Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-850/2023 29.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X11 İmanovanın sədrliyi, məhkəmə iclasının katibi Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1966-cı il tarixdə Babək rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsində nömrəsiz ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində, ictimai yer hesab edilən Bakı şəhəri, Sabunçu rayonu, Sülh küçəsində yerləşən Heydər Əliyev parkında, yaxın münasibətdə olduğu X1 özünün tanımadığı şəxslə, yəni Zərərçəkmiş şəxs ilə söhbət etmələrini cüzi səbəb kimi bəhanə edərək, parkda istirahət edən çoxsaylı insanların gözü qarşısında heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini digər şəxslərin şəxsiyyəti fövqündə qoyub, özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqlənməsini təsdiq etmək niyyəti ilə cəmiyyətin üzvlərinə qarşı açıqca hörmətsizlik ifadə edərək Zərərçəkmiş şəxs qarşı uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni əxlaq normalarım, həmçinin insanlar arasında bərqərar olmuş davranış və etik qaydalarını kobud surətdə pozmuş, bununla kifayətlənməyib qərəzli hərəkətlərini davam etdirərək zərərçəkmiş şəxsə zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunan, vətəndaşların normal həyat və istirahəti üçün maneə yaradan, narahatçılıq hissinə səbəb olan hərəkətləri ilə Zərərçəkmiş şəxs məhv edəcəyi ilə hədələyib baş nahiyəsindən qəsdən yumruq zərbələri vuraraq sol göz almasının ağlı qişasına qanstzma, so! gözyuva sı ətrafı nahiyənin qançırı və sol qaşüstü nahiyənin əzilmiş səthi yarası ilə nəticələnən, sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuraraq qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, X2 2009-cu ildən tanıyır, yaxın münasibətləri var, ədavətləri və ya düşmənçilikləri yoxdur. Zərərçəkmiş şəxs isə hadisə baş verən gün, yəni xx.xx.2023-cü il tarixdə ilk dəfə görüb tanımış, heç bir əlaqələri, düşmənçilikləri və ya ədavətləri olmayıb. xx.xx.2023-cü il tarixdə, saat 22:30 radələrində Aynura ilə telefonla danışmışlar, Aynurə ona şaurma aldığını və onu Sabunçu rayonunda yerləşən Heydər Əliyev parkında gözlədiyini bildirmişdir. O, parka getmiş, uzaqdan Aynurənin əlində şaurma ilə parkda olan skamyaya oturduğunu, sonra isə tanımadığı bir kişinin də Aynurənin yanında oturduğunu görmüşdür. Bu zaman o, əsəbləşmiş, Aynurə və sonradan adını bildiyi Vüsal adlı şəxsə yaxınlaşaraq Vüsalın sifət nahiyyəsindən şillə ilə vurmuş və Aynurənin ünvanına nalayiq söyüşlər söymüşdür. Sonra Aynurə ona vəziyyəti izah etmiş və o Vüsalla oturub söhbət edən zaman polis əməkdaşları ona yaxınlaşaraq orada dava baş verdiyini bildirmişlər. Onlar isə polis əməkdaşlarına xırda bir mübahisənin olduğunu, hazırda heç bir problem olmadığnı bildirmişlər, hətta Vüsal polis əməkdaşlarına heç bir problem olmadığını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları çıxıb getmişlər. Bir qədər sonra polis əməkdaşları yaxınlaşaraq onları bölməyə dəvət etmişlər. Hadisə vaxtı parkda heç kim olmamış, mübahisəni görən şəxslər də olmamışdır. Polis əməkdaşları da mübahisəni görməmişlər, çox güman başqa şəxslərin onlara məlumat verməsi səbəbindən gəlmişlər. Hazırda zərərçəkmiş şəxslə barışıq əldə edilmiş, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs hadisə günü hava çox küləkli olduğundan parkda heç kəsin olmadığını, hadisəyə şahid olan şəxslərin olmadığını, ola bilər ki, az sayda adamın parkda olduğunu, onlardan hər hansı birinin polis əməkdaşlarına hadisə barədə məlumat verdiklərini bildirmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştiral etməmiş və daha öncəki məhkəmə iclasında yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, ilk dəfə Təqsirləndirilən şəxs hadisə baş verərkən görmüş, ədavətləri və ya düşmənçilikləri yoxdur. X3 ilə 2023-cü ilin fevral ayında təsadüfən tanış olmuş, mehriban münasibətləri yaranmışdır. xx.xx.2023-cü il tarixdə saat 22 radəiərində Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsindəki “Səhram” marketin yaxınlığından keçərkən, oradakı paltar mağazasını İşlədən tanışı Şahid1 ilə hal-əhval tutması üçün mağazaya girmişdir. Söhbət zamanı Aynurəni Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən Heydər Əliyev parkındakı “Şaurma N 1” restoranına dəvət etmiş, hər biri öz avtomobillərində parka getmişlər. O, restorandan şaurma aldıqdan sonra Aynurə ilə parkdakı oturacaqda oturaraq söhbət etmişlər. Belə ki, həmin park çox müasir, işıqlı, mədəni və sakit yer olduğundan parkda istirahət edənlər yalnız ailələr uşaqları itə birgə olmuşlar. Yaz fəsli olduğundan hava çox gözəl və parkda xeyli insanlar olmuş, o dərəcədə sıxlıq yaranmışdırsa piyada gəzməyə deyil, parkdakı oturacaqda oturmağa üstünlük vermişlər. Parkda oturaraq təxminən 10-15 dəqiqə söhbət etmişlər ki, saat 23 radəiərində sonradan adım bildiyi Aynurənin tanışı Təqsirləndirilən şəxs ona yaxınlaşaraq heç bir səbəb bildirmədən, heç bir əsas olmadan qəfildən baş nahiyəsindən, əsasəndə sifətindən ardıcıl olaraq yumruq zərbələri vurmuşdur. Zərbənin gücündən sol gözü görməmiş, sol qaşı partlayaraq qan axmağa başlamış, halsız vəziyyətə düşmüşdür. Cəmil onu uca səslə söymüş, onu məhv edəcəyi ilə hədələmişdir. O, heç bir qəbahət işlətmədiyindən hadisənin mahiyyətini dərk etməmiş, çaşıb qalsa da, özünü təmkinli aparmışdır. Lakin Cəmilin söyüş səsləri hər yana yayılmış, hamı narahatçılıq keçirmiş, parkda olan qadın və uşaqlar vahimə içərisində olmuşlar. Həmin vaxt parkda xeyli insanlar olmuş, uşaqla istirahət edən ailələr və əksər qadınlar qorxularından parkdan uzaqlaşmağa başlamış, bir qismi isə ətraflarında toplaşaraq Cəmilin hərəkətlərinə tamaşa etmişlər. Cəmil onu başına oyun açacağı və onu məhv edəcəyi ilə hədələmiş, artıq ətraflarında xeyli insanlar toplaşmışlar. Buna baxmayaraq Cəmil heç kimə məhəl qoymamış, aqresiv vəziyyətdə onu söyməkdə davam etmişdir. Həmin vaxt Cəmil hələdə sakitləşməmiş, ona da kim olmasını və nə səbəbdən onu söyməsini, hədələməsini və vurmasını deməmişdir. Bu zaman Aynure çətinliklədə olsa Cəmili ondan uzaqlaşdırmış, onlara yaxınlaşan polis əməkdaşları Cəmili, onu və Aynurəni Sabunçu RPİ 13-cü PB-yə gətirmişlər. O, 13-cü PB-də olarkən məlum olmuşdur ki, ona qarşı xuliqanlıq edən Cəmil Aynurənin yaxın tanışıdır, onu yalnız Aynurə ilə söhbət etdiyinə görə hədələyərək vurmuş və söymüşdür. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2008-ci ildən tanıyır. O, özü əvvəllər şirkətdə işləmiş, sonradan işdən çıxmışdır. Yenidən şirkətdə işə düzəlmək üçün 03 may 2023-cü il tarixdə, hazırda işlətdiyi mağazadan çıxdıqdan sonra saat 23 radələrində Vüsal adlı şəxslə görüşmüşdür. Bakıxanov qəsəbəsi, Sülh küçəsindəki Heydər Əliyev parkında görüşərək parkda olan skamyalardan birində əyləşərək işlə bağlı söhbət edirmişlər. Həmin gün hava sakit və gözəl olmuş və parkda müəyyən sayda adamlar olmuşdur. Onlar Vüsalla söhbət edərkən qəfildən Cəmil gələrək Vüsalın sifət nahiyyəsinə vurmuşdur. Bundan sonra o, Cəmilə məsələni izah edərək yanlış anladığını bildirmişdir. Bundan sonra Cəmillə Vüsal oturaraq söhbət etmişlər və aralarında heç bir narazılıq olmamışdır. Hadisədən bir qədər sonra polis əməkdaşları onlara yaxınlaşaraq dava olduğunu bildirdikdə Vüsal məsələnin həll edildiyini, Cəmildən şikayətinin olmadığını bilirmişdir. Bundan sonra polis əməkdaşları getmişlər. Bir az keçdikdən sonra onlar yenidən qayıdaraq Cəmillə Vüsala bölməyə getməli olduqlarını bildirmişlər və onları xidməti avtomobildə bölməyə aprmışlar. O, isə öz avtomobilinə əyləşərək onların arxası ilə bölməyə getmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən ona verilmiş suallara cavab olaraq müstəntiqə iş materiallarında olan məzmunda ifadə vermədiyini, ifadələrini tanımadan imzaladığını, parkda adamlar olsa d, həmin şəxslərin sayının çox olmadığını, həmin gün havanın sakit olduğunu, polis əməkdaşlarına çox güman ki, parkda olan vətəndaşlardan kiminsə hadisə barədə məlumat verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ PPXB-nin polis nəfəri Sabunçu RPİ PPXB-nin polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, hadisə baş verən günədək Təqsirləndirilən şəxs və ya Zərərçəkmiş şəxs tanımamış, ədavətləri və ya düşmənçilikləri olmayıb. Cədvələ uyğun olaraq xx.xx.2023-cü il tarixdə, saat 08:00-dan başlayaraq Sabunçu RPİ PPXB-nin polis nəfəri, Şahid3 ilə birgə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən Heydər Əliyev parkında və parkdakı Gənclər Mərkəzində xidmətdə olmuşlar. Heydər Əliyev parkı Sabunçu rayonu ərazisində ən böyük, müasir, işıqlı, içərisində restoranları və atraksiyonları olan park olduğundan gün ərzində həmin parka istirahət etməsi üçün minlərlə qadınlar, uşaqlar və yaşlı insanlar gəlirlər, parkda səhərədək işıqlar yanır, bu səbəbdən həmin parkın ərazisində insanlar kütləvi olaraq gecə saatlarınadək istirahət edirlər. Buna görədə həmin parka Sabunçu RPİ-nin rəhbərliyi tərəfindən xüsusi naryad ayrılmışdır, fasiləsiz olaraq polis əməkdaşları tərəfindən parkda xidmət aparılmaqla ictimai əsayiş qorunur. xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində yaz fəsili və hava aydın olduğundan parkda sıxlıq var idi, parkda xeyli sayda qadınlar, uşaqlar və yaşlı insanlar istirahət edirdilər, 6, polis nəfəri Şahid2la birgə parkın Heydər Əliyevin heykəli olan hissəsində xidmət aparırmış. Həmin vaxt parkın digər tərəfindən, yəni onlardan təxminən 50 metr məsafədən, “Şaurma N 1" restoranının yaxınlığından sonradan adını bildiyi Təqsirləndirilən şəxs ucadan söyüş səslərini eşitmişlər. Cəmilin söyüş, qışqırıq, mühahisə səsləri hər yana yayılmış, hamı narahatçılıq keçirmiş, parkda olan qadın və uşaqlar vahimə içərisində olmuşlar. O, və polis nəfəri Şahid2 dərhal həmin yerə tərəf qaçmış, hələ hadisə yerinə yaxınlaşmadan müşahidə etmişlər ki, parkda istirahət edən insanlar təlaş içində parkdan uzaqlaşırlar. Hadisə yerinə çatdıqda görmüşlər ki, Təqsirləndirilən şəxs sonradan adını bildikləri Zərərçəkmiş şəxs söyərək hədələyir, Cəmil artıq Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirib, sonradan adını bildiyi Şahid1 isə Cəmili sakitləşdirməyə çalışır. Həmin vaxt Vüsalın sifətindən qan axırmış, ətrafda 50-60 nəfər dayanaraq Cəmilin hərəkətlərinə tamaşa edirmişlər. Onlar həmin şəxslərə yaxınlaşaraq Cəmilin xuliqanlıq hərəkətlərinin davam etdirməsinin qarşısını almışlar, X8 RPİ 13-cü PB-yə gətirmişlər, bu barədə PB rəhbərliyinə raportla məruzə etmişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid hadisə vaxtı Cəmilin səsinin ətrafa yayıldığını, onların bir az aralıda olmasına baxmayaraq Cəmilin söyüş səslərini eşitdiklərindən hadisə yerinə yaxınlaşdıqlarını bildirmişdir. Şahid3 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” 04 may 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən H.Əliyev adına istirahət parkında baş vermişdir (i.v.4-6). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X12 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının 13 may 2023-cü il tarixli, 926 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol göz almasının ağlı qişasına qansızma, sol gözyuvasıətrafı nahiyənin qançırı və sol qaşustü nahiyənin əzilmiş səthi yarası müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (i.v.17-18). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş müvafiq ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs hadisə zamanı parkda heç kəsin olmadığını və hadisəyə şahid olan bir nəfərin belə olmadığını, polis əməkdaşlarının hadisəni görmədiklərini və sonradan onlara yaxınlaşdıqlarını və bununla da onun əməli nəticəsində ictmai qaydanın pozulmadığını bildirsə də, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri, o cümlədən, təqsirləndirilən şəxsin özünün ifadəsində olan xüsusatlar və ziddiyətli məqamlarla onun ifadəsi həmin hissədə təkzib edilməklə öz təsdiqini tapmamışdır. Belə ki, təqsirləndirilkən şəxs hadisə günü, yəni 03 may 2023-cü il tarixdə, saat 23 radələrində hava küləkli olduğundan parkda heç kəsin olmadığını və onun əməli ilə ictimai qaydanın pozulmadığını göstərsə də, Şahid1 hadisə günü havanın sakit olduğunu, yay ayları olduğundan parkda müəyyən sayda insanların olduğunu, həmin şəxslərdən bəziləri tərəfindən hadisəni görmələrinin mümkün olduğunu, polis əməkdaşlarına həmin şəxslərdən hər hansı birinin hadisə barədə məlumat verdiyini düşündüyünü bildirmişdir. Bununla yanaşı, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs özü də polis əməkdaşlarının özlərinin hadisəni görmədiklərini, çox güman ki, onlara parkda olan şəxslərdən kiminsə hadisə barədə məlumat verdiyini bildirməklə özünün hadisə yerində heç kəsin olmamasına dair göstərdiyi xüsusatı təkzib etmişdir ki, bu da təqsirləndirilən şəxsin ifadələrində səmimi olmamasının göstəricisidir. Bununla yanaşı, təqsirləndirilən şəxs hadisə zamanı polis əməkdaşlarının hadisəni görmədiklərini bildirərək parkda olan şəxslərdən birinin polislərə məlumat verməsi səbəbindən polis orqanlarının hadisə barədə xəbər tutduqlarını bildirsə də, məhkəmə istintaqı zamanı dindirilmiş şahid Sabunçu RPİ PPXB-nin polis nəfəri Sabunçu RPİ PPXB-nin polis nəfəri Şahid2 digər polis əməkdaşı ilə birlikdə parkda xidmətdə olan bir qədər aralıdan uzadan söyüş səsləri eşidərək hadisə yerinə getdiklərini bildirmişdir ki, təqsirləndirilən şəxsin öz ifadəsində hadisə yerinə çatan zaman Vüsalı vuraraq Şahid1 söyməsini bildirməsi şahidin ifadəsinin doğruluğunu təsdiq edən hallardandır. Məlumdur ki, əsəbi vəziyyətdə Zərərçəkmiş şəxsla Şahid1 yaxınlaşmış təqsirləndirilən şəxsin o vəziyyətdə astadan, kənar şəxslərin eşitməsinin mümkün olmadığı formada söyüş söyməsi real olmamaqla inandırıcı deyil. O cümlədən, may ayında gecə radələrində parkda ümumiyyətlə heç kəsin olmaması özüözlüyündə inandırıcı olmamaqla və təqsirləndirilən şəxsin elə özünün ifadəsində “parkda olan şəxslərdən kiminsə polislərə hadisə barədə məlumat verməsi”ni bildirməsinə dair göstərdiyi xüsusatla təkzib edilməklə həmin hissədə də təqsirləndirilən şəxsin özünümüdafiə xarakterli ifadə verməsinə dəlalət edir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Zərərçəkmiş şəxs tərəfindən verilmiş 04 may 2023-cü il tarixli ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur (i.v.15). “Qətimkan tədbirinin seçilməsi haqqında” 25 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.67). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.77). Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2007-ci il təvəllüdlü (X4) və 09 mart 2018-ci il təvəllüdlü (X7) uşaqları var. 13 sentyabr 2023-cü il tarixli məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), himayəsində bir azyaşlı uşağının olmasını (CM-59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 15 iş saatına görə 90 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-850/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-850/2023
29.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver