Məhkəmə qərarları › İş №1(008)-836/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-836/2025

14.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-836/2025 14.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Naxçıvan MR, Culfa rayonu, Əbrəqunus kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Əbrəqunus Ə/D, Əbrəqunus kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs fəhlə kimi işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən “Ayxan” marketdən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2024-cü ilin fevral ayından, 2024-cü ilin iyun ayına qədər olan müddət ərzində müxtəlif vaxtlarda marketin anbarında saxlanılan özgənin Zərərçəkmiş şəxs məxus olan bir kiloqramının qiyməti 18 manat, 60 qəpik təşkil edən 3162 manat dəyərində 170 kiloqram çəkidə olan qovrulmuş fındığı, bir kiloqramının qiyməti 22 manat, 36 qəpik təşkil edən 4919 manat, 20 qəpik dəyərində 220 kiloqram çəkidə olan qoz ləpəsini, bir kiloqramının qiyməti 15 manat, 58 qəpik təşkil edən 2804 manat, 40 qəpik dəyərində 180 kiloqram çəkidə olan Zaqatala qoz ləpəsini, bir kiloqramının qiyməti 19 manat, 64 qəpik təşkil edən 1571 manat, 20 qəpik dəyərində 80 kiloqram çəkidə olan Badam ləpəsini, bir kiloqramının qiyməti 29 manat, 88 qəpik təşkil edən 2689 manat, 20 qəpik dəyərində 90 kiloqram çəkidə olan qara ərik qurusunu, bir kiloqramının qiyməti 14 manat, 75 qəpik təşkil edən 2655 manat dəyərində 180 kiloqram çəkidə olan ərik qurusunu, bir kiloqramının qiyməti 23 manat, 50 qəpik təşkil edən 3525 manat dəyərində 150 kiloqram çəkidə olan ərik qurusunu, bir kiloqramının qiyməti 5 manat, 28 qəpik təşkil edən 950 manat, 40 qəpik dəyərində 180 kiloqram çəkidə olan alça qurusunu, bir kiloqramının qiyməti 4 manat, 90 qəpik təşkil edən 78 manat, 40 qəpik dəyərində 16 kiloqram çəkidə olan Sultan ahmed markalı pestili, bir kiloqramının qiyməti 33 manat, 24 qəpik təşkil edən 598 manat, 32 qəpik dəyərində 18 kiloqram çəkidə olan mixəyi, bir kiloqramının qiyməti 13 manat, 80 qəpik təşkil edən 110 manat, 40 qəpik dəyərində 8 kiloqram çəkidə olan Qinyət oğlu markalı təbi balı, bir kiloqramının qiyməti 18 manat təşkil edən, 450 manat dəyərində 25 kiloqram çəkidə olan Sucuğu, bir ədədədinin qiyməti 18 manat təşkil edən, 288 manat dəyərində 16 ədəd Zemoff markalı arağı, bir ədədinin qiyməti 20 manat, 93 qəpik təşkil edən 251 manat, 16 qəpik dəyərində 12 ədəd Xaoma markalı arağı, bir ədədədinin qiyməti 31 manat, 90 qəpik təşkil edən 797 manat, 50 qəpik dəyərində 25 ədəd Astoria Merlot markalı çaxırı, bir ədədədinin qiyməti 4 manat, 33 qəpik təşkil edən 103 manat, 92 qəpik dəyərində 24 ədəd bizim tarla markalı nar şərabını, bir kiloqramının qiyməti 28 manat, 80 qəpik təşkil edən 1440 manat dəyərində 50 kiloqram çəkidə olan İmpra markalı çayı, 5 litirnin qiyməti 61 manat, 5 qəpik təşkil edən 183 manat, 15 qəpik dəyərində üç ədəd 5 litirlik Zeytun yağını, hər birinin qiyməti 150 manat olan, 450 manat dəyərində üç ədəd projektoru, qiyməti 120 manat olan bir ədəd kameranı, bir ədədinin qiyməti 4 manat, 50 qəpik təşkil edən, 36 manat dəyərində səkkiz ədəd ton balığını, bir ədədinin qiyməti 5 manat, 17 qəpik təşkil edən, 413 manat, 60 qəpik dəyərində 80 ədəd Persil markalı yuyucu tozunu vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb zərərçəkmiş Fidovsi İbrahimova ümumilikdə 27596 manat, 85 qəpik məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2023-cü ilin oktyabr ayından, 2024-cü ilin iyun-iyul ayına qədər Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Ayxan” marketdə fəhlə kimi işləmiş, hər gün saat 10:00-da işə getmiş, saat 23:30-da işdən çıxmışdır. Onun vəzifəsi marketin anbarında olan mallara nəzarət etmək və vitirinlərə mal düzmək olmuşdur, marketin anbarına ondan başqa bir neçə işçilər də nəzarət etmişlər, axşam işdən çıxan zaman anbarın açarlarını təhvil vermişdir. Dəqiq ayını və tarixini bilmir, marketdə bir neçə müddət işlədikdən sonra müxtəlif günlərdə və vaxtlarda marketin anbarında olan zibilləri araba ilə zibil qutusuna atmağa aparan zaman, arada bir məhsullardanda gizli götürüb özü ilə yaşadığı evə aparmışdır. Götürdüyü məhsullar qovrulmuş fındıq, qoz ləpəsi, badam ləpəsi, ərik qurusu, alça qurusu, pestil yuyucu tozu, persil yuyucu tozu, mixək, bal, sucuk, araqlar, çaxır, nar şərabı, çay, zeytun yağı, projektor, kamera və ton balıqları olmuşdur. Sonradan marketdə müdir kimi işləyən Şahid marketdən götürdüyü məhsulları onun tərəfindən götürüldüyünü bilmiş və onun barəsində Sabunçu RPİ-nin 15-ci polis bölməsinə şikayət etmişdir. 15-ci polis bölməsinin əməkdaşları onun iştirakı ilə əvvəllər kirayədə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Gülçülük sovxozunda yerləşən fərdi evə baxış keçirmişlər və o, “Ayxan” marketdən götürdüyü malların bir qismini, dəqiq yadında qalmayıb polis əməkdaşlarına təhvil vermiş, qoz ləpəsini və ərik qurusunun bir qismini isə özü yemişdir. Əməlindən peşmandır, hazırda zərərçəkmiş şəxslə barışmışdır, nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən “Ayxan” marketi qardaşı X1 müvəqqəti olaraq icrarəyə götürmüşdür. Belə ki, o, malları öz hesabına alıb marketin vitrinləri vasitəsilə satdırır. Həmin malların qardaşına və ümumiyyətlə heç kimə heç bir aidiyyəti yoxdur, şəxsən özünündür. O, özü çox vaxtlar marketdə olmur, digər qardaşı Şahid isə həm marketə, həmdə marketdə işləyən bütün işçilərə özü nəzarət edir. Marketdə qeyri rəsmi yəni heç bir müqavilə bağlamadan fəhlə kimi işləyən Təqsirləndirilən şəxs marketin anbarının qapısının açarı olsa və anbara sərbəst girib-çıxmaq səlahiyyəti olsa da marketdə işi yalnız qardaşı Şahid müşayiəti və göstərişi ilə lazım olan malları anbardan arabaya yükləyib vitrinə qədər gətirməkdən və istənilən vaxt anbara sərbəst olaraq daxil olub zibili, yəni tullantıları anbar və marketdən çıxarıb yaxınlığında yerləşən tullantılar üçün nəzərdə tutulmuş yerə aparıb atmaqdan ibarət olmuşdur. Ona heç vaxt malları etibar etməmişlər. Təqsirləndirilən şəxs qardaşı Şahid şəxsi müşayiəti ilə anbardan malları çıxarmışdır. Lakin, sonradan bildiyi kimi, o, anbarın açarı onda olduğundan istifadə edib oğlurluq etmişdir. 2024-cü ilin fevral ayında qardaşı Əli marketdə fəhlə işləyən Təqsirləndirilən şəxs marketdən oğurluq etməsindən şübhələndiyini bildirmiş, lakin onun vaxtı olmadığı üçün qardaşı Əliyə, Namikin oğurluq etməsini sübuta yetirməsi üçün özü məşğul olmasını bildirmişdir. Marketdə Namikin vəzifəsi anbarda olan mallara nəzarət etmək və vitirinlərə mal düzmək olmuşdur. 09 iyul 2024-cü il tarixdə qardaşı Əli, Təqsirləndirilən şəxs marketdən oğurluq etməsini müəyyən etmişdir. Belə ki, Təqsirləndirilən şəxs təxminən 2024-cü ilin fevral ayından, 2024-cü ilin iyun ayına qədər olan müddət ərzində müxtəlif vaxtlarda marketin anbarında saxlanılan ona məxus olan bir kiloqramının qiyməti 18 manat, 60 qəpik təşkil edən 3162 manat dəyərində 170 kiloqram çəkidə olan qovrulmuş fındığı, bir kiloqramının qiyməti 22 manat, 36 qəpik təşkil edən 4919 manat, 20 qəpik dəyərində 220 kiloqram çəkidə olan qoz ləpəsini, bir kiloqramının qiyməti 15 manat, 58 qəpik təşkil edən 2804 manat, 40 qəpik dəyərində 180 kiloqram çəkidə olan Zaqatala qoz ləpəsini, bir kiloqramının qiyməti 19 manat, 64 qəpik təşkil edən 1571 manat, 20 qəpik dəyərində 80 kiloqram çəkidə olan Badam ləpəsini, bir kiloqramının qiyməti 29 manat, 88 qəpik təşkil edən 2689 manat, 20 qəpik dəyərində 90 kiloqram çəkidə olan qara ərik qurusunu, bir kiloqramının qiyməti 14 manat, 75 qəpik təşkil edən 2655 manat dəyərində 180 kiloqram çəkidə olan ərik qurusunu, bir kiloqramının qiyməti 23 manat, 50 qəpik təşkil edən 3525 manat dəyərində 150 kiloqram çəkidə olan ərik qurusunu, bir kiloqramının qiyməti 5 manat, 28 qəpik təşkil edən 950 manat, 40 qəpik dəyərində 180 kiloqram çəkidə olan alça qurusunu, bir kiloqramının qiyməti 4 manat, 90 qəpik təşkil edən 78 manat, 40 qəpik dəyərində 16 kiloqram çəkidə olan Sultan ahmed markalı pestili, bir kiloqramının qiyməti 33 manat, 24 qəpik təşkil edən 598 manat, 32 qəpik dəyərində 18 kiloqram çəkidə olan Mixəyi, bir kiloqramının qiyməti 13 manat, 80 qəpik təşkil edən 110 manat, 40 qəpik dəyərində 8 kiloqram çəkidə olan Qinyət oğlu markalı təbi balı, bir kiloqramının qiyməti 18 manat təşkil edən, 450 manat dəyərində 25 kiloqram çəkidə olan Sucuğu, bir ədədədinin qiyməti 18 manat təşkil edən, 288 manat dəyərində 16 ədəd Zemoff markalı arağı, bir ədədinin qiyməti 20 manat, 93 qəpik təşkil edən 251 manat, 15 qəpik dəyərində 12 ədəd Xaoma markalı arağı, bir ədədədinin qiyməti 31 manat, 90 qəpik təşkil edən 797 manat, 50 qəpik dəyərində 25 ədəd Astoria Merlot markalı çaxırı, bir ədədinin qiyməti 4 manat, 33 qəpik təşkil edən 103 manat, 92 qəpik dəyərində 24 ədəd bizim tarla markalı nar şərabı, bir kiloqramının qiyməti 28 manat, 80 qəpik təşkil edən 1440 manat dəyərində 50 kiloqram çəkidə olan İmpra markalı çayı, 5 litirnin qiyməti 61 manat, 5 qəpik təşkil edən 183 manat, 15 qəpik dəyərində üç ədəd 5 litirlik Zeytun yağını, hər birinin qiyməti 150 manat olan, 450 manat dəyərində üç ədəd projektoru, qiyməti 120 manat olan bir ədəd kameranı, bir ədədədinin qiyməti 4 manat, 50 qəpik təşkil edən, 36 manat dəyərində səkkiz ədəd ton balığını, bir ədədədinin qiyməti 5 manat, 15 qəpik təşkil edən, 413 manat, 60 qəpik dəyərində 80 ədəd Persil markalı yuyucu tozunu gizli yolla oğurlamaqla ümumilikdə ona 27596 manat, 85 qəpik maddi ziyan vurmuşdur (i.v.45-48); Şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə təsdiq etmişdir(i.v.25-29); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baxış keçirilməsi və götürmə haqqında 09 iyul 2024-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən “Ayxan” marketinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 11-13); Maddi sübutun götürülməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs kirayədə yaşadığı Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən nömrəsiz evdən 10 kiloqram çəkidə olan qovrulmuş fındığ, iki ədəd Zemoff markalı arağ, doqquz ədəd Persil markalı yuyucu tozu, yeddi ədəd ton balığı, bir ədəd bizim tarla markalı nar şərabı, bir ədəd Qinyət oğlu markalı təbi bal, şəffaf sellofana bükülmüş Mixəy və bir ədəd İmpra markalı çay götürülmüşdür(i.v.20-21); 07 yanvar 2025-ci il tarixli iltizamdan görünür ki, Zərərçəkmiş şəxs 10 kiloqram çəkidə olan qovrulmuş fındığ, iki ədəd Zemoff markalı arağ, doqquz ədəd Persil markalı yuyucu tozu, yeddi ədəd ton balığı, bir ədəd bizim tarla markalı nar şərabı, bir ədəd Qinyət oğlu markalı təbi bal, şəffaf sellofana bükülmüş Mixəy və bir ədəd İmpra markalı çayı təhvil aldığını göstərərək heç bir şikayəti və iddiasının olmadığını göstərmişdir(i.v.50); Şübhəli şəxsin tutulması haqqında 13 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:10 radələrində şübhəli şəxs qismində tutulmuşdur (i.v.71); Videogörüntüyə baxış keçirilməsi haqqında 15 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, videogörüntüləri qeydə alınmış “Flash” karta «HP» markalı kompüter monitorunda Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilərkən müəyyən edilmişdir ki, “Flash” kartda 10 ədəd fayl vardır, fayllardan 07 ədədində fotoşəkillər, 03 ədədində isə videogörüntülər vardır. 03 ədəd fayllarda olan videogörüntülərə baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin görüntülər “Ayxan” marketin videomüşahidə kameralarının yaddaş qurğusuna qeyd alınmış videogörüntülərdir, qeyd alınmış videogörüntülərdə görünən şəxs onun özüdür, məhz həmin görüntülər onun tərəfindən “Ayxan” marketdə törətdiyi oğurluq cinayətinin bəzi görüntüləridir(i.v.102); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 13 noyabr 2025-ci il tarixdən hesablanmaqla 01 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir(i.v.113-120); Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, X4 tərəfindən ona vurulmuş zərərin 17000 manatının ödənildiyini, hazırda X3 qarşı şikayət və tələbinin olmadığını, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir(i.v.121); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir(i.v.122-127); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən CM-nin 322.1-ci maddəsi ilə təqsirli bilinərək əmək haqqından 15% tutulmaqla 05 ay 24 gün islah işləri cəzana məhkum edilmişdir(i.v.128-129); Qətimkan tədbirinin seçilməsi haqqında 13 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu rayon prokuroru tərəfindən X2 barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahidin ibtidai istintaq zamanı vermiş olduğu ifadələri, videogörüntü, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 177-182-ci, 185- 187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini(CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın bir qismini ödəməsini (CM-59.1.14) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü üzrə olan məhkumluğu ödənildiyindən məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, 13 noyabr 2025-ci il tarixdən 13 dekabr 2025-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 01 (bir) ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı(CM 69.3), barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 10 kiloqram çəkidə olan qovrulmuş fındığın, iki ədəd Zemoff markalı arağ, doqquz ədəd Persil markalı yuyucu tozu, yeddi ədəd ton balığı, bir ədəd bizim tarla markalı nar şərabı, bir ədəd Qinyət oğlu markalı təbii bal, şəffaf sellofana bükülmüş Mixəy və bir ədəd İmpra markalı çayın zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır(CPM-132.1). Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Əbrəqunus Ə/D, Əbrəqunus kəndi ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Naxçıvan Muxtar Respublikası ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Culfa rayon İcra və Probasiya bölməsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 noyabr 2025-ci il tarixdən 13 dekabr 2025-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 01 (bir) ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) ay azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01(bir) il 10(on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Əbrəqunus Ə/D, Əbrəqunus kəndi ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Culfa rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – 10 kiloqram çəkidə olan qovrulmuş fındığın, iki ədəd Zemoff markalı arağın, doqquz ədəd Persil markalı yuyucu tozun, yeddi ədəd ton balığının, bir ədəd bizim tarla markalı nar şərabının, bir ədəd Qinyət oğlu markalı təbii balın, şəffaf sellofana bükülmüş mixəyin və bir ədəd İmpra markalı çayın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu- hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar