Məhkəmə qərarları › İş №1(008)-84/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-84/2024

18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-84/2024 18.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafıəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərəçəkmiş hüquqi şəxsin (mülki iddiaçı) nümayəndəsi - X1, Müdafiəçilər- Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslərin qanuni nümayəndələri - Qanuni nümayəndə1 və Qanuni nümayəndə2, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 2007- ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, natamam orta təhsilli, işləməyən, Kəlbəcər rayonu Günəşli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində «nəzarət altına vermə» qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx xxxx 2008-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, natamam orta təhsilli, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3 8A-da yaşayan, barəsində «nəzarət altına vermə» qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 16 may 2023-cü il tarixdə saat 22:35 radələrində ünvan 4 ünvanında yerləşən Zabrat 1 dayanacağına gələrək ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra həmin dayanacaqda pilləkənlərin kənarına və aralarına quraşdırılmış "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus 4 ədəd 224 manat dəyərində «50 mm diametrli 1 ədədi 6 metrlik boru», 12 ədəd 60 manat dəyərində «50 mm diametrli 90 dərəcəlik döngədə olan şar aksesuar», 8 ədəd 16 manat dəyərində «50 mm diametrli borunun qurtaracağında olan qapaq», 16 ədəd 35 manat 20 qəpik dəyərində «boru ilə dayağın arasında olan aksesuarlar komplekti», 1 ədəd 60 manat dəyərində «40 mm diametrli 6 metrlik boru », 2 ədəd 112 manat dəyərində «50 mm diamterli 6 metrlik boru», 2 ədəd 120 manat dəyərində «40 mm diamterli 6 metrlik boru», 5 ədəd 75 manat dəyərində «16 mm diamterli 6 metrlik boru», 18 ədəd 21 manat 60 qəpik dəyərində «boru ilə dayağın arasında olan aksesuar komplekti», 18 ədəd 39 manat 60 qəpik dəyərində «yumru dayağın metlağa bərkidilən yerində olan kalçodaban», 18 ədəd 21 manat 60 qəpik dəyərində «dayağı yerə bərkitmək üçün istifadə olunan dəmir şitir», 12 ədəd 36 manat dəyərində «50 mm diametrli sadə 90 dərəcə döngə aksesuarları», 36 ədəd 70 manat 60 qəpik dəyərində «16 mm diamterli 90 dərəcəlik aksesuarlar», yəni alüminium metaldan olan məhəccərləri, gizli olaraq əlləri ilə dartıb qoparıb talamaqla, zərərçəkmiş hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 891 manat 60 qəpik məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs2 iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3 8A-da yaşayır. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsində yerləşən 36 saylı Zəngilan məktəbinin 9-cu sinifində təhsil alır. Təqsirləndirilən şəxs1 onun tanışıdır. 16 may 2023-cü il tarixdə, saat 22:35 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə ünvan 4 ünvanında yerləşən Zabrat 1 dayanacağı ərazisində gəzərkən, həmin dayanacaqda pilləkənlərin kənarına və aralarına quraşdırılmış alüminium metaldan olan məhəccərləri görərək həmin məhəccərləri oğurlayaraq satıb pul əldə etməyi qərara almışlar. Onlar ilk öncə ətrafa nəzər yetirərək heç kəsin olmadığını müəyyən etmiş, daha sonra metaldan olan məhəccərləri, gizli olaraq əlləri ilə dartıb qoparmış, qoparılan alüminum tutacaqları Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində “Ayxan” marketin yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə apararaq 6-7 manata satmış, əldə etdikləri pulu aralarında bölmüşlər. xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq X6 Şöbəsinə aparılmış, sorğu zamanı, o, 16 may 2023-cü il tarixdə saat 22:35 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə ünvan 4 ünvanında yerləşən Zabrat 1 dayanacağında pilləkənlərin kənarına və aralarına quraşdırılmış "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus alüminium metaldan olan məhəccərləri, gizli olaraq əlləri ilə dartıb qopardıqlarını və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində “Ayxan” marketin yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə apararaq 6-7 manata satdıqlarını bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs1 iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, Kəlbəcər rayonu Günəşli kəndində qeydiyyatda olmaqla ünvan 5 ünvanında yaşayır. Təqsirləndirilən şəxs2 onun tanışdır. 16 may 2023-cü il tarixdə, saat 22:35 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 4 ünvanında yerləşən Zabrat 1 dayanacağı ərazisində gəzərkən, həmin dayanacaqda pilləkənlərin kənarına və aralarına quraşdırılmış alüminium metaldan olan məhəccərləri görərək həmin məhəccərləri oğurlayaraq satıb pul əldə etməyi qərara almışlar. Onlar ilk öncə ətrafa nəzər yetirərək heç kəsin olmadığını müəyyən etmiş, daha sonra metaldan olan məhəccərləri, gizli olaraq əlləri ilə dartıb qoparmış, qoparılan alüminum tutacaqları Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində “Ayxan” marketin yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə apararaq 6-7 manata satmış, əldə etdikləri pulu aralarında bölmüşlər. xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisinndə olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq X6 Şöbəsinə aparılmış, sorğu zamanı, o, 16 may 2023-cü il tarixdə saat 22:35 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 4 ünvanında yerləşən Zabrat 1 dayanacağında pilləkənlərin kənarına və aralarına quraşdırılmış "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus alüminium metaldan olan məhəccərləri, gizli olaraq əlləri ilə dartıb qopardıqlarını və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində “Ayxan” marketin yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə apararaq satdıqlarını bildirmişdir. Məhkəmə iclasında zərəçəkmiş hüquqi şəxsin (mülki iddiaçı) nümayəndəsi qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində Hüquq İdarəsinin Məhkəmələrlə iş şöbəsinin aparıcı hüquqşünası vəzifəsində çalışır. 16 may 2023-cü il tarixdə gecə saatlarında Zabrat 1 dəmir yolu dayanacağında pilləkənlərə quraşdırılmış 4 ədəd 224 manat dəyərində 50 mm 1 ədədi 6 metrlik boru, 12 ədəd 60 manat dəyərində 50 mm 90 dərəcəli aksesuar şarı, 8 ədəd 16 manart dəyərində 50 mm borunun qurtaracağında qapaq, 16 ədəd 35 manat 20 qəpik dəyərində aksesuarlar boru ilə dayağın arasında komplekt, 1 boy 60 manat dəyərində 40 mm 1 ədədi 6 metr boru, 2 boy 112 manat dəyərində 50 mm 1 ədədi 6 metr boru, 2 boy 120 manat dəyərində 40 mm 1 ədədi 6 metr boru, 5 boy 75 manat dəyərində 16 mm 1 ədədi 6 metr boru, 18 ədəd 21 manat 60 qəpik dəyərində aksesuarlar boru ilə dayağın arasında komplekt, 18 ədəd 39 manat 60 qəpik dəyərində kalço yumru dayağın metlaqa bərkidilən dabanı, 18 ədəd 21 manat 60 qəpik dəyərində dəmir olan dayağı yerə bərkitmək üçün şitir, 12 ədəd 36 manat dəyərində 50 mm sadə 90 dərəcə aksesuarlar, 36 ədəd 70 manat 60 qəpik dəyərində 16 mm 90 dərəcədə aksesuarları, məhəccərləri, alüminium materialdan olan detalları gizli olaraq oğurlanmışdır. Bununla bağlı, Dəmir Yolu NPİ-nin Sabunçu st. XPŞ-nin İstintaq və Təhqiqat qrupunda istintaq aparılmış oğurluq faktının təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədildiyi müəyyən edilmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 891 manat 60 qəpik məbləğində maddi ziyan dəymişdir. İş üzrə mülki iddiasının təmin edilməsini, 891 manat 60 qəpik məbləğində maddi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsini xahiş edir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sabunçu st.XPŞ-nin Zabrat st XPM-nin rəisi vəzifəsində çalışır, polis mayoru xüsusi rütbəsi daşıyır. 16 may 2023-cü il tarixdə "xxxx" QSC-nin Sərnişin Daşımaları departamentinin rəis müavini Mədəd Şixəmirov müraciət edərək Zabrat 1 dayanacağında pilləkənlərə quraşdırılmış aliminium məhəccərlərin oğurlanmasını bildirmişdir. Həmin məlumat əsasında keçirilmiş əməliyyat tədbirləri zamanı oğurluq hadisəsinin yetkinlik yaşma çatmayanlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanması müəyyən edilərək hər iki şəxs Sabunçu st XPŞ-yə dəvət olunmuş və bu barədə rəhbərliyə raportla müraciət olunmuşdur. Daha sonra əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmış məhəccərlərin metal alqısatqısı ilə məşqul olan Şahid2 satması müəyyən edilmişdir. Ona görə də Şahid2 dəvət olunaraq izahatının alınması təmin edilmişdir. Lakin keçirilmiş əməliyyat tədbirlərinə baxmayaraq Şahid2 tərəfindən satılmış məhəccərləri almış şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 15 il olar ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, ünvan 6 ünvanda metal qəbulunda atası olmayan vaxt metal qəbul edir. Təxminən 2023-cü ilin may ayının ortalarında gecə saatlarında əvvəllər tanıdığı və Zabrat qəsəbəsində yaşayan Əli və Ömər yaşadığı ünvana gəlmişlər. Həmin vaxtı onların əlində iki ədəd sellofan klok olmuş və ona bildirmişlər ki, alüminum metallar gətiriblər. O, sonuncuların kloklarım almış və baxmadan tərəzidə çəkmişdir. Sonra isə həmin alüminum metallara görə sonunculara dəqiq yadında deyil 5-6 manat pul vermişdir. Bundan sonra onlar oradan getmişlər. Sonra isə həmin alüminum metalları digər metallara qarışdırmışdır. xx.xx.2023cü il tarixdə saat 16 radələrində yaşadığı evdə olarkən polis əməkdaşları yaşadığı ünvana gəlmiş və onu X6 Şöbəsinə dəvət etmişlər. Orada ona məlum olmuşdur ki, 2023-cü ilin may ayının ortalarında Əli və Ömərdən aldlğı alüminum metalları onlar Zabrat dəmir yolu vağzalının pilləkənlərinin kənarından oğurlayıblar. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, 2019-cu ildən Sabunçu dəmir yol stansiyasında stansiya rəisi vəzifəsində çalışır. 16 may 2023-cü il tarixdə gecə saatlarında Zabrat 1 dəmir yolu dayanacağında pilləkənlərə quraşdırılmış 4 ədəd 224 manat dəyərində 50 mm 1 ədədi 6 metrlik boru, 12 ədəd 60 manat dəyərində 50 mm 90 dərəcəli aksesuar şarı, 8 ədəd 16 manart dəyərində 50 mm borunun qurtaracağında qapaq, 16 ədəd 35 manat 20 qəpik dəyərində aksesuarlar boru ilə dayağın arasında komplekt, 1 boy 60 manat dəyərində 40 mm 1 ədədi 6 metr boru, 2 boy 112 manat dəyərində 50 mm 1 ədədi 6 metr boru, 2 boy 120 manat dəyərində 40 mm 1 ədədi 6 metr boru, 5 boy 75 manat dəyərində 16 mm 1 ədədi 6 metr boru, 18 ədəd 21 manat 60 qəpik dəyərində aksesuarlar boru ilə dayağın arasında komplekt, 18 ədəd 39 manat 60 qəpik dəyərində kalço yumru dayağın metlaqa bərkidilən dabanı, 18 ədəd 21 manat 60 qəpik dəyərində dəmir olan dayağı yerə bərkitmək üçün şitir, 12 ədəd 36 manat dəyərində 50 mm sadə 90 dərəcə aksesuarlar, 36 ədəd 70 manat 60 qəpik dəyərində 16 mm 90 dərəcədə aksesuarları, məhəccərləri, alüminium materialdan olan detalları gizli olaraq oğurlanmışdır. Sonradan ona məlum olmuşdur ki, yuxarıda qeyd olunan dəmir yoluna aid avadanlıqları həmin tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmışdır. Cinayət işinin 27-ci vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 28-29-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4396 nömrəli, 23 iyun 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Dəmir Yolları QSC-nin Zabrat 1 dəmir yolu dayanacağında quraşdırılmış alüminum məhəccərlərin oğurlanması nəticəsində dəymiş ziyanın orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 891,60 manat müəyyən olunur. Cinayət işinin 79-82-ci vərəqəsində olan 16 sentyabr 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi hadisə yerində yoxlanılmışdır. Cinayət işinin 93-96-cı vərəqəsində olan 16 sentyabr 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi hadisə yerində yoxlanılmışdır. Cinayət işinin 121-122-ci vərəqəsində olan 19 sentyabr 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 145-146-cı vərəqəsində olan 22 sentyabr 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 153-157-ci vərəqəsində olan 22 sentyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 16 may 2023-cü il tarixdə saat 22:35 radələrində ünvan 4 ünvanında yerləşən Zabrat 1 dayanacağında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən edilmiş oğurluğun görüntülərini əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 36-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 09 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 37-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 09 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ilə tövsif olunmuş və onlar, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf etməsini, əvvəllər məhkum olunmamasını, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onları cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 177.2.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxslər cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.2-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Məhkəmə cinayət prosessual qanunvericiliyin mülki iddiaya aid yuxarıda sadalanan normalarını rəhbər tutub, mülki iddiaçının mülki iddiaya aid izahatını və cinayət işinin mülki iddiaya aid materialını nəzərdən keçirib belə nəticəyə gəlir ki, mülki iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı mülki iddiası təmin olunmalı, cinayət əməli nəticəsində vurulmuş 891 manat 60 qəpik məbləğində maddi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 16 may 2023-cü il tarixdə saat 22:35 radələrində ünvan 4 ünvanında yerləşən Zabrat 1 dayanacağında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən edilmiş oğurluğun görüntülərini əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış, 16 may 2023-cü il tarixdə saat 22:35 radələrində ünvan 4 ünvanında yerləşən Zabrat 1 dayanacağında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən edilmiş oğurluğun görüntülərini əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddia qismən təmin edilsin, təqsirləndirilən şəxslərin tərəfindən cinayət əməli nəticəsində vurulmuş 891 manat 60 qəpik məbləğində maddi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar