Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-831/2025 09.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid1, Müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Şahid2 iştirakları ilə xx.xx.2008-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada avtomobil yağı dəyişilən yerdə usta köməkçisi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə seksual xarakterli digər hərəkətlər etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, ümumi tanışlarının vasitəsi ilə tanış olaraq sosial şəbəkə üzərindən “İnstagram" proqramında ünsiyyət etdiyi xx.xx.2011-ci ildə doğulmaqla on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs ilə cinsi etirasını təmin etmək məqsədi ilə, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonunda yerləşən Böyükşor gölünün yanındakı parkda ağaclığın dibində, qarşılıqlı razılıq əsasında Zərərçəkmiş şəxs soyunduraraq cinsiyyət orqanını arxa keçəcək nahiyəsinə salmaqla qeyri-təbii yolla cinsi etirasını təmin edib on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs ilə seksual xarakterli digər hərəkətlər etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs özünü təqsirli hesab edərək ifadəsində göstərdi ki, 17 yaşı vardır, fərdi qaydada avtomobil yağı dəyişilən yerdə usta köməkçisi işləyir. X2 anası Şahid2 2006-cı ildə ailə həyatı qurmuşlar, 2021-ci ildən rəsmi olaraq ayrılmışlar. Atası ondan ayrı yaşayır. Anası və ya 10 yaşlı bacısı işləmirlər, evdə yalnız o, işləyir və ailəni özü dolandırır. Zərərçəkmiş şəxs və ya onun ailə üzvləri ilə heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. 2024-cü ilin fevral ayında ondan yaşca böyük olan Məhəmməd kimi çağırdıqları Turan adlı tanışı Sumqayıt şəhərində yaşayan sevgilisi Cəmalə ilə görüşə getmişdir. O, atasının '‘VAZ-2106’’ markalı avtomobilini sürdüyündən Məhəmməd görüşə onunla birgə idarə etdiyi avtomobildə getmişdir. Cəmalə də görüşə Pəri ilə gəlmişdir. Həmin şəxslərlə Sumqayıt şəhərinin dənizkənarı parkında, “Göyərçin” adlanan kafenin ətrafında gəzişmişlər. Həmin vaxt o, Pəri ilə tanış olmuş, istifadəsində olan ***-***-**-** nömrəsini Pəriyə vermiş və “İnstagram" proqramında “77 Eraz" adlı səhifə işlətdiyini bildirmişdir. Pəri demişdir ki, telefonu yoxdur, yalnız anasının “İnstagram" proqramındakı səhifəsindən onunla əlaqə saxlayacaq. Görüşlərindən sonra Pəri ilə “İnstagram" proqramı üzərindən yazışmağa başlamış və Pəri ilə sevgili olmuşlar. Pəri ilə 2 ay, yəni 2024-cü ilin aprel ayınadək yazışdıqdan sonra Pəri xatırlamadığı sözünə görə ondan inciyərək “İnstagram” səhifəsini blok etmişdir. Yalnız 6 ay sonra, yəni 2024-cü ilin noyabr ayında Pəri “İnstagram” proqramındakı səhifəsini blokdan çıxardıqdan sonra Pəri ilə yazışmağa davam etmişlər. xx.xx.2024-cü il tarixdə Pəri dərsdən çıxaraq oxuduğu məktəbin yaxınlığında yaşayan rəfiqəsi Sevdanın evinə getmişdir. Orada olarkən Pəri Sevdanın telefonundakı “instagram" proqramında olan öz səhifəsindən onunla yazışmağa başlamışdır. Nənəsi və babası Gəncə şəhərinin yaxınlığında yerləşən Goranboy rayonunun Dəliməmmədli şəhərində yaşadıqlarından Pəri ilə “instagram” proqramı üzərindən yazışarkən qərara gəlmişlər ki, bir yerdə olmaları və gəzmələri üçün Gəncə şəhərinə getsinlər, gecəni nənəsinin evində qalsınlar. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Pəri rəfiqəsi Sevdanın evindən, Sevdanın telefonundakı “instagram” proqramında olan səhifəsindən ona yazaraq Sevdanın evində olduğunu bildirmiş və Gəncə şəhərinə getmələri üçün harada görüşəcəklərini soruşmuşdur. Cavabında Pəriyə yazmışdır ki, Sumqayıt şəhərindəki avtovağzala getsin, özü də avtovağzala gələcək. O, Bakı şəhərindən taksiyə minərək Sumqayıt şəhər avtovağzalına yola düşmüş, saat 17 radələrində avtovağzala çatmış, orada onu gözləyən Pərini həmin taksiyə mindirərək Bakı şəhərinə qayıtmışlar. Bakı şəhərində metronun "20 Yanvar” stansiyasının yaxınlığında taksidən düşərək metroya minmişlər. Saat 20 radələrində metronun "Koroğlu” stansiyasından çıxaraq stansiyanın yaxınlığında, Sabunçu rayonu ərazisində yerləşən Böyükşor gölünün yanındakı parkda gəzişmişlər. Pəri ilə birgə metronun “Koroğlu" stansiyasının yaxınlığındakı obyektlərin birində çay içmişlər, şirniyyat və dönər yeyib yenidən parka qayıtmışlar. Həmin tarixdə, yəni xx.xx.2024-cü il tarixdə saat 22 radələrində cinsi ehtirasını təmin etmək məqsədi ilə metronun “Koroğlu” stansiyasının yaxınlığında, Böyükşor gölünün yanındakı parkda, avtomobil körpüsünün hasarı ilə ağaclığın arasında, ağacın dibində, Pəri ilə təxminən 30 dəqiyqə öpüşmüşlər. Bundan sonra Pəri əynində olan paltarlarını soyunmuş, o, da öz əynində olan paltarlarını çıxarmışdır. Hər ikisi lüt bədənlə qucaqlaşaraq öpüşməyə davam etmişlər. Daha sonra Pəri öz istəyi ilə yaşıllığın üzərinə əllərini və dizlərini qoyaraq arxa tərəfini ona tərəf çevirmişdir. O, durmuş, yəni sərtləşmiş vəziyyətdə olan cinsiyyət orqanını Pərinin arxasına salmışdır. O, Pəri ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuş, həmin vaxt ehtirasını təmin edərək, yəni spermasını Pərinin arxasına boşaldaraq dərhal cinsiyyət orqanını Pərinin arxasından çıxarmışdır. Artıq ehtirasını təmin etdiyindən, həmçinin xeyli müddət keçdiyindən Pəri ilə razılaşmışlar ki, hərəkətlərini yekunlaşdırsınlar. Hər ikisi paltarlarını geyinərək parkda gəzişməyə davam etmişlər. Təxminən 1 saat sonra, yəni xx.xx.2024-cü il tarixdə saat 23 radələrində yenidən Pərinin razılığı ilə həmin yerdə hər ikisi soyunmuşlar. Pəri ilə qucaqlaşıb öpüşərkən Pəri bildirmişdir ki, təbii yolla, yəni cinsiyyət orqanı vasitəsi ilə cinsi əlaqədə olsunlar. Pəri arxası yerə, yaşıllığın üzərinə uzanmış, o, da Pərinin üstünə uzanmışdır. Həmin vaxt təcrübəsiz olduğundan cinsiyyət orqanını təzyiqlə Pərinin cinsiyyət orqanına salarkən səhf etmirsə cinsiyyət orqanını düzgün istiqamətləndirmədiyinə görə cinsiyyət orqanı Pərinin cinsiyyət orqanına girmədən Pərinin cinsiyyət orqanından qan axmağa başlamışdır. Pəri ağrı hiss etdiyindən qışqırmış, o, dərhal Pərinin üstündən qalxmış və hər ikisi hərəkətlərini dayandırmışlar. O, elə zənn etmişdir ki, Pərinin qızlıq pərdəsinin tamlığını pozmuşdur. Odur ki, yaxınlıqdakı sanitar qovşağına getmişlər və orada Pəri cinsiyyət orqanından axan qanı yumuş, sonra yenidən parka qayıdaraq səhərədək, yəni xx.xx.2024-cü il saat 08 radələrinədək parkda gəzişmişlər. Yorulduqlarından dincəlmək istəmişlər, lakin qalmağa yerləri olmamışdır. Otellər baha olduğundan Olimpiya Stadionunun yaxınlığındakı 1 gecəsi 5 manata olan gündəlik həyət evi tapmış və xx.xx.2024-cü il tarixdə saat 10 radələrindən başlayaraq ayrı-ayrı otaqlarda həmin 5 manatlıq evdə dincəlmişlər. 1 otaqda 7-8 nəfər yaşadığından, həmçinin pulu qurtardığından həmin tarixdə saat 23 radələrində qərar vermişdir ki, nənəsinin Goranboy rayonu Dəliməmmədli şəhərindəki evinə getsinlər. Pəri ilə birgə olması barədə anası Günel bilmiş, sonradan atası Raminin də məlumatı olmuş və atası bu barədə Dəliməmmədli şəhərində yaşayan nənəsi ilə babasına demişdir. xx.xx.2024-cü il tarixdə saat 23:30 radələrində metronun "Koroğlu" stansiyasından "Avtovağzal” stansiyasına getmişlər. O, atasına zəng edərək Dəliməmmədli şəhərinə gedəcəyini deyib kartına pul köçürməsini istəmişdir. Atası onu və Pərini ayrı yaşadığı evinə dəvət etmiş, lakin o, razılaşmamış, Dəliməmmədli şəhərində yaşayan nənə və babasının evinə gedəcəklərini bildirmişdir. O, Pəri ilə birgə avtovağzalda, Bakı-Gəncə şəhərlərarası sərnişin daşıyan “Mercedes” markalı, “C” modelli avtomobilə minmişlər. O, Pəri ilə birgə arxada oturmuş, onunla Pəridən başqa avtomobildə 2 nəfər sərnişin də olmuşdur. O, sürücüyə pulu Goranboy rayonunun Dəliməmmədli şəhərində nənəsindən alaraq verəcəyini demiş, sürücü onunla razılaşmışdır. xx.xx.2024-cü il tarixdə saat 04 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhərinə çatmışlar. Onunla Pərini nənəsi ilə babası qarşılamış və taksi sürücüsünün 40 manat pulunu vermişlər. O, gecəni nənəsinin kürsülü olan həyət evində Pəri ilə ayrı-ayrı otaqlarda yatmışlar, Pəri nənəsi ilə birgə yatmışdır. xx.xx.2025-ci il tarixdə səhər saatlarında atasının bibisi biz qaldıqları evə gəlmiş və Pərini nənəsinin evinə gətirdiyinə görə onunla mübahisə etmişdir. Atasının bibisinə görə nənəsinin evindən getmək istəsə də, nənəsi razı olmamış, atasının bibisi nənəsindən narazı qalaraq özü evdən getmişdir. Təxminən yarım saat keçdikdən sonra nənəsinin evinə polis əməkdaşları gəlmiş və onunla Pərini Goranboy rayon Polis şöbəsinə təhvil vermişlər. Goranboy rayon Polis şöbəsinə gələn Sumqayıt şəhərinin polis əməkdaşları onunla Pərini Sumqayıt ŞPİ-nin 2-ci PB-yə gətirmişlər. Pəri onunla könüllü olaraq görüşüb Goranboy rayonunun Dəliməmmədli şəhərinə getmiş, həmçinin Pəri öz istəyi ilə onunla cinsi əlaqədə olmuşdur.Pərinin ondan 3 yaşbalaca olduğunu bilmişdir. Əməlindən peşmandır, ailəni işləyərək o dolandırır, nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndənin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə 8 C sinifində oxuyur, dərsi hər gün saat 08-də başlanır. Oxuduğu 9 saylı tam orta məktəb yaşadıqları evdən çox uzaqda yerləşir, evdən məktəbə getməsi üçün 2 avtobus dəyişir, əvvəlcə 3 nömrəli avtobusa minərək Sumqayıt şəhər bazarının qarşısında düşür, oradan isə 10 nömrəli avtobusa minərək 9 saylı tam orta məktəbə gedir. Hazırda Sumqayıt şəhərində “Kotej” adlanan həyət evlərində yaşasa da, hadisə baş verən ərəfədə, yəni, 2024-cü ilin dekabr ayında Sumqayıt şəhərinin Yaşma qəsəbəsində anası, qardaşı və atalığı ilə birgə kirayədə yaşamışdır, Təqsirləndirilən şəxs 2024-cü ilin fevral ayından tanıyır, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. O, 2007-ci il təvəllüdlü tanışı Cəmalə ilə rəfiqəlik edir, ondan 4 yaş böyük olmasına baxmayaraq mehriban münasibətləri var. 2024-cü ilin fevral ayında Cəmalə sevgilisi olan Turan kimi çağırdıqları Məhəmməd adlı şəxslə Sumqayıt şəhərində görüşə gedərkən onu da özü ilə aparmışdır. Turan isə görüşə sonradan tanıyıb adını bildiyi Təqsirləndirilən şəxsla birgə gəlmişdir. O, həmin şəxslərlə Sumqayıt şəhərinin dənizkənarı parkında, “Göyərçin” adlanan kafenin ətrafında görüşüb gəzişmişlər. Həmin vaxt Romanla tanış olmuş, onun telefonu olmadığına görə Romana telefon nömrəsi verə bilməmiş, lakin Roman özünün ***-***-**-** nömrəsini ona vermiş və “İnstagram" proqramındakı "77 Eraz" adlı səhifəsinin olduğunu demişdir. Romanın “77 Eraz" səhifəsini yaddaşında saxlamışdır ki, Romanla zərurət yarandıqda “instagram" proqramı üzərindən ünsiyyət edə bilsinlər. Belə ki, telefonu olmasa da, anasının “Redmi” markalı telefonundakı “instagram” proqramında öz adına gizlin səhifə açmış və həmin səhifəni anasının telefonunda kodla gizlətmişdir ki, anası və ya qardaşı telefonda onun səhifəsini görə bilməsinlər. Görüşlərindən sonra Romanla “instagram" proqramı üzərindən yazışmağa başlamış, Romanla sevgili olmuş, çox mehriban münasibətləri yaranmışdır. Roman onun 9 nömrəli tam orta məktəbin 8-ci sinifində oxumasını və digər bütün şəxsi məlumatlarını bilmişdir. Romanla 2 ay, yəni 2024cü ilin aprel ayınadək yazışdıqdan sonra Romanın xatırlamadığı sözü xətrinə dəydiyindən Romanın “instagram” səhifəsini blok etmişdir. Yalnız 6 ay sonra, yəni 2024-cü ilin noyabr ayında maraq üçün Romanı anasının telefonundakı “İnstagram” səhifəsindən blokdan çıxarmışdır. Dərhal Roman ona “salam” sözü yazmış, cavabında o, da Romana “əleykim salam” mesajını göndərmişdir. Bundan sonra biri- biriləri ilə hal əhval tutmuşlar və hadisə baş verən günədək, yəni xx.xx.2024-cü il tarixədək yazışmışlar. xx.xx.2024-cü il tarixdə dərsdən çıxıb onunla paralel 8 D sinifində oxuyan, oxuduğu məktəbin yaxınlığında yaşayan rəfiqəsi Sevdanın evinə getmişdir. Sevdanın evində olarkən Sevdanın telefonundan “instagram” proqramındakı öz səhifəsindən Romanla yazışmağa başlamışdır. Romanla "İnstagram" proqramı üzərindən yazışarkən qərara gəlmişlər ki, bir yerdə olmaları və gəzmələri üçün Romanla birgə Gəncə şəhərinə getsinlər, gecəni Gəncə şəhərinin yaxınlığında yerləşən Romanın nənəsinin yaşadığı Goranboy rayonunun Dəliməmmədli şəhərində qalsınlar. Həmin tarixdə anası işdən çıxdıqdan sonra onu Sevdanın evindən götürərək özlərinin kirayə qaldıqları evlərinə aparmışdır. Həmin vaxt o, məktəb çantasını Sevdanın evində unutmuş, yolda olarkən anası bildirmişdir ki, narahat olmasın, növbəti gün çantasını Sevdanın evindən götürüb sonra dərsə gedər. xx.xx.2024cü il tarixdə o, çantasını götürməsi üçün məktəbin yaxınlığında rəfiqəsi Sevdanın evinə getmişdir. Sevdanın evində 1-2 saat oturduqdan sonra Sevdanın telefonu ilə öz "İnstagram” səhifəsinə girərək Romana mesaj yazmışdır. Mesajda göstərmişdir ki, Sevdanın evindədir, Gəncə şəhərinə getmələri üçün harada görüşəcəklərini desin. Cavabında Roman yazmışdır ki, Sumqayıt şəhərindəki avtovağzala gedib orada onu gözləsin. O, Sevdaya bildirmişdir ki, guya çantasını götürüb evinə gedir, lakin 10 nömrəli avtobusa minərək Sumqayıt şəhər avtovağzalına getmiş, saat 15 radələrindən avtovağzalın girişində Romanı gözləmişdir. Saat 17 radələrində Roman taksidə avtovağzala gəlmiş, onu həmin taksi ilə götürüb Bakı şəhərinə qayıtmışdır. Saat 20 radələrində metronun "Koroğlu” stansiyasından çıxaraq Böyükşor gölünün yanındakı parkda gəzişmişlər. O, Romanla birgə metronun “Koroğlu" stansiyasının yaxınlığındakı obyektlərin birində çay içmişlər, şirniyyat və dönər yeyərək yenidən parka qayıtmışlar. Həmin tarixdə, yəni xx.xx.2024-cü il tarixdə saat 22 radələrində metronun “Koroğlu" stansiyasının yaxınlığında, Böyükşor gölünün yanındakı parkda, avtomobil körpüsünün hasarı ilə ağaclığın arasında, ağacın dibində, Romanla təxminən 30 dəqiqə öpüşmüşlər. Bundan sonra Roman əynində olan paltarlarını soyunmuş, o, da əynində olan bütün paltarlarını çıxararaq lüt bədənə Romanla qucaqlaşaraq öpüşməyə davam etmişlər. Daha sonra o, öz istəyi ilə yerdəki yaşıllığın üzərinə əllərini və dizlərini qoyaraq arxa tərəfini Romana tərəf çevirmiş, Roman cinsiyyət orqanını arxasına salmışdır. O, Romanla qeyritəbii yolla cinsi əlaqədə olmuş, arxasında ağrıları olsa da, dözmüş və bir müddət sonra Roman dayanaraq cinsiyyət orqanını arxasından çıxarmışdır. Hər ikisi paltarlarını geyinərək parkda gəzişməyə davam etmişlər. Təxminən 1 saat sonra, yəni xx.xx.2024-cü il tarixdə saat 23 radələrində yenidən onun razılığı ilə həmin yerdə hər ikisi soyunmuşlar. Romanla qucaqlaşıb öpüşərkən Romana bildirmişdir ki, onunla təbii yolla, yəni cinsiyyət orqanı vasitəsi ilə cinsi əlaqədə olsun. O, yaşıllıq üzərinə arxasıüstə uzanmış, Roman da onun üstünə uzanmışdır. Həmin vaxt Roman cinsiyyət orqanını təzyiqlə onun cinsiyyət orqanına salarkən Romanın cinsiyyət orqanı onun cinsiyyət orqanına girmədən onun cinsiyyət orqanından qan axmağa başlamışdır. O, ağrıdığından qışqırmış, dərhal Roman üstündən qalxaraq hər ikisi hərəkətlərini dayandırmışlar. O, elə zənn etmişdir ki, Roman onun qızlıq pərdəsinin tamlığını pozmuşdur. O, yaxınlıqdakı sanitar qovşağına getmiş və orada cinsiyyət orqanından axan azacıq qanı yumuş, sonra yenidən parka qayıtmış və səhərədək, yəni xx.xx.2024-cü il saat 08 radələrinədək parkda gəzişmişlər. O, yorulduğundan dincəlmək istəmiş, lakin qalmağa yerləri olmamışdır. X1 yaxınlığındakı 1 gecəsi 5 manata olan gündəlik həyət evi tapmış və xx.xx.2024-cü il tarixdə saat 10 radələrindən başlayaraq ayrı-ayrı otaqlarda dincəlmişlər. 1 otaqda 7-8 nəfər yaşadığından, həmçinin Romanın pulu qurtardığından saat 23 radələrində Roman nənəsinin Goranboy rayonunun Dəliməmmədli şəhərində yerləşən evinə getmələrini istəmişdir. Roman atasına zəng edərək Goranboy rayonunun Dəliməmmədli şəhərinə gedəcəklərini deyib kartına pul köçürməsini istəmişdir. O, Romanla birgə avtovağzalda, Bakı-Gəncə şəhərlərarası sərnişin daşıyan “Mercedes" markalı, “C” modelli avtomobilə minmişlər. O, Romanla birgə arxada oturmuş, onlardan başqa avtomobildə 2 nəfər sərnişin də olmuşdur. Roman sürücüyə pulu Goranboy rayonunun Dəliməmmədli şəhərində nənəsindən alaraq verəcəyini demiş, sürücü Romanla razılaşmışdır. xx.xx.2024-cü il tarixdə saat 04 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhərinə çatmışlar, onları Romanın nənəsi və babası qarşılamış və taksi sürücüsünün 40 manat pulunu vermişlər. Romanın nənəsi onlara yemək vermiş və gecəni Romanın nənəsinin kürsülü olan həyət evində ayrı-ayrı otaqlarda yatmışlar, o, Romanın nənəsi ilə birgə yatmışdır. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Romanın babasının bacısı, yəni atasının bibisi qaldıqları evə gəlmiş və onu nənəsinin evinə gətirdiyinə görə Romanla mübahisə etmişdir. Həmin qadına görə Romanla birgə evdən getməyə qərar vermişlər, lakin Romanın nənəsi getmələrinə imkan verməmişdir. Sonra Romanın babasının bacısı özü gedəcəyini demiş və evdən getmişdir. Təxminən yarım saat keçdikdən sonra Romanın nənəsinin evinə polis əməkdaşları gəlmiş və onları Goranboy rayon Polis şöbəsinə təhvil vermişlər. Goranboy rayon Polis şöbəsinə gələn Sumqayıt şəhərinin polis əməkdaşları onları Sumqayıt ŞPİ-nin 2-ci PB-yə gətirmişlər. O, könüllü olaraq Romanla görüşmüş, öz istəyi ilə Romanla cinsi əlaqədə olmuş və Goranboy rayonunun Dəliməmmədli şəhərinə getmişdir. Odur ki, Romandan şikayətçi deyil, barışmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid1 zərərçəkmiş şəxsin ifadəsinə oxşar məzmunda ifadə verərək həmin xüsusatları özünə aid hissədə təsdiq edərək, hazırda təqsirləndirilən şəxsdən şikayətçi olmadıqlarını, təqsirləndirilən şəxslə və onun ailəsi ilə barışdıqlarını bildirərək azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baxış keçirilməsi haqqında xx.xx.2025 və xx.xx.2025-ci il tarixli protokollardan görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonunda yerləşən Böyükşor gölünün yanındakı parka baxış keçirilmiş, bu barədə fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir(i.v.11-13, 25-27); Məhkəmə Tibb Ekspertiza və Patoloji Anatomiya birliyinin Bakı şəhər şöbəsinin xx.xx.2024-cü il tarixli 592 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmətibbi ekspertiza müayinəsi zamanı sol saiddə aşkar olunmuş çapıq izləri kəsici kənarlı və yaxud iti uclu əşya (əşyaların) təsirindən törənmişlər, törənmə müddəti müayinədən 1 ildən artıq müddətə uyğun gəlir. Qeyd olunan bu xəsarətlər sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmayıb, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Qızlıq pərdəsində aşkar olunmuş qansızma müayinədən 2-3 gün əvvələ uyğun gəlir, cinsi əlagəyə cəhd zamanı da yarana bilərdi. Arxa keçəcək nahiyəsində qeyritəbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək nahiyəsində xəsarət və ya xəsarət izi aşkar olunmadıqda müddət haqqında fikir söyləmək mümkün deyildir(i.v.28-31); İş materiallarında olan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxsla barışdıqlarını, heç bir şikayət və tələbi olmadıqlarını, aparılan araşdırmanın dayandırılmasını xahiş etmişdir(i.v.44); Kompleks ambulator-məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 2601 nömrəli rəyinin məhkəmə-psixiatrik ekspertizası üzrə yekin hissəsində göstərilmişdir ki, Zərərçəkmiş şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Zərərçəkmiş şəxs həmçinin ona qarşı törədilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs hazırki psixi vəziyyətinə görə ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir etmək iqtidarındadır. -Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissəsində isə göstərilmişdir ki, Zərərçəkmiş şəxs ona qarşı olan hərəkətlərin xarakterini, mahiyyətini dərk etmək və həmin hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla, onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri aşkar edilmir. Zərərçəkmiş şəxs özündən uydurmağa meyillilik aşkar edilmir. Zərərçəkmiş şəxs baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır(i.v.75-78); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 23 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:55 radələrində CM-nin 152.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur(i.v.102); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmişdir(i.v.132-134); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, həmin qərar ona saat 11:45-də elan edilmişdir(i.v.135-136); Məhkəmə Tibb Ekspertiza və Patoloji Anatomiya birliyinin Bakı şəhər şöbəsinin xx.xx.2025-ci il tarixli, 503 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Xarici cinsiyyət üzvü nahiyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansı bir patologiya, anomaliya aşkar edilmədi(i.v.149-151); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur(i.v.164); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, işi üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl CM-nin 152.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən eyni əməllər on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 №-li qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsiilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Plenum qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hazırki cinayət əməlini yetkinlik yaşına çatmayan dövrdə törətməsini(CM-59.1.2), zərərçəkmiş şəxslə barışıq əldə etməsini(CM-59.1.12), əməlindən səmimi peşmançılıq çəkməsini(CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarının 11-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 152.2-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı dövrdə cinayət törətmiş, hazırkı iş üzrə cinayət əməli onun hər hansı vəzifə tutması və ya fəaliyyətlə məşğul olmasından irəli gəlməmişdir. Qanunvericilik maddənin sanksiyasında əlavə cəza növü olan müəyyən vəzifə tutuma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının tətbiqini imperativ norma olaraq deyil, əksinə dispozitiv norma kimi qeyd etmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün tətbiq olunmasına zərurət yoxdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə təyin edilən cəzanın çəkilməli olub-olmaması haqqında məsələnin həlli zamanı qeyd olunan cəzanı yüngülləşdirən halların olmasını, cinayətin baş vermə şəraitini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin ictimai təhlükəlilik dərəcəsini, həmçinin aşağıdakıları nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən də islah olunması mümkündür, ona görə də onun barəsində CM-nin 70-ci maddəsi tətbiq olunaraq ona təyin edilən cəzanın sınaq müddəti tətbiq edilməklə şərti hesab edilməsi cəzanın məqsədlərinə nail olunması üçün daha məqsədəm üvafiqdir. Çünki, cəzanın 3 məqsədi müəyyən olunub: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM, maddə 41.2). Şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas - məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməyib (CM, maddə 70.1). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzaların İcrası Məcəlləsi, maddə 8.1). Təqsirləndirilən şəxsin ittiham olunduğu qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, əməlindən səmimi peşmançılıq çəkməsini, hazırki cinayət əməlini yetkinlik yaşına çatmayan dövrdə törətməsini, hazırda da yetkinlik yaşına çatmadığını, işləyərək ailəni dolandırmasını, zərərçəkmiş şəxslə barışıq əldə edərək onunla barışması kimi mühüm əhəmiyyət kəsb edən yüngülləşdirici halların məcmusu nəzərə alınmaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsi, eləcə də ailəsini ciddi məhrumiyyətlərə düçar edər. Təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür. Buna görə də məhkəmə təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tаriхli qərаrının 2-ci bəndində nəzərdə tutulаn “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli qərarında dəyişiklik edilmiş və həmin dəyişikliyə əsаsən məhkəmələrə tövsiyə еdilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Məhkəmə bахışı zаmаnı müəyyən еdilmişdir ki, təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs 23 noyabr 2025-ci il tarixdən 24 noyabr 2025-ci il tarixədək tutulmuşdur. Qеyd оlunаnlаrа əsаsən məhkəmə bеlə nəticəyə gəlir ki, təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs bаrəsində Azərbaycan Respublikası CM-nin 158.6-cı mаddəsinin tələbləri (məhkəməyədək, hаbеlə birinci və аpеllyаsiyа instаnsiyаsı məhkəmələrində həbsdə və yа еv dustаqlığndа sахlаnılаn müddətin cəzа müddətinə dахil еdilməsi) tətbiq еdilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********0000001944, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-831/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-831/2025
09.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver