Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-822/2023 23.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs1 iştirakı ilə xx xxxxxx 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər məhkum olunmuş, İmişli rayonu, Bəhrəmtəpə kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Alabalılıq yaşayış massivi, M.Namazov küçəsi nömrəsiz evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29.180.2.2 və 29.180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 20 aprel 2023-cü il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanda küçədə piyada hərəkət edən Zərərçəkmiş şəxs1 qızma arxa tərəfdən yaxınlaşıb bir əli ilə onun ağız nahiyyəsindən tutub yerə yıxaraq həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə ona sağ dizin, sağ baldırın qançırları ilə müşayiət olunan sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə digər əli ilə Zərərçəkmiş şəxs1 məxsus boynunda olan 1.47 qram kütləli, sarı rəngli, «583/585» əyarlı qızıldan hazırlanmış 125 manat dəyərində bir ədəd boyunbağını dartıb qıraraq ələ keçirmək istəyərkən, onun müqavimət göstərdiyini və ucadan qışqırdığım görüb ifşa olunaraq yaxalanacağından qorxub uzlaqlaşmaq məcburiyyətində qaldığından öz iradəsindən asılı olmayan səbəbə görə bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini başa çatdıra bilməyib soyğunçuluğa cəhd etmişdir. Bundan başqa o təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 25 aprel 2023-cü il tarixdə, saat 10:30 radələrində ünvan 2 ünvanda «Koroğlu» metrostansiyası tərəfdən üzü Bakı Olimpiya Stadionuna gedən ötürücü körpünün alt hissəsi ilə piyada hərəkət edən Zərərçəkmiş şəxs2 arxa tərəfdən yaxınlaşıb bir əli ilə onun ağız nahiyyəsindən tutub yerə yıxaraq həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə ona fiziki ağrı yetirmiş və digər əli ilə Zərərçəkmiş şəxs2 məxsus çiynində gəzdirdiyi, içərisində 1.000 manat dəyərində bir ədəd «**********76593» İmei kodlu «İphone 12 Pro» markalı mobil telefon, 200 manat dəyərində həmin mobil telefona aid bir cüt qulaqcıq və 20 manat nağd pul olan 50 manat dəyərində qadın əl çantasını dartıb 1.270 manat dəyərində əmlakını ələ keçirmək istəyərkən onun müqavimət göstərdiyini və həmin ərazidən bir nəfər şəxsin keçdiyini görüb ifşa olunaraq yaxalanacağından qorxub uzlaqlaşmaq məcburiyyətində qaldığından öz iradəsindən asılı olmayan səbəbə görə bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini başa çatdıra bilməyib soyğunçuluğa cəhd etmişdir. Məhkəmə iclasında təqsirlədirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 29.180.2.2 və 29.180.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 aprel 2023-cü il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri. Xəzər rayonu, Buzovna qəsəbəsindən Maştağa qəsəbəsi istiqamətində yolun kənarı ilə piyada gedirkən, həmin ərazidə mağaza və fərdi yaşayış evləri olan hissədə piyada getdiyi zaman qarşıda bir cavan orta yaşlı qadının piyada getdiyini və onun boynunda qızıl boyunbağı olduğunu görüb həmin boyunbağını ələ keçirmək qərarına gəlmişdir. Həmin qadının əlində sellofan torba olmuş, lakin məqsədi yalnız qadının boyunbağısını ələ keçirmək olmuşdur. Bundan sonra həmin qadının arxası ilə gedib müşahidə etmişdir ki, fürsət tapan kimi boynundakı boyunbağını dartıb qıraraq ələ keçirsin. Bundan sonra münasib bir yerdə həmin qadına arxadan yaxınlaşmış və qışqırmasın deyə bir əli ilə onun ağzından tutub yerə yıxmış, digər əli ilə isə qadının boynunda olan qızıl boyunbağını dartıb qıraraq çıxarmışdır. Lakin qadın ona qarşı müqavimət göstərdiyi üçün və ucadan qışqırdığına görə qızıl boyunbağı əlindən yerə düşmüş və bu səbəbdən götürə bilməyib oradan qaçaraq uzaqlaşmışdır. Qadının boyunbağını apara bildiyi halda satıb pul əldə etmək fikrində olmuşdur. 25 aprel 2023-cü il tarixdə, saat 08:30 radələrində yaşadığı evdən çıxıb 107 nömrəli marşrut-xətt avtobusu ilə «Koroğlu» metrostansiyasına gəlmişdir. Məqsədi isə dostu Elsunla görüşüb Nizami rayonu ərazisində yerləşən «Ocaq lahmacun» da kuryer işi üçün müraciət etmək olmuşdur. «Koroğlu» metrostansiyasına çatıb Elsunla telefon əlaqəsi saxlamışdır. Təxminən 1-2 saata onun yanına gələ biləcəyini demişdir. Buna görə də, o, «Koroğlu» metrostansiyası yaxınlığında yerləşən parkda gözləmək məcburiyyətində qalmışdır. Parkda olduğu zaman saat 10:30 radələrində bir nəfər təxminən 30 yaş arası, sarı saçlı qadının telefonla danışa-danışa «Olimpiya» stadionu istiqamətində hərəkət etdiyini görmüşdür. Həmin qadının geyimi və çiynində olan çantası nəzərini çarpdığı üçün çantasında pul olduğunu ehtimal edib qadının arxasınca getmişdir. «Olimpiya» stadionu yaxınlığında yerləşən avtomobillərin hərəkət etdiyi körpünün alt hissəsində həmin qadına yaxınlaşaraq arxadan əli ilə gözlərini tutub, daha sonra isə səsini çıxartmasın deyə əli ilə ağız nahiyyəsindən tutub arxası üstə yerə yıxmış və digər əli ilə yenidən çantasını əlindən almaq istədikdə həmin qadın ona müqavimət göstərərək əlindən dişləmiş, həmçinin ətrafda bir nəfər kişi cinsli şəxsi gördüyü üçün qadını buraxaraq «Koroğlu» metrostansiyasına doğru qaçıb orada metro ilə Q.Qarayev metrostansiyasına getmişdir. «Koroğlu» metrostansiyasına gəlməkdə məqsədi dostu Elsunla görüşüb Nizami rayonu ərazisində yerləşən «Ocaq lahmacun» da kuryer işi üçün müraciət etmək olmuşdur. Lakin sonradan həmin qadına yaxınlaşmaqda məqsədi və niyyəti qadının çiynində olan tünd boz rəngli çantasını ələ keçirmək imiş, lakin istəyinə nail ola bilməmişdir. Qadının əl çantasını apara bildiyi halda içərisində olan pulları əldə etmək, qiymətli əşyalar olduğu halda salıb pul əldə etmək fikrində olmuşdur. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 20 aprel 2023-cü il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisindən keçən Buzovna-Maştağa yolunun sağ kənarı ilə piyada mağazaya gedən zaman ani vaxtda tanımadığı şəxs arxadan ona yaxınlaşaraq əli ilə ağzını tutmuş və onu yerə yıxmışdır. O, həmin şəxsə müqavimət göstərmiş və qışqırmağa başlamışdır, Bu zaman həmin şəxs boynunda olan qızıl boyunbağını əli ilə dartıb qırmış və oğurlamaq istəyərkən özü ona müqavimət göstərmiş, həmin şəxs isə qaçıb getmişdir. Onun əlində pul və içərisində ərzaqla olan sellofan torba olmuşdur. Həmin şəxs qaçdıqdan sonra o, sınmış qızıl boyunbağı yerdən götürmüş və bu barədə polisə məlumat vermişdir. Həmin vaxt əlində pul kisəsi olmamış, əlində çanta və ərzaq olan sellofan torba olmuşdur. Qızıl boyunbağı 130 manata almış, həmin boyunğbağı qızıl olmaqla 585 əyarlı olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 25 aprel 2023-cü il tarixdə, saat 10:30 radələrində «Koroğlu» metrostansiyasından çıxıb iş yerinə, yəni Bakı Olimpiya Stadionu istiqamətində getdiyi zaman orada yerləşən ötürücü körpünün alt hissəsi ilə piyada hərəkətdə olarkən bir nəfər tanımadığı şəxs arxa tərəfdən onun xəbəri olmadan yaxınlaşıb əli ilə gözlərini bağlamış, özü əvvəlcə kiminsə tanıdığı şəxslərdən birinin onunla zarafat etdiyini zənn edib irəli addımlamaq istəmişdir. Lakin həmin şəxs əli ilə ağzından tutub ayağı ilə badalaq vurub onu yerə yıxmışdır. O, yerə yıxılan zaman həmin şəxsin gənc bir oğlan olmasını görmüşdür. Sonra həmin gənc oğlan onun çiynində olan əl çantasını almaq üçün əli ilə möhkəm dartmağa başlamışdır. Bu zaman həmin şəxsin onun ağız nahiyəsində olan əlini dişləmiş və həmin şəxs onu buraxmış, eyni zamanda onlardan bir qədər aralı gələn kənar şəxsi görüb qaçıb oradan uzaqlaşmışdır. Baş vermiş hadisədən sonra oradan keçən qeyd etdiyi şəxs və onun iş yoldaşı Fərid oraya yaxınlaşmışlar. Fərid ondan həmin şəxsin nə isə aparıb-aparmadığını soruşmuş, özü isə cavabında hər şeyin qaydasında olduğunu, lakin bir qədər həyacan keçirdiyini bildirmişdir. Sonra iş yoldaşı Fərid Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 Xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bundan sonra 12-ci Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib ora baxış keçirdikdən sonra sənədləşmə işlərinin davam etdirilməsi üçün onu polis şöbəsinə dəvət etmişlər. Həmin şəxsi əvvəllər tanımamış və heç bir yerdə görməmişdir. Hadisə zamanı əl çantasında dəyəri 1.000 manat olan «**********76593» imei kodlu «İphone 12 Pro» markalı mobil telefon və dəyəri 200 manat olan həmin mobil telefona aid bir cüt qulaqcıq, 20 manat nəğd pul olmuşdur. Əl çantasının dəyəri isə 50 manat təşkil etmişdir. Həmin şəxs ona heç bir xəsarət yetirməmiş, o, xəsarət almamış, onu görsə taniya bilər. Hadisə zamanı ona maddi ziyan dəyməmiş, lakin cinayət nəticəsində ona məxsus ümumilikdə 1.270 manat dəyərində əmlakın ələ keçirilməsinə cəhd olunmuşdur. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi məhkəmə Tibbi Eksprtiza və Pataloji Anatomiya Birliyi X4 429 saylı, 03 may 2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində sağ dizin, sağ baldırın qançırları aşkar edildi. Qeyd olunmuş xəsarətlər küt əşya (əşyalar) təsirindən onun məhkəmə-tibb müayinəsindən 8-10 gün əvvəl törənmişlər , qərarda göstərilən 20 aprel 2023-cü il tarixdə törənmələri istisna olunmur və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyildir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6-3216- 9/4242 saylı rəyindən rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1.47 qram kütləli, san rəngli 01 ədəd boyunbağı «583/585» əyarlı qızıldan hazırlanmışdır. Ekspertiza tədqiqatına təqdim edilən məmulatın modeli, əyarı və digər göstəriciləri nəzərə alınmaqla 01 ədəd 1.47 qram kütləli, sarı rəngli, 583/585 əyarlı boyunbağının 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 125.00 manat müəyyən edilir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 24 iyul 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilinib «03» (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasma məhkum olunmuş, 17 yanvar 2022-ci il tarixdə Salyan rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən 13 noyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi «06» (altı) ayadək azaldılmış və 15 dekabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və onun əməli cinayətin sadə residivini yaradır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən Cinayət Məcəlləsinin 15-ci maddəsində cinayətlərin təsnifatı, yəni cinayətlərin böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə aid edilməsi həmin cinayətlərə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə görə aparıldığından, müvafiq olaraq da cinayət məsuliyyətinə cəlb etmə, məhkumluğun ödənilməsi müddətləri, cəzanın daha yüngül cəza ilə əvəz olunması, cəzadan vaxtından əvvəl şərti olaraq azad etmə kimi məsələlərin həlli də cinayətin təsnifatından, yəni dolayısı ilə cinayətə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən asılı olaraq həll edildiyindən, yeni və yaxud əvvəlki cinayət qanunun tətbiqi məsələsi ortaya çıxdıqda, əvvəlki və yeni sanksiyalar əsasən eyni olub yalnız azadlıqdan məhrum etmə cəzasının yuxarı hədləri fərqli olduğu hallarda hansı normanın şəxsin vəziyyətini yaxşılaşdıran norma olması məsələsi bu normalarda nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarından hansının yuxarı həddinin daha az olmasından asılı olaraq həll edilməlidir. Həmin Qərarın 7-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilibödənilməməsi və yaxud götürülüb-götürülüməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin mənasına və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» 6 sentyabr 2010-cu il tarixli qərarında verilmiş rəsmi təfsirə əsasən cinayətlərin residivi yeni cinayətin törədildiyi vaxt şəxsin üzərində əvvəllər qəsdən cinayət törətməyə görə (ödənilməyən və yaxud götürülməyən) məhkumluğun olub-olmamasına görə müəyyən olunduğundan, hökm çıxarıldığı tarixə məhkumluğun ödənilməsi cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmasına mane olan hal kimi nəzərdən keçirilə bilməz. Hökmün çıxarıldığı tarixə məhkumluq Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürüldüyü halda da cinayətlərin residivinin müəyyən edilməsi ilə bağlı məsələ eyni cür həll olunmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29.180.2.2 və 29.180.2.4-cü maddələri ilə soyğunçuluq, yəni özgənin əmlakını açıq talama, təkrar insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 29.180.2.2 və 29.180.2.4-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sankisiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən əza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnsan Hüquqlarının və X3 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs təqsirləndirilmələrinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi onların etirafedici ifadəsi ilə yanaşı, Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29.180.2.2 və 29.180.2.4-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.4-cü maddələrinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama, təkrar və insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilməyə görə-üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan 29 aprel 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh., 29). Cinayət işinin materiallarında olan 01 may 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29.180.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 44). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)224/2023 saylı, 01 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 29 aprel 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh., 129). Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 01 saylı, 3 mart 2005-ci il tarixli qərarından görünür ki, bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək (Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi) dedikdə döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əlayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yenidən qəsdən cinayət törətməsini, onun əməlində cinayətin sadə residivin olmasını, analoji cinayət törətməsini, azadlıqdan məhrum etmə növündə cəza çəkməsinə baxmayaraq islah olunmamasını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrumetmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarından görünür ki, hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən-xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı-«ciddi rejimli» cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını «ciddi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədibiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 128 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ**********000 ******* SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə maddi sübutlar bir ədəd 1.47 qram kütlələi, sarı rəngli, 583/585 əyarlı qızıldan hazırlanmış boyunbağının Zərərçəkmiş şəxs1, bir ədəd «İphone 12 Pro» markalı mobil telefonun, bir cüt qulaqcığın və qadın əl çantasının Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29.180.2.2 və 29.180.2.4-cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29.180.2.2 və 29.180.2.4-cü maddələrinə əsasən «04» (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin başlanğıcı «29» aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını «ciddi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədibiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə 128 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ**********000 ******* SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. İş üzrə maddi sübutlar bir ədəd 1.47 qram kütlələi, sarı rəngli, 583/585 əyarlı qızıldan hazırlanmış boyunbağının Zərərçəkmiş şəxs1, bir ədəd «İphone 12 Pro» markalı mobil telefonun, bir cüt qulaqcığın və qadın əl çantasının Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-822/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-822/2023
23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver