Məhkəmə qərarları › İş №1(008)-851/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-851/2022

01.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-851/2022 01.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abdullayev Cahandar Toftq oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X4, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, fərdi qaydada işləyən, orta təhsilli, Bakı şəh., Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, F.Şahbazov küç., ev 15-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Mehdiabad kəndində kirayədə yaşayan,«barəsində başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 24 iyul 2022-ci il tarixdə, saat 15:00 radələrində etibarnamə ilə idarə etdiyi «Kia Rio» markalı, «az ** LY ***» dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəh., Sabunçu rayonu, Bilgəh qəsəbəsindən keçən Kənar Dairəvi yolla Buzovna qəsəbəsi istiqamətində Bakı şəhərinin mərkəzinə doğru hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyib, həmin istiqamətdə yerləşən yolun hərəkət istiqamətinin sol hissəsindən sağ hissəsinə keçən piyada X3 idarə etdiyi avtomobilin ön hissəsi ilə vuraraq ona ölümünə səbəb olmuş ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid travmatik və hemorragik şok, baş beyin maddəsinin əzilməsi, İ-İİ boyun fəqərələrinin yerini dəyişən qapalı sınıqları və həmin səviyyədə onurğa beyin maddəsinin əzilməsi, qişalarına qansızma, sağ ağ ciyərin və qara ciyərin əzilmiş yaraları, travmatik hemotoraks, sağ tərəfli Vİİİ, İX, X, Xİ, Xİİ qabırğaların, sol qalça sümüyünün, burun, çənə, sağ bazu, sol said sümüklərinin yerini dəyişən, qapalı, sol baldır sümüklərinin açıq qəlpəli sınıqları, başın, bədənin, gövdənin və ətraflarının çoxsaylı və geniş ölçülü sıyrıqları kimi xəsarətlər yetirərək ehtiyatsızlıqdan T.İ.Muradovanın ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəlidir iki övladı var, birinci həyat yoldaşından olan oğlu Əkbər 2014-cü il təvəllüdlü, ikinci həyat yoldaşından olan oğlu Raul 2018-ci il təvəllüdlüdür. Uzun illərdir ki, avtomobil idarə edir. 24 iyul 2022-ci il tarixdə, saat 14:00 radələrində evdən Mərdəkan kəndində olan Mirmöhsün Ağanın ziyarətgahına gedib nəzir vermək üçün çıxmışdır. Həmin gün yolda olan zaman saat 15:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Bilgəh qəsəbəsindən keçən Kənar Dairəvi yolla Buzovna qəsəbəsi istiqamətində saatda 80-90 km sürətlə avtomobili idarə edərkən «Bilgah BEACH» Hotelin qarışısında olan tuneldən sonra yolu soldan sağa keçmək istəyən sonradan anket məlumatlarını və adını polislərdən öyrəndiyi piyada T.İ.Muradovanın 150 metr məsafədən yol kənarında dayandığının şahidi olmuşdur. Həmin vaxt o avtomobillə soldan sağa birinci zolaqla hərəkətdə olmuşdur. T.İ.Muradova əlində telefonla kiminləsə yazışa-yazışa onun gözləmədiyi anda yola qaçaraq çıxmış, o tez ayağını əyləcə basmışdır. Bu zaman piyada Təranə xanım onun avtomobilinin ön sağ hissəsinə dəymiş və zərbədən telefonu sınan alın şüşəsinin içərisindən avtomilin içərisinə ayaq altına düşmüşdır. Təranə xanım aldığı zərbədən asfalta çırpılmış, tez yerə düşüb ona kömək etmək üçün yaxınlaşmış bu zaman arxası ilə təsadüfən gələn D.Y.P-in avtopatrulu saxlamış və yolu bağlayıb T.T.Y-i avtomobili çağırmış, həmin D.Y.P-in əməkdaşı olan inspektora özünü təqdim etmiş və hadisə barədə məlumat verib T.T.Y-in avtomobilinin gəlməsini gözləmişdir. Təxminən bir neçə dəqiqə sonra hadisə yerinə gələn T.T.Y avtomobildə olan həkim briqadası xəstəyə baxıb hadisədən dərhal sonra ölməsi barədə məlumat vermişdir. Törətdiyi əməldən peşmandır. Hadisə ehtiyatsızlıqdan törənmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 göstərmişdir ki, mərhumə T.İ.Muradova onun anasıdır. Anası və atası 2018-ci il tarixdə şəxsi münasibətləri ilə bağlı yaranmış problemə görə ayrılmışlar. Bacısı və anası ilə birlikdə Bakı şəh., Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Kalinin küç., ev 21B yaşayırdılar. Evdə olan zaman anasının telefonuna zəng etmiş və telefonu açan şəxs 24 iyul 2022-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Bilgəh qəsəbəsindən keçən Kənar Dairəvi yolla Buzovna qəsəbəsi istiqamətində «Bilgah BEACH» Hotelin qarışısında olan tuneldən sonra yolu soldan sağa keçən piyada T.İ.Muradovanın baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində öldüyün demişdir. Hal-hazırda onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2006-cı il tarixdən D.İ.O-da, 2021-ci il tarixdən isə Sabunçu RPİ-in D.Y.P.Ş-də Y.P.X-i üzrə inspektoru vəzifəsində işləyir, «Mercedes C Class» markalı, «az ** YP ***» dövlət qeydiyyat nişanlı avtomobillə 24 iyul 2022-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Bilgəh qəsəbəsindən keçən Kənar Dairəvi yolla Buzovna qəsəbəsi istiqamətində Bakı şəhərinin mərkəzinə doğru hərəkətdə xidmət aparan zaman, Sabunçu RPİ-in növbətçi hissəsindən qeyd edilən yolda hadisə baş verdiyini piyadanı avtomobil vurduğu barədə məlumat almışdır. Yaxın olduğu üçün dərhal hadisə yerinə getmiş, baş vermiş hadisə yerinin mühafizəsini təşkil etmiş, hadisə barədə Sabunçu RPİ-in növbətçi hissəinə və T.T.Y-a məlumat vermişdir. Hadisə yerində olan sonradan adı və anket məlumatları məlum olan sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «X13» markalı, «az ** LY ***» dövlət qeydiyyat nişanlı avtomobillə saatda 80- 90 km/saat sürətlə hərəkətdə olduğu zaman yolu soldan sağa çəpəki formada keçən piyada sonradan anket məlumatları məlum olan piyada T.İ.Muradovanı avtomobilin qarşı tərəfi ilə vurduğunu və hadisə nəticəsində T.İ.Muradova aldığı xəsarətlərdən yerdə qaldığını demişdir. İş üzrə keçirilmiş məhkəmə baxışı iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X12, sabunçu rayon şöbəsi tərəfindən verilmiş 179 saylı, 24 iyul 2022-ci il tarixli ekspert rəyindən görünür ki, mərhum X2 meyitinin üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: travmatik və hemorragik şok, baş beyin maddəsinin əzilməsi, l-ll boyun fəqərələrinin yerini dəyişən qapalı sınıqları və həmin səviyyədə onurğa beyin maddəsinin əzilməsi, qişalarına qansızma. Sağ ağ ciyərin və qara ciyərin əzilmiş yaraları, travmatik hemotoraks, sağ tərəfli Vİİİ, İX, X, Xİ, Xİİ qabırğaların, sol qalça sümüyünün, burun, çənə, sağ bazu, sol said sümüklərinin yerini dəyişən, qapalı, sol baldır sümüklərinin açıq qəlpəli sınıqları, başın, bədənin, gövdənin və ətraflarının çoxsaylı və geniş ölçülü sıyrıqları. Xəsarətlər həyati olub, mərhum xəstəxanaya daxil olmasından az əvvəl bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 24 iyul 2022-ci il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənmişdir. Dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum T.İ.Muradovanın ölümünə səbəb almış olduğu xəsarətlərlə əlaqədar baş vermiş travmatik və hemorragik şok olmuşdur. İş üzrə keçirilmiş məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədiyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası, yol nəqliyyat hadisələri hallarının tədqiqi ekspertizasının 8/2205 saylı, 13 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, «Kia Rio» markalı, «az ** LY ***» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 01 oktyabr 2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs AD 161217 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Tərtib olunmuş notarial qaydada tərtib olunmuş ərizədən görünür ki, Bəhlulov X5 Zaur Karif oğlu ilə barışmışlar, S.R.Bəhulova qarşı heç bir şikayət və tələbi yoxdur. İnsan Hüquqlarının və X6 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə-avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayət əməlini törətməsi, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidin ifadə və göstərdikləri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi onun özününü etirafedici ifadəsi ilə yanaşı Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Cinayət Məcəlləsinin 43.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə növündə cəza əlavə cəza kimi tətbiq edilir. Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, əməlin ehtiyatsızlıqdan törədilməsini, ilk dəfə az ağır cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbin olmamasını (bu barədə notarial qaydada ərizə) məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan 07 oktyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,72). Cinayət işinin materiallarında olan 07 oktyabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir (səh.,90). Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlrə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-məntəqə tipli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X1 KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X1 KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar