Məhkəmə qərarları › İş №1(008)-822/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-822/2025

11.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-822/2025 11.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 Rafiq oğlunun sədrliyi, Əlizadə Cazid Afiq oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1986-cı ildə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Naxçıvan MR, Naxçıvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 09 avqust 2025-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Pirşağı çimərliyində vətəndaş Zərərçəkmiş şəxs5 çimərlikdə çimməsindən istifadə edib sonuncunun dəniz kənarında icarəyə götürdüyü stolun üzərində qoyduğu çantanın içərisindən 01 ədəd 1700 manat dəyərində “Samsung S23 Ultra” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 1700 (min yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 09 avqust 2025-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “İdea” çimərliyində vətəndaş Zərərçəkmiş şəxs4 çimərlikdə çimməsindən istifadə edib sonuncunun dəniz kənarında saxladığı “Mercedes” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təkərinin üstündə Zərərçəkmiş şəxs4 tərəfindən gizlədilmiş həmin avtomobilə aid 200 (iki yüz) manat dəyərində avtomobil elektron açarını gizli olaraq talayıb, bununla kifayətlənməyərək açardan istifadə etməklə avtomobilin qapısını açaraq orada saxlanılan ümumi dəyəri 900 manat olan 02 ədəd “Redmi Note 11 S” markalı mobil telefonları vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 1100 (min yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 30 avqust 2025-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “İdea” çimərliyində vətəndaşlar Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 çimərlikdə çimməsindən istifadə edib sonuncuların dəniz kənarında icarəyə götürdüyü stolun üzərində qoyduqları Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd 300 manat dəyərində “Honor X8A” markalı mobil telefonu, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 1000 manat dəyərində “Xiaomi 13T” markalı mobil telefonu, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 2000 manat dəyərində “Samsung Galaxy S25” markalı mobil telefonu vahid niyyətlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 300 (üç yüz) manat, Zərərçəkmiş şəxs2 1000 (min) manat, Zərərçəkmiş şəxs1 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “İDEA” çimərliyinə ara-sıra istirahət etmək üçün getmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə, təxminən saat 17 radələrində Pirşağı qəsəbəsi, “İDEA” çimərliyində masanın üzərində dəsmala bükülmüş vəziyyətdə 3 ədəd mobil telefonu görmüşdür. Qeyd etmişdir ki, heç kimin olmamasından istifadə edərək həmin yerə qoyulmuş 3 ədəd mobil telefonu “Honor X8A”, “Samsung Galaxy S 25 ultra”, habelə “Xiomi 13 T”, markalı mobil telefonları oğurlamışdır. O, 3 ədəd mobil telefonu ailəsinin maddi ehtiyaclarını ödəmək üçün oğurlamışdır. O, bundan başqa oğurluq cinayəti etmişdir. Belə ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, çimərlik ərazisindən, 09 avqust 2025-ci il tarixdə tanımadığı şəxsə məxsus 1 ədəd “Samsung” markalı mobil telefonu vətəndaşın qumun üzərində qoyduğu çantanın içərisindən oğurlamışdır. Həmin mobil telefonları maddi vəziyyətinin pis olması səbəbi ilə oğurlamış və mobil telefonu, ümumilikdə 80 manat olmaqla, Sabunçu qəsəbəsi ərazisində tanımadığı qaraçılara satmışdır. Bundan başqa Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində yerləşən çimərlik ərazisindən, 09 avqust 2025-ci il tarixdə tanımadığı şəxsə məxsus olan 2 ədəd “Redmi” markalı mobil telefonları vətəndaşın avtomobilinin pultunun həmin avtomobilin arxa sol təkərinin üzərində olduğunu görüb qapıları açıb içərisindən oğurlamışdır. Həmin mobil telefonları maddi vəziyyətinin pis olması səbəbi ilə oğurlamış və həmin mobil telefonları, ümumilikdə 1 ədədinin qiymətinin 40 manat olmaqla, ümumilikdə 80 manata Sabunçu rayonu ərazisində tanımadığı şəxslərə, qaraçılara satmışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində 2 övladının və İ qrup əlil bacısının olmasını, barəsində həbslə bağlı olmayan cəza seçilərsə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödəyəcəyini bildirərək bunun nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə, təxminən saat 16 radələrində Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “İDEA” çimərliyində o və 2 dostu üçün ayrılmış masaya 5 manat məbləğində pul verərək çimərliyə daxil olmuşdurlar. Yarım saatdan sonra əyləşdikləri masanın üzərində dəsmala bükülmüş vəziyyətdə ona və 2 dostuna məxsus 3 mobil telefonu qoyaraq dənizə çimməyə getmişdirlər. Belə ki, təxminən 20 dəqiqə müddətində dənizdə vaxt keçirdikdən sonra onlar, masalarına geri qayıtdıqda ona məxsus “Samsung Galaxy S 25 ultra”, dostu Zərərçəkmiş şəxs2 məxsus “Xiomi 13 D”, habelə dostu Zərərçəkmiş şəxs3 məxsus “Honor X8” markalı mobil telefonların oğurlandığını aşkar etmişdirlər. Baş vermiş hadisə nəticəsində ona 2000 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs1 ona vurulmuş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə, təxminən saat 16 radələrində Pirşağı qəsəbəsi, “İDEA” çimərliyində o və 2 dostu üçün ayrılmış masaya 5 manat məbləğində pul verərək çimərliyə daxil olmuşdurlar. Təxminən yarım saatdan sonra əyləşdikləri masanın üzərində dəsmala bükülmüş vəziyyətdə ona və 2 dostuna məxsus 3 mobil telefonu qoyaraq dənizə çimməyə getmişdirlər. Belə ki, təxminən 20 dəqiqə müddətində dənizdə vaxt keçirdikdən sonra onlar masalarına geri qayıtdıqda saat ona məxsus “Xiomi 13 T”, dostu Zərərçəkmiş şəxs1 məxsus “Samsung Galaxy S 25 ultra”, habelə dostu Zərərçəkmiş şəxs3 məxsus “Honor X8” markalı mobil telefonların oğurlandığını aşkar etmişdirlər. Onlar dənizdən çıxan zaman onlara məxsus paltarlar qoyulan besetkada polis maşını olduğunu görmüşdürlər. Baş vermiş hadisə nəticəsində ona 1000 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs2 ona vurulmuş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə, təxminən saat 16 radələıində Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “İDEA” çimərliyində o və 2 dostu çimərliyə daxil olmuşdurlar. Yarım saatdan sonra əyləşdikləri masanın üzərində dəsmala bükülmüş vəziyyətdə ona və 2 dostuna məxsus 3 mobil telefonu qoyaraq dənizə çimməyə getmişdirlər. Təxminən 20 dəqiqə müddətində dənizdə vaxt keçirdikdən sonra onlar masalarına geri qayıtdıqda saat 17 radələrində ona məxsus “Honor X8A”, dostu Zərərçəkmiş şəxs1 məxsus “Samsung Galaxy S 25 ultra”, habelə dostu Zərərçəkmiş şəxs2 məxsus “Xiomi 13 T”, markalı mobil telefonların oğurlandığını aşkar etmişdirlər. Baş vermiş hadisə nəticəsində ona 300 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs3 ona vurulmuş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə saat, təxminən 16:40 radələrində Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində yerləşən “İdea” çimərliyinə getmişdir. Ona məxsus olan “Redmi” markalı 2 ədəd mobil telefonu işlədiyi şirkətə məxsus olan “Mercedes” markalı avtomobilin saxlanc yerinə qoymuşdur. Çimərlikdə istirahət etmək məqsədilə avtomobilin açarını həmin avtomobilin arxa sol təkərinin üzərində olan boşluğa qoymuşdur. Təxminən, 30 dəqiqədən sonra dənizdən çıxıb avtomobilə yaxınlaşmış və açarı götürmək istəyərkən açarın yerində olmadığını görmüşdür. Üzərində olan ehtiyat açar vasitəsilə avtomobilin qapılarını açmış və avtomobilin saxlanc yerində olan 2 ədəd “Redmi not 1 İs” markalı mobil telefonların oğurlandığını aşkar etmişdir. Həmin mobil telefonların ümumi dəyəri, təxminən 900 manat olmuşdur. Həmçinin, şirkətə məxsus olan idarə etdiyi avtomobilin açarının da, oğurlandığını aşkar etmişdir. Həmin avtomobilə məxsus açarın dəyəri, təxminən 200 manatdır. Bununla da, həmin hadisə nəticəsində ona, ümumilikdə 1100 manat dəyərində maddi ziyan dəymişdir. Hadisəni aşkar etdikdən dərhal sonra bu barədə DİN-in “102” Xidməti-Zəng Mərkəzinə məlumat vermişdir. Sonda Zərərçəkmiş şəxs4 ona vurulmuş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə saat, təxminən 15:40 radələrində ailəsilə birlikdə Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində yerləşən çimərliyə getmişdir. Ona məxsus “Samsung” markalı mobil telefonu icarəyə götürdüyü stolun üstündə əl çantasının içərisinə qoymuşdur. Dənizə girib-çıxdıqdan sonra saat, təxminən 18:00 radələrində ona məxsus olan çantanın içərisinin açılaraq dağıdıldığını aşkar etmişdir. Çantanın içərisini açıb baxdıqda ona məxsus olan “Samsung S 23 Ultra” markalı mobil telefonun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Həmin “Samsung” markalı mobil telefonun ümumi dəyəri, təxminən 1700 manatdır. Hadisəni aşkar etdikdən dərhal sonra bu barədə DİN-in “102” Xidməti-Zəng Mərkəzinə məlumat vermişdir. Sonda Zərərçəkmiş şəxs5 ona vurulmuş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 10-12-cü vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 DİNnin “102” Xidməti-Zəng Mərkəzinə və 15-ci PB-yə müraciəti əsasında əməliyyat qrupunun üzvləri ilə birlikdə hadisə yerinə baxış keçirilmiş, hadisə çimərlik ərazisində yerləşən dənizə təxmini iki metr məsafədə yerləşən taxta, iki tərəfi açıq, iki oturacaqdan ibarət masada baş vermişdir. Hadisənin baş verdiyi yer Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “İDEA” çimərliyində yerləşir. Faktla bağlı araşdırılma aparılarkən heç bir videomüşahidə kamerası aşkar edilmədi. Fotoşəkillər çəkilərək iş materiallarına əlavə olunmuşdur. Cinayət işinin 29-30-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli “Maddi sübutun götürülməsi” protokolundan görünür ki, baxış zamanı üç ədəd mobil telefon Bakı şəhəri Sabunçu RPİ-nin təhqiqatçısı Xalid Qurbanlı tərəfindən götürülmüşdür. Birinci telefon “Samsung Galaxy S25”, ikinci “Honor X8A”, üçüncü “Xiaomi 13T”-dir. Cinayət işinin 42-44-cü vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs4 DİNnin “102” Xidməti-Zəng Mərkəzinə və 15-ci PB-yə müraciəti əsasında əməliyyat qrupunun üzvləri ilə birlikdə hadisə yerinə baxış keçirilmiş, hadisə yerinə baxış zamanı hadisənin Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi çimərlik ərazisində baş verməsi müəyyən edilmişdir. Faktla bağlı araşdırılma aparılarkən heç bir videomüşahidə kamerası aşkar edilmədi. Həmçinin hadisə yerinə baxış zamanı heç bir cinayət xarakterli iz aşkar edilmədi. Fotoşəkillər çəkilərək iş materiallarına əlavə olunmuşdur. Cinayət işinin 60-62-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs5 DİN-nin “102” Xidməti-Zəng Mərkəzinə və 15-ci PB-yə müraciəti əsasında əməliyyat qrupunun üzvləri ilə birlikdə hadisə yerinə baxış keçirilmiş, hadisə yerinə baxış zamanı hadisənin Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi çimərlik ərazisində baş verməsi müəyyən edilmişdir. Hadisə yerinə baxış zamanı hadisə baş verən ərazidə heç bir şübhəli şəxs, həmçinin cinayət xarakterli izlər aşkar edilmədi. Faktla bağlı araşdırılma aparılarkən heç bir videomüşahidə kamerası aşkar edilmədi. Fotoşəkillər çəkilərək iş materiallarına əlavə olunmuşdur. Cinayət işinin 86-88-ci vərəqələrində olan “Əşyanın tanınmaya təqdim edilməsi barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, predmetlər stol üstünə qoyulduqdan sonra Zərərçəkmiş şəxs1 otağa dəvət edildi və o, həmin predmetləri diqqətlə nəzərdən keçirərək bildirdi ki, ona tanınmaya təqdim edilmiş 04 ədəd mobil telefonları nəzərdən keçirərək stolun üstünə qoyulmuş 2-ci sıra nömrəsi ilə nömrələnmiş özünə məxsus “Samsung Galaxy S25” markalı mobil telefonu tanıdı. O, məhz 2-ci sıraya qoyulmuş qara rəngli “Samsung Galaxy S25” markalı mobil telefonu üzərində olan cızıqlar və digər fərdi əlamətlərinə görə ona məxsus olduğunu bildirdi. Cinayət işinin 98-100-cü vərəqələrində olan “Əşyanın tanınmaya təqdim edilməsi barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, predmetlər stol üstünə qoyulduqdan sonra Zərərçəkmiş şəxs2 otağa dəvət edildi və o, həmin predmetləri diqqətlə nəzərdən keçirərək bildirdi ki, ona tanınmaya təqdim edilmiş 04 ədəd mobil telefonları nəzərdən keçirərək stolun üstünə qoyulmuş 2-ci sıra nömrəsi ilə nömrələnmiş özünə məxsus “Xiaomi 13T” markalı mobil telefonu tanıdı. O, məhz 2-ci sıraya qoyulmuş qara rəngli “Xiaomi 13T” markalı mobil telefonu üzərində olan cızıqlar və digər fərdi əlamətlərinə görə ona məxsus olduğunu bildirdi. Cinayət işinin 109-111-ci vərəqələrində olan “Əşyanın tanınmaya təqdim edilməsi barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 otağa dəvət edildi və o, həmin predmetləri diqqətlə nəzərdən keçirərək bildirdi ki, ona tanınmaya təqdim edilmiş 04 ədəd mobil telefonları nəzərdən keçirərək stolun üstünə qoyulmuş 2-ci sıra nömrəsi ilə nömrələnmiş özünə məxsus “Honor X8A” markalı mobil telefonu tanıdı. O, məhz 2-ci sıraya qoyulmuş qara rəngli “Honor X8A” markalı mobil telefonu üzərində olan cızıqlar və digər fərdi əlamətlərinə görə ona məxsus olduğunu bildirdi. Cinayət işinin 138-ci vərəqində olan xx.xx.2025-ci il tarixli “Tutma protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 170-176-cı vərəqələrində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-408/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarından görünür ki, vəsatətin təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin 03 sentyabr 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 179-180-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 180-188-ci vərəqələrində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-797/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinməsi və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 avqust 2024-cü il tarixdən 16 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğ 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasının ona təyin edilmiş 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, həmçinin kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsinin qoyulması, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Cinayət işinin 195-202-ci vərəqələrində olan “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, ifadənin yeridə yoxlanması gündüz vaxtı təbii işıqda keçirilmiş, ifadə yerində yoxlanılarkən Təqsirləndirilən şəxs göstərdiyi Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Pirşağı çimərliyinə getmişlər, orada Təqsirləndirilən şəxs 09 avqust 2025-ci il tarixdə saat 18:00 radələrində həmin yerdə Zərərçəkmiş şəxs5 məxsus “Samsung S23 Ultra” markalı mobil telefonu oğurladığı yeri əyani şəkildə göstərmiş, bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “İdea” çimərliyinə gətmişlər, orada Təqsirləndirilən şəxs 09 avqust 2025-ci il tarixdə saat 18:30 radələrində həmin yerdə Zərərçəkmiş şəxs4 məxsus dəniz kənarında saxladığı “Mercedes” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobildən 02 ədəd “Redmi Note 11 S” markalı mobil telefonu və Mercedes” markalı **- JU-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus açarı mobil telefonun oğurlandığı yeri əyani şəkildə göstərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs “İdea” çimərliyində xx.xx.2025-ci il tarixdə saat 17:00 radələrində Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 məxsus “Honor X8A” markalı “Xiomi 13T” markalı, “Samsung Galaxy S25” markalı mobil telefonları oğurladığını əyani şəkildə göstərdi. İfadənin yerində yoxlanılması zamanı “SONY” fotoaparatı ilə fotoşəkillər çəkilmişdir. Cinayət işinin 203-209-cu vərəqələrində olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs oğurladığı Zərərçəkmiş şəxs3 məxsus “Honor X8A” markalı mobil telefon, Zərərçəkmiş şəxs2 məxsus “Xiaomi 13T” markalı mobil telefon və Zərərçəkmiş şəxs1 məxsus “Samsung Galaxy S25” markalı mobil telefonun maddi sübut kimi tanınması və zərərçəkmiş şəxslərə qaytarılması qərara alınmışdır. Cinayət işinin 223-cü vərəqində olan Zərərçəkmiş şəxs3 tərəfindən yazılaraq imzalanmış Qəbzdən görünür ki, ona məxsus olan “Honor X8A” markalı mobil telefonu təhvil almışdır. Cinayət işinin 224-cü vərəqində olan Zərərçəkmiş şəxs2 tərəfindən yazılaraq imzalanmış Qəbzdən görünür ki, ona məxsus olan “Xiaomi 13T” markalı mobil telefonu təhvil almışdır. Cinayət işinin 225-ci vərəqində olan Zərərçəkmiş şəxs1 tərəfindən yazılaraq imzalanmış Qəbzdən görünür ki, ona məxsus olan “Samsung Galaxy S25” markalı mobil telefonu təhvil almışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhər Probasoya İdarəsinin xx.xx.2026-cı il tarixli, 3-16- 21-1/2-39373/2026 nömrəli məktubundan görünür ki, sorğunuza cavab olaraq bildiririk ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək Sabunçu Rayon Məhkəməsinin 1(008)-797/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmünə əsasən 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən cəzadan azad edildiyi üçün barəsində olan şəxsi iş xx.xx.2026-cı il tarixdə idarənin qeydiyyatından çıxarılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və vurulmuş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan – iş üzrə Təqsirləndirilən şəxs oğurladığı Zərərçəkmiş şəxs3 məxsus “Honor X8A” markalı mobil telefon, Zərərçəkmiş şəxs2 məxsus “Xiaomi 13T” markalı mobil telefon və Zərərçəkmiş şəxs1 məxsus “Samsung Galaxy S25” markalı mobil telefonun zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 03 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan – iş üzrə Təqsirləndirilən şəxs oğurladığı Zərərçəkmiş şəxs3 məxsus “Honor X8A” markalı mobil telefon, Zərərçəkmiş şəxs2 məxsus “Xiaomi 13T” markalı mobil telefon və Zərərçəkmiş şəxs1 məxsus “Samsung Galaxy S25” markalı mobil telefonun zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar