Məhkəmə qərarları › İş №1(008)-823/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-823/2025

25.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-823/2025 25.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu götürülməmiş və ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib, saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1,083 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Sabunçu rayon polis idarəsinin CAŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə saat 19:47-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Murad Abdullayev küçəsində “Səhram market” mağazasının yaxınlığında saxlanılmış və orada üstündə yoxlanılma aparılan zaman əynində olan şalvarın sağ yan cibindən 01 bükümdə xeyli miqdarda təmiz çəkisi 1,083 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qamboy Vəzirov küçəsi, ev 56 ünvanında saxlanılmışdır, orada onun başına torba keçirib Bakıxanov qəsəbəsinə gətirmişlər. Bakıxanov qəsəbəsində Səhram marketin arxasında qəbirstanlığın içərisində torbanı başından çıxartmışlar. Sonradan narkotiki ona vermişlər. Ondan sonra getmişlər bölməyə və vəkil vasitəsi ilə evə zəng vurmuşdur və bölmədə olduğunu demişdir. Amma o, evə zəng vurduqda onların özləri onun tutulduğunu bilmişlər. O, tutulduğu yerdə qonşular onun tutulmağını görmüşlər, orada kamera çəkilişidə var, amma qonşu həmin görüntüləri ona verməmişdir. Onun tutulmağını görən qonşular var, lazım olarsa onlara deyə bilər. Onun tutulmağı günün günorta çağında olmuşdur. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qamboy Vəzirov küçəsi, ev 56 ünvanında yaşayır. Hadisə xx.xx.2025ci tarixdə baş verib, hadisə baş verən zaman hava qaralmamışdır, saat təxminən 3-4 arası olmuşdur. Hadisə düz evin yanında baş vermiş, birinci 2 nəfər şəxs yaxınlaşmışdır. Evdən təxminən 200-300 metr aralıda fabrikin yanında olmuşdur. Həmin vaxtı o, tək olmuşdur. Birinci bir nəfər yaxınlaşmş, ona salam vermiş, ondan bir söz soruşmaq istədiyini deyərək demişdir ki, burada qalmır, istədiyi bir qız var onun arxasınca gəlib gedir, olar ondan soruşsun ki, o necə qızdır. O da həmin şəxsə inanmış və dayanıb söhbət etmişdir. O, həmin qızın adının Aytən olduğunu dedikdə o, qonşuluqda elə bir qızın olmadığını və onu tanımadığımı bildirmişdir. Elə bu vaxtı bir şəxs onun arxasından gələrək onu tutmuşdur və söhbət elədiyi şəxs torbanı onun başına keçirmişdir. Sonra onu maşının içərisinə atmışlar. Torbanı başından çıxartmamışlar, onu maşının arxa oturacağına atmışlar. Sonra qəbirstanlığa gəlmişlər, amma o hələ qəbirstanlıqda oluğunu bilməmişdir. Qəbirstanlığın içərisində torbanı başından çıxartmışlar və o, həmin şəxslərin 5 nəfər olduğunu görmüşdür. Torbanı başından çıxatdıqdan sona demişlər ki, “biz sənin narkotik satdığını bilirik.” O, narkotik vasitə satmadığını və istifadə eləmədiyini bildirmişdir. Ondan sonra onu vurmağa başlamışlar. 2-3 nəfər onu vurmuş, digərləri qıraqda dayanmışdır, hər yerindən vurmuşlar. Onu vurmuşlar ki, narkotiki boynuna götürsün. Qəbirstanlığn içində onu döymüşlər deyə məcbur razılaşmışdır. Sonra onu yenə maşına qoymuşlar. 15-20 dəqiqədən sonra yenidən gəlmişlər və onu qəbirstanlığın içinə salıb narkotik bükümü onun cibinə qoymuşlar. Demişlər ki, “guya sən gəlmisən bura, narkotiki burda hansısa daşın dibindən götürmüsən və götürən zaman biz səni tutmuşuq”. Həmin qəbirstanlıq Bakıxanov qəsəbəsində Səhram marketin arxasında yerləşir. Sonra video çəkiliş aparmışlar. Onu birinci saxlayan 2 nəfərdən biri çəkilişə razılaşmamış, demişdir ki, o çəkilişə düşə bilməz. Digəri isə onu birinci dəfə saxlayanlardan biri olmuş, çəkiliş zamanı maskanı taxmış üzünə danışmağa başlamışdır. Çəkiliş zamanı 3 nəfər olmuş, biri çəkilişi etmiş, digərləri onun yanında dayanmışlar. Çəkiliş edilən zaman hava qaralmışdır. Sonradan onu bölməyə gətirmişlər. Onu buraxandan sonra şikayət eləməyə qorxmuşdur, belə hadisə olduğuna və qorxduğuna görə heç bir yerə şikayət etməmişdir. Bədənində xəsarətlər olmuş, 15 gün yerində qalmış, gəzə bilməmişdir. Xəstaxanaya getməmişdir, təcili yardım və həkim çağırmamışdır.Müstəntiqə belə hadisələrin olduğunu deməmişdir qorxduğu üçün. 2-3 qonşu onun başına torba keçirilib aparılmağını görmüşdür. Xəsarətlər onun hər yerində olmuşdur, üzündə olmamışdır. Orada vəkilə xəsarətlərini göstərməyi qeyri mümkün olmuş, həmin polislər yanında olmuşlar deyə qorxmuşdur. Nənəsi həmin günü 102 qaynar xəttinə yığıb və onu qapıdan apardıqları barədə məlumat vermişdir. Onu apardıqları vaxt bunu qonşu görmüşdür və onların evinə gedib məlumat vermişdir, onu polisin apardığını bilməmişdir, elə bilib başqa şəxslər onu aparmışdır. Onun digər nənəsidə polisə zəng vurub məlumat verib, 2 nənəsidə zəng vurmuşdur. Tutulduğu yerdə köhnə fabrik var, oaradan kamera görüntüləri istəmiş, verməmişlər, əvvəl görüntülərin olmadığını deyirdilər, sonradan görüntülərin silindiyini deyirlər. Hadisə xx.xx.2025-ci ildə baş verib, köhnə tikiş fabrikidi orada, yarım işlək vəziyyətdədir. O, həbsdən çıxdıqdan sonra narkotik vasitə istifadə etməmişdir, narkotik vasitə onun qanından necə çıxıb bilmir. Narkolojidə düzgün yazmamışlar, o, heç bir narkotik vasitədən istifadə etməmişdir. Qonşular nənəsinə xəbər verən zaman nənəsi 102-yə yığıb, O, xəbər verən zaman qaranlıq düşməmişdir. Onların ev telefonundan da 102-yə yığılıb, nömrə 4506297-dir. Nənəsi öz nömrəsindəndə yığıb, nənəsinin adı X5, nömrəsi **********-dür. Digər Nənəsidə 102 qaynar xəttinə yığıb, adı X2r. Bir neçə qonşu görüb, birinin adı İlhamdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tərəflərindən Bakıxanov qəsəbəsində Səhram marketin arxasında saxlanılmışdır. Məlumat daxil olmuşdur ki, həmin şəxs narkotik vasitə istifadəçisidir, öz üzərində narkotik vasitə gəzdirir. Saxlanılan zaman şəxs özü könüllü olaraq cins şalvarının cibindən 1 büküm narkotik vasitəni çıxardaraq təqdim etmişdir. Daha sonra həmin şəxs tərəflərindən 13-cü Polis Bölməsinə gətirilmişdir. Polis bölməsində də özü etiraf etmişdir ki, narkotik vasitəni orada bir nəfərdən almışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakıxanov qəsəbəsində, Səhram marketi arxasında saxlanılmışdır. Şahid1 və o olmuşdur hadisə yerində. Onun üzərini yoxlamaq zərurəti yaranmış, onlarda təklif etmişlər ki, özü üzərində qadağan olunmuş vasitə varsa təqdim etsin, bundan sonra özü könüllü təqdim etmişdir. Üzərindən aşkar olunan maddə kristal şəkilli maddə olmuşdur səhv etmirsə. 20-25 manata aldığını demişdir. Şəxsə qarşı hər hansı təsir və təziq göstərilməmişdir. Təqsriləndirilən şəxsin məhkəmədə dedikləri özünü müdafiə xarakterlidir, hər bir tutulan şəxs elə deyir, şəxsə qarşı heç bir təziq göstərilməmişdir və Səhram marketin arxasında saxlanılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsaində göstərdi ki, 2025-ci ilin sentyabr ayında dəqiq xatırlamadığı gündə, günün ikinci yarısında Təqsirləndirilən şəxs saxlamışlar. Hadisə zamanı Sabunçu RPİ-nin CAŞ-nin əməkdaşı olmuşdur. Şöbənin əməliyyat müvəkili Şahid2 ilə xidmət aparan zaman şəxsi Bakıxanov qəsəbəsində Səhram marketin arxasında saxlamışlar. Saxlanılan zaman üzərindən narkotik vasitə metamfetamin aşkar olunmuşdur. Üzərinə baxış keçirilmiş, sənədləşdirilmiş və aiddiyyatı üzrə 13 Polis Bölməsinə təhvil verilmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, məlumat Şahid2 daxil olmuşdur, qurp yaradılıb və məruzə olunmuşdur. Səhram marketin arxasında qəbirstanlığın ərazisində saxlanılmışdır. Şəxs saxlanılıb onunla danışıq aparılmış, üzərində qadağan olunmuş vasitə varsa verməsi təklif olunmuşdur. Şəxs özü könüllü üzərindəki vasitəni təqdim etmişdir. Üzərinə video çəkiliş vasitəsi ilə baxış keçirilmiş, rəsmiləşdirilmişdir. Şəxs özü piyada olmuş, yaxınlıqda adamlar olmuşdur. Şəxsi heç bir yerdə tutub ora gətirməmişlər, şəxsi orada saxlamışlar. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir gösətrilməmişdir. Onun qaçırılması ilə bağlı onlara heçbir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxsi qəbirstanlığın içində piyada hərəkətdə olan zaman saxlamışlar. Günün 2-ci yarısı olmuş, saat dəqiq yadında qalmamışdır. Başına torba keçirmək, fiziki təsir göstərmək kimi heç bir hal olmamışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, Ənvərgillə qonşudur. Onlar heyvan saxlayır, toyuq, cücə. Ənvərgildə həmin fabrikin yanında qalırlar. O, gedəndə görmüşdür ki, 2 nəfər mülki geyimdə şəxslər Ənvəri döyə döyə maşına otuzdurmuşlar. Maşında mülki maşın olmuşdur. Tez qaça qaça gəlib Ənvərin atasına demişdir ki, “oğlunuzu qaçırdılar”. Ənvəri aparanda başına torba keçirmişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, maşın metalik gümüşü rəngdə olmuş, nömrəsinə fikir verməmişdir. Orada adam çox olmuş, saat 5-6 arası olmuşdur. Atasına dedikdən sonra atası dərhal 102 qaynar xəttinə zəng vurmuşdur, cavab gəlmədikdən sonra Ənvərin nənəsinə xəbər vermişlər. Sonra nənəsidə 102-yə zəng etmiş, daha sonra 12-ci Bölməyə yığmışlar. 12-ci Bölməyə Ənvərin atası yığmışdır 12-ci Bölmədən belə bir adamın orada olmadığını demişlər. Üzərindən bir müddət keçəndən sonra onların ərazisinin sahə inspektoru demişdir ki, Ənvəri 13-cü bölmənin əməkdaşları aparmışlar. Sonra görmüşdür ki, aləm qarışıb, qışqır bağır düşüb və oçıxıb evə getmişdir. Ondan başqa Zaur adlı qonşusuda gəlmişvə atasına demişdir ki, o maşını dünən də burada görmüşdür. Zaurda Ənvərgilin qonşularıdır. Ənvərin narkotik vasitə istifadə etdiyi barədə məlumatı yoxdur, dava elədiyini eşitmişdir. O, həmin küçədə əvvəldən yaşayır, orada anadan olmuşdur. Ənvərin əvvəllər həbsdə olmağı ilə bağlı məlumatı yoxdur. Ənvərin əynində cins şalvar, üzərində də qolu uzun jaket olmuşdur. Polislərin əyinində adi geyimlər olmuşdur. Polislər Ənvəri maşına basmışlar özləridə maşına oturmuşlar. Polislərin biri qabaqda oturmuş, onu tutan şəxsdə arxaya minmişdir. 1 şəxs qabaqda maşını sürürdü, digəri arxada oturmuşdur Ənvəri tutmuşdur. Onun nömrəsi **********-dür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 05 sentyabr 2025-ci il tarixli «əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:47-də Sabunçu RPİ-nin əməkdaşları tərəfindən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi M.Abdullayev küçəsi “SƏHRAM” marketin yaxınlığında saxlanılmış, üstünə yoxlama və götürmə aparılmasından əvvəl təklifə əsasən sağ yan cibində olan bir ədəd bükümdə ağ sellofana bükülmüş, kristal maddə narkotik vasitəyə bənzər kütləni təqdim etmiş, verilmiş suallara cavab olaraq istifadə etdiyi və saxladığı narkotik vasitəni üzdən tanıdığı və adını bilmədiyi şəxsdən aldığını bildirmişdir(i.v.6-7); şübhəli şəxsin tutulması haqqında 05 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:47 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.18); 05 sentyabr 2025-ci il tarixli «təqdim edilən əşyaya baxış keçirilməsi və götürmə haqqında» protokoldan görünür ki, təqdim olunan qablaşdırılmış halda 01 (bir) ədəd bükümə və DVD-yə baxış keçirilmiş, qablaşdırılmış zərfin üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sözləri yazılmış və CAŞ-nin əməkdaşlarının imzalan olan 01 ədəd ağ rəngli, kristal şəkilli bükümün qablaşdırılması aşkar olunmuş, baxışdan sonra həmin maddə yenidən qablaşdırılıb möhürlənmişdir(i.v.28-29); Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 2984 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN "Zərflər üçün № 160" möhür əksi, "Vətəndaş Təqsirləndirilən şəxs” yazısı və imzaları olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,083 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir(i.v.35-38); Vəsatətin müdafiə edlməsindən imtina edilməsi haqqında 07 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət rədd edilmiş, onun müvəqqəti saxlanma yerindən azad edilməsi qərara alınmışdır(i.v.65-66); Qətimkan tədbirinin seçilməsi barədə 07 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir(i.v.75); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir(i.v.79-80, 82-88); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli, 5972 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır(i.v.98-99); Maddi sübut kimi tanıma haqqında 20 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş ümumi təmiz çəkisi 1,083 qram psixotrop maddə metamfetamin maddi subut hesab edilmiş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1,033 qram psixotrop maddə metamfetamin Sabunçu RPİ-nin saxlancına təhvil təhvil verilməsi qərara alınmışdır(i.v.108); Bakcell MMC-dən əldə edilmiş məlumatlardan görünür ki, 055 *** ** ** nömrəli mobil nömrədən 05 sentyabr 2025-ci il tarixdə saat 20:52-də **********480192 nömrəsinə zəng edilmişdir. "xxxx" MMC-nin xx.xx.2026-cı il tarixli məktubundan və ona əlavə edilmiş qoşmasından görünür ki, 012 *** ** ** saylı stasionar telefon nömrəsi X3 məxsus olmuş, həmin günü telefon nömrəsindən 102-ə edilmiş zəng aşkar edilməmişdir. Bakı şəhəri Sabunçu rayon polis idarəsinə ünvanlanmış sorğuya cavab məktubundan və ona əlavə edilmiş tibbi müayinənin keçirilməsi və tibbi yardım göstərilməsinin qeydiyyat kitabında olan qeydlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 11:15-də Sabunçu RPİ-nin MSY-nə təhvil verildikdə bədəninə təlimata uyğun tam baxış keçirilmiş və akt tərtib edilmişdir. Tərtib edilmiş aktda isə baxış zamanı bədənində xəsarətlərin aşkar olunmadığı qeyd edilmişdir. Məhkəmə iclasında DVD diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, şəxsin üzərinin yoxlanması, baxış və götürmə aparılması haqqında 05 sentyabr 2025-ci il tarixli protokollara uyğun olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qamboy Vəzirov küçəsi, ev 56 ünvanında saxlanılmışdır, orada onun başına torba keçirib Bakıxanov qəsəbəsinə gətirmişlər. Bakıxanov qəsəbəsində Səhram marketin arxasında qəbirstanlığın içərisində torbanı başından çıxartmışlar. Sonradan narkotiki ona vermişlər. Ondan sonra getmişlər bölməyə və vəkil vasitəsi ilə evə zəng vurmuşdur və bölmədə olduğunu demişdir. Amma o, evə zəng vurduqda onların özləri onun tutulduğunu bilmişlər. O, tutulduğu yerdə qonşular onun tutulmağını görmüşlər, orada kamera çəkilişidə var, amma qonşu həmin görüntüləri ona verməmişdir. Onun tutulmağını görən qonşular var, lazım olarsa onlara deyə bilər. Onun tutulmağı günün günorta çağında saat 3-4 arası olmuşdur. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qamboy Vəzirov küçəsi, ev 56 ünvanında yaşayır. Hadisə xx.xx.2025ci tarixdə baş verib, hadisə baş verən zaman hava qaralmamışdır, saat təxminən 3-4 arası olmuşdur. Hadisə düz evin yanında baş vermiş, birinci 2 nəfər şəxs yaxınlaşmışdır. Evdən təxminən 200-300 metr aralıda fabrikin yanında olmuşdur. Həmin vaxtı o, tək olmuşdur. Birinci bir nəfər yaxınlaşmş, ona salam vermiş, ondan bir söz soruşmaq istədiyini deyərək demişdir ki, burada qalmır, istədiyi bir qız var onun arxasınca gəlib gedir, olar ondan soruşsun ki, o necə qızdır. O da həmin şəxsə inanmış və dayanıb söhbət etmişdir. O, həmin qızın adının Aytən olduğunu dedikdə o, qonşuluqda elə bir qızın olmadığını və onu tanımadığımı bildirmişdir. Elə bu vaxtı bir şəxs onun arxasından gələrək onu tutmuşdur və söhbət elədiyi şəxs torbanı onun başına keçirmişdir. Sonra onu maşının içərisinə atmışlar. Torbanı başından çıxartmamışlar, onu maşının arxa oturacağına atmışlar. Sonra qəbirstanlığa gəlmişlər, amma o hələ qəbirstanlıqda oluğunu bilməmişdir. Qəbirstanlığın içərisində torbanı başından çıxartmışlar və o, həmin şəxslərin 5 nəfər olduğunu görmüşdür. Torbanı başından çıxatdıqdan sona demişlər ki, “biz sənin narkotik satdığını bilirik.” O, narkotik vasitə satmadığını və istifadə eləmədiyini bildirmişdir. Ondan sonra onu vurmağa başlamışlar. 2-3 nəfər onu vurmuş, digərləri qıraqda dayanmışdır, hər yerindən vurmuşlar. Onu vurmuşlar ki, narkotiki boynuna götürsün. Qəbirstanlığn içində onu döymüşlər deyə məcbur razılaşmışdır. Sonra onu yenə maşına qoymuşlar. 15-20 dəqiqədən sonra yenidən gəlmişlər və onu qəbirstanlığın içinə salıb narkotik bükümü onun cibinə qoymuşlar. Demişlər ki, “guya sən gəlmisən bura, narkotiki burda hansısa daşın dibindən götürmüsən və götürən zaman biz səni tutmuşuq”. Həmin qəbirstanlıq Bakıxanov qəsəbəsində Səhram marketin arxasında yerləşir. Sonra video çəkiliş aparmışlar. Onu birinci saxlayan 2 nəfərdən biri çəkilişə razılaşmamış, demişdir ki, o çəkilişə düşə bilməz. Digəri isə onu birinci dəfə saxlayanlardan biri olmuş, çəkiliş zamanı maskanı taxmış üzünə danışmağa başlamışdır. Çəkiliş zamanı 3 nəfər olmuş, biri çəkilişi etmiş, digərləri onun yanında dayanmışlar. Çəkiliş edilən zaman hava qaralmışdır. Sonradan onu bölməyə gətirmişlər. Onu buraxandan sonra şikayət eləməyə qorxmuşdur, belə hadisə olduğuna və qorxduğuna görə heç bir yerə şikayət etməmişdir. Bədənində xəsarətlər olmuş, 15 gün yerində qalmış, gəzə bilməmişdir. Xəstaxanaya getməmişdir, təcili yardım və həkim çağırmamışdır.Müstəntiqə belə hadisələrin olduğunu deməmişdir qorxduğu üçün. 2-3 qonşu onun başına torba keçirilib aparılmağını görmüşdür. Xəsarətlər onun hər yerində olmuşdur, üzündə olmamışdır. Orada vəkilə xəsarətlərini göstərməyi qeyri mümkün olmuş, həmin polislər yanında olmuşlar deyə qorxmuşdur. Nənəsi həmin günü 102 qaynar xəttinə yığıb və onu qapıdan apardıqları barədə məlumat vermişdir. Onu apardıqları vaxt bunu qonşu görmüşdür və onların evinə gedib məlumat vermişdir, onu polisin apardığını bilməmişdir, elə bilib başqa şəxslər onu aparmışdır. Onun digər nənəsidə polisə zəng vurub məlumat verib, 2 nənəsidə zəng vurmuşdur. Tutulduğu yerdə köhnə fabrik var, oaradan kamera görüntüləri istəmiş, verməmişlər, əvvəl görüntülərin olmadığını deyirdilər, sonradan görüntülərin silindiyini deyirlər. Hadisə xx.xx.2025-ci ildə baş verib, köhnə tikiş fabrikidi orada, yarım işlək vəziyyətdədir. O, həbsdən çıxdıqdan sonra narkotik vasitə istifadə etməmişdir, narkotik vasitə onun qanından necə çıxıb bilmir. Narkolojidə düzgün yazmamışlar, o, heç bir narkotik vasitədən istifadə etməmişdir. Qonşular nənəsinə xəbər verən zaman nənəsi 102-yə yığıb, O, xəbər verən zaman qaranlıq düşməmişdir. Onların ev telefonundan da 102-yə yığılıb, nömrə 4506297-dir. Nənəsi öz nömrəsindəndə yığıb, nənəsinin adı X5, nömrəsi **********-dür. Digər Nənəsidə 102 qaynar xəttinə yığıb, adı X2r. Bir neçə qonşu görüb, birinin adı İlhamdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsin ifadəsində göstərilən xüsusatların yoxlanması məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xİdmətinə sorğu verilmiş, verilmiş sorğuya xx.xx.2026-cı il tarixdə daxil olmuş cavab məktubundan müəyyən edilmişdir ki, arxivlərin saxlama müddəti bitdiyindən sorğunun icrası mümkün olmamışdır. Bundan sonra müdafiə tərəfinin vermiş olduğu vəsatət təmin edilərək təqsirləndirilən şəxsin nənəsi X3 məxsus 012 *** ** ** saylı ev nömrəsindən 05 sentyabr 2025-ci il tarixdə çıxmış zənglər haqda məlumatların açıqlanması istənilmişdir. "xxxx" MMC-nin xx.xx.2026-cı il tarixli məktubundan və ona əlavə edilmiş qoşmasından müəyyən edilmişdir ki, 012 *** ** ** saylı stasionar telefon nömrəsi X3 məxsus olmuş, həmin günü telefon nömrəsindən 102-ə edilmiş zəng aşkar edilməmişdir. Bundan başqa, müdafiə tərəfinin vəsatətinə əsasən Bakcell MMC-dən məlumatlar götürülmüş, həmin məlumatlarda təqsirləndirilən şəxsin nənəsinə məxsus nömrə kimi təqdim edilmiş 055 *** ** ** nömrəli mobil nömrədən 05 sentyabr 2025-ci il tarixdə saat 20:52-də **********480192 nömrəsinə zəng edilmişdir. Məhkəmə bu xüsusatla bağlı qeyd edir ki, **********480192 nömrəsi kimi qeyd edilən nömrənin 102 olduğunu ehtimal etsək belə, həmin zəng 05 sentyabr 2025-ci il tarixdə saat 20:52-də olmuşdur ki, bu da təqsirləndirilən şəxsin tutulmasından, üzərinə baxış keçirilməsindən 1 saatdan çox vaxt keçdikdən sonra baş vermiş olmuşdur. Halbuki, Təqsirləndirilən şəxs ifadəsində onu 05 sentyabr 2025-ci il tarixdə məhəllədən günorta saat 3-4 radələrində başına torba keçirilərək apardıqlarını göstərmiş, qonşunun bunu görməsini, evlərinə məlumat verməsini, elə həmin vaxt nənəsi tərəfindən 102-ə məlumat verilməsini göstərmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi bu xüsusatlar əldə edilmiş məlumatlarla təsdiq olunmayaraq təkzib edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs polis əməkdaşlarının onu döyərək psixotrop maddənin özünə məxsus olduğunu bildirməsi barəsində olan ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, təqsirləndirilən şəxsin üzərində baxış və götürmə aparılarkən iştirak etmiş şahidlər məhkəmə iclasında yuxarıda qeyd edilən məzmunda ifadələr verərək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təkzib etmişlər. Bundan başqa, şəxsin üzərinin yoxlanılması, eləcə də baxış və götürmə zamanı aparılmış videoçəkilişlərə baxış zamanı şahidlərin ifadələrində göstərilən xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və vəkili imza etmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü, buraxıldıqdan sonra belə 15 gün yerindən qalxa bilmədiyini göstərərək, bu səbəbdən ibtidai istintaq zamanı etirafedici ifadə verdiyini qeyd etmişdir. Məhkəmə göstərilən xüsusatla bağlı qeyd edir ki, bu xüsusatla bağlı nə Təqsirləndirilən şəxs, nə də müdafiəçisi tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında məsələ qaldırılmamışdır. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi bu xüsusatın da yoxlanması məqsədilə Bakı şəhəri Sabunçu rayon polis idarəsinə ünvanlanmış sorğuya cavab məktubundan və ona əlavə edilmiş tibbi müayinənin keçirilməsi və tibbi yardım göstərilməsinin qeydiyyat kitabında olan qeydlərdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 11:15-də Sabunçu RPİ-nin MSY-nə təhvil verildikdə bədəninə təlimata uyğun tam baxış keçirilmiş və akt tərtib edilmişdir. Tərtib edilmiş aktda isə baxış zamanı bədənində xəsarətlərin aşkar olunmadığı qeyd edilmişdir. Göründüyü kimi, göstərilən məlumatlardan da aydın olur ki, Təqsirləndirilən şəxs özünümüdafiə məqsədilə məhkəmə istintaqı zamanı ona fiziki zor tətbiq edilməsi ilə bağlı ifadə vermişdir. Həmçinin, Təqsirləndirilən şəxs ona yetirilmiş xəsarətlərdən 15 gün yerindən qalxa bilməməsini göstərsə də, bununla bağlı heç bir həkimə və ya tibb müəssisəsinə müraciət etmədiyini qeyd etmişdir. Lakin, məhkəmə bu cür ağır xəsarətlər aldığı təqdirdə şəxsin hər hansı tibb müəssisəsinə və ya həkimə müraciət etməməsini inandırıcı və ağlabatan hesab etmir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən çəkilmiş videogörüntüyə baxış keçirilərkən onun üzərində hər hansı xəsarətin olmadığı müşahidə edilmiş, həmin vidoeçəkilişdə Təqsirləndirilən şəxs vəziyyəti ilə bağlı hər hansı şübhəli məqam müəyyən edilməmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs onun məhəllədən aparılmasını bir neçə qonşunun gördüyünü, eləcə də, yaxınlıqda yerləşən köhnə fabrikin kameralarına düşdüyünü bildirmiş, məhkəmə tərəfindən sorğu verildiyi təqdirdə həmin görüntüləri alaraq məhkəməyə təqdim edəcəyini və həmin şahidlərin məhkəməyə gətirilərək dindirilməsini təmin edəcəyini göstərmişdir. Məhkəmə bu xüsusatların yoxlanması ilə bağlı Təqsirləndirilən şəxs sorğu versə də, həmin sorğuya cavab alınaraq videogörüntülər məhkəməyə təqdim edilməmişdir. Təqsirləndirilən şəxs onu polis tərəfindən aparılmasını görən şahidlərdən yalnız birinin, X4 əlavə şahid qismində iştirakını təmin etmiş, əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Ənvərgillə qonşudur. Onlar heyvan saxlayır, toyuq, cücə. Ənvərgildə həmin fabrikin yanında qalırlar. O, gedəndə görmüşdür ki, 2 nəfər mülki geyimdə şəxslər Ənvəri döyə döyə maşına otuzdurmuşlar. Maşında mülki maşın olmuşdur. Tez qaça qaça gəlib Ənvərin atasına demişdir ki, “oğlunuzu qaçırdılar”. Ənvəri aparanda başına torba keçirmişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, maşın metalik gümüşü rəngdə olmuş, nömrəsinə fikir verməmişdir. Orada adam çox olmuş, saat 5-6 arası olmuşdur. Atasına dedikdən sonra atası dərhal 102 qaynar xəttinə zəng vurmuşdur, cavab gəlmədikdən sonra Ənvərin nənəsinə xəbər vermişlər. Sonra nənəsidə 102-yə zəng etmiş, daha sonra 12-ci Bölməyə yığmışlar. 12-ci Bölməyə Ənvərin atası yığmışdır 12-ci Bölmədən belə bir adamın orada olmadığını demişlər. Üzərindən bir müddət keçəndən sonra onların ərazisinin sahə inspektoru demişdir ki, Ənvəri 13-cü bölmənin əməkdaşları aparmışlar. Sonra görmüşdür ki, aləm qarışıb, qışqır bağır düşüb və oçıxıb evə getmişdir. Ondan başqa Zaur adlı qonşusuda gəlmişvə atasına demişdir ki, o maşını dünən də burada görmüşdür. Zaurda Ənvərgilin qonşularıdır. Ənvərin narkotik vasitə istifadə etdiyi barədə məlumatı yoxdur, dava elədiyini eşitmişdir. O, həmin küçədə əvvəldən yaşayır, orada anadan olmuşdur. Ənvərin əvvəllər həbsdə olmağı ilə bağlı məlumatı yoxdur. Ənvərin əynində cins şalvar, üzərində də qolu uzun jaket olmuşdur. Polislərin əyinində adi geyimlər olmuşdur. Polislər Ənvəri maşına basmışlar özləridə maşına oturmuşlar. Polislərin biri qabaqda oturmuş, onu tutan şəxsdə arxaya minmişdir. 1 şəxs qabaqda maşını sürürdü, digəri arxada oturmuşdur Ənvəri tutmuşdur. Onun nömrəsi **********-dür. Göründüyü kimi, şahid X6 günorta saat 5-6 radələrində Təqsirləndirilən şəxs apardıqlarını bildirmiş, dərhal evlərinə məlumat verdiyini, onun yanında Ənvərin atasının və nənəsinin dərhal 102-ə zəng vurduqlarını bildirmişdir. Halbuki, Təqsirləndirilən şəxs yaşadığı evə məxsus ev telefonundan, nə də ki, nənəsinə məxsus mobil nömrədən həmin tarixlərdə göstərilən saatlarda 102-ə edilmiş zəng, bu barədə verilmiş sorğulara alınmış cavablarda aşkar edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs, iş üzrə dindirilmiş şahidlər Şahid1, Şahid2 və əlavə şahid X4 ifadələrini qarşılıqlı şəkildə təhlil edərək, iş üzrə digər sübutları, eləcə də məhkəmə araşdırması zamanı verilmiş sorğulara alınmış cavabları araşdıraraq hesab edir ki, şahid X6 məhkəmə iclasında bir məhəllədə yaşadığı dostu Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yaxa qurtarması məqsədilə məhkəmə iclasında yuxarıda qeyd edilən məzmunda ifadə vermişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı fiziki zor tətbiq edilməsi səbəbindən etirafedici ifadə verməsi ilə bağlı məhkəmə, Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda göstərilən qərardakı müddəalarını nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla, şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrlə müqayisəli şəkildə tədqiq edərək onun ittiham olunduğu cinayət əməli ilə bağlı ibtidai istintaqı zamanı verdiyi ifadəsini daha inandırıcı hesab edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 1,083 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən(müəyyən edilməmişdir) və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2.), 05 sentyabr 2025-ci il tarixdən 07 sentyabr 2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-nin 69.3), cəzaçəkmə müddətinin başlanğıcı hökm çıxarıldığı tarixdən hesablanmalı (CPM-158.2.1), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, dərhal məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 114(yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06(altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 05 sentyabr 2025-ci il tarixdən 07 sentyabr 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 01(bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 25 fevral 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilərək saxlanılması üçün konvoy taboru vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1,083 qram olan tədqiqatdan sonra qalıq qalmış 1,033 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 114(yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar