Məhkəmə qərarları › İş №1(008)-83/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-83/2024

12.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-83/2024 12.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanda yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlə təkrar xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 13 iyun 2021-ci il tarixdə saat 22 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus avtoyuma məntəqəsinin arxa tərəfindəki ofisə daxil olaraq, Zərərçəkmiş şəxs keçmiş əri Şahid4 sevgilisi olduğunu deyib heç bir əsaslı səbəb olmadan mübahisə etmiş, daha sonra Zərərçəkmiş şəxs ofisdən çıxmasına işarə edib ictimai yerə avtoyuma məntəqəsinin qarşısına çağıraraq orada Zərərçəkmiş şəxs uca səslə nalayiq sözlərlə təhqir edib özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə ictimai qaydanı, yəni insanlar arasında bərqərar olmuş davranış və etik qaydalarını, əxlaq normalarını kobud surətdə pozub, ətrafdakıların gözü qarşısında cəmiyyətin üzvlərinə qarşı açıqca hörmətsizlik, ictimai qaydaya etinasızlıq ifadə edib Zərərçəkmiş şəxs üzərinə hücum çəkərək sağ qolunun bazu hissəsindən əli ilə tutub ayağı ilə sol ayağının pəncə hissəsindən zərbə vuraraq onu yerə yıxıb üzərində oturaraq saçından tutmuş və yumruğu ilə baş nahiyəsinə bir neçə dəfə zərbələr endirməklə qəsdən Zərərçəkmiş şəxs sol alın-təpə və sol gicgah-təpə nahiyələrinin dərialtı hematoması, sol yanaq, sağ bazu, hər iki said və döş qəfəsi nahiyələrinin sıyrıqları, sol ayaq nahiyəsinin qançırı ilə müşayiət olunan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər xuliqanlıq etmişdir. Bundan başqa o, təkrarən 05 iyul 2021-ci il tarixdə saat 20 radələrində ictimai yerdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən «Ülvi» şadlıq sarayının qarşısında qeyri rəsmi nikahda olduğu Şahid4 oğlunun bacısı Şahid1 ilə bir qrup şəxs halında özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyətilə Şahid4 keçmiş arvadı Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib ictimai qaydanı, yəni insanlar arasında bərqərar olmuş davranış, etik qaydalarını və əxlaq normalarını kobud surətdə pozub, ətrafda başqalarının gözü qarşısında cəmiyyətin üzvlərinə qarşı açıqca hörmətsizlik, ictimai qaydaya etinasızlıq ifadə edib Zərərçəkmiş şəxs nalayiq sözlərlə təhqir edib saçından, Şahid1 isə qolundan tutub hər ikisi fiziki güc tətbiq etməklə Zərərçəkmiş şəxs yerə yıxıb onun baş nahiyəsinin asfalt örtüyünə dəyməsi ilə kifayətlənməyib xuliqanlıq hərəkətlərini davam edərək ayağı ilə baş nahiyəsinə, Şahid1 isə ayağı ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməklə qəsdən Zərərçəkmiş şəxs baş beyin silkələnməsi, sağ təpə, ənsə nahiyələrinin dərialtı hematomaları, alın, sağ diz oynağı nahiyələrinin qançır və sıyrıqları, sağ bazu və döş qəfəsi nahiyələrinin qançırları ilə müşayiət olunan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə təkrarən şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, ortaq tanışları onu Natiqlə tanış etmişdir, aralarında sevgi münasibətləri olmuş, o, sonradan öyrənmişdir ki, Natiq evlidir, onunla oturub bu haqda danışdıqda Natiq bildirmişdir ki, Əfsanədən boşanır, boşanma prosesində olduğunu, 10 gündən sonra boşanacağını demişdir. Həmin vaxtlar Natiq maşın sürmüş, kimə məxsus olduğunu bilməmişdir, düşünmüşdür ki, özünündür, bir yerdə olarkən görmüşdür ki, zənglər gəlir, bir dəfə də oturanda zəng gəlmiş, eşitmişdir ki, telefonda kiməsə deyir ki, “gətirib qaytaracağam”. Zəng edən Əfsanə olmuşdur, o əvvəl dəqiq bilməmişdir ki Natiqin arvadıdır. Natiqlə ikisi dalaşarkən o, telefonu açmış, səsləri Əfsanə eşitmişdir, həmin vaxt Natiq ona avqust ayında artıq boşanacağını bildirmişdir, Natiqin vhatsapına Əfsanə səs atmışdır ki, “mənim maşınıma belə adamlar mindirmə”. Sonradan polisdən Natiqi çağırmışlar, demişlər ki, izahat yaz. Axşam olarkən, ilk olaraq Əfsanə ona yazmağa başlamış, ona müxtəlif “screen”lər göndərərək Natiqin onun dalınca danışdığını, yalan danışdığını, onunla evlənməyəcəyini bildirərək, əlində sübutlar olduğunu bildirərək demişdir ki, gəl görüşək. O da Natiqə yığaraq bu barədə soruşmuş, Natiq demişdir ki, yalan deyir, onu tanımırsan, ara vurur, Natiq həyətdə olmuş, o da aşağı düşmüşdürki, bu barədə Natiqlə söhbət etsin. Natiqə demişdir ki, birlikdə Əfsanə ilə görüşüb aydınlaşdırsınlar. Natiq əvvəlcə getmək istəməsə də o məsələnin aydınlaşdırılması birlikdə getməli olduqlarını demişdir. Əfsanənin olduğu avtoyuma məntəqəsinin arxasındakı ofisə gəlmişlər, həmin vaxtı orada Əfsanə, anası və Natiqin keçmiş iş ortağı Rəfail olmuşdur, orada Əfsanə ilə Natiq sözlü mübahisəyə başlamışlar. O da demişdir ki, özünə görə bura gəlib, Rəfail demişdir ki, Natiqin heç nəyi yoxdur, nə evi nə də maşını. Onlar söhbət edərkən Əfsanənin anası Minəvər ona demişdir ki, “sən utanmırsan ailə dağıdırsan?”. O da yüksək tonla demişdir ki, o, ailə dağıdan deyil, sözlərinə fikir versin. Natiq də onun tərəfini tutmuşdur. Bu Əfsanənin xoşuna gəlməmiş, mübahisə yaratmışdır. Rafael söyüşlə demişdir ki, buradan çıx get, o da çölə çıxmış, Əfsanədə onun arxasınca çıxaraq saçından yapışmış, o da Əfsanənin saçından yapışmış, Əfsanə yerə yıxılmış, Əfsanə başını yerə çırparaq polis polis qışqırmış, o çıxıb getmək istəyərkən Rəfail onu moykaya salmış, sonra polislər gəlmişlər. 2-ci hadisə zamanı isə artıq Natiq onlarda qalmışdır, həmin vaxt Natiq işləməmiş, Natiq bacıları ilə danışmamışdır, Əfsanə ilə Natiq telefonda mübahisə etmişlər, sonra görüşmüşlər, Natiqlə Əfsanə orada dalaşmışlar, Əfsanə Natiqi polisə şikayət etmiş, Natiqi polisə çağırmışlar. Bundan sonra Natiqlə birlikdə bacısı Aytəngilin evinə gəlmişlər, bir neçə gün orada qalmışlar, Aytən ona demişdir ki, gəl Natiqlə bacısı Aidəni barışdıraq, Aidəyə zəng eləmişlər, Aidə gəlmiş, Natiqlə Aidə barışmışlar. X6rdaşı Yasər aralarında olan münaqişəni həll etmək üçün danışmağa çağırmış, Aidə ilə Natiq çıxıb getmişlər, o, Aytənlə qalmışdır. X13 zəng eləmiş, bildirmişdir ki, Natiqgil dalaşır, o da Aytənlə birlikdə Əfsanənin işlətdiyi avtoyuma yerinə tərəf getmişlər, çünki onlara Aidə demişdir ki, Natiqlə Əfsanənin qardaşı Yasər orada mübahisə edir, ora çatanda o maşının arxasında gizlənmiş, Əfsanə ilə arasında əvvəl baş vermiş davaya görə polisdə işi olduğundan qarışmaq istəməmişdir, Aytən maşının arxasından çıxanda Əfsanə onu görmüş, onlara tərəf gələrək “siz burda neynirsiz?” demiş, həmin vaxt Aidə ilə Yasər arasında dava düşmüş, çünki telefonda Aidə Yasərə nəsə yazmışdır, Yasər Natiqə bildirmişdir ki, “bacını yığışdır”, Aytənlə Əfsanə dalaşmağa başlamış, o da müdaxilə etmişdir, Əfsanədə onları söyüb vurmuşdur, Natiq və Yasər onları aralaşdırmış, Natiq onlara demişdir ki, çıxın burdan gedin, o da Aytənlə çıxıb getmişdir. Sonra yolda eşitmişdir ki, Natiqi polisə aparımışar. Sonradan onuda polisə aparmışlar. Hazırdan Natiqlə münasibətinə son qoymuşdur. Əfsanə ilə aralarında baş vermiş mübahisəyə görə peşmandır, onunla barışmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Əfsanə başını özü yerə vurmuşdur. Hadisə küçədə baş versə də, ətrafda kiminsə olduğunu görməmişdir. İstintaq zamanı onu çağırmadan məlumat vermədən barəsində cinayət işini ayırmışlar, o istintaqdan yayınmamışdır, bu barədə müstəntiqə dəfələrlə şikayət etsə də, məhəl qoymamışdır.Onun xuliqanlıq etmək niyyəti olmamış, ilk mübahisədə Əfsanə özü aralarında olan məsələni həll etmək üçün çağırdığından getmiş, mübahisəni Əfsanə başlamışdır, ikinci mübahisəyə qarışmamaq üçün o hadisə yerinə gələndə maşının arxasında gizlənmiş, Əfsanə özü onlara yaxınlaşaraq mübahisə etməyə başlamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, onun keçmiş həyat yoldaşı Natiqlə Nərgizin yaxın münasibətləri olmuşdur. 13 iyun 2021-ci il tarixdə hələ də yoldaşı ilə tam olaraq boşanmadığından (hazırda boşanmışdır) ona məxsus maşını yoldaşı istifadə etmişdir. Ona da maşın lazım olduğundan yoldaşı Natiqdən maşını gətirməyini istəmişdir. Sonra onun telefonuna Nərgiz xanımın nömrəsindən zəng gəlmişdir, zəng zamanı səslər eşitmişdir. Səslər Natiqin “filan vaxta boşanıram, filan vaxta sənlə zaqsa gedəcəm” kimi açıq səslər olmuşdur. Maşını gətirməsi üçün Natiqə zəng edəndə Nərgizdə onun yanında olmuşdur. Nərgiz ondan kim olduğunu soruşmuşdur, aralarında söhbət olmuşdur. Nərgizə bildirmişdir ki, onlar hələ boşanmayıb, daha sonra Natiq gəlib maşını qaytarmışdır. O, Nərgizlə əlaqə saxlayıb Natiqin onun haqqında dediklərini demiş, Nərgiz demişdir ki, dediklərinə inanmır, o da Nərgizə demişdir ki, həmin sözləri Natiqin yanında da deyə bilər, Nərgiz Natiqlə gələcəyini söyləmişdir. Natiqə bu haqda dedikdə isə Natiq “Nərgiz gələ bilməz” demişdir. Axşam Nərgiz onun işlətdiyi avtoyuma yerinin arxasındakı ofisə Natiqlə gəlmişdir. Həmin zaman anası və Natiqin iş ortağı Rafaeldə orada olmuşdur. Onun işlətdiyi yeməkxana həyətində olduğu üçün anası da onunla qalmışdır. Nərgiz Natiqin sevgilisi olduğunu söyləmişdir. Natiq Nərgizə onların boşandığını söyləmişdir, lakin onlar hələ boşanmamışdılar. Həmin vaxt anası ilə Nərgiz arasında mübahisə olmuşdur. Anası Nərgizə irad bildirdikdə Nərgiz anasına “sənlik deyil” kimi ifadələr işlətdikdə o da əsəbləşmiş, Nərgizin anasına cavab verdiyi üçün mübahisə etməyə başlamışdır. Nərgiz ilk olaraq çölə çıxmış, daha sonra o da çölə çıxmışdır. Ofisin həyəti dar dalan kimi yer olmuş, orada heç kim olmamış, çölə çıxdıqda hər ikisi də əsəbi olmuşdur. Onlar dalaşmağa başlamış, Nərgiz onun saçından tutaraq başını yerə vurmuşdur. Qışqırdıqda Rafael və anası səsə gəlmişdir. Nərgiz onu vurarkən ikisi olmuşlar. İkinci hadisə 2021-ci ilin iyulunda baş vermişdir. Naitqlə onun arasında mübahisə ev üstündə getmişdir, həmin vaxt Natiq Nərgizlə qalmışdır, o evdə tək qaldığından ev Natiqlə ikisinin olduğu üçün Natiq evə gəlib onu döyüb, söyərək evi satmağını, onun payını verməyini istəmişdir. Dəfələrlə Nərgizlə onun arasında da bu barədə telefon söhbətləri olmuşdur. Natiqin bacısı Şahid1 da zəng edərək “evi alasıyıq” demişdir. X12 birlikdə qalmışdır. Daha sonra Natiq baldızıgildə, yəni Aytəngildə qalmağa başlamış, Nərgizdə Aytənlə qalmağa başlamışdır. Natiq həmin ərəfələrdə evə gəlmiş, ev üstündə aralarında mübahisə olmuş, onu itələmiş, döymüş, boğmağa çalışımışdır. O da artıq təhlükə yaşadığından polis bölməsinə getmiş və onu narahat etdiyi üçün Natiqi ondan uzaqlaşdırmaqlarını söyləmişdir. Onun ifadəsini almışlar. Axşam qardaşı Yasər Natiqə zəng edərək “gəl bu məsələni aramızda həll edək, boşanırsız artıq belə hərəkətlər etrmək lazım deyil, evi məhkəmə qaydasında həll edin, belə mübahisə yaratma” demişdir. Axşam qardaşı ilə Natiq danışaraq görüşmüşlər, həmin vaxt o da orada olmuşdur, Natiqlə qardaşı danışarkən o da kənarda durmuşdur, “Ülvi” şadlıq evinin yaxınlığında maşının arxasında gizlənən baldızı Aytəni görmüşdür, “sən burda neynirsən?” deyərək yaxınlaşdıqda Nərgizində orada olmasını görmüş, aralarında mübahisə baş vermiş, Aytən Əfsanənin üzərinə hücum çəkmiş, Əfsanə yerə yıxılmış, bu zaman aralarında dava dalaş yaranmışdır, Həmin vaxtı Nərgizdə onu vurmuşdur. Nərgiz onun saçından tutmuş, o da Nərgizin saçından tutmuşdur. Yerə yıxılarkən hər ikisi onu təpiklə vurmuşlar. Sonradan baldızı Aidənində orada olduğunu görmüşdür, Aidə onları aralamağa çalışmış, sonra qardaşı Yasər və Natiq gələrək onları aralamışlar. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, boşanma ərəfəsində olduğundan Nərgizlə, Nərgizin anası ilə dəfələrlə telefonda mübahisələri olmuşdur. X7 ilə barışmış, ondan şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Əfsanə keçmiş gəlinləri olmuşdur. Hadisə vaxtı Natiqlə Əfsanə boşanma prosesində olmuş, qardaşı Natiqlə bacısı Aidə danışmamışdır. O da, Aidə ilə Natiqi barışdırmaq istəmişdir. Əfsanə Natiqin əşyalarını gətirib onların evinə qoymuşdur. O da Aidəyə zəng vurmuş, Natiqlə Əfsanə arasında olan məsələləri danışmışdır, Aidə onlara gəlmiş, sonra Natiq gələrək Aidə ilə barışmışlar. Həmin vaxt Nərgiz, Natiq, Aidə və o, evdə olarkən Əfsanənin qardaşı Yasər Natiqə zəng vurmuş sözləşmişlər, Aidə ilə Natiq evdən çıxmışlar, yarım saat sonra da Aidə ona zəng edərək Natiqi döydüklərini bildirmiş, o da Nərgizlə çıxıb avtoyuma yerinə tərəf getmişlər. Oraya yaxınlaşdıqda ilk olaraq o, Əfsanəni görmüş, Nərgiz əvvəllər Əfsanə onun barəsində polisə müraciət etdiyindən maşının arxasında gizlənmişdir, Əfsanə qışqırmağa, söyməyə başlamış, Əfsanənin qardaşı Yasərlə Aidə birbirlərini söyməyə başlamışlar, sonra Natiqlə Yasər dalaşmış, Əfsanəni Aidə yerdə sürümüşdür, onun nə də Nərgizin Əfsanəyə əli dəyməmişdir, o ağlamağa başlamışdır, Əfsanə yerdə olmuş, başından qan gəlmişdir. O, Nərgizlə maşına oturaraq evə getmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, qardaşı ilə həmin vaxt mehriban olmuş, qardaşının dava etdiyini Aidə zəng edib bildirdiyi üçün oraya getmişdir, Aidə demişdir ki Natiqgil dava edir, o da getmiş, amma ora gedərkən dava görməmiş, Əfsanə onu görüb qışqıraraq mübahisə yaratmışdır, Aidə ilə Yasər münaqişə etmiş, onlar birbirini söymüşlər, Yasər onun atasının qəbrini söydüyü üçün dava başlamışdır. O, Əfsanəni vurmamışdır, hazırda Natiq Əfsanə ilə barışmaq istədiyindən ona qarşı məhkəmədə ifadə vermişdir, Aidə və Natiq ögeydirlər. Uşaqlıqdan onlar ona düşmən olmuşlar. Hazırda heç biri ilə danışmır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımışdır. Zərərçəkmiş şəxs isə keçmiş gəlinləri olmuşdur. Əvvəldən onun qardaşı Natiq ilə aralarında mübahisə olduğundan bir-birləri ilə əlaqə saxlamamışlar. Lakin 5 iyul 2021-ci ildə Aytən ona zəng edərək “qardaşımızın köməyə ehtiyacı var, polis bölməsindədir” demişdir. O, da Aytəngilin əvvəl yaşadığı ünvana gəlmiş, həmin ünvan Razində yerləşmişdir. Nərgizdə orada olmuşdur. Bundan əvvəl Nərgizin kim olduğunu bilməmişdir, onunla heç bir ədavəti olmamışdır. Orada olduğu zaman Nərgizi Aytənin rəfiqələrindən biri olduğunu düşünmüşdür, lakin söhbət zamanı Natiqin Əfsanədən ayrıldığını Nərgizlə birlikdə olduğunu öyrənmişdir. Daha sonra Natiq gəlmiş, orada Natiqlə barışmışlar, sonradan Natiqə zəng gəlmiş, Əfsanənin qardaşı Yasər olduğunu bilmişdir, Natiq onlara demişdir ki, Yasər onu danışmağa çağırır, o etiraz etmiş, Natiqlə Əfsanə arasındakı problemlərə görə Natiq əsəbi olduğundan getməsini istəməmişdir, Natiq gedərkən o da evə getmək üçün Natiqin maşınına minmişdir, Bakıxanovda yerləşəm “Kontakt home” mağazasının qarşısına gəlmişdir ki, avtobusa minib yaşadığı evə getsin, həmin vaxt ona zəng gəlmiş, ögey anası Tərana bildirmişdir ki, Yasərlə Natiq dava edir, guya bu barədə ona Əfsanə zəng edib demişdir, Aytən və Nərgizdə ora gəlmişdir, o, “Ülvi” şadlıq sarayı tərəfə getmişdir, orada taksidən düşmüş, həmin vaxt kənarda dayanmış, Natiqlə Yasərin mübahisə etdiklərini görməmişdir, bir neçə dəqiqədən sonra Aytən və Nərgizdə ora gəlmişdir, həmin vaxt onların orada olmasını Əfsanə görmüş, onlara tərəf gələrək əsəbi halda orada nə etdiklərini soruşmuş, Aytən, Nərgiz və Əfsanənin arasında mübahisə yaranmışdır, Əfsanə yerə yıxılmış, onların arasında dava dalaş yaranmışdır, o,Yasərlə Natiqi çağırmış, onlar gələrək onları aralaşdırmışlar. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, dediklərinə görə Nərgiz iki həftə olardı ki, Aytəngildə qalırdı, Natiqlə Yasər arasında dava olduğunu ona zəng edib analığı Təranə dediyi üçün onlar hadisə yerinə getmişlər, hadisə axşam vaxtı olmuş, ətrafda kimin olmasını bilmir, hadisə vaxtı kənar şəxsin onlara yaxınlaşmasını görməmişdir. Aytəndə Nərgizdə hər ikisi Əfsanəni vurmuşlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Əfsanə onun həyat yoldaşı olmuş, hazırda boşanmışlar, boşanma prosesində olarkən Nərgizlə tanış olmuş, yaxın münasibətləri olmuşdur, həmin vaxtlar Əfsanə ilə Nərgiz arasında telefon zəngi olmuşdur. Əfsanə Nərgizi danışmağa çağırmışdır, Nərgiz getmək istəyərkən əvvəlcə getməsini istəməmiş, sonra birlikdə Əfsanənin ofisinə getmilşlər, ofisdə Rəfail, Əfsanə və anası olmuşlar, ofisdə mübahisə yaranmışdı, onlar içəridə oturmuşlar, Əfsanə ilə Nərgiz çöləd çıxmışlar, çölə çıxanda Əfsanəni yerdə görmüşdür, həmin hadisə bitdikdən sonra 2-ci hadisə günü Əfsanə onu polisə şikayət etmişdir, Yasər zəng edərək görüşmələrini bildirmiş, o da görüşməyə getmişdir. Həmin vaxtı atasının evində o, bacıları Aidə, Aytən və Nərgiz bir yerdə olmuşlar, o Aidə ilə birlikdə çıxmış, Aidə “Kontakt Home”un yanında düşmüş, o avtoyumaya tək getmişdir, sonra Nərgizlə Aytən gəlmişlər. Aidəni orada görməmişdir, Nərgiz, Aytən və Əfsanə, Yasər orada olmuşdur, Nərgiz də , Aytən də Əfsanəni vurmuş, Əfsanədə onları vurmuşdur, saç yoldu davası olmuşdur, dava vaxtı Əfsanə yerdə olmuşdur, Aidə ilə Yasər sözlə mübahisə etmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, birinci dava zamanı Əfsanə ilə Nərgiz çöldə dalaşmışlar, orada kənar heç kim olmamış, Əfsanənin başını yerə vurmağını görməmişdir, Nərgizin əlində nə iləsə Əfsanəni vurmasını görməmişdir, ikinci hadisə yolda olduğundan ətrafda adamlar olmuşdur, amma kim olduqlarını bilmir, hadisə 2-3 dəqiqə davam etmiş, onları aralaşdırmış, Nərgizlə Aytən maşına minərək çıxıb getmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, qızı Zərərçəkmiş şəxs 2009-cu ildə Şahid4 ilə ailə həyatı qurmuşdur, onların birgə nikahdan bir azyaşlı qız övladı var. 2021-ci ildə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə nikahları pozulmuş və boşanmışlar. Əfsanənin 2020-ci ildən ünvan 2 ünvanında yerləşən avtoyuma məntəqəsi var. 13 iyun 2021-ci il tarixində təxminən saat 22 radələrində avtoyuma məntəqəsinin arxa tərəfindəki ofisdə Əfsanə və avtoyuma məntəqəsində işləyən Rəfaillə oturmuşlar. Əfsanə bildirmişdir ki, Nərgizlə Natiq gələcəkdir. Həmin vaxt Natiq yanında Nərgizlə ofisə daxil olmuşlar. Bir qədər sonra o, Nərgizə Əfsanənin ailəsinə müdaxilə etdiyi üçün öz iradını bildirmişdir. O da əsəbi halda bu məsələyə qarışmamasını ona bildirmiş, Əfsanədə bundan əsəbləşərək Nərgizlə mübahisə etmişdir, sonra Nərgizlə Əfsanə çölə çıxmış, təxminən 5 dəqiqə sonra həyətdən səs gəldiyindən ofisdən çıxmışlar, dalanda Əfsanənin yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşlər, bundan sonra Əfsanə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, dava zamanı Əfsanə və Nərgiz dar dalanda tək olmuşlar, ətrafda heç kim olmamışdır, mübahisənin səbəbi onun Nərgizə irad bildirməsi, Nərgizin ona əsəbi cavab verməsindən Əfsanənin əsəbləşməyi olmuşdur. Nərgizin ora gəlmə səbəbi, əvvəlcdən Əfsanə ilə telefonda mübahisələri olduğundan Əfsanə məsələni aydınlaşdırmaq üçün Nərgizə ofisə gəlməsini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 2020-ci ildən ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus avtoyuma məntəqəsini işlədir. Əfsanənin özü də arada bir avtoyuma məntəqəsinə gəlib-gedir. 13 iyun 2021-ci il tarixində təxminən saat 22 radələrində sözü gedən ünvanda yerləşən avtoyuma məntəqəsinin arxa tərəfindəki ofisdə Əfsanə və anası Münəvər xala ilə oturmuşlar. Həmin vaxt Əfsanənin əri Natiq yanında bir qadınla ofisə daxil olmuşlar. Bir qədər sonra Natiqlə gələn, sonradan adı ona məlum olan Nərgiz adlı qadın Əfsanə və Münəvər xala ilə mübahisə etməyə başlamış, lakin o, onların mübahisələrinə qarışmamışdır. Bundan sonra Nərgiz adlı qadın ofisdən çıxmış və Əfsanəni küçəyə çağırmış, Əfsanə də ofisdən çıxmışdır. Əfsanə ofisdən çıxdıqdan təxminən 5-10 dəqiqə sonra keçəndən səs-küy gəldiyini eşitmiş, Münəvvər xala ilə birlikdə ofisdən çıxmışlar və avtoyuma məntəqəsinin qarşısında Əfsanənin yerdə uzanıqlı vəziyətdə olduğunu, Nərgiz adlı qadının isə Əfsanənin üzərində oturduğunu, küçə söyüşləri ilə təhqir edib Əfsanəni vurduğunu görmüşlər. Ətrafa bir neçə tanımadığı şəxslər toplaşmışlar. Münəvvər xala ilə onlara tərəf yaxınlaşaraq Nərgizi Əfsanənin üzərindən kənara çəkmişlər. Nərgiz uca səslə onu və Münəvvər xalanı da küçə söyüşləri ilə söyüb təhqir etmiş, lakin nə o, nədə ki, Münəvvər xala Nərgizə heç bir söz deməmişdir ki, sakit çıxıb getsin. Nərgiz isə getmək istəməmiş, ancaq uca səslə dayanmadan küçə söyüşləri ilə söyüb təhqiredici sözlər demiş və Əfsanəni yanına çağırmış, lakin onlar Əfsanə ilə onun arasında yenidən dava-dalaş yaranmasına imkan verməmişlər. Bundan sonra Əfsanə DİN-nin “102” xidməti-zəng mərkəzi sisteminə məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları gəlmişlər, Əfsanəni və Nərgizi bölməyə aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işindən başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata götürülməsi haqqında 01 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə ********* nömrəli cinayət işinin ayrılması və ibtidai istintaqın davam etdirilməsi üçün icraata qəbul edilməsi qərara alınmışdır(cild 1, i.v.1-4); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 10 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır (cild 1, i.v.6); hadisə yerinə baxışın keçirilməsi haqqında 14 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, Uğur 2 yaşayış kompleksinin 6-cı binasının arxa hissəsində yerləşən Avtoyuma məntəqəsinin arxasında yerləşən ofisə baxış keçirilmiş, fotoşəkilləri çəkilərək cinayət işinin materiallarına əlavə olunmuşdur(cild 1, i.v.21-24); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X10 xx.xx.2021-ci il tarixli 808 saylı ekspert rəyindən görünür ki, vət. X1 alın-təpə və sol gicgah-təpə nahiyələrinin dərialtı hematoması; sol yanaq, sağ bazu, hər iki said və döş qəfəsi nahiyələrinin sıyrıqları; sol ayaq nahiyəsinin qançırı müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (cild 1, i.v.26-27); zərərçəkmiş şəxs qismində tanımaq haqqında 21 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X5 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v.33-34); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (cild 1, i.v.47); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 29 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, i.v.59-60); cinayət işinin bir icraatda birləşdirilməsi haqqında 29 may 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi və cinayət işinə ********* nömrəsi verilərək istintaqının aparılması qərara alınmışdır (cild 1, i.v.80); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 08 noyabr 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (cild 1, i.v.82); hadisə yerinə baxışın keçirilməsi haqqında 05 iyul 2021-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi “Ülvi” şadlıq sarayının qarşısına baxış keçirilmiş, fotoşəkilləri çəkilərək cinayət işinin materiallarına əlavə olunmuşdur(cild 1, i.v.97-99); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X10 xx.xx.2021-ci il tarixli 949 saylı ekspert rəyindən görünür ki, vət. X2 baş beyin silkələnməsi, sağ təpə, ənsə nahiyələrinin dərialtı hematomaları; alın, sağ diz oynağı nayihələrinin qançır və sıyrıqları, sağ bazu və döş qəfəsi nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən və şəxsin dediyi xx.xx.2021-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən aş beyin silkələnməsi, sağ təpə, ənsə nahiyələrinin dərialtı hematomaları ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir, alın, sağ diz oynağı, sağ bazu və döş qəfəsi nahiyələrinin qançır və sıyrıqları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (cild 1, i.v.101- 103); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, i.v.146-147); qətimkan tədbirinin seçilməsi haqqında 09 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild1, i.v.167-169); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-nin 221.1-ci maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilmişdir(cild 1, i.v.173); cinayət işi üzrə icraatın dayandırılması haqqında 09 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xəstələnməsi nəzərə alınaraq cinayət işi üzrə icraat CPMnin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır(cild 1, i.v.176); 29 may 2022-ci il tarixli cinayət işinin istintaqının təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir(cild 1, i.v.178); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 04 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 128 və 221.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128 və 221.1-ci maddələrindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir(cild 1, i.v.185); cinayət işi üzrə icraatın dayandırılması haqqında 19 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xəstələnməsi nəzərə alınaraq iş üzrə icraat CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır(cild 1, i.v.188-189); cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında 23 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnərək ibtidai istintaqı davam etdirilmişdir(cild 1, i.v.191-192); sübutların qiymətləndirilməsi haqqında 31 mart 2023-cü il tarixli qərardan görünür ki, Şahid1 CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində cinayət işinin materiallarından CM-nin 221.3-cü maddəsi ilə başqa cinayət işinin ayrılması qərara alınmışdır(cild 2, i.v.1-16); 01 aprel 2023-cü il tarixli çağırış vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs istintaqa çağırılması ilə bağlı çağırış vərəqəsi göndərilmişdir(cild 2, i.v.18); Şəxsin məcburi gətirilməsi barədə 06 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaq orqanına məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir(cild 2, i.v.21-22); qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan olunması haqqında 09 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtaış elan edilməsi və tutularaq Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin MSY-nə təhvil verilməsi qərara alınmışdır (cild 2, i.v.24-25); Şahid1 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham aktından görünür ki, cinayət işi üzrə ittiham aktı 15 aprel 2023-cü il tarixdə təsdiq edilərək məhkəməyə göndərilmişdir(cild 2, i.v.31-42); axtarışda olan şəxsin tutulmasına dair 12 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir (cild 2, i.v.44); təqsirləndirilən şəxsə yenidən ittiham edilməsi haqqında 14 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir (cild 2, i.v.48-50); təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi barədə 14 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal MSY-dən azadlığa buraxılmışdır (cild 2, i.v.73-76); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-539/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CMnin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək hər ay qazancından dövlət nəfinə 10% tutulmaqla qəti olaraq 01 il 05 ay 22 gün müddətə islah işləri cəzasına məhkum edilmişdir (cild 2, i.v.82-92); İbtidai istintaq müddətinin uzadılması haqqında 31 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin ibtidai istintaq müddəti 02 ay, 05 (beş) ayadək, yəni 02 oktyabr 2023-cü il tarixədək uzadılmışdır (cild 2, i.v.110-112); qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan olunması haqqında 10 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtaış elan edilməsi və tutularaq Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin MSY-nə təhvil verilməsi qərara alınmışdır (cild 2, i.v.116-117); axtarışda olan şəxsin tutulmasına dair 28 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 53-də saxlanılmış və Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir (cild 2, i.v.123); 29 avqust 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar ifadələrində göstərdiyi xüsusatları bir birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər (cild 2, i.v.128-132); təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi barədə 29 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal MSY-dən azadlığa buraxılmışdır (cild 2, i.v.136-139); Zərərçəkmiş şəxs notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş, onunla barışmış, ona qarşı şikayət və tələbi yoxdur(cild 2, i.v.143); təqsirləndirilən şəxsə yenidən ittiham edilməsi haqqında 05 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir (cild 2, i.v.164-165); Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, özünü CM-nin 128-ci maddəsi ilə təqsirli bildiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini qeyd edərək, təqsirləndirildiyi maddənin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif olunmaqla barəsində başlanmış cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini qeyd etmiş və təqsirləndirilən şəxsin barəsində CM-nin 128-ci maddəsi tətbiq olunmaqla iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 13 iyun 2021-ci il və 05 iyul 2021-ci il tarixdə baş vermiş hadisələrin ayrı-ayrılıqda təhlilini aparmaqla onlara hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə əməli törətmiş şəxsin, zərərçəkmiş şəxslərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, 13 iyun 2021-ci il tarixdə saat 22 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus avtoyuma məntəqəsinin arxa tərəfindəki ofisə gedən yolda baş vermişdir. Hadisə nəticəsində Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, mübahisə Təqsirləndirilən şəxs ilə qeyri rəsmi münasibətdə olduğu Şahid4 arvadı arasında baş vermiş, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs arasında telefon danışığı olmuş, Əfsanə onların Natiqlə boşanmadığını bildirmiş, Təqsirləndirilən şəxs məsələni aydınlaşdırmaq üçün ofisə dəvət etmişdir. Ofisdə onlar söhbət edərkən Əfsanənin anası Minəvvərin “sən utanmırsan ailə dağıdırsan?” sözünə yüksək tonla etiraz etməsi Əfsanənin xoşuna gəlməmiş, mübahisə yaranmışdır. Baş vermiş dava dalaş zamanı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs çölə çıxmışlar, həmin vaxt orada kənar şəxs olmamış, ikisi olmuşlar. Hadisə zamanı Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara, qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 13 iyun 2021-ci il tarixdə baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə şəxsi münasibətlər zəminində baş vermiş, Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək, cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Belə olan halda hadisənin təşəbbüskarının kimliyi hadisəyə hüquqi qiymətin verilməsi və əməlin tövsifi üçün əhəmiyyət kəsb etmir. Bu baxımdan məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli, hətta onun hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirilsə belə, xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən hərəkət kimi təzahür etmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, istintaq orqanı tərəfindən “xuliqan” kimi qələmə verilən şəxsin mübahisənin qızğın vaxtında ofisi tərk edərək oradan çıxması özlüyündə Təqsirləndirilən şəxs niyyətinin xuliqanlıq etmək deyil, artıq baş vermiş mübahisəni sonlandırmaq istəməsinə dəlalət edən faktorlardan biridir. Göründüyü kimi cinayət prosesinin iştirakçılarının hər biri bu halı təsdiqləmiş, həmçinin Təqsirləndirilən şəxs ofisi tərk etdikdən sonra məhz zərərçəkmiş şəxsin onun arxası ilə çıxaraq mübahisəni davam etdirməsini təsdiq etmişlər. Cinayət işinin qeyd olunan obyektiv halları Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahidlərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir (CPM-126.6). 05 iyul 2021-ci il tarixdə baş vermiş hadisə ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həmin hadisə zamanı Zərərçəkmiş şəxs vurmadığını bildirmişdir. Lakin iş üzrə Zərərçəkmiş şəxs hadisə zamanı Təqsirləndirilən şəxs tərəfindən döyülməsi ilə bağlı verdiyi ifadəsi Şahid4 və Şahid2 ifadələri ilə təsdiq edilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs 05 iyul 2021-ci il tarixdə baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs vurmaması barədə ifadəsinə tənqidi yanaşır, özünü müdafiə xarakterli kimi qiymətləndirir. Lakin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 05 iyul 2021-ci il tarixdə baş vermiş hadisə ilə bağlı epizod üzrə verilmiş ittiham da ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilməmişdir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 2-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, təkrarən 05 iyul 2021-ci il tarixdə saat 20 radələrində ictimai yerdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən «Ülvi» şadlıq sarayının qarşısında qeyri rəsmi nikahda olduğu Şahid4 bacısı Şahid1 ilə bir qrup şəxs halında özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyətilə Şahid4 keçmiş arvadı Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib ictimai qaydanı, yəni insanlar arasında bərqərar olmuş davranış, etik qaydalarını və əxlaq normalarını kobud surətdə pozub, ətrafda başqalarının gözü qarşısında cəmiyyətin üzvlərinə qarşı açıqca hörmətsizlik, ictimai qaydaya etinasızlıq ifadə edib Zərərçəkmiş şəxs nalayiq sözlərlə təhqir edib saçından, Şahid1 isə qolundan tutub hər ikisi fiziki güc tətbiq etməklə Zərərçəkmiş şəxs yerə yıxıb onun baş nahiyəsinin asfalt örtüyünə dəyməsi ilə kifayətlənməyib xuliqanlıq hərəkətlərini davam edərək ayağı ilə baş nahiyəsinə, Aytən Əmirova isə ayağı ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməklə qəsdən Əfsanə Əlizadəyə baş beyin silkələnməsi, sağ təpə, ənsə nahiyələrinin dərialtı hematomaları, alm, sağ diz oynağı nahiyələrinin qançır və sıyrıqları, sağ bazu və döş qəfəsi nahiyələrinin qançırları ilə müşayiət olunan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə təkrarən şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər xuliqanlıq etmişdir. Hazırki cinayət hadisəsinin 05 iyul 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən «Ülvi» şadlıq sarayının qarşısında baş verməsi, iş üzrə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid ifadələri ilə təsdiq edilmiş, ibtidai istintaq orqanı tərəfindən hadisə yerində kənar şəxslərin olması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə, ittiham tərəfinin sübut kimi istinad etdiyi şahid ifadələri ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanının təqdime etdiyi şahid ifadələri ailə üzvləri, yəni zərərçəkmiş şəxsin əri Şahid4(hadisə vaxtı boşanma olmamışdır), baldızları Şahid1, Şahid2, qardaşı Şahid3 olmuşdur. Hadisə «Ülvi» şadlıq sarayının qarşısında baş versə də , istintaq orqanı ətrafda kameraların olub olmamasını araşdırmamış, kamera görüntüləri əldə edilərək baxış keçirilməmişdir. Bundan başqa, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən müəyyənləşdirilməmiş, məhkəmə iclasında tədqiq edilən sübutlarla həmin hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq əməli kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq edən hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən, ictimai qaydanı kobud surətdə pozmadan, cəmiyyətə açıqca hörmətsizlik göstərmədən, şəxsi münasibətlər zəminində mübahisə və ya dava-dalaş gedişində sağlamlığa zərər vurma kimi təzahür etmişdir. Təqsirləndirilən şəxs həmin hadisə ilə bağlı ifadəsində göstərmişdir ki, hadisə günü Natiqi Əfsanənin qardaşı Yasər aralarında olan münaqişəni həll etmək üçün danışmağa çağırmış, Aidə ilə Natiq çıxıb getmişlər, o, Aytənlə qalmışdır. X13 zəng eləmiş, bildirmişdir ki, Natiqgil dalaşır, o da Aytənlə birlikdə Əfsanənin işlətdiyi avtoyuma yerinə tərəf getmişlər, çünki onlara Aidə demişdir ki, Natiqlə Əfsanənin qardaşı Yasər orada mübahisə edir, ora çatanda o maşının arxasında gizlənmiş, Əfsanə ilə arasında əvvəl baş vermiş davaya görə polisdə işi olduğundan qarşımaq istəməmişdir, Aytən maşının arxasından çıxanda Əfsanə onu görmüş, onlara tərəf gələrək “siz burda neynirsiz?” demiş, həmin vaxt Aidə ilə Yasər arasında dava düşmüş, çünki telefonda Aidə Yasərə nəsə yazmışdır, Yasər Natiqə bildirdi ki, “bacını yığışdır”, Aytənlə Əfsanə dalaşmağa başlamış, o da müdaxilə etmişdir, Əfsanədə onları söyüb vurmuşdur, Natiq və Yasər onları aralaşdırmışlar. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “Ülvi” şadlıq evinin yaxınlığında maşının arxasında gizlənən baldızı Aytəni görmüşdür, “sən burda neynirsən?” deyərək yaxınlaşdıqda Nərgizində orada olmasını görmüş, aralarında mübahisə baş vermişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ona verilmiş ittihamda göstərildiyi kimi “özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyətilə Şahid4 keçmiş arvadı Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib ictimai qaydanı, yəni insanlar arasında bərqərar olmuş davranış, etik qaydalarını və əxlaq normalarını kobud surətdə pozub, ətrafda başqalarının gözü qarşısında cəmiyyətin üzvlərinə qarşı açıqca hörmətsizlik, ictimai qaydaya etinasızlıq ifadə edib” kimi hərəkətlər etmək niyyəti olsa idi Natiqlə Yasər arasında nə baş verdiyini izləmək üçün maşının arxasında gizlənməzdi. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində əvvəllər mübahisə baş verdiyindən, Zərərçəkmiş şəxs onun barəsində polisə müraciət etdiyindən, 05 iyul 2021-ci il tarixdə baş vermiş hadisə xuliqanlıq niyyəti ilə deyil, şəxsi münaqişə və nifrət zəminində törədilmiş hərəkətlər olmuşdur. Məhkəmə həmçinin nəzərə çatdırır ki, təqsirləndirilən şəxs hadisə yerinə gəldikdə avtomobilin arxasında gizlənmiş, avtomobilin arxasında çıxaraq mübahisəyə qoşulmasına əsas isə zərərçəkmiş şəxsin onu orada görərək çağırması olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs hadisəyə müdaxilə edərək zərərçəkmişlə mübahisə etmək kimi fikri olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, onun əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif etmişdir. Hazırkı ittiham üzrə Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi müəyyən edilməməklə mübahisə doğuran haldır. Həmin hal üzrə zidiyyətli və şübhəli məqamlar vardır. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə isə ittihamda “ətrafdakı şəxslərin gözü qarşısında” Zərərçəkmiş şəxs qarşı uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozması qeyd olunduğu halda, ibtidai istintaq orqanı dindirdiyi şəxslərin dairəsini müstəsna olaraq zərərçəkmiş şəxs və onun ailə üzvləri ilə məhdudlaşdırmış, həmin “ətrafdakı şəxslərin”dən bir nəfərini belə müəyyən etməmiş və dindirilməsi üçün məhkəməyə təqdim etməmişdir. Yəni toplanmış sübutların məcmusu təqsirləndirilən şəxsə CMnin 221.2.1-ci maddəsi ilə ittiham elan etmək üçün əsaslı deyildir. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmə ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilir ki, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni zamanda yuxarıda adı çəkilən qərardadda göstərilir ki, təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Təqsirkar şəxsin digər cinayət-hüquqi mühafizə obyektlərinə (şəxsiyyət, mülkiyyət və s.) qarşı hərəkəti o halda xuliqanlıq kimi tövsif oluna bilər ki, bu hərəkətlər həmin şəxs tərəfindən birbaşa ictimai münasibətlərin kobud pozuntusu ilə müşayiət olunsun. Yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs hərəkətlərində xuliqanlıq motivinin olması, yəni onun ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olması toplanmış sübutlarla təsdiq edilmir. Təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən ümumiyyətlə müəyyənləşdirilməmiş, həmçinin məhkəmə iclasında tədqiq edilən sübutlarla da həmin hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən bir qrup şəxs halında cinayət törətdiyi Şahid1 barəsində çıxarılmış xx.xx.2023-cü il tarixli Bakı şəhəri Sabunçu rayon məhkəməsinin hökmünün preyudisiallığı məsələsinə də qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2020-ci il tarixli “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” qərarında göstərilmişdir ki, 1. Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. 2. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin Vİİİ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun. 3. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 50 və 211-ci maddələrinin tələblərindən irəli gələrək cinayət təqibi üzrə icraatı ayırmaq qərarı verən müstəntiq, prokuror və ya hakim bu cür ayrılmanın mümkün olduğu şərtləri müəyyənləşdirməli, bu qərarın müvafiq hüquqi və faktiki əsaslarını göstərməli, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında araşdırılmasına maneələr olduğu hallarda isə belə ayırmadan çəkinməlidirlər. Konstitusiya Məhkəməsinin bu mövqeyindən çxış etməklə məhkəmə hesab edir ki, nə qədərki, hökm çıxarılarkən Təqsirləndirilən şəxs müdafiə hüququndan irəli gələn təminatlardan istifadə edə bilməmişdir, xx.xx.2023-cü il tarixli hökm onun hazırda ittiham olunduğu cinayət əməlinə münasibətdə preyudisial əhəmiyyətə malik deyildir. Bundan əlavə məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli Bakı şəhəri Sabunçu rayon məhkəməsinin hökmü ilə Şahid1 əməlinin xuliqanlıq kimi qiymətləndirilməsi heç vəchlə Təqsirləndirilən şəxs də əməlinin xuliqanlıq kimi qələmə verilməsi üçün əsas ola bilməz. Nəzərə çatdırılmalıdır ki, Təqsirləndirilən şəxs özünün iştirakı olmadan keçirilmiş məhkəmə iclasları ilə şəxsin xuliqanlıq etməsini müəyyənləşdirmək qeyri-mümkündür. İlk öncə məhkəmə qeyd edir ki, iş materillarında göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən cinayət işi üzrə icraat 09 may 2022-ci il və 19 iyul 2022-ci il tarixlərdə Təqsirləndirilən şəxs xəstələnməsi əsas gətirilərək cinayət işi üzrə icraat CPM-nin 53.1.4cü maddəsinə əsasən dayandırılmışdır. Halbuki, CPM-nin 53.3.4-cü maddəsində göstərilmişdir ki, müvafiq olaraq stasionar tibb müəssisəsinin şəxsin ağır xəstəliyini təsdiq edən tibbi rəyi olduğu halda CPM-nin 53.1.4-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat dayandırıla bilər. Göründüyü kimi, təqsirləndirilən şəxs barəsində ağır xəstəliyi ilə bağlı heç bir tibbi rəy olmadan qanunsuz olaraq ibtidai istintaq orqanı dəfələrlə CPM-nin 53.1.4-cü maddəsinə əsasən icraatı dayandırmış, cinayət işinin vaxtında araşdırılmasına süni maneə yaratmışdır. Bundan başqa, sübutların qiymətləndirilməsi haqqında 31 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işinin materiallarından CM-nin 221.3-cü maddəsi ilə başqa cinayət işinin ayrılması qərara alınmışdır. 01 aprel 2023-cü il tarixli çağırış vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs istintaqa çağırılması ilə bağlı çağırış vərəqəsi göndərilmişdir. Şəxsin məcburi gətirilməsi barədə 06 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaq orqanına məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan olunması haqqında 09 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtaış elan edilməsi və tutularaq Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin MSY-nə təhvil verilməsi qərara alınmışdır. Göründüyü kimi ibtidai istintaqı aparan müstəntiq təqsirləndirilən şəxsin tapılması istiqamətində müvafiq hərəkətlər etmədən, məcburi gətirilməsi barədə, axtarış elan edilməsi barədə qərar qəbul etmədən nədənsə 31 mart 2023-cü il tarixdə əsassız cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində başqa cinayət işinin ayrılması barədə qərar qəbul etmiş, qərar qəbul etdikdən sonra təqsirləndirilən şəxsə 01 aprel 2023-cü il tarixli çağırış vərəqəsi göndərmiş, 06 aprel 2023-cü il tarixdə onun məcburi gətirilməsi barədə qərar qəbul etmiş, onun icra edilib edilməməsi barədə məlumat əldə etmədən 3 gün sonra 09 aprel 2023-cü il tarixdə onun barəsində axtarış elan etmişdir. Beləliklə də, müvafiq hüquqi və faktiki əsaslar olmadan, cinayət işinin ayrılması cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında araşdırılmasına maneələr yaradacağını bilərək istintaq orqanı tərəfindən əsassız olaraq hazırki cinayət işi ayrılmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPMnin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə cinayətdə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət işi üzrə icraata xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı : Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar