Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-842/2024 13.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (anası) Şahid2, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Lənkəran rayonu, Türkəncil kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Türkəncil kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiç bağları ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İbtida istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama görə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxx 2007-ci il təvəllüdlü olmaqla on altı yaşına çatmadığı ona məlum olan Zərərçəkmiş şəxs ilə öz aralarında razılığa gəlib qeyri rəsmi ərarvad münasibətlərinə daxil olaraq 27 aprel 2024-cü il tarixdən yaşadığı Lənkəran rayonu, Türkəncil kəndində yerləşən fərdi evdə, daha sonra 01 may 2024-cü il tarixindən 05 may 2024-cü il tarixədək olan müddət ərzində müxtəlif tarixlərdə birlikdə yaşadıqları ünvan 2 ünvanındakı evdə bir neçə dəfə cinsi əlaqədə olmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, həmkəndlisi və uzaq qohumu olan Zərərçəkmiş şəxs ilə bir-birini sevirlər. Özü təxminən 2014-cü ildən Bakı şəhərində Nardaran qəsəbəsində Şahid1 evinin həyətindəki istixanada fəhlə işləyib həmin həyətdəki 1 otaqlı mənzildə yaşayır. Məhz yeməyinin bişirilməsi, paltarlarını yuyulub təmizlənməsi onun üçün çətin olduğuna görə bir neçə dəfə bu işindən ayrılıb yaşadığı rayona getməyə məcbur olmuşdur. Ona görə də qərara almışdır ki, Cəmilə ilə evlənib birlikdə Bakı şəhərinə gəlib həmin işində işləyərək oradakı evdə yaşasın. Odur ki, 2021-ci ilin aprel ayında valideynlərinin razılığı ilə nişanlansalar da, Cəmilə nikah yaşına çatmadığına görə valideynləri qərara almışlar ki, onların toylarını Cəmilə 17-18 yaşına çatandan sonra etsinlər. 2024-cü ilin fevral və mart ayları ərəfəsində yenə də Elçin Hüsyenqulu-zadənin istixanasında işlədikdən sonra Cəmilə ilə öz aralarında, tezliklə evlənmələrini və birlikdə Bakı şəhərinə gəlib nəzərdə tutduğu mənzildə yaşayıb orada işləməyi, Cəmilənin isə orta təhsilini Bakı şəhərində davam etdirməyi qərara almış və 2024-cü ilin aprel ayının 27-də onlar qeyri-rəsmi qaydada ailə həyatı qurmuş və Lənkəran rayonu, Türkəncil kəndində olan evlərində ilk dəfə Cəmilə ilə cinsi əlaqədə olmuş və Cəmilənin bakirəliyi pozulmuşdur. Bunu həm də ona görə etmişlər ki, valideynlər Cəmilənin bakirəliyinin pozulduğunu bilərək onların evlənməsinə qarşı çıxmaq fikirləri yaranmasın. Onlar evləndikləri zaman Cəmilənin doğum tarixi xx xxxxx 2007-ci il olmaqla 16 yaşına çatmadığını bilmişdir. 01 may 2024-cü i! tarixdə isə o, Cəmilə və qaynanası Kəmalə ilə birlikdə Bakı şəhərinə, Şahid1 Nardaran qəsəbəsindəki həmin bağ evinin həyətyanı sahəsində yerləşən bir otaqlı evə gələrək orada yaşamağa və istixanada işləməyə başlamışdır. Eyni zamanda Cəmilə Nardaran qəsəbəsində olan 130 saylı məktəbdə 8-ci sinifdə orta təhsil almağa davam etmişdir. 05 may 2024-cü il tarixədək olan müddət ərzində Cəmilə ilə yaşadıqları bu evdə də, bir neçə dəfə cinsi əlaqədə olmuşdur. Zərərçəkmiş şəxs ondan şikayətçi deyil. Onların artıq bir övladı var və onlar ailə kimi yaşayırlar. Zərərçəkmiş şəxsin 18 yaşı tamam olan kimi rəsmi nikaha daxil olacaqlar. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əvvəllər valideynləri ilə birlikdə Lənkəran rayonu Türkəncil kəndindəki evlərində yaşamış, 2021-ci ildə Təqsirləndirilən şəxs ilə nişanlanmış, 2024-cü ilin aprel ayının 27-də Ələmdarla qeyri rəsmi olaraq evlənib sonuncunun valideynlərinin evində yaşamağa başlamışlar. O, Ələmdarla evləndikləri ilk gün həmin evdə cinsi əlaqədə olmuşdur. Ələmdar onun xx xxxxx 2007-ci il tarixdə doğulduğunu, evləndikləri zaman 16 yaşına çatmadığını bilmişdir. Onlar ər-arvad kimi bir müddət həmin evdə yaşadıqdan sonra 2024-cü ilin may ayının 1-də Ələmdar Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində, Şahid1 evinin həyətindəki istixanada fəhlə işləmək üçün həmin evə gəlmiş və onunla anası Kəmaləni özü ilə gətirib həmin həyətdəki bir otaqlı evdə üçü birlikdə yaşamağa başlamışlar. Eyni zamanda o, Nardaran qəsəbəsindəki 130 saylı orta məktəbin 8-ci sinfində orta təhsilini davam etdirmişdir. Hazırda Ələmdarla ər-arvad olaraq birlikdə yaşayırlar. Onlar evləndikləri xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində həm Lənkəran rayonu, Türkəncil kəndində yaşadıqları evdə, həm də Bakı şəhərində Şahid1 məxsus evdə Ələmdarla vaxtaşırı olaraq bir neçə dəfə cinsi əlaqədə olmuşlar. Onu nikah yaşına çatmadığı halda Ələmdarla evlənməyə heç kim, o cümlədən valideynləri məcbur etməmişdir. Əksinə valideynləri onların toylarını onun 17-18 yaşına çatandan sonra etməyi və bundan sonra nikaha girmələrini nəzərdə tutmuşlar. Lakin Ələmdar üçün Bakı şəhərində işləyib yaşamaq, təkbaşına yeməyini, təmizliyini təmin etmək çətin olduğuna görə o və Ələmdar öz aralarında tezliklə evlənməyi qərara alıb evlənmişlər. Ələmdarla öz razılığı ilə könüllü olaraq cinsi əlaqədə olmuş, bunun üçün Ələmdar ona heç bir zor tətbiq etməmişdir. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Onların bir yaşlı övladı var. 18 yaşı tamam olduqdan sonra rəsmi nikaha daxil olacaqlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs göstərdiklərini təsdiq edərək, eyni zamanda onlar Cəmilə və Ələmdarın nişanlanmasına razılıq versələr də onların evlənib nikaha girmələrini Cəmilənin 17 yaşı olduqdan sonraya nəzərdə tutmuşlar. Lakin, sonradan Cəmilə və Ələmdar öz aralarında evlənmək qərarına gələrək 27 aprel 2024-cü il tarixdə hər birinin valideynlərindən xəbərsiz Ələmdargilin Lənkəran rayonu, Türkəncil kəndindəki evlərinə gedib ilk dəfə orada cinsi əlaqədə olmuş, bundan sonra valideynlərinə artıq evləndiklərini bildirmişlər. Şahid1 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2014-cü ildən tanıyır. Onunla heç bir ədavəti, qərəzliliyi olmamışdır. Ələmdar həmin vaxtdan hal-hazıradək müəyyən qısa müddətli fasilələr istisna olmaqla onun ünvan 3 ünvanında yerləşən həyətindəki istixanada fəhlə işləyir və işlədiyi müddətdə həmin həyətdə olan 1 otaq və mətbəxdən ibarət başqa evində yaşamışdır. Ələmdar növbəti dəfə 2024-cü ilin mart ayının sonlarında onun istixanasında işləməyə başlamış, aprel ayında isə ondan həmin evdə xalası Kəmalə və sonuncunun qızı kimi təqdim etdiyi Cəmilə ilə birlikdə yaşamaq üçün icazə istəmiş, o da razılıq vermişdir. Ertəsi gündən Kəmalə ilə Cəmilə də həmin evə gəlib Ələmdarla birlikdə yaşamağa başlamışlar. Bir neçə gündən sonra Cəmilə ilə Ələmdarın münasibətlərindən onların artıq ər-arvad olduqlarından şübhələnmiş, bu barədə Ələmdardan soruşduqda Ələmdar təsdiq etmişdir ki, Cəmilə onun arvadıdır və Cəmilə 2007-ci il təvəllüdlüdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 canlı şəxsin ekspertizasının 17 iyun 2022-ci il tarixli, 557 saylı tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində o cümlədən cinsiyyət orqanlarında hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 2 həftədən artıqdır. Zərərçəkmiş şəxs arxa keçəcəkdə cinsi əlaqədə olmasını göstərən əlamət və dəyişiklik, eləcə də xəsarət və ya xəsarət izi aşkar edilmədi (i.v. 96-98). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsi kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 07 iyun 2022-ci il tarixli, 1453 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs psixi xəstəliyin əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyət kəsb edən hallan düzgün qavrayıb təsvir etmə və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı normaya uyğun olduğundan, o, ona qarşı edilən hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs fərdipsixi xüsusiyyətlərinə (konfliktə və mübahisəyə meyilli olmamaq, sakit təbiətlilik, sadəlövhlük, mülayimlik və s.) görə hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilməmişdir (i.v.100-102). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin müvafiq olaraq məhkəmədə səsləndirdikləri və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər hallarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin özünün istintaq zamanı verdiyi ifadələr, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 15 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 may 2022-ci il tarixdə, saat 02:30-da tutulmuşdur (i.v 28). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 16 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.72-74). “Qətimkan tədbirinin seçilməsi haqqında” 16 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.75-76). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 07 sentyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 112). 5052 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs 28 noyabr 2023-cü il tarixdə birgə uşaqları (X3) doğulmuşdur (i.v.115). “Qətimkan tədbirinin seçilməsi haqqında” 23 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.120-121). Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Şahid2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, (CM-59.2), himayəsində azyaşlı uşağının olmasını (CM-59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (CM-59.1.12), təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, şəxsiyyətini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını, zərərçəkmiş şəxslə ortaq övladının doğulmasını, himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə ailə münasibətlərində olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, onun azadlıqdan məhrum edilməsinin nə yetkinlik yaşına çatmamış zərərçəkmiş şəxsin, nə də onların azyaşlı uşaqlarının mənafeyi və maddi təminatı baxımından məqsədəmüvafiq olmadığını, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər; Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarına əsasən şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Həmin qərarda göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə qanunvericlik normalarını, o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının müvafiq müddəalarını nəzərə alaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin ona təyin edilmiş cəzanı real olaraq çəkmədən də islah olunması mümkün olduğundan məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə şərti tətbiq olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, özünün şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınaraq onun azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən islah olunması mümkün hesab edildiyindən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 01 il müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-842/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-842/2024
13.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver