Məhkəmə qərarları › İş №1(008)-820/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-820/2025

07.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-820/2025 07.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1994-cü ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 nömrəsiz fərdi evdə yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, insan həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xüsusi amansızlıqla qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2025-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Ş.Mehdiyev küçəsində yerləşən nömrəsiz fərdi evdə olan zaman atası Zərərçəkmiş şəxs ona musiqiyə yüksək səslə qulaq asdığı üçün bildirdiyi iraddan hiddətlənərək sonuncunun arvadı Şahid1 gözü qarşısında Zərərçəkmiş şəxs əzab verdiyini dərk etdiyi halda Zərərçəkmiş şəxs barmağını burub, alın və ağız nahiyəsinə yumruq zərbələri endirərək Zərərçəkmiş şəxs ağrı simptomu ilə müşayiət olunan alın nahiyəsinin dərialtı hematoması, alt dodağın əzilmiş yarası, sağ əlin V barmağının falanqasının avulsion (qopmuş) sınığı, sağ qulaqarxası və boyun nahiyələrinin qançırları, sol bazu nahiyəsinin sıyrığı ilə müşayiət olunan sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid olan bədən xəsarətləri yetirərək insan həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xüsusi amansızlıqla qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, həmin gün musiqiyə görə mübahisə baş vermişdir. Atası musiqiyə yüksək səs verdiyinə görə onu vurmaq istəmiş, ona cırmaq atmışdır. Onun boynu-boğazı, hər yeri cırmaq atmışdır, o, şikayət etməmişdir. Qardaşıda anası ilə birləşib onu döymüşdür. Atasınıın əlindən tutub sıxmışdır, özündən asılı olmayaraq. Başqa heç bir xəsarət yetirməmişdir. Digər xəsarətləri o yetirməmişdir. Atası özü özünü döyür. Guya onlara əzab əziyyət verir deyə, onu tutdurmaq istəyirlər. İstədiyi bir xanım var, deyir onu alsınlar, almırlar. Xanım Rusiyada yaşayır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, atasının əlindən tutub demişdir ki, ata bəsdir. Yaxasındakı başındakı xəsarətləri o yetirməmişdir, özü özünə yetirib. Əməlindən peşmandır. İstədiyi odur ki ,evi keçirsinlər onun adına, o da çıxıb getsin. Polis tərəfindən bir neçə həftədir ki, Respublika Psixatriya Mərkəzinə yerləşdirilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bayram qardaşına, ona, anasına əl qaldırır. Bayram onu vurmuş, dişləmiş, başını divara çırpmışdır. Kefi belə istiyir, ona görə vurur. Hadisə Zabrtada evində baş vermişdir, tarix yadında deyil, tez-tez aralarında mübahisələri olmuş, son 5 ildir aralarında mübahisələr olur. Oğlu Bayrama ev alıb vermiş, maşın alıb vermişdir. Mübahisənin səbəbi Bayrama aldığı ev onun adına olmuşdur, mübahisə yaratmışdır ki, evi satsın getsin Rusiyaya. 2 dəfə ona maşın almışdır, dəyər dəyməzinə satmışdır. Maşını satanda da onu döymüşdür. Hadisə vaxtıda başını divara çırpmış, alnından vurmuş, barmağını qırmışdır, yanlarında yoldaşı Könül olmuş, hadisəni görmüşdür, çıxıb getmişlə digər oğlu Eşqingilə. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, o,Bayramı vurmamışdır. O, xərçəng xəstəsidir, danışığını itirmişdir, halı yoxdur. Həmin günü Bayram musiqiyə xod vermiş, demişdir ki, səsin alsın, almamış, onu nalayiq sözlərlə söymüş, vurmuşdur. Evi satmırlar deyə onları söyüb vururdu. Evdə hərşeyi sındırmışdır. Oğlunun tutulmasını istəyir, qorxurlar ki, onlara yenə xəsarət yetirər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, oğlu həmişə onları incidir. Son 3-4 ildə Bayram evi satdırmış, demişdir ki, bir yerdə yaşamaq istəmir. Evi satıb 2 dənə ev almışlar, ona ayrı ev almışlar. Son bir ildir gəlib onlarla qalmışdır. Yoldaşı xəstədir, danışığı pozulub, acizdir, özünü müdafiə edə bilmir. Özü işdə olanda Bayram atasını incidir, ağır söyüşlərlə təhqir edir, evdə hər şeyi qırır. Həkimə aparmışlar, demişdir ki, ciddi problemi yoxdur, özü istəyir edir. Həmin günü musiqinin səsini artırmış, demişlərki, azaltsın, azaltmamışdır. Atasının üstünə hücum eləmiş, vurmuş, atasının başı, boğazı, əli şişmişdir. Polisə məlumat vermiş, gəlmişdir. Həkim demişdir ki, barmağı sınıb. Evdə bütün əşyaları qırır, pərdələri, paltarları cırır, mebelləri zədələyir. Evin bütün sənədlərini yandırıb. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, evlənmək istəyir evlənsin, ona ev maşın almışlar, lakin Bayram onları təhqir edir ki, qızıda siz alın. Bayramın atasını vurmasını görmüş, atası özünü müdafiə edə bilmir, barmağını qatlayıb qırmışdır, hər yerindən vurmuşdur. Atası onu vurmaq iqtidarında deyil. Bayramın İlqarı vurmasına mane olmağa çalışsa da, həyat yoldaşının barmaqlarını buraraq qatlamış, onun yanında atasına xəsarətlər yetirməyə davam etmişdir. Onlar qorxurlar ki, həyatlarına təhlükə var. Çox pis söyüşlər söyür, onlara bunu etməyə heç bir səbəb yoxdur. Digər oğlu Eşqinin ailə uşağı Bayramdan qorxduqları üçün çox vaxt evdə qala bilmirlər. Bayramın barəsində ev dustaqlığı seçildikdən sonra o, yenədə evə gələrək münaqişə yaratmış, onlar tərəfindən polisə zəng edilmiş, polis tərəfindən Bayram müalicə üçün Respublika Psixatriya Mərkəzinə yerləşdirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, həyat yoldaşı ona zəng edərək evdə söz söhbət olduğunu bildirmiş, o da evə yaxınlaşmışdır. Gəlib görmüşdür ki, atasının alnı şişib, barmağı şişib, paltarları cırılıb. 102ə zəng vurmuşlar. Ata anasını öz evinə aparmışdır, polis gəldikdən sonra Bayram qapını açmamışdır. Demişdir ki, polis getsin, sonra açar. Sonra yenə bıçaqla atasının üzərinə hücum çəkmişdir. Onun 1 yaşında uşağı və həyat yoldaşı Bayrama görə evdə qala bilmir, qorxurlar. Yan yana evdə yaşayırlar. Nalayiq ifadələr işlədir, dəfələrlə atasının üstünə hücum çəkir. Kiminsə olmasına baxmır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, səbəb o olmuşdur ki, atası Bayrama musiqinin səsini azaltmasını demişdir, o da atasının üstünə hücum çəkmişdir. Polis orqanında münaqişəli ailə kimi qeydiyyatdadırlar. Atası danışa bilmir, xəstədir, nitq problemi yaranıb. Bayram indidə onları hədələyirki, çıxdıqdan sonra başlarına oyun açacaq. Qorxur ki, atası və anasına qarşı daha böyük hadisə törədəcək Bayram. O bir qardaş kimi Bayrama hər bir şey etmişdir, öz maşını olmayıb ona maşın alıb vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi barədə 11 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Ş.Mehdiyev küçəsində yerləşən nömrəsiz fərdi evə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v.09-11); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 Sabunçu rayon şöbəsinin 11 oktyabr 2025-ci il tarixli 2275 nömrəli ekspert rəyindən müəyyən edilmişdir ki, 1 Vət Zərərçəkmiş şəxs ağrı simptomu ilə müşayiət olunan alın nahiyəsinin dərialtı hematoması, alt dodağın əzilmiş yarası, sağ alın V barmağının falanqasının avulsion (qopmuş) sınığı, sağ qulaqarxası və boyun nahiyələrinin qançırları sol bazu nahiyəsinin sıyrığı müəyyən edildi Xəsarətlər bərk-kut əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AGİR zərərvurmaya aiddir 2 Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur(i.v.23-24); Tutulma haqqında 03 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur(i.v.58); Üzləşdirmə haqqında 03 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, onlar ifadələrini bir birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər(i.v.71-73); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 04 noyabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi, məhkəmə iclasından dərhal azad edilməsi, müdafiəçinin vəsatəti təmin edilərək barəsində 02 ay həddində ev dustaqlığı qətimkan tədbiri seçilməsi, ev dustaqlığında saxlanılma müddətinin 03 noyabr 2025-ci il tarixdən hesablanması qərara alınmışdır(i.v.120-129); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllr məhkum olunması ilə bağlı əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur(i.v.136); Kompleks məhkəmə ambulator psixiatrik və məhkəmə psixoloji ekspertizasının 21 noyabr 2025-ci il tarixli 3695 nömrəli rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərin dərk etmək və onları idarə etmək qabiliyyətində olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməlin törədərkən narkotik vasitələrin qəbul etməsi faktı ekspertizaya təqdim olunmayıb. Azərbaycan Respublikası CM-nin 23-cü maddəsinə əsasən səbəbindən asılı olmayaraq (alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə nəticəsində) sərxoş halda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad olunmur. Qeyd olunan səbəbdən şəxsin narkotik vasitədən istifadə nəticəsində sərxoşluq halı anlaqsızlıq vəziyyəti yaratmır. Təqsirləndirilən şəxs hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Məhkəmə psixoloji ekspertizası üzrə Təqsirləndirilən şəxs fərdi-psixi xüşüsiyyətlərində qıcığa qarşı həssaslıq, emosional qeyri- sabitlik, kobudluq, eqosentrik xüsusiyyətlər aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyətli halları düzgün qavramaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa patoloji meyillilik aşkar olunmadı. Təqsirləndirilən şəxs sözügedən əməli törədən anda fizioloji affekt vəziyyətində olmamışdır(i.v.138-140); Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, həmin gün musiqiyə görə mübahisə baş vermişdir. Atası musiqiyə yüksək səs verdiyinə görə onu vurmaq istəmiş, ona cırmaq atmışdır. Onun boynu-boğazı, hər yeri cırmaq atmışdır, o, şikayət etməmişdir. Qardaşıda anası ilə birləşib onu döymüşdür. Atasınıın əlindən tutub sıxmışdır, özündən asılı olmayaraq. Başqa heç bir xəsarət yetirməmişdir. Digər xəsarətləri o yetirməmişdir. Atası özü özünü döyür. Guya onlara əzab əziyyət verir deyə, onu tutdurmaq istəyirlər. İstədiyi bir xanım var, deyir onu alsınlar, almırlar. Xanım Rusiyada yaşayır. Məhkəmə onun bu ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, Zərərçəkmiş şəxs və Şahid1 yuxarıda qeyd edilən ifadələrində onun ifadəsində göstərilənləri təkzib edərək onun tərəfindən ittihamda göstərilən xəsarətlərin zərərçəkmiş şəxsə yetirilməsini təsdiq etmişlər. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 Sabunçu rayon şöbəsinin 11 oktyabr 2025-ci il tarixli 2275 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 1. Vət Zərərçəkmiş şəxs ağrı simptomu ilə müşayiət olunan alın nahiyəsinin dərialtı hematoması, alt dodağın əzilmiş yarası, sağ alın V barmağının falanqasının avulsion (qopmuş) sınığı, sağ qulaqarxası və boyun nahiyələrinin qançırları sol bazu nahiyəsinin sıyrığı müəyyən edildi Xəsarətlər bərk-kut əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AGİR zərərvurmaya aiddir. 2 Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Məhkəmə iclasında təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq göstərmişdir ki, atasının əlindən tutub demişdir ki, ata bəsdir. Yaxasındakı başındakı xəsarətləri o yetirməmişdir, özü özünə yetirib. Əməlindən peşmandır. İstədiyi odur ki ,evi keçirsinlər onun adına, o da çıxıb getsin. Halbuki, 11 oktyabr 2025-ci il tarixli 2275 nömrəli ekspert rəyindən göründüyü kimi, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsinin inkar olunduğu göstərilmişdir. Göstərilənlər bir daha onu deməyə əsasə verir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərilən xüsusatlar onun məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıyır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 8-ci bəndində əsasən xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Hzırki işin hallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs çoxsaylı xəsarətlər yetirərkən həmin xəsarətləri zərərçəkmiş şəxsin həyat yoldaşı Şahid1 gözləri qarşısında törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, dəfələrlə oğlu Bayram ona əzab vermək məqsədilə evdə əşyaları sındırmış, xəstə atasına hücum çəkmiş, bu hərəkətləri bilərəkdən qəsdən etmişdir.O, Bayramın İlqarı vurmasına mane olmağa çalışsa da, həyat yoldaşının barmaqlarını buraraq qatlamış, onun yanında Zərərçəkmiş şəxs xəsarətlər yetirməyə davam etmişdir. Bütün bunlar onu göstərir ki, təqsirkarın qəsdi ilə zərərçəkmişə xüsusi amansızlıqla xəsarət yetirilməsi əhatə olunmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş yüngülləşdirən hallar və CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə ev dustaqlığı qətimkan tədbiri seçilməsinə baxmayaraq, o, törətdiyi əməldən nəticə çıxarmayaraq yenidən evdə münaqişələr yaratmış, bu səbəbdən valideynləri tərəfindən təkrar polisə müraciət edilmiş, polis orqanı tərəfindən şəxs Respublika Psixatriya Mərkəzinə yerləşdirilmişdir. Bütün bunlar göstərir ki, Təqsirləndirilən şəxs törətmiş əməlindən nəticə çıxarmayaraq yenidən öz əməllərinə davam etmişdir. Göstərilənləri, eləcə də, hazırki ailənin dəfələrlə mübahisələr olması ilə bağlı münaqişəli ailə kimi qeydiyyata alınmasını, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ailə üzvləri olmaqla bir evdə yaşamasını, bütün ailə üzvlərinin Təqsirləndirilən şəxs şikayətçi olmalarını, onun daha ağır əməllər törətməsindən ehtiyat etmələri kimi xüsusatları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı 03 noyabr 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir(CM- 56.1.2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 03 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar