Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-85/2024 26.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Məmmədəli oğlunun iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Abşeron rayon Məhkəməsinin 26 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilməmiş və ya götürülməmiş, işləməyən, ünvan 1əd Vurğun küçəsi ev 3 mənzil ünvanında qeydiyyatda olan,Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 iyul 2023-cü il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, H.Hacıyev küçəsində nömrəsiz həyət evinə daş hasarı aşıb plastik pəncərini açmaqla qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs1 məxsus 750 manat dəyərində Çin istehsalı, boz rəngli, “Dell” markalı, “P24E” modelli, “X2 İ7” texniki xüsusiyyətli bir ədəd noutbuku elektrik qidalandırıcısı və çantası ilə birlikdə, bankada olan 100 manat məbləğində qəpik pulları, həmin evdə müvəqqəti yaşamış sonuncunun tanışı Zərərçəkmiş şəxs2 məxsus 500 manat dəyərində “Honor” markalı bir ədəd qol saatını və Vietnam istehsalı olan “Samsung” markalı “SM-A307FN/DS (GALAXY A30s) modelli 130 manat dəyərində bir ədəd mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 850 manat məbləğində, Zərərçəkmiş şəxs2 isə 630 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşamışdır. O, əvvəllər dəfələrlə oğurluq cinayəti törətmiş və buna görə məhkum olunaraq cəza çəkmişdir. O, rəsmi olaraq heç bir yerdə işləməmiş, dolanmaq üçün oğurluq etmişdir. 21 iyul 2023-cü il tarixdə saat 12 radələrində o, oğurluq etmək üçün Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsinə getmişdir. O, həmin qəsəbədə yerləşən H.Hacıyev küçəsində olarkən birmərtəbəli evin çöl darvazasının kilidli olduğunu görüb evdə heç kimin olmadığına əmin olmuşdur. Bundan sonra o, daş hasarın üstünə çıxıb oradan həyətə düşmüşdür. O, evin giriş qapısını yoxlamış və bağlı vəziyyətdə olduğunu görmüşdür. Bu səbəbdən də o, evə plastik pəncərəni açmaq yolu ilə daxil olmuşdur. O, evin içərisində axtarış aparmışdır. O, evin qonaq otağında olan stolun üzərindən “Dell” markalı bir ədəd noutbuku çantası və elektrik qidalandırıcısı ilə birlikdə, “Samsung A30” markalı bir ədəd mobil telefonu, “Honor” markalı bir ədəd qol saatını və digər bağlı otaqdan bankada olan təxminən 100 manat məbləğində qəpik pulları götürüb evdən çıxmışdır. O, küçəyə çıxaraq avtobus dayanacağına getmişdir. 185 nömrəli marşurut avtobusa əyləşib 8-ci km bazarına getmişdir. O, həmin bazarda saatı 100 manata tanımadığı şəxsə satmışdır. Bir ədəd noutbuku və bir ədəd mobil telefonu isə sata bilmədiyi üçün özündə saxlamışdır. 25 iyul 2023-cü il tarixdə polis əməkdaşları onu oğurluq etdiyi üçün saxlayıb 15-ci polis bölməsinə aparmışlar. O, bir ədəd noutbuku və bir ədəd mobil telefonu təqdim etmişdir, əməlindən səmimi peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Ağaverdiyev küçəsi ev 26-da qeydiyyatda olmaqla ailəsi ilə birlikdə Kürdəxanı qəsəbəsi H.Hacıyev küçəsi nömrəsiz evdə yaşamışdır. Gəncə şəhərindən gəlmiş Zərərçəkmiş şəxs2 onun qonağı olduğu üçün o, evini 10 gün müddətində Ağasifə vermiş, özü isə 20 iyul 2023-cü il tarixdə Sabunçu rayonu Lahıc bağlarında yaşayan qayınanası Gülarənin evinə getmişdir. 21 iyul 2023-cü il tarixdə Ağasif ona zəng edərək evdə olmadığı müddətdə kimsənin içəri daxil olaraq evi dağıtdığını və oğurluq etdiyini demişdir. O, evinə getmiş və naməlum şəxsin evin plastik pəncərəsindən içəri daxil olduğunu, evin içərisində qonaq otağında qoyulmuş ona məxsus “Dell” markalı nootbukun, bankada 100 manat dəyərində qəpik pulların, tanışı Zərərçəkmiş şəxs2 məxsus “Honor” markalı qol saatının və “Samsung A30” markalı telefonun oğurlandığını görmüşdür. O, baş vermiş hadisə ilə bağlı DİN-in 102 xidmətinə zəng edib məlumat vermiş və Ağasiflə birlikdə polisə ərizə yazmışdır. Evdən ona məxsus Çin istehsalı, boz rəngli, “De markalı, “P24E” modelli, “X2 İ7" texniki xüsusiyyətli bir ədəd noutbuk elektrik qidalandırıcı və çantası ilə birlikdə, bankada olan 100 manat məbləğində qəpik pul, tanışı Zərərçəkmiş şəxs2 Vilay oğluna məxsus “Honor” markalı bir ədəd qol saatı və Vietnam istehsalı olan “Samsung” markalı “Sl^ A307FN/DS (GALAXY A30s) modelli bir ədəd mobil telefon oğurlanmışdır. İstintaq zamanı ona məxsı evdən Təqsirləndirilən şəxs oğurluq etdiyi müəyyən edilmiş, ona məxsus noutbuk elektrik qidalandırıcısı və çantası ilə birlikdə, Ağasifə məxsus bir ədəd mobil telefon aşkar edilərək götürülmüşdür. O, noutbuku bir neçə il əvvəl 1600 manata almış və oğurlanan vaxt noutbukun qiymətini məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 sentyabr 2023-cü il tarixli 9/6235 nömrəli rəyind göstərdildiyi kimi 750 manat dəyərində olması ilə bağlı razı olmuş və heç bir etirazı olmamışdır. Zərərçəkmiş şəxsdən şikayəti yoxdur. Zərərçəkmiş şəxs2 istintaqda verdiyi və məhkəmə tərəfindən tədqiq edilən ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. O, ailə üzvləri ilə birlikdə 20 iyul 2023-cü il tarixdə Bak şəhərinə gəlmişdir. O, gecə qalmaq üçün dostu Zərərçəkmiş şəxs1 Bakı şəhəri Sabunçu rayonu Kürdəxan qəsəbəsi H.Hacıyev küçəsində yerləşən nömrəsiz evinə getmişdir. O, səhəri gün ailə üzvləri ilə birlikdə dənizə getmiş, gedərkən isə evin çöl qapısını qıfıllamışdır. 21 iyul 2023-cü il tarixdə 18 radələrində o, evə qayıtmış və evin içərisində olan əşyaların dağıdıldığını və bəzi əşyaların oğurlandığını görmüşdür. O, Firuza zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Ona məxsus A30 markalı mobil telefon və 500 manat dəyərində Honor markalı qol saatı, həmçinin Firuza məxsus “Dell” markalı nootbuk, bankada olan 100 manat dəyərində qəpik pullar naməlum şəxs tərəfindən oğurlanmışdır. Zərərçəkmiş şəxs2 əlavə ifadəsində göstərmişdir ki, 21 iyul 2023-cü il tarixdə tanışı Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi H.Hacıyev küçəsində yerləşən nömrəsiz evdən ona məxsus “Honor” markalı bir ədəd qol saatı və Vietnam istehsalı olan “Samsung” markalı “SM- A307FN/DS (GALAXY A30s) modelli bir ədəd mobil telefon, Firuza məxsus bir ədəd noutbuku elektrik qidalandırıcısı və çantası ilə birlikdə, bankada olan 100 manat məbləğində qəpik pul oğurlanmışdır. İstintaq zamanı oğurluğu Təqsirləndirilən şəxs etdiyi müəyyən edilmiş, ona məxsus bir ədəd mobil telefon və Firuza məxsus noutbuk aşkar edilərək götürülmüşdür. O, mobil telefonu bir neçə il əvvəl 400 manata almış və oğurlanan vaxt telefonun qiymətinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 sentyabr 2023-cü il tarixli 9/6235 nömrəli rəyində göstərdildiyi kimi 130 manat dəyərində olması ilə bağlı razı olmuş və heç bir etirazı olmamışdır(.v.88-90); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 21 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində girişdən irəli hissədə olan birmərtəbəli 4 otaqlı fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 7-10); cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 25 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:45-də şübhəli şəxs qismində tutulmuşdur(i.v.28); götürmə aparılması haqqında 25 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd noutbuk, çantası və elektrik qidalandırıcısı ilə birlikdə, bir ədəd mobil telefon götürülmüş və müəyyən edilmişdir ki, həmin noutbuk Çin istehsalıdır, boz rənglidir, “Della” modellidir, “X2 İ7” texniki xüsusiyyətlidir; bir ədəd elektrik qidalandırıcısı və çanta qara rənglidir; bir ədəd mobil telefon Vyetnam istehsallıdır, “Samsung” markalıdır, “SM-A307FN/DS” (GALAXY A30s) modellidir (i.v.40); Bakı şəhər Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(008)-594/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Sabunçu RPİ-in İŞ-in vəsatəti təmin edilməmişdir (i.v.68-72); Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 27 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.73-74); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Əzizov X1 şəhər məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Reapublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci ildə cəzasının sonu ilə azad edilmişdir; Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Reapublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 180.3.2, 228.4-cü maddələri ilə təqsirli bilinərək 09 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə Şəki rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilib Azərbaycan Reapublikası Cinayət Məcəlləsinin 180.3.2-ci maddəsi Azərbaycan Reapublikası Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə yanaşı 180.2.3-cü maddəsi ilə də tövsif edilmiş, xx.xx.2016-cı il tarixdə Şəki rayon məhkəməsinin qərarı ilə “Azərbaycan Reapublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” xx.xx.2016-cı il tarixli Qanununa əsasən əməli Azərbaycan Reapublikası Cinayət Məcəlləsinin 180.3.2-ci maddəsindən Azərbaycan Reapublikası Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsinə tövsif edilərək hökmün qalan hissəsi dəyişdirilmədən saxlanılmış, Şəki rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Reapublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi hökmdən xaric edilmiş və cəzası 06 ilə endirilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir; Abşeron rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Reapublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nizami rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir(i.v.104-106); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/6235 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd Çin istehsalı, boz rəngli, “Dell” markalı, “P24E” modelli, “X2 İ7” texniki xüsusiyyətli noutbukun elektrik qidalandırıcısı və çantası ilə birlikdə istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti, təxminən, 750,00 manat, 01 ədəd Vyetnam istehsalı olan “SAMSUNG” markalı “SM-A307FN/DS” (GALAXY A30s) modelli mobil telefonun komplektləşdirilməsinə aid olan aksesuarlarının olmaması və istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti, təxminən, 130,00 manat müəyyən edilmişdir (i.v. 111-113); Sübutların qiymətləndirilməsi haqqında 05 oktyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Çin Çin istehsalı, boz rəngli, “Dell” markalı, “P24E” modelli, “X2 İ7” texniki xüsusiyyətli noutbukun elektrik qidalandırıcısı və çantası ilə birlikdə, Vyetnam istehsalı olan “SAMSUNG” markalı “SM-A307FN/DS” (GALAXY A30s) modelli mobil telefon cinayət işi üzrə maddi sübut qismində tanınmış, Çin istehsalı, boz rəngli, “Dell” markalı, “P24E" modelli, “X2 İ7” texniki xüsusiyyətli bir ədəd noutbuk elektrik qidalandırıcısı və çantası ilə birlikdə Zərərçəkmiş şəxs1 təhvil verilməsi, “Samsung” markalı “SM-A307FN/DS (GALAXY A30s) modelli bir ədəd mobil telefonun Zərərçəkmiş şəxs2 təhvil verilməsi qərara alınmışdır, Təqsirləndirilən şəxs barəsində Mingəçevir şəhər məhkəməsi tərəfindən həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınaraq barəsində verilmiş polisin nəzarəti altına verilmə barədə qətimkan tədbiri qüvvədən düşmüş hesab edilmiş və barəsində məhkəmə qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır(i.v. 120-126); Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(051)-9/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 66.2-ci maddəsinə əsasən 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 27 may 2022-ci il tarixdən 29 may 2022-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 gün və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 ay 01 gün müddət, ümumilikdə 03 ay 03 gün həbsdə saxlanıldığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 03 il 02 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəlinin 28 iyul 2023-cü il tarixdən çəkməsi hökm edilmişdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəməsini (CM-59.1.14), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində olan Mingəçevir şəhər məhkəməsinin xx.xx.2008-ci il tarixli və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmləri üzrə olan məhkumluğu ödənilsə də, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(107)-310/2024 saylı hökmü üzrə olan məhkumluğunun hazırki cinayət əməlindən sonra baş verdiyini nəzərə alaraq hesab edir ki, CM-nin 66.5-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM- 65.2), Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(107)-310/2024 saylı hökmü ilə təyin edilmiş 03(üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli(CM-66.5), Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü üzrə həbsdə saxlanıldığı 03 ay 03 gün, hazırki iş üzrə tutulduğu 25 iyul 2023-cü il tarixdən 27 iyul 2023-cü il tarixədək 02 gün müddət, ümumilikdə 03 ay 05 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalı(CM-nin 69.3), cəzaçəkmə müddətinin başlanğıcı 28 iyul 2023-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir(CM-56.1.3), barəsində həbs qətikan tədbiri seçilməli, azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır, maddi sübutlar- “Dell” markalı, “P24E" modelli, “X2 İ7” texniki xüsusiyyətli bir ədəd noutbukun elektrik qidalandırıcısı və çantası ilə birlikdə Zərərçəkmiş şəxs1 təhvil verilməsi, “Samsung” markalı “SM-A307FN/DS (GALAXY A30s) modelli bir ədəd mobil telefonun Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalıdır, ekspertiza tədqiqatının dəyəri 50(əlli) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(107)-310/2024 saylı hökmü ilə təyin edilmiş 03(üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü üzrə həbsdə saxlanıldığı 03(üç) ay 03(üç) gün, hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 25 iyul 2023-cü il tarixdən 27 iyul 2023-cü il tarixədək 02(iki) gün müddət, ümumilikdə 03(üç) ay 05(beş) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 03(üç) il 05(beş) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 28 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin, azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübutlar - Dell” markalı, “P24E" modelli, “X2 İ7” texniki xüsusiyyətli bir ədəd noutbukun elektrik qidalandırıcısı və çantası ilə birlikdə Zərərçəkmiş şəxs1 təhvil verilməsi, “Samsung” markalı “SM-A307FN/DS (GALAXY A30s) modelli bir ədəd mobil telefonun Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu(Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-85/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-85/2024
26.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver