Məhkəmə qərarları › İş №1(008)-828/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-828/2024

06.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-828/2024 06.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X16 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1992-ci il tarixdə Ağdam rayonu, Şoltanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Daş karxanasının yanı, nömrəsiz evdə yaşayan, əvvəllər məhkum olunmamış barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:50-də radələrində “BC" kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi "X20” markalı Az **-MZ- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Maştağa şossesindən H.Əliyev prospekti istiqamətində, yolun Sabunçu rayonu, “Bolmart” market - “Embawood" mebel salonunun qarşısında hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin İ hissəsinin - əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın, əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir kimi tələblərinə riayət etməməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, hərəkətini davam etdirib, həmin qaydaları pozaraq, avtomobillin qabaq sol yan hissəsi ilə yolu sağdan sola keçən piyada X4 ehtiyatsızlıqdan vurmaqla, eləcə də əks istiqamətli hərəkət zolağında hərəkətdə olan "Toyota Prius” markalı Az **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin altına tullamaqla ona, onurğa beyinin boyun şöbəsinə qansızma, İ və İİ boyun fəqərələrinin yerini dəyişən qapalı sınıqları, sol ağciyərin və dalağın əzilmişcırılmış yaraları, Xİ-Xİİ döş, bel və oma fəqərələrinin, sol sirkə kasasının, sol tərəfli çoxsaylı qabırğalarının yerini dəyişən qapalı, qəlpəli sınıqları və həmin səviyyədə döş plevrasının cırılması, döş qəfəsinin və qarnınm yumşaq toxumalarına qansızma, sol bud və sol baldır sümüklərinin yerini dəyişən qapalı sınıqları, başın və gövdənin əzilmiş yaraları, qançır və sıyrıqları kimi ayrı-ayrılıqda həyat üçün təhlükəli olmaqla ölümünə səbəb olan, dərəcəsinə görə sağlamlığa ağır zərərvuran xəsarətlər yetirməklə ehtiyatsızlıqdan onun ölümünə səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs AR CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Range Rover” markalı Az ** MZ *** d.n.n avtomobil X6 məxsusdur, etibarnamə əsasında idarə edir. “BC" kateqoriyalı sürücülük vəsiqəsi var. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Əli adlı tanışını həmin avtomobillə Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Savalanın svetofor"u deyilən ərazidə düşürdüb geri qayıdırmış. Geri qayıdarkən avtomobildə hər hansı şəxs olmayıb. “Range Rover" markalı Az ** MZ *** d.n.n avtomobili Şəhər şossesinden üzü H.Əliyev prospekti istiqamətində saatda 60 km/saat sürətlə idarə edirmiş. Qarşıda piyada keçidi yol nişanlanma xətti, eləcə də piyada keçidi yol nişanı mövcud olub. Bəzi hallarda yüksək səslə musiqi dinlədiyindən, həmin vaxt da musiqiyə qulaq asırmış. Piyada keçidi yol nişanını və nişanlanma xəttinə çatmağa 6 metr qalmış, piyada keçidinin üzərində hərəkətdə olan bir nəfər piyadanı görmüş, avtomobilc tormoz verə bilməmiş, həmçinin onu sürücüdən yayındıra bilməmiş, avtomobilin qabaq sol yan qanad, buferin sol yan ətək hissəsi, ön kapotun sol yan hissəsi ilə piyadanı sol nahiyyəsindən vurmuşdur. Zərbənin təsirindən piyada ondan sol zolağa atılmışdır. Avtomobili 70-80 metr irəli idarə edib, Balaxanı svetoforuna çatmamış, yolun sağ tərəfində avtomobili dayandırmış, qəza işıqlarını yandırmış, təxmini bir dəqiqə özünə gəldikdən sonra piyada hadisə yerinə qayıtmışdır. Yaxınlaşarkən ətrafdakı şəxslərin 'Prius’’ markalı avtomobilin ətrafına toplaşdığını görmüş, ilk öncə baş verənləri anlamamış, sonra vurduğu piyadanın “Prius” markalı avtomobilin ön hissəsi ilə asfaltın arasında qaldığını görmüş, ətrafdakı şəxslərin köməkliyi ilə piyada avtomobilin altından çıxarılmış, TTY xidməti yaxınlaşsa da, piyada artıq keçinmişdir. Əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 zərərçəkmiş şəxsin onun həyat yoldaşı olduğunu, təqsirləndirilən şəxslə barışdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, subaydır. Toyota Prius markalı Az ** AR *** d.n.n. avtomobili, lizing müqaviləsi və yol vərəqi əsasında idarə edir. “BC” kateqoriyalı sürücülük vəsiqəsinə sahibdir. xx.xx.2024-cü il tarixdə, 23 radələrində “Şəhər şossesr’dən Zabrat qəsəbəsi istiqamətində idarə etdiyi avtomobillə “Bolmarf marketin qarşısında saatda 40 km/saat sürətlə hərəkətdə olarkən, piyada keçidinə 10 metr məsafədə qaraltı görmüş və anidən tappıltı səsi eşitmişdir. Avtomobilə tormoz versə də, ani tormozlarına edə bilməmiş, bir metr məsafədə maşının qabaq ön buferinə toxunan maneni sürütləmiş, nəyinsə üzərinə çıxdığını hiss etmişdir, avtomobili dayandırmış. Ətrafda olan şəxslər köməyə gəlmiş, avtomobil işə düşmədiyi üçün onu itələyib geriyə çəkməyə kömək etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 30 may 2024-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesinə yaxın “Embawood” mebel salonunun qarşısıdır. 1-ci vurulma yeri yolun sağ tərəfindən 9,5 metr, 2-ci vurulma yeri yolun sol tərəfindən 9,7 metr məsafədədir. Piyada piyada zolağı ilə 9,5 metr məsafə qət etmişdir. “RANGE ROVER” markalı avtomobil hadisə yerindən 70 metr irəlidə yolun sağ kənarında, “TOYOTA PRİUS”markalı avtomobil isə yolun sol tərəfindən 3-cü zolaqda aşkar edilmişdir. Yolda şin və tormoz izləri aşkar olunmadı. Nəqliyyat vasitəsinin sınmış detalları aşkar olundu. Meyitin son vəziyyəti ayaq nahiyyəsi 1.3 üfüqi nişanlanma xəttinə perpendikulyar vəziyyətdə, baş nahiyyəsi isə yolun sol kənarı istiqamətində aşkar olunmuşdur (i.v.4-12). “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 30 may 2024-cü il tarixli, 1/4724 saylı rəydən görünür ki, hadisə günü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v.16). Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X18 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 19 iyun 2024-cü il tarixli, 110 nömrəli rəyindən görünür ki, mərhum X5 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Onurğa beyinin boyun şöbəsinin əzilməsi. Onurğa beyinin boyun şöbəsinə qansızıma. İ və İİ boyun fəqərələrinin yerini dəyişən qapalı sınıqları. Sol ağciyəıın və dalağın əzilmiş-cırılmış yaraları. Xİ-Xİİ döş, bel və oma fəqərələrinin, sol sirkə kasasının, sol tərəfli çoxsaylı qabırğalarının yerini dəyişən qapalı, qəlpəli sınıqları və həmin səviyyədə döş plevrasının cırılması. Döş qəfəsinin və qarnının yumşaq toxumalarına qansızma. Sol bud və sol baldır sümüklərinin yerini dəyişən qapalı sınıqları. Başın və gövdənin əzilmiş yaraları, qançır və sıyrıqları. Yuxarıda qeyd edilən xəsarətlər həyati olub, mərhumun ölümündən az əvvəl olmaqla bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə, yeni hərəkətdə olan avtomaşının ayaqüstü vəziyyətdə olan piyadanı sol yan qabarıq hissələri (sol yan güzgü, arakəsmə və s.) ilə vurması və əks istiqamətdə hərəkətdə olan digər avtomaşının altına salması nəticəsində törənə bilərdilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa Ağr zərərvurmamn əlamətlərinə malikdirlər. Xarakter və lokalizasiyalarına əsasən demək olar ki, X2 meyitinin bədənində aşkar edilmiş xəsarətlərdən onurğa beyinin boyun şöbəsinin əzilməsi, onurğa beyinin boyun şöbəsinə qansızma, İ və İİ boyun fəqərələrinin, sol tərəfli çoxsaylı qabırğaların, sol sirkə kasasının, sol bud və sol baldır sümüklərinin yerini dəyişən qapalı sınıqları mərhum ayaqüstü vəziyyətdə olarkən hərəkətdə olan avtomaşının sol yan qabarıq hissələri (bufer, sol yan qanad və s.) ilə vurması nəticəsində törənə bilərdilər və bu xəsarətlər dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa Ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Diger xəsarətlər isə hərəkətdə olan ikinci minik avtomaşınının ön qabarıq hissələri ilə mərhumu vuraraq onu hərəkət istiqamətində avtomaşının alt qabarıq hissələri ilə yol örtüyünə sıxıb sürüməsi nəticəsində törənə bilərdilər, bu xdsarətlər də dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa Ağır zərərvurmanın əlamətlərinə malikdirlər. X1 ölümünə səbəb bədənin müştərək ağır küt travması nəticəsində həyatla bir araya sığmayan xəsarətlər olmuşdur. Belə ki, istər onurğa beyinin boyun şöbəsinin əzilməsi və qansızması, İ və il boyun fəqərələrinin, sol sirkə kasasının, sol bud və sol baldır sümüklərinin, eləcə də sol tərəfli qabırğaların yerini dəyişən qapalı sınıqları, istərsə də kəskin qanitirmə ilə müşayiət olunan sol ağciyərin və dalağın əzilmiş-cırılmış yaraları, döş, bel və oma fəqərələrinin yerini dəyişən qapalı qəlpəli sınıqları, döş plevrası cırılması, döş qəfəsinin və qarının yumşaq toxumalarına qansızma ayrı-ayrılıqda mərhumun ölümünə səbəb olar bilərdi. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, mərhumun ölümü onun meyitinin meyitxanada müayinəsindən 2-4 saat əvvələ uyğun gəlir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində qanda 0,8%o qatdığında etil spirti aşkar edilmişdir. Etil spirtinin qanda bu miqdarı qatdığı tərtib olunmuş cədvələ əsasən canlı şəxslərdə “Yüngül” dərəcəli sərxoşluq kimi qiymətləndirilir. Qanda metil, propil, butil və amil spirtləri, bartdtur turşusu törəmələri, alkoloidlər (həmçinin, tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (i.v.84-90). DİN-in BDYPİ tərəfindən verilmiş 14 iyun 2024-cü il tarixli, 3-13-16/2-99696//2024 nömrəli məktubdan görünür ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyatimtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BA421084 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilib, sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır (i.v.104). Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 20 sentyabr 2024-cü il tarixli, 3- 16-16/2-8/2051-4/1367 nömrəli rəyindən görünür ki, Ekspertizaya təqdim olunmuş TŞ9- Q08 3-2024-05-29_23h50min005000ms adlı videoyazıya görə piyada yolun hərəkət hissəsinə daxil olduqdan X20 markalı Az **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulana kimi 7,48, piyada X20 markalı Az **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulduqdan 'Toyota Prius” markalı Az **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulana kimi 0,96 san vaxt keçmişdir. X20 markalı Az **-MZ- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. "Toyota Prius” markalı Az **- AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır (i.v.130-135). “Sübutların qiymətləndirilməsi haqqında” 14 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 263.2-ci maddəsi ilə verilmiş ittiham və barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, AR DİN-nin Təhlükəsizlik şəhər kamerası tərəfindən hadisənin görüntülərinin qeydə alındığı DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.154-160). Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 30 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 may 2024-cü il tarixdə, saat 19:00-dan tutulmuş hesab edilmişdir (i.v.35). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.67-69). “Qətimkan tədbirinin seçilməsi haqqında” 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.70-71). AZE 11585450 və AA ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 06 avqust 2016-cı il təvəllüdlü (X8) və 30 mart 2019-cu il təvəllüdlü (X10) uşaqları var (i.v.94). Zərərçəkmiş şəxsin hüquqi varisi X3 tərəfindən verilmiş 26 sentyabr 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur (i.v.122). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 21 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.128-129). Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM 59.2), himayəsində azyaşlı uşaqlarınn olmasını (CM-59.1.4), zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tam ödənilməsini (CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqı gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində saxlanıldığı müddət ona təyin edilmiş əsas cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut-01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM- 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 may 2024-cü il tarixdən 01 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş əsas cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut- AR DİN-nin Təhlükəsizlik şəhər kamerası tərəfindən hadisənin görüntülərinin qeydə alındığı DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 250 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödəsilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar