Məhkəmə qərarları › İş №1(008)-83/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-83/2023

10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-83/2023 10.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi1,Müdafiəçi2, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1979-cu il tarixdə Ermənistan Respublikasının Noyemberyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Nərimanov rayonu, R.Şıxəliyev küçəsi ev 03-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Məhəmmədi yolu nömrəsiz evdə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri təqsirləndirilməsinə dair cinayət işinə xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri təqsirləndirilməsinə dair cinayət işinə xx xxxxxx 1988-ci il tarixdə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 2 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mmahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2022-ci ilin yanvar ayının əvvəllərində gecə saatlarında Təqsirləndirilən şəxs3 idarə etdiyi «QAZ 24» markalı, «az** BH ***» dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin xidməti ərazisi hesab edilən Abşeron rayonu, Məmmədli qəsəbəsi, Kürdəxanı-Zabrat yolunda yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlədiyi tikinti materiallarının və sair malların satışı obyektinə gələrək, obyektin taxta qapısının açıq vəziyyətdə olmasından istifadə edib qanunsuz daxil olaraq, orada Kamaz markalı yük avtomobillərinə məxsus çoxsaylı ehtiyyat hissələrinin olduğunu görüb, onları bir dəfəyə bütövlüklə götürüb, oğurluq etmək üçün istifadə etdikləri «QAZ-24» markalı, «az ** BH ***» dövlət qeydiyyat nişanlı avtomobilə yerləşdirə bilməyəcəklərini müəyyən edərək, hissə-hissə oğurlamağı planlaşdırıb, həmin tarixdə yalnız 1 ədədinin dəyəri 400 manat olmaqla, cəmi 1.200 manat dəyərində 3 ədəd Kamaz markalı yük avtomobilinin təkər toplarını (stupisa), 1 ədədinin dəyəri 150 manat olmaqla, cəmi 450 manat dəyərində 3 ədəd Kamaz markalı yük avtomobilinin avro disklərini, 1 ədədinin dəyəri 15 manat olmaqla cəmi 150 manat dəyərində 10 ədəd Kamaz markalı yük avtomobilinin risorlarını, 1 ədədinin dəyəri 180 manat olmaqla cəmi 540 manat dəyərində 3 ədəd Kamaz markalı yük avtomobilinin ştanqlarını, 1 ədəd 550 manat dəyərində Kamaz markalı yük avtomobilinin diferensial aralığını (most), 1 ədəd 220 manat dəyərində Kamaz markalı yük avtomobilinin arxa kardanını, 1 ədəd 160 manat dəyərində Zil markalı yük avtomobilinin hidravlik nasosunu, 1 ədəd 220 manat dəyərində Kamaz markalı yük avtomobilinin hidravlik nasosunu, 1 ədəd 280 manat dəyərində Zil markalı yük avtomobilinin kuzovunu qaldıran NŞ, yəni yağ nasosunu və 1 ədəd 270 manat dəyərində traktorun yükləyici hissəsini qaldıran NŞ, yəni yağ nasosunu obyektən çıxarıb istifadə etdikləri «QAZ 24» markalı avtomobilə yükləyib oradan uzaqlaşmaqla gizli yolla talamış və əvvəlcədən planlaşdırdıqları kimi, obyektdə gördükləri və apara bilmədikləri qalan ehtiyyat hissələrini də oğurlamaq məqsədi ilə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama cinayətinə yönəldilmiş hərəkətlərini inadla davam etdirərək 12 yanvar 2022-ci il tarixdə, saat 01:30 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə sonuncunun idarə etdiyi «QAZ 24» markalı «az ** BH ***» dövlət qeydiyyat nişanlı avtomobillə həmin obyektə gələrək, obyektin taxta qapısının açıq vəziyyətdə olmasından istifadə edib qanunsuz daxil olaraq, oradan 1 ədəd 140 manat dəyərində üzərində markalanma göstəriciləri olmayan qaynaq aparatı (kustar) və 1 ədəd 100 manat dəyərində narıncı rəngli, üzərində Vibrator model: ZW-7 power: 1,5kw, voltage:220 mühərriki vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla talayaraq Zərərçəkmiş şəxs 4.280 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2022-ci ilin yanvar ayının əvvəllərində gecə saatlarında Təqsirləndirilən şəxs3 idarə etdiyi «QAZ 24» markalı, «az ** BH ***» dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin xidməti ərazisi hesab edilən Abşeron rayonu, Məmmədli qəsəbəsi, Kürdəxanı-Zabrat yolunda yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlədiyi tikinti materiallarının və sair malların satışı obyektinə gələrək, obyektin taxta qapısının açıq vəziyyətdə olmasından istifadə edib qanunsuz daxil olaraq, orada Kamaz markalı yük avtomobillərinə məxsus çoxsaylı ehtiyyat hissələrinin olduğunu görüb, onları bir dəfəyə bütövlüklə götürüb, oğurluq etmək üçün istifadə etdikləri «QAZ 24» markalı, «az ** BH ***» dövlət qeydiyyat nişanlı avtomobilə yerləşdirə bilməyəcəklərini müəyyən edərək, hissə-hissə oğurlamağı planlaşdırıb, həmin tarixdə yalnız 1 ədədinin dəyəri 400 manat olmaqla, cəmi 1.200 manat dəyərində 3 ədəd Kamaz markalı yük avtomobilinin təkər toplarını (stupisa), 1 ədədinin dəyəri 150 manat olmaqla, cəmi 450 manat dəyərində 3 ədəd Kamaz markalı yük avtomobilinin avro disklərini, 1 ədədinin dəyəri 15 manat olmaqla cəmi 150 manat dəyərində 10 ədəd Kamaz markalı yük avtomobilinin risorlarını, 1 ədədinin dəyəri 180 manat olmaqla cəmi 540 manat dəyərində 3 ədəd Kamaz markalı yük avtomobilinin ştanqlarını, 1 ədəd 550 manat dəyərində Kamaz markalı yük avtomobilinin diferensial aralığını (most), 1 ədəd 220 manat dəyərində Kamaz markalı yük avtomobilinin arxa kardanını, 1 ədəd 160 manat dəyərində Zil markalı yük avtomobilinin hidravlik nasosunu, 1 ədəd 220 manat dəyərində Kamaz markalı yük avtomobilinin hidravlik nasosunu, 1 ədəd 280 manat dəyərində Zil markalı yük avtomobilinin kuzovunu qaldıran NŞ, yəni yağ nasosunu və 1 ədəd 270 manat dəyərində traktorun yükləyici hissəsini qaldıran NŞ, yəni yağ nasosunu obyektən çıxarıb istifadə etdikləri «QAZ 24» markalı avtomobilə yükləyib oradan uzaqlaşmaqla gizli yolla talamış və əvvəlcədən planlaşdırdıqları kimi, obyektdə gördükləri və apara bilmədikləri qalan ehtiyyat hissələrini də oğurlamaq məqsədi ilə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama cinayətinə yönəldilmiş hərəkətlərini inadla davam etdirərək 12 yanvar 2022-ci il tarixdə, saat 01:30 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la birlikdə sonuncunun idarə etdiyi «QAZ 24» markalı, «az ** BH ***» dövlət qeydiyyat nişanlı avtomobillə həmin obyektə gələrək, obyektin taxta qapısının açıq vəziyyətdə olmasından istifadə edib qanunsuz daxil olaraq, oradan 1 ədəd 140 manat dəyərində üzərində markalanma göstəriciləri olmayan qaynaq aparatı (kustar) və 1 ədəd 100 manat dəyərində narıncı rəngli, üzərində Vibrator model: ZW-7 power: 1,5kw, voltage:220 mühərriki vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla talayaraq Zərərçəkmiş şəxs 4.280 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2022-ci ilin yanvar ayının əvvəllərində gecə saatlarında idarə etdiyi «QAZ 24» markalı, «az ** BH ***» dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin xidməti ərazisi hesab edilən Abşeron rayonu, Məmmədli qəsəbəsi, Kürdəxanı-Zabrat yolunda yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlədiyi tikinti materiallarının və sair malların satışı obyektinə gələrək, obyektin taxta qapısının açıq vəziyyətdə olmasından istifadə edib qanunsuz daxil olaraq, orada Kamaz markalı yük avtomobillərinə məxsus çoxsaylı ehtiyyat hissələrinin olduğunu görüb, onları bir dəfəyə bütövlüklə götürüb, oğurluq etmək üçün istifadə etdikləri «QAZ 24» markalı, «az ** BH ***» dövlət qeydiyyat nişanlı avtomobilə yerləşdirə bilməyəcəklərini müəyyən edərək, hissəhissə oğurlamağı planlaşdırıb, həmin tarixdə yalnız 1 ədədinin dəyəri 400 manat olmaqla, cəmi 1200 manat dəyərində 3 ədəd Kamaz markalı yük avtomobilinin təkər toplarını (stupisa), 1 ədədinin dəyəri 150 manat olmaqla, cəmi 450 manat dəyərində 3 ədəd Kamaz markalı yük avtomobilinin avro disklərini, 1 ədədinin dəyəri 15 manat olmaqla cəmi 150 manat dəyərində 10 ədəd Kamaz markalı yük avtomobilinin risorlarını, 1 ədədinin dəyəri 180 manat olmaqla cəmi 540 manat dəyərində 3 ədəd Kamaz markalı yük avtomobilinin ştanqlarım, 1 ədəd 550 manat dəyərində Kamaz markalı yük avtomobilinin diferensial aralığını (most), 1 ədəd 220 manat dəyərində Kamaz markalı yük avtomobilinin arxa kardanını, 1 ədəd 160 manat dəyərində Zil markalı yük avtomobilinin hidravlik nasosunu, 1 ədəd 220 manat dəyərində Kamaz markalı yük avtomobilinin hidravlik nasosunu, 1 ədəd 280 manat dəyərində Zil markalı yük avtomobilinin kuzovunu qaldıran NŞ, yəni yağ nasosunu və 1 ədəd 270 manat dəyərində traktorun yükləyici hissəsini qaldıran NŞ, yəni yağ nasosunu obyektən çıxarıb istifadə etdikləri «QAZ 24» markalı avtomobilə yükləyib oradan uzaqlaşmaqla gizli yolla talamış və əvvəlcədən planlaşdırdıqları kimi, obyektdə gördükləri və apara bilmədikləri qalan ehtiyyat hissələrini də oğurlamaq məqsədi ilə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama cinayətinə yönəldilmiş hərəkətlərini inadla davam etdirərək 12 yanvar 2022-ci il tarixdə, saat 01:30 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə idarə etdiyi «QAZ 24» markalı, «az ** BH ***» dövlət qeydiyyat nişanlı avtomobillə həmin obyektə gələrək, obyektin taxta qapısının açıq vəziyyətdə olmasından istifadə edib qanunsuz daxil olaraq, oradan 1 ədəd 140 manat dəyərində üzərində markalanma göstəriciləri olmayan qaynaq aparatı (kustar) və 1 ədəd 100 manat dəyərində narıncı rəngli, üzərində Vibrator model: ZW-7 power: 1,5kw, voltage:220 mühərriki vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla talayaraq Zərərçəkmiş şəxs 4.280 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirlədirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Kürdəxanı yolunda yerləşən Zərərçəkmiş şəxs tikinti materiallarının satışı ilə məşğul olduğu obyektə gecə növbəsinə gözətçi işinə düzəlmiş, əmək haqqının 250 manat olması barədə Samirlə razılaşdıqdan sonra qeyd etdiyi obyektdə gecə gözətçisi kimi işə başlamışdır. Təxminən 15 gün sonra əmək haqqı az olduğuna görə işdən çıxmaq istədiyini Samirə dedikdə o, etiraz etməyərək 15 gün işlədiyinə görə ona 125 manat pul vermişdir. Bundan sonra Samirin işlədiyi obyektə getməmiş, Samirin ona vermiş olduğu 125 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Lakin münasib əmək haqqı olan iş axtarmağa başlasa da, tapa bilməmiş, həmin vaxtlarda işsiz olduğuna, həmçinin digər heç bir qazancı olmadığına görə maddi çətinlikləri yaranmışdır. Ona görə də Samirin işlədiyi obyektdəki tikilidə olan avtomobil və digər texnikalara aid ehtiyyat hissələrini oğurlamaq, sonra isə həmin ehtiyyat hissələrini satıb pul əldə etmək qərarına gəlmişdir. 2022-ci ilin yanvar ayının əvvəllərində tanışları İntiqam və Fərid adlı şəxslərlə görüşüb, əvvəllər gözətçi kimi işlədiyi obyektdə olan avtomobil ehtiyyat hissələrini oğurlamaq fikrini bildirdikdə, onlar da birlikdə oğurluq etməyə razılaşmışlar. Yəni, birlikdə oğurladıqları ehtiyyat hissələrini satıb, əldə edəcəkləri pulu öz aralarında böləcəkləri barədə razılaşmışlar. 2022-ci ilin yanvar ayının əvvəllərində gecə saatlarında Samirin işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Kürdəxanı yolunda yerləşən obyektin yaxınlığında İntiqam və Fərid adlı şəxslərlə görüşmüş, həmin vaxtı Fərid «Qaz 24» markalı avtomobili idarə etmişdir. Yaxınlıqda heç kimin olmadığını görüb birlikdə obyektin həyətyanı sahəsinə, oradan da obyektdə olan tikilinin taxta qapısını açmaqla içəri daxil olmuşlar. Bundan sonra tikilinin içərisindən Kamaz markalı yük avtomobilinin və traktorun dəqiq adlarını bilmədiyi ehtiyyat hissələrini Fəridə məxsus «Qaz 24» markalı avtomobilin yük yerinə və salonuna yığmışlar. Avtomobilin yük yerində və salonunda yer olmadığına görə digər avtomobil ehtiyyat hissələrini götürə bilməmiş və planlaşdırmışlar ki, oğurladıqları əşyaları satdıqdan sonra qalan avtomobil ehtiyyat hissələrini də oğurlayıb satmaqla əlavə pul əldə edərlər. Ona görə də birlikdə Fəridin idarə etdiyi avtomobilə əyləşib, həmin yerdən uzaqlaşmışlar. Səhərisi günü oğurluq yolu ilə əldə etdikləri avtomobil ehtiyyat hissələrini Bakı şəhəri, Dərnəgül qəsəbəsi ərazisinə aparıb tanımadıqları şəxsə cəmi 220 manata satmış və əldə etdikləri həmin pulu öz aralarında bölmüşlər. Bundan sonra, 11 yanvar 2022-ci il tarixdə, saat 23:30 radələrində yenidən tanışları İntiqam və Fəridlə əlaqə saxlayıb, əvvəl gözətçi kimi işlədiyi obyektdə gördükləri avtomobil ehtiyyat hissələrini oğurlamaq barədə dedikdə onlar etiraz etməmişlər. Ona görə də 12 yanvar 2022-ci il tarixdə, saat 01:30 radələrində yenidən İntiqam və Fəridlə görüşüb, birlikdə Fəridin idarə etdiyi «Qaz 24» markalı avtomobillə Samirin işlədiyi obyektin yaxınlığına getmiş, avtomobildən düşüb yaxınlıqda heç kimin olmamasından istifadə edərək birlikdə obyektin həyətinə, oradan da avtomobil ehtiyyat hissələri olan tikiliyə daxil olmuşlar. İntiqam və Fərid birlikdə obyektdə olan 1 ədəd qaynaq aparatını və 1 ədəd motoru obyektin həyətinə çıxarıb Fəridin idarə etdiyi «Qaz 24» markalı avtomobilin yük yerinə qoymuş, bundan sonra birlikdə avtomobilə əyləşib həmin yerdən uzaqlaşmaq istəyərkən, polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmiş və oğurluq hadisəsi törətməkdə şübhəli olduqlarını bildirib, onları Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə dəvət etmişlər. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirlədirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Muraz adlı şəxsi xeyli müddətdir ki, tanıyır. Belə ki, Muraz əvvəllər onun yaşadığı evin qonşuluğunda yaşamışdır. Fərid adlı şəxsi də tanıyır. Belə ki, Fərid hazırda onunla qonşuluqda yaşayır. 2022-ci ilin yanvar ayının əvvəllərində Muraz və Fəridlə görüşüb söhbət edən zaman Muraz bildirmişdir ki, maddi çətinlikləri olduğuna görə əvvəllər gözətçi kimi işlədiyi obyektdə olan avtomobil ehtiyyat hissələrini oğurlamaq qərarına gəlmişdir. Həmin vaxtı özü, həmçinin Fərid də maddi çətinlikləri olduğunu, ona görə də birlikdə oğurluq etmək istəklərini dedikdə Muraz onlarla razılaşmışdır. Yəni, üçü də birlikdə oğurladıqları ehtiyyat hissələrini satıb, əldə edəcəkləri pulu öz aralarında böləcəkləri barədə razılaşmışlar. Ona görə də 2022-ci ilin yanvar ayının əvvəllərində gecə saatlarında Muraz və Fəridlə birlikdə, Murazın gözətçi kimi işləmiş olduğu Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Kürdəxanı yolunda yerləşən obyektin yaxınlığında görüşmüş, həmin vaxtı Fərid «Qaz 24» markalı avtomobili idarə etmişdir. Həmin obyektin yaxınlığında heç kimin olmadığına əmin olduqdan sonra birlikdə obyektin həyətyanı sahəsinə, oradan da obyektdə olan tikilinin taxta qapısını açmaqla içəri daxil olmuş, bundan sonra tikilinin içərisindən Kamaz markalı yük avtomobilinin və traktorun dəqiq adlarını bilmədiyi ehtiyyat hissələrini obyektin həyətinə çıxarıb, Fəridə məxsus «Qaz 24» markalı avtomobilin yük yerinə və salonuna yığmışlar. Avtomobilin yük yerində və salonunda yer olmadığına görə digər avtomobil ehtiyyat hissələrini götürə bilməmiş və öz aralarında planlaşdırmışlar ki, oğurladıqları ehtiyyat hissələrini satdıqdan sonra qalan avtomobil ehtiyyat hissələrini də oğurlayıb satmaqla əlavə pul əldə edərlər. Ona görə də birlikdə Fəridin idarə etdiyi avtomobilə əyləşib oradan uzaqlaşmış, səhərisi günü oğurluq yolu ilə əldə etdikləri avtomobil ehtiyyat hissələrini Bakı şəhəri, Dərnəgül qəsəbəsi ərazisinə aparıb tanımadıqları şəxsə cəmi 220 manata satmış və əldə etdikləri həmin pulu öz aralarında bölmüşlər. Bundan bir neçə gün sonra sonra, yəni 11 yanvar 2022-ci il tarixdə, saat 23:30 radələrində yenidən tanışları Muraz və Fəridlə əlaqə saxlayıb görüşmüş, söhbət zamanı Muraz, əvvəl gözətçi kimi işlədiyi, bir neçə gün əvvəl avtomobil ehtiyyat hissələri oğurladıqları obyektdə gördükləri avtomobil ehtiyyat hissələrini oğurlamaq barədə dedikdə özü, həmçinin Fərid onunla razılaşmışlar. Ona görə də 12 yanvar 2022-ci il tarixdə, saat 01:30 radələrində yenidən Muraz və Fəridlə görüşüb, birlikdə Fəridin idarə etdiyi «Qaz 24» markalı avtomobillə bir neçə gün əvvəl oğurluq etdikləri obyektin yaxınlığına getmiş, avtomobildən düşüb yaxınlıqda heç kimin olmamasından istifadə edərək birlikdə obyektin həyətinə, oradan da avtomobil ehtiyyat hissələri olan tikiliyə daxil olmuşlar. Muraz və Fəridlə birlikdə obyektdə olan 1 ədəd qaynaq aparatını və 1 ədəd motoru obyektin həyətinə çıxarıb Fəridin idarə etdiyi «Qaz 24» markalı avtomobilin yük yerinə qoymuş, birlikdə avtomobilə əyləşib həmin yerdən uzaqlaşmaq istəyən zaman polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmiş və oğurluq hadisəsi törətməkdə şübhəli olduqlarını bildirib, onları Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə dəvət etmişlər. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirlədirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Muraz adlı şəxsi əvvəldən tanıdığı İntiqam adlı şəxsin vasitəsilə tanımışdır.2022-ci ilin yanvar ayının əvvəllərində axşam saatlarında intiqam ona demişdir ki, Murazın əvvəllər gözətçi işləmiş olduğu Bakı şəhəri, Sabunçu rayonu, Zabrat dairəsi adlanan yerin yaxınlığında yerləşən tikinti materiallarının satışı obyektində avtomobil ehtiyyat hissələri var, həmin ehtiyyat hissələrini oğurlayıb satmaqla pul əldə etmək olar. İntiqama öz razılığını bildirmiş və həmin günü axşam saatlarında etibarnamə əsasında idarə etdiyi «Qaz 24» markalı, «az ** BH ***» dövlət qeydiyyat nişanlı avtomobillə İntiqamın dediyi ünvana gedib orada Muraz və İntiqamla görüşmüş, obyektin yaxınlığında heç kimin olmadığına əmin olduqdan sonra birlikdə obyektin həyətyanı sahəsinə, oradan da obyektdə olan tikilinin taxta qapısını açmaqla içəri daxil olmuşlar. Bundan sonra tikilinin içərisindən Kamaz markalı yük avtomobilinin və traktorun dəqiq adlarını bilmədiyi ehtiyyat hissələrini obyektin həyətinə çıxarıb, idarə etdiyi «Qaz 24» markalı, «az ** BH ***» dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə və salona yığmışlar. Avtomobilin yük yerində və salonunda yer olmadığına görə orada olan digər avtomobil ehtiyyat hissələrini götürə bilməmiş və öz aralarında planlaşdırmışlar ki, oğurladıqları ehtiyyat hissələrini satdıqdan sonra qalan avtomobil ehtiyyat hissələrini də oğurlayıb satmaqla əlavə pul əldə edərlər. Ona görə də birlikdə idarə etdiyi avtomobilə əyləşib oradan uzaqlaşmış, səhərisi günü oğurluq yolu ilə əldə etdikləri avtomobil ehtiyyat hissələrini Bakı şəhəri, Dərnəgül qəsəbəsi ərazisinə aparıb tanımadıqları şəxsə cəmi 220 manata satıb, əldə etdikləri həmin pulu öz aralarında bölmüşlər. Bundan bir neçə gün sonra sonra, yəni 11 yanvar 2022-ci il tarixdə, saat 23:30 radələrində yenidən tanışları Muraz və İntiqamla əlaqə saxlayıb görüşmüş, söhbət zamanı Muraz, əvvəl gözətçi kimi işlədiyi, bir neçə gün əvvəl avtomobil ehtiyyat hissələri oğurladıqları obyektdə qalmış avtomobil ehtiyyat hissələrini oğurlamaq barədə dedikdə özü, həmçinin İntiqam onunla razılaşmışlar. Ona görə də 12 yanvar 2022-ci il tarixdə, saat 01:30 radələrində yenidən Muraz və İntiqamla birlikdə idarə etdiyi «Qaz 24» markalı, «az ** BH ***» dövlət qeydiyyat nişanlı avtomobillə bir neçə gün əvvəl oğurluq etdikləri obyektin yaxınlığına getmiş, avtomobildən düşüb yaxınlıqda heç kimin olmamasından istifadə edərək birlikdə obyektin həyətinə, oradan da avtomobil ehtiyyat hissələri olan tikiliyə daxil olmuşlar. Muraz və İntiqamla birlikdə obyektdə olan 1 ədəd qaynaq aparatını və 1 ədəd motoru obyektin həyətinə çıxarıb idarə etdiyi «Qaz 24» markalı, «az ** BH ***» dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoymuş, bundan sonra birlikdə avtomobilə əyləşib həmin yerdən uzaqlaşmaq istəyən zaman polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmiş və oğurluq hadisəsi törətməkdə şübhəli olduqlarını bildirib, onları Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə dəvət etmişlər. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Kürdəxanı yolunda yerləşən obyekti icarə əsasında işlədir. Belə ki, həmin obyektdə müxtəlif adda tikinti materiallarının satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs1 tanıyır. Belə ki, Muraz 2021-ci ilin dekabr ayının əvvəllərində icarə əsasında işlədiyi tikinti materialları obyektinə gəlib iş axtardığını bildirmişdir. Muraza təklif etmişdir ki, obyektin gecə növbəsində gözətçi işləsin və buna görə hər ay əmək haqqı kimi 250 manat pul verə bilər. Muraz da onunla razılaşmış və həmin obyektdə gecə gözətçisi kimi işə başlamışdır. Təxminən 15 gün sonra, yəni 2021-ci ilin dekabr ayının ortalarında Muraz ona bildirmişdir ki, əmək haqqı onu qane etmir və ona görə də işdən çıxmaq istəyir. Muraza əvvəldən danışıb razılaşdıqları kimi 15 gün işlədiyinə görə 125 manat pul vermiş və Muraz həmin pulu götürüb razılıq edərək çıxıb getmişdir. Bundan sonra obyektə gecə gözətçisi axtarsa da, tapa bilməmişdir. 12 yanvar 2022-ci il tarixdə gecə saatlarında mobil telefonuna tanımadığın nömrədən zəng gəlmiş və özünü polis əməkdaşı kimi təqdim edən şəxs, ona məxsus tikinti materiallalrınm satışı ilə məşğul olduğu obyektdən oğurluq hadisəsi baş verməsi barədə məlumat vermişdir. Ona görə də dərhal yaşadığı evdən çıxıb qeyd etdiyi obyektə getmiş və baxdıqda həqiqətən obyektdə olan tikilidə saxladığı özünə məxsus müxtəlif adda avtomobil ehtiyyat hissələrinin yerində olmadığını, yəni naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Obyektdən oğurlanmış avtomobil ehtiyyat hissələrinin yerində olub-olmamasını yoxladıqda ona məlum olmuşdur ki, obyektdən 3 ədəd Kamaz markalı yük avtomobilinin təkər topları (stupisa), 3 ədəd Kamaz markalı yük avtomobilinin avro diskləri, 10 ədəd Kamaz markalı yük avtomobilinin risorları, 3 ədəd Kamaz markalı yük avtomobilinin ştanqları, 1 ədəd Kamaz markalı yük avtomobilinin diferensial aralığı (most), 1 ədəd Kamaz markalı yük avtomobilinin arxa kardanı, 1 ədəd Zil markalı yük avtomobilinin hidravlik nasosu, 1 ədəd Kamaz markalı yük avtomobilinin hidravlik nasosu, 1 ədəd Zil markalı yük avtomobilinin kuzovunu qaldıran NŞ, yəni yağ nasosu, 1 ədəd traktorun yükləyici hissəsini qaldıran NŞ, yəni yağ nasosu, 1 ədəd qaynaq aparatı və 1 ədəd qum ələmə aparatı naməlum şəxs tərəfindən oğurlanmışdır. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 4.440 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 11 yanvar 2022-ci il tarixdə saat 23:20 radələrində ƏÇPA-in 8-ci patrul bölüyünün polis serjantı Şahid1 ilə birlikdə Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin inzibati ərazisində 2483 çağırışlı avtopatrulla xidmət aparan zaman Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Kürdəxanı yolunun kənarında yerləşən avtomobil ehtiyyat hissələrinin satışı obyektinin qarşısında «Qaz 24» markalı, «az ** BH ***» dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını, həmin avtomobilin yanında isə iki nəfər şəxsin olduğunu görmüşlər. Həmin şəxslərin özlərini şübhəli apardıqlarını görüb onlara yaxınlaşmış və özlərini təqdim etdikdən sonra onlardan hansı məqsədlə dayandıqlarını soruşmuşlar. Cavabında həmin şəxslər yararsız dəmir tullantıları yığdıqlarını bildirmişlər. Həmin vaxtı «Qaz 24» markalı, «az ** BH ***» dövlət qeydiyyat nişanlı avtomobilin salonunda qaynaq aparatı və su motoru olduğunu gördükdə bu onlarda şübhə oyatmışdır. Məsələyə aydınlıq gətirmək üçün həmin şəxsləri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə dəvət etmişlər. Həmin şəxslər də etiraz etməyərək onlarla birlikdə qeyd etdiyi Polis Bölməsinə gəlmiş, bölmədə aparılan söhbət zamanı məlum olmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1dur. Həmçinin, sonradan məlum olmuşdur ki, M.Ə. Süleymanov bir müddət əvvəl avtomobil ehtiyyat hissələri satılan obyektdə gecə mühafizəçisi işləmiş, işdən çıxdıqdan sonra tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin obyektdən müxtəlif adda avtomobil ehtiyyat hissələrini oğurlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respblikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1668 saylı, 08 aprel 2022-ci il tarixli məhkəmə əmtəəşünaslıq eskpertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadə olması nəzərə alınmaqla 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 240 manat müəyyən edilir. O cümlədən: 01 ədəd üzərində markalanma göstəriciləri olmayan qaynaq aparatı (kustar)-140 manat, 01 ədəd narıncı rəngli, üzərində Vibrator model: ZW-7 power: 1,5kw, voltage:220 yazıları olan mühərrik - 100 manat. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 01 fevral 2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 170.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 il, 05 ay, 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qərarı ilə 07 ay, 13 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. 19 noyabr 2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 28 yanvar 2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 01 fevral 2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Gəncə Hərbi Məhkəməsinin 14 noyabr 2006-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib, N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və onun əməli cinayətin sadə residivini yaradır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən Cinayət Məcəlləsinin 15-ci maddəsində cinayətlərin təsnifatı, yəni cinayətlərin böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə aid edilməsi həmin cinayətlərə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə görə aparıldığından, müvafiq olaraq da cinayət məsuliyyətinə cəlb etmə, məhkumluğun ödənilməsi müddətləri, cəzanın daha yüngül cəza ilə əvəz olunması, cəzadan vaxtından əvvəl şərti olaraq azad etmə kimi məsələlərin həlli də cinayətin təsnifatından, yəni dolayısı ilə cinayətə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən asılı olaraq həll edildiyindən, yeni və yaxud əvvəlki cinayət qanunun tətbiqi məsələsi ortaya çıxdıqda, əvvəlki və yeni sanksiyalar əsasən eyni olub yalnız azadlıqdan məhrum etmə cəzasının yuxarı hədləri fərqli olduğu hallarda hansı normanın şəxsin vəziyyətini yaxşılaşdıran norma olması məsələsi bu normalarda nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarından hansının yuxarı həddinin daha az olmasından asılı olaraq həll edilməlidir. Həmin Qərarın 7-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilibödənilməməsi və yaxud götürülüb-götürülüməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin mənasına və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» 6 sentyabr 2010-cu il tarixli qərarında verilmiş rəsmi təfsirə əsasən cinayətlərin residivi yeni cinayətin törədildiyi vaxt şəxsin üzərində əvvəllər qəsdən cinayət törətməyə görə (ödənilməyən və yaxud götürülməyən) məhkumluğun olub-olmamasına görə müəyyən olunduğundan, hökm çıxarıldığı tarixə məhkumluğun ödənilməsi cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmasına mane olan hal kimi nəzərdən keçirilə bilməz. Hökmün çıxarıldığı tarixə məhkumluq Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürüldüyü halda da cinayətlərin residivinin müəyyən edilməsi ilə bağlı məsələ eyni cür həll olunmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 -cü maddələri ilə-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməyə görə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sankisiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olmasını, dəymiş ziyanın ödənməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməyə görə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sankisiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olmasını, dəymiş ziyanın ödənməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməyə görə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sankisiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi əməldən peşman olmasını, dəymiş ziyanın ödənməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs3 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. İnsan Hüquqlarının və X5 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirləndirilmələrinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirliyi onların etirafedici ifadəsi ilə yanaşı, Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan 13 yanvar 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 13 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh., 37). Cinayət işinin materiallarında olan 13 yanvar 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 13 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh., 58). Cinayət işinin materiallarında olan 13 yanvar 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 13 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh., 79). Cinayət işinin materiallarında olan 15 yanvar 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 15 yanvar 2022-ci il tarixdə Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 98). Cinayət işinin materiallarında olan 15 yanvar 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 15 yanvar 2022-ci il tarixdə Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 112). Cinayət işinin materiallarında olan 15 yanvar 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 15 yanvar 2022-ci il tarixdə Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 125). Cinayət işinin materiallarında olan 15 yanvar 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 15 yanvar 2022-ci il tarixdə Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 98). Cinayət işinin materiallarında olan 15 yanvar 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (səh., 154). Cinayət işinin materiallarında olan 15 yanvar 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (səh., 152). Cinayət işinin materiallarında olan 15 yanvar 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (səh., 150). Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yenidən qəsdən cinayət törətməsini, onun əməlində cinayətin sadə residivin olmasını, analoji cinayət törətməsini, azadlıqdan məhrum etmə növündə cəza çəkməsinə baxmayaraq islah olunmamasını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrumetmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən-xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı-«ciddi rejimli» cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını «ciddi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, törətdiyi əməldən peşman olmasını, dəymiş ziyanın ödənməsini, cəza çəkmədən islah olunmasını mümkün hesab edərək və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs3 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, törətdiyi əməldən peşman olmasını, dəymiş ziyanın ödənməsini, cəza çəkmədən islah olunmasını mümkün hesab edərək və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamın 1.1-ci maddəsinə əsasən həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsi mümkünlüyü araşdırılmalıdır. Həmin Sərəncamın 10.5-ci maddəsinə əsasən həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməli, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməli, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılmalıdır. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi həbsdə saxlandığı 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 şübhəli şəxs kimi həbsdə saxlandığı 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq qoyulmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 13 yanvar 2022-ci il tarixdən 15 yanvar 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qəimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı, o məhkəmə iclas zalından «həbs» olunmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədibiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədibiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada hər birindən 16 manat 66 qəpik tutulub AZ.MEM VÖİN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ**********000 ******* SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə maddi sübutların sahibinə qaytarılması nəzərə alınmalıdır. Hüquqi xidmətə görə Müdafiəçi2 iştirak etdiyi 50 saata görə 300 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hüquqi xidmətə görə Müdafiəçi1 iştirak etdiyi 50 saata görə 300 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hüquqi xidmətə görə Müdafiəçi3 iştirak etdiyi 50 saata görə 300 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən «03» (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 13 yanvar 2022-ci il tarixdən 15 yanvar 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı «02» (iki) gün müddət nəzərə alınıb, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs1 üzərində «02» (iki) il, «11» (on bir) ay, «28» (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkmə müddətinin başlanğıcı «10» may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs X4 cəzasını «ciddi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qəimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunsun, o məhkəmə iclas zalından «həbs» olunsun, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən «03» (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 13 yanvar 2022-ci il tarixdən 15 yanvar 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı «02» (iki) gün müddət nəzərə alınıb, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən «04» (dörd) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq «02» (iki) il, «11» (on bir) ay, «26» (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəh., Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədibiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən «03» (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs X3 13 yanvar 2022-ci il tarixdən 15 yanvar 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı «02» (iki) gün müddət nəzərə alınıb, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən «04» (dörd) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq «02» (iki) il, «11» (on bir) ay, «26» (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Bakı şəh., Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədibiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutların sahibinə verilməsi nəzərə alınsın. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada hər birindən 16 manat 66 qəpik tutulub AZ.MEM VÖİN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ**********000 ******* SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi2 iştirak etdiyi 50 saata görə 300 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hüquqi xidmətə görə Müdafiəçi1 iştirak etdiyi 50 saata görə 300 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hüquqi xidmətə görə Müdafiəçi3 iştirak etdiyi 50 saata görə 300 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar