Məhkəmə qərarları › İş №1(008)-838/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-838/2025

16.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-838/2025 16.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1969-cu ildə Naxçıvan MR, Ərəbyengicə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, ali təhsilli, subay, işləməyən, Naxçıvan MR, Naxçıvan şəhəri, Şərur rayonu, Ərəbyengicə kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə, 20 avqust 1983-cü ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, ali təhsilli, subay, "xxxx" MMC-də mühəndis işləyən, ünvan 2 ünvanında qeydiyyatda olan və Xırdalan şəhəri, H.Əliyev küçəçi, Kristal-ünvan 3 ünvanında yaşayan, barəsində hazırki cinayət işi üzrə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, digər cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası ƏN-in PX-in 3 X2 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan sui-istifadə etmək və aldatma yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə 2025-ci ilin mart ayında Zərərçəkmiş şəxs qohumu X4 öz əlaqələri vasitəsi ilə DOST mərkəzində aylıq 800 manat əmək haqqı almaq şərti ilə hər hansı işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, “Nazlı” şadlıq evinin arxasında yerləşən restoranda 7000 manat, xx.xx.2025-ci il tarixdə eyni ünvanda 3300 manat pulu şəxsən, sonuncu dəfə isə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində yerləşən “Qəmlo” çay evində qrupun üzvü Təqsirləndirilən şəxs2 təqdim etdiyi "****0111” nömrəli Kapitalbank kartına göndərilmiş 1700 manat olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 12000 manat pulunu etibarından sui-istifadə etməklə ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan sui-istifadə etmək və aldatma yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə 2025-ci ilin mart ayında tanışı Zərərçəkmiş şəxs qohumu X4 qrupun üzvü Təqsirləndirilən şəxs1 əlaqələri vasitəsi ilə DOST mərkəzində aylıq 800 manat əmək haqqı almaq şərti ilə hər hansı işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, “Nazlı” şadlıq evinin arxasında yerləşən restoranda 7000 manat, xx.xx.2025-ci il tarixdə eyni ünvanda 3300 manat pulu qrupun üzvü Təqsirləndirilən şəxs1 vasitəsi ilə, sonuncu dəfə isə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində yerləşən “Qəmlo” çay evində ****0111 nömrəli Kapitalbank kartına göndərilmiş 1700 manat olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 12000 manat pulunu etibarından suiistifadə etməklə ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 ortaq tanışı X1 vasitəsi ilə 2025-ci ilin yanvar ayında tanımışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 vasitəsi ilə tanımışdır. 2025-ci ilin fevral ayının təxminən 10-da Təqsirləndirilən şəxs2 ortaq tanışı Hüseynə zəng vuraraq onu çay içməyə dəvət etmiş, o razılaşaraq Sabunçu qəsəbəsinə “Qəmlo" çay evinə getmişdir. Həmin vaxt Səbuhi onun adaşı Zərərçəkmiş şəxsla tanış etmiş, “kürd” ləqəbini də demişdir. Onlar masa arxasında çay içmişlər. Daha sonra, Hüseyn və o çay evindən çıxıb ayrılmışlar. Bu ərəfədə Təqsirləndirilən şəxs2 Xətai RPl-nin 34 və 36-cı polis bölmələrində barəsində iş görmək adı ilə pul alması səbəbindən araşdırmaları getməsini ona demişdir, bir cinayət işi isə Xətai rayon məhkəməsində istintaqı gedir. Təqsirləndirilən şəxs2 ona müraciət edərək onun müəyyən tanışlıq əlaqələri olduğunu bildiyi üçün polisdə və məhkəmədə onun işini danışıb, zərərçəkmişləri sakitləşdirməyi xahiş etmiş, o da ona bir insan kimi köməklik etmiş, şikayətçilərlə görüşüb onları razı saldırmışdır, polis bölmələrindən də ağsaqqal kimi danışıb müəyyən möhlət almışdır ki, işi ağırlaşmasın. Bundan sonra, 2025-ci ilin fevral ayının təxminən 20-də Təqsirləndirilən şəxs2la “Nazlı” sarayın yaxınlığında çayxanada dostu Hüseyn Əliyevlə birlikdə görüşən zaman o Təqsirləndirilən şəxs2 müraciət edərək xərçəngdən müalicə almaq üçün pula ehtiyacı olduğundan ondan 1400 manat borc pul istəmiş, həmin vaxt Təqsirləndirilən şəxs2 ona təklif etmişdir ki, “kürd” ləqəbli dostu Zərərçəkmiş şəxs qohumunu “DOST” xidmətində işə düzəltmək istədiyini, bu işi müəyyən pul müqabilində özünün həll edə biləcəyini, lakin, Zərərçəkmiş şəxs ona inamının olmadığını bildirərək ona zamin durmağını xahiş etmişdir. Onun pula ehtiyacı olduğu üçün Təqsirləndirilən şəxs2la razılaşmış, lakin, ondan öhdəsinə götürdüyü işi həll edə bilməsə necə olacaq deyə soruşduqda, bu zaman Səbuhi, onu arxayın salaraq əgər alınmasa pulu geri qaytaracağına, problem olmayacağına əmin etmişdir. Bu danışqlara adaşı Hüseyn Əliyev də şahid olmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs2 onun yanında Zərərçəkmiş şəxs telefon əlaqəsi yaradaraq nə vaxt görüşə biləcəklərini soruşduqda o təxminən bir həftə sonraya görüş təyin etmişdir. Beləliklə, təxminən 2025-ci ilin fevral ayının sonlarında Nizami rayonu ərazisində “Nazlı” sarayın yaxınlığında kafedə Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs, o və dostu Hüseyn Əliyev görüşmüşlər. Həmin görüşdə Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs2 uzun illər tanısa da ona güvənmir, əgər ona zamin durursa DOST xidmət mərkəzinə qohumu Udayı işə düzəltmək üçün ondan istədiyi 12000 manat pulu versin. O da Təqsirləndirilən şəxs2 Dövlət Sosial Müdafə Nazirliyində tanışının olmasını əvvəlcədən deyib inandırdığı üçün, ona inamı yaranmışdır. Bu səbəbdən, o Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs2 zamin durur və 12000 manat pulu ona versin, işini həll edəcək. Həmin danışıqlara da dostu Hüseyn Əliyev şahid olmuşdur. Həmin danışıq zamanı Zərərçəkmiş şəxs ondan hətta soruşmuşdur ki, həmin işin həll edilməsi üçün qohumundan pul alacaq və həmin puldan onun mənfəəti nə qədər olacaq.? O isə cavabında Təqsirləndirilən şəxs2 özü tanıdığını, öz payını onunla danışıb razılaşmağını, 12000 manata həll etməsini bildiyini, başqa məbləğə qarışmadığını demişdir. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, “Nazlı” şadlıq evinin arxasında yerləşən restoranda Təqsirləndirilən şəxs2, o və Zərərçəkmiş şəxs görüşüb masa arxasında əyləşmişlər. Həmin vaxt qohumunun işinin düzəlməsi üçün Zərərçəkmiş şəxs 7000 manat pulu Təqsirləndirilən şəxs2 vermiş və o pulu sayıb cibinə qoymuşdur və onlar çay içib ayrılmışlar, Təqsirləndirilən şəxs2 qalan pulu nə vaxt verəcəyini Zərərçəkmiş şəxs soruşduqda o, 10 gün ərzində əlavə olaraq 3000 manat, sonda isə 2000 manat düzəldib verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 pulu götürdükdən sonra ayrılmışlar. İki gün sonra o yenidən Təqsirləndirilən şəxs2 müraciət edərək ona müalicə üçün pul istəmişdir, Səbuhi isə eyni kafedə onunla görüşmüş və ona 1400 manat borc pul vermişdir. Təxminən, 10 gün sonra Zərərçəkmiş şəxs ona zəng vuraraq Təqsirləndirilən şəxs2la görüşəcəyini, 3000 manat pulu ona veribverməməyi soruşduqda, o yenə bildirmişdir ki, işinin düzəlməsi üçün versin. Lakin, o onların həmin görüşündə iştirak etməmişdir. Daha sonra, o Təqsirləndirilən şəxs2 zəng edərək ondan yenə müalicə pulu istəmiş və Səbuhi ona 500 manat pul **********670396 nömrəli Leobank bank kartına göndərmişdir. Təxminən iki həftə sonra yenə Təqsirləndirilən şəxs2 onunla telefonla danışdıqda Zərərçəkmiş şəxsla görüşüb qalan pulu alacağını dedikdə, o yenə ondan müalicəsi üçün pul istəmiş, o da göndərəcəyinə söz vermişdir. Həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs2 onun **********670396 nömrəli Leobank kartına 500 manat pul göndərmişdir. Bundan əvvəl isə 2025-ci ilin mart ayının əvvəllərində Zərərçəkmiş şəxs 300 manat borca pul almışdır, yəni, bank kartına göndərmişdir. Sonradan Təqsirləndirilən şəxs2 verdiyi vədə əməl etməməsi səbəbindən Zərərçəkmiş şəxs ona zənglər etmiş, o da Təqsirləndirilən şəxs2 işi həll etməsini tələb etməyə başlamışdır. Hətta Zərərçəkmiş şəxsla birgə Təqsirləndirilən şəxs2la görüşüb Sosial Müdafiə Nazirliyinə getmişlər və ondan tələb etmişdir ki, iş düzəlmirsə Nazirliyə daxil olub pulu kimə veribsə geri alsın. Lakin, Səbuhi içəri girsə də geri qayıdaraq pulu ala bilmədiyini bildirib vaxtı uzatmağa başlamışdır. Hətta başqa bir adamın DOST xidmətinə Udayın yerinə işə düzəlmək istəyən adam tapmalı olduğunu, həmin adamdan 10000 manat pul alıb, Zərərçəkmiş şəxs pulunu qaytaracağına vəd vermişdir. O isə özündə olan pulu qaytaracağına Zərərçəkmiş şəxs söz vermişdir. Pul düzəltdikdən sonra o iki dəfəyə 1000 manat pulu Zərərçəkmiş şəxs bank kartına göndərmiş və onun Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs alaraq verdiyi puldan 1700 manat borcu qalmışdır. Əməlindən peşmandır, hazırda zərərçəkmiş şəxslə barışmış, dəymiş ziyanı tam olaraq ödəmişdir, barəsində amnistiya tətbiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ilk öncə məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun tələbə yoldaşıdır. Təqsirləndirilən şəxs1 isə 2025-ci ilin əvvəllərində Nizami rayonu, 8-ci km qəsəbəsi “Nazlı” şadlıq sarayının yanındakı restoranda ortaq tanışları ilə çay içən zaman tanımışdır. Hüseyn əvvəllər DTX-də işlədiyini, yaxşı əlaqələri olduğunu danışmışdır. Bundan sonrakı müddətdə də Təqsirləndirilən şəxs1la arada görüşüb çay içmişlər. O Hüseyndən bir-iki polis bölmələri ilə bağlı tanışlarının işlərini xahiş etdikdə, həmin işləri müəyyən əlaqələr vasitəsi ilə Hüseyn həll etmişdir. Tələbə yoldaşı Səbuhi ilə 2025-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu ərazisində “Qəmlo” çay evində bir yerdə olan zaman Təqsirləndirilən şəxs1 ora gəlmiş və onu tələbə yoldaşı Səbuhi ilə tanış etmiş, ümumi tanışlıq olmuşdur. Həmin vaxt da Hüseyn özünün yenə əlaqələrindən filan danışmış, çay içdikdən sonra ayrılmışlar. Həmin vaxtdan 3-4 gün sonra Nizami rayonu, 8ci km qəsəbəsi “Nazlı” şadlıq sarayının yanındakı restoranda tələbə yoldaşı Səbuhi ilə görüşdə olan zaman Hüseyn də çay içməyə gəlmişdir. Söhbət əsnasında tələbə yoldaşı Səbuhi ona bildirmişdir ki, qohumunu hər hansı dövlət qurumunda işə düzəltdirmək istəyir və ondan məsləhət istədikdə, Hüseyn özü söhbəti müdaxilə edərək əlaqələri vasitəsi ilə istəsə müəyyən pul müqabilində Sosial Müdafiə Nazirliyinin “DOST” mərkəzinə işə düzəltmək məsələsini həll edə biləcəyini demişdir. Bu zaman Səbuhi nə qədər xərci olacağını soruşduqda, yekunda Təqsirləndirilən şəxs1 12000 manat müqabilində həmin işi həll edə biləcəyini bildirmiş, Zərərçəkmiş şəxs da qohumları ilə məsləhətləşib deyəcəyini ona demişdir və çay içib ayrılmışlar. Hüseyn çıxıb getdikdən sonra Səbuhi onunla məsləhətləşdikdə, o ona özünün götür-qoy edib qərar verməsini, sonra təkrar görüşməsini məsləhət vermişdir. Bundan sonra, təxminən 2025-ci ilin aprel ayında Zərərçəkmiş şəxs onun iştirakı ilə Təqsirləndirilən şəxs1la Nizami rayonu, 8-ci km qəsəbəsi “Nazlı” şadlıq sarayının yanındakı restortanda görüşmüşlər. Orada Səbuhi qohumu Udayın DOST xidmətinə işə düzəlmək üçün ilkin olaraq 7000 manat pul vermiş, o da buna şahid olmuşdur. Təxminən 10 gün sonra Zərərçəkmiş şəxs onun iştirakı ilə Təqsirləndirilən şəxs1la Nizami rayonu, 8-ci km qəsəbəsi “Nazlı” şadlıq sarayının yanındakı restoranda görüşmüşdür və orada Hüseynə əlavə olaraq 3000 manat pulu eyni məqsədlə, yəni qohumunu DOST xidmətinə işə düzəltməsi üçün vermişdir. xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxsla Bakı şəhəri, Sabunçu rayonu ərazisində “Qəmlo” çay evində bir yerdə olan zaman Səbuhi Hüseynə zəng vuraraq görüşə çağırmşdır ki, qalan 2000 manatı da versin, lakin, Hüseyn uzaqda olduğunu, ona olan 300 manat borcunu çıxdıqdan sonra qalan 1700 manat pulu ona verməyini, sonradan alacağını dedikdə Səbuhi ona bank kartına göndərməyi təklif etmişdir. Hüseyn isə nağd pul istədiyini deyib təklif etdi ki, “Pulu Səbuhinin kartına at, o, nağdlaşdırıb mənə verər.” Bundan sonra, Zərərçəkmiş şəxs da onun kapital bank kartına 1700 manat pul yükləmiş və o da həmin pulu bankomatdan nağdlaşdırıb, həmin pulu Nizami rayonu, 8-ci km qəsəbəsi “Nazlı" şadlıq sarayının yanındakı restoranda Təqsirləndirilən şəxs1 1700 manat pulu çatdırmışdır. O, Zərərçəkmiş şəxs onun vasitəsi ilə maddi ziyan dəyməsi səbəbindən Təqsirləndirilən şəxs1 əvəzindən artıq 2025-ci ilin sentyabr ayından etibarən hissə-hissə bank kartı vasitəsi ilə təxminən 4000 manat pul qaytarmışdır. Sonda isə Təqsirləndirilən şəxs2 özünü tam təqsirli bilərək dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq xx.xx.2025-ci il tarixli amnistiya aktının tətbiq edilərək cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 tələbə yoldaşı Təqsirləndirilən şəxs2 Hacıməhəmməd oğlunun vasitəsi ilə tanımışdır. 2025-ci ilin fevral ayının əvvəllərində tanışı Təqsirləndirilən şəxs2la ilə birlikdə Sabunçu qəsəbəsində kafedə çay içib söhbət edən zaman qohumu olan X4 “DOST” xidmətinə işə düzəltmək istədiyini bildirmişdir. Həmin vaxt Səbuhi Hüseyn adında tanışının olduğunu, Hüseynin bu işdə ona kömək edə biləcəyini bildirdikdə, o da maraqlanıb xəbər deməsini xahiş etmişdir. Bundan sonra, Səbuhi onu Hüseynlə ilk dəfə Sabunçu qəsəbəsində “Qəmlo” çay evində görüşdürüb tanış etmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs1 Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində tanışının olduğunu, həmin tanışının vasitəsi ilə qohumu Udayı “DOST” xidmətinə işə düzəldə biləcəyini bildirmişdir. Bir neçə gün sonra o Uday Abdullayevin anket məlumatlarını (CV) Hüseynin istifadəsində olan ***-***-**-** mobil nömrəsinin “Whatsapp” tətbiqinə öz nömrəsindən göndərmişdir. Bir neçə gün sonra Hüseyn öz ***-***- **-** saylı mobil nömrəsindən onun ***-***-**-** saylı nömrəsinə zəng vurub qeyd olunan işin həll olunacağını, bunun qarşılığında 12000 manat pul verməli olduğunu bildirmişdir və bu barədə “Whatsapp” tətbiqi vasitəsi ilə də mesajlaşmaları olmuşdur. O razılaşdıqdan bir neçə gün sonra 04 mart 2025-ci il tarixdə Bakı şəhəri Nizami rayonu ərazisində, “Nazlı” şadlıq sarayının arxa hissəsində yerləşən adını bilmədiyi kafedə Təqsirləndirilən şəxs2 iştirakı ilə Hüseynlə görüşüb Hüseynə 7000 manat nağd pul vermişdir və qalan pulu qısa müddət ərzində çatdıracağını bildirmişdir. 17 mart 2025-ci il tarixdə isə yenidən Səbuhinin iştirakı ilə Hüseynlə eyni kafedə görüşüb 3000 manat pulu Hüseynə vermişdir, həmin görüşdə Hüseyn ondan öz müalicəsi üçün 300 manat borc istədiyi üçün ona əlavə olaraq həmin məbləğdə pul vermişdir. 30 mart 2025-ci il tarixdə saat 21 radələrində Sabunçu qəsəbəsində “Qəmlo” çay evində olan zaman o işlə maraqlanmaq üçün Hüseynə zəng vurmuş və sonuncu ona bildirmişdir ki, əvvəlcədən ondan borc aldığı 300 manatı çıxıb qalan 1700 manatı da Səbuhiyə göndərməyi, Səbuhi aparıb iş düzəldən adama çatdıracağını və işini həll etdirəcəyini bildirmişdir. O da Səbuhiylə danışıb onu həmin kafeyə çağırmış, o da gəlmişdir. Səbuhiyə Hüseynin dediklərini bildirmiş və onu tanımadığını, onun iş görəcəyinə zamin durursa pul göndərəcəyini bildirmişdir. Səbuhi də ona bildirmişdir ki, narahat olmasın, Hüseyn deyirsə ver, aparıb lazımi adama verəcəkdir və işi də həll olunacaq. O da həmin gün saat 21:31 radələrində “Qəmlo” çay evində istifadəsində olan Kapitalbank kartından Səbuhinin ona təqdim etdiyi “Kapitalbank” bank kartına 1700 manat göndərmiş və Səbuhi çay içdikdən sonra kafedən ayrılmışdır. Təxminən 1 ay sonra o qohumunun işi düzəlmədiyini gördükdə Hüseynə zəng vurub pulu qaytarmağı tələb etdikdə Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, Dövlət Sosial Müdafiə Nazirliyinə Təqsirləndirilən şəxs2 göndərdiyini işi görən adamdan pulu geri alıb gələcəyini bildirmişdir. O da sonra Təqsirləndirilən şəxs2 zəng vurub soruşduqda o Nazirliyə gedib Hüseynin iş gördüyü adamla görüşdüyünü, lakin, həmin adamın ona sərt reaksiya verərək, qəbul etmədiyini, Nazirlikdən çıxartdırdığını ona demişdir. O bundan sonra Səbuhini görüşə çağırmış və birlikdə Təqsirləndirilən şəxs1la görüşmüşlər, o hər ikisi ilə birlikdə Nizami metrosunun yanında yerləşən DSMN-nin binasının yanına gəlmişdir və Hüseyndən tələb etmişdir ki, qalxsın işi kiminlə görübsə pulu geri alsın. Bu zaman Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la mübahisə etməyə başlamış və ona demişdir ki, “ işi sən həll etməli idin, pulu kimə vermisənsə adını de mən gedim götürüm.” Bu zaman o Hüseyndən açıqlama istəmiş, Hüseyn və Təqsirləndirilən şəxs2la oradan ayrılıb çayxanada əyləşib söhbət etmişlər. Hüseyn ona danışmışdır ki, əslində ondan qohumu Udayın DOST mərkəzində işə düzəlməsi üçün pul alınmasını Təqsirləndirilən şəxs2 ona təklif edib və onun özünə güvəni olmadığı üçün, işi düzəldən adam kimi Hüseyn özünü ona təqdim etmiş və işi həll edəcəyinə vəd verib pulu almış, lakin əsas məbləğin 10000 manatdan çox hissəsinin Təqsirləndirilən şəxs2 çatdırdığını, qalan hissəsini isə borc kimi öz müalicəsi üçün Səbuhidən götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs2 həmin vaxt sakit susub dayanmışdır. Sonra Hüseyn getdikdən sonra o ondan üzünə qarşı Hüseynin dediklərinə niyə susduğunu, niyə onu aldatdıqlarını soruşduqda Təqsirləndirilən şəxs2 Hüseynin beyin xərçəngi olmasına, xəstəliyinə görə əsəbi olduğuna və ona etiraz etsə kafedə səs-küy salıb onları biyabr edəcəyinə görə susduğunu, lakin, əslində Təqsirləndirilən şəxs1 öz əlaqələri vasitəsi ilə bu işi həll etməsini öhdəsinə götürdüyünü, pulu da Hüseynin iş gördüyü adama çatdırdığını, geri alıb qaytardıracağına söz vermişdir. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir, onlara qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi barədə 26 may 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs qohumu X3 DOST xidmətinə işə düzəltmək vədi ilə 12000 manat pulunun dələduzluq cinayəti nəticəsində Təqsirləndirilən şəxs1 tapşırığına əsasən Təqsirləndirilən şəxs2 vasitəsi ilə ələ keçirilməsi hadisəsinin başa çatdığı yer Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində yerləşən “Qəmlo” çay evinə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v.08-10, 29-30); DVD diskin götürülməsi və baxış keçirilməsi haqqında 21 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs təqdim etməsinə əsasən götürülmüş içində səs yazılar, ekran fotoşəkili olan 01 ədəd DVD diskinə baxış zamanı müəyyən edilmişdir ki, həmin disk açıldıqda orada “Dəlillər” qovluğu vardır, həmin qovluq açıldıqda isə içində 7 ədəd “OGG” formatlı səs faylları və bir ədəd “Whatsapp image” adlı fayl vardır. Həmin fayllarda olan səs yazıları bir-bir dinlənildikdə X5 məxsus olması müəyyən edilən kişi səsinin 1-ci 15 saniyəlik səs yazısında “Əmoğlu” deyə müraciət etdiyi şəxsə narahat olmamağı, gün ərzində uşağın mailinə SMS göndəriləcəyini, 2-ci 17 saniyəlik səsyazısında narahat olmamağı işi danışdığını, məsələ həllini tapacağını, 3-cü 21 saniyəlik səs yazısında 7000, sonra 3000 alındığının etirafı, 4-cü 10 saniyəlik səs yazısında müavinlə danışdığını, sabah günortayadək nöqtə qoyulacağını, uçağı çağıracaqlarını, 5-ci 12 saniyəlik səs yazısında adamın ona zəng vurduğunu, həftənin 4cü gününə kimi gəlib götürmələrini, 6-cı 42 saniyəlik səs yazısında səsini (kiməsə)göndərdiyini, Səbuhiylə də əlaqə saxlamasını, onun da adamı yaxşı tanımasını, həmin adamla özü dəfələrlə iş görməsini, əmanəti də Səbuhinin çatdırdığını, Səbuhinin indi səhv edib onun zənglərini açmadığını, 7-ci 1 dəqiqə 39 saniyə davam edən səs yazısında düz deməsini, 7000-dən Səbuhinin 5000 götürüb ona 2000 verməsini, Səbuhinin ikinci dəfə 3000 alaraq 8000 Sosiala çatdıracağını deməsini, 3-cü dəfə isə ona olan 300 borcunu çıxmaqla 1700 almasının etirafına dair göndərilmiş audio səsli mesajlar olması müəyyən edilmişdir.Baxış keçirilən diskdəki “Dəlillər” qovluğundakı "Whatsapp İmage" faylında Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsi ilə olan “Whatsapp” tətbiqinə aid mesaj mətinlərində xx.xx.2025-ci il tarixində saat 22:46 “Uday AbdullayevCV.pdf’ faylının göndərilməsi öz əksini tapmışdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs həmin səsli mesajların ***-***-**-** mobil nömrəsindən "Whatsapp ani mesajlaşma” tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs1 tərəfindən göndərdiyini, qohumu Uday Abdullayevin CV sənədini də onun işi özü həll etməsinə vəd verməsi səbəbindən ona “Whatsapp ani mesajlaşma” tətbiqi vasitəsi ilə mesajla göndərdiyini bildirmişdir.Baxış keçirilən 01 ədəd DVD disk və mesaj mətinləri çap edilməklə protokola əlavə edilmişdir(i.v.71-73); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən CM-nin 178.2.2, 178.2.4, 69.3, 67.1, 68.2-ci maddələrinə əsasən 02 il 09 ay azadlıqdan məhrum etmə, 4000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə CM-nin 67.1-ci maddəsi hökmdən xaric edilmiş, CM-nin 66.5, 66.7-ci maddəsi ilə 5000 manat cərimə cəzası ilə azad edilmişdir(i.v.78-80); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki,Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 06 il 02 ay müddətə azadlıqdan məhrum edilmiş, xx.xx.2017-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmiş, cəzası 06 ilə endirilmiş, həbsdə saxlama müddəti çıxılaraq qəti 05 il 02 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Nizami rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 01 ay 08 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2022-ci ildə cəza müddəti başa çatmışdır(i.v.81-82, 221-225); Axtarışda olan şəxsin tutulması barəsində xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilmişdir(i.v.91); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 17 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə edilməsindən imtina edilərək azad edilməsi qərara alınmışdır(i.v.138-140); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 17 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir(i.v.141-142); Şübhəli şəxsin tutulması haqqında 24 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 24 noyabr 2025-ci il tarixdə saat 20:10-da şübhəli şəxs qismində tutulmuşdur(i.v.164); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(008)-540/2025 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2026-cı il tarixədək ev dustaqlığı qətmkan tədbiri seçilmişdir(i.v.209-216); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2026-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmiş, onunla barışmış, şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmiş, onunla barışmış, şikayət və tələbi yoxdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 öhdəsində xx.xx.2020-ci il təvəllüdlü X8 vardır. Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 öhdəsində xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X6 vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində 19 dekabr 2025-ci il tarixli “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini və təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ərizənin təmin edilməsini, amnistiya aktı tətbiq edilərək cinayət məsuliyyətindən azad edilmələrini məhkəmədən xahiş etdilər. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, müdafiə tərəfinin ərizələrini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində tətbiq edilməli və onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraata xitam verilməli və onlar cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilən CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri az ağır cinayətdir və himayələrində yetkinlik yaşına çatmayan uşaqları olduğundan, iş üzrə maddi ziyan tam olaraq ödənildiyindən yuxarıda qeyd edilən amnistiya qərarının 1.16-ci bəndi onların barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı bəndinin təsiri altına düşdüyündən, dəymiş ziyan tam olaraq ödənildiyindən onlar cinayət məsuliyyətindən azad edilməli və barələrində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübutlar- 1 ədəd DVD diskin və “Kapital Bank-Birbank” tətbiqinə aid olan pul köçürməsinə dair elektron qəbzin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4cü maddələri ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4cü maddələri ilə cinayət məsuliyyətindən azad edilsin və və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübutlar – 1 ədəd DVD diskin və “Kapital Bank-Birbank” tətbiqinə aid olan pul köçürməsinə dair elektron qəbzin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar