Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-823/2024 18.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X18 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X4 qanuni nümayəndəsi (həyat yoldaşı) X5 və onun nümayəndəsi “Yusifbəyli və Partnyorları” vəkil bürosunun vəkili Nümayəndə, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1978-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, tikinti işləri ilə bağlı fərdi sahibkar kimi fəaliyyət göstərən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən onun tərəfindən texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarının pozulması ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin Ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs “Buİld Park" MMC ilə arasında bağlanmış 5 iyul 2024cü il tarixli, 7 nömrəli ‘'Subpodrat” müqaviləsinə əsasən ona işçilər üçün təhlükəsiz iş şəraitini təmin etmək, işçiləri əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair təlimatlandınb bu barədə biliklərinin yoxlanılması təşkil edildikdən sonra təmir işlərinin aparıldığı sahəyə buraxmaq, daimi və potensial təhlükəli sahələrdə mövcud norma və qaydaların tələblərinə uyğun tədbirlər - məhəccərlənmə, xəbərdarlıq nişanlarının qoyulması və sair işləri görmək, işlərin görülməsi üçün yalnız qanunla, müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada icazəsi, lisenziyası, sertifikatı olan və ya işləməyə buraxılmaq üçün müvafiq yoxlamalardan müsbət keçmiş işçiləri işlərin görülməsinə cəlb etmək kimi texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarına riayət etmək vəzifələri həvalə edilməsinə baxmayaraq Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X22" yaşayış massivinin Pirşağı qəsəbəsi ərazisinə aid, “Park Residence-2” yaşayış kompleksinin birinci binasının mənzillərində təmir işləri həyata keçirilərkən peşə hazırlığı və təhlükəsizlik texnikası üzrə təlim keçməmiş,bilikləri yoxlanılmamış X8 fəhlə kimi təmir materiallarının daşınması işinin yerinə yetirilməsinə cəlb etmiş və həmin işin təhlükəsiz aparılması üçün müvafiq texniki tərkibli tədbirləri, yəni daimi təsirli təhlükəli istehsalat zonasına aid olan binanın 6-cı mərtəbəsinin pilləkən qarşısında olan boşluğu qoruyucu çəpərlə, təhlükəsizlik nişanları və müəyyən edilmiş formada yazılar ilə nişanlanmasını təmin etməyərək “Tikinti Norma və Qaydaları İİİ-4-80 4-cü fəsil, “Tikintidə təhlükəsizlik texnikası qaydalarının” 1.19, 1.20, 2.2, 2.26-cı bəndlərində göstərilən texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarını pozmuş .nəticədə onun ehtiyatsızlığından X11 xx.xx.2024-cü il tarixdə saat 16 radələrində fəhlə işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X22” yaşayış massivinin Pirşağı qəsəbəsi ərazisinə aid, “Park Residence-2” yaşayış kompleksinin birinci binasında kafel və keramika daşıyan zaman, ləvazimatları binanın 7ci mərtəbəsinə daşıdıqdan sonra 7-cİ mərtəbədən 6-cı mərtəbəyə pilləkənlərlə düşərkən müvazinətini itirərək pilləkənlərin qarşısında olan qoruyucu çəpərlə təmin edilməmiş,habelə təhlükəsizlik nişanları və müəyyən edilmiş formada yazılar ilə nişanlanmamış boşluqdan binanın birinci mərtəbəsinin yerləşdiyi yer səthinə yıxılıb ölümünə səbəb olan və ümumilikdə sağlamlığa ağır zərər vurmanın əlaməltərinə malik baş beyinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi, kellə tağı və əsası sümüklərinin açıq, l-ll-lll boyun fəqərələrinin, sol almacıq və əng sümüklərinin qapalı qəlpəli sınıqları, baş beyin maddəsinə və onurğa beyninin boyun şöbəsinə qansızma, ağciyərlərin kontuziyası, hər iki tərəfli körpücük və l-ll qabırğaların qapalı sınıqları, sol bazu sümüyünün qapalı sınığı,başın sifətin gövdənin yuxarı və aşağı ətrafların əzilmişcırılmış yara lari, qançır və sıyrıqlan kimi xəsarətlər alıb hadisə yerində ölmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162,2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 162.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, VÖEN əsasında fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olur, yəni müxtəlif fiziki və hüquqi şəxslərin tikinti obyektlərində və ya evlərində təmir işlərinin aparılması ilə bağlı verdikləri sifarişləri yerinə yetirilməsi xidmətini göstərir. Həmin işləri yerinə yetirmək üçün işlərin görülməsinə müxtəlif usta və fəhlələri cəlb etmiş, həmin usta və fəhlələr Özünün rəhbərliyi altında briqada formasında fəaliyyət göstərmişdir. 2024-cü ilin iyun ayından etibarən “X22" yaşayış massivində yerləşən “Park Residence” yaşayış kompleksinə aid binalarda olan mənzillərin təmiri işlərini yerinə yetirmək barədə 5 iyun 2024-cü il tarixdə “Build Park" MMC ilə subpodrat müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən “Build Park" MMC-nİn sifarişi əsasənda “X22" yaşayış massivində yerləşən “Park Residence" yaşayış kompleksinə aid birinci binada 8 ədəd mənzili təmir edərək sifarişçiyə təhvil verməyi öhdəsinə götürmüşdür. Təmir üçün avadanlıqları “Build Park" MMC vermişdir, özünün rəhbərliyi altında 8 nəfərdən briqada formasında işləyən ustalar isə həmin avadanlıqlardan istifadə edib evlərin təmir işlərini həyata keçirmişlər. X8 təxminən 3 il idi ki, tanımışdır. Babək 2024-cü ilin iyun ayından etibarən “Build Park" MMC- nin verdiyi sifariş əsasında "Park Residence" yaşayış kompleksinə aid binalarda mənzillərin təmiri işlərini görmək üçün briqadanın tərkibində işləmişdir. Adətən hər gün təxminən səhər saat 09 radələrindən saat 18 radələrinədək qeyd etdiyi obyektə gedib orada təmir işlərinin görülməsinə nəzarət etmişdir. 22 avqust 2024-cü il tarixdə hər gün olduğu kimi “X22" yaşayış massivində yerləşən "Park Residence" yaşayış kompleksinə aid mənzillərdə təmir gedən birinci binaya getmişdir. Rəhbərlik etdiyi briqadanın tərkibində olan usta və fəhlələr təmir işlərini görməyə başlamışlar. Babək həmin gün İşə təxminən saat 11 radələrində gəlib işinə başlamışdır. Həmin gün təxminən saat 15 radələrində təmir işlərinin getdiyi ərazidə olarkən briqadanın tərkibində usta işləyən Elmin adlı usta ona zəng edib bildirmişdir ki, Babək iş gördüyü zaman binadan yıxılmışdır. Məlumatı alan kimi dərhal hadisə yerinə yaxınlaşmışdır. Babəkin yerdə uzanmış vəziyyətdə və xəsarət almış olduğunu görmüşdür. Təcili tibbi yardıma zəng etmişdir. Hadisə yerinə təcili tibbi yardım briqadası gəlmiş, bir neçə dəqiqə sonra isə təcili tibbi yardım briqadasının heyəti bildirmişdir ki, Babək artıq ölmüşdür. Bundan sonra isə hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlmişdir. Hadisənin hansı şəraitdə baş verməsi İlə maraqlandıqda ona məlum olmuşdur ki, Babək və Zamir binanın 6-cı mərtəbəsindən 7-ci mərtəbəsinə kafel və keramikalardan ibarət təmir materiallarını pilləkənlərlə daşıyıb qaldırırmış, Babək kafel və keramikaların bir hissəsini binanın 7-ci mərtəbəsinə daşıdıqdan sonra qalan hissəni götürmək üçün 6-cı mərtəbəyə düşərkən pilləkənlərin kənarında olan boşluqdan yer sə hinə yıxılmış və xəsarətlər almışdır. Onun yıxıldığı yerdən düşdüyü yer səthinədək olan məsafə təxminən 18 metr olmuşdur. İşlərin görülməsi zamanı texniki təhlükəsizlik və ya əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi onun özünə həvalə edilmişdir. Briqadasının tərkibində işləyən usta və fəhlələri, eləcə də X8 İşləməyə özü cəlb etmişdir, lakin, usta və fəhlələrlə arasında əmək müqaviləsi və ya hər hansı diger müqavilə bağlanmamışdır. İş zamanı əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarəti özü həyata keçirmiş, ümumi olaraq işçilərə bir neçə dəfə təhlükəsizlik qaydalarına riayət edilməsini tapşırmış və bu barədə onları şifahi olaraq təlimatlandımnişdir. Lakin,işçiləri təlimatlandırmağı barədə hər hansı sənəd təqdim edə bilmir, işləri görmək üçün işçilərə təhlükəsizlik kəməri, dəbilqə, işçi çəkməsi və xüsusi geyim forması verməmişdir, onları yalnız işçi əlcəyi ilə təmin etmişdir. Hesab etmişdir ki, təmir işləri görərkən işçilərə təhlükəsizlik kəməri, dəbilqə, işçi çəkməsi lazım deyildir, çünki, işçilər binanın daxilində işləmişlər və həmin ləvazimatlardan istifadə etmək onlar üçün zəruri olmamışdır. Hadisə baş verənədək işçilərin işləri görməsinə özündən başqa hər hansı diger şəxs nəzarət etməmişdir, briqadasının tərkibində işəyən usta və fəhlələrin işləri görməsinə yalnız özü nəzarət etmişdir. "xxxx" MMC ilə arasında bağlanmış 5 iyun 2024-cü il tarixli subpodrat müqaviləsinə əsasən “X22” yaşayış massivində yerləşən “Park Residence" yaşayış kompleksinə aid birinci binada 8 ədəd mənzili təmir edərək sifarişçiyə təhvil vermək, təmir-tikinti meydançasını mühafizə etmək , işçilər üçün təhlükəsiz iş şəraitini təmin etmək, işçiləri əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair təlimatlandırıb bu barədə biliklərinin yoxlanılması təşkil edildikdən sonra tikinti-təmir işlərinin aparıldığı sahəyə buraxmaq, daimi və potensial təhlükəli sahələrdə mövcud norma və qaydaların tələblərin uyğun tədbirlər - məhəccərlərimə, xəbərdarlıq nişanlarının qoyulması və sair işləri görmək, işlərin görülməsi üçün yalnız qanunla, müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada icazəsi, lisenziyası, sertifikatı olan və ya işləməyə buraxılmaq üçün müvafiq yoxlamalardan müsbət keçmiş işçiləri işlərin görülməsinə cəlb etmək, işçilər tərəfindən Azərbaycan Respublikasında qüvvədə olan dövlət standartları na, tikintidə təkiükəsizlik norma və qaydalarına riayət edilməsini təmin etmək, həmin norma və qaydaların tələblərini əməl etmək, qeyd olunan tələblərin pozulmasına görə dövlət orqanları və üçüncü şəxslər qarşısında tam şəkildə məsuliyyət daşımaq, əməyin mühafizəsi və tikintidə texniki təhlükəsizlik qaydalarına riayət etmək və işçilər tərəfindən həmin qaydalara əməl olunmasına nəzarət etmək, qeyd olunan tələblərin pozulmasına görə dövlət orqanları və üçüncü şəxslər qarşısında tam şəkildə məsuliyyət daşımaq, işlərin görülməsi zamanı texniki göstəricilərinə görə işlərin təhlükəsiz icrasına uyğun olan avadanlıqlardan və texniki ləvazimatlardan istifadə etmək kimi vəzifələrin icrası ona həvalə edilmişdir. "Build Park” MMC ilə aralarında bağlanmış 5 iyun 2024-cü il tarixli subpodrat müqaviləsinə əsasən “işçiləri əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair təlimatlandırıb bu baredə biliklərinin yoxlanılması təşkil edildikdən sonra tikinti-təmir işlərinin aparıldığı sahəyə buraxmaq" vəzifəsi ona həvalə edilməsinə baxmayaraq həmin vəzifənin icrası olaraq işçiləri əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair təlimatlandırmamış, bu barədə biliklərinin yoxlanılması ilə bağlı hər hansı tədbir görməmişdir. “X22" yaşayış massivində yerləşən “Park Residence” yaşayış kompleksinə aid birinci binada təmir işləri aparmazdan əwəl pilləkənlərin kənarlarında olan boşluqlara və məhəccərlənməli olan digər yerlərə onun tərəfindən məhəccərlənmə, xəbərdarlıq nişanlarının qoyulması ilə bağlı hər hansı tədbir görülməmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmək üçün cəhdlər etsə də, barışıq əldə edə bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o, zərərçəkmiş şəxsin həyat yoldaşıdır. Onlar 31 avqust 2013cü il tarixdə ailə həyatı qurmuşlar. Birgə nikahdan iki azyaşlı övladları var. Onlar Qayınatasının onlara verdiyi bir otaqlı evdə yaşamışlar. Hazırda həmin evdə uşaqları və anası ilə birlikdə yaşayır. Onun həyat yoldaşı X13 Hallar Nazirliyində yanğınsöndürən işləmişdir. Növbəli iş rejimində işləmiş, bir gündə işdə olurmuş, evdə olduğu günlərdə isə fəhləlik edərək evə pul gətirirdi. Sonra o, “Sea Breeze”-də günü 40 manat olmaqla işə başlamışdır. 22 avqust 2024-cü il tarixdə Babək işə getmiş, axşam 9-a işləmiş, 9-un yarısı onlara məlumat verilmişdir ki, Babək yıxılmışdır. Müstəntiq telefonu götürərək demişdir ki, Babək dünyasını dəyişmiş və morqdadır. Sonradan maraqlananda öyrənmişlər ki, hadisə günorta saat 13-14 radələrində baş vermişdir. Lakin nədən onlara bu qədər gec məlumat verildiyini anlaya bilmir. Bununla yanaşı, hesab edir ki, Şahid1 hazırki iş üzrə şahid kimi deyil, direktor kimi qeyd olunmalı idi. Çünki, onlar Ramillə ikisi iş yerində təhlükəsizliyi təmin etməmişlər. İş yerində daxili pilləkən olduğu halda fəhlələrin xarici pilləkəndən istifadə etmələri də anlaşılan deyil. Bir müddət sonra o, eşitmişdir ki, “Sea Breeze” tərəfndən onlara 40000 dollar pul və iki otaqlı ev verilmişdir. Halbuki, onlara həmin əmlaklar real olaraq verilməmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs onlara gələrək torpaq və ev alacağını bildirsə də, sonradan gəlməmişdir. Hazırda təqsirləndirilən şəxsin təklif etdiyi 25000 manat pulu qəbul etmir və onunla barışmır. Yalnız 30000 manat pul verilərsə və ya 25000 manat puldan əlavə təqsirləndirilən şəxs onun anasının evini təmir etdirəcəyi təqdirdə onunla barışmağa razı olar. Bununla yanaşı, o, hesab edir ki, ibtidai araşdırma səthi və səhv aprılmışdır. Bu səbəbdən də cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, mərhum X8 artıq 5-6 il imiş ki, tanıyırmış. Belə ki, onunla ortaq dostlar vasitəsilə tanış olmuşdur. Özü fəhləliklə məşğul olaraq ailəsinə baxmağa çalışmışdır. Babək də müxtəlif yerlərdə fəhləlik etmiş, pul qazanmağa çalışmışdır. Babək hadisədən 1 ay əvvəl ona zəng edərək “Sea Breeze” yaşayış massivində günə 40 manata iş olduğunu demiş və onu orada işləməyə dəvət etmişdir. Babək özünün orada artıq uzun müddətdir ki, işlədiyini və heç bir problem yaşamadığını demişdir. Özü onun təklifini qəbul etmiş və 3 gün sonra Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən "Sea Breeze" yaşayış massivində tikilmiş “Park Residence" yaşayış kompleksində işləməyə başlamışdır. Babəklə birlikdə ilk dəfə ora getmiş və orada Ramil adlı məsul şəxs onları qarşılamışdır. Babək oan həmin şəxsin müdiri olduğunu demiş və onu Ramil ilə tanış etmişdir. Ramil ona iş müddətinin saat 09:00-dan 18:00-dək olduğunu, bunun müqabilində isə gündəlik 40 manat məbləğdə pul vəsaitini qazanacağını demişdir. Ramil ona fəhləlik edəcəyini, müəyyən əşyaları və tikinti materiallarını daşıyacağını bildirmişdir. Buna görə razılaşıb işə başlamışdır. Bazar günləri istisna olmaqla həftənin bütün günləri işləmişdir. xx.xx.2024-cü il tarixdə isə eyni qaydada səhər saatlarında Babəklə birlikdə “Koroğlu" metrostansiyasmın yaxınlığında görüşmüş və onunla birlikdə “Sea Breeze" yaşayış massivinə getmişdir. Həmin gün saat 13 radələrinədək İşləmişlər və daha sonra nahar fasiləsinə çıxmışlar. Naharda bir qədər yemək yedikdən sonra Babəklə birlikdə onlara təhkim edilmiş “Park Residence 2" adlı yaşayış kompleksinin 1-ci binasının 6-cı mərtəbəsindən 7-cİ mərtəbəsinədək pilləkənlə kafelləri və keramikaları qaldırmağa başlamışlar. Saat təqribi 15 radələrində işləyən zaman binanın 7-ci mərtəbəsindən 6-cı mərtəbəsinə kafelləri yenidən götürmək üçün düşmüşdür. Arxasınca da eyni qaydada Babək düşmüşdür. Kafeli götürmək İstəyən zaman bir anda Babəkin pilləkənlərin sonunda olan boşluqdan yerə yıxılmasını görmüşdür. Onun yerə yııxldığı yerə tərəf gedib aşağı baxdıqda görmüşdür ki, Babək həmin boşluqdan yer səthinə düşmüş və uzanmış vəziyyətdədir. Bunu görən kimi dərhal onun yıxıldığı yerə getmiş və görmüşdür ki, Babək baş nahiyəsindən xəsarət almışdır və huşsuz haldadır. Bir müddət sonra isə hadisə yerinə təcili tibbi yardım briqadasının həkimləri, habelə polis və prokurorluq əməkdaşları gəlmişlər. Şahid1 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Şahid1 həmin ifadəsində göstərmişdir ki, rəhbərlik etdiyi "Build Park” MMC müxtəlif təyinatı tikililərdə sifariş əsasında təmir işlərinin həyata keçirilməsini təmin edir, yəni, hər hansı fiziki və hüquqi şəxsdən müxtəlif təyinatlı tikililərdə təmir işlərinin aparılması barədə sifariş aldıqdan sonra təmir işlərinin həyata keçirilməsi üçün subpodratçı fiziki və hüquqi şəxs tapır, həmin fiziki və ya hüquqi şəxsi təmir üçün lazım olan zəruri avadanlıqlarla təmin edərək ona təmir işlərinin həyata keçirilməsini tapşırır. Subpodratçı fiziki və ya hüquqi şəxs isə təmir işlərinin aparılması üçün təmir işlərinə cəlb etdiyi usta və fəhlələrdən ibarət işçi heyətinə faktiki olaraq həmin təmir işlərini gördürür. Belə ki, ‘X22” yaşayış massivində yerləşən “Park Residence” yaşayış kompleksinə aid binalarda olan mənzillərin təmiri işlərini həyata keçirmək barədə “X14” MMC ilə direktoru olduğu "xxxx" MMC arasında 2 iyul 2024- cü il tarixli “Podrat müqaviləsi” bağlanmışdır. “Build park" MMC təmir işlərini faktiki olaraq həyata keçirən tikinti-təmir təşkilatı olmadığından ayrıayrı subpodratçı fiziki şəxslərlə müqavilə bağlayaraq təmir işlərinin faktiki həyata keçirilməsini onlara tapşırmış, həmin podratçı fiziki şəxsləri təmir işlərinin aparılmasında İstifadə edilən avadanlıqlarla təmin etmişdir.Belə ki, “X14" MMC ilə 2 iyul 2024-cü il tarixdə podrat müqaviləsi bağladıqdan sonra VÖEN əsasında fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, təmir işlərini icra edən usta və fəhlələrdən ibarət briqadaya rəhbərlik edən Təqsirləndirilən şəxs ilə 5 iyul 2024-cü il tarixdə subpodrat müqaviləsi bağlayıb “X22" yaşayış massivində yerləşən “Park Residence" yaşayış kompleksinə aid birinci binada yerləşən mənzillərin təmir işlərinin aparılmasını ona tapşırmışdır. Həmin vaxtdan etibarən Təqsirləndirilən şəxs rəhbərlik etdiyi briqadasında olan usta və fəhlələr vasitəsi ilə “X22” yaşayış massivində yerləşən “Park Residence” yaşayış kompleksinə aid birinci binada təmir işlərini həyata keçirmişdir. Təqsirləndirilən şəxs özü iş icraçısı olaraq təmir İşlərinin aparılmasına nəzarət etmişdir. 22 avqust 2024-cü il tarixdə saat 16 radələrində təmir işlərinin aparıldığı ərazidə, yəni “Park Residence" yaşayış kompleksinin ərazisində olarkən ona zəng edib məlumat vermişlər ki, yaşayış kompleksinə aid birinci binada işləyən fəhlələrdən biri iş gördüyü zaman yıxılmışdır. Xəbəri eşidən kimi hadisə yerinə getmişdir. Hadisə yerində olan zaman ona aydın olmuşdur ki, yıxılan fəhlə Təqsirləndirilən şəxs rəhbərlik etdiyi briqadanın tərkibində X1r. Hadisə yerinə çatdıqdan sonra təcili tibbi yardım briqadası hadisə yerinə gəlmiş, təcili tibbi yardım briqadasının həkimləri yıxılan Babək Məmmədovu müayinə edib bildirmişlər ki, o, artıq ölmüşdür. İşlərin görülməsi zamanı texniki təhlükəsizlik və ya əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 5 iyul 2024-cü il tarixli subpodrat müqaviləsinin 1.7-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs həvalə edilmişdir. Briqadanın tərkibində işləyən usta və fəhlələri, eləcə də X8 təmir işlərinin görülməsinə Təqsirləndirilən şəxs cəlb etmişdir. Təqsirləndirilən şəxs ilə aralarında bağlanmış 5 iyul 2024-cü il tarixli subpodrat müqaviləsinin 1.2-ci bəndinə əsasən işçilər üçün təhlükəsiz iş şəraiti yaratmaq vəzifəsi Təqsirləndirilən şəxs həvalə edilmişdir, işləri görmək üçün işçilərə təhlükəsizlik kəməri, dəbilqə, işçi çəkməsi və xüsusi geyim formasını Təqsirləndirilən şəxs verməli olmuşdur. "xxxx" MMC-nin direktoru olaraq ‘‘X14” MMC ilə podrat müqaviləsi bağlayıb həmin müqaviləyə əsasən “Sea-Breeze Resort" yaşayış massivində yerləşən “Park Residence” yaşayış kompleksinə aid binalarda təmir işlərini yerinə yetirməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC təmir işlərini birbaşa öz tabeçiliyində olan işçilər vasitəsi ilə həyata keçirmir, “Build Park" MMC sifarişçinin göstərdiyi tikilini təmir avadanlıqları ilə təmin edir və həmin avadanlıqların quraşdırılması işini üçüncü şəxsə, yəni subpodratçıya tapşıraraq quraşdırma işəri ilə bağlı bütün öhdəliyin həmin subpotratçıya ötürülməsi barədə onunla müqavilə bağlayır. Təmir işlərinin faktiki olaraq həyata keçirilməsi subpodratçıya tapşırıldığından, təmir işlərini yerinə yetirən ustaları "xxxx" MMC deyil, subpodratçı fiziki şəxs olan Təqsirləndirilən şəxs işlərin yerinə yetirilməsinə cəlb etdiyindən “Build ParV’ MMC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 2 iyul 2024-cü il tarixli “subpodrat müqaviləsinin” 1.3-cü bəndinə əsasən “İşçiləri əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair təlimatlandırıb bu barədə biliklərinin yoxlanılması təşkil edildikdən sonra tikinti quraşdırma işlərinin aparıldığı sahəyə buraxmaq" vəzifəsi icraçı olaraq Təqsirləndirilən şəxs tapşırılmışdır. Bundan başqa, həmin müqavilənin 1.5-ci bəndinə əsasən “işlərin görülməsi üçün yalnız qanunla, müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada icazəsi, lisenziyası, sertifikatı olan və ya işləməyə buraxılmaq üçün müvafiq yoxlamalardan müsbət keçmiş işçiləri işlərin görülməsinə cəlb etmək” vəzifəsi də icraçı olaraq Təqsirləndirilən şəxs tapşırılmışdır. Buna görə də həmin tələblərə uyğun olaraq həmin tədbirlərin görülməsi Təqsirləndirilən şəxs öhdəliyində olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə və meyitə baxış keçirilməsi haqqında” 22 avqust 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında yerləşən “Sea Breeze” yaşayış massivinin daxilində olan "Park Residence 2" yaşayış kompleksinin 1-ci binasının giriş qapısının düz qarşısıdır. Ümumiyyətlə ərazi tikinti işlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq avadanlıqlarla və ləvazimatlarla əhatə olunmuşdur. Geniş ərazini əhatə edən yaşayış kompleksində 6 ədəd birbirlərindən 300 metr məsafədə yerləşən 6 ədəd bina mövcuddur ki, bu binaların hamısı 7 mərtəbəlidir. Ərazidə torpaqlıq olmaqla müxtəlif tikinti qurğuları, avadanlıqları və nəqliyyat vasitələri nəzərə çarpır. Hadisənin baş verdiyi bina “Park Residence 2” yaşayış kompleksinin 1-ci binasıdır. Binanın özü ağ-knem rəngli boya ilə rənglənmiş, müxtəlif dekorativ çıxıntıları mövcuddur, binanın özü isə 7 mərtəbədən ibarədir, hər bir mərtəbədə isə mənzillər üçün ayrılmış 1 ədəd eyvan görünür ki, həmin eyvanların sonu orta hündürlükdə olan şüşə örtülmüş, həmin şüşələr isə dəmir çıxıntılarla binaya bərkidilmiş, sağ və sol istiqamətdə belə eyvanların sayı 14-dür. Binanın orta hissəsindən İsə ağ-krem rəngli boya ilə örtülmüş, tikili mövcuddur ki, həmin tikili binaya bitişikdir və binanın daxilində pilləkənlər arasında yerləşir, tikilinin hər bir mərtəbə arasında olan hissəsində ortada təqribi hündürlüyü 2 metr, eni isə 1 metr olan boşluqlar mövcuddur. Bundan başqa binanın orta hissəsində yerləşən pilləkənlər arasında yerləşən tikili həm sağ həm də ki, sol istiqamətdən boşluqla əhatə olunmuş, həmin hissələrin ümumiyyətlə hər hansı daş, taxta və ya təhlükəsizlik tədbiri kimi texniki avadanlıqlarla örtülməsi, bağlanması müşahidə edilməmişdir.Binanm 6-cı mərtəbəsində pilləkənlərin kənarında olan boşluğun qarşısı məhəccərlənməmiş, həmin yerə hər hansı xəbərdarlıq nişanı qoyulmamış, boşluq hər hansı vasitə ilə bağlanmamışdır. X2 məhz binanın 6-cı mərtəbəsi ilə 7-ci mərtəbəsinin orta hissəsində yerləşən pilləkənlərin sonunda olan boşluqdan yerə yıxılmışdır (i.v.4-13). 02 iyul 2024-cü il tarixli, 24/01 nömrəli podrat müqaviləsindən görünür ki, “X14" MMC ilə "xxxx" MMC-nin direktoru X3 arasında podrat müqaviləsi bağlanılaraq Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, “X22” ərazisində yerləşən tikinti işlərinin aparılması "xxxx" MMC-yə həvalə edilmiş, müqavilə ilə podratçının işlərin görülməsi zamanı yanğın təhlükəsizliyi, gigiyena, əməyin mühafizəsi və digər təhlükəsizlik qaydalarına riayət etmək və təhlükəsizlik qaydalarının pozulmasına görə üçüncü şəxslər və dövlət orqanları qarşısında tam şəkildə məsuliyyət daşıması müəyyən edilmişdir (i.v.26-35). 05 iyul 2024-cü il tarixli, 7 nömrəli subpodrat müqaviləsindən görünür ki, "xxxx" MMC ilə fərdi sahibkar Təqsirləndirilən şəxs arasında subpodrat müqaviləsi bağlanılaraq Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, “X22” ərazisində yerləşən tikinti işlərinin aparılması Təqsirləndirilən şəxs həvalə edilmiş, müqavilə ilə işçilər üçün təhlükəsiz iş şəraitini təmin etmək, işçiləri əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair təlimatlandırıb bu barədə biliklərinin yoxlanılmasını təşkil etdikdən sonra təmir-tikinti işlərinin aparıldığı sahəyə buraxmaq, əməyin mühafizəsi və tikintidə təhlükəsizlik qaydalarına riayət etmək və işçilər tərəfindən həmin qaydalara əməl olunmasına nəzarət etmək, qeyd olunan tələblərin pozulmasına görə dövlət orqanları və üçüncü şəxslər qarşısında tam şəkildə məsuliyyət daşımaq vəzifələri icraçının, yəni Təqsirləndirilən şəxs vəzifələri kimi müəyyən edilmişdir (i.v.36-43). Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X21 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 16 sentyabr 2024-cü il tarixli, 194 saylı rəyindən görünür ki, X6 aşağıdakı xəsarətlər aşkar edilmişdir: Baş beyinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi. Kəllə tağı və əsası sümüklərinin açıq, l-ll-lll boyun fəqərələrinin, sol almacıq və əng sümüklərinin qapalı qəlpəli sınıqları. Baş beyin maddəsinə və onurğa beyninin boyun şöbəsinə qansızma. Ağciyərlərin kontuziyası. Hər iki tərəfli körpücük və lll qabırğaların qapalı sınıqları. Sol bazu sümüyünün qapalı sınığı. Başın, sifətin, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqları.- Xəsarətlər həyati olub, X4 ölümündən az ewəl bərk- küt əşya(əşyalar) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, eləcə də qərarın təsviri hissəsində göstərildiyi kimi hündürlükdən bərk örtüyə malik səth üzərinə yıxılması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. X2 ölümünə səbəb kəllə tağı və əsası sümüklərinin açıq, l-ll-lll boyun fəqərələrinin qapalı qəlpəli sınıqları ilə əlaqədar baş beyin maddəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-5 saat əvvələ uyğun gəlir. X2 meyitindən götürülmüş qanda və sidikdə məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidiər (həmçinin tirvək arupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (i.v.80-84). Məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 02 oktyabr 2024-cü il tarixli, 3-16- 16/2-10/7415 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar «Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları»nın 1.19, 1.20, 2.2, 2.26 bəndlərinin tələbləri pozulmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X22" yaşayış massivinin “Park Residence-2” yaşayış kompleksində aparılan tikinti-quraşdırma işlərinə peşə üzrə hazırlıq və təhlükəsizlik texnikası üzrə təlim keçməmiş, bilikləri yoxlanılmamış işçilər cəlb olunduğuna və həmin işin təhlükəsiz aparılması üçün müvafiq texniki tərkibli tədbirlərin, yəni daimi təsirli təhlükəli istehsal zonasına aid olan binanın 6-cı mərtəbəsinin kənarlarının qoruyucu çəpərlə, təhlükəsizlik nişanları və müəyyən edilmiş formada yazılar ile nişanlanması təmin edilmədiyinə görə, «Tikinti norma və qaydaları 111-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydalarfmn 1.19, 1.20, 2.2, 2.26 bəndlərinin tələbləri xx.xx.2024cü il tarixli 7 nömrəli subpodrat müqaviləsinin tələblərinə əsasən yuxarıda göstərilənləri öz öhdəsinə götürmüş fərdi sahibkar Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur (i.v.91- 96). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, şahid ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 162.1-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurularsa iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 162.2-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, hadisənin baş verdiyi ərazidə işlərin yerinə yetirilməsi bağlanılmış subpodrat müqaviləsi əsasında Təqsirləndirilən şəxs həvalə edilmiş və həmin müqavilə üzərinə işçilər üçün təhlükəsiz iş şəraitini təmin etmək, işçiləri əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair təlimatlandırıb bu barədə biliklərinin yoxlanılmasını təşkil etdikdən sonra təmir-tikinti işlərinin aparıldığı sahəyə buraxmaq, əməyin mühafizəsi və tikintidə təhlükəsizlik qaydalarına riayət etmək və işçilər tərəfindən həmin qaydalara əməl olunmasına nəzarət etmək, qeyd olunan tələblərin pozulmasına görə dövlət orqanları və üçüncü şəxslər qarşısında tam şəkildə məsuliyyət daşımaq vəzifələri qoyulmuş Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri pozaraq onun işçilər üçün təhlükəsiz iş şəraitini yaratmaması, işçiləri əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair təlimatlandırmadan, bu barədə biliklərinin yoxlanılmasını təşkil etmədən sonra təmir-tikinti işlərinin aparıldığı sahəyə buraxması, əməyin mühafizəsi və tikintidə təhlükəsizlik qaydalarına riayət etməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X4 ölümünə səbəb olmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 01 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.78). Bakı şəhəri Sabunçu rayon mənzil-kommunal təsərrüfat birliyi tərəfindən verilmiş 25 oktyabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v.90). “Polisin nəzarəti altına vermə tədbirinin seçilməsi haqqında” 01 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.135). Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü (X7) uşağı var. Bununla yanaşı, 16 dekabr 2024-cü il tarixli məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Təqsirləndirilən şəxs ona təklif etdiyi maddi ziyan məbləğini (250000 manat) qəbul etməyə razılıq verərək həmin pulun notarial qaydada verilməsi ilə məhkəmə iclasının təxirə salınmasını etiraz etmədiyini bildirsə də, sonuncu məhkəmə iclasında həmin pulu qəbul etmədiyini, ondan əlavə 5000 manat pulun verilməsini və ya anasına məxsus evin təmir edilməsini tələb etdiyini bildirərək bu tələblər yerinə yetirilmədiyi halda təqsirləndirilən şəxslə barışmadığını bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisinin tələb etdiyi 25000 manat pulu hazırlayaraq zərərçəkmiş şəxsin hüquqi varisinə təklif etmiş, lakin hüquqi varis həmin məbləğin artırılmasını tələb etdiyindən və təqsirləndirilən şəxsin maddi imkanı buna yol vermədiyindən tərəflər arasında barışıq əldə edilməmişdir ki, bu da təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmaq üçün maddi imkanın yol verdiyi həddə əlindən gələni etməsinə dəlalət edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmağa cəhd etməsini (AR CM 59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək etirafedici ifadələr verməsini onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq tikinti sahəsində təmir-tikinti işləri ilə məşğul olma hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi iş üzrə araşdırmanın düzgün aparılmadığını, iş üzrə yalnız Təqsirləndirilən şəxs deyil, həm də işlərin aparılmasını ona həvalə edən şəxsin də təqsirli olduğunu, iş üzrə təkrar ekspertizanın keçirilməsinin və əlavə istintaq hərəkətlərinin aparılmasının zəruri olduğunu qeyd edərək AR CM-nin 318-ci maddəsinə istinad edərək cinayət işinin Bakı şəhəri Sabunçu rayon prokurorluğuna qaytarılmasını xahiş etmişlər. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsə ağır ittihamın irəli sürülməsi üçün konkret hansı halların olmasının vəsatətdə əsaslandırılmadığını, iş materiallarında olan 05 iyul 2024-cü il tarixli, 7 nömrəli subpodrat müqaviləsinə əsasən hadisənin baş verdiyi ərazidə işlərin yerinə yetirilməsinin məhz Təqsirləndirilən şəxs həvalə edildiyini, həmin müqavilə əsasında onun üzərinə işçilər üçün təhlükəsiz iş şəraitini təmin etmək, işçiləri əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair təlimatlandırıb bu barədə biliklərinin yoxlanılmasını təşkil etdikdən sonra təmir-tikinti işlərinin aparıldığı sahəyə buraxmaq, əməyin mühafizəsi və tikintidə təhlükəsizlik qaydalarına riayət etmək və işçilər tərəfindən həmin qaydalara əməl olunmasına nəzarət etmək, qeyd olunan tələblərin pozulmasına görə dövlət orqanları və üçüncü şəxslər qarşısında tam şəkildə məsuliyyət daşımaq vəzifələrinin qoyulduğunu və həmin vəzifələrin yerinə yetirilməməsinin nəticələrinə görə də məsuliyyətin məhz Təqsirləndirilən şəxs üzərində olduğunu, iş üzrə müvafiq ekspertizaların keçirilərək iş materiallarına əlavə edildiyini, bununla yanaşı, ekspert rəyi ilə əlaqədar dəqiqləşdirmənin aparılması üçün müvafiq ekspertin müstəntiq tərəfindən dindirildiyini və iş üçün mühüm əhəmiyyət kəsb edən hallara aydınlıq gətirildiyini nəzərə alaraq zərərçəkmiş tərəfin verdiyi vəsatətin təmin edilməsi üçün əsas görmür və həmin vəsatəti əsassız hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə tikinti sahəsində təmir-tikinti işləri məşğul olma hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 100 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödəsilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-823/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-823/2024
18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver