Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-839/2023 13.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X9 İmanovanın sədrliyi, məhkəmə iclasının katibi Səbinə Şair qızı Ənvərlinin katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1979-cu il tarixdə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Muğanlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, 13 avqust 2023-cü il tarixdə təxminən saat 13 radələrində Zərərçəkmiş şəxs ilə Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən 3 saylı xəstəxananın palatasında vət. Zərərçəkmiş şəxs onu nalayiq ifadələrlə təhqir etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən saçından yolaraq onun sifət nahiyəsindən vuraraq dırnağı ilə cırıb, ona təpə-ənsə nahiyəsinin tük örtüyünün itirilməsi ilə müşayiət olunan, təpə-ənsə nahiyəsinin dərialtı hematoması, sol yanaq nahiyəsinin sıyrığı ilə müşayiət olunan xəsarətlər yetirərək, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində təxminən 2 il bundan öncə Şahid ilə tanış olduğunu, Ramin adlı şəxsin ona həyatında Sevinc adlı qadının olduğunu, lakin ondan ayrılmaq istədiyini, bır qədər görüşüb söhbət etdikdən sonra bir yerdə yaşamağı qərarlaşdırdıqlarını, qeyri-rəsmi olaraq Raminlə ailə həyatı qurduğunu bildirmişdir Ramin adlı şəxsin onu özü ilə birlikdə anasıgilin evinə apardığını, bu ərəfədə artıq Şahid hamilə qaldığını, onların evində 8 ay yaşadığını, daha sonra həmin evdən çıxaraq Sabunçu rayonu, Bakıxanov qəsəbəsində kirayə ev tutaraq oraya köçdüklərini, cari ilin mart ayının 14-də səbəbsiz olaraq Raminin onu əşyaları ilə birlikdə küçəyə ataraq, əvvəllər münasibətdə olduğu Sevinc adlı qadının yanına getdiyini, həmin gündən sonra özünün ata evinə gəldiyini və 20 mart 2023-cü il tarixdə bətnində olan körpəsini dünyaya gətirdiyini, bu barədə Raminə deyən zaman onun xəstəxanaya gələrək onlara baş çəkərək çıxıb getdiyini bildirmişdir. Cari ilin avqust ayının 12-ə qədər Raminin onunla maraqlanaraq övladına lazım olan maddi dəstəyi göstərdiyini, xx.xx.2023-cü il tarixdə Raminə zəng vuran zaman onun səhhəti ilə əlaqədar olaraq Sabunçu xəstəxanasında olduğunu öyrəndiyini, xx.xx.2023-cü il tarixdə Raminə baş çəkmək üçün xəstəxanaya gedərək yuxan mərtəbəyə qalxıb Raminin yatdığı palatanı tapdığını, lakin içəridə bir qadının olduğunu görüb və həmin qadının Sevinc olduğunu düşünərək bir qədər gözlədiyini, təxminən 2 saat gözlədikdən sonra artıq səbrinin tükəndiyi üçün palataya daxil olaraq Raminin uzandığı kravatın ayağında oturduğunu, əlini ayağına uzadaraq ‘"necəsən, nə olub" deyə soruşduğunu, bu zaman Raminin yanındakı Sevinc adlı xanımın ona “sən kimsən" deyərək soruşduqda, Raminin uşağının anasıyam dediyini, bu zaman Sevinc adlı qadının onu nalayiq ifadələrlə təhqir edərək palatadan çıxmasını tələb etdiyini, onu təhqir etdiyi üçün əsəbləşərək sağ əli ilə üzündən vurub, sol əli ilə İsə saçından tutaraq arxaya itələdiyini, bu zaman Sevinc adlı qadının DİN-nin 102 xidmətinə zəng vuraraq bu barədə məlumat verdiyini, daha sonra özünün palatadan çıxaraq oradan uzaqlaşdığını, bununla da mübahisələrinin başa çatdığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək təxminən keçən ilin noyabr ayında həyat yoldaşı Raminin evdən çıxaraq Füzuli rayonuna işə gedəcəyini söylədiyini, bir qədər zaman keçdikdən sonra yoldaşının başqa adlı bir qadınla yaşamasını öyrəndiyini, bununla bağlı həyat yoldaşı ilə aralarında mübahisələrinin olduğunu bildirmişdir. 13,08.2023-cü il tarixdə həyat yoldaşı səhhəti ilə əlaqədar olaraq Sabunçu rayonunda yerləşən 3 saylı xəstəxanada olan zaman onun yanına getdiyini, bir qədər keçdikdən sonra bir qadının onların palatasına baxdığım gördüyünü, daha sonra həmin qadının palataya daxil olaraq Raminin yanında oturub ayağını sığallayaraq “necəsən” dediyini, bu zaman həmin qadına “sən kimsən, burada nə işin var” dediyini, adını sonradan öyrəndiyi Badsafa adlı qadının onu nalayiq ifadələr işlədib, yaxşı etdiyini və səs-küy salmağa başladığını, ona palatadan çölə çıxmasını söyləyən zaman, Badsafa adlı qadının onun saçından tutaraq dartdığını, daha sonra əli ilə üz nahiyəsinə vuraraq dırnağı İlə cırdığını, dərhal bu barədə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat verdiyini, həmin vaxt palatada başqa xəstənin də olduğunu, səs-küyə mühafizə işçilərinin və tibb bacılarının gəldiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verərək 2017-ci ildə Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi olaraq ailə həyatı qurduğunu və bu nikahdan övladlarının olmadığını bildirmişdir. Səhhəti ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən 3 saylı xəstəxanaya gedərək orada qaldığını, xx.xx.2023-cü il tarixdə palatada olan zaman əvvəllər münasibətdə olduğu adını Aytac kimi bildiyi qadının içəri daxil olduğunu, onun yanında oturaraq ondan necə olduğunu soruşduğunu, bu zaman qeyri-rəsmi ailə qurduğu Sevinc adlı qadının Aytaca “sən kimsən, burada nə işin var” dediyi zaman Aytacın səs-küy salaraq yaxşı edib gəldiyini söylədiyini, daha sonra Sevincin ondan palatadan çölə çıxmasını istəyən zaman adını sonradan dəqiq öyrəndiyi Badsafa adlı qadının onun üzərinə hücum edərək saçından yolub, üz nahiyəsinə vurduğunu, bu zaman Sevincin dərhal DİN-nin 102 xidmətinə zəng vurduqda Badsafamn palatadan çıxaraq getdiyini və bununla da mübahisələrinin bitdiyini, həmin vaxt palatada palatada başqa xəstənin də olduğunu, səs-küyə mühafizə işçilərinin və tibb bacılarının gəldiyini bildirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən 3 saylı xəstəxanada tibb bacısı kimi çalışdığını, 13 avqust 2023-cü il tarixdə xəstəxanada 315-ci palatanın qapısının qarşısında iki nəfər qadının dalaşdığını gördüyünü, həmin vaxt palatada başqa xəstənin də olduğunu, qadınların hər ikisinin biri-birini vurduğunu və nalayiq söyüşlərlə söydüyünü, səs-küyə başqa tibb bacısı və sanitar qadınların gəldiyini, qadınları sakitləşdirə bilmədiyindən mühafizəni çağırdığını, çətinliklə də bir qədər sonra qadınları sakitləşdirə bildiklərini göstərmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən 3 saylı xəstəxanada mühafizəçi işlədiyini, 13 avqust 2023-cü il tarixdə xidmətdə olan zaman tibb bacısı Sevinc Rüstəmovanın onu təcili 3-cü mərtəbəyə çağırdığını, oraya gedən zaman iki nəfər qadının dalaşdıqlarını və biri-birilərinə nalayiq söyüşlər söydüyünün şahidi olduğunu, hadisə yerinə xəstəxana işçilərinin və xəstələrin yığışdığını, çətinliklə də olsa qadınları ayıra bildiklərini və mübahisənin sona çatdığını bildirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X1 rayonu, Sabunçu qəsəbəsində yerləşən 3 saylı xəstəxanada mühafizəçi olduğunu, hadisənin birbaşa şahidi olmadığını, Ruhin Hüseynovla 1-ci mərtəbədə xidmətdə olan zaman tibb bacısının Ruhini 3-cü mərtəbəyə çağırdığını və dava olduğunu bildirdiyini, Ruhinin yuxarı getdiyini, təxminən 10 dəqiqə sonra 3-cü mərtəbəyə qalxdığını, həmin vaxt artıq davanın sona çatdığını, qadınlardan birinin pilləkənləri düşdüyünü, xəstəxananın koridorunda tibb bacılarının, xəstələrdən bəzilərinin və sanitar qadınların olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 13 avqust 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 3 saylı xəstəxananın palatasıdır (i.v.11- 13). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X10 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 16 avqust 2023-cü il tarixli, 1980 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs təpə-ənsə nahiyəsinin tük örtüyünün itirilməsi ilə müşayiət olunan, təpəənsə nahiyəsinin dərialtı hematoması, sol yanaq nahiyəsinin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanin (əşyaların) təsirindən törənmişdir, əllə yetirilə bilər, torənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir (i.v.19-20). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 55). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə keçirilmiş müvafiq ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməlidir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı sərf etdiyi 25 iş saatına, məhkəmə istintaqı zamanı sərf etdiyi 5 iş saatına, cəmi 30 iş saatına görə 6 manat hesablanmaqla 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-839/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-839/2023
13.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver