Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-835/2025 09.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşıyev Yavər Qafil oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1985-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağsu şəhəri, A.Mustafayev küçəsi ev 7-də qeydiyyatda olan, ünvan 1 ünvansız fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs, onun tərəfindən idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 30 avqust 2025-ci il tarixdə saat 21:40 radələrində tanışı Şahid2 etibarnamə ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "Ravon Nexia R3" markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobili “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi əsasında sonuncu avtomobildə sərnişin qismində olmaqla, idarə edib Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində "Fazenda" restoranının yaxınlığında hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməyərək yəni, 1.1-1.3 xətlərini kəsib keçmək qadağan olduğu halda, həmçinin yaşayış məntəqələri daxilində saatda 60 km/saat sürətdən çox olmayan sürətlə hərəkət etməklə bağlı tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub mövcud şəraitdə 70 km/saat sürətlə idarə etdiyi avtomobillə qarşısında hərəkətdə olan avtomobili ötmə əməliyyatı etmək üçün əks istiqamətli hərəkət hissəsini ayıran 1.1-1.3 xətlərini kəsib keçərək həmin xətlərin üzərində dayanıb yolu keçmək istəyən piyada Zərərçəkmiş şəxs avtomobilinin qabaq hissəsi ilə ehtiyatsızlıqdan vurması nəticəsində sonuncunun alın, sağ almacıq və burun sümüklərinin qapalı sınıqları, baş beyin silkələnməsi, sağ qaş-üst göz qapağı nahiyəsinin, sol bazu oynağı və sol said nahiyələrinin əzilmiş yaraları, hər iki gözyuvasıətrafı nahiyənin dərialtı hematomaları ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə özünü təqsirli bilərək göstərdi ki, avtomobil idarə etmək üçün "BC" kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2025-ci il tarixdə bir məhəllədə yaşadığı tanışı Şahid2 ilə birlikdə digər tanışı Şamilin toy məclisinə getmişlər. Həmin günü axşam saatlarında toydan çıxıb Şahid2 idarə etdiyi "Ravon Nexia R3" markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadıqları evə gedərkən yolda Şahid2 özünü pis hiss etdiyi üçün avtomobili onun idarə etməyini xahiş etmişdir. Bundan sonra sükan arxasına keçmiş, Rəşad isə qabaq sağ oturacaqda əyləşmişdir. Təxminən saat 21:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən "Fazenda" restoranının yaxınlığında iki hərəkətli yolda sağdan ikinci hərəkət zolağı ilə avtomobili 70 km/saat sürətlə idarə edən zaman qarşısında hərəkətdə olan avtomobilə ona yol verməsi üçün xəbərdar edici işıqlardan istifadə edərək əks istiqamətli hərəkət zolağına çıxmış, bu zaman əks istiqamətli yolu biri- birindən ayıran orta qoşa xəttin üzərində dayanıb yolu keçmək istəyən iki nəfər piyada oğlanları görmədiyi üçün avtomobilin qabaq sol hissəsilə ehtiyyatsızlıqdan həmin piyadaları vurmuşdur. Hadisədən sonra avtomobildən düşüb həmin piyadalara yəni, sonradan adlarını bildiyi Aydın və İbrahim qardaşlarına köməklik göstərmiş, eyni zamanda təcili tibbi yardıma məlumat vermişlər. Təcili tibbi yardım gəldikdən sonra həmin piyadaları xəstəxanaya aparmışlar. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onun iştirakı ilə hadisə yerinə baxış keçirilərək hadisə yeri müayinə edilmişdir. Hadisədən əvvəl spirtli içki, narkotik vasitə və ya psixotorop maddələrdən istifadə etməmişdir. Həmçinin hadisə zamanı idarə etdiyi qeyd olunan avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, odur ki, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 30 avqust 2025-ci il tarixdə saat 21:40 radələrində qardaşı Şahid1 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən "Fazenda" restoranının yaxınlığında əks istiqamətli yolu keçərkən yolun orta hissəsində hər iki istiqamətli yolu ayıran qoşa xəttin üzərində dayanıb gözləmişlər ki, digər istiqamətli yolda hərəkətdə olan avtomobillər keçdikdən sonra yolu tam keçsinlər. Bu zaman həmin yolda sağdan ikinci hərəkət zolağı ilə hərəkətdə olan "Ravon Nexia" markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşısında hərəkətdə olan avtomobili keçmək üçün əks istiqamətli hərəkət zolağına çıxmaq istəmiş və yolun orta hissəsində qoşa xəttin üzərində qabaq hissəsilə onu və qardaşı Aydını vurmuşdur. Hadisə nəticəsində özü və qardaşı Aydın müxtəlif növ bədən xəsarətləri almışlar. Daha sonra hadisə yerinə təcili tibbi yardımla xəstəxanaya aparılmışlar. Hazırda Təqsirləndirilən şəxsla barışmış, ona dəymiş ziyan ödənilmişdir, hazırda ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, 30 avqust 2025-ci il tarixdə saat 21:40 radələrində qardaşı Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən "Fazenda" restoranının yaxınlığında əks istiqamətli yolu keçmək istəmişlər. Bu məqsədlə birinci istiqamətli yolu keçib yolun orta hissəsində hər iki istiqamətli yolu ayıran qoşa xəttin üzərində dayanıb gözləmişlər ki, digər istiqamətli yolda hərəkətdə olan avtomobillər keçdikdən sonra yolu tam keçsinlər. Bu zaman həmin yolda sağdan ikinci hərəkət zolağı ilə hərəkətdə olan "Ravon Nexia" markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşısında hərəkətdə olan avtomobili keçmək üçün əks istiqamətli hərəkət zolağına çıxmaq istəmiş və yolun orta hissəsində qoşa xəttin üzərində qabaq hissəsilə onu və qardaşı İbrahimi vurmuşdur. Hadisə nəticəsində özü və qardaşı İbrahim müxtəlif növ bədən xəsarətləri almışlar. Daha sonra hadisə yerinə təcili tibbi yardım gəlmiş və onları xəstəxanaya aparmışlar. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, özünə məxsus "Ravon Nexia R3" markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili etibarnamə ilə idarə etsə də, maddi imkanı olmadığı üçün avtomobili öz adına sənədləşdirməmişdir. Həmçinin avtomobil idarə etmək üçün "BC" kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2025-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs ilə birlikdə toy məclisinə getmişlər. Həmin günü toydan çıxdıqdan sonra onun idarə etdiyi "Ravon Nexia R3" markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadıqları evə gedən zaman yolda özünü pis hiss etdiyi üçün Təqsirləndirilən şəxs xahiş etmişdir ki, avtomobili o idarə etsin. Belə ki, Rəşadın da "BC" kateqoriyalı sürücülük vəsiqəsi olduğunu bilirdi. Bundan sonra Təqsirləndirilən şəxs sükan arxasına keçmiş, özü isə avtomobildə qabaq sağ oturacaqda əyləşmişdir. Təxminən saat 21:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən "Fazenda" restoranının yaxınlığında iki hərəkətli yolda sağdan ikinci hərəkət zolağı ilə Təqsirləndirilən şəxs avtomobili 70 km/saat sürətlə idarə edən zaman sonuncu qarşıda hərəkətdə olan avtomobilə yol verməsi üçün xəbərdaredici işıqlardan istifadə edərək əks istiqamətli hərəkət zolağına çıxmış və bu zaman əks istiqamətli yolu biri-birindən ayıran orta qoşa xəttin üzərində dayanıb yolu keçmək istəyən iki nəfər piyada oğlanları görmədiyi üçün avtomobilin qabaq sol hissəsilə ehtiyyatsızlıqdan həmin piyadaları vurmuşdur. Hadisədən sonra avtomobildən düşüb həmin piyadalara yəni, sonradan adlarını bildiyi Aydın və İbrahim qardaşlarına köməklik göstərmişlər. Eyni zamanda təcili tibbi yardıma məlumat vermişlər və təcili tibbi yardım gəldikdən sonra həmin piyadaları xəstəxanaya aparmışlar. Hadisə nəticəsində özü və Təqsirləndirilən şəxs heç bir xəsarət almamışlar. Hadisə zamanı avtomobilinə dəymiş ziyanla bağlı Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Həmçinin hadisədən əvvəl özü və Təqsirləndirilən şəxs spirtli içki, narkotik vasitə və ya psixotorop maddələrdən istifadə etməmişlər. Hadisədən dərhal sonra sərxoşluq müayinəsindən keçirilmişlər. Hadisədən əvvəl qeyd olunan avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 30 avqust 2025-ci il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində "Fazenda" restoranının yaxınlığında baş vermiş hadisə yerinə baxış keçirilmiş, sxem və fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur (i.v. 04-10); Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 2/49321 nömrəli, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, manov Rəşad Cümşüd oğlunda alkoqol qəbulu əlamətləri olmamış, ayıq olmuşdur(i.v.11); Sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 10 il müddətinə BB442858 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v. 13); Məhkəmə-tibbi ekspertizasının 08 sentyabr 2025-ci il tarixli, 2025 nömrəli rəyindən görünür ki, Şahid1 ağrı simptomu ilə müşayiət olunan hər iki sağrı, sol baldır və hər iki daban nahiyələrinin dərialtı hematomaları, sol təpə, sol said və sağ çiyin nahiyələrinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, yolnəqliyyat hadisəsi nəticəsində törənə bilər, müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir(i.v.28-29); Məhkəmə-tibbi ekspertizasının 08 sentyabr 2025-ci il tarixli, 2036 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs alın, sağ almacıq və burun sümüklərinin qapalı sınıqları, baş beyin silkələnməsi, sağ qaş-üst göz qapağı nahiyəsinin, sol bazu oynağı və sol said nahiyələrinin əzilmiş yaraları, hər iki gözyuvasıətrafı nahiyənin dərialtı hematomaları müəyyən edildi. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir(i.v.30-32); Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 20 oktyabr 2025-ci il tarixli 8/2199 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən "Ravon Nexia" markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazəş verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur(i.v.41-44); Bakı şəhər Sabunçu rayon Polis idarəsinin X3 Şöbəsinə ünvanlanmış sorğuya cavab olaraq bildirilmişdir ki, xx.xx.1985-ci ildə Ağsu şəhərində anadan olmuş, Ağsu şəhəri, A.Mustafayev küçəsi ev 7-də qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2023-ci ildə B1,B,C1,C kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və xx.xx.2025-ci il tarixdə onun nəqliyyat vasitələrini idarə etmək hüququ olmuşdur(i.v.66). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 08 dekabr 2025-ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması ilə bağlı əməliyyat sorğu kartotekasında məlumat yoxdur(i.v.95); Qətimkan tədbirinin seçilməsi haqqında 03 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.90-91); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənmişdir, heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır, ərizəsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-cü maddəsinin qeydinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə CM-nin 263-cümaddəsinin qeyd hissəsini nəzərə almaqla, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən cinayət məsuliyyətindən azad edilməli və işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Məhkəmə məsrəfi olan 128(yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 40.3, 156.4, 300.1.7, 305.1 və 384-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən Azərbaycan Respublikası CM-nin 73.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Məhkəmə məsrəfi olan 128(yüz iyirmi səkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. X1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-835/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-835/2025
09.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver