Məhkəmə qərarları › İş №1(008)-833/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-833/2024

13.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-833/2024 13.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X7 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – «Kəngərli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1990-cı il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublkası vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, Bakı şəhəri Sabunçu rayonu Zabrat-2 qəsəbəsində yerləşən Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılarkən 01 saylı rejim korpusun 66 saylı həmin təcridxanada saxlanılan X1 çarpayısının döşəyinin altında aşkar olunmuş «Həbs yerlərinin daxili intizam Qaydaları» ilə qadağan edilmiş əşya sayılan 1 ədəd «Realme» markalı «RMX1941» modelli, «**********56971, **********56963», imei kodlu mobil smartfonu istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək özündə saxlamış, gəzdirmiş, telefona qoşulmuş 055 ******* nömrəli danışıq kartından "WhatsApp» proqramı üzərindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 050 3565094, 055 ******* nömrəli telefonlara zənglər edərək anası Şahid10, atası Şahid9 Talib oğlu ilə və digər şəxslərlə danışıqlar aparmaqla, həmçinin kamerada özünün videoyazısını etməklə istifadə etmiş və xx.xx.2023-cü il tarixdə, saat 15:15 -də həmin smartfon təcridxana əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı T.Məmmədlinin yatdığı çarpayının üstündə olan döşəyin altında aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs qeyd edilən İstintaq Təcridxanasında həbsdə saxlanılarkən təkrarən «Həbs yerlərinin daxili intizam Qaydaları» ilə qadağan edilmiş əşya sayılan ilə qadağan edilmiş əşya sayılan 1 ədəd «İPhone 6» markalı «A1586» modelli, «**********77988», imei kodlu mobil smartfonu istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək özündə saxlamış, gəzdirmiş, telefona qoşulmuş 051 ******* və 051 ******* №-li danışıq kartlarından xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "WhatsApp» proqramını vasitəsi ilə 050 3565094, 055 ******* nömrəli telefonlara zənglər edərək anası Şahid10, atası X3 ilə və digər şəxslərlə əlaqə saxmaqla zənglər edib danışıqlar aparmaqla istifadə etmiş və 30 yanvar 2024-cü il tarixdə, saat 14-10 radələrində cəzaçəkmə müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarışbaxış zamanı saxlanıldığı 8 saylı rejim korpusun 10 saylı kamerasının sanitar qovşağında olan hava borusunun içərisində gizlətdiyi saxlanc yerində həmin mobil smartfon aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.2- ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 317-2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il hökmü ilə Azərbaycan Respublikası CM- nin 234.4.1, 234.4.3, 240.2.1-ci maddələrilə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda xx.xx.2024-cü il tarixdən cəzasını Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində çəkir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.4.1, 240.2.1, 234.4.3, 206.3.2-ci maddələrilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdən Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında 2 il 1 ay müddətində həbsdə saxlanılmış, təcridxanada 1- ci rejim korpusun 60, sonra 66 və son olaraq 8-ci rejim korpusun 10 saylı kameralarında saxlanılmışdır. İstintaq təcridxanasında edilən rəsmi xəbərdarlıqlardan ona məlumdur ki, istintaq təcridxanasında mobil telefondan saxlamaqla istifadə etməsi qadağandır və buna görə cinayət məsuliyyəti nəzərdə tutulub. O, 66 saylı kamerada saxlanılan zaman həmin kamerada mobil telefon aşkar edilərək götürülmüşdür. Həmin telefon ona məxsus deyil, kimə məxsusdur bilmir. O, bu telefondan istifadə etməklə 050 3565094, 055 ******* nömrəli telefonlara zənglər edərək anası Şahid10, atası Şahid9 Talib oğlu ilə əlaqə saxlamış, əsasən «WhatsApp» vasitəsilə danışmış və görüntülü əlaqə saxlamış, həmçinin başqa yaxınları ilə əlaqə saxlamış, lakin onların adlarınıi çəkmək istəmir. O, kamerada olanda bir nəfər ilə videogörüntü ilə əlaqə saxlamış və bu zaman bu videogörüntü ilə olan danışığ zamanı özünü çəkmişdir. 30 yanvar 2024-cü il tarixdə, saat 14:10 radələrində Bakı Ağır Cinayətlər Məhkəməsindən İstintaq Təcridxanasına qaytdıqdan sonra təcridxana rəisinin otağına gətirilmiş və burada ona məlum olmuşdur ki, saxlanıldığı kamerada mobil telefon aşkar edilmiş və etiraf etmişdir ki, həmin telefon ona məxsusdur. Həmin telefonda əvvəl kamerada tapdığı bir danışıq kartı olmuş, həmin danışıq kartını mobil telefona qoşaraq "WhatsApp» proqramını tətbiq etməklə 050 3565094, 055 ******* nömrəli telefonlara zənglər edərək anası Şahid10, atası X3 ilə və digər şəxslərlə əlaqə saxmaqla zənglər edib danışmış, lakin onların adlarını çəkmək istəmir. Həmin telefonu 2023-cü ilin noyabr ayında istintaqa bildirmək istəmədiyi mənbədən əldə etmişdir. Telefonu istifadə üçün başqa şəxslərə verməmiş, danışıq kartlarını isə atmışdır. Ona müstəntiq tərəfindən istintaq zamanı bütün məlumatlar kompüter vasitəsilə təqdim edilmiş və görmüşdür ki, onun telefon danışıqları qeydiyyata alınmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı İstintaq Təcridxanasının Əməliyyat Şöbəsinin əməliyyat müvəkkili Şahid8 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 14:10 radələrində əvvəlcədən alınmış əməliyyat məlumatı əsasında Bakı İstintaq Təcridxanasının 8 saylı rejim korpusun 10- cı kamerasında hal şahidlərinin iştirakı ilə axtarış-baxış tədbirləri keçirilən zaman kameranın sanitar qovşağında olan hava borusunun içərisindən daxilində danışıq kartı olmayan 1 ədəd «İPhone» markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Sonra həmin kamerada saxlanılan Azərbaycan Respublikası CM-nin 206,3.2, 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdi ki, aşkar olunmuş həmin «İphone» markalı mobil telefon ona məxsusdur, həmin telefonun xx.xx.2023cü il tarixdə hüquqlarını müdafiə edən vəkil Aytən Verdiyevə tərəfindən istintaq təcridxanasına gətirildiyini, sonuncaya isə Təqsirləndirilən şəxs anası Şahid10 verdiyini göstərmişdir. Fakt barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, mobil telefon müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmışdır. Şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid2, X4, Şahid5, Şahid6 məhkəmə iclasında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 18 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının əməkdaşları əməliyyat məlumatı əsasında həmin gün saat tarixdə, saat 15:15 radələrində təcridxananın 1-ci rejim korpusun 66 saylı kamerasında qəfləti axtarış-baxış tədbirləri keçirilərkən Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 133.2.3, 145.2.4, 181.2.1, 182.2.2, 182.2.3, 133.2.6-cı maddələri ilə təqsirli bilinərək həbsdə saxlanılan X1 yatdığı çarpayının üstündə olan döşəyinin altında sonuncuya məxsus daxilində «Cin» danışıq kartı olan 1 ədəd «Realme» markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür (i.v. 12). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş kompyuter-texniki ekspertizasının 05 oktyabr 2023-cü il tarixli, 5/1247 saylı rəyindən görünür ki, aşkar edilmiş bir ədəd sensor ekranlı və «Android 9» əməliyyat sistemi ilə təhciz olunmuş 1 ədəd «Realme» markalı «RMX1941» modelli, «**********56971, **********56963», imei kodlu mobil smartfon hal hazırda işlək vəziyyətdə olub istifadə üçün yararlıdır. Təqdim olunmuş «Realme» markalı «RMX1941» modelli mobil smartfonun yaddaşında (kontaktlar, «SMS» mesajlar, foto, audio, video fayllar, «WhatsApp» proqram təminatı vasitəsilə aparılmış məlumat mübadilələri və sairə fayllar) mövcud olan məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş bir ədəd DVD-R diskə). Həmin rəydən görünür ki, «ramil mikayılov 3535» istifadəçi adı ilə qeydiyyatdan keçmiş «WhatsApp» proqram təminatında 11 ədəd kontaktla aparılmış məlumat mübadiləsi müəyyən edilmişdir (i.v.23-27). "xxxx" MMC-dən daxil olmuş məktubundan görünür ki, ***-***-**-** mobil nömrə Şahid10 adınadır (i.v.59-60). "xxxx" MMC-dən daxil olmuş məktubundan görünür ki, ***-***-**-** mobil nömrə Şahid9 adınadır (i.v.62-65). 30 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının əməkdaşları əməliyyat məlumatı əsasında həmin gün saat tarixdə, saat 14:10 radələrində təcridxananın 8-ci rejim korpusun 10 saylı kamerasında qəfləti axtarış-baxış tədbirləri keçirilərkən Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirli bilinərək həbsdə saxlanılan Təqsirləndirilən şəxs saxlandığı sanitar qovşağında olan hava borsunun içərisindən ona məxsus daxilində danışıq kartı olmayan 01 ədəd “İphone” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür (i.v. 116-118). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin kompyutertexniki ekspertizasının 26 fevral 2024-cü il tarixli, 3-16-16/2-5/170/2024 saylı rəyindən görünür ki, aşkar edilmiş bir ədəd sensor ekranlı və «İOS 12.5.7» əməliyyat sistemi ilə təhciz olunmuş 1 ədəd «İPhone 6» markalı «A1586» modelli, «**********77988», imei kodlu mobil smartfon hal hazırda işlək vəziyyətdə olub istifadə üçün yararlıdır. Təqdim olunan «İPhone 6» markalı «A1586» modelli mobil smartfonun yaddaşında (kontaktlar, «SMS» mesajlar, foto, audio, video fayllar, «WhatsApp» proqram təminatı vasitəsilə aparılmış məlumat mübadilələri və sairə fayllar) mövcud olan məlumatlar müəyyən olundu (i.v.218-222). “Maddi sübut kimi tanıma və işə əlavə edilmə haqqında” 07 noyabr 2024-cü il tarixli qərardan görünür ki, 01 ədəd “İphone 6” markalı, “A1586” modelli “**********77988” imei kodlu smartfon, habelə ekspert rəyinə əlavə edilmiş 01 ədəd DVD-R disk, "xxxx", "xxxx" və "xxxx" MMC-dən telefon danışıqlarına dair məlumatların əks olunduğu kağız daşıyıcılar və "xxxx" MMC-dən daxil olmuş disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.301). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 317-2.2-ci maddəsinə əsasən eyni əməllər təkrar törədildikdə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə,məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 317-2.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ümumi cəza növü yalnız o halda təyin edilir ki, az ümumi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 19 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qərarına əsasən AR CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət təqibinə xitam verilmiş, 22 yanvar 2022-ci il tarixdə AR CMnin 206.3.2, 234.4.1, 234.4.3, 240.2.1, 32.5,318.2-ci maddələri cinayət məsuliyyətinə cəlb edilmiş və 30 sentyabr 2022-ci il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir (i.v.212). Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 1(101)-101/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına, AR CM-nin 240.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir (i.v.242-245). Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü (Şahid9 Tehran oğlu) uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf edərək peşman olmasını (CM-59.2), himayəsində azyaşlı uşağının olmasını (CM-59.1.4) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 317-2.2ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, AR CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 1(101)-101/2024 saylı hökmü ilə qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 21 yanvar 2022-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində “həbs” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, başqa cinayət işi üzrə həbsdə olması nəzərə alınmalı, iş üzrə maddi sübut-01 ədəd “İphone 6” markalı, “A1586” modelli “**********77988” imei kodlu smartfon telefon hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin atası Şahid9 qaytarılmalı, ekspert rəyinə əlavə edilmiş 01 ədəd DVD-R disk, "xxxx", "xxxx" və "xxxx" MMC-dən telefon danışıqlarına dair məlumatların əks olunduğu kağız daşıyıcılar və "xxxx" MMC-dən daxil olmuş disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 1(101)-101/2024 saylı hökmü ilə qəti olaraq təyin edilmiş 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə hazırki hökmlə təyin edilmiş 10 ay müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 07 il 10 ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 21 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və onun başqa cinayət işi üzrə azadlıqdan məhrum etmə cəzası çəkməklə həbsdə olması nəzərə alınsın. İş üzrə maddi sübut-01 ədəd “İphone 6” markalı, “A1586” modelli “**********77988” imei kodlu smartfon telefon hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin atası Şahid9 qaytarılsın. İş üzrə maddi sübut- ekspert rəyinə əlavə edilmiş 01 ədəd DVD-R disk, "xxxx", "xxxx" və "xxxx" MMC-dən telefon danışıqlarına dair məlumatların əks olunduğu kağız daşıyıcılar və "xxxx" MMC-dən daxil olmuş disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 80 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********0000001944, Baki şəhər 7 saylı vəkil bürosuhesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar