Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-824/2025 12.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Tərcüməçi Axund-zadə Ayşən Elimxan qızının, müdafiəçi - Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxs- xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,592 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi işə məşğul olması barədə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis şöbəsinə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən “Əməliyyat-axtarış fəliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməklə keçirilən əməliyyat tədbirləri nəticəsində 11 sentyabr 2025-ci il tarixdə saat 18:15-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 96 saylı tam orta məktəbin yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılmış, həmin ünvanda üstünün yoxlanılması zamanı əynində olan şalvarının cibindən 01 (bir) ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,592 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. xx.xx.2025-ci il tarixdə təxminən saat 16 radələrində Niyaz adlı tanışı ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manat pul müqabilində bir büküm narkotik vasitə əldə etmişdir. Həmin bükümü əldə etdikdən sonra Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə gəlmişdir. Həmin gün saat təxminən 18 radələrində Bakıxanov qəsəbəsində yerləşən 96 saylı tam orta məktəbin yaxınlığında olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet olub-olmaması barədə sual vermiş və belə əşya olduğu təqdirdə könüllü təqdim etməyi təklif etmişlər. Bu zaman o, əynində olan şalvarın sağ yan cibində saxladığı ağ rəngli şəffaf sellofana bükülmüş maddəni çıxararaq polis əməkdaşlarına təqdim etmiş və həmin maddəni Suraxanı rayonu ərazisindən 10 manata şəxsi istifadəsi üçün aldığını səmimi şəkildə etiraf etmişdir. Təqdim olunmuş bükümə hadisə yerində videoçəkilişlə baxış keçirilmiş, bükümün içərisində kristal formalı maddə olduğu müəyyən edilmişdir. Bundan sonra o, polis əməkdaşları tərəfindən Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə dəvət olunmuşdur. Polis şöbəsində müdafiəçinin iştirakı ilə üzərindən aşkar olunmuş predmetə yenidən baxış keçirilmişdir. Ondan həmin maddə ilə bağlı sorğu sual olunduqda o cavabında bildirmişdir ki, aşkar olunmuş maddə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindir, onu şəxsi istifadəsi üçün əldə etmişdir. Əməlindən peşmandır, müalicə olunmuşdur, hazırda narkotik vasitə istifadə etmir, işləyir, normal həyat tərzinə qayıtmışdır. Məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 11 sentyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs və X1suz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Həmin şəxslərin cinayət əməlinin ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Beləliklə, xx.xx.2025-ci il tarixdə saat təxminən 18:15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 96 saylı tam orta məktəbin yaxınlığında piyada hərəkətdə olan Təqsirləndirilən şəxs və X3 yaxınlaşaraq özlərini təqdim etmiş, xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində saxlanılması, daşınması və istifadəsi qanunla qadağan olunmuş hər hansı əşya, maddə və ya predmet varsa, könüllü şəkildə təqdim etsin. Bu zaman o, əynində olan cins şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli şəffaf sellofana bükülmüş bükümü çıxararaq təqdim etmişdir. Ondan təqdim etdiyi bükümün nə olduğu soruşulduqda bildirmişdir ki, bükümün içərisində el arasında “patı” kimi tanınan maddə vardır və həmin maddəni xx.xx.2025-ci il tarixdə saat 16 radələrində dostu Niyaz Nazirovla birlikdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün almışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində kütlə olan büküm, eləcə də üzərindən aşkar edilmiş mobil telefon zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra o, Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsinin inzibati binasında, xidməti otaqlardan birində təhqiqatçı, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən götürülmüş zərfə yenidən baxış keçirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:15-də AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; əməliyyat axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 13cü PB-nə Təqsirləndirilən şəxs və X2 narkotik vasitələri və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat axtarış tədbiri zamanı sonuncular xx.xx.2025-ci il tarixdə saat 18:15 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 96 saylı tam orta məktəbin yaxınlığında olan zaman saxlanılmış, onlara hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüquqları izah olunmuşdur. Həmin şəxslərin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdən təxminə 10 metr aralıda üstləri yoxlamağa başalmışlar. Üstünü yoxlama və götürmə aparmasından əvvəl Təqsirləndirilən şəxs və X3 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra X4 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 bükümm ağ şəffaf sellofana bükülmüş içərisində kristal formada olan maddəni təqdim etmiş və Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir büküm ağ şəffaf sellofana bükülmüş içərisində kristal formada oaln maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs və X4 üstü yoxlanılmış və iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Sonra həmin bükümlər qablaşdırılmaqla təddir iştirakçıları, saxlanılan şəxslər tərəfindən imzalanaraq götürülmüşdür. X4 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitəni Suraxanı rayonu ərazisində adını bilmədiyi üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitəni Suraxanı rayonu ərazisində adını bilmədiyi üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Baxış zamanı videoçəkiliş aparılmış və protokola 1 ədəd DVD əlavə olunmuşdur. Təqdim olunan əşyaya baxış keçirilməsi və götürülmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan qablaşdırılmış halda 01 ədəd bükümə və DVD-yə baxış keçirilmişdir. Qablaşdırılmış paketin üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sözləri yazılmış və 13-cü PŞ-nin əməkdaşlarının imzaları olan 01 ədəd zərfin içərisindən 1 ədəd kiçik ölçüdə olan ağ rəngli paketdə qablaşdırılmış 01 ədəd ağ rəngli, kristal şəkilli, spesifik iyə malik maddə aşkar olunmuşdur. Baxışdan sonra həmin maddə yenidən qablaşdırılmış möhürlənmişdir. Daha sonra 1 ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik vasitəyə bənzər maddənin Təqsirləndirilən şəxs aşkarlanması barədə bildirməsi əksini tapmışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/3033 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün N°160" dairəvi möhür əksi olan, "vət. Təqsirləndirilən şəxs.....”, və.s adlar, soyadlar və imzalar olan zərfdəki bir ədəd bükümdə təmız çəkisi 0,592 qram olan ağ rəngli kristallik kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlanıldığı MSY-dən azad edilməsi qərara alınmışdır; qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025--ci il tarixli tələbnaməsindən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 6111 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhər Narkoloji Mərkəzdə (F19.2) diaqnozu ilə dispanser qeydiyyatdadır. sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoluna əlavə edilmiş 01 ədəd DVD disk iş üzrə sübut növü kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 0.592 qram olan maddə psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və tədqiqatdan sonra qalıq qalmış 0,542 qram hissəsinin Sabunçu RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi qərara alınmışdır. Bir ədəd “DVD” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, həmin görüntü şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokola uyğun olmuşdur. Amnistiya aktının tətbiq edilməsi barədə xx.xx.2026-cı tarixli qərardan görünür ki, “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0.592 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Amnistiya aktının tətbiq edilməsi barədə xx.xx.2026-cı tarixli qərardan görünür ki, “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin məhkumluğun ödənilməsi üçün 83-cü maddəsində nəzərdə tutulmuş 01 il müddəti keçmədən Təqsirləndirilən şəxs yenidən eyni xarakterli cinayət törətmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayəti törətməsi CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmadığından residiv hesab olunmur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və götürülmədən yenidən eyni xarakterli cinayəti törətməsi ona təyin edilmiş daha yüngül cəzanın islah təsirinin yetərli olmadığını göstərdiyindən təqsirləndirilən şəxsə cəzanın məqsədini təmin etmək üçün maddənin sanksiyasında nəzərdə tutulan daha sərt cəzanın təyin edilməsi daha məqsədəmüvafiqdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs oğlu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət 02 (iki) gün kimi qiymətləndirilərək ona təyin edilmiş cəzadan çıxılmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı xx.xx.2026-ci il tarixdən hesablanmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı, iş üzrə maddi sübut- Sabunçu RPİ-nin NHnə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş tədqiqatdan sonra qalıq qalmış 0,542 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, 110 (yüz on) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, Məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 2 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla üzərində qəti olaraq 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılması üçün konvoy taboru vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-də maddi sübutların saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,542 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 110 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-824/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-824/2025
12.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver