Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-833/2023 06.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızınıın sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X13 və müdafiəçisi Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X9 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi : X13 zərərçəkmiş şəxs X1 qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Belə ki, X13 05 avqust 2023-cü il tarixdə saat 13 radeiərində, yaşadığı Bakı şəheri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vazirov küçəsi, döngə 4, nömrəsiz fərdi evin həyətində olan zaman X12 ilə aralarında yaranmış mübahisə zamanı qəsdən sonuncunun sifət nahiyəsindən bir dəfə yumruqla vurduqdan sonra sağ ayağından təpiklə vurub sol göz almasının ağlı qişasına qansızma, sol göz yuvasıaltı nahiyənin sıyrıq-qançırı və sağ baldır nahiyəsinin qançırı ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə hazırlıq iclası zamanı dövlət ittihamçısı yazılı vəsatət verərək X9 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmə hazırlıq iclası zamanı baxılmasına xitam verilərək, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Vəsatəti onunla əsaslandırmışdır ki, X12 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nə şikayət ərizəsi ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 4, fərdi nömrəsiz evin həyətində Şahlar Quliyev tərəfindən qəsdən döyülməsini göstərmişdir. Həmin ərizə əsasında Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Ramin Kəngərli tərəfindən 05 avqust 2023-cü il tarixdə məhkəməyədək sadələşdirilmiş icraat başlanmışdır.X13 barəsində məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokoldan görünür ki, X15 oglu 05 avqust 2023-cü il tarixdə saat 13 radələrində, yaşadığı Bakı şeheri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vazirov küçəsi, dongə 4, nömrəsiz fərdi evin həyətində olan zaman X14 oglu ila aralannda yaranmış mübahisə zamanı qəsdən sonuncunun sifət nahiyəsindən bir dəfə yumruqla vurduqdan sonra sağ ayağından təpiklə vurub sol goz almasının ağıl qişasına qansızma, sol goz yuvasıaltı nahiyənin sıyrıq-qançırı ve sağ baldir nahiyəsinin qançırı ila nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur.X13 barəsində 25 avqust 2023-cü il tarixdə CM-nin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair tərtib edilmiş yekun protokol ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabunçu rayon prokuroru, baş ədliyyə müşaviri İbrahim Ləmbəranski tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Sabunçu rayon məhkəməsinə göndərilmişdir.Qeyd edilən məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə məhkəmənin hazırlıq iclası 06 sentyabr 2023-cü il tarixə təyin edilmiş və material məhkəmənin hazırlıq iclasına qədər tərəfindən öyrənilərkən müəyyən edilmişdir ki, məhkəməyədək icraatın ibtidai istintaq şəklində aparılmasının məcburiliyinə dəlalət edən halların olmasına baxmayaraq, əsassız olaraq hazırki material üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat aparılmışdır. Belə ki, iş materiallarında olan X9 barəsində olan tələbnamədən görünür ki, Xəzər rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən sonuncu CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində CMnin 93.1.1-ci maddəsi tətbiq edilərək ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilmişdir. X9 məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, Tərtər RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış X13 döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin iyun ayında aldığı və xx.xx.2018-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 canlı şəxsin məhkəmə tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələridiaqnoz: odlu silah qəlpə yaralanmalarından sonra başın ənsə nahiyəsinin sağ yarısında bir ədəd, sağ qaş nahiyəsində bir ədəd, sağ baldırın orta 1/3-nin ön-içəri səthində iki ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd köhnə çapıq toxumalar” hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Bundan başqa, onun məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X16 Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 645 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023cü il 3-28/3-1-118/2-2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq X13 Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub və ona “baş beynin xəstəliyi nəticəsində yaranan şəxsiyyətin kəskin ifadə olunmuş paranoid inkişafı, dekompensasiya mərhələsində, anamnezində qıcolma tutmaları, demensiyanın başlanması istisna olunmur” diaqnozu qoyulmuşdur. Bundan başqa, onun məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında X2 müayinəsinə dair xx.xx.2018-ci il tarixli məlumatından görünür ki, X10 “baş beynin xəstəliyi, zədələnməsi və ya ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozuntuları, şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disfunksiyası zamanı qalıq əlamətləri və ya yanaşı gedən, QKBT-nin davamlı qalıq əlamətləri. MSS-nin üzvü xəstəliyi nəticəsində şəxsiyyətin kəskin ifadə olunmuş paranoid inkişafı, dekompensasiya mərhələsində, tez-tez baş verən qıcolma tutmaları ilə, hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və qəlpələrlə törənmiş zədələnmələr, odlu silah qəlpə yaralanmasından sonra başın başın ənsə nahiyəsinin sağ yarısında bir ədəd, sağ qaş nahiyəsində bir ədəd, sağ baldırın orta 1/3-nin ön-içəri səthində iki ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd köhnə çapıq toxumalar” diaqnozu qoyulması ilə əlaqədar ona 2-ci dərəcəli müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il Ns 8 qərarının 3- cü bəndinə əsasən şübhəli, təqsirləndirilən şəxsə və məhkuma əvvəllər psixi pozuntu diaqnozu qoyulması, psixiatrik kömək göstərilməsi, psixiatrik stasionarına yerləşdirilməsi, başqa cinayət işi üzrə anlaqsız hesab edilməsi, psixi vəziyyətinə görə hərbi xidmətə yararsız hesab edilməsi, psixi inkişafı zəif və məhdud olan şəxslər üçün məktəblərdə təhsil alması, əvvəllər kəllə-beyin travması alması, habelə mümkün psixi pozuntunun mövcudluğuna dəlalət edən hərəkətlərindəki və ifadələrindəki qəribəliklər, özünün psixi nigarançılığı barədə şəxsi mülahizələri və s. belə şübhələr olduqda CPM-nin 140.0.2-ci maddəsinə əsasən məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi və keçirilməsi vacibdir.Göründüyü kimi, ibtidai araşdırma orqanı tərəfindən kifayət qədər əsaslar olmasına baxmayaraq, psixi xəstəlikdən əziyyət çəkən X9 hazırki material üzrə ittiham edildiyi CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayəti törədən zaman anlaqlı olub-olmaması vəziyyəti məhkəmə psixiatriya ekspertizası keçirilməklə müəyyən edilməmiş, X13 ilə bağlı prosessual hərəkətlər, o cümlədən dindirmə aparılarkən qanuni nümayəndə, psixoloqun iştirakı təmin edilməmiş və X13 barəsində göstərilən xüsusatlar yalnız istintaq yolu ilə yoxlanılmalı olduğu halda, ibtidai araşdırma əsassız olaraq sadələşdirilmiş şəkildə təhqiqat formasında aparılmışdır. Azərbaycan Respublikası CPMnin 293-1.0.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılmalı olduğu halda, ibtidai araşdırmanın böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində aparılmasına yol verilmir. Beləliklə, hazırki material üzrə ibtidai araşdırma ibtidai istintaq şəklində aparılmalı olduğu halda, əsassız olaraq məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat formasında aparılmışdır. Məhkəmə məhkəməyədək sadələşdirilmiş icraat materialını araşdıraraq hesab edir ki, məhkəməyədək sadələşdirilmiş icraat zamanı kobud pozuntulara yol verildiyindən dövlət ittihamçısının vəsatəti təmin edilməli, məhkəməyədək sadələşdirilmiş icraat materialının baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin xx.xx.2023-cü il tarixli 1902 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında qərarda göstərilənləri nəzərə alıb və ekspertiza qarşısına qoyulmuş suallara cavab olaraq nəticəyə gəlinmişdir ki, onun bədənində xəsarət aşkar edilməmişdir(i.v.23-24); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin xx.xx.2023-cü il tarixli 1903 nömrəli rəyindən görünür ki, vətəndaş X3 göz almasının ağlı qişasına qansızma, sol göz yuvasıaltı nahiyənin sıyrıqqançırı və sağ baldır nahiyəsinin qançırı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixdə yetirilməyə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir(i.v.25-26); Lakin, zərərçəkmiş şəxs qismində tanınma haqqında 11 avqust 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs hazırki iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v.28); Azərbaycan Respublikası CPM-nin 87-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. Göründüyü kimi, X12 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmalı olduğu halda Zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmçinin, zərərçəkmiş şəxs qismində tanınma haqqında 11 avqust 2023-cü il tarixdə qərar qəbul edilsə də, zərərçəkmiş şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə bildiriş 01 avqust 2023-cü il tarixli olmuş, həmin bildirişdə də zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs göstərilmişdir(i.v.31-32); Bundan başqa, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə müdafiəçi dəvət etmək hüququnun izah olunması və vəkillərin siyahısının ona təqdim edilməsi haqqında 12 avqust 2023-cü il tarixli protokoldan görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X10 Bakı şəhəri 07 saylı Vəkil Bürosunda işləyən adları aşağıda qeyd olunan vəkillərin siyahısı təqdim edilmiş və o, hüquqlarının ona təqdim olunmuş siyahıda adı göstərilən Müdafiəçi tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir(i.v.38); Cinayət əməlini törətmiş şəxsə müdafiəçi dəvət etmək hüququnun izah olunması və Sabunçu rayon 7 saylı Vəkillər Bürosunda işləyən vəkillərin siyahısının təqdim edilməsi haqqında 12 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Müdafiəçi adı həmin protokolda olmamışdır(i.v.36-37); Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə müdafiəçinin təqdim edilməsi haqqında 12 avqust 2023-cü il tarixli protokoldan görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X10 müdafiəçi X4 təqdim edilmişdir(i.v.44); Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ekspertiza təyin edilməsi haqqında qərar ilə tanış edilməsi və hüquqların izah edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X13 və onun müdafiəçisi Mirzəyev X8 Elbrus Nuruş oğlu barəsində məhkəmə-tibbi ekspertizası təyin etmək barədə xx.xx.2023-cü il tarixli qərarla tanış edilməsi göstərilmişdir(i.v.55); Lakin, məhkəmə-tibbi ekspertiza təyin etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X12 barəsində məhkəmə-tibbi ekspertizası təyin edilmişdir(i.v.17); məhkəmə-tibbi ekspertiza təyin etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs barəsində məhkəmə-tibbi ekspertizası təyin edilmişdir(i.v.19); Göründüyü kimi, iş üzrə məhkəmə-tibbi ekspertiza təyin etmək haqqında hər iki qərarla cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X13 və onun müdafiəçisi tanış edilməmişdir. Eyni zamanda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi ekspertiza rəyi ilə tanış etmə barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X13 19 iyul 2023cü il tarixli, 1695 saylı rəylə tanış edilmişdir(i.v.56); Halbuki, iş üzrə xx.xx.2023-cü il tarixli 1902 nömrəli və xx.xx.2023-cü il tarixli 1903 nömrəli məhkəmə tibbi ekspertiza rəyləri olmuş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs həmin rəylərlə tanış edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 91.5.20-ci maddəsinə əsasən ekspertizanın təyin olunması haqqında qərarla və ekspertin rəyi ilə tanış olmaq təqsirləndirilən şəxsin hüququdur. Yuxarıda göstərilənlərdən aydın olur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X9 müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Burada qeyd edilməlidir ki, cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən “nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) təqsirləndirilən şəxsin hüququdur. Göründüyü kimi, qanunvericilikdə müdafiə hüquqlarının təmin edilməsi cinayət prosesini həyata keçirən orqanın əsas vəzifələrindən biri kimi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, X9 tələbnaməsindən görünür ki, o, CM-nin 221.1-ci maddəsi ilə nəzərədə tutulmuş əməlin törədilməsi ilə əlaqədar Əzizbəyov rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarına əsasən CM-nin 95.0.2, 93.1.1-ci maddələrinə əsasən ümumi tipli psixatriya stasionarında məcburi müalicə təyin edilmişdir. X9 məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, Tərtər RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış X13 döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin iyun ayında aldığı və xx.xx.2018-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 canlı şəxsin məhkəmə tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: odlu silah qəlpə yaralanmalarından sonra başın ənsə nahiyəsinin sağ yarısında bir ədəd, sağ qaş nahiyəsində bir ədəd, sağ baldırın orta 1/3-nin ön-içəri səthində iki ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd köhnə çapıq toxumalar” hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Bundan başqa, onun məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X16 Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 645 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2-2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq X13 Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub və ona “baş beynin xəstəliyi nəticəsində yaranan şəxsiyyətin kəskin ifadə olunmuş paranoid inkişafı, dekompensasiya mərhələsində, anamnezində qıcolma tutmaları, demensiyanın başlanması istisna olunmur” diaqnozu qoyulmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında X2 müayinəsinə dair xx.xx.2018-ci il tarixli məlumatından görünür ki, X10 “baş beynin xəstəliyi, zədələnməsi və ya ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozuntuları, şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disfunksiyası zamanı qalıq əlamətləri və ya yanaşı gedən, QKBT-nin davamlı qalıq əlamətləri. MSS-nin üzvü xəstəliyi nəticəsində şəxsiyyətin kəskin ifadə olunmuş paranoid inkişafı, dekompensasiya mərhələsində, tez-tez baş verən qıcolma tutmaları ilə, hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və qəlpələrlə törənmiş zədələnmələr, odlu silah qəlpə yaralanmasından sonra başın başın ənsə nahiyəsinin sağ yarısında bir ədəd, sağ qaş nahiyəsində bir ədəd, sağ baldırın orta 1/3-nin ön-içəri səthində iki ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd köhnə çapıq toxumalar” diaqnozu qoyulması ilə əlaqədar ona 2-ci dərəcəli müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il Ns 8 qərarının 3-cü bəndinə əsasən şübhəli, təqsirləndirilən şəxsə və məhkuma əvvəllər psixi pozuntu diaqnozu qoyulması, psixiatrik kömək göstərilməsi, psixiatrik stasionarına yerləşdirilməsi, başqa cinayət işi üzrə anlaqsız hesab edilməsi, psixi vəziyyətinə görə hərbi xidmətə yararsız hesab edilməsi, psixi inkişafı zəif və məhdud olan şəxslər üçün məktəblərdə təhsil alması, əvvəllər kəllə-beyin travması alması, habelə mümkün psixi pozuntunun mövcudluğuna dəlalət edən hərəkətlərindəki və ifadələrindəki qəribəliklər, özünün psixi nigarançılığı barədə şəxsi mülahizələri və s. belə şübhələr olduqda CPM-nin 140.0.2-ci maddəsinə əsasən məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi və keçirilməsi vacibdir. Göründüyü kimi, ibtidai araşdırma orqanı tərəfindən kifayət qədər əsaslar olmasına baxmayaraq, psixi xəstəlikdən əziyyət çəkən X9 hazırki material üzrə ittiham edildiyi CMnin 128-ci maddəsində nəzərdə tutulan cinayəti törədən zaman anlaqlı olub-olmaması məhkəmə psixiatriya ekspertizası keçirilməklə müəyyən edilməmişdir. X13 barəsində göstərilən xüsusatlar yalnız istintaq yolu ilə yoxlanılmalı olduğu halda, ibtidai araşdırma əsassız olaraq sadələşdirilmiş şəkildə təhqiqat formasında aparılmışdır. Azərbaycan Respublikası CPM-nin 293-1.0.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılmalı olduğu halda, ibtidai araşdırmanın böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində aparılmasına yol verilmir. Məhkəmə yuxarıda sadalanan qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclası məhkəmə baxışının yüksək səviyyədə hazırlanmasında və keçirilməsində əhəmiyyətli rol oynamaqla məhkəmə baxışında aradan qaldırılması mümkün olmayan qüsur və çatışmamazlıqları olan cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə baxışına keçməsinin qarşısını alır. CPM-nin 303.3-cü maddəsində sadalanmış kobud pozuntular mahiyyət etibarilə cinayət mühakimə icraatının, xüsusən də məhkəməyədək icraatın ən mühüm və prinsipial xarakterli tələblərin pozulmasından ibarətdir. Azərbaycan Respublikası CPM-nin: 301.1 və 301.1.3-cü maddələrinin mənasına görə məhkəmə baxışı yalnız məhkəməyədək icraat həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verilmədən aparıldıqda, keçirilə bilər. 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması(bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün); 303.3.9-cu maddəsinə əsasən məhkəməyədək icraatın ibtidai istintaq şəklində aparılmasının məcburiliyinə dəlalət edən halların olmasına baxmayaraq, onun məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat formasında aparılması; 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə proses iştirakçılarını dinləyərək və məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını tədqiq edərək hesab edir ki, məhkəməyədək icraat zamanı CPM-nin 303.3.1 və 303.3.9-cu maddələrində nəzərdə tutulan kobud pozuntulara yol verildiyindən X9 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməli və material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroruna qaytarılmalıdır. Bundan başqa məhkəməyədək icraat zamanı CPM-nin yuxarıda qeyd olunan tələblərin kobud surətdə pozulmasına yol vermiş təhqiqatçı barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 289, 300, 303, 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X9 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına məhkəmənin hazırlıq iclasında baxılmasına xitam verilsin və material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroruna qaytarılsın; Qərarın surəti 3 (üç) gün müddətində cinayət prosesinin iştirakçılarına göndərilsin. Qərardan apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilməz. Hakim: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-833/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-833/2023
06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver