Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-823/2023 25.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X12 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1979-cu il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, Şəmkir rayonu, Qaracəmirli kəndində qeydiyyatda olan, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hökmünə əsasən azadlıqdan məhrum edilmə cəzası təyin edilməklə Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 178.2.2, 178.2.4 və 263-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə saxlanc yerinə qanunsuz daxil olaraq, zərərçəkmiş şəxsə xeyli miqdarda zərər vurmaqla təkrar oğurluq etmiş, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatmaq yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda zərər vurmaqla təkrar dələduzluq etmiş və nəqliyyat vasitələrini idarə etmə hüququ olmadan yol hərəkəti qaydalarını pozmaqla zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 26 oktyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H,Əliyev prospekti 35 ünvanında yerləşən evində usta kimi işləyən zaman saxlanc yeri hesab edilən yataq otağındakı dolabı açıb qanunsuz daxil olaraq oradan Azərbaycan Republikası məzənnəsi itə 12070 manat dəyərində olan 7100 ABŞ dolları, 7200 manat pulu, 01 ədəd 1000 manat dəyərində qızıl "Quran qabı” formalı qızıl klonu olan qızıl boyunbağını, 4000 manat dəyərində 01 ədəd qızıl boyunbağı və 01 ədəd qızıl bilərzikdən ibarət 40 qramlıq qızıl dəstini, 01 ədəd 1000 manat dəyərində qızıl boyunbağını, 01 ədəd 250 manat dəyərində üzərində "Yusif" yazısı olan qızıl boyunbağını, 1 ədəd 250 manat dəyərində üzərində "Fatimə” yazısı olan qızıl boyunbağını, 1 ədəd 2000 manat dəyərində qızıl bilərziyi, 1 ədəd 6000 manat dəyərində gül formalı qızıl dəsti. 1 ədəd 1000 manat dəyərində briliant qaşlı qızıl üzüyü, 1 dəst 8000 manat dəyərində sapfir qaşlı dəsti, 1 ədəd 1200 dəyərində briliant qaşlı qızıl üzüyü, hər biri 500 manat olan cəmi 3000 manat dəyərində qızı! qadın üzüklərini, 1 ədəd 800 manat dəyərində üzərində ‘Allah” yazısı olan qızıl sepi, 1 ədəd 500 manat dəyərində qızıl sepi gizli olaraq talayıb zərərçəkmiş şəxsə 49270 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o. təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə evində kirayə yaşadığı Zərərçəkmiş şəxs6 özünü imkanlı şəxs kimi tanıdıb etibarını qazandıqdan sonra, ona öz bank hesabında olan böyük məbləğdə pulu restoran açdıqdan sonra götürə biləcəyinə inandıraraq bu adla xx.xx.2022-ci il tarixdə 400 manat pulu ‘Leo’bank kartı vasitəsi ilə, xx.xx.2022-ci il tarixdə 100 manat və xx.xx.2022-ci il tarixdə 750 manat pulu borc adı ilə Xətai rayonu Məzahir Rüstəmov küçəsi 15 ünvanında, xx.xx.2022-ci il tarixdə 1250 manat pulu isə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində “Orion" restoranını almaq üçün beh adı ilə aldadıb həmin ünvanda ələ keçirərək Zərərçəkmiş şəxs6 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 2500 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, 2022-ci ilin noyabr ayının sonlarında özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə kirayə yaşadığı Zərərçəkmiş şəxs6 məxsus ünvan 3 ünvanındakı evdən 90 manat deyərində olan 1 çüt qadın ayaqqabısını, 170 manat dəyərində olan 1 cüt qadın çəkməsini, 1 ədəd 800 manat dəyərində olan qadın şubasını, İsveçdən gətirilmiş {20 kq) çəkidə 1 kisədə dəyər qiyməti 1000 manat olan müxtəlif geyim əşyalarını, ümumilikdə 50 manat dəyərində olan 10 ədəd balonda kompot, 10 ədəd balonda mürəbbə, 10 balon tuşuları, bir ədəd 70 manat dəyərində olan laqondanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 2180 manat ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə ünvan 4 ünvanında yaşayan qeyri-rəsmi münasibətdə olduğu X2 yaşadığı evin yataq otağındakı çarpayının döşəyinin altından 1300 manat nağd pulu və 01 ədəd 1000 manat dəyərində qızıl boyunbağını gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 2300 manat deyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə və 09 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək 01 ədəd 3800 manat dəyərində biriliant qaşiı qolbağı, 01 ədəd 2500 manat, 01 ədəd 2700 manat, 01 ədəd 2000 manat, 01 ədəd 1200 manat və 1 ədəd 2500 manat dəyərində biriliant qaşlı üzülklərini, hər birinin dəyəri 1750 manat olan 02 ədəd qızıl qolbaqdan ibarət ümumilikdə 18200 manat dəyərində qızıl-zinət əşyalarını üzərinə ad yazırdırmaq, təmir etmək və cilalamaq vədi ilə aldadıb ünvan 5 ünvanında ələ keçirərək zərərçəkmiş şəxs Roya Mahmudovaya 18200 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, 13 yanvar 2023-cü il tarixdə saat 11.10-da «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməyərək nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Ford Fusion markalı, **-PC- *** dövlət qeydiyyat qeydiyyat nişanlı avtomobili Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu erazisindən keçən 61-ci kilometrliyində 60 km/saat idarə edib Bakı istiqamətində hərəkətdə olarkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu haldabu tətəlbərə riayət etməyərək yolun yaş və qarlı olması şəraitində avtomobili yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin bilmədiyindən hərəkət hissəsindən sağ tərəfə çıxaraq aşmış, nəticədə ehtiyatsızlıqdan "Ford Fusion" markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs5 alnın tüksüz hissəsinin qançırı, onurğanın 2-ci bel fəqərəsinin sınıtı kimi səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər yetirməsinə səbəb oian yolnəqliyyat hadisəsi törətmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə “Azar” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 1600 manat dəyərində qızıl üzüyünü təmir etmək vədi ilə və həmin üzüyün təmiri üçün ödəniş adı ilə 100 manat pulunu aldadıb ünvan 6 ünvanının qarşısında ələ keçirib Zərərçəkmiş şəxs2 ümumilikdə 1700 manat dəyərində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 22 fevral 2023-cü il tarixdə, saat 16:00 radələrində “Azar" sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs3 məxsus Sabunçu rayonu, ünvan 7 ünvanında olan zaman saxlanc yeri hesab olunan dəhlizdə yerləşən dolaba qanunsuz daxil olaraq oradan pul kisəsində olan 4000 manat dəyərində 750 əyyarlı qızıl boyunbağımı, 300 manat dəyərində göz şəkilli qızıl klonu, 500 manat dəyərində nazik qızıl sep, 350 manat dəyərində üzərində muncuqlar olan qızıl sep, 1500 manat dəyərində “Pandora" markalı qızıl komplekt, 400 manat dəyərində qızıl sep, 400 manat dəyərində "pandora” markalı qızıl üzük, 1300 manat dəyərində brilyant qaşlı qızıl nişan üzüyü, 500 manat dəyərində “pandora" markalı qızıl sırğa, 300 manat dəyərində qızıl sırğalar, 100 manat dəyərində gümüş üzük, 120 manat dəyərində gümüş sırğa, 30 manat deyərində bijuteriya dəsti, 170 manat valyuta məzənnəsi dəyərində 100 ABŞ dolları, 100 manat dəyərində qəpik pullar, 250 manat dəyərində qadın ətirləri, bir ədəd 3 manat olan 10 ədəd 30 manat dəyərində hava təmizləyicisi, hər biri 3 manat olan 10 ədəd 30 manat dəyərində "Jilet" üz təmizləyicisini, ümumilikdə 300 manat dəyərində olan 2 ədəd sarı rəngli sadə metaldan sepi. 1 ədəd sarı rəngli qolbağı, 2 ədəd gümüş sırğanı və bir ədəd gümüş üzüyü gizli olaraq talayıb zərərçəkmiş şəxsə 10680 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 178.2.2, 178.2.4 və 263-1.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.3, 177.2.4, 178.2.2, 178.2.4 və 263-1.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə vermək imtina etdiyini, ona elan iithamla tam razı olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş mülki iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, o, özünə məxsus olan geyim mağazasında müxtəlif qadın geyim əşyalarını həyata keçirməklə ödəyir. 2022-ci ilin dekabr ayının əvvəllərində “Azar” sosial şəbəkəsi vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Onunla söhbəti müsbət alınmışdır. Bu səbəbdən də onunla görüş təyin etmək qərarına gəlmişlər. İlk dəfə onun işlədiyi ünvan 8 ünvanında yerləşən "L ady Shop" mağazasında görüşmüşdür. Bir dəfə “Dəniz kənarı” bulvarda gəzinti etmişdir. Bir dəfə "Dəniz kənarı" bulvarda gəzinti etmişlər. 2023-cü ilin yanvar ayının 2-də Elman ondan ona müəyyən yemək bişirməyini xahiş etmişdir. O da razılaşmışdır. Həmin gün ərzində Elman ondan dəfələrlə borca pul istəmişdir, lakin ona maddi vəziyyətinin yaxşı olmadığı üçün ona köməklik edə bilməyəcəyini bildirmişdir. O, 2023-cü ilin yanvar ayının 3-də onun yaşadığı ünvan 9 ünvanına gəlmişdir. Həmin gün onunla birlikdə orada qalmışdır. Gecə ondan onun boynunda olan qızıl sepi açmağı xahiş etmişdir. Onun yanında həmin sepi yaşadığı mənzilin yataq olağında olan döşəyinin altına qoymuşdur. Həmin gün Elman gecə onun mənzilində qalmışdır. Növbəti gün səhər onunla söhbəti zamanı Elman ona bildirmişdir ki, ona xarici ölkələrin birindən avtomobil gələcək və həmin avtomobili götürəcək. O isə işə getdiyini bildirmişdir. Onunla birlikdə mənzilini tərk etmişdir. “Bolt" mobil tətbiqi vasitəsi ilə taksi sifariş etmişdir. Taksiyə əyləşdikdə Elman ona bildirmişdir ki, onun mənzilinin açarı onun mənzilində qalmışdır və evin qapısının açarını istəmişdir, O da Elmana inanıb evin açarını ona vermişdir. Təxminən 5 dəqiqə ərzində Elman o yaşadığı mənzilə qalxıb düşmüşdür. Daha sonra o öz iş yerinə getmişdir, O isə Lökbatan rayonu istiqamətində getdiyini bildirmişdir. Gün ərzində o Elmanla danışırmış. Həmin gün axşam yaşadığı mənzilə getmişdir. İlk olaraq mənzilinin yataq otağına girmişdir. Birinci olaraq yataqda olan döşəyin altına baxmışdır, orada olan 1300 manat pulun və 1000 manat dəyərində 585 əyar qızıl olan sepi və 750 əyar qızıl olan həmin sepin üzərində olan klonla birlikdə qızıl sepi orada yoxdur və oğurlanmışdır. O yaşadığı evdə hər hansı dağıntı aşkar etməmişdir. Elmanın yanında həmin qızıl sepi oraya qoyduğu üçün və evdən çıxdıqdan sonra Elman ondan açarı alıb evinə çıxıb qayıtdığı üçün, ondan sonra heç kim evinə girmədiyi üçün həmin oğurluğu sonradan adının Təqsirləndirilən şəxs olmasını bildiyi şəxs törətdiyindən əmindir. Həmin oğurluq hadisəsi xx.xx.2023-cü il tarixdə saat 10 radələrində baş vermişdir. Hadisə nəticəsində ona 2300 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, ünvan 10 ünvanında atası Şahid və anası X5 ile birlikdə yaşayır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir ədavəti yoxdur, ünvan 11 ünvanda qeydiyyatda olmaqla, ünvan 12nləri ilə birlikdə yaşayır. 2022-ci ilin oktyabr ayında qeydiyyatda olduğu və mülkiyyətində olan, Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi 152 saylı binanın 102 saylı mənzilini atasının razılığı İlə sosial şəbəkədə kirayə verilməsi elanlarına yerləşdirmişdir və istifadəsində olan mobil nömrəni elanda qeyd etmişdir. Bir müddət sonra sonradan adım bildiyi Təqsirləndirilən şəxs mənimlə ***-***-**-** mobil nömrəsi ilə telefon əlaqəsi yaradaraq bildirmişdir ki, mənzilini kirayə götürmək istəyir. 2022-ci ilin noyabr ayının 2-də Elman özünü makler kimi təqdim edən bir qadınla yaşadığı ünvana gəlmişdir. Birlikdə Elmanının idarə etdiyi avtomobili ilə kirayə götürüləcək mənzilə getmişlər. Elman mənzilə baxmışdır, razılaşdıqdan sonra aylıq 600 manat ödəniş və mənzildə olan əşyalardan istifadə etmək şərtləri ilə mənzilin açarını həmin yerdə ona vermişdir. Elman əlavə olaraq ona bildirmişdir ki, anası Rusiyadan qayıtdıqda illik kirayə haqqını ödəyəcək yaşadıqları müddət ərzində Bakı şəhəri ərazisində mülkiyyətlərinə restoran aldıqda onu da işə qəbul edəcəkdir, O da onun dediklərinə qismən inanırmış. Elman hər dəfə bahalı qiymət təşkil edən minik avtomobilləri ilə görüşə gəldikdə bir qədər inanırmış ki, o imkanlı şəxsdir, onu aldatmaz və mənzildə olan etibar edilmiş əmlakı oğurlamaz. 2022-ci ilin noyabr ayının son günlərində, Elman etibarını qazanaraq, idarə etdiyi minik avtomobilin təmiri və əlavə olaraq anasının hava limanında qarşılanması üçün əlavə pul istədikdə yaşadığı ünvanda Elmana ümumilikdə 2.500 manat pul verdikdən sonra Elmanla aralarında olan əlaqə kəsilmişdir və həmin zaman ona məlum olmuşdur ki, Elman onu aldadıb. Elmanın kirayədə yaşadığı yəni mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi 152 mənil 102-yə baxdıqda müəyyən etmişdir ki, Elman mənzildə 2022-ci ilin noyabr ayının 6-dan həmin İlin dekabr ayının 1-dək olan müddət ərzində yaşadığı müddət ərzində, mənzildə olan 90 manat dəyərində olan 1 çüt qadın ayaqqabısını, 170 manat dəyərində olan 1 cüt qadın çəkməsini, 1 ədəd 800 manat dəyərində olan qadın şubasım, İsveçdən gətirilmiş (20 kq) çəkidə 1 kisədə dəyər qiyməti 1000 manat olan müxtəlif geyim əşyalarını, ümumilikdə 50 manat dəyərində olan 10 ədəd balonda kompot, 10 ədəd balonda mürəbbə, 10 balon tuşulan, bir ədəd 70 manat dəyərində olan laqondanı gizli olaraq talamış və ümumilikdə 2180 manat dəyərində əmlakları oğurlaması nəticəsində ona həmin məbləğdə ziyan dəymişdir. Həmçinin, Təqsirləndirilən şəxs onun etibarını qazanaraq özünü imkanlı şəxs kimi təqdim edərək onun 2500 manat pulumu borc adı ilə ələ keçirib aldadaraq ona qarşı dələduzluq etməklə həmin məbləğdə maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs ilkin 400 manat pulu 2022ci ilin noyabr 12-də “Leo"bank kartına atmış, iki gün sonra 100 manat borc olaraq Xətai rayonu Məzahir Rüstəmov küçəsi 15 ünvanında yaşadığı evin yanında vermişdir. Bundan başqa, 750 manat pulu İsə Elman öz avtomobili ile qəza törətdiyi üçün ondan təmir məqsədi ilə 2022-ci ilin noyabr ayının 20-də almışdır. Sonuncu dəfə isə Elman 1250 manat pulu Qaraçuxur qəsəbəsində "Orion” restoranını almaq üçün beh adı ilə ondan 2022-ci ilin noyabr ayının 28-də almışdır. O Elmandan niyə pulunun olmadığını soruşduqda Elman onu inandırmışdır ki, pul hesabdadır və qardaşı kodu vermir ki, xərcləməsin, restoranı alanda pulu nağdlaşdırsın. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir ədavəti yoxdur. O Xətai rayonu, “Əhmədli” metrosunun yaxınlığında gözəllik salonunda makyaj və saç ustası kimi işləyir. O 2023-cü ilin fevral ayının ortalarında öz mobil telefonu ilə işsiz imiş və boş vaxtı olduğu üçün “Azar” sosial şəbəkəsinə daxil olan zaman bir Elman adı ilə özünü təqdim edən şəxslə tanış olmuş və onunla söhbət əsnasında Rusiyya FRdan təzə gəldiyini qızıl alqı-satqısı mağazası açmaq üzrə olduğunu və onu da həmin qızıl dükanına satıcı kimi işə düzəldəcəyini bildirmiş və çox İnamlı danışaraq onu özünə inandırmışdır, Təxminən onlar telefonda “Whatsapp” şəbəkəsində ona məxsus ***-***-**-** nömrəsi ilə yazışmışlar. xx.xx.2023-cü il tarixdə görüşmək qərarına gəlmişlər ki, onu görsün və qızıl dükanı kimi işlədəcəyi obyektlərə baxsınlar. O da razılaşmışdır və Elmanla zəngləşib “Əhmədli" metrostansiyasmın "Urfa" restoranının yanında görüşmüşlər. Söhbət əsnasında o Elmana qızıl üzüyünün də qırıq olmasını və usta olsa düzəltdirmək istədiyini demişdir. Bu zaman Elman ona bildirmişdir ki, problem yoxdu, qızıl üzüyü ona versin, Dima adlı ustaya verib düzəltdirəcəkdir, hətta ondan 100 manat da təmir xərci olaraq pul almışdır. O də onun sərbəst danışmasına, ona iş verəcəyinə inandığı üçün ona etibar edib 750 əyyarlı 1600 manat dəyərində qızıl üzüyünü və təmir üçün də istədiyi 100 manat pulu ona vermişdir. Daha sonra Elman növbəti gün obyektdə görüşüb qızılını da gətirəcəyini deyib çıxıb getmişdir. O 10 dəqiqə sonra nəsə narahat olmuş və Elmana zəng edərək qızıl üzüyünü ondan geri qaytarmasını istəmiş və ona demişdir ki, İşə çıxanda düzəldirər. Elman həmin vaxt ona yarımsaata gətirib verəcəyini demiş, lakin sonradan mobil nömrəsini söndürmüşdür. Sonrakı iki gün o Elmana zənglər etsə də telefon nömrəsinə zəng çatmamışdır və o DİN-in 10/ xidmətinə zəng etmiş, sonra isə Xətai RPİ-nin 34-cü PB-nə gedərək şikayət ərizəsi ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs ona qarşı dələduzluq əməli nəticəsində 1700 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə "Azar" adlı sosial şəbəkəsində Elman kimi özünü təqdim edən şəxslə tanış olmuşdur. Onun iti vardır və bir iti ölmüş digər iti isə xəstələnmişdir və o ona sistem iynə vurdurmaq üçün pul tapa bilmədiyindən kövrəlib ağlayırmış və evdə başını qatmaq üçün “Azar” sosial şəbəkəsində profildə it şəkili olan “Motu” adlı profillə danışan zaman Elman, ona itini sağaldacağını, Özünün də heyvan sevən olmasını deyib, lazımdırsa dərman ala biləcəyini bildirmişdir. Onda Elmana qarşı inam yaranmış, bunu eləsə böyük savab qazanacağını demiş və onu evinə dəvət eləmişdir ki. gəlib inanmırsa itinə baxsın, onu müalicə eləsin, O Elmana “Vaccapp” proqramında konum atmışdır və o yaşadığı ünvan 13 ünvanındakı evinə gəlmişdir, evdə həmin vaxt qardaşı qızı X3, öz qızı X9 da olmuşdur. Elmanın aldığı dərmanı itə Şəbinə İynə ilə vurmuşdur və Şəbinə sistem asmamışdan əvvəl müvəqqəti ondan alaraq barmağına taxdığı üzüyü çıxarıb paltar şkafının içinə qoyduqda bunu Elman görmüşdür. Elmana həmin vaxt çay vermişdir, söhbət zamanı Elman Rusiya FR-dan gəldiyini, oteldə qaldığını danışmış və hətta restoran işlətməyə başlayanda onu aşbaz kimi işə götürəcəyinə də söz vermişdir. Elman xx.xx.2023- cü il tarixinə keçən gecə saat 02 radələrinədək oturduqdan sonra otelə gedəcəyini deyərək evdən çıxıb getmişdir. O da itdən narahat olduğu üçün onun başında durub səhər saat 06 radələrinədək gözləmişm və sonra yuxulamışdır, Bu ərəfədə Elman ona zəng etmiş və o zəngi açmamışdır. Həmin gün saat 11 radələrində Elman onun yaşadığı ünvana gəlmiş və zənginə cavab vermədiyi üçün itindən narahat qaldığını demişdir. O da Elmanı evə dəvət etmiş, iti ona göstərmişdir. Daha sonra o itinin vəziyyətinin ağırlaşdığını və allergiyası tutduğu üçün əlavə iynə almaq üçün Elmandan 5 manat alıb aptekə düşmüşdür. Həmin vaxt isə qızı və qardaşı qızı Şəbinə evdə olmamışlar, mağazaya getmişlər. O dərmanı almaq üçün Bakıxanov qəsəbəsində evinin yaxınlığındakı apteklərə girsə də tapa bilməmişdir və bir qədər uzaqlıqda olan böyük aptekə getmiş və lazım olan dərmanı tapıb alaraq evə qayıdarkən qızı Fidan ona zəng vuraraq evin qapısının açıq olmasını və Elmanın da evdə olmadığını demişdir. O tez evə qayıtmışdır. Evə axtarış edən zaman müəyyən etmişdir ki, evdən Elman oğurluq edib. Belə ki, o, evdə onun bütün qızılım və pulunu oğurlamışdır. Oğurluq nəticəsində Elman 4000 manat dəyərində 750 əyyarlı qızıl boyunbağını, 300 manat dəyərində göz şəkilli qızıl kulonu, 500 manat dəyərində nazik qızıl sepı, 350 manat dəyərində üzərində muncuqlar olan qızıl sep'ı, 1500 manat dəyərində “Pandora" markalı qızı! komplekti (sırğa, üzük, sep və klon), 400 manat dəyərində qızıl sepi, 400 manat dəyərində “pandora” markalı qızıl üzüyü, 1300 manat deyərində brilyant qaşlı qızıl nişan üzüyünü, 500 manat dəyərində “pandora" markalı qızıi sırğanı, 300 manat dəyərində iki cüt qızıi sırğaiarı, 100 manat dəyərində gümüş üzükləri, 120 manat dəyərində gümüş sırğanı, 30 manat dəyərində bijuteriya dəstini, 100 ABŞ dolları, 100 manat dəyərində qəpik pulları, 250 manat dəyərində 3 ədəd qadın ətirlərini, hər biri 3 manat olan 10 ədəd cəmi 30 manat deyərində hava təmizləyici spreyi, hər biri 3 manat olan 10 ədəd 30 manat dəyərində "Jilet” markalı üz qızrxanları, sonradan isə ümumilikdə 300 manat dəyərində olan 2 ədəd sarı rəngli sadə metaldan sep, 1 ədəd sarı rəngli qolbaq, 2 ədəd gümüş sırğa və bir ədəd gümüş üzük oğurlanmasını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 10680 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Rüstəmova Gülnarə onun qızıdır. Qızı Gülnarə yaxınlıqda yerləşən yeni tikili binada xadiməçi olaraq işləmişdir, Həmin binada işlədiyi zaman Təqsirləndirilən şəxs tanımışdır. Təqsirləndirilən şəxs qızı Gülnarəyə öz kirayə yaşadığı evi təmizləməyi xahiş etmiş və bu iş müqabilində ona 300 manat pul verəcəyini bildirmişdir. X14 Elmanla razılaşmış və onun evinə gedib evini təmizləmişdir, Təqsirləndirilən şəxs evinə təmizləmək üçün açarını Gülnarəyə vermiş və özü çıxıb getmişdir. Gülnarə Təqsirləndirilən şəxs evini təmizləyib bitirdikdən sonra açarı da özü ilə götürüb yaşadığı evə gətirmişdir. Həmin vaxtı onun evində usta işləmiş və evin əşyalarını o evdən çıxarıb evin qarşısına yığmışdır. Köhnə usta isə evin bir otağını təmir edib digərini isə yarımçıq qoyub getmişdir. Təqsirləndirilən şəxs qızı Gülnarədən Öz yaşadığı evin açarını götürmək üçün onların evinə gələn zaman evdəki əşyaların çöldə olduğunu görmüşdür.Həmin vaxt Elman açarı götürdükdən sonra ondan əşyaları nə üçün çölə yığdığını soruşmuşdur. O da Elmana evdə təmir işləri getdiyini ustanın çıxıb getdiyini usta axtardığını bildirmişdir. Bundan sonra Elman onun evini təmir edə biləcəyini özünün usta olduğunu bildirmişdir. Bundan sonra o Elmanla razılaşmışdır. xx.xx.2022-ci İl tarixdə Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlmişdir ve təmir işlərinə başlamışdır. Təxminən 15 gün müddətinə Təqsirləndirilən şəxs onun evində təmir işləri aparmışdır. Həmin işlərin müqabilində Elmana 290 manat pul vermişdir. Təmir işlərindən Elmana borclu qalmamışdır. xx.xx.2022ci İİ tarixdə Elman yenə onun evində təmir işləri görən zaman o evdən çıxıb marketə süd almaq üçün getmişdir. Həmin vaxtı Elman evdə qızı Gülnarə ilə birlikdə olmuşdur. Elman qızına paltarını dəyişib harasa gedəcəyini bildirmiş və paltarlarını dəyişmək bəhanəsi ilə onun qızıllarııın və pullarının olduğu yataq otağına daxil olmuşdur. Bundan sonra avtomobilin sənədini götürüb gələcəyini qızına deyərək evdən çıxıb getmişdir. O evə qayıdan zaman qızı Gülnarədən Elmanın harada olduğunu soruşmuşdur. Qızı ona bildirmişdir ki, paltarını dəyişmişdir ve sənəd götürmək üçün gedib indi qayıdacaqdır. Elman İsə getdikdən sonra bir daha geri qayıtmamışdır. O da Elmanın işi yarımçıq qoyduğunu düşünmüşdür. Lakin həmin hadisədən 5 gün sonra 31.10,2022-ci il tarixdə o evdə yataq otağında olan qarderoba baxan zaman oradan ona məxsus 7100 ABŞ dolları pulun. 7200 manat pulun ,1000 manat dəyərində sarı qızıldan hazırlanmış tros formalı quranqabı klonu olan boyunbağının,4000 manat dəyərində 01 boyunbağıdan və 01 ədəd bilərzikdən ibarət 40 qram qızıl dəstin ,01 ədəd 1000 manat deyərində qızıl boyunbağının,01 ədəd 250 manat dəyərində üzərində Yusif yazısı olan qızıl boyunbağının ,01 ədəd 250 manat dəyərində üzərində Fatimə yazısı olan qızıl boyunbağının,01 ədəd 2000 manat dəyərində qızıl biləriziyin,01 dəst 6000 manat dəyirində gül formalı qızıl komplektin.01 ədəd 2000 manat dəyərində brilliant qaşlı üzüyün,01 dəst 8000 manat dəyərində sapfir qaşlı komlektin.01 ədəd 1200 manat dəyərində brilliant qaşlı üzüyün, hər biri 500 manat dəyərində 06 ədəd qızıl qadın üzüklərinin, 01 ədəd 800 manat dəyərində üzərində “Allah" yazısı olan qızıl sepin. 01 ədəd 500 manat dəyərində qızıl sepin oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 49270 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, 07 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə “Azar" sosial şəbəkəsində tanış olmuşlar və aralarında səmimi münasibət yaranmışdır. Təqsirləndirilən şəxs ona Rusiya Federasiyasından Azərbaycana təzə gəldiyini, Bakı şəhərində milyon yarım dəyərində olan obyekt alıb brend marka qızıl-brilyant əşyalarının satışını həyata keçirdiyini demişdir. O da Elmana öz qızıl-zinət əşyalarını cilalatdırmaq, üzərinə cavan vəfat edən oğlunun adım yazdırmaq istədiyini dedikdə Elman həmin işlə bağlı Dima adlı tanış zərgəri də vardır. Buna görə də onun qolunda olan qızıl və brilyant qolbağlarını ondan istədi ki, aparsın, həmin Dima adlı zərgərə polirovka etdirib gətirsin. O da Elmana inandığından 08 yanvar 2023-cü il tarixdə 3800 manat dəyərində brilyant qaşlı qolbağını, 09 yanvar 2023-cü il tarixdə 2500, 2700, 2000, 1200, 2500 manat dəyərində olan 5 ədəd brilyant qaşlı üzüklərini, 2 ədəd hər biri 1750 manat dəyərində olan qızıl qolbağını ünvan 5 ünvanda Təqsirləndirilən şəxs vermişdir. Elman həmin qızıllardan qızıl üzüyün üstündə mərhum oğlu X1 adını yazdırmağı, qızıl-zinət əşyalarım cilalamağı və qızıl üzüklərini təmir etməklə barmağına uyğunlaşdırmağı və 2 günə qaytaracağına söz vermişdir. Ümumilikdə Təqsirləndirilən şəxs dələduzluqla ələ keçirdiyi həmin qızıl və brilyant zinət əşyalarının dəyəri 18200 (on səkkiz min iki yüz) manat təşkil edir. Həmin qızıl və brilyant əşyalarını o, Nəsimi rayonu ərazisində yaşadığı evdən gəlib götürmüşdür. Qızılların hamısını ondan alandan sonra 10 yanvar 2023-cü il tarixdə ona zəng edərək bildirmişdir ki, lizinq yolu ilə avtomobil götürür, ona da həmin avtomobil üçün etibarnamə vermək istəyir. Ona etibarnamə verməsi üçün israr etdiyindən, o da də ona şəxsiyyət vəsiqəsinin və sürücülük vəsiqəsinin şəklini çəkib telefonda Whatsappla göndərmişdir. 10 yanvar 2023-cü il tarixdə "xxxx" MMC İlə müqavilə bağlayaraq “Ford Fusion” Markalı, 77 PC-517 dövlət qeydiyyat nişanlı avtomobili əldə etmişdir. Həmin Lizinq müqaviləsini də ona təqdim etmişdir. Bundan sonra 11 yanvar 2023-cü il tarixdə onlar Qəbələ rayonuna Dma adlı şəxsdən qızılları almağa getmişlər. Onlar birlikdə həmin 77PC-517 nömrə nişanlı avtomobillə getmişlər və Qəbələdə yerləşən X15 ayrı-ayrı otaqlarda 2 gecə qalmışlar və yanvar ayının 13-də Bakıya qayıtmaq üçün yola çıxmışlar. 13 yanvar 2023-cü il tarixdə Qəbələdən qayıdanda avtomobili biraz o idarə etmişdir, daha sonra Təqsirləndirilən şəxs özü idarə etmək istəmiş və sükan arxasına keçib avtomobili idarə etmiş, o isə qabaqda əyləşmişdir. 10 dəqiqə sonra Şamaxı ərazisində, Mərəzə yolunda Təqsirləndirilən şəxs birdən idarəetməni itirmiş və maşın yol kənarında dəmirə çırpılaraq dərəyə düşmüşdür. Həmin vaxt yol kənarından keçən bir avtomobil onlara yardım etmiş və onları götürüb Bakıya gələn istiqamətdə yolda təcili tibbi yardıma təhvil vermişlər. Təcili yardım avtomobili onu 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirmişdir və orada müayinə edib onu evə göndərmişlər. O belindən, onurğasından zədə aldığı üçün 17 yanvar 2023-cü il tarixdə ET Travmatologiya və Ortopediya intitutunda (Travmatologiya və Ortopediya İnstitutu) belindən əməliyyat olunmuşdur və yanvar ayının 21-də evə buraxılmışdır. O da daha sonra BDYPl-də müstəntiqinin göndərişi əsasında məhkəmə-tibbi ekspertizasından keçdim, həmin hadisə nəticəsində onurğasının iki fəqərəsi sınmışdır, belinə mil qoyulmuşdur. Təqsirləndirilən şəxs ona müalicə xərcləri də hesablanmaqla ümumilikdə 25200 manat dəyərində zərər vurmuşdur. Hazırda həmin məbləğin ödənilməsini tələb edir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Şahid məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 06 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 dair epizodla bağlı cinayət hadisəsinin baş verdiyi yer ünvan 9 ünvanında yerləşən mənzilin yataq otağıdır. (cild 01, i.v.13-14). “Maddi sübutun təqdim edilməsi barədə” 22 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus pul kisəsini təqdim etmiş, pul kisəsinin içərisindən 481 manat və 1 ABŞ dolları, 70 qəpik, özünə məxsus şəxsiyyət vəsiqəsi, “Unibank” kartı, 02 ədəd sarı rəngli sep, 01 ədəd sarı rəngli qolbaq, 02 ədəd gümüş sırğa, 01 ədəd gümüş üzük aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin zinət əşyalarını Zərərçəkmiş şəxs3 evindən oğurladığını bildirmişdir. Həmin əşyalara baxış keçirilmiş və əşyalar təhqiqatçı tərəfindən götürülmüşdür (cild 01, i.v.57). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 22 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 dair epizodla bağlı cinayət hadisəsinin baş verdiyi yer ünvan 14 ünvanıdır (cild 01, i.v.58-61). “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 13 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Bakı-Şamaxı yolunun 60-cı kilometrliyində baş vermişdir. Yol örtüyü yaş və qarlıdır. İki hərəkət zolağı var. Yol nəqliyyat hadisəsinin baş verdiyi yer Bakı istiqamətli yolda ağ qırıq xətlər çəkilməklə iki zolaqdır”Ford Fusion” markalı avtomobil Bakı şəhəri istiqamətində hərəkətdə olmuş, yoldan sağa çıxaraq beton örtüklü su axarına və təpəcik sahəyə qalxaraq yenidən su axını üçün arxa düşmüşdür (cild 01, i.v.125-131). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 14 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 bədəni üzərində müəyyən edilmiş xəsarətlər alnın tüksüz hissəsinin qançırı, onurğanın 2-ci bel fəqərəsinin sınığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, 13.01,2023-cü il tarixdə yol- nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi,' dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir (cild 01, i.v.198-200). “Diskə baxış keçirilməsi haqqında” 03 fevral 2022-ci il tarixli protokoldan görünür ki, yol nəqliyyat hadisəsi ilə əlaqədar araşdırma zamanı AR DİN-nin X4 Xidmətindən daxil olmuş bir ədəd diskə baxış keçirilmiş və cinayət işi üzrə əhəmiyyət kəsb edəb görüntülər aşkar edilməmişdir (cild 01, i.v.202-203). Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 07 fevral 2023-cü il tarixli, 8/331 nömrəli rəyindən görünür ki, Ford Fusion markalı, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqmdax Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki olmuşdur (cild 01, i.v.209-212). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi 16 fevral 2023-cü il tarixli, 3-13-16/2-19927/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası sürücülük vəsiqəsi verilməmişdir (cild 01, i.v.218). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 17 mart 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 dair epizodla bağlı cinayət hadisənin baş verdiyi yer ünvan 15 ünvanıdır (cild 02, i.v.24-28). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 25 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 dair epizodla bağlı cinayət hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının yanıdır (cild 02, i.v.44-46). “Baxış keçirilməsi haqqında” 31 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, X7 dair epizodla bağlı cinayət hadisəsinin baş verdiyi yer Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evidir (cild 02, i.v.98-104). “Sübutların qiymətləndirilməsi haqqında” 20 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 178.2.2, 178.2.4 və 263-1.1-ci maddələri ilə yeni ittiham elan edilmiş, onun Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli hökmünə əsasən həbsdə olması nəzərə alınmış, Təqsirləndirilən şəxs götürülmüş 02 ədəd sarı rəngli sep, 01 ədəd sarı rəngli qolbaq, 02 ədəd gümüş sırğa, 01 ədəd gümüş üzük, qızılların satışından əldə etdiyi 481 manat pulun Zərərçəkmiş şəxs3 qaytarılması qərara alınmışdır (cild 02, i.v.254- 269). 20 iyul 2023-cü il tarixli Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş qəbzdən görünür ki, o, 02 ədəd sarı rəngli sep, 01 ədəd sarı rəngli qolbaq, 02 ədəd gümüş sırğa, 01 ədəd gümüş üzük, qızılların satışından əldə etdiyi 481 manat pulu qəbul etdiyini təsdiq etmişdir (cild 02, i.v.271). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahid ifadələri, müvafiq ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə,məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, müvafiq ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 178.2.2, 178.2.4 və 263- 1.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 23 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 fevral 2023-cü il tarixdə, saat 19:30-da tutulmuşdur (cild 01, i.v.70). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 fevral 2023-cü il tarixli, 4(008)- 167/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 23 fevral 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v.110-113). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Eminov X6 Qarnizonu Hərbi Məhkəməsinin 06 avqust 1999-cu il tarixli hökmünə əsasən AR CM-nin 241-ci maddəsinin B bəndi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına , ACDİÜ Naxçıvan MR Məhkəməsinin 27 sentyabr 2000-ci il tarixli hökmünə əsasən AR CM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinərək AR CM-nin 67.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Şəmkir Rayon Məhkəməsinin 04 iyun 2003-cü il tarixli hökmünə əsasən AR CMnin 177.2.2-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəmkir Rayon Məhkəməsinin 10 aprel 2008-ci il tarixli hökmünə əsasən AR CMnin 177.2.2, 177.2.3, 177.2.4, 178.2..2, 178.2.4, 305, 320.2-ci maddələri ilə təqsirli bilinərək AR CM-nin 67.1-ci maddəsi nəzərə alınmaqla qəti olaraq 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 14 avqust 2014-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2016-cı il tarixli hökmünə əsasən AR CM-nin 177.3.3 və 178.3.3cü maddələri ilə 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 mart 2018-ci il tarixdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə əməli AR CMnin 177.2.2, 178.2.2-ci maddələrinə tövsif edilmiş, 29 iyul 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, 18 may 2022-ci il tarixdə AR CM-nin 177.2.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək cinayət işi məhkəməyə göndərilmişdir (cild 01. i.v.206-208). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 4(008)- 393/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay müddətə uzadılmışdır (cild 02, i.v.73-76). Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 1(011)-11/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən onun istintaq zamanı saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (cild 02, i.v.246-253). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 1(008)-114/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 66.5-ci maddəsinə əsasən ona Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 11/2023 saylı, 24 iyun 2023-cü il tarixli hökmü ilə təyin ediliş 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası həmin hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən onun hər iki cinayət işi üzrə tutularaq saxlandığı 03 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 il 02 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərini etiraf etməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 178.2.2, 178.2.4 və 263-1.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, AR CM-nin 263-1.1-ci maddəsi ilə əlavə cəza qismində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, AR CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş əsas cəza Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 1(008)-114/2023 saylı hökmü ilə AR CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş qəti cəza ilə qismən toplanılmalı, təyin edilmiş əlavə cəza isə AR CM-nin 66.4-cü maddəsinə əsasən əsas cəzaya birləşdirilməklə üzərində qəti cəza saxlanılmalı, AR CM-nin 69.3-cü maddəsinə əsasən onun 1(011)- 11/2023 və 1(008)-114/2023 saylı cinayət işləri üzrə şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş qəti cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı hazırki cinayət işi üzrə ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut-01 ədəd disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut-02 ədəd sarı rəngli sep, 01 ədəd sarı rəngli qolbaq, 02 ədəd gümüş sırğa, 01 ədəd gümüş üzük, qızılların satışından əldə etdiyi 481 manat pul qanuni sahibi Zərərçəkmiş şəxs3 saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs5 tərəfindən ibtidai istintaq zamanı verilmiş mülki iddia ərizəsindən görünür ki, o, dələduzluq cinayəti nəticəsində ona 18200 manat məbləğində, yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərlə əlaqədar xəstəxana və müalicə xərcləri nəzərə alınmaqla 7000 manat maddi ziyan dəydiyini qeyd edərək cəmi 25200 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs5 dələduzluq cinayəti nəticəsində 18200 manat məbləğində dəymiş maddi ziyanın iş materialları ilə təsdiq edildiyini nəzərə alaraq həmin hissədə mülki iddianı əsaslı hesab edərək təmin edilməsini qanuni hesab edir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs5 mülki iddia ərizəsində yolnəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərlə əlaqədar xəstəxana və müalicə xərcləri nəzərə alınmaqla 7000 manat maddi ziyan dəydiyini qeyd edərək həmin məbləğin də təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etsə də, məhkəmə həmin hissədə məhkəməyə hər hansı mötəbər sübutun təqdim edilmədiyini, mülki iddia ərizəsində göstərilən həmin məbləğdə olan xərclərin zərərçəkmiş şəxs tərəfindən çəkilməsini təsdiq edən heç bir sənədin olmadığını və məhkəmə baxışı zamanı da təqdim edilmədiyini (məhkəmə iclasında mülki iddiaçının nümayəndəsi Zərərçəkmiş şəxs5 yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərlə əlaqədar xəstəxana və müalicə xərclərini təsdiq edən sənədləri itirdiyini bildirmişdir) nəzərə alaraq həmin hissədə mülki iddianın təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 178.2.2, 178.2.4 və 263-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına, AR CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına, AR CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş əsas cəzaları qismən toplamaqla, AR CM-nin 66.4-cü maddəsinə əsasən təyin edilmiş əlavə cəza əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 04 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş qəti cəza Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 1(008)-114/2023 saylı hökmü ilə AR CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla qəti olaraq təyin edilmiş 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, təyin edilmiş əlavə cəza isə AR CM-nin 66.4-cü maddəsinə əsasən əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 05 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 1(011)-11/2023 saylı və 1(008)-114/2023 saylı cinayət işləri üzrə şübhəli şəxs qismində saxlandığı 03 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 05 il 08 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 23 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut-02 ədəd sarı rəngli sep, 01 ədəd sarı rəngli qolbaq, 02 ədəd gümüş sırğa, 01 ədəd gümüş üzük, qızılların satışından əldə etdiyi 481 manat pul qanuni sahibi Zərərçəkmiş şəxs3 saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 85 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Zərərçəkmiş şəxs5 dələduzluq cinayəti nəticəsində vurulmuş 18200 manat məbləğində maddi ziyan Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs5 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə hökm 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-823/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-823/2023
25.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver