Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-847/2024 26.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən sədrliyi, məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, 02 avqust 2024-cü il tarixdə saat 20.30 radələrində yaşadığı ünvan 3 ünvanda olan zamanı orada onunla birlikdə yaşayan keçmiş arvadı Zərərçəkmiş şəxs ilə aralarında olan şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı yumruqla sonuncunun baş nahiyəsindən vurub yerə yıxıb təpikləməklə ona ənsə və sağ almacıq-yanaq nahiyələrinin qançırları ilə müşaiyət olunan baş beyin silkələnməsi, sol bud və sol baldır nahiyələrinin qançırları ilə nəticələnən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan bədən xəsarətlərini yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2016-cı ildə o Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur və həmin nikahdan iki övladı var. Ailə qurandan sonra onlar valideynləri ilə birlikdə Xətai rayonunda yerləşən evlərində yaşamağa başladılar. 2020-ci ildə ikinci övladları dünyaya gələndən sonra Höküməxanımla birlikdə o 4 ay yaşayandan sonra aralarında mübahisələr baş verməyə başladı və Höküməxanım övladları ilə birlikdə atasının evinə qayıtdı. 2020-ci ilin noyabr ayında Höküməxanım yenədə onunla və valideynləri ilə yaşadığları Xətai rayonunda yerləşən evlərinə uşaqlarıilə birlikdə qayıtdı. İki ay yaşayandan sonra 2021-ci ilin yanvar ayında yenədə aralarında mübahisələr baş verdiyinə görə o Höküməxanımla boşanmaq üçün Səbail rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və 2021-ci ilin aprel ayında rəsmi boşanmışlar. Uşaqlar Höküməxanımın himayəsində qalmış, ona qarşı aylıq aliment kəsilmişdir. 2024-cü ilin iyun aylarında o uşaqlarını görmək üçün Höküməxanımın qaldığı atasının evinə gəlib getməyə başlamış və aralarında olan münasibət düzəlmişdir. 11 iyul 2024-cü il tarixdə valideynləri Höküməxanımın atasının evinə getmiş və onlar birlikdə yaşamağa razılığa gəlmişlər. Höküməxanımla yenidən rəsmi nikaha daxil olmağı plandlaşdırmış və buna görə də Höküməxanım onun valideynləri ilə birlikdə yaşadığı Sabunçu rayonu Zabrat qəsəbəsi Sabit Orucov küçəsi döngə 3 ev 56 ünvanına köçmüşdür. 02 avqust 2024-cü il tarixdə saat 20:30 radələrində yaşadığları evdə Sabunçu rayonu Zabrat qəsəbəsi Sabit Orucov küçəsi döngə 3 ev 56 ünvanda olduğları vaxtı onun Höküməxanımla yenədə aralarında mübahisə yaranmış, mübahisənin səbəbi Höküməxanımın onun mobil telefonda olan Rusiyada yaşayan digər qızlarla danışıqları olmuşdur. Mübahisə zamanı Höküməxanım onun telefonunu götürüb onu vurmaq istəyəndə o əsəbləşdirdiyinə və işlətdiyi təhqiramiz formada ifadəyə görə onun sifətindən bir sillə vurmuş, bunu görən atası dərhal onu evdən çıxarmışdır. Höküməxanımın sifətindən o sillə ilə bir dəfə vuranda həmin vaxtı evlərinin qonaq otağında atası Mansur və Höküməxanımın əmisi Ərşad olmuş, anası Naibə isə mətbəxtdə çay dəmləyirmiş. Höküməxanımı vuranda əmisi Ərşad bunu görmüş və o dərhal evdən çıxıb getmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Höküməxanım onun barəsində polis bölməsinə şikayətlə müraciət etmişdir. Höküməxanımı yumruqla başından vurmamış, onu yerə yıxmamışdır. Höküməxanımla aralarında olan mübahisə evin dəhlizində baş vermişdir. Verilən suallara cavab olaraq isə o, bildirmişdir ki, sillə ilə sifət ağız nahiyyəsindən yüngül formada vurmuş, atası onu evdən bayıra çıxarmışdır. Əgər atası onu bayıra çıxarmasaydı, əlavə olaraq vuracaqdı. Hazırda zərərçəkmiş şəxslə barışıq əldə edilməmiş, vurduğu silləyə görə də peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2016-cı ildə o Təqsirləndirilən şəxs ilə ailə həyatını qurmuş və həmin nikahdan iki övladları var. Ailə qurandan sonra o Sənanın və onun valideynləri ilə birlikdə Xətai rayonunda yerləşən evinə köçmüş və orada yaşamağa başlamışlar. 2020-ci ildə ikinci övladı dünyaya gələndən sonra Sənanla birlikdə o 4 ay yaşayandan sonra aralarında mübahisələr baş verməyə başlamış və övladları ilə birlikdə atasının evinə qayıtmışdır. 2020-ci ilin noyabr ayında o yenə də Sənanın və onun valideynlərinin yaşadığı Xətai rayonunda yerləşən evinə uşaqları ilə birlikdə qayıtmışdır. İki ay yaşayandan sonra 2021-ci ilin yanvar ayında yenədə aralarında mübahisələr baş verdiyinə görə Sənan onunla boşanmaq üçün Səbail rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və 2021-ci ilin aprel ayında rəsmi boşanmışlar. Uşaqlar onun himayəsində qalmışdır. 2024-cü ilin iyun aylarında Sənan uşaqları görmək üçün tez tez qaldığı atasının evinə gəlib getməyə başlamışdır. Həmin ərəfədə onlar barışmaq istəmış, buna görə də Sənan 11 iyul 2024-cü il tarixdə valideynlərini onlara barışıq üçün göndərmiş və onlar razılığa gəlmişlər. O, Sənanla yenidən rəsmi nikaha daxil olmağı planlaşdırmışlar. Buna görədə o Sənanın valideynləri ilə birlikdə yaşadığı Sabunçu rayonu Zabrat qəsəbəsi Sabit Orucov küçəsi döngə 3 ev 56 ünvanına köçmüşdür. Həmin vaxtı Sənan Xətai rayonunda olan evini satmış və Zabrat qəsəbəsinə köçmüşlər. 02 avqust 2024-cü il tarixdə o, Sənanla ümumi razılıq əsasında «VVAQ» şöbəsinə gedib ərizə yazmaq iştəmişlər. 01 avqust 2024-cü il tarixdə Zabrat qəsəbəsində Sabit Orucov küçəsi döngə 3 ev 56 ünvanına olan vaxtı orada qaynanası Naibə ilə aralarında mübahisə yaranmış, qaynanası Naibə onun bacısının ünvanına nəlayıq sözlər dediyinə görə aralarında mübahisələr baş vermiş və 02 avqust 2024-cü il tarixdə o bu barədə Sənana demiş, Sənan da anasının tərəfini tutub ona cavab vermişdir ki «anam nə edib düz edib» Həmin günü 02 avqust 2024-cü il tarixdə saat 20.30 radələrində yaşadığı evdə Sabunçu rayonu Zabrat qəsəbəsi Sabit Orucov küçəsi döngə 3 ev 56 ünvanda olduğu vaxtı Sənanla aralarında mübahisə düşmüş, mübahisənin səbəbi onun Sənanın telefonunda digər qızlarla danışığı olmuşdur. Mübahisə zamanı Sənan əsəbləşib onu döyməyə başlamış, yumruqla onun başından və müxtəlif bədən nahiyyələrindən vurmuşdur. O yıxılanda Sənan onun koftasından tutub otağda sürüməyə başlamış və təpiklə müxtəlif bədən nahiyyələrimdən vurmuşdur. Sənan onu evdə döyəndə onlar ikisi olmuşlar, həmin vaxtı evə gələn Sənanın atası Mansur onları ayırmışdır. Həmin günü o 102 xidmətinə zəng vurub döyülməyi barədə məlumat vermiş, hadisə yerinə polis əməkdaşları gəlib onu xəstəxanaya aparmışlar. Hazırda təqsirləndirilən şəxslə barışmamış və ona qarşı şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, 02 avqust 2024-cü il tarixdə axşam saatlarında Höküməxanım ona zəng vurub bildirmişdir ki, Sənanla aralarında narazılıq olmuş, Sənanın mobil telefonunda digər qadınlarla danışdığını görmüşdür. Gələrək məsələnin araşdırılmasını xahiş etmişdir. O bu məsələni aydınlaşdırmaq üçün Sənanın atası Mansura zəng vurmuş və X8 aralarında baş vermiş mübahisənin olduğunu təsdiqləyib ondan xahiş etmişdir ki, gəlsin onunla birlikdə köməkləşib bu məsələni araşdırsınlar və Sənanla Höküməxanımı sakitləşdirsinlər. O, da həmin vaxtı Mansurun yaşadığı ünvan 5 ünvanında yerləşən evinə getmişdir. Saat 20.30 radələrində o həmin evin qonaq otağında X7 aralarında baş vermiş problemlərin həlli istiqamətində söhbətlər aparmış, Mansurun arvadı Naibə isə mətbəxtdə oturmuşdur. Sənanla Höküməxanım isə öz aralarında mübahisə edə edə dəhlizlə qonaq otağına gedib çıxmışlar. Mübahisə zamanı Sənan qəflətən əsəbləşib evin dəhlizində dayanmış Höküməxanımı döyməyə başlamış, Sənan yumruqla Höküməxanımın başından və müxtəlif bədən nahiyyələrindən vurmuş, Höküməxanım yıxıldıqda, o isə Mansurla birlikdə Sənanı kənara çəkmək istəyəndə Sənan Höküməxanımın koftasından tutub otaqda sürüməyə başlamış və təpiklə müxtəlif bədən nahiyyələrindən vurmuşdur. Sənanı Höküməxanımdan ayıranda Sənan evdən çıxıb getmişdir. Höküməxanımın üz nahiyyəsində su vurmaq istəyəndə ağız nahiyyəsinin qanamasını və sifətinin qızarmasını aşkar etmişdir. Həmin günü Höküməxanım ona məxsus olan ***-***-**-** saylı nömrəsindən DİN-nin 102 xidmətinə zəng vurub döyülməyi barədə məlumat vermiş və bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 02 avqust 2024-cü il tarixdə axşam saatlarında o, Höküməxanım, Sənan və əri Mansur evdə olanda Höküməxanın Sənanın telefonunda digər qızlarla yazışdığını görüb Sənanla mübahisə etməyə başlamış və həmin vaxtı Höküməxanım əmisi Ərşada zəng vurub bu barədə xəbər vermiş, Mansur Höküməxanımdan sakitləşməyə tələb edəndə, Höküməxanım Mansurada sərt cavab qaytarmış və bundan sonra əri Mansur Höküməxanımın əmisi Ərşada zəng vurub onu evə çağırmışdır ki, gəlib Höküməxanımı sakitləşdirsin. Bir neçə vaxtdan sonra Ərşad onlara gəlmiş və Mansurla qonaq otağında oturub Sənanla Höküməxanımın aralarında olan problemləri həll etməyə çalışmışlar, o isə həmin vaxtı mətbəxtdə olmuş, Höküməxanım Sənanla birlikdədə evdə olmuşlar. Saat 20.30 radələrində Höküməxanım əsəbi halda Sənanı nəlayıq sözlərlə söyüb təhqir etməyə başlamış, Sənan həmin vaxtı dəhlizdə durmuş və Höküməxanım onu söydüyünə görə Sənan əsəbləşib sillə ilə Höküməxanımın sifətindən bir dəfə vurmuş, Sənan Höküməxanımın sifətindən vurandan sonra evdən çıxıb getmişdir. Höküməxanım isə həmin vaxtı evdə olan Ərşadın telefonunu götürüb Sənan tərəfdən döyüldüyü barədə 102 xidmətinə zəng vurub məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 02 avqust 2024-cü il tarixdə axşam saatlarında o, Höküməxanım, Sənan və arvadı Naibə evdə olarkən Höküməxanın Sənanın telefonunda digər qızlarla yazışdığını görüb Sənanla mübahisə etməyə başlamış və həmin vaxt Höküməxanım əmisi Ərşada zəng vurub bu barədə ona xəbər vermiş, o da Höküməxanımdan sakitləşməyi tələb edəndə, Höküməxanım ona da sərt cavab qaytarmış və bundan sonra o Höküməxanımın əmisi Ərşada zəng vurub Ərşadı evlərinə çağırmışdır. Bir neçə vaxtdan sonra Ərşad onlara gəlmiş və onunla qonaq otağında oturub Sənanla Höküməxanımın aralarında olan problemləri həll etməyə çalışmış, Naibə isə həmin vaxtı mətbəxdə olmuşdur. Höküməxanım Sənanla birlikdədə evdə olmuşlar. Saat 20:30 radələrində Höküməxanım əsəbi halda Sənanı nəlayıq sözlərlə söyüb təhqir etməyə başlamış, Sənan həmin vaxtı dəhlizdə olmuş və Höküməxanım onu söydüyünə görə Sənan əsəbləşib sillə ilə Höküməxanımın sifətindən bir dəfə vurmuş, bunu görən kimi dərhal Sənanın qolundan tutaraq evdən çölə çıxarmışdır. Höküməxanım isə həmin vaxtı evdə olan Ərşadın telefonunu götürüb Sənan tərəfdən döyüldüyü barədə 102 xidmətinə zəng vurub məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 02 avqust 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 5 ünvanında yerləşən dörd otaqlı həyət evidir (i.v.5-7). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X15 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 09 avqust 2024-cü il tarixli, 1899 saylı rəydən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs ənsə və sağ almacıq-yanaq nahiyyələrinin qançırları ilə müşayiət olunan baş beyin silkələnməsi, sol bud və sol baldır nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərardad qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən ənsə və sağ almacıq-yanaq nahiyyələrinin qançırları ilə müşayiət olunan baş beyin silkələnməsi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Sol bud və sol baldır nahiyyələrinin qançırları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar edilir(i.v.15-17). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır(i.v. 36). Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixli qərarla “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.74-75). “İş üzrə toplanmış sübutlara qiymət verilməsi haqqında” 31 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətinə pozulmasına səbəb olan, sağlamlığıa yüngül dərəcəli bədən xəsarətlərinin yetirilməsi tam sübuta yetirildiyindən ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan olunmuş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkibi olmadığından həmin hissədə barəsində cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün gətirdiyi dəlil Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizasının rəyində göstərilən bədən xəsarətlərini ona yetirməməsi, dalaşma zamanı Zərərçəkmiş şəxs sifətindən əli ilə yalnız bir sillə vurduğu özünün müdafiəsi üçün gətirdiyi dəlil istintaq materialları ilə öz təsdiqini tapmadığına görə rədd edilmişdir(i.v. 52-57). Şəxiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2018-ci il təvəllüdlü (X13) və 24 aprel 2020-ci il təvəllüdlü (X14) uşaqları var. Təqsirləndirilən şəxs X1 qəsdən yüngül zərər vurması” zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, müvafiq ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs X5 bir sillə ilə sifətindən vurduğunu, başqa xəsarət yetirmədiyini göstərsə də, verilmiş suallara cavabında Hökəməxanım Ağayevanın onu hədsiz dərəcədə təhqir etdiyini, atası onu bayıra çıxarmasaydı vurmaqda davam edəcəyini qeyd etməsi onun dediklərini təkzib edir. Bununla yanaşı, məhkəmə iclasında zərərçəkmiş şəxs bütün təfərrüatları ilə Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi şəraiti, xəsarətlərin yetirildiyi mexanizmi bildirmiş və onun ifadəsində göstərdiyi nüanslar Şahid3 ifadəsindəki xüsusatlarla da tam uzlaşmışdır. Digər şahidlər Şahid1 və Şahid2 ifadələrinə münasibətdə məhkəmə hesab edir ki, onlar Təqsirləndirilən şəxs valideynləri olduğundan onun əleyhinə ifadə verməyə boclu olmadığı barədə məlumatlandırılsalar da, Təqsirləndirilən şəxs X6 bir sillə ilə sifətindən xəsarət yetirdiyini, digər xəsarətləri yetirmədiyini bildirmişlər. Onların digər xəsarətlərə münasibətdə eyni məzmunlu ifadə verməsi başa düşüləndir. Göründüyü kimi, Təqsirləndirilən şəxs X6 bir sillə ilə sifətindən xəsarət yetirdiyini, digər xəsarətləri yetirmədiyini bildirsə də, onun həmin ifadəsi zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi və müvafiq ekspert rəyi ilə təkzib edilmişdir ki, belə olan halda məhkəmə təqsirləndirilən şəxsin ifadələrində yalnız bir sillə vurması, digər bədən xəsarətlərini yetirməməsi özünümüdafiə xarakterli dəlil kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X2 qəsdən yüngül zərər vurması sübuta yetirildiyindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, cinayət işinin materialı üzrə keçirilmiş müvafiq ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X11 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarən 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, (CM-59.2), himayəsində iki azyaşlı uşağının olmasını (CM-59.1.4) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, zərərçəkmiş şəxslə barışıq əldə edilməməsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə beş cəza növü: (-cərimə, -ictimai işlər, -islah işləri, azadlığın məhdudlaşdırılması, -azadlıqdan məhrumetmə) nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından 15% dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət işi zamanı sərf etdiyi 10 iş saatına görə 6 manat hesablanmaqla 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №1(008)-847/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-847/2024
26.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver