Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-84/2023 31.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafıəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər- Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətandaşı, orta təhsilli, subay, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1990-cı il tarixdə Dəvəçi rayonu, Dağquşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Dəvəçi rayonu, Dağquşçu kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Kürdaxanı qəsəbəsi D.Vasif küçəsində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 tamah məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əldə olunmuş birgə razılığa əsasən bir qrup şəxs halında 27 fevral 2022-ci il tarixdə, saat 23 radələrində ünvan 3 ünvanda yerləşən mişar daşı ilə xüsusi olaraq çəpərlənmiş başqa saxlanc yeri olan Zərərçəkmiş şəxs məxsus evin həyətinə çəpərdən keçməklə qanunsuz daxil olub, həyətdən 01 ədədin dəyəri 50 manat olan 06 ədəd 5 metr uzunluğunda cəmi 300 manat dəyərində dəmir boruları, 01 ədəd 150 manat dəyərində mis qazanı, 01 ədəd 40 manat dəyərində çuqun qaz sobasını, 01 ədəd 50 manat dəyərində alüminium qazanı, 01 ədədin dəyəri 550 manat hər birinin eni 1,5 metr, hündürlüyü 2 metr olan 02 ədəd cəmi 1100 manat dəyərində dəmir darvazaları, 01 ədədin dəyəri 30 manat olan 02 ədəd cəmi 60 manat dəyərində çarpayının dəmir baş hissələrini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs 1700 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir büküm təmiz çəkisi 1,830 qram psixotrop maddə metafmetamini əldə edib üzərində saxlamaqla daşımış, Sabunçu RPİ-in 15-ci PB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 05 mart 2022-ci il tarixdə, saat 09:20-də Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Hüseyn Hacıyev küçəsində fəaliyyət göstərən «Fidan» marketin qarşısında saxlanılıb 15-ci PB-yə aparılaraq xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,830 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 iş üzrə verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, D.Vasif küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayıb. Təqsirləndirilən şəxs1 onun tanışıdır. 27 fevral 2022-ci il tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə Ayazın yaşadığı evin həyətində söhbət edərkən pula ehtiyacları olduğundan Ayazın qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvana daxil olaraq həyətdən oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə, o, Zərərçəkmiş şəxs məxsus evin hasarından aşaraq həyətə daxil olmuş, həyətdən 01 ədədin 06 ədəd dəmir boruları, 01 ədəd mis qazanı, 01 ədəd çuqun qaz sobasını, 01 ədəd alüminium qazanı, 02 ədəd dəmir darvazaları, 02 ədəd çarpayının dəmir baş hissələrini götürərək Ayaza vermiş, Ayaz həmin əşyaları öz həyətində gizlətmişdir. 28 fevral 2022-ci il tarixdə, saat 11 radələrində Ayaz qonuşuluqda yaşayan Ələsgər adlı şəxsdən həmin əşyaları avtomobili ilə metal qəbulu məntəqəsinə aparmasını xahiş etmiş, həmçinin qeyd olunan əşyaların özünə məxsus olduğunu bildirmişdir. Onlar oğurladıqları əşyaları Ələsgərin idarə etdiyi “Ford Tranzit” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyərək Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən metal qəbulu məntəqəsinə aparmış, 125 manat müqabilində anket məlumatlarını dəqiq bilmədikləri şəxsə satmışlar. Əldə etdikləri puldan 10 manatını xidmət haqqı olaraq Ələsgərə vermiş, həmin puldan 20 manata Ayazla birlikdə yemək yemiş, geri qalanını isə şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, narkotik vasitələrdən istifadə etsə də üzərində narkotik vasitə ilə küçədə hərəkət etmir. 05 mart 2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Hüseyn Hacıyev küçəsində fəaliyyət göstərən «Fidan» marketin qarşısında olduğu zaman zaman iki nəfər şəxs ona yaxınlaşıb onu Sabunçu RPİ-nin 15-ci PB-yə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 15ci PB-yə getmişdir. Polis Bölməsində olarkən üzərində narkotik vasitə olmamasına baxmayaraq, polis əməkdaşları ona təzyiq göstərmiş və hansısa sənədləri imzalamasını tələb etmişlər. Polis əməkdaşları tərəfindən dəfələrlə təzyiqə məruz qaldığı üçün məcbur qalaraq özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır. Narkotik vasitələrdən istifadə etsə də, saxlanıldığı zaman üzərində narkotik vasitə olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayıb. Təqsirləndirilən şəxs2 onun tanışıdır. 27 fevral 2022-ci il tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə onun yaşadığı evin həyətində söhbət edərkən pula ehtiyacları olduğundan qonşuluqda yaşayan Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvana daxil olaraq həyətdən oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə, Hikmət Zərərçəkmiş şəxs məxsus evin hasarından aşaraq həyətə daxil olmuş, həyətdən 01 ədədin 06 ədəd dəmir boruları, 01 ədəd mis qazanı, 01 ədəd çuqun qaz sobasını, 01 ədəd alüminium qazanı, 02 ədəd dəmir darvazaları, 02 ədəd çarpayının dəmir baş hissələrini götürərək ona vermiş, o isə həmin əşyaları öz həyətində gizlətmişdir. 28 fevral 2022-ci il tarixdə, saat 11 radələrində o, qonuşuluqda yaşayan Ələsgər adlı şəxsdən həmin əşyaları avtomobili ilə metal qəbulu məntəqəsinə aparmasını xahiş etmiş, həmçinin qeyd olunan əşyaların özünə məxsus olduğunu bildirmişdir. Onlar oğurladıqları əşyaları Ələsgərin idarə etdiyi “Ford Tranzit” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyərək Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən metal qəbulu məntəqəsinə aparmış, 125 manat müqabilində anket məlumatlarını dəqiq bilmədikləri şəxsə satmışlar. Əldə etdikləri puldan 10 manatını xidmət haqqı olaraq Ələsgərə vermiş, həmin puldan 20 manata Hikmət birlikdə yemək yemiş, geri qalanını isə Hikmət şəxsi ehtiyyaclarına sərf etmişdir. Törətdiyi əməldən peşmandır, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır və polis baş leytenantıdır. 05 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması, həmin şəxsin cinayət əməlinin ifşa olunması və onun cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirinin keçirilməsi, eləcədə əməliyyat qrupunun yaradılmasından ötrü bölmə rəisinin adına raport yazılmış, rəis tərəfindən əməliyyat tədbirinin keçirilməsinə icazə verildikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, o, da həmin qrupa daxil edilmişdir. Qrupun üzvlərinə tədbir zamanı davranış qaydası izah olunmuş, bundan sonra əməliyyat axtarış tədbirləri keçirilmiş, həmin gün saat 09:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Hüseyn Hacıyev küçəsində fəaliyyət göstərən «Fidan» marketin qarşısında qarşısında Təqsirləndirilən şəxs2 saxlanılmış, qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlamada şübhəli bilinməsi ilə əlaqədar Sabunçu RPİ-nin15-ci PB-yə dəvət edilmişdir. 15-ci Polis Bölməsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra, o, boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxararaq təqdim etmişdir. Daha sonra polis əməkdaşı tərəfindən həmin bükümə baxış keçirilmiş və həmin bükümdə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Sorğu zamanı təqdim etdiyi bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisinə gedərək oradan üzdən tanıdığı, lakin, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 manat müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 digər Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, özünə məxsus “Ford Tranzit” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə fərdi qaydada yük daşıma fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs1 kənd sakini olaraq tanıyır. 28 fevral 2022-ci il tarixdə. günün birinci yarısı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində kafedə əyləşib çay içərkən Ayaz ona yaxınlaşaraq özünə məxsus dəmir materialları satmaq istədiyini bildirmiş, həmin metalları avtomobili ilə metal qəbulu məntəqəsinə aparmasını xahiş etmişdir. O, etiraz etməyərək idarə etdiyi Ford Tranzit” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobili Ayazın yaşadığı evin həyətinə sürmüş, Ayaz tanışı Hikmətlə birlikdə həyətdə olan dəmir boruları, sobanı, çarpayının dəmir baş hissəsini avtomobilin yük hissəsinə yığmışdır. Ayaz və Hikmətin təklifi ilə avtomobili Kürdəxanı qəsəbəsində yerləşən hərbi hissənin yaxınlığındakı metal qəbulu məntəqəsinə sürmüş, orada Ayazgil dəmir materialları avtomobildən boşaldıb metal qəbulu məntəqəsinə təhvil vermişlər. Daha sonra Ayaz xidmət haqqı olaraq 10 manat ödəmişdir. Bir müddət sonra Sabunçu RPİ-nin 15-ci PB-yə dəvət olunmuş, orada ona metal qəbulu məntəqəsinə verilmiş dəmir əşyaların oğurluq olduğu bildirilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə ifadəsindən görünür ki, o, 28 fevral 2022-ci il tarixdə, saat 17 radələrində yaşadığı ünvan 4 ünvanının həyətinə nəzər yetirərkən ona məxsus 01 ədədin dəyəri 50 manat olan 5 metr uzunluğunda 06 ədəd cəmi 300 manat dəyərində dəmir boruların, 01 ədəd 150 manat dəyərində mis qazanın, 01 ədəd 400 manat dəyərində çuqun qaz sobasının, 01 ədəd 50 manat dəyərində alüminium qazanın, 01 ədədin dəyəri 550 manat olan 02 ədəd hər birinin eni 1,5 metr, hündürlüyü 2 metr olan cəmi 1100 manat dəyərində dəmir darvazaların oğurlandığını aşkar etmiş, bu barədə Daxili İşlər Nazirliyinin 102 məlumat xidmətinə zəng edərək məlumat vermişdir. Həyəcanlı olduğu üçün ərizə və izahatında həyətindən 01 ədədin dəyəri 30 manat olan 02 ədəd cəmi 60 manat dəyərində çarpayının dəmir baş hissələrini qeyd etməmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2060 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş X5 məhkəmə ifadəsindən görünür ki, o, köhnə alüminium, mis, çuqun, dəmir və s. əşyaları ucuz qiymətə alaraq bir qədər baha qiymətə satmaqla qazanc əldə edir. Əlvan metalları Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində hərbi hissənin yaxınlığında yerləşən metal qəbulu məntəqəsində qəbul edərək həmin ünvanda satışını həyata keçirir. 28 fevral 2022-ci il tarixdə, saat 11-12 radələrində əvvəllər tanımadığı, istintaq zamanı adını bildiyi Təqsirləndirilən şəxs1 ona müraciət edərək maddi vəziyyəti ilə bağlı özünə məxsus müxtəlif dəmir, çuqun əşyaları satmaq istədiyini bildirmişdir. Ayazın təqdim etdiyi 06 ədəd 5 metr uzunluğunda dəmir boruları, 01 ədəd mis qazanı, 01 ədəd çuqun qaz sobasını, 01 ədəd alüminium qazanı, 02 ədəd hər birinin təxminən eni 1,5 metr, hündürlüyü 2 metr olan dəmir darvazaları, 02 ədəd çarpayının dəmir baş hissələrini nəzərdən keçirərək ona 125 manat verəcəyini bildirmişdir. Ayaz onun təklifi ilə razılaşaraq «Ford» markalı yük atomobilin yük hissəsindən metal əşyaları onunla gəlmiş adını və anket məlumatlarını dəqiq bilmədiyi bir nəfər şəxslə boşaldıb məntəqədə bir küncdən yığmışdır. Ayazdan şəxsiyyət vəsiqəsinin kserosurətini istədikdə o, sənədini itirdiyini, maddi vəziyyətinin ağır olduğunu, həmin əşyaların özünə məxsus olduğunu, təcili pula ehtiyacı olduğunu deyib, sənəd təqdim etmədən həmin əşyaları almasını xahiş etmişdir. Ayaza inanıb onun təqdim etdiyi əşyaları almış, sonradan sobadan başqa Ayazın ona satdığı digər əşyaları baha qiymətə anket məlumatlarını, adlarını bilmədiyi, tanımadığı şəxslərə satıb gəlir əldə etmişdir. Təqsirləndirilən şəxs1 ona satdığı əşyaları cinayət yolu ilə əldə etməsi barədə heç bir söz deməmişdir. 01 ədəd sobanı istintaqa təqdim etmişdir. Cinayət işinin 41-ci vərəqəsində olan 04 mart 2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 04 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 67-69-cu vərəqələrində olan 05 mart 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Məhəmmədəli Cümşüdovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs1 MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 70-71-ci vərəqələrində olan 05 mart 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 97-ci vərəqəsində olan 05 mart 2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 05 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 109-110-cu vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması barədə 05 mart 2022-ci il tarixli protokoldan görünür ki, Şahid3 və Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan açıq boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristalşəkilli maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin 122-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 88 (səksən səkkiz) manat müəyyən edilmişdir. Cinayət işinin 123-125-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2022-ci il tarixli 6/1345 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün N° 161» dairəvi möhür əksi «Saxlanılan şəxs imza...» yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 1,830 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf ediildikdən sonra metamfetaminin qalıq çəkisi 1.780 qramdır. Cinayət işinin 175-178-ci vərəqələrində olan 07 mart 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Məhəmmədəli Cümşüdovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs2 MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 179-180-ci vərəqələrində olan 07 mart 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 224-225-ci vərəqəsində olan 20 aprel 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin 231-ci vərəqəsində olan 18 iyun 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 18 iyun 2022-ci il tarixdə Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə yerləşdirilmişdir. Cinayət işinin 248-250-ci vərəqələrində olan 20 iyun 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Məhəmmədəli Cümşüdovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs2 MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 251-252-ci vərəqələrində olan 20 iyun 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 256-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 10 (on) manat müəyyən edilmişdir. Cinayət işinin 257-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 may 2022-ci il tarixli 9/2862 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində və fotoşəkildə göstərilən 01 ədəd çuqun qaz sobasının orta istismar müddəti və orta istismar intensivliyi parametlərinə uyğun olaraq 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 40,00 manat müəyyən edilir. Cinayət işinin 258-259-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 18 iyun 2022-ci il tarixli, 3324 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 260-262-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasını 1621 saylı, 21 iyun 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu qeyd edilib, hazırda da üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu aşkar edilir. Cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs1 öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, törətdiyi əməl barəsində anlaqlı hesab edilməli, Təqsirləndirilən şəxs1 hərəkəti Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür, hazırda öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək iqtidarındadır. Cinayət işinin 269-280-cı vərəqəsində olan 21 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 aşkar edilərək ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1.780 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarışı video görüntüləini özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs məxsus 01 ədəd qaz sobası cinayət işi üzrə maddi sübut kimi tanınaraq zərərçəkmiş şəxsə qaytarılmışdır. Cinayət işinin 196-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 17 mart 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 197-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 17 mart 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş AZ-İV seriyalı, 307525 nömrəli və AZ-İV seriyalı, 307526 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı övladı var. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 587/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq barəsində axtarış elan edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 16 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 12 noyabr 2022-ci il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq 14 noyabr 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 587/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq barəsində axtarış elan edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 16 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 12 noyabr 2022-ci il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq 14 noyabr 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməlləri ilə 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs2 “…Polis Bölməsində olarkən üzərində narkotik vasitə olmamasına baxmayaraq, polis əməkdaşları ona təzyiq göstərmiş və hansısa sənədləri imzalamasını tələb etmişlər. Polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığı üçün məcbur qalaraq özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, protokollar, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxsin şikayətinin olmamasını, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı övladının olmasını və zərərçəkmiş şəxsin şikayətinin olmamasını və cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublilası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının 04 mart 2022-ci il tarixdən 05 mart 2022-ci il tarixədək, 14 noyabr 2022-ci il tarixdən hal-hazıradək faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə tutulduğu və həbsdə olduğu 04 (dörd) ay 20 (iyirmi) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 09 (doqquz) ay 10 (on) gün çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalı, Təqsirləndirilən şəxs1 barəsində hökm qanuni qüvvəyə minənədək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Həmçinin Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2 günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 azadlığının 12 noyabr 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 azadlığının 05 mart 2022-ci il tarixdən 07 mart 2022-ci il tarixədək, 18 iyun 2022-ci il tarixdən 20 iyun 2022-ci il tarixədək faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 tutulduğu 04 (dörd) gün müddəti azadlıqdan məhrum etmənin cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla onun cəzasından 04 (dörd) gün çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza xərci və maddi sübut ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi 1.780 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, 1 ədəd çuqun qaz sobasının sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs2, məhkəməəmtəəşünaslıq ekspertizasının xərci 10 (on) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə olduğu 04 (dörd) ay 20 (iyirmi) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 09 (doqquz) ay 10 (on) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs1 barəsində hökm qanuni qüvvəyə minənədək “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təyin edilmiş azadlığın məhdudlaşdırması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına nisbətdə 02 (iki) günə, 01 (bir) gün hesabı ilə hesablanmaqla 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplanmaqla Təqsirləndirilən şəxs2 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə olduğu 04 (dörd) gün müddəti azadlıqdan məhrum etmənin cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 12 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut- Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi 1.780 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut 1 ədəd çuqun qaz sobasının sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Cinayət işi üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci 10 (on) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-84/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-84/2023
31.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver