Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-829/2023 05.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs vəkili və nümayəndəsi Müdafiəçi2 iştirakı ilə xx xxxx 1975-ci il tarixdə Zərdab rayonu, Qoruqbağlı kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvəllər məhkum olunmamış, Zərdab rayonu, Qoruqbağlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda kirayədə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Ağasəf oğlunun Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs 05 may 2023-cü il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsi, Ə.Əliyev küçəsində məişət tullantılarının yığıldığı ərazidə tanışı Zərərçəkmiş şəxs onu və ailəsini nalayiq söyüşlərlə təhqir etməsi səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Zərərçəkmiş şəxs cəzalandırmaq məqsədi ilə evdən götürüb üzərində saxladığı zavod üsulu ilə hazırlanmış, məişət-təsərrüfat təyinatlı soyuq silah hesab edilməyən mətbəx çapacağı (qiyməkeş) ilə sonuncunun sol və sağ el, həmçinin baş nahiyələrinə bir neçə dəfə zərbə vurmaqla ona qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, alının sol nahiyəsinin, sol qulaq seyvanının, sol gicgah nahiyəsinin geniş sahəli çapılmış-kəsilmiş yaraları, sol əlin ovuc səthinin, sağ əlin İİ barmağının kəsilmiş yaraları ilə nəticələnən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək, Həmin cinayət işi Bakı şəhər Sabunçu rayon polis idarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə: -06 may 2023-cü il tarixdə başlanmış, 06 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 07 may 2023-cü il tarixdə ona CM-in 221.3-cü maddəsi ilə ittiham elan edilərək barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş, 08 iyun 2023cü il tarixdə-onun barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. 14 avqust 2023-cü il tarixdə - iş üzrə əməl CM-in 221.3-cü maddəsindən CM-in 128-ci maddəsinə tövsif edilmişdir. 23 avqust 2023-cü il tarixdə-iş üzrə ittiham aktı Sabunçu rayon prokuroru, baş ədliyyə müşaviri İbrahim Ləmbəranski tərəfindən təsdiq edilərək, iş baxılması üçün Sabunçu rayon məhkəməsinə göndərilmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, o, 05 may 2023-cü il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsi, Əziz Əliyev küçəsində məişət tullantılarının yığıldığı ərazidə tanışı Zərərçəkmiş şəxs onu və ailəsini nalayiq söyüşlərlə təhqir etməsi səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Zərərçəkmiş şəxs cəzalandırmaq məqsədi ilə evdən götürüb üzərində saxladığı zavod üsulu ilə hazırlanmış, məişət-təsərrüfat təyinatlı soyuq silah hesab edilməyən mətbəx çapacağı (qiyməkeş) ilə sonuncunun sol və sağ əl, həmçinin baş nahiyələrinə bir neçə dəfə zərbə vurmaqla ona qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, almın sol nahiyəsinin, sol qulaq seyvanının, sol gicgah nahiyəsinin geniş sahəli çapılmış-kəsilmiş yaraları, sol əlin ovuc səthinin, sağ əlin İİ barmağının kəsilmiş yaraları ilə nəticələnən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Qeyd edilən cinayət isi üzrə ittiham aktı Azərbaycan Respublikasının CPM-in 289-cu maddəsinin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 87.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanmır. CPM-in 289.3.5-ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində zərər çəkmiş şəxsi səciyyələndirən hallar göstərilir. İşin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs ilə sonuncunun onu mobil telefonda danışıq zamanı təhqir etməsi zəminində mübahisə edərək Sabunçu rayonu, Məmmədli qəsəbəsində, Əziz Əliyev küçəsində məişət tullantılarının yığıldığı ərazidə görüşmüş və orada üstündə olan mətbəx çapacağı (qiyməkeş) ilə onun bədənin müxtəlif nahiyələrinə zərbələr vurub qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. İş üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs qismində tanınsa da, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində qanunun həmin tələbləri pozularaq zərərçəkmiş şəxsi səciyyələndirən hallar göstərilməmişdir. Bundan başqa, iş üzrə cinayətin aləti olan 1 ədəd qiyməkeş 06 may 2023-cü il tarixdə maddi sübut kimi tanınsa da, 16 avqust 2023-cü il tarixdə zərərçəkmiş şəxs iş materialları ilə tanış edilərkən ona təqdim edilməmişdir, (bu hal iş materiallarının 174-cü səhifəsində mövcud olan 16 avqust 2023-cü il tarixli zərərəçəkmiş şəxsin cinayət işinin materialları ilə tanış etmə protokolu ilə təsdiqini tapır. Bütün bunlar zərərçəkmiş şəxsin CPM-in 87.6.10-cu maddəsində nəzərdə tutulmuş iş materialları ilə tanış etmə hüququnu pozulmasına, eləcə də, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286-ci maddələrinin tələblərinin pozulmasına səbəb olmuşdur. CPM-in 284.2-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır. Bundan başqa, iş üzrə ibtidai istintaq bir sıra prosessual pozuntularla aparılmışdır. Belə ki, CPM-in 268.1.7-ci maddəsinə əsasən müstəntiqin qərarına əsasən ekspertizanın təyin edilməsi və aparılması zamanı şübhəli və ya təqsirləndirilən şəxsin ekspertin rəyi müstəntiqə daxil olduğu vaxtdan ən geci 10 (on) gün müddətində onunla tanış olmaq, əlavə və ya təkrar ekspertizanın aparılması haqqında vəsatət vermək kimi hüquqlara malikdir. Lakin Zərərçəkmiş şəxs barəsində olan məhkəmə tibb ekspertizasının 20 may 2023-cü il tarixli 1019 nömrəli rəyi (işin 86-cı səhifəsində olan həmin sənədin üzərində olan ştamp əksində qeydiyyat tarixi və yeri Sabunçu rayon polis idarəsi, 20 may 2023-cü il tarixdə olması göstərilmişdir). 20 may 2023-cü il tarixdə, məhkəmə tibbi kriminalistik ekspertizasının 06 iyul 2023-cü il tarixli, 270-2023/MTKŞ saylı rəyi ( işin 122-ci səhifəsində olan həmin sənədin üzərində olan ştamp əksində qeydiyyat tarixi və yeri Sabunçu rayon polis idarəsi, 07 iyul 2023-cü il tarixdə olması göstərilmişdir) 07 iyul 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu RPİ-nə daxil olub qeydiyyata alınmasına baxmayaraq, ibtidai araşdırma orqanı tərəfindən qanunda nəzərdə tutulmuş həmin müddətin tələbi pozularaq müvafiq olaraq 08 iyun 2023-cü il, 14 avqust 2023-cü il tarixlərdə təqsirləndirilən şəxsə təqdim edilərək tanış edilmişdir. Cinayət Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması cinayət işinin və ya məhkəməyədək sadələsdirilmi« materiallarının baxılmasına xitam verilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Vəsatətlə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə məhkəmənin hazırlıq iclasında baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq Ruhid Tağıyev barəsində xüsusi qərar çıxarılmasını xahiş edirəm. Məhkəmə iclasında zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs vəkili və nümayəndəsi Müdafiəçi2 göstərmişdir ki, CPM-in 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin göstərişinə əsasən, ibtidai araşdırmanı aparan orqan zərərçəkmiş şəxs və onun nümayəndəsini məhkəməyədək icraat materialları ilə müvafiq prosedura əsasən tanış etmək vəzifəsi daşısa da nə zərər çəkmiş şəxsə, nə də onun vəkil və nümayəndəsinə ibtidai istintaqın yekunlaşması barədə məlumat verməmiş, cinayət prosesinin iştirakçıları olaraq cinayət işinin materialları ilə tanış olması üçün şərait yaratmamışdır. Baxmayaraq ki, qanunvericiliyin imperativ tələbinə görə, müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaratmalı, cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət prosesinin iştirakçılarını cinayət işinin materialları ilə tanış edərkən müstəntiq onların xahişi ilə müvafiq texniki vasitələrdən istifadə etməklə protokollara əlavə edilən yazılar, fotoşəkillər, çəkiliş lentləri və başqa məlumat daşıyıcılarını nümayiş etdirir. Zərər çəkmiş şəxs, mülki iddiaçı və ya mülki cavabdeh cinayət işinin materialları ilə öz nümayəndəsi ilə birlikdə tanış olmaq hüququna malikdirlər. Bundan başqa, müstəntiq tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir. Lakin, təsdiq edilmiş ittiham aktı belə rəsmi və ya qeyri-rəsmi təqdim edilmədən iş materialları baxılması üçün birbaşa məhkəməyə göndərilmişdir. İş materialları üzrə bütün detalları qeyd etmək imkanı olmasa da yuxarıdakı xüsusatlar kifayət edir ki, ədalət mühakiməsinin prinsipləri baxımından cinayət işinin təkrar araşdırılması və ən əsası düzgün tövsifi üçün ibtidai istintaqa qaytarılsın və müstəntiqin barəsində xüsusi qərar çıxarılsın. CPM-n 300.3-cü maddəsinə görə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması ilə yanaşı, həmçinin məhkəməyədək icraat zamanı kobud pozuntulara yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. CPM-n 303.1-ci maddəsinin tələbinə görə, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Odur ki, yuxarıda qeyd olunanları və CPM-in 300 və 303-cü maddəsinin tələbini nəzərə alaraq, cinayət işinə baxılmasını icraatdan çıxararaq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabunçu rayon prokuroruna qaytarılması, eləcə də cinayət işinin istintaqını aparmış Sabunçu RPİ-in istintaq şöbəsinin müstəntiqi polis mayoru X1 barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs vəkili ilə razılaşdığını bildirərək, cinayət işini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabunçu rayon prokuroruna qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 işin məhkəmə baxışına təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs işin məhkəmə baxışına təyin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən ekspert elm, texnika, incəsənət və digər peşə sahəsində xüsusi biliklərdən istifadə etməklə rəy verməyə qadir olan cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında materialların tədqiqinin aparılması üçün cinayət prosesini həyata keçirən orqan və ya onun tələbi ilə ekspert müəssisəsinin rəhbərliyi tərəfindən təyin edilmiş şəxsdir. Ekspert cinayət prosesi iştirakçılarının təklif etdikləri şəxslər sırasından təyin edilə və ya müdafiə tərəfindən dəvət oluna bilər. Həmin Məcəllənin Maddə 127.1-ci maddəsinə əsasən ekspertin rəyi onun tərəfindən yazılı şəkildə ifadə edilmiş elm, texnika, incəsənət və ya peşə sahəsində xüsusi biliklərə əsaslanmış: 127.1.1. cinayət prosesini həyata keçirən orqanın və ya cinayət prosesi tərəflərinin ekspert qarşısında qoyduğu suallara, habelə iş materiallarının tədqiqi zamanı ortaya çıxan onun səlahiyyətlərinə aid digər halların araşdırılmasına dair nəticələridir; 127.1.2. bu nəticələri əsaslandıran ekspertin apardığı tədqiqatın təsviridir. 127.2. Ekspert tərəfindən aparılan tədqiqatın üsulları, qoyulmuş sualların cavablarının əsaslandırılması, habelə ekspertin öz təşəbbüsü ilə müəyyən etdiyi cinayət təqibi üzrə əhəmiyyət kəsb edən digər hallar ekspertin rəyində öz əksini tapmalıdır. 127.3. Ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 207.5-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatların alındığı hər bir halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı qərarlardan birini qəbul etməlidir: 207.5.1. cinayət işi başlamaq; 207.5.2. cinayət işinin başlanmasını rədd etmək; 207.5.3. məlumatı istintaq aidiyyəti üzrə göndərmək; 207.5.4. xüsusi ittiham qaydasında təqib olunan cinayətə dair məlumatı məhkəmə aidiyyəti üzrə göndərmək. Həmin Məcəllənin 207.6-cı maddəsinə əsasən bu Məcəllənin 207.5.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna edilməklə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatları aldıqda məhkəmə onda olan bütün məlumatları dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Həmin Məcəllənin 264.1-ci maddəsinə əsasən ekspertiza elm, texnika, incəsənət və ya sənət sahəsində, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliklər tələb edildikdə cinayət təqibi üçün əhəmiyyətli olan halların müəyyən edilməsi məqsədi ilə aparılır. Həmin Məcəllənin 268.1-ci maddaəsinə əsasən müstəntiqin qərarına əsasən ekspertizanın təyin edilməsi və aparılması zamanı şübhəli və ya təqsirləndirilən şəxs aşağıdakı hüquqlara malikdir: 268.1.1. protokol tərtib edilməklə ekspertizanın aparılmasından əvvəl onun təyin edilməsi haqqında müstəntiqin qərarı ilə tanış olmaq və ona məxsus olan hüquqların izahını almaq; 268.1.2. ekspertə etiraz etmək; 268.1.3. eksperti onun göstərdiyi şəxslər içərisindən təyin edilməsi barədə vəsatət vermək; 268.1.4. öz təşəbbüsü ilə və öz hesabına alternativ ekspertiza aparmaq və onun rəyinin cinayət işinə əlavə edilməsi barədə vəsatət vermək; 268.1.5. rəy alınması üçün müstəntiq tərəfindən təyin edilmiş ekspert qarşısında əlavə suallar qoymaq; 268.1.6. müstəntiqin icazəsi ilə ekspertizanın aparılmasında iştirak etmək, bu zaman tətbiq edilmiş tədqiqat üsullarının mahiyyətinin və alınmış nəticələrin izahını ekspertdən tələb etmək və ekspertə izahlar vermək; 268.1.7. ekspertin rəyi müstəntiqə daxil olduğu vaxtdan ən geci 10 (on) gün müddətində onunla tanış olmaq, əlavə və ya təkrar ekspertizanın aparılması haqqında vəsatət vermək; 268.1.8. onun vəsatəti üzrə aparılan ekspertin dindirilməsində iştirak etmək. Həmin Məcəllənin 271.1-ci maddəsinə əsasən ekspertiza təyin edilməsi haqqında müstəntiqin qərarının ekspertə daxil olduğu və ya ekspertlə müdafiə tərəfi arasında müqavilənin bağlandığı vaxtdan 1 (bir) aydan gec olmayaraq ekspert zəruri tədqiqatlar aparır, yazılı rəy tərtib edir, onu öz imzası ilə təsdiq edir və dərhal ekspertizanı təyin etmiş şəxsə və ya müdafiə tərəfinə göndərir. Zərərçəkmiş şəxs barəsində olan məhkəmə tibb ekspertizasının 20 may 2023-cü il tarixli 1019 nömrəli rəyi (işin 86-cı səhifəsində olan həmin sənədin üzərində olan ştamp əksində qeydiyyat tarixi və yeri Sabunçu rayon polis idarəsi, 20 may 2023-cü il tarixdə olması göstərilmişdir). 20 may 2023-cü il tarixdə, məhkəmə tibbi kriminalistik ekspertizasının 06 iyul 2023-cü il tarixli, 270- 2023/MTKŞ saylı rəyi ( işin 122-ci səhifəsində olan həmin sənədin üzərində olan ştamp əksində qeydiyyat tarixi və yeri Sabunçu rayon polis idarəsi, 07 iyul 2023-cü il tarixdə olması göstərilmişdir) 07 iyul 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu RPİ-nə daxil olub qeydiyyata alınmasına baxmayaraq, ibtidai araşdırma orqanı tərəfindən qanunda nəzərdə tutulmuş həmin müddətin tələbi pozularaq müvafiq olaraq 08 iyun 2023-cü il, 14 avqust 2023-cü il tarixlərdə təqsirləndirilən şəxsə təqdim edilərək tanış edilmişdir. Cinayət Prosessual Məcəlləsinin 289.1-ci maddəsinə əsasən bu Məcəllənin 284- 288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra müstəntiq ittiham aktı tərtib edir. 289.2. İttiham aktının giriş hissəsində aşağıdakılar göstərilir: 289.2.1. ittiham aktının tərtib edilməyə başlandığı tarix, vaxt və yer; 289.2.2. ittiham aktını tərtib etmiş müstəntiqin soyadı adı və atasının adı, vəzifəsi; 289.2.3. barəsində ittiham aktı tərtib edilmiş cinayət işi haqqında ümumi məlumat (cinayət işinin nə vaxt, hansı əsasla və kim tərəfindən başlandığı, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində ittihamın irəli sürüldüyü, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində və hansı qətimkan tədbirlərinin seçildiyi, iş üzrə nə vaxt, kim tərəfindən və hansı əsasla icraatın dayandırıldığı, ona xitam verildiyi və təzələndiyi). 289.3. İttiham aktının təsviriəsaslandırıcı hissəsində aşağıdakılar göstərilir: 289.3.1. cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar; 289.3.2. təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar; 289.3.3. təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar; 289.3.4. təqsirləndirilən şəxsi səciyyələndirən hallar; 289.3.5. zərər çəkmiş şəxsi səciyyələndirən hallar; 289.3.6. təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar. 289.4. İttiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. 289.5. İttiham aktı cinayət işi üzrə toplanmış materialları və cinayət işinin vərəqlərinə istinadı əks etdirməlidir. Həmin Məcəllənin 289.6-ci maddəsinə əsasən müstəntiq ittiham aktının tərtib edilməsinin qurtardığı tarixi, vaxtı və yeri göstərməklə onu imzalayır. Həmin Məcəllənin 289.7-ci maddəsinə əsasən ittiham aktına müstəntiqin mülahizələrinə görə məhkəmə iclasına çağırılmalı olan şəxslərin siyahısı əlavə edilir. Həmin siyahıda müstəntiq çağırılmalı olan şəxslərin olduqları yeri və onların ifadələri və ya rəyləri olan işin vərəqlərini qeyd edir. Həmin Məcəllənin 289.8-ci maddəsinə əsasən ittiham aktına müstəntiqin aşağıdakı arayışları əlavə edilir: 289.8.1. təqsirləndirilən şəxsin həbsdə olduğu müddət barədə; 289.8.2. maddi sübutlar və onların saxlanıldığı yer barədə; 289.8.3. xüsusi müsadirə olunması təklif edilən əmlak barədə; 289.8.4. mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlər barədə; 289.8.5. məhkəmə xərcləri barədə. Cinayət işi üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs qismində tanınsa da, ittiham aktının təsviriəsaslandırıcı hissəsində qanunun həmin tələbləri pozularaq zərərçəkmiş şəxsi səciyyələndirən hallar göstərilməmişdir. Bundan başqa, iş üzrə cinayətin aləti olan bir ədəd qiyməkeş 06 may 2023cü il tarixdə maddi sübut kimi tanınsa da, 16 avqust 2023-cü il tarixdə zərərçəkmiş şəxs iş materialları ilə tanış edilərkən ona təqdim edilməmişdir, (bu hal iş materiallarının 174-cü səhifəsində mövcud olan 16 avqust 2023-cü il tarixli zərərəçəkmiş şəxsin cinayət işinin materialları ilə tanış etmə protokolu ilə təsdiqini tapır. Bütün bunlar zərərçəkmiş şəxsin CPM-in 87.6.10-cu maddəsində nəzərdə tutulmuş iş materialları ilə tanış etmə hüququnu pozulmasına, eləcə də, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284- 286-ci maddələrinin tələblərinin pozulmasına səbəb olmuşdur. Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması(bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün); 303.3.2. cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması; 303.3.3. məhkəməyədək icraatın etiraz edilməli və ya özü-özünə etiraz etməli olan şəxs tərəfindən aparılması(bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün); 303.3.4. cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun məhkəməyə təqdim olunmuş materiallarda olmaması; 303.3.5. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunda ittihamın irəli sürülməsinin təsdiq edilməməsi; 303.3.6. cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması; 303.3.7. cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surətinin verilməməsi; 303.3.8. məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması; 303.3.9. məhkəməyədək icraatın ibtidai istintaq şəklində aparılmasının məcburiliyinə dəlalət edən halların olmasına baxmayaraq, onun məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat formasında aparılması. Həmin məcəllənin 303.4-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərarda belə qərarın çıxarılması üçün əsaslar göstərilir. Həmin Məcəllənin 303.5-ci maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verildikdə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarıldıqda o, prokurorluğa daxil olduğu vaxtdan istintaq müddəti əvvəllər aparılmış məhkəməyədək icraat zamanı hesablanmış müddətə əlavə olaraq hesablanır. Cinayət Məcəlləsinin 128-ci maddəsinə görə-sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsiin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhəkəmə hazırlıq iclasında baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 303, 303.3.6 və 303.3.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsiin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhəkəmə hazırlıq iclasında baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-829/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-829/2023
05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver