Məhkəmə qərarları › İş №1(008)-844/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-844/2023

15.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-844/2023 15.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 İmanovanın sədrliyi, Səbinə Şair qızı Əmvərlinin katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Ucar rayonu Qazıqumlaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilməmiş və götürülməmiş, Ucar rayonu Qazıqumlaq kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, «Şuşa Şəhərciyi» yaşayış massivi, nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək M Ü Ə Y Y Ə N E T D İ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, yaşayış sahəsinə qanunsuz daxil olmaqla Özgənin əmlakının gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını tamah niyyəti ilə gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində Zərərçəkmiş şəxs1 məxsus, Bakı şəhəri Sabunçu rayonu «Şuşa Şəhərciyi» yaşayış massivi ərazisində yerləşən nömrəsiz fərdi evə qanunsuz daxil olmaqla evin yataq otağından iki çemodan İlə birlikdə ümumi dəyəri 150 manat olan müxtəlif çeşiddə işlənmiş kişi və qadın üst geyimlərini, evin qonaq otağındakı sandığın içərisindən ümumi dəyəri 100 manat olan iki ədəd yataq dəstlərini, dəyəri 50 manat olan bir ədəd yataq örtüyünü, bir dəst dəyəri 50 manat olan qış pərdələrini, qonaq otağından bir ədəd dəyəri 750 manat olan «Zimmer» markalı televizoru, bir ədəd dəyəri 100 manat olan «Huawei» markalı mobil telefon cihazını, evin hamam otağından bir ədəd dəyəri 50 manat olan təzə çaydanı, bir ədəd dəyəri 50 manat olan təzə qazanı, bir ədəd dəyəri 100 manat olan təzə qab-qacaq dəstini gizli olaraq talamaqla ümumilikdə Zərərçəkmiş şəxs1 1400 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını tamah niyyəti ilə gizli olaraq təkrar talama məqsədi ilə xx.xx.2023-cü İl tarixdən 08 may 2023-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs2 məxsus, Bakı şəhəri Sabunçu rayonu «Şuşa Şəhərciyi» yaşayış massivi ərazisində yerləşən nömrəsiz fərdi evə qanunsuz daxil olmaqla evin yataq otağındakı dolabların içərisindən 700 manat məbləğində nağd pulu, 100 manat dəyərində bir ədəd «Samsung» markalı işlənmiş mobil telefon cihazını, 50 manat dəyərində bir cüt simsiz qulaqcıqları, 100 manat dəyərində bir ədəd üzqırxan cihazını, 50 manat dəyərində bir ədəd qab-qacaq dəstini gizli olaraq talamaqla ümumilikdə Zərərçəkmiş şəxs2 1000 manat məbləğində maddi ziyan vuraraq təkrar oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırkı işə hazırlıq iclasında baxılarkən ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulub-pozulmaması barədə məsələlər araşdırılmış, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303cü maddələrinin tələblərini rəhbər tutmaqla, cinayət işinin ibtidai istintaqı zamanı məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, o cümlədən, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarılmalıdır. Belə ki, məhkəmənin hazırlıq iclasında iştirak edən Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü İl tarixdən 08 may 2023-cü il tarixədək olan müddət ərzində oğurluq hadisəsinin baş verdiyi Bakı şəhəri Sabunçu rayonu «Şuşa Şəhərciyi» yaşayış massivi ərazisində yerləşən nömrəsiz fərdi evin onun özünə deyil, kürəkəninə məxsus olduğunu, evdən oğurlanmış əşyaların da kürəkəninin mülkiyyəti olduğunu, həmin evdə oğurluq hadisəsi baş verən zaman yaşayış olmadığını, kürəkəninin Moskvada, qızının isə uşaqları ilə onlarda qaldığını, özünün həmin evə arada bir gedərək nəzarət etdiyini, oğurluq nəticəsində maddi ziyanın ona deyil, kürəkəninə dəydiyini, müstəntiqə oğurlanmış əmlakların özünə məxsus olduğunu bildirmədiyini göstərmişdir. İş materiallarında olan HK-1 N-2204 saylı raportdan da görünür ki, Zərərçəkmiş şəxs2 08 may 2023-cü il tarixdə DİN-nin 102 Xidmətinə zəng edərək qızı Vüsalə Həsənovanın evindən oğurluq olması barədə məlumat vermişdir. Məhkəmənin hazırlıq iclası zamanı dövlət ittihamçısı yazılı vəsatət təqdim edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsini və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, o cümlədən, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin müstəntiqi, polis mayoru X2 barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında iştirak etmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Bakı şəhəri Sabunçu rayonu «Şuşa Şəhərciyi» yaşayış massivi ərazisində yerləşən nömrəsiz fərdi ev ona deyil, kürəkəni Zamiqin adına olmuş, həmin evdən oğurlanmış əmlaklar - 700 manat məbləğində nağd pul, 100 manat dəyərində bir ədəd «Samsung» markalı işlənmiş mobil telefon cihazı, 50 manat dəyərində bir cüt simsiz qulaqcıqları və 100 manat dəyərində bir ədəd üzqırxan cihazı kürəkəni Zamiqə, 50 manat dəyərində bir ədəd qab-qacaq dəsti isə qızı Vüsaləyə məxsus olmuş, oğurluq hadisəsi nəticəsində ona hər hansı məbləğdə maddi ziyan vurulmamışdır. Kürəkəni Zamiq işləmək məqsədilə Rusiya Federasiyasına getdiyindən qızı müvəqqəti olaraq onun evinə köçmüşdür. Onun işi həmin evə yalnız nəzarət etmək olmuşdur. Eləcə də, iş materiallarındna görünür ki, Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası DİN-in “102” xidməti zəng mərkəzinə zəng edərək qızı X1 evindən oğurluq edildiyini bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 87.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. Lakin ibtidai araşdırma orqanı tərəfindən CPM-in 87-ci maddəsinin tələbləri pozularaq iş üzrə zərərçəkmiş şəxs qismində əsassız olaraq Zərərçəkmiş şəxs2 tanınmış, bütün bunlar təqsirləndirilən şəxs qismində cəlb etmə qərarında və ittiham aktında verilmiş ittihamın təsvirində zərərçəkmiş şəxs barədə məlumatların səhv göstərilməsi ilə əlaqədar iş üzrə ittiham aktının düzgün tərtib edilməməsi ilə nəticələnmişdir. Həmçinin ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın mahiyyətinin ona düzgün izah edilməməsi təqsirləndirilən şəxsin dəlillərini təkzib etmək və öz müdafiəsini səmərəli qurmaq imkanından tam məhrum edilməsinə səbəb olmuşdur. cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən “nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) təqsirləndirilən şəxsin hüququdur. Göründüyü kimi, qanunvericilikdə müdafiə hüquqlarının təmin edilməsi cinayət prosesini həyata keçirən orqanın əsas vəzifələrindən biri kimi müəyyən edilmişdir Bundan əlavə, ibtidai araşdırma orqanı tərəfindən iş üzrə zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs2 tanındığından əsassız olaraq o, iş marterialları tanış olmuşdur ki, bununla da məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286-ci maddələrinin tələblərinin pozulmasına səbəb olmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası CPM-in 289.3.5-ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində zərər çəkmiş şəxsi səciyyələndirən hallar göstərilir. CPM-in 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntu hesab edilir, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası CPM-nin 303.3.6-ci maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası CPM-nin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Yuxarıda qeyd olunan hallar Azərbaycan Respublikası CPM-in 303.3.1, 303.3.6 və 303.3.8-ci maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətin təmin edilməsini xahiş etmişlər, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 isə vəsatətin həlli məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 göstərdiyi xüsusatları nəzərə alaraq dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətin əsaslı olması qənaətinə gələrək vəsatətin təmin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 87.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. 87.4-cü maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən bu barədə qərar qəbul olunduğu andan şəxs zərər çəkmiş şəxs qismində tanınır. Cinayət işi başlanan anda şəxsi zərər çəkmiş şəxs qismində tanımağa əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. 87.6.1-87.6.10-cu maddələrinə əsasən zərər çəkmiş şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir: 87.6.1. ittihamın mahiyyətini bilmək; 87.6.2. ifadə vermək; 87.6.3. izahat vermək; 87.6.4. cinayət işinə əlavə olunması və məhkəmə iclasında tədqiq edilməsi üçün materiallar təqdim etmək; 87.6.5. etirazlar etmək; 87.6.6. vəsatətlər vermək; 87.6.7. məhkəmə istintaqı başlananadək hər an onun xüsusi ittihamçı qismində tanınmasını tələb etmək; 87.6.8. cinayət prosesini həyata keçirən orqanların hərəkətlərinə qarşı öz etirazını bildirmək və həmin etirazın istintaq və ya digər prosessual hərəkət protokollarında qeyd olunmasını tələb etmək; 87.6.9. iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq və protokoldakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlər vermək; istintaq və ya digər prosessual hərəkətlərdə iştirak edərkən, habelə məhkəmə iclasında qeyd olunması zəruri olan halların protokolda öz əksini tapmasını tələb etmək; məhkəmə iclasının protokolu və ona əlavə edilmiş audioyazı ilə tanış olmaq, protokola qeydlərini vermək; 87.6.10. ibtidai istintaq başa çatdığı, o cümlədən cinayət işinin icraatına xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq. 284.1.1-ci maddəsinə əsasən ittiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edən müstəntiq ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir. 284.2-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır. 285.1-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. 285.-ci maddəsinə əsasən cinayət prosesinin iştirakçılarını cinayət işinin materialları ilə tanış edərkən müstəntiq onların xahişi ilə müvafiq texniki vasitələrdən istifadə etməklə protokollara əlavə edilən yazılar, fotoşəkillər, çəkiliş lentləri və başqa məlumat daşıyıcılarını nümayiş etdirir. 285.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs və müdafiəçi cinayət işinin materialları ilə cinayət prosesinin digər iştirakçılarından əvvəl tanış olur və bu tanışlığı birlikdə və ya ayrı-ayrılıqda aparmaq hüququna malikdirlər. Zərər çəkmiş şəxs, mülki iddiaçı və ya mülki cavabdeh cinayət işinin materialları ilə öz nümayəndəsi ilə birlikdə tanış olmaq hüququna malikdirlər. 285.5-ci maddəsinə əsasən cinayət işinin materialları ilə tanış olan şəxslər ona aid zəruri sənədlərdən çıxarışlar etmək, surət çıxarmaq, maddi sübutların fotoşəklini çəkmək hüququna malikdirlər. 287.1-ci maddəsinə əsasən cinayət işinin materialları ilə tanış olduqdan sonra müstəntiq təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin və onların nümayəndələrinin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsi barədə vəsatətlərinin olubolmamasını aydınlaşdırır. Cinayət prosesi iştirakçısının xahişi ilə yazılı vəsatətin hazırlanması və verilməsi üçün 48 saatadək vaxt verilə bilər. 287.2-ci maddəsinə əsasən vəsatətin tam və ya qismən rədd edilməsi haqqında müstəntiq əsaslandırılmış qərar çıxarır və həmin qərarın surətini vəsatətin verildiyi andan 48 saatdan gec olmayaraq vəsatəti vermiş şəxsə təqdim edir. Vəsatət həll edilməyənədək cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilə bilməz. 287.3-cü maddəsinə əsasən müstəntiqin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsindən imtina olunması barədə qərarından bu vəsatətin rədd edilməsi barədə qərarın surəti verildiyi vaxtdan 48 saat müddətində istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora şikayət verilə bilər. 288-ci maddəsinə əsasən vəsatətin kimin tərəfindən verilməsindən və kimin mənafeyinə toxunmasından asılı olmayaraq, vəsatət təmin edildikdən sonra müstəntiq təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, habelə zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə cinayət işinin materiallarının vəsatətə dair hissəsi ilə tanış olmaq üçün imkan yaratmalıdır. 289.1-ci maddəsinə əsasən bu Məcəllənin 284—288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra müstəntiq ittiham aktı tərtib edir. 289.3.5-ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsindəzərər çəkmiş şəxsi səciyyələndirən hallar göstərilir. 292.2-ci maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsə və onun qanuni nümayəndəsinə, habelə zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə, onların qanuni nümayəndələrinə və nümayəndələrinə gələcəkdə vəsatət və şikayətlərini məhkəməyə göndərmək hüququnu izah etməklə cinayət işinin məhkəməyə göndərilməsi barədə onlara dərhal məlumat verməlidir. 290.2.11 və 290.2.12-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror müstəntiqin tərtib etdiyi ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğunluğunu, o cümlədən, AR CPM-nin müddəalarına uyğun olaraq ibtidai istintaqın aparılma qaydalarına riayət edilməsini yoxlamaq üçün ittiham aktı ilə daxil olmuş cinayət işini öyrənir. Məhkəmə qeyd edir ki, cinayət nəticəsində maddi, mənəvi və fiziki zərər vurulmamış şəxsin zərərçəkmiş şəxs kimi tanınması cinayət əsasında həqiqətən zərərçəkmiş şəxsin hüquqlarının pozulması və AR CPM-nin ona verdiyi hüquqlardan istifadə etməsinin qanunsuz olaraq istisna edilməsi ilə nəticələnir ki, bu isə yolverilməz olmaqla məhkəməyə təqdim edilmiş ittiham aktının AR CPM-nin 289 və 290.3.2-ci maddələrinin tələblərinə uyğun olmamasının göstəricisidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır; 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir; 303.3.6-ci maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmamasından ibarət kobud pozuntulara yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı ibtidai araşdırma orqanı tərəfindən yol verilmiş pozuntular əhəmiyyətli və kobud olduğundan və aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından hazırkı cinayət işinin baxılmasına xitam verilməli və qeyd olunan pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilərək, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə cinayət işi üzrə CPM-nin yuxarıda qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin müstəntiqi, polis mayoru X2 barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Bununla yanaşı CPM-nin 306.1-ci maddələrinin müddəaları baxımından cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul etmiş məhkəmə, təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi, uzadılması və ya ləğv edilməsi ilə bağlı məsələyə münasibət bildirməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Təqsirləndirilən şəxs həbsdə saxlanılması üçün maddi və prosessual əsasların aradan qalxmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 173.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı hallar istisna olmaqla, qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət işinin istintaqı zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin müstəntiqi, polis mayoru X2 barəsində ayrıca xüsusi qərar çıxarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın və təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin 29 sentyabr 2023-cü il tarixədək müəyyən edilməsi nəzərə alınsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar