Sabunçu rayon 3 saylı X6 Xəstəxanasından 12-ci X5 hissəsinə Zərərçəkmiş şəxs bıçaqla qarın, sağ qol və budun kəsilmiş-deşilmiş yaraları xəsarətləri yetirilməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında o, 12-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən həmin cinayəti törətmiş şəxsi müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilməyə başlanılmışdır. İlkin olaraq müəyyən edilmişdir ki, 22 fevral 2022-ci il tarixdə, saat 14:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında tanışı Zərərçəkmiş şəxs bir neçə dəfə bıçaqla vuraraq xəsarət yetirmiş və qaçaraq Sabunçu rayonu, Pirşağı qəsəbəsində yaşayan xalası Zəminə Bədəlovanın evində gizlənmişdir. Buna görə də Təqsirləndirilən şəxs araşdırmaya təqdim edilməsi üçün gizləndiyi ünvan müəyyən edilmiş və o, həmin günü saat 21:00 radələrində Sabunçu rayonu, Pirşağı qəsəbəsində saxlanılmış və saxlanılarkən cinayəti törətmiş bıçaq ondan tələb edilmiş və o, da əynində olan gödəkçənin sağ yan cibindən 1 ədəd qatlanan qara rəngli bıçağı çıxardaraq təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» X7 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 345 saylı, 11 mart 2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qarının ön divarının daxilə nüfuz etməyən (1 ədəd), sağ said (1 ədəd), sağ bud (1 ədəd), sol bud (1 ədəd) və sağ baldır (1 ədəd) nahiyələrinin (cəmi 5 ədəd) deşilmiş-kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlər deşici-kəsici əşya (alət), ola bilsin bıçağın təsirindən törənmişdir, müddəti qərarda göstərilən 22 fevral 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3/333 saylı, 07 aprel 2022-ci il tarixli məhkəmə ballistik ekspertizası, odlu silah və döyüş sursatlarını qaz, pnevmatik, və soyuq silahların tədqiqi tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 30 may 2022-ci il tarixdə doldurulmuş tələbnamədən və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)56/2022 saylı, 23 may 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)56/2022 saylı, 23 may 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 gün azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla, onun cəzasından 01 (bir) gün çıxılaraq üzərində qəti olaraq 07 (yeddi) ay, 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən-qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla-cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 228.4-ci maddəsinə əsasən- qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla-üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzsı nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və X3 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasın Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi onun etirafedici ifadəsi ilə yanaşı, Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan 23 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu Cinayət Məcəlləsinin 128 və 228.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh., 51). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut bir ədəd soyuq silah hesab edilən bıçaq məhv edilməlidir. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 64 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41NABZ0136010 **********944 SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi xidmətə görə Müdafiəçi1 iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən «04» ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)56/2022 saylı, 23 may 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş «07» (yeddi) ay, «29» (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunsun, çəkilmiş cəza qəti cəza müddətinə hesablansın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq «07» (yeddi) ay, «29» (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını çəkmiş hesab edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut bir ədəd soyuq silah hesab edilən bıçaq məhv edilsin. 64 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41NABZ0136010 **********944 SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi1 iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN ********** Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-82/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-82/2023
02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver