Məhkəmə qərarları › İş №1(008)-824/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-824/2024

06.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-824/2024 06.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X7, Təqsirləndirilən şəxs və müdafiəçisi Femida Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 20 avqust 1960-cı ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Kürdəmir rayonu, Məhərrəmli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, təqsirləndirilir ondan ötrü ki, onun tərəfindən idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölimünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2022-cı il tarixdə saat 21:55-də «C» kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mersedes Benz E-200” minik markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 50-60 km/saat sürətlə Bakı şəhəri, Sabunçu rayonu. Zabrat qəsəbəsi ilə "‘Koroğlu” metrostansiyası istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin qanunun tələblərini pozaraq yolu soldan sağa doğru keçmək istəyən 1951-ci il təvəllüdlü piyada X5 avtomobilin qarşı tərəfi ilə ehtiyyatsızlıqdan vuraraq, onun baş-beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və yumşaq qişalarına qansızma, ağciyərlərin hematoması, döş qəfəsinin və qarının yumşaq toxumalarına, peritona, bağırsaqlara və böyrəkətrafı yumşaq toxumalara qansızma, sol baldırda qamış və incik sümüklərinin, sağ baldırda qamış sümüyünün yerini dəyişən qapalı sınıqları, başın, sifətin, gövdənin, hər iki yuxarı və aşağı ətrafların əzilmişcırılmış yarası, hematoması, qançır və sıyrıqları kimi sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olan bədən xəsarətərindən yerləşdirildiyi Sabunçu rayon 3 saylı Şəhər Kliniki Xəstəxanasında həmin gün saat 23:45-də ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 5-6 ildir «C» kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında “Mercedes Benz E-200” minik markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir, heç bir yerdə işləmədiyinə görə həmin avtomobillə hərdən taksi fəaliyyəti ilə məşğul olur. Bundan başqa o, 15 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Sabunçu rayonu, Maştağa qəsəbəsinə bir nəfər müştəri aparmış, onu düşürüb yaşadığı ünvana qayıtmaq istəmiş, həmin gün saat 22 radələrində texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz E- 200” minik markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə saatda 50 km/saat sürətlə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ilə üzü metronun “Koroğlu” stansiyası istiqamətində hərəkət etmiş, həmin vaxt onunla paralel digər nəqliyyat vasitələri də hərəktdə olmuş, bu zaman bir nəfər kişi yolun hərəkət hissəsinin sol tərəfindən sağ tərəfinə keçmək istəmiş, bunu görüb əyləci basmış, lakin, ara məsafəsi az olduğundan hadisənin qarşısını ala bilməmiş və maşının qarşı tərəfi ilə həmin piyadanı vurmuş, bu zaman zərbədən vurduğu piyada kişi yolun ortasında yıxılıb qalmış, tez maşını saxlayıb həmin piyadanı maşınına qoymuş və birbaşa Sabunçu rayonu 3 nömrəli kliniki xətəxanaya aparmışdır. Həmin piyadanı xəstəxanaya çatdırsa da həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmamışdır. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində göstərdi ki, xx.xx.1951-ci il təvəllüdlü mərhum atası X9 onunla birlikdə ünvan 3 ünvanında yaşamış və təqaüdçü olmuş, heç bir yerdə işləməmişdir. 15 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində yaşadığı ünvanda olan zaman tanımadığı mobil nömrədən ona zəng gəlmiş və onunla danışan özünü polis əməkdaşı kimi təqdim edərək atası X5 Sabunçu rayonu, Zabrat qəsəbəsində yolu keçmək istəyərkən avtomobil vurmasını və sürücünün atası xəsarət aldığına görə onu Sabunçu rayon 3 saylı şəhər klinik xəstəxanasına aparmasını bildirmiş, bu zəngdən sonra dərhal qeyd olunmuş xəstəxanaya getmiş və orada mərhum atası X4 başından ağır xəsarətlər almasını, həkimlərin səyinə baxmayaraq xəstəxanasında vəfat etməsini bilmişdir. Mərhum atası X2 Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes» markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zabrat qəsəbəsində vurulmasını və hadisədən sonra sürücünün atasını xəstəxanaya aparmasını eşitmiş, mərhum atası X5 Zabrat qəsəbəsində dəfn etmiş, hazırda sürücü X3 heç bir şikayəti və tələbi yoxdur, çünki onun tərəfindən ailəsinə zəruri maddi və mənəvi dəstək göstərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, Sabunçu RPİ-nin növbətçi hissəsində sürücü vəzifəsində və polis serjantı xüsusi rütbəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə Sabunçu RPİ-nin NH-də sürücü vəzifəsində xidmətdə olan zaman DİN-in 102 xidmətindən piyadanın vurulması ilə nəticələnən yolnəqliyyat hadisəsinin baş verməsi barədə məlumat əsasında Sabunçu rayonu, Zabrat qəsəbəsi C.Cəlilov küçəsində döngəli yoldakı hadisə yerinə hamin gün növbədə olan müstəntiq ilə birlikdə təxminən saat 22:20 radələrində gəlmişlər. Məlumatı verən hadisə zamanı “Mercedes E 200” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olan Təqsirləndirilən şəxs müstəntiqin çağırışı ilə hadisə yerinə gəldikdən sonra müstəntiq tərəfindən qaranlıq vaxtı olduğundan hadisə yerinə süni işıqlandırma şəraitində onun iştirakı ilə baxış keçirilmişdir. Hadisə yerinin ölçüləri və sair qeydiyyatlar aparılaraq fotoşəkilləri çəkildikdən sonra müstəntiq göndərişi əsasında sürücü Təqsirləndirilən şəxs tərəfindən sərxoşluğun müayinəsi üçün “Respublika Narkoloji Mərkəzi”nə aparılaraq yoxlanılmış və sürücünün ayıq olması barədə akt verildikdən sonra sürücü Təqsirləndirilən şəxs müstəntiqin xidməti otağına təhvil vermişdir. Həmin hadisə yerinə baxış zamanı sürücünün göstərməsinə əsasən təxminən bilmişdir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Zabrat qəsəbəsi ilə “Koroğlu” metrostansiyası istiqamətində hərəkət etmiş, bu zaman bir nəfər kişi yolun sol tərəfindən sağ tərəfinə keçmək istəmiş, bunu görüb əyləci bassa da ara məsafəsi az olduğundan hadisənin qarşısını ala bilməmiş və maşının qabaq tərəfi ilə həmin piyadam vurmuş, piyada kişi yolun ortasında yıxılıb qalmış, tez avtomobili saxlayıb həmin piyadanı maşınına qoymuş və birbaşa Sabunçu rayonu 3 nömrəli kliniki xətəxanaya aparmışdır. xx.xx.2022-ci il tarixdə ilk hadisə yerinə gələn zaman xəsarət alan piyada hadisə yerində olmamışdır, çünki, piyada hadisədən sonra sürücü tərəfindən xəstəxanaya aparılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 16 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, fakt üzrə CM-nin 263.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 15 sentyabr 2022-ci il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, C.Cəlilov küçəsi 18-in qarşısında hadisə yerinə baxış keçirilmiş, sxem və fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur (i.v.04-11); Təqsirləndirilən şəxs sürücülük vəsiqəsindən görünür ki, xx.xx.2019-cu il tarixdə 10 il müddətinə «C» kateqoriyalı AF 027435 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v.16); xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Mercedes Benz E200 Minik markalı, ** EL *** dövlət qeydiyyat nişanlı avtomobil X6 xüsusi mülkiyyətindədir (i.v.17); xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, Mercedes Benz E200 minik markalı, ** EL *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixədək Təqsirləndirilən şəxs etibar edilmişdir (i.v.18); 15 sentyabr 2022-ci il tarixli, 1/5112 №-li sərxoşluq vəziyyətinin tibbi müayinə aktından müəyyən olunur ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v.26); Sabunçu RPİ-dən alınmış ***-**** nömrəli xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü, Kürdəmir rayonu, Məhərrəməli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs məxsus AF-027431 saylı sürücülük vəsiqəsi DİN BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən xx.xx.2019-cu il tarixindən xx.xx.2029-cü il tarixinədək aktivdir və sürücülük hüququnun məhdudlaşdırılması barədə heç bir məlumat mövcud deyildir. Təqsirləndirilən şəxs Mercedes Benz E200 minik markalı, ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilə olan etibarnamənin müddəti xx.xx.2022-ci il tarixində bitmişdir(i.v.29); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kortatekasında heç bir məlumat yoxdur (i.v.30); məhkəmə-tibbi ekspertizasının 16 sentyabr 2022-cİ il tarixli, 228 saylı rəyindən görünür ki:

1. X1 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Baş-beyin maddəsinin əzilməsi. Baş-beyin maddəsinə və yumşaq qişalarına qansızma. Ağciyərlərin hematoması. Döş qəfəsinin və qarının yumşaq toxumalarına, peritona, bağırsaqlara və böyrəkətrafı yumşaq toxumalara qansızma. Sol baldırda qamış və incik sümüklərinin, sağ baldırda qamış sümüyünün yerini dəyişən qapalı sınıqları. Başın, sifətin, gövdənin, hər iki yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yarası, hematoması, qançır və sıyrıqları. -Xəsarətlər həyati olub, bərk küt əşya(əşyalar) təsirindən X.A.Xəlilovun ölümündən az əvvəl törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni, yol-nəqliyyat hadisəsi zamanı minik avtomaşını vurması nəticəsində törənmişdir, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir.

2. X1 ölümünə səbəb baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma olmuşdur. Ölüm xx.xx.2022-ci il tarixdə saat 23:45-də xəstəxanada baş vermişdir, bu da ilkin meyit əlamətlərinə əsasən inkar olunmur. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propıl, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir(i.v.31- 36); Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzinin 02 dekabr 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranlığına görə 80 manat məbləğində Prezident təqaüdü alır(i.v.49); Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-da sonuncu müayinəyə dair məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixədək 3-cü dərəcəli əlillik müəyyən edilmişdir(i.v.50); Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 21 dekabr 2022-ci il tarixli, 8/3435 saylı rəyi alınaraq müəyyən edilmişdir ki, «Mcrscdes Bcnz E200» markalı, 90- EL-875 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət elməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mövcud metodikanın tələblərinə əsasən, piyada məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadanın hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb elmədiyindən onun hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətlərinə aid deyildir(i.v.52-55); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.95-97); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini (CM-59.1.12), əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, müharibə veteranı olmasını, 3-cü dərəcə əlilliyinin olmasını(CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla (CM-58.3.), ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası(CM-60.1) və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı (CİM 67.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 85 (səksən beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir(CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu və ya alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar