Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-841/2023 06.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi ev 73-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1988-ci ildə Ağdam rayonu, Gülablı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, Ağdam rayonu, Gülablı kəndində qeydiyyatda olan və Bakı şəhər, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Gənc yol düşərgəsi yeni tikilidə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2023-cü ilin aprel ayının əvvəllərində saat 03 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs yaşayış sahəsi olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən 1154 nömrəli bağ evinə hasardan keçərək qanunsuz daxil olub, evin birinci mərtəbəsində yerləşən saxlanc yeri hesab edilən tikilinin dəmir qapısını sındıraraq qanunsuz daxil olub oradan ümumi dəyəri 500 manat olan bir dəst balıq tutan alətlərini, 50 manat dəyərində “Kama" markalı su nasosunu, 100 manat dəyərində laqondanı, 75 manat dəyərində yapon istehsallı ağ rəngli elektirik tənzimləyicisini, 35 manat dəyərində ATV+ aparatını, sonra isə evin mətbəx otağına qanunsuz daxil olub oradan 20 manat dəyərində bir ədəd düyməli termusunu, 70 manat dəyərində pərdə üçün nəzərdə tutulmuş karnizini, 60 manat dəyərində 3 ədəd ət baltasını, 30 manat dəyərində qab-qaşıq dəstini və bir ədəd 200 manat deyərində gümüşü rəngli odun samovarını, 50 manat dəyərində dörd ədəd metal karnizini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs cəmi 1185 manat ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2023-cü ilin aprel ayının əvvəllərində saat 03 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs yaşayış sahəsi olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən 1154 nömrəli bağ evinə hasardan keçərək qanunsuz daxil olub, orada dayanıb cinayət qrupunun digər üzvü Təqsirləndirilən şəxs2 sığortalamış, sonuncu isə evin birinci mərtəbəsində yerləşən saxlanc yeri hesab edilən tikilinin dəmir qapısını sındıraraq qanunsuz daxil olub oradan ümumi dəyəri 500 manat olan bir dəst balıq tutan alətlərini, 50 manat dəyərində "Kama” markalı su nasosunu, 100 manat dəyərində laqondanı, 75 manat dəyərində yapon istehsallı ağ rəngli elektirik tənzimləyicisini, 35 manat dəyərində ATV+ aparatını, sonra isə evin mətbəx otağına qanunsuz daxil olub oradan 20 manat dəyərində bir ədəd düyməli termusunu, 70 manat dəyərində pərdə üçün nəzərdə tutulmuş karnizini, 60 manat dəyərində 3 ədəd ət baltasını, 30 manat dəyərində qab-qaşıq dəstini və bir ədəd 200 manat dəyərində gümüşü rəngli odun samovarını, 50 manat dəyərində dörd ədəd metal karnizini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs cəmi 1185 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 Bilgəh qəsəbəsindən tanıyır, uzun illərdir ki, tanışdırlar, Reno markalı Dacia modelli **-UC-*** qeydiyyat nömrəli avtomobillə taksi kimi işləyir. 2023-cü ilin aprel ayının təxminən əvvəllərində gecə saat 02-də Bilgəh qəsəbəsi 4-cü dalan adlanan əraziyə onun xahişi ilə Əli onu aparıb düşürüb özü də işinin dalınca getmişdir. Sonra 02-30 radələrində Əlini oraya zəng edib geri çağırmış Bilgəh qəsəbəsində yerləşən bağ evindən oğurladığı əşyaları torbalara yığaraq Əlinin idarə etdiyi avtomobillə geri qayıtmışdır. Təxminən saat 06 radələrində Əlinin evinin yanında olarkən o, satmaq məqsədilə ATV+ aparatını, bir ədəd baltanı, su nasosunu ona vermiş və qalan əmlakları özü ilə aparmış, səhər radələrində digər əmlakları 350 manata rus bazarında satmışdır. Həmin bağ evinin qapısını sındıraraq oradan bir dəst balıq tutan alətləri, “Kama" markalı su nasosunu, laqondanı, yapon istehsallı ağ rəngli elektirik tənzimləyicisini, ATV+ aparatını, bir ədəd düyməli termusu, pərdə üçün nəzərdə tutulmuş karnizi, 3 ədəd ət baltasını, qab-qaşıq dəstini və bir ədəd gümüşü rəngli odun samovarını, dörd ədəd metal karnizi oğurlamışdır. Əlinin onun oğurluq etməsindən xəbəri olmamışdır, əməlindən səmimi peşmandır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Bir azyaşlı övladı var, onun öz övladı olmasa da himayəsindədir, əvvəllər məhkum olunmuşdur, xəstəliyi yoxdur, Təqsirləndirilən şəxs1 Bilgəh qəsəbəsindən tanıyır, uzun illərdir ki, tanışdırlar, fərdi olaraq Reno markalı Dacia modelli **-UC-*** qeydiyyat nömrəli avtomobili icarəylə sürür, taksi kimi işləyir, bir neçə aydır ki, idarə edir. 2023-cü ilin aprel ayının təxminən əvvəllərində gecə saat 02-də Bilgəh qəsəbəsi 4-cü dalan adlanan əraziyə onun xahişi ilə Əli onu aparıb düşürüb özü də işininin dalınca getmişdir. Sonra 02-30 radələrində Əlini oraya zəng edib geri çağırmış sonra birlikdə Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsinə getmiş, o, Əli ilə gizli olaraq oğurluq etməyə təklif etmiş o da razılaşmışdır, həmin zaman onun da Əlinin də pula ehtiyacı olmuşdur. Birlikdə onun təklif etdiyi daima həmin bağ evinin yanından keçdiyi və orada gecələr heç kimin olmadığı, işığın yanmadığı bağ sahəsinə saat 03 radələrində gəlmiş, daş hasardan həyətə atlanıb keçmiş, o, əlində olan torbalarla evə daxil olmuş, Əliyə evin həyətində dayanmağını xahiş etmiş, sonra evə və digər tikililərə daxil olmuş, evin birinci mərtəbəsində yerləşən saxlanc yeri hesab edilən tikilinin dəmir qapısını sındıraraq qanunsuz daxil olub oradan ümumi dəyəri 500 manat olan bir dəst balıq tutan alətlərini, 50 manat dəyərində “Kama" markalı su nasosunu, 100 manat dəyərində laqondanı, 75 manat dəyərində yapon istehsallı ağ rəngli elektirik tənzimləyicisini, 35 manat dəyərində ATV+ aparatını, sonra isə evin mətbəx otağına qanunsuz daxil olub oradan 20 manat dəyərində bir ədəd düyməli termusunu, 70 manat dəyərində pərdə üçün nəzərdə tutulmuş karnizini, 60 manat dəyərində 3 ədəd ət baltasını, 30 manat dəyərində qab-qaşıq dəstini və bir ədəd 200 manat dəyərində gümüşü rəngli odun samovarını, 50 manat dəyərində dörd ədəd metal karnizini oğurlayıb, daha sonra hasardan birlikdə aşıb, əmlaklarla birlikdə oradan Əlinin Reno markalı avtomobili ilə uzaqlaşmış, təxminən saat 06 radələrində Əlinin evinin yanında olarkən o, satmaq üçün ATV+ aparatını, bir ədəd baltanı, su nasosunu ona vermiş və qalan əmlakları özü ilə aparmış, səhər radələrində digər əmlakları 350 manata rus bazarında satmışdır. Yalnız sadaladığı ünvandan oğurluqda əlbir olmuşdur. Əvvəllər də oğurluqa görə məhkum olunmuşdur. Məqsədi qazanc əldə etmək olmuşdur. Eləcə də qeyd edir ki, başqa heç nə oğurlamamışlar. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o manatlıq taksi kimi işləmiş, Rəsul ona zəng eləmiş, o da gəlmişdir, saat 12 radələri olardı, ona 6 manat pul vermiş, Rəsulu aparıb evlərinə düşürtmüşdür, əlində bəzi əşyalar olmuş, maşının yük yerinə qoyub aparmışdır, sonradan polislər gəlib onu aparmışlar, polislər onun özünə məxsus əşyaları, banka və balonları da götürmüşlər, Rəsul ona su nasosu vermiş, onun evindən balta da götürmüşlər, o balta da onun özün məxsus olmuşdur, həmin baltadan onlarda da olmuşdur. Rəsulu həmin bağa aparmamış, ancaq ordan götürmüşdür, Sonradan polislər nasosu, balta, bəzi ona məxsus əşyları götürüb aparmışlar. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. İki azyaşlı övladı var, əvvəllər məhkum olunmuşdur, xəstəliyi yoxdur, fərdi olaraq Reno markalı Dacia modelli **- UC-*** qeydiyyat nömrəli avtomobili icarə ilə sürüb, taksi kimi işləyir, 4-5 aydır ki, idarə edir. Təqsirləndirilən şəxs2 2 aydır ki, tanıyır, onun digər evində kirayədə yaşayıb, fəhlə işləyib. Hazırda harada olmasını bilmir. 2023-cü ilin aprel ayının təxminən əvvəllərində gecə saat 02-də Bilgəh qəsəbəsi 4-cü dalan adlanan əraziyə Rəsulun xahişi ilə onu aparıb düşürüb özü də işinin dalınca getmişdir. Lakin onun həmin ünvana getməsinin səbəbini və məqsədini bilməmişdir. Sonra 02-30 radələrində o, onu oraya zəng edib geri çağırmış, sonra birlikdə Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsinə getmiş, Rəsul ona gizli olaraq oğurluq etməyə təklif etmiş o da razılaşmış, həmin zaman onun pula ehtiyacı olmuşdur. Birlikdə onun təklif etdiyi bağ sahəsinə saat 03 radələrində gəlmiş, daş hasardan həyətə atlanıb keçmiş, Rəsul əlində olan torbalarla evə daxil olmuş, ona evin həyətində dayanmağı xahiş etmiş, sonra o, evə və digər tikililərə daxil olmuş, evin birinci mərtəbəsində yerləşən saxlanc yeri hesab edilən tikilinin dəmir qapısını sındıraraq qanunsuz daxil olub oradan ümumi dəyəri 500 manat olan bir dəst balıq tutan alətlərini, 50 manat dəyərində “Kama” markalı su nasosunu, 100 manat dəyərində laqondanı, 75 manat dəyərində yapon istehsallı ağ rəngli elektirik tənzimləyicisini, 35 manat dəyərində ATV+ aparatını, sonra isə evin mətbəx otağına qanunsuz daxil olub oradan 20 manat dəyərində bir ədəd düyməli termusunu, 70 manat dəyərində pərdə üçün nəzərdə tutulmuş karnizini, 60 manat dəyərində 3 ədəd ət baltasını, 30 manat dəyərində qab-qaşıq dəstini və bir ədəd 200 manat dəyərində gümüşü rəngli odun samovarını, 50 manat dəyərində dörd ədəd metal karnizini oğurlamış, təxminən 10 dəqiqə sonra iki ədəd torbayla çıxmış, ona məlum olmuşdur ki, o, evdən bir dəst balıq tutan alətlər, bir ədəd "Kama” markalı su nasosu, laqonda, bir ədəd markasını bilmədiyi elektirik tənzimləyicisi, ATV+ aparatı, bir ədəd düyməli termus, bir ədəd pərdə üçün nəzərdə tutulmuş karniz, 3 ədəd ət baltası, qabqaşıq dəsti və bir ədəd gümüşü rəngli odun samovarı, dörd ədəd metal karniz götürüb, sonra o, bir daha həyətə baxıb sata biləcəyi nəsə əmlak tapmamış, daha sonra hasardan birlikdə aşıb, əmlaklarla birlikdə oradan onun Reno markalı avtomobili ilə uzaqlaşmış, təxminən saat 06 radələrində evinin yanında olarkən Rəsul satmaq üçün ATV+ aparatını, bir ədəd baltanı, su nasosunu ona vermiş və qalan əmlakları özü ilə aparmış, o da əmlakları evdə aparıb gizlətmişdir ki, sonrakı aylar ərzində satıb pul əldə etsin, lakin polislər onu saxladığından o, əmlakları könüllü olaraq təhvil vermişdir. Əməlindən peşmandır. Yalnız sadaladığı ünvandan Təqsirləndirilən şəxs2la oğurluqda əlbir olmuşdur. Əvvəllər də oğurluğa görə məhkum olunmuşdur. Məqsədi qazanc əldə etmək olmuşdur. Eləcə de qeyd edir ki, başqa heç nə oğurlamamışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi ünvanında yerləşən 1154 saylı bağ evi vardır. Lakin orada yaşamır, yay aylarında arada bir qalırlar, qalan aylarda isə ara-sıra bağa nəzarət etmək üçün gəlir. Sonuncu dəfə orada xx.xx.2023-cü il tarixdə bağ sahəsində olmuş, hər şey öz yerində olmuşdur. Heç nə oğurlanmamışdır, xx.xx.2023-cü il tarixdə saat 12:05 dəqiqədə bağ evinə nəzarət etmək üçün gəldikdə ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər daş hasardan keçməklə həyətə düşərək sanitar qovşağının plastik qapısını sındırıb içəri daxil olmuşlar, lakin oradan heç bir əşya oğurlamamışlar. Daha sonra evin birinci mərtəbəsində yerləşən əl damının dəmir qapısını sındırıb içəridən ümumi dəyəri 500 manat olan bir dəst balıq tutan alətləri, 1990-cı ildə 50 dollara aldığı hazırda 50 manat dəyəri olan bir ədəd “Kama" markalı su nasosu, 100 manat dəyəri olan bir ədəd markasını bilmədiyi laqonda, 75 manat dəyəri olan bir ədəd markasını bilmədiyi yapon istehsallı ağ rəngli elektirik tənzimləyicisi, 35 manat dəyəri olan ATV+ aparatı, daha sonra mətbəxin qapısını sındıraraq içəri daxil olub oradan 20 manat dəyəri olan bir ədəd düyməli termus, 70 manat dəyəri olan bir ədəd pərdə üçün nəzərdə tutulmuş karniz, 60 manat dəyərində 3 ədəd ət baltası, 30 manat dəyərdə qab-qaşıq dəsti və bir ədəd 200 manat dəyəri olan qədimi gümüşü rəngli odun samovar, 2-ci mərtəbədən qonaq otağının pəncərəsini sındırmaqla içəri daxil olub 50 manata aldığı dörd ədəd metal karniz oğurlamışlar. Hadisə nəticəsində ona 1185 manat maddi ziyan dəymişdir. Ona təqdim edilmiş balta, atv+ aparatı ona məxsus olmuşdur. Dəymiş ziyanın bir hissəsi Təqsirləndirilən şəxs1 tərəfindən ödənilmişdir. Ümumilikdə ona dəymiş ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: baxış keçirilməsi haqqında 23 aprel 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 1 ünvanına baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v.10-15); Maddi sübutun götürülməsi haqqında 24 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Gənc yol düşərgəsində yerləşən fərdi yaşayış evinin giriş hissəsindən keçdikdə kolidorun solunda yerləşən otaqdan bir ədəd su mühərriki, 1 ədəd ət baltası, 1 ədəd su mühərriki, 1 ədəd ATV+ aparatıvə bir neçə elektrik yuvası aşkar edilmiş və maddi sübutlar hal şahidlərinin iştirakı ilə götürülmüşdür(i.v.24-26); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə 24 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 23:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v.55); xx.xx.2023-cü il tarixli şübhəli şəxsin dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs1, 2023-cü ilin aprel ayının əvvəllərində gecə saat 02-də Bilgəh qəsəbəsi 4-cü dalan adlanan əraziyə Rəsulun xahişi ilə onu aparıb düşürüb özü də işinin dalınca getdiyini, onun həmin ünvana getməsinin səbəbini və məqsədini bilmədiyini, sonra 02-30 radələrində o, onu oraya zəng edib geri çağırdığını, birlikdə Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsinə getdiyini, Rəsul ona gizli olaraq oğurluq etməyə təklif etdiyini, pula ehtiyacı olduğundan razılaşdığını, birlikdə onun təklif etdiyi bağ sahəsinə saat 03 radələrində gəldiyini, daş hasardan həyətə atlanıb keçdiyini, Rəsulun əlində olan torbalarla evə daxil olduğunu, ona evin həyətində dayanmağı xahiş etdiyini, sonra o, evə və digər tikililərə daxil olduğunu, evin birinci mərtəbəsində yerləşən saxlanc yeri hesab edilən tikilinin dəmir qapısını sındıraraq qanunsuz daxil olub oradan ittihamda qeyd edilən əşyaları oğurladığını, təxminən 10 dəqiqə sonra iki ədəd torbayla çıxdığını göstərərək törətdiyi cinayət əməlini etiraf etmiş və “ifadəmi oxudum əlavəm yoxdur, düzgün olduğunu öz imzamla təsdiq edirəm” qeyd edərək müdafiəçinin iştirakı ilə imzalamışdır(i.v.65-68); İfadənin yerində yoxlanılması haqqında 25 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğurluq cinayət əməlini törətdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən 534 saylı bağ evinə gedilmiş, Təqsirləndirilən şəxs1 ifadəsində göstərilən xüsusatları hadisə yerində əyani şəkildə göstərərək bir daha təsdiq etmişdir(i.v.69); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 26 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlanıldığı MSY-dən azad edilməsi qərar alınmışdır (i.v.97-99); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2500 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3, 67.1, 68.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 1370 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır (i.v.103-113); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Dadaşov X1 rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.3, 234.1, 66.2-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2022-ci ildə Salyan Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmışdır (i.v.114-122); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4074 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 90,00 manat müəyyən edilir: Malların adları Ü Bir Ümumi mumi ədədinin qiyməti Miqdarı qiyməti (manat) (manat) “Kama” markalı su nasosu 1 40.00 40.00 1. “DHC5197” modelli ATV+ aparatı 1 30.00 30.00 2. ət baltası 1 30.00 30.00 3. CƏMİ 100,00 (i.v.124-127); Şübhəli şəxs barəsində axtarış elan edilməsi haqqında 01 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 axtarış elan edilməsi və yeri müəyyən tutulduqda barəsində cinayət təqibinin davam etdirilməsi üçün Bakı şəhəri Sabunçu RPİnin MSY-nə təhvil verilməsi qərara alınmışdır (i.v.129-130); Axtarışda olan şəxsin tutulması barədə 25 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində yaşadığı evin yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilməsi üçün 14-cü PŞ-nə gətirilmişdir (i.v.136); xx.xx.2023-cü il tarixli şübhəli şəxsin dindirilməsi protokolundan görünür ki, X3, hazırki cinayət əməlini Təqsirləndirilən şəxs1 ilə birlikdə törətdiyini etiraf etmiş, “ifadəmə əlavəm yoxdur, düzgün olduğunu öz imzamla təsdiq edirəm” qeyd edərək müdafiəçinin iştirakı ilə imzalamışdır(i.v.156-158); xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolundan görünür ki, X3, hazırki cinayət əməlini Təqsirləndirilən şəxs1 ilə birlikdə törətdiyini etiraf etmiş, “ifadəmə əlavəm yoxdur, düzgün olduğunu öz imzamla təsdiq edirəm” qeyd edərək müdafiəçinin iştirakı ilə imzalamışdır(i.v.170-172); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 26 iyul 2023-cü il tarixli qərardan görünür ki Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlanıldığı MSY-dən azad edilməsi qərara alınmışdır (i.v.180-182); Maddi sübut kimi tanınması haqqında 08 avqust 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs məxsus və götürülmüş “Kama” markalı su nasosu, ATV+ aparatı, ət baltası maddi sübut hesab edilmiş və zərərçəkənə saxlanılması üçün qaytarılması qərara alınmışdır (i.v.185); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 1(008)-841/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilərək barəsində axtarış elan edilməsi, iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 28 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli axtarış qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Zərərçəkmiş şəxs 4 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisində təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət, iddia və tələbi yoxdur. Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 1(008)-170/2021 saylı 04 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 7(003)-1522/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə cəzasının çəkilməmiş qalan 02(iki) ay 26(iyirmi altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində olan xx.xx.2023-cü il tarixli 1(008)-170/2021 saylı hökmü icra olunması üçün Bakı şəhər Probasiya İdarəsinin icraatına daxil olmamışdır. Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinin 5 saylı cəzaçəkmə müəssisəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Salyan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış və xx.xx.2022-ci il tarixdə cəzadan azad edilərək yaşadığı ünvana getmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək hazırki oğurluq əməlində iştirak etməməsi barədə ifadəsinə tənqidi yanaşır. Müdafiə hüququnun təməl insitutu kimi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən yayınmağa çalışır. Belə ki, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs1 şübhəli və təqsirləndirilən şəxs qismində ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs1 özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və vəkili imza etmişlər. Eyni zamanda iş üzrə digər Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında vermiş olduğu ifadəsində hazırki cinayət əməlindən Təqsirləndirilən şəxs1 məlumatının olmamasını göstərsədə, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 şübhəli və təqsirləndirilən şəxs qismində ifadələri alınmış, həmin ifadələrdə o hazırki cinayət əməlini Təqsirləndirilən şəxs1 ilə birlikdə törətdiyini etiraf edərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və vəkili imza etmişlər. Məhkəmə, Təqsirləndirilən şəxs2 digər Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətinə cəlb edilməməsi üçün məhkəmə istintaqı zamanı ziddiyətli ifadələr verməsini nəzərə alaraq onun ibtidai istintaq zamanı verdiyi ifadələrin daha mötəbər olmasına inanır və həmin ifadələr iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. xx.xx.2023-cü il tarixdə ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs1 oğurluq cinayət əməlini törətdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən 534 saylı bağ evinə gedilmiş, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərilən xüsusatları hadisə yerində əyani şəkildə göstərərək bir daha təsdiq etmişdir. Həmçinin, maddi sübutun götürülməsi haqqında 24 may 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs evindən oğurlanmış bir ədəd su mühərriki, 1 ədəd ət baltası, 1 ədəd su mühərriki, 1 ədəd ATV+ aparatıvə bir neçə elektrik yuvası Təqsirləndirilən şəxs1 yaşadığı Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Gənc yol düşərgəsində yerləşən fərdi yaşayış evinin giriş hissəsindən keçdikdə kolidorun solunda yerləşən otaqdan aşkar edilmiş və maddi sübutlar hal şahidlərinin iştirakı ilə götürülmüşdür. Eyni zamanda məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ona dəymiş ziyanın bir hissəsinin Təqsirləndirilən şəxs1 tərəfindən ona ödənildiyini bildirmişdir. Məhkəmə bu xüsusatla bağlı qeyd edir ki, bu hal da təqsirləndirilən şəxsin hazırki cinayət əməlinə aidiyyatını təsdiq edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən Təqsirləndirilən şəxs2, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi oğurluq əməlləri CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və ya yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini(CM-59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs1 Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədən və ödənilmədən yenidən cinayət törətmişdir ki, bu da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi hesab olunur. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmçinin, məhkəmə qeyd edir ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas cəza kimi cərimə cəzası təyin edilmiş şəxslər, habelə əsas və ya əlavə cəza kimi iki min manatdan artıq olmayan miqdarda cərimə cəzası təyin edilmiş və ya bu Qərarın tətbiq edildiyi gün cərimə cəzasının ödənilməmiş hissəsi iki min manatdan artıq olmayan şəxslərin cəzadan azad edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Odur ki, məhkəmə hesab edir ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndi tətbiq edilərək Təqsirləndirilən şəxs1 Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə üzərində saxlanılmış 1370 manat cərimə cəzasından azad edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivinin olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini(CM-59.1.13), əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədən və ödənilmədən yenidən cinayət törətmişdir ki, bu da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi hesab olunur. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivinin olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli(CM- 65.2), 25 iyul 2023-cü il tarixdən 26 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, təyin ediləcək cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməli(CM-56.1.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmalı, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli(CM-65.2), 24 may 2023-cü il tarixdən 26 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 06 dekabr 2023-cü il tarixdən hesablanmalı, təyin ediləcək cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməli (CM-56.1.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur, maddi sübutların zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, məhhkəmə ekspertiza xərci olan 25(iyirmi beş) manat Təqsirləndirilən şəxs2, 25(iyirmi beş) manat Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 25 iyul 2023-cü il tarixdən 26 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02(iki) il 05(beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 24 may 2023-cü il tarixdən 26 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02(iki) il 05(beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndi tətbiq edilərək Təqsirləndirilən şəxs1 Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə üzərində saxlanılmış 1370 manat cərimə cəzasından azad edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 06 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutların zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Məhkəmə ekspertiza xərci olan 25(iyirmi beş) manat Təqsirləndirilən şəxs2, 25(iyirmi beş) manat Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-841/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-841/2023
06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver