Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-849/2023 24.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndəsi Nümayəndə2, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X17 iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı abadlıq təmir tikinti şirkətində fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, qəbir üzərində təhqiredici hərəkətlər etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəbir üzərində təhqiredici hərəkətlərini etmək məqsədi ilə 17 aprel 2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi 6-cı X34 küçəsində yerləşən Sabunçu rayonu Balaxanı bələdiyyəsinin balansında olan «Xristian» qəbirstanlığına gəlib orada dəfn edilmiş X19, X23, X24, X20, X5, X6, X9, Stroykova Qalına llyiniçnanın, X10, X7, X11, X1, X2, X15 ve soyadları və ata adları olmayan Aleksandr Valeriy, adlarında olan qəbirlərinin baş və sinə daşlarını şəkil əks edilmiş lövhə ilə birlikdə sındıraraq qəbirlər üzərində təhqiredici hərəkətlər etməklə zərərçəkmiş hüquqi şəxs Sabunçu rayonu Balaxanı bələdiyyəsinə ümumilikdə 830 manat maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 245-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bakı abadlıq təmir tikinti şirkətində 2022-ci ildən etibarən fəhlə işləmiş, Nümayəndə1 Balaxanı Bələdiyyəsinin sədridir. Sabunçu rayonu 6-cı X34 küçəsində yerləşən Xristian qəbirstanlığı Balaxanı Bələdiyyəsinin balansındadır və Nümayəndə1 həmin qəbirstanlığa qeyri rəsmi nəzarətini Şahid2 tapşırmışdır. Gecələr qəbirstanlığa nəzarət üçün Lətif qalmışdır. 17 aprel 2023-cu il tarixdə Lətif ondan xahiş etmişdir ki, onun yerinə işə çıxsın. Həmin tarixdə saat 22 radələrində o qəbirstanlıqda tək olmuş, qəbirlərin çoxu 40-50 ilin qəbirləri olduğundan onların baş daşlarını tərpətməyə başlamışdır. O əlləri ilə baş daşını tutub tərpətdikdə qəbirin baş daşı qırılmışdır. O cəmi 3-4 qəbir sındırmışdır. Qalanlarından məlumatı olmamışdır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, o Bakı abadlıq təmir tikinti şirkətində 2022-ci ildən etibarən fəhlə işləmişdir, Nümayəndə1 o həmin tarixdən etibarən tanıyır. Nümayəndə1 Balaxanı Bələdiyyəsinin sədridir. Sabunçu rayonu 6-cı X34 küçəsində yerləşən Xristian qəbirstanlığı Balaxanı Bələdiyyəsinin balansındadır və Nümayəndə1 həmin qəbirstanlığa qeyri rəsmi nəzarətini Şahid2 tapşırmışdır. O özüdə həmin qəbirstanlıqda fəhlə kimi işləyir. Təxminən 2023-cü ilin mart ayının əvvəllərində Balaxanı Bələdiyyəsinin sədri Nümayəndə1 onu Xristian qəbirtsanlıqda görüb ona tapşırmışdır ki, iki qəbri təmir elətdirsin və buna görədə ona hər təmir etdiyi qəbirə 100 manat məbləğində pul verməyə söz vermişdir. O Bahadıra inanıb Bahadırın ona göstərdiyi iki qəbri təmir etmiş və həmin qəbirlərin ətrafında olan otları təmizləmişdir. Lakin bir ay keçməsinə baxmayaraq Bahadır ona 200 manatı verməmişdir. Təxminən 10 gün bundan qabaq o Bahadırı Xristian qəbirsanlığında görüb Bahadıra yaxınlaşıb, 200 manatını istəmişdir. Bahadır ona demişdir ki, qəbirin sahibləri hələki ona pul verməyiblər. O Bahadırın hərəkətlərindən hiss etmişdir ki, Bahadır onu aldadır və ona söz verdiyi 200 manatı verməyə fikri yoxdur. Buna görə də Bahadıra pislik etmək istəmişdir. Lakin həmin pisliyi necə edəcəyini bilmirdi. Təxminən 2023-cü ilin aprel ayından etibarən o gecələrdə Xristian qəbirstanlığında qalıb mühafizə etməyə başlamışdır. O orada həm fəhlə həmdə mühafizəçi kimi işləməyə başlamışdır. Həmin vaxtı hərdən bir onunla birlikdə orada fəhlə kimi işləyən Şahid1 da onunla birlikdə gecələr qəbirstanlıqda qalmışdır. Gündüz vaxtı isə qəbirstanlığı mühafizəçi Şahid6 nəzarət etmişdir. 17 aprel 2023-cü İl tarixdə saat 18 radələrində o Xristian qəbirstanlığına gəlmişdir. Həmin vaxtı o növbəni Samirdən qəbul etmiş, Lətif onunla birlikdə olmuşdur və həmin vaxtı Lətif ona bildirmişdir ki, uşağı evdə xəstədir və o getməlidir. O etiraz etməmiş və saat 19 radələrində Lətif qəbirstanlıqdan çıxıb getmişdir. O Xristian qəbirstanlığında tak qalmışdır. Saat 22 radələrində o yenədə Bahadırın ona qarşı etdiyi hərəkətlərindən əsəbləşmiş, Bahadır onu aldatdığına görə, yəni ona iki qəbiri düzəltdirb 200 manatını vermədiyinə görə o Bahadıra pislik etmək istəmiş və qərara gəlmişdir ki, Xristiian qəbirtsanlığında olan qəbirlərin baş daşlarını sındıracaq. Onun bu hərəkətinin etməyinin səbəbi o olmuşdur ki, o bu qəbir daşlarını sındırmağının nəticəsində qəbirlərin sahibləri Bahadurdan şikayət etsinlər və Bahaduru işdən azad elətdirsinlər. 17 aprel 2023-cu il tarixdə saat 22 radələrində o qəbirstanlıqda tək olduğundan və orada kameralann olmamasından istifadə edərək qəbirlərin baş daşlarını sındırmağa başlamışdır. Qəbirlərin çoxusu 40-50 ilin qəbirləri olmuşdur və o onların baş daşlarını tərpətməyə başlamışdır. O əlləri ilə baş daşını tutub fiziki güc tətbiq edərək bədəninin ağırlığının nəticəsində qəbirin baş daşını qəbirin sinə daşına yıxmış, nəticədə baş daşı sinə daşı ilə birlikdə sınmışdır. Bəzi qəbirlərinin baş daşlarını o yerdən tapdığı dəmir parçası ilə vurub sındırmışdır. Qəbirlərin üzərində olan yazı lövhəsini fotoşəkilləri dəmirlə vurub çatlatmışdır. Təxminən bir saata o 15 qəbir daşını sındırmışdır. Sonra isə özünü sigortalamaq məqsədi ilə öz istifadəsində olan ***-***-**-** saylı nömrədən qəbirstanlığa nəzarət edən Şahid2 istifadəsində olan ***-***-**-** nömrəsinə votsap vasitəsi ilə «Vüqar» mətnli sms yazmışdır. Həmin sms Vüqar oxumadığına görə o eyni vaxtda bir neçə dəqiqədən sonra Vüqarın 13 yaşlı oğlu Əzizbalanın 070 ***-**-** saylı nömrəsinə öz nömrəsindən votsapla «Alo» mətnli sms yazmışdır. Nə Vüqar nədəki Vüqarın oğlu ona cavab yazmamışlar və smsləri oxumamışlar. Bundan sonra o özünü sigortalamaq məqsədi ilə və onunla birlikdə Bakı abadlaşdırma şirkətində işləyən Şahid5 istifadəsində olan ***-***-**-** saylı nömrəsinə votsapla saat 23.45 radələrində «X30» mətnli smsləri göndərmişdir, Məhəmməd ona cavab vermədiyinə görə o həmin smslərdən sonra təxminən yarım saatdan sonra Məhəmmədə yenədə «Yatmısan» mətnli sms yazmışdır. Məhəmməd yenədə ona cavab verməmişdir. Vüqara, Vüqarın oğluna, Məhəmmədə smsləri bu vaxtda yazmağının məqsədi o olmuşdur ki, istəmişdir ki, onlarla əlaqə yaratsın və onlara desin ki, kimsə qəbirstanlığa girib qəbir daşlarını sındırmışdır. Çünki o özünü müdafiə etmək istəmişdir və fikirləşmişdir ki, səhər onlar işə gəlib qəbir daşlarının sındırıldığını görən kimi ondan şübhələnəcəklər. Həmin vaxtı saat 00.30 radələrində o evinə getmişdir. Səhərisi günü 18 aprel 2023-cü il tarixdə saat 07 radələrində Vüqar ona zəng vurmuş, Vüqar ona zəng vurub ona və oğluna axşam sms yazdığının səbəbini soruşanda, o ona demişdir ki, axşam kimsə qəbirstanlığa gəlib qəbir daşlannı sındırmışdır. O Vüqarı aldatmışdır ki, ondan şübhələnməsin. Vüqarda ona demişdir ki, qəbirstanlığa gəlib araşdıracaq. 18 aprel 2023cü il tarixdə səhər saatlarında Vüqar qəbirstanlığa gəlmişdir. O da qəbirstanlığa gəlmişdir. Həmin vaxtı Bahadurda qəbirstanlığa gəlmiş və onlar kim tərəfdən qəbirlərin sındınlmasını araşdırmağa başlamışlar. O özünü elə aparmışdır ki, ondan şübhələnən olmasın. Digər fəhlələrlə birlikdə Bahadınn göstərişi əsasında gecə sındırdığı qəbir daşlarını düzəltməyə başlamışdır. Həmin günü o və digər fəhlələr Məhəmməd, Malik, Əzizağa və Zahid qəbir daşlarının bir neçəsini düzəltmişlər. Bir neçəsi isə sındırılmış vəziyyətdə qalmışdır. Bundan sonra səhərisi günü 19 aprel 2023-cü il tarixdə polis əməkdaşları gəlmişlər ve hadisə yerinə baxış keçirtməyə başlamışlar. O 15 qəbir dağıtmışdır, həmin qəbirlərin sahiblərini tanımır və aralarında heç bir düşmənçilik va mübahisə olmamışdır, o bu hərəkətləri Balaxanı bələdiyyəsinin sədri Nümayəndə1 qarşı bilərəkdən ondan qisas almaq məqsədi ilə etmişdir. Bahadır onu aldadaraq ona 2 qəbri düzəltdirib söz verdiyi kimi 200 manatı vermədiyinə görə o əsəbləşib qəbir daşlarını sındırmışdır kı, Bahadırı bu işdən çıxartsınlar ve Bahadıra problem yaransın. Əvvəllər şahid qismində ifadə verərkən ifadəsində göstərmişdir ki, 18 aprel 2023-cü il tarixdə səhər saatlarında Bahadırın xahişi əsasında o digər fəhlə Məhəmmədlə birlikdə 10 ədəd qəbirləri təmir etmişdir və həmin qəbirlər güclü küləyin əsməsi nəticəsində sındırılmışdılar, əvvələr o özünü müdafiə etmək məqsədi ilə bu cür ifadə vermişdir. İstəməmişdir ki, törətdiyi cinayət əməli ifşa olunsun. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndəsi Nümayəndə2 izahatında Balaxanı Bələdiyyəsinə vurulmuş ziyanın tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbin olmadığını bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, qohumlarının çoxu Bakı şəhərində yaşayır, digər qohumları isə Rusiya Federasiyasında yaşamağa köçmüşlər. Xalası qızı X29 1998-ci ildə vəfat etmişdir və Sabunçu rayonu ərazisində yerləşən «Xristian» qəbirstanlıqda dəfn olunmuşdur. X35 Fyodorovna 2001-ci ildə vəfat etmişdir, atası X25 isə 2012-ci ildə vəfat etmişdir. Valideynləri də Sabunçu rayonun ərazisində yerləşən Xristian qəbirstanlığında dəfn olunmuşlar. 18 aprel 2023-cü il tarixdə səhər saat 11.30 radələrində o əri X18 ilə birlikdə Balaxanı qəsəbəsi 6-cı mədən Mövsüm Sanani küçəsində yerləşən Xristian qəbirstantığa valideynlərinin və qohumlarının qəbirlərini ziyarət etməyə getmişlər. Həmin vaxtı o valideynlərinin dəfn olunmuş məzarlarının qarşısına gələndə görmüş ki, atası X25, anası X26 və qohumu (xalası qızı) X24 qəbirlərinin baş daşları sındırılmış vəziyyətdə olmuşdur. O da buna görə sosial şəbəkələrində, öz feysbuk səhifəsində bu barədə məlumatları yaymışdır. Bundan əlavə o ərizəsi ilə Sabunçu rayon polis idarəsinə müraciət etmişdir. Sonuncu dəfə 15 aprel 2023cü il tarixdə səhər saatlarında saat 09 radələrində əri Eldar Məmmədov valideynlərinin qəbirlərini ziyarət etmişdir. Qəbirlər salamat vəziyyətdə olmuşdur. Həmin hadisə 15 aprel 2023-cü il tarixdən 18 aprel 2023-cü il tarixə qədər olan müddətdə baş vermişdir. Xrisitian qəbirstanlığı Sabunçu rayonu Balaxanı bələdiyyəsinin balansındadır və nəzarətindədir. Orada olan qəbirlər və qəbir daşları Balaxanı bələdiyyəsinin hesabına tikilir. Valideynləri X19 və X26, həmçinin qohumu (xalası qızı) X24 qəbirləri, qəbirlərin baş və sinə daşları Balaxanı bələdiyyəsinin hesabına quraşdırılmışdır. O və qohumları buna görə xərc çəkməmişlər. Nə ona, nə də qohumlarına qeyd edilən hərəkətlərin nəticəsində maddi və mənəvi ziyan vurulmamışdır. Qəbirlərin baş və sinə daşlarının qiyməti barədə onun məlumatı yoxdur. Ona maddi və mənəvi ziyan dəyməsə də, qəbir üzərində təhgiredici hərəkətlərin edilməsi ilə bağlı ərizə ilə müraciət etməyinin səbəbi, müvafiq dövlət orqanlarının həmin qanunsuz hərəkətlərin törədilməsinə dair diqqəti cəlb etmək olmuşdur ki, gələcəkdə bu cür hərəkətlərin qarşısı alınsın. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, hal hazırda o Bakı abadlıq təmir tikinti şirkətində fəhlə işləyir. Hər gün səhər saat 08 radələrində iş yerinə gəlir saat 17 radələrinə qədər işdə olur, işi ondan ibarətdir ki, o Müsəlman qəbirstanlığında tikinti işləri ilə məşğul olur. 13 aprel 2023-cü il tarixdə o Xristian qəbirstanlığında olmuşdur və orada heç bir hadisənin şahidi olmamışdır. Bir neçə gün o Xristian qəbirstanlığına daxil olmamışdır. Təqsirləndirilən şəxs onun iş yoldaşıdır, Seymuru o 2022-ci ilin noyabr dekabr aylarından tanımışdır. O da onunla birlikdə Bakı Abadlıq təmir tikinti şirkətində fəhlə kimi işləmişdir. Bundan əlavə olaraq o Xristian qəbistanlığa nəzarət edən Vüqar adlı şəxsin və Balaxanı Bələdiyyəsinin sədri Bahadur müəllimin razılığı əsasında qeyri rəsmi olaraq gecələr Xristian qəbirstanlığında mühafizəçi kimi işləyir. Seymurla birlikdə fəhlə Lətif adlı şəxsdə həmin qəbirstanlıqda mühafizəçi kimi qalır. Günorta növbəsində isə Xristian qəbirstanlığında Samir adlı şəxs mühafizəçi kimi işləyir. 18 aprel 2023-cü il tarixdə səhər saatlarında o işdə olan zamanı Xristian qəbirstanlığına nəzarət edən Vüqar adlı şəxs onu və digər fəhlələri Xristian qəbirstanlığına çağırıb bildirmişdir ki, gecə saatlarında kimsə qəbirstanlığa daxil olub orada 15 ədəd qəbirlərin üzərində olan baş və sinə daşlarını sındırmışdır və onlardan xahiş etmişdir ki, həmin qəbir daşlarını bərpa etsinlər. O digər fəhlələrlə birlikdə həmin sındırılmış və dağıdılmış qəbir daşlarını təmir etməyə başlamışlar. Bir neçəsini təmir etmişlər, bir neçəsini isə təmir edə bilməmişlər, çünki qəbir daşları yararsız hala salınmışdır. Həmin vaxtı Balaxanı Bələdiyyəsinin sədri Bahadır müəllimdə orada olmuşdur, təmir işlərinə nəzarət etmişdir. Onunla birlikdə Xristian qəbirstanlığında tikinti işlərini 4 nəfər aparmışlar. Seymur, Zahid, Əzizağa və Məlik. Həmin hadisədə şübhələndiyi adam olmasada, 17 aprel 2023-cü il tarixdən 18 aprel 2023-cü il tarixə keçən gecə Seymur öz istifadəsində olan 077-508 -70- 60 nömrəsindən onun ***-***-**-** saylı votsap nömrəsinə «X30?» mətnli sms göndərmişdir. O Seymurun həmin sms-nə cavab verməmişdir. Həmin vaxtı yatmışdır. Hansı səbəbə görə Seymur ona bu cür sms gecə saatlarında göndərdiyini bilmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X22 ifadəsində göstərdi ki, hal hazırda o Bakı abadlıq təmir tikinti şirkətində fəhlə işləyir. Hər gün səhər saat 08 radələrində iş yerinə gəlir saat 17 radələrinə qədər işdə olur. Təxminən 4 gün bundan qabaq, yəni 15 aprel 2023-cü il tarixdə Balaxanı qəsəbəsində yerləşən Xristian qəbirstanlığına nəzarət edən Vüqar adlı şəxs onu həmin qəbirstanlığa çağırmışdır ki, orada qəbir qazsın. O qəbiri qazandan sonra oradan çıxıb getmişdir. 18 aprel 2023-cü il tarixdə isə səhər saatlarında o işdə olan zamanı Xristian qəbirstanlığına nəzarət edən Vüqar adlı şəxs onu və digər fəhlələri Xristian qəbirstanlığına çağırıb bildirmişdir ki, gecə saatlarında kimsə qəbirstanlığa daxil olub orada 15 ədəd qəbirlərin üzərində olan baş və sinə daşlarını sındırmışdır və onlardan xahiş etmişdir ki, həmin qəbir daşlarını bərpa etsinlər. O digər fəhlələrlə birlikdə həmin sındırılmış və dağıdılmış qəbir daşlarını təmir etməyə başlamışdır. Bir neçəsini təmir etmişlər, bir neçəsini isə təmir edə bilməmişlər, çünki qəbir daşları yararsız hala salınmışdır. Həmin vaxtı Balaxanı Bələdiyyəsinin sədri Bahadır müəllimdə orada olmuşdur, təmir işlərinə nəzarət etmişdir. Onunla birlikdə Xristian qəbirstanlığında tikinti işlərini Seymur, Zahid, Məhəmməd və Məlik aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 şahid X14 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiqləmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 3 ilə yaxındır ki, qeyri rəsmi Xristian qərbistanlığı kimi tanınan ərazidə Balaxanı qəsəbəsinin bələdiyyə sədri Bahadur müəllimin tapşınğı ilə xristian qəbiristanlığına nəzarət edir. Orada dəfn olunan şəxslərin yaxım qohumlarının sifarişi əsasında özündən başqa qeyri rəsmi işləyən 6-7 nəfər işçi ilə qəbir yerlərini qazır. Həmçinin vəfat etmiş şəxsləri dəfndən öncə yuyur. xx.xx.2023-cü il tarixdə saat təxminən 23 radələrində gecələr Xristian qəbirsitanlığına nəzarət edən Seymur adlı şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə "Vüqar" sözünü yazmışdır. O həmin saatda yaşadığı evdə yatılı olduğu üçün səhər saat təxminən 07 radələrində Seymurla əlaqə saxlamış həmin vaxtı Seymur demişdir ki, gecə qəbirstanlıqda naməlum şəxslər qəbir daşlarını dağıtmışlar. O dərhal qəbirstanlığa gəlib görmüşdür ki, həqiqətən qəbir daşlan dağıdılmışdır. Bu barədə bələdiyyə sədri Bahadur müəllimə məlumat vermişdir. Bahadur bildirmişdir ki, Pasxa bayramı olduğundan vəfat etmiş şəxslərin yaxınları gəlib qəbir daşlarının sındırılmasını görməkləri düz olmaz onun üçün də təcili qəbir daşlarını bərpa etmək lazımdır. O da Bahadurun bu sözlərindən sonra 18 aprel 2023-cü il tarixdə qəbiristanlıqda onun nəzarəti altında olan 4-5 nəfərlə təxminən 15 qəbir daşını düzəltməyə başlamışlar. Şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaqda veridyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, hal hazırda o Sabunçu rayonu Balaxanı Bələdiyyəsində mühafizəçi vəzifəsində işləyir. İşi ondan ibarətdir ki, o hər gün işə saat 09.00- da gəlir və Balaxanı Bələdiyyəsinin balansında olan 6-cı X34 küçəsində yerləşən Xristian qəbirstanlığına nəzarət edir. Həmin işdə o bir ildir ki işləyir. Həmin qəbirstanlığa o günorta vaxtlarında nəzarət edir saat 18.00-da oradan çıxıb gedir evinə növbəsini isə Təqsirləndirilən şəxs təhvil verir. Seymur özü Bakı abadlıq təmir tikinti şirkətinin əməkdaşıdır. Balaxanı bələdiyyəsinin əməkdaşı deyil. Seymurun gecə saatlarında həmin qəbirstanlığı mühafizə etməyindən Balaxanı Bələdiyyəsinin sədri Nümayəndə1 xəbəri olmuşdur. Seymurdan başqa həmin qabirtsanlıqda gecələr digər əməkdaşlar olmur. 17 aprel 2023-cü il tarixdə o səhər saat 09.00-da qəbirstanlığa gəlmiş, baxış keçirdiyi zamanı görmüşdür ki qəbirlər salamat vəziyyətdə olmuşdur. Həmin günü yəni 17 aprel 2023-cü il tarixdə saat 18.00-a qədər qəbirstanlıqda oturub sonra isə evinə getmişdir. Ondan sonra qəbirstanlığa Təqsirləndirilən şəxs gəlmiş və o növbəsini Seymura təhvil vermişdir. Seymura növbəni təhvil verəndə qəbirlər salamat vəziyyətdə olmuşdur. 18 aprel 2023-cü il tarixdə saat 09.00-da o yenədə qəbirstanlığa gələndə görmüşdür ki, orada bir neçə qəbir dağılmış vəziyyətdədir. Təxminən 10-15 ədəd qəbir dağılmışdır, qəbirlərin baş daşları sinə daşları naməlum şəxslər tərəfindən sındırılmışdır. 18 aprel 2023-cü il tarixdə səhər saat 09.00-da o qəbirstanlığa gələndə növbəni Seymurdan təhvil almamışdır, Seymuru orada görməmişdir. Qəbirlərin baş və sinə daşlarının sındırıldığını görəndə o dərhal bu barədə rəhbəri olan Balaxanı Bələdiyyəsinin sədri Nümayəndə1 zəng vurub xəbər vermişdir. Bələdiyyənin sədri Nümayəndə1 bir neçə dəqiqədən sonra dərhal hadisə yerinə gəlmiş və orada 15 ədəd qəbirlərin baş və sinə daşlarının sındırılmış vəziyyətdə olduğlarını görmüşdür. Bahadır bundan sonra oraya fəhlələri dəvət edib sındırılmış qəbir daşlarını düzəltdirməyə başlamışdır. X8 əməkdaşı olmadığına görə o Seymurdan bu barədə heçnə soruşmamışdır, və heç bir məlumat verməmişdir. O Balaxanı Bələdiyyəsinin sədri Bahadır Həşimova tabedir və buna görə də Bahadıra bu barədə məlumatı vermişdir. Həmin hadisə yəni naməlum şəxslərin qəbirlərin baş daşlannın sındırılması və məhv etməsi 17 aprel 2023-cü il tarixdən saat 18.00-dan 18 aprel 2023-cü il tarixə saat 09.00-a qədər olan müddətdə baş vermişdir. Həmin vaxtı qəbirstanlıqda Təqsirləndirilən şəxs olmuşdur. Çünki o 17 aprel 2023-cü il tarixdə saat 18.00 da qəbirstanlıqdan çıxanda yerini Seymura təhvil vermişdir. Seymur ona 17 aprel 2023-cü İl tarixdən 18 aprel 2023-cü il tarixə keçən gecə həmin qəbirlərin sındırılması barədə heç bir məlumat verməmişdir(i.v.32-34). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baxış keçirilməsi haqqında 19 aprel 2023-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 6-cı X34 küçəsində yerləşən “Xristian” qəbirstanlığına baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v.7-13); İfadənin yerində yoxlanılması, axtarış və götürmə aparılması barədə 20 aprel 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o törətdiyi cinayət əməlini etiraf edərək Nümayəndə1 ona 200 manat məbləğində pulu vermədiyinə görə sındırdığı qəbir daşlarını ayrı ayrılıqda əyani göstərmiş, bununla bağlı fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir (i.v.67-74); şübhəli şəxsin tutulması haqqında 20 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:00-da Azərbaycan Respublikası CM-nin 245-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.82); 21 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etmiş, “ifadəmi oxudum düzdür imzamla təsdiq edirəm” yazaraq özü və müdafiəçisi tərəfindən imzalanmışdır(i.v.102-104); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir(i.v. 110); 22 aprel tarixli götürmə haqqında protokoldan görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 245-ci maddəsi ilə Təqsirləndirilən şəxs cinayəti törətməsinin etiraf etməsi barədə müsahibə verdiyi videosu “Samsung” markalı mobil telefonun vasitəsilə yazılıb 01 ədəd DVD diskə köçürülmüşdür. Təqsirləndirilən şəxs “Qafqazinfo” xəbərlər saytına verdiyi müsahibəsini göstərən 01 ədəd “DVD” diskdə qeydə alınmış videoyazısı protokola əlavə olunmuşdur (i.v.116-117); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v.121); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3/702, 9/3098, 10/2906 nömrəli 30 may 2023-cü il tarixli rəyindən görünür ki, X19 (doğ. xx.xx.1940 - öl. xx.xx.2012) qəbir daşı ağlay daşından düzəldilmiş və üst daşının orta hissəsində 30x50 sm ölçüdə şəkilli qara mərmər vurulmuşdur. Qəbir daşının 42(50) sm enində 10 sm qalınlığında, 140 sm hündürlüyündə olan üst daşı bir neçə yerdən sındığı müşahidə olunmuşdur. X27 ( doğ. xx.xx.1942 - öl, xx.xx.2021) qəbir daşı ağlay daşından düzəldilmiş və üst daşının orta hissəsində qara mərmər vurulmuşdur. Qəbir daşının kənarlarının 10x125 sm ölçüdə kantın sındığı müşahidə olunmuşdur. X24 (doğ. xx.xx.1967 - öl. xx.xx.1998) qəbir daşı ağlay daşından düzəldilmiş və üst daşının orta hissəsində 30x50 sm ölçüdə şəkilli qara mərmər vurulmuşdur. Qəbir daşının 50 sm, enində 120 sm hündürlüyündə olan sinə daşı bir neçə yerdən sındığı müşahidə olunmuşdur. X12 (doğ. xx.xx.1937 - öl. xx.xx.2014) qəbir daşı ağlay daşından düzəldilmiş və üst daşının orta hissəsində 30x50 sm ölçüdə şəkilli qara mərmər vurulmuşdur. Qəbir daşının 40 (62) sm enində 10 sm qalınlığında, 115 sm hündürlüyündə olan üst daşı bir neçə yerdən sındığı müşahidə olunmuşdur. X10 (doğ. xx.xx.1924 - öl.xx.xx.2002) və X7 (doğ xx.xx.1926 – öl. xx.xx.1999) birgə olan qəbir daşı ağlay daşından düzəldilmiş və üst daşının orta hissəsində 30x50 sm ölçüdə şəkilli qara mərmər vurulmuşdur. Qəbir daşının 40 (55) sm enində 12 sm qalınlığında, 125 sm hündürlüyündə olan üst daşı bir neçə yerdən sındığı müşahidə olunmuşdur. X11 ( doğ xx.xx.1936 -öl. xx.xx.2016) qəbir daşı qara mərmərdən düzəldilmişdir. Qəbir daşının üst daşı qopduğu müşahidə olunmuşdur. X2 (doğ. xx.xx.1921 - öl. xx.xx.2004) qəbir daşı ağlay daşından düzəldilmişdir. Qəbir daşının 32(50) sm enində 10sm qalınlığında, 112 sm hündürlüyündə olan üst daşı bir neçə yendən sındığı müşahidə olunmuşdur. Aleksandr Valeriy (qara mərmərdən olan), X3, X16, X20, X4, X6, X13 qəbir daşları təqdim olunmadığından, qüsur olub - olmamasını ölçülərini və hansı daşdan düzəldiyini müəyyən etmək mümkün olmadı. -Tədqiqata təqdim edilmiş Sabunçu rayonu Balaxanı qəsəbəsi 6-cı X34 küçəsində yerləşən Xristian qəbirstanlığında olan qərarın təsviri hissəsində adları sadalanan şəxslərə məxsus qəbir daşlarının bəzisinin fiziki qüvvənin təsirindən qopmasına, bəzisinin isə fiziki qüvvə tətbiq etməklə kənar bərk (küt) predmetin, alət və vasitənin təsiri nəticəsində sınmasına, cızılmasına xarakterikdir. Belə predmetə böyük ölçülü çəkic (kuvald), metal parçaları (armatur, ling) və s. aiddir. - Təqdim edilmiş qeyd edilən qəbir daşlarının zədələnməsi güclü küləyin əsməsi nəticəsində yaranması mümkün deyildir. - Müvafiq elmi metodika olmadığında təqdim edilmiş qəbir daşlarının üzərində olan zədələrin yaranma müddətini müəyyən etmək mümkün deyildir. Ekspertiza tədqiqatına təqdim edilən qəbir daşlarının zədələnməsi nəticəsində dəymiş ziyanın orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 420,00 manat müəyyən olunur. O cümlədən: X19 (doğ. xx.xx.1940 - öl. xx.xx.2012) qəbir daşı ağlay daşından düzəldilmiş və üst daşının orta hissəsində 30x50 sm ölçüdə şəkilli qara mərmər vurulmuşdur. Qəbir daşının 42(50) sm enində 10 sm qalınlığında, 140 sm hündürlüyündə olan üst daşı bir neçə yerdən sındığı müşahidə olunmuşdur - 50,00 manat, X27 (doğ. xx.xx.1942- öl. xx.xx.2021) qəbir daşı ağlay daşından düzəldilmiş və üst daşının orta hissəsində qara mərmər vurulmuşdur. Qəbir daşının kənarlarının 10x125 sm ölçüdə kantın sındığı müşahidə olunmuşdur- 50,00 manat X24 ( doğ. xx.xx.1967 - öl. xx.xx.1998) qəbir daşı ağlay daşından düzəldilmiş və üst daşının orta hissəsində 30x50 sm ölçüdə şəkilli qara mərmər vurulmuşdur. Qəbir daşının 50 sm enində 120 sm hündürlüyündə olan sinə daşı bir neçə yerdən sındığı müşahidə olunmuşdur - 50,00 manat, X12 (doğ. xx.xx.1937 - öl. xx.xx.2014) qəbir daşı ağlay daşından düzəldilmiş və üst daşının orta hissəsində 30x50 sm ölçüdə şəkilli qara mərmər vurulmuşdur. Qəbir daşının 40 (62) sm enində 10 sm qalınlığında , 115 sm hündürlüyündə olan üst daşı bir neçə yerdən sındığı müşahidə olunmuşdur - 70,00 manat, X10 (doğ. xx.xx.1924 - öİ. xx.xx.2002) və X7 (doğ xx.xx.1926 - öl xx.xx.1999) birgə olan qəbir daşı ağlay daşından düzəldilmiş və üst daşının orta hissəsində 30x50 sm ölçüdə şəkilli qara mərmər vurulmuşdur. Qəbir daşının 40 (55) sm enində 12 sm qalınlığında, 125 sm hündürlüyündə olan üst daşı bir neçə yerdən sındığı müşahidə olunmuşdur- 100,00 manat, X11 (doğ xx.xx.1936 - öl. xx.xx.2016) qəbir daşı qara mərmərdən düzəldilmişdir. Qəbir daşının üst daşı qopduğu müşahidə olunmuşdur - 50,00 manat, X2 (doğ. xx.xx.1921- öl. xx.xx.2004) qəbir daşı ağlay daşından düzəldilmişdir. Qəbir daşının 32(50) sm enində 10sm qalınlığında, 112 sm hündürlüyündə olan üst daşı bir neçə yerdən sındığı müşahidə olunmuşdur - 50,00 manat (i.v.139-144); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X33 kompleks məhkəmə ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1327 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları İdarə etmək iqtidarında olmuşdur. Buna görədə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onlan idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs inadkarlıq, emosionallıq, prinsipiallıq özünümüdafiə etməyə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən hallan düzgün qavramaq iqtidarındadır. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətində başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs törətdiyi əməl zamanı fizioloji affekt vəziyyətində olmamışdır(i.v.145-148); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 (bir) ay 29 (iyrmi doqquz) gün müddətinə uzadılmışdır (i.v.163-166); Zərərçəkmiş hüquqi şəxs qismində tanımaq haqqında 20 iyul 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Sabunçu rayonu Balaxanı bələdiyyəsi zərər çəkmiş hüquqi şəxs qismində tanınmış və bu barədə hüquqi şəxsin müvəkkil edilmiş nümayəndəsinə elan edilmişdir (i.v.167); Məhkəməyə təqdim edilmiş mülki iddia ərizəsindən görünür ki, mülki iddiaçı Sabunçu rayon Balaxanı Bələdiyyəsi mülki cavabdeh Təqsirləndirilən şəxs 830 manat məbləğində pulun Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin xeyrinə tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sabunçu rayonu Balaxanı bələdiyyəsinin 23 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Balaxanı Bələdiyyəsinə vurulmuş ziyanı tam şəkildə ödənilmiş, ona qarşı şikayət və tələbləri yoxdur, odur ki, Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişlər. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. Məhkəmə iclasında bir ədəd “DVD” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs “Qafqazinfo” xəbərlər saytına verdiyi müsahibəsində törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək cəmi 3-4 qəbir sındırması barədə ifadəsinə tənqidi yanaşır, onun bu ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və vəkili imza etmişlər. Həmçinin, iş materiallarına əlavə edilmiş bir ədəd “DVD” diskə baxış zamanı Təqsirləndirilən şəxs “Qafqazinfo” xəbərlər saytına verdiyi müsahibəsində törətdiyi cinayət əməlini səmimi etiraf etməsi müəyyən olunmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən iş üzrə vurulmuş ziyanın tam olaraq ödənilməsi onun törətdiyi cinayət əməlini etiraf etməsinə dəlalət edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsinə əsasən qəbir və ya meyit üzərində təhqiredici hərəkət - iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını(CM-59.1.4), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tam ödəməsini(CM-59.1.13) cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli 20 aprel 2023-cü il tarixdən hesablanmalı, 150 (yüz əlli) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə verilmiş mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, mülki iddiaçı Sabunçu rayon Balaxanı Bələdiyyəsi mülki cavabdeh Təqsirləndirilən şəxs 830 manat məbləğində pulun Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin xeyrinə tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş Sabunçu rayonu Balaxanı bələdiyyəsinin 23 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Balaxanı Bələdiyyəsinə vurulmuş ziyanı tam şəkildə ödənilmiş, ona qarşı şikayət və tələbləri yoxdur, odur ki, Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 65-ci bəndinə əsasən məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-nin 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə əməl etməlidir. O cümlədən nəzərə alınmalıdır ki, CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar cinayət-prosessual qanunda nəzərdə tutulmadıqda mülki prosessual qanunvericliyin normalarının cinayət prosesində tətbiq edilməsinə yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, mülki iddiaçı Sabunçu rayon Balaxanı Bələdiyyəsinin iddia ərizəsinin geri qaytarılması barədə ərizəsi nəzərə alınaraq iş üzrə mülki iddia baxılmamış saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-354, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı Sabunçu rayon Balaxanı Bələdiyyəsinin mülki iddia ərizəsi baxılmamış saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-849/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-849/2023
24.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver