Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-826/2022 26.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Dadiyev Fərahim Balaş oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Südeyib oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1985-ci il tarixdə Qazax rayonu, İkinci Şıxlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İ.Turgenev küçəsi, ev 18A-da qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq olan - 02 ədəd bükümdə ümumi təmiz çəkisi 0,187 qram narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarında 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,106 qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində Sabunçu RPİ-nin 12-ci PŞ-nın əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilinərək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz Ramanada saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞnin inzibati binasına aparılmış, polis şöbəsində xidməti otaqda üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,091 qram, 0,096 qram ümumi təmiz çəkisi 0,187 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan narkotik vasitə heroin və şəxsi istehlak miqdarında bir ədəd siqaretin gümüşü kağızına bükülmüş ümumi təmiz çəkisi 0,106 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 1 ildir ki, narkotik vasitə və psixotrop maddə istifadə edir. Ehtiyacı olan narkotik vasitəni müxtəlif üzdən tanıdığı, lakin adını, soyadını və yaşadığı ünvanı bilmədiyi şəxslərdən alır. 28 iyun 2022-ci il tarixdə, saat 20 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 5 manata bir büküm narkotik vasitə olan “Patı” və 10 manata iki büküm narkotik vasitə olan “Kakos” alaraq istifadə üçün üzərində saxlamışdır. 28 iyun 2022-ci il tarixində, saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz Ramanada piyada hərəkət edən zaman iki nəfər şəxs ona yaxınlaşmışlar. Onlar özlərini təqdim edərək Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin əmkdaşları olduqlarını bildirdilər və ondan özünü təqdim etməsini xahiş etdilər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları şəxsiyyət vəsiqəsini istədilər. Üzərində narkotik vasitələr olduğu üçün o, narahatçılıq keçirmiş və polis əməkdaşlarına tələsdiyini bildirərək onlardan yayınmağa çalışırmışdır. Polis əməkdaşları onun hərəkətlərindən şübhələnmiş və birlikdə Sabunçu RPİ-nin 12-ci PŞ-nə getməyi təklif etmişlər. Lakin o, polis əməkdaşlarına şəxsiyyətini təsdiq edən sənədini təqdim etmiş və tələsdiyini bildirərək şöbəyə getmək istəmədiyini demişdir. Bu zaman polis əməkdaşları hərəkətlərindən daha da şübhələnmişlər və onlarla birlikdə Sabunçu RPİ-nin 12-ci PŞ-nə getməyini zəruri olduğunu bildirmişlər. Polis əməkdaşlarının təkid etdiyini görüb onlarla razılaşmış və Sabunçu RPİ-nin 12-ci PŞ-nə gəlmişdir. Şöbədə barəsində şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilərək müvafiq protokol tərtib edilərək tutulması ilə əlaqədar hüquq və vəzifələri izah edilmişdir. Daha sonra o, dövlət hesabına vəkillə təmin edilərək ümumi hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi elan edilmiş, bununla bağlı qərar qəbul edilmiş, həmin qərarla o, tanış edilmişdir. Qeyd edilən hərəkətlər edildikdən sonra şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilmiş və həm bununla, həm də vəkilinin iştirakı olmadan şəxsi axtarış keçirilməsi ilə bağlı etirazının olub-olmaması soruşulmuşdur. O, şəxsi axtarışın videoçəkilişlə və vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış başlamamışdan əvvəl üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet olub-olmaması soruşularaq olduğu halda təqdim etməyi təklif edilmişdir. O, bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən üç ədəd bükümü, sol yan cibimdən isə smartfon mobil telefon aparatını çıxararaq təqdim etmişdir. Həmin üzərindən çıxan bükümlərin içərisinə polis əməkdaşı tərəfindən baxış keçirildiyi zaman orada iki ədəd bükümdə narkotik vasitə olan heroin və bir ədəd bükümdə isə psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Polis əməkdaşları bükümlərin içərisində olan maddənin nə olduğunu, haradan, kimdən, nə vaxt, neçəyə və nə məqsədlə aldığını soruşmuşlar. Polis əməkdaşlarının sualına cavab olaraq o, təqdim etdiyi 01 ədəd bükümdə olan maddənin psixotrop maddə metamfetamin və 02 ədəd bükümdə narkotik vasitə olan heorin olduğunu, onu 28 iyun 2022-ci il tarixində, saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz Ramanada yerləşən Araz marketin yaxınlığında üzdən tanıdğı lakin adını və anket məlumatlarnı bilmədiyi şəxsdən aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş bükümlər və bir ədəd mobil telefon aparatı qablaşdırılmış, qablaşmanın üzəri o və polis əməkdaşları tərəfindən imzalanmışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Himayəsində iki azyaşlı övladının olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 12-ci PŞ-nın əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. 28 iyun 2022-ci il tarixdə, saat 21:00 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz Ramanada həmin şöbənin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə xidmət aparan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşmışlar. Onlar özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib həmin şəxin anket məlumatlarını soruşmuşlar. Həmin şəxs üzərində şəxsiyyət vəsiqəsin olmadığını, xx.xx.1985-ci il təvəllüdlü, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İ.Turgenev küçəsi ev 18A-da yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxs onlardan yayınmaq istədiyinə onlarda şübhə doğurmuş və narkotik maddələrin qəbulunda şübhə doğurduğundan həmin şəxsi polis şöbəsinə dəvət etmişlər. O etiraz etmədən onlarla birlikdə Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə gəlmişdir. Şöbədə üzərinə baxış keçiriləcək şəxsin şəxsiyyəti müəyyən edildikdə həmin şəxsin xx xxxxxxxx 1985-ci il təvəllüdlü, Qazax rayonunda anadan olmuş, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İ.Turgenev küçəsi ev 18A-da yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs şöbədə xidməti iş otaqlarının birinə dəvət edilmişdir. Həmin otaqda Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edildikdə əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən üç ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükümlər açıldıqda iki bükümün içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik maddə digər bir bükümdə isə ağ kristal şəkilli maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümləri içərisində nə olduğunu soruşduqda o, həmin bükümün içərisində narkotik vasitə olan heroin və metamfetamin olduğunu, həmin narkotik vasitələri Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz Ramanada “Araz market"in yaxınlığında üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən 30 manata aldığını bildirmişdir. Sonra onun üzərinə baxış keçirilmiş və baxış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra baxışda iştirak edən şəxslərin iştirakları ilə onun üzərindən aşkar olunmuş bükümlər qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və onun tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İbtidai istintaq zamanı zamanı şahid dindirilmiş dindirilmiş şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadələr məhkəmə iclasında elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 28 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 03 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxardaraq, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirib, bükümləri təhqiqat orqanlarına təhvil vermişdir. Həmin 02 ədəd bükümdə narkotik vasitə olan heroini və 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini 28 iyun 2022-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz Ramanada yerləşən Araz marketin yaxınlığında üzdən tanıdğı lakin adını və anket məlumatlarnı bilmədiyi şəxsədn aldığını bildirmişdir ( i.v. 27-29). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının 29 iyun 2022-ci il tarixli, 6/3599 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N159” dairəvi möhür əksləri olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəiləri 0,091 qram, 0,096 qram Ümumi təmiz çəkisi 0,187 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,106 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir (i.v.32-36). “Maddi sübut kimi tanıma haqqında” 10 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,187 qram təşkil etmiş narkotik vasitə heroin və 0,106 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,087 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 0,056 qram psixotrop maddə olan metamfetamin saxlanması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir (i.v.78). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 23 sentyabr 2022-ci il tarixli, 5448 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.87-88). Sübutların qiymətləndirilməsi haqqında 23 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs götürülmüş 0,187 qram təşkil etmiş narkotik vasitə heroinin və 0,106 qram psixotrop maddə metamfetaminin iş üzrə maddi sübut kimi tanınması, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,087 qram təşkil edən narkotik vasitə heroinin və qalıq çəkisi 0,056 qram psixotrop maddə olan metamfetaminin saxlanması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntülərini əks etdirən 01 ədəd DVD diskin sübuti əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi qiymətləndirilərək iş materiallarına əlavə edilməsi qərara alınmışdır ( i.v. 90-95). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan; “Şübhəli şəxsin tutulması haqqında” 28 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 28 iyun 2022-ci il tarixdə, saat 21:00-dan tutulmuş hesab olunmuşdur (i.v. 16). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 30 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal saxlanıldığı yerdən azad edilmiş, barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.68-70). “Qətimkan tədbiri seçilməsi haqqında” 30 iyun 2022-ci il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.71). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.76). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının (xx.xx.2009-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4) olmasını (AR CM-nin 59.1.4-cü maddəsi), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, istintaq zamanı saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 iyun 2022-ci il tarixdə 30 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 0,087 qram narkotik vasitə olan heroin və 0,056 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-826/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-826/2022
26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver