Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-834/2022 28.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Dadiyev Fərahim Balaş oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1970-ci il tarixdə Lənkəran rayonu, Sütəmuradov kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci ilə məhkum olunmuş, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Sütəmuradov kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q. Vəzirov küçəsi, nömrəsiz fərdi evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından arıtq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,983 qram narkotik vasitə heroini əldə edib, üzərində saxlayaraq daşımış və 18 iyun 2022ci il tarixdə saat 19:00 dəqiqədə Bakı şəhəri. Sabunçu rayonu,Sabunçu qəsəbəsi,Q.Vəzirov küçəsində xidmət aparan Sabunçu RPİ-nin 12-ci Polis şöbəsinin polis əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə saxlanılaraq, şöbəyə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,983 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin ondan aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından arıtq miqdarda 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,292 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edib, üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q. Vəzirov küçəsinə kimi daşımış, 26 iyun 2022-ci il tarixdə saat 21:00 dəqiqədə həmin ərazidə xidmət aparan Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə saxlanılaraq, şöbəyə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,292 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin ondan aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda göstərilən hər iki epizod üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, narkotik maddə olan kakos kimi tanıdığı narkotik vasitə heroindən istifadə edir. 26 iyun 2022-ci il tarixdə, günorta saatlarında Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən bazarın yaxınlğında anket məlumatlarını bilmədiyi, üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata bir büküm heroin almış və üzərində gəzdirmiş, həmin günü, saat təxminən 21 radələrində Sabunçu qəsəbəsi,Q.Vəzirov küçəsində olan zaman ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmiş, sonra onu narkotik maddə istifadə etməkdə şübhəli bilib saxladıqlarını deyərək, polis şöbəsinə dəvət etmiş, birlikdə Sabunçu RPİ- nin 12-ci polis şöbəsinə getmiş, orada xidməti oraqların birində ondan üzərində qanunla qadağan olunmuş əşya olub-olmaması soruşulduqda, yalan danışmağın bir əhəmiyyət kəsb etmədiyini başa düşərək üzərində narkotik maddə heroin olmasını bildirmiş, sonra əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir büküm narkotik vasitə olan heroini çıxarıb təqdim etmiş və bu barədə protokol tərtib olunmuş, bundan sonra polis əməkdaşları tərəfindən təqdim etdiyi büküm qablaşdırılaraq möhürlənmiş, narkotik vasitədən istifadə etsə də heç vaxt satışı ilə məşğul olmamımş, heroini aldığı şəxsi tanımamışdır. Bundan başqa, 18 iyun 2022-ci il tarixdə “kokos” kimi tanıdığı narkotik vasitəni Bakı şəhəri. Sabunçu rayonu, Sabunçu qəsəbəsində tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat pul müqabilində şəxsi istifadəsi üçün əldə etmiş və mütəmadi olaraq üzərində saxlamış, həmin gün, yəni 18 iyun 2022-ci il tarixdə, təxminən saat 19:00-da Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi,Q.Vəzirov küçəsində yaxınlaşaraq özlərini təqdim etmiş və sorğu-sual edilərkən davranışlarından şübhələndikləri üçün onu Sabunçu RPİ-nin 12-ci Polis şöbəsinə dəvət etmiş, bundan sonra polis əməkdaşları ilə birlikdə 12-ci polis şöbəsinə getmiş, orada şəxsiyyəti dəqiqləşdirildikdən sonra xidməti otaqlardan birinə aparılmış və ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videogörüntü ilə şəxsi axtarış keçirilmiş, baxışdan öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməsi təklif olunmuş, bu səbəbdən əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan “kakos” kimi tanıdığı narkotik vasitəni çıxarıb təqdim etmiş, sonra üzərindən aşkar edilən həmin narkotik vasitə qablaşdırılmış və protokol tərtib edilərək imzalarla təsdiq olunmuşdur. Törətdiyi cinayət əməllərindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə C.Əlizadə ilə xidməti ərazidə xidmət aparan zaman narkotik vasitələrin istifadəsində şübhəli bilinən Təqsirləndirilən şəxs saxlayıb polis şöbəsinə apararaq qanuna müvafiq tədbir görülmüşdür.26 iyun 2022-ci il tarixdə saat 21:00-da Sabunçu RPİ-nin 12-ci PŞ-nin sahə inspektoıu, polis baş leytenantı Şahid3 ilə birlikdə Sabunçu rayonu. Sabunçu qəsəbəsi,Q.Vəzirov küçəsində xidmətdə olduğum zaman bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb ona yaxınlaşıb və özümüzü təqdim etdik, həmin şəxsin özünü təqdim etməsini xahiş etdikdə onun Təqsirləndirilən şəxs olduğunu gördüm. Verilən suallara qeyri-adekvat cavab verməsini görərək ondan yenidən şübhələnib Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etdik, şöbədə yenidən üzərində narkotik vasitə olmasını bildirdi.Şöbədə xidməti otaqda təhqiqatçı, polis mayoru Tahir Vəliyev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq müdafiəçi dəvət edilmiş və şübhəli şəxs qismində tutulmuş, sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış və götürmə aparılmış, baxış zamanı təhqiqatçı Tahir Vəliyev tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşyalar və ya maddələr vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofona bükülmüş içərisində qəhvəyi rəngli kütləni çıxarıb təqdim etmiş, sorğu zamanı üzərindən aşkar olunaraq götürülmüş bir büküm kütlənin narkotik vasitə heroin olmasını və həmin narkotik vasitəni özünə məxsus olmasını, şəxsi istifadəsi üçün Sabunçu qəsəbəsində yerləşən bazarda üzdən tanıdığı, lakin adını, soyadını və ünvanını bilmədiyi şəxsdən 20 manata almasını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir büküm narkotik vasitə heroinin təhqiqatçı Tahir Vəliyev tərəfindən qablaşdırılaraq götürülmüş, sonra bu barədə müvafiq protokol tərtib edilərək imzalarla təsdiq olunmuş və video çəkilişin qeydə alındığı disk protokola əlavə edilmişdir. Bundan başqa 18 iyun 2022-ci il tarixdə saat 19:00-da Sabunçu RPİ-nin 12-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Sabunçu rayonu, Sabunçu qəsəbəsi,Q.Vəzirov küçəsində xidmətdə olduğu zaman bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb ona yaxınlaşmış və özlərini təqdim etmiş, həmin şəxsdən özünü təqdim etməsini xahiş etdikdə onun verilən suallara qeyri-adekvat cavab verməsini görərək ondan şübhələnib Sabunçu RPİ-nin 12- ci PŞ-nə dəvət etmiş, şöbədə həmin şəxsin xx xxxxxxxx 1970-cı ildə Lənkəran şəhərində anadan olmuş,Lənkəran şəhəri, Sütəmuradov kəndində qeydiyyatda olmaqla hal-hazırda Bakı şəhəri, Sabunçu rayonu,Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsində nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və o, üzərində narkotik vasitə olmasını bildirmişdir. Eləcə də o, göstərmişdir ki, bölmədə xidməti otaqda təhqiqatçı, polis mayoru Tahir Vəliyev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq müdafiəçi dəvət edilmiş və şübhəli şəxs qismində tutulmuş, sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış və götürmə aparılmış, baxış zamanı təhqiqatçı Tahir Vəliyev tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşyalar və ya maddələr vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofona bükülmüş içərisində qəhvəyi rəngli kütləni çıxarıb təqdim etmiş, sorğu zamanı üzərindən aşkar olunaraq götürülmüş bir büküm kütlənin narkotik vasitə heroin olmasını və həmin narkotik vasitəni özünə məxsus olmasını, şəxsi istifadəsi üçün Sabunçu qəsəbəsində yerləşən bazarda üzdən tanıdığı, lakin adını, soyadını və ünvanını bilmədiyi şəxsdən 20 manata almasını bildirmişdir. Daha sonra o, göstərmişdir ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir büküm narkotik vasitə heroin təhqiqatçı Tahir Vəliyev tərəfindən qablaşdırılaraq götürülmüş, sonra bu barədə müvafiq protokol tərtib edilərək imzalarla təsdiq olunmuş və video çəkilişin qeydə alındığı disk protokola əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 müvafiq epizodlarla bağlı hissədə göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Şahid3 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 26 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli, toz halında narkotik vasitə olan heroini çıxarıb təqdim etmiş, heroini tutulmamışdan əvvəl Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən bazarda üzdən tanıdığı, adını, soyadını və ünvanını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manata almasını bildirmiş, sonra şübhəli şəxs X3 aşkar edilərək götürülmüş 01 ədəd bükümdə narkotik vasitə olan heroin zərfə qoyularaq möhürlənmiş və imzalarla təsdiq olunmuşdur ( i.v. 26-27). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının 27 iyun 2022-ci il tarixli, 6/3558 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd kağız zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,292 qram qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 1,292 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq qaldı 1,242 qram (i.v.36-38). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 18 iyun 2022-ci il tarixli protokoldan görünür ki, X1 olaraq əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli, toz halında narkotik vasitə olan heroini çıxarıb təqdim etmiş, heroini tutulmamışdan əvvəl Sabunçu rayonu, Sabunçu qəsəbəsində üzdən tanıdığı, adını, soyadını və ünvanını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manata almasını bildirmiş, sonra şübhəli şəxs X3 aşkar edilərək götürülmüş 01 ədəd bükümdə narkotik vasitə olan heroin zərfə qoyularaq möhürlənmiş və imzalarla təsdiq olunmuşdur. Şəxsi axtarış və götürmə prosesinin video görüntüsünün əks olunduğu bir ədəd CD disk protokola əlavə olunmuşdur (i.v.99-100). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının 19 iyun 2022-ci il tarixli, 6/3418 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 159” dairəvi möhür əksi “vət.Təqsirləndirilən şəxs üzərindən....” yazı və imzalar olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,983 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v.111-113). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X2 5503 saylı, 26 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, hazırda onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.159-160). Sübutların qiymətləndirilməsi haqqında 23 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə eyni ittiham elan edilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1,292 qram və 0,983 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 1,242 qram və 0,933 qram olan narkotik vasitə heroinin saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüsünün əks olunduğu iki ədəd CD diskin iş üzrə sübuti əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır ( i.v. 162-170). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan; “Şübhəli şəxsin tutulması haqqında” 26 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 26 iyun 2022-ci il tarixdə, saat 21:00-dan tutulmuş hesab olunmuşdur (i.v. 15). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 4(008)-556/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 26 iyun 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.64-67). “Şübhəli şəxsin tutulması haqqında” 18 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 18 iyun 2022-ci il tarixdə, saat 19:00-dan tutulmuş hesab olunmuşdur (i.v. 88). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 20 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal saxlanıldığı yerdən azad edilmiş, barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.135-138). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 17 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 fevral 2019-cu il tarixdən 11 dekabr 2019-cu il tarixədək həbsdə olduğu 09 ay 15 gün müddət azadlıqdan məhrum etmənin 01 gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 gün hesabı ilə 01 il 07 ay təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 05 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Lənkəran Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 7(049)-130/2022 saylı qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində “8 Noyabr -Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-406/2019 saylı, 11 dekabr 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 01 il 05 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası 01 il azaldılmaqla üzərində 05 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Lənkəran Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 04 nömrəli, 27 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 7(049)-130/2022 saylı qərarı ilə üzərində saxlanılmış 05 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutumuş cinayət əməlini təkrar törətməsini (AR CM-nin 61.1.1-ci maddəsi) onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də eyni cinayət əməlini törətməsini və törətdiyi cinayət əməlinə görə ona təyin edilmiş cəzanı çəkmədən yenidən cinayət törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, özünün şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ilə CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinin təmin edilməsinin mümkün olmaması, təqsirləndirilən şəxsin islah olunması və cəzanın məqsədlərinə nail olunması üçün onun cəmiyyətdən tam təcrid edilməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, istintaq zamanı saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı (CM 69.3), AR CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və Lənkəran Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 7(049)-130/2022 saylı qərarı ilə azaldılmış azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla hazırki hökmlə təyin ediləcək cəzaya qismən birləşdirilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.2), cəzaçəkmə müddətinin əvvəli onun ********* saylı cinayət işi üzrə tutulduğu 26 iyun 2022-ci il tarixdən hesablanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM- 132), ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 iyun 2022-ci il tarixdən 20 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 01 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və Lənkəran Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 7(049)-130/2022 saylı qərarı ilə azaldılmış cəzanın çəkilməmiş hissəsi-05 ay azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 02 ay 15 gün müddət hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli onun ********* saylı cinayət işi üzrə tutulduğu 26 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 1,242 qram və 0,933 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatlarının dəyəri 81 və 88 manat olmaqla, cəmi 169 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 02 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-834/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-834/2022
28.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver