Məhkəmə qərarları › İş №1(008)-851/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-851/2023

20.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-851/2023 20.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Sabunçu rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu qanuna müvafiq qaydada ödənilməmiş və ya götürülməmiş, Yevlax şəhəri ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında kirayədə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını tamah niyyəti ilə gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs İsrafil oğluna məxsus, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Şəhər Şossesi 35 Q ünvanında yerləşən fərdi evin hasarından aşmaqla həyətinə düşmüş, daha sonra evin ikinci mərtəbəsindəki giriş qapısının yanındakı nəfəslik pəncərədən evin içərisinə qanunsuz daxil olmaqla oradakı otaqlardan 1300 manat məbləğində nağd pulu, 100 manat dəyərində bir ədəd təkərli çantanı, ümumi dəyəri 300 manat olan 03 ədəd «Samsung» markalı mobil telefon cihazları, 600 manat dəyərində 01 ədəd “LG” markalı televizoru, 150 manat dəyərində 01 ədəd elektrik ət çəkəni, ümumi dəyəri 60 manat olan 20 ədəd şişləri, 30 manat dəyərində 01 ədəd ləyəni, ümumi dəyəri 60 manat olan 03 ədəd nimçələri(podnosları), ümumi dəyəri 80 manat olan 02 ədəd yun yorğanları(odeyaloları), 80 manat dəyərində 01 ədəd elektrik sacını, ümumi dəyəri 150 manat olan 03 ədəd saç fenlərini, 25 manat dəyərində 01 ədəd çapacağı, ümumi dəyəri 70 manat olan 03 ədəd uzunqol köynəkləri(saroçkaları), ümumi dəyəri 380 manat olan iki dəst troyka qadın paltarını, ümumi dəyəri 150 manat olan təzə qadın və kişi corablarını, qadın şərfləri və yaylıqlarını, ümumi dəyəri 60 manat olan 08 ədəd yuyucu maye və poroşokları, 80 manat dəyərində ərzaqları, ümumi dəyəri 200 manat olan dəsmal və yataq dəstlərini, ümumi dəyəri 180 manat olan kişi idman paltarı dəstlərini, ümumi dəyəri 55 manat olan 06 ədəd qab-qacağı, 50 manat dəyərində 01 ədəd təkərli çemodanı, 600 manat dəyərində 01 ədəd televizoru gizli talayıb evin pəncərəsindən çıxararaq həyətə düşürmüş, daha sonra həyət tərəfdən evin saxlanc yeri kimi istifadə olunan zirzəmisinin qapısını açaraq içərisinə qanunsuz daxil olmaqla oradan 140 manat dəyərində 01 ədəd “Kama" markalı su nasosunu(qidroforunu), 40 manat dəyərində ailiminium məftili, 15 manat dəyərində 01 ədəd 12 metrlik elektrik uzadıcısını, 20 manat dəyərində çəkic, ağac kəsən qayçı və məngənə təmir alətləri, 140 manat dəyərində bir ədəd su qızdırıcısını (pətyuminutkanı) gizli olaraq talayıb həmin həyətdən taladığı 70 manat dəyərində 01 ədəd əl arabasına yükləyərək həyətin içəri tərəfindən açdığı darvazadan bayıra çıxarıb sürüb aparmaqla ümumilikdə Zərərçəkmiş şəxs 5185 manat məbləğində xeyli miqdarda maddi zərər vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər də cinayətlər törətdiyinə görə bir neçə dəfə məhkumluq həyatı yaşamışdır, sonuncu dəfə 2022-ci ilin təxminən oktyabr ayında azadlığa buraxılmışdır, narkotik vasitələrin aludəçisidir, narkotik vasitələr almaq üçün pul əldə etmək məqsədi ilə son vaxtlar məcbur olub yenidən oğurluq etməyə başlamışdır, törətdiyi oğurluğu kirayə yaşadığı ərazidə, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi ərazisindəki fərdi həyət evindən etmişdir. Belə ki, həqiqətən də, 2023-cü ilin may ayının əvvəllərində, dəqiq tarixini hazırda xatırlamadığı gündə, günorta saatlarında, sahibini əvvəlcədən tanımadığı, giriş qapısı üzərində kommunal borclar barədə qəbzlərin olduğunu görüb içərisində daimi yaşayış olmadığını yəqin etdiyi, ünvan 4 ünvanında yerləşən evdən oğurluq etmişdir, lakin ev sahibinin şikayət ərizəsində göstərdiyi miqdarda pul və əşyalar oğurlamamışdır, həmin evdən yalnız bir ədəd su nasosu, bir ədəd qidrofor, bir ədəd ət çəkən maşın, bir ədəd su qızdırıcısı, bir neçə cüt ayaqqabı və hazırda dəqiq xatırında qalmayan çeşiddə və növdə geyim əşyalarını oğurlamışdır, amma ev sahibinin göstərdiyi 1300 manat məbləğində nağd pulu, televizor və mobil telefon cihazlarını o, oğurlamamışdır, ona görə də hazırda ona qarşı olan ittiham üzrə özünü qismən təqsirli bilir. Oğurladığı həmin əşyaları da aparıb elə həmin gün yaxınlıqdakı «Bit Bazarı» adlanan, işlənmiş əşyaların səyyar satış yerində tanımadığı ayrı-ayrı müştərilərə ümumilikdə təxminən 200- 300 manata satmışdır. Oğurluq etdiyi həmin evin həyətinə hasardan aşmaqla keçmişdir, evin ikinci mərtəbəsindəki giriş qapısının yanındakı nəfəslik pəncərədən evin içərisinə daxil olmuşdur, oradakı otaqları axtararaq oğurladığı əşyaları elə evdən götürdüyü çantanın içərisinə yığaraq evin içəri tərəfindən açdığı pəncərəsindən bayıra çıxartmışdır, daha sonra evin zirzəmisinin bağlı qapısının bir tayını aşağıdan yuxarıya qaldırmaqla açaraq zirzəmidən su nasosunu və qidroforu oğurlamışdır. Taladığı əşyaları evin həyətindən tapdığı əl arabasına yükləyərək həyətin içəri tərəfindən açdığı darvazadan sürüb bayıra çıxarmaqla oradan uzaqlaşmışdır. Hazırda zərərçəkmiş şəxsə vurduğu maddi zərəri ta olaraq ödəmişdir, əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxs İsrafil oğlu ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, ona məxsus ünvan 5 ünvanında yerləşən evindən 2023-cü ilin may ayında ümumilikdə 1300 manat məbləğində nağd pul, 100 manat dəyərində bir ədəd təkərli çanta, ümumi dəyəri 300 manat olan 03 ədəd «Samsung» markalı mobil telefon cihazları, 140 manat dəyərində 01 ədəd "Kama" markalı su nasosu qidroforu ilə birlikdə, 150 manat dəyərində 01 ədəd elektrik ət çəkən, ümumi dəyəri 60 manat olan 20 ədəd şiş, 30 manat dəyərində 01 ədəd ləyən, ümumi dəyəri 60 manat olan 03 ədəd nimçə(podnos), ümumi dəyəri 80 manat olan 02 ədəd yun yorğan(odeyalo), 80 manat dəyərində 01 ədəd elektrik sacı, ümumi dəyəri 150 manat olan 03 ədəd saç fenləri, 25 manat dəyərində 01 ədəd çapacaq, ümumi dəyəri 70 manat olan 03 ədəd uzunqol köynəklər(saroçka), 70 manat dəyərində 01 ədəd əl arabası, 50 manat dəyərində 01 ədəd təkərli çemodan, 600 manat dəyərində 01 ədəd “LG” markalı televizor, ümumi dəyəri 380 manat olan iki dəst troyka qadın paltan, ümumi dəyəri 150 manat olan təzə qadın və kişi corabları, qadın şərfləri və yaylıqları, ümumi dəyəri 60 manat olan 08 ədəd yuyucu maye və poroşoklar, 80 manat dəyərində ərzaqlar, ümumi dəyəri 200 manat olan dəsmallar və yataq dəstləri, ümumi dəyəri 180 manat olan kişi idman paltarı dəstləri, ümumi dəyəri 55 manat olan 06 ədəd qabqacaq, 40 manat dəyərində alüminium məftil, 15 manat dəyərində 01 ədəd 12 metrlik elektrik uzadıcısı, 20 manat dəyərində çəkic, ağac kəsən qayçı, məngənə təmir alətləri oğurlanmışlar, zədələnmiş su çəninin bərpasına 20 manat və həyətdə olan avtomobilinin təmirinə 400 manat məbləğində xərc çəkmişdir. Ümumilikdə dəyən maddi ziyanın miqdarı 5465 (beş min dörd yüz altmiş beş) manatdır. Oğurluq hadisəsinin baş vermiş ev 2 mərtəbəli fərdi yaşayış evidir, həyətyanı sahəsi var, dörd bir tərəfdən daş hasarla əhatə olunur, hasarın hündürlüyü təxminən 190 santimetrdir, həyətə giriş hissəsi dəmir darvaza ilə açılıb bağlanır, ətrafda daimi yaşayış olan qonşuların evləri yerləşir, evin giriş hissəsi seyf tipli dəmir qapıdır, açarla bağlanır, evin plastik pəncərlərinin əksəriyyətinin üzərində qoruyucu dəmir barmaqlıqlar olsa da, hadisə baş verdiyi anda 2-ci mərtəbədə yerləşən hamam otağının nəfəslik pəncərəsinin üzərində olmamışdır. Oğurluğa girmiş şəxslər də evə həmin pəncərədən daxil olmuşlar. Həmçinin 2-ci mərtəbədə yerləşən qonaq otağının pəncərəsinin üzərində qoruyucu barmaqlığın olmamasından istifadə edərək evin içərisindəki əşyaları həmin pəncərədən bayıra daşımışlar. Oğurluğa girmiş şəxslər bütün otaqları gəzərək əşyalarını alt-üst etmişlər, evin zirzəmisinin dəmir darvazsının mətbəxdə saxladıqları açarını taparaq zirzəmiyə daxil olmuşlar, zirzəmidən bir ədəd əl arabasını, gidroforlu su nasosunu, su qızdırıcısını (pityuminutka), aliminum məftili, təmir alətlərini oğurlamışlar, avtomobilinin sağ tərəfini əzib qapılarını aralamaqla zədələmişlər. Talanmış telefon cihazlarının qutuları saxlanılmadığından imei-kodları yadda qalmamışdır, ona görə də təqdim edə bilmir. Hadisədən qabaq sonuncu dəfə həmin evdən xx.xx.2023-cü il tarixdə səhər tezdən çıxıb Rusiya Fedarasiyasına müalicə üçün getmişlər. 09 may 2023-cü il tarixdə qonşuları tərəfindən zəng edilərək bildirilmişdir ki, pəncərə açıqdır. Onlar da qohumları Sənan adlı oğlana zəng vuraraq «102» Xidmətinə məlumat verməsini xahiş etmişlər. Sənan həmin vaxt onunla danışa-danışa həyətə baxdıqda həyətdən bir nəfər qaçan şəxsi görmüşdür, özləri isə evə 13 may 2023-cü il tarixdə gəlmişlər və oğurluğu aşkar etmişlər. Sonradan 12-ci Polis Şöbəsində araşdırılma aparılmış, həmin cinayəti törətməkdə şübhəli bilinən bir nəfər şəxs saxlanılmışdır, ona məxsus talanmış əmlakın az bir hissəsi polislər tərəfindən tapılaraq maddi sübut kimi geri qaytarılmışdır. Lakin əmlakın qalan hissəsi qaytarılmamışdır. Oğurluq etmiş şəxsi əvvələr tanımamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur, əvvəllər məhkum olunmuşdur, 2022-ci ilin noyabr ayında azadlığa buraxılmışdır. Təbriz özü narkotik vasitələr aludəçisidir. 2023-cü ilin iyun ayının əvvəllərində 12-ci Polis Şöbəsindən onlara məlumat verilmişdir ki, Təbriz yenə də tutulub, arxasınca Polisə gedib maraqlandıqda məlum olmuşdur ki, Təbriz 2023-cü ilin may ayında Sabunçu qəsəbəsi ərazisindən Lətif adlı şəxsə məxsus fərdi yaşayış evindən oğurluq etmiş, bu barədə X3 özü ilə görüşüb söhbət etdikdə Təbriz oğurluq etməsini təsdiq etmiş və bildirmişdir ki, həmin evdən oğurladığı bəzi əşyaları satmış, bəzilərini isə yaşadıqları evdə özünə aid otaqda gizlətmiş, xahiş etmişdir ki, evə gedib onun otağındakı iki torba əşyaları gətirib polisə təhvil versin ki, vurduğu maddi zərərin ödənilməsi kimi qeydə alınsın. O da evə gedərək Təbrizin otağından iki sellofan torbadakı qadın və kişi üst geyimlərini, təzə corabları, bir ədəd elektrik ət çəkən maşını, dəsmallar və məhrəbaları götürərək gətirib 12-ci Polis Şöbəsinə təhvil vermişdir. Buna baxmayaraq maddi zərəri tam qaytara bilmədikləri üçün Təbrizi həbs etmişlər. Təbrizin həmin oğurluq hadisəsini törətməsindən ailə üzvlərinin heç bir məlumatı olmamışdır. Təbrizin həmin oğurluğu, nə vaxt, necə, kiminlə törətməsini dəqiq bilmir. Evindən oğurluq etdiyi Lətif adlı şəxsi onlar əvvəllər tanımamışlar, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan tərəflərindən tam şəkildə ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 09 may 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Şəhər Şossesi küçəsinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 10-13); maddi sübutların təqdim edilməsi və sahibinə qaytarılması haqqında 03 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs evində saxladığı bir ədəd elektrik ətçəkən maşın, bir neçə cüt təzə corab və dəsmallar, geyinilmiş qadın üst paltarları anası Şahid tərəfindən Sabunçu RPİ-nin 12-ci PŞ-nə təqdim edilmiş, həmin əşyalar tanınma üçün Zərərçəkmiş şəxs təqdim edilmiş, sonuncu həmin əşyaları tanıyaraq evindən oğurlanmış əmlakının bir hissəsi olmasını təsdiq etdiyi üçün hımin əşyalar onun özünə təhvil verilmişlər(i.v.21-22); şübhəli şəxsin tutulması haqqında 03 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.33); Zərərçəkmiş şəxs qismində tanınma haqqında 04 iyun 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.43); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 05 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v.52-53); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-444/2023 saylı, 05 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 03 iyun 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir(i.v.74-78); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və qərardan görünür ki, Ağalarov X1 rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3, 70.1-ci maddələrinə əsasən 02 il şərti sınaq müddəti tətbiq edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3, 67-ci maddələrinə əsasən 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sabunçu rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzası 6 ay azaldılmış, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir, Sabunçu rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nizami rayon məhkəməsinin qərarı ilə 19 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının müddəti başa çatmışdır (i.v.79-81; 82-86); Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 25 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.3, 177.2.4-cü maddələrinə tövsif edilməklə ona həmin maddələrlə yenidən ittiham elan edilmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin qüvvədə olması nəzərə alınmışdır.(i.v.91-97); Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə doğulmuş qız övladı vardır(i.v.99); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən istintaq başa çatdığından sonra ona vurulmuş maddi ziyan xx.xx.2023-cü il tarixdə tam şəkildə ödənilmişdir. Bu səbəbdən ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 02 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri məhkəmənin hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilrək ittihamda verilmiş digər əşyaları götürməsini etiraf etsə də ev sahibinin göstərdiyi 1300 manat məbləğində nağd pulu, televizor və mobil telefon cihazlarını oğurlamadığını bildirmişdir. Məhkəmə onun bu ifadəsini özünü müdafiə xarakterli kimi qiymətləndirir. Belə ki, məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra zərərçəkmiş şəxs dindirilmişdir. Zərərçəkmiş şəxsin ifadəsi ilə Təqsirləndirilən şəxs ifadəsi istisna edilmiş, zərərçəkmiş şəxsin ifadəsi məhkəmə istintaqı zamanı tədqiq olunmuş iş materialları ilə tam təsdiq olunmaqla üst-üstə düşmüşdür. İş üzrə ifadələri alınmış zərərçəkmiş şəxs öz ifadəsində bildirmişdi ki, ona məxsus ünvan 5 ünvanında yerləşən evindən 2023-cü ilin may ayında ümumilikdə 1300 manat məbləğində nağd pul, 100 manat dəyərində bir ədəd təkərli çanta, ümumi dəyəri 300 manat olan 03 ədəd «Samsung» markalı mobil telefon cihazları, 140 manat dəyərində 01 ədəd "Kama" markalı su nasosu qidroforu ilə birlikdə, 150 manat dəyərində 01 ədəd elektrik ət çəkən, ümumi dəyəri 60 manat olan 20 ədəd şiş, 30 manat dəyərində 01 ədəd ləyən, ümumi dəyəri 60 manat olan 03 ədəd nimçə(podnos), ümumi dəyəri 80 manat olan 02 ədəd yun yorğan(odeyalo), 80 manat dəyərində 01 ədəd elektrik sacı, ümumi dəyəri 150 manat olan 03 ədəd saç fenləri, 25 manat dəyərində 01 ədəd çapacaq, ümumi dəyəri 70 manat olan 03 ədəd uzunqol köynəklər(saroçka), 70 manat dəyərində 01 ədəd əl arabası, 50 manat dəyərində 01 ədəd təkərli çemodan, 600 manat dəyərində 01 ədəd “LG” markalı televizor, ümumi dəyəri 380 manat olan iki dəst troyka qadın paltan, ümumi dəyəri 150 manat olan təzə qadın və kişi corabları, qadın şərfləri və yaylıqları, ümumi dəyəri 60 manat olan 08 ədəd yuyucu maye və poroşoklar, 80 manat dəyərində ərzaqlar, ümumi dəyəri 200 manat olan dəsmallar və yataq dəstləri, ümumi dəyəri 180 manat olan kişi idman paltarı dəstləri, ümumi dəyəri 55 manat olan 06 ədəd qabqacaq, 40 manat dəyərində alüminium məftil, 15 manat dəyərində 01 ədəd 12 metrlik elektrik uzadıcısı, 20 manat dəyərində çəkic, ağac kəsən qayçı, məngənə təmir alətləri oğurlanmışlar, zədələnmiş su çəninin bərpasına 20 manat və həyətdə olan avtomobilinin təmirinə 400 manat məbləğində xərc çəkmişdir. Ümumilikdə oğurlanmış əmlakların dəyəri 5185 manat təşkil edir. Həmçinin xx.xx.2023-cü il tarixli raportdanda görünür ki, zərərçəkmi şəxs Kazımov X2 RPİ-nin 12-ci PŞ-nə gələrək xx.xx.2023-cü il tarixdə rayondan qayıtdığını, evindən bir ədəd televizor, 3 ədəd mobil telefon, 1300 manat nağd pul və s. məişət əşyalarının oğurlanması barədə məlumat vermişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, videogörüntü və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını(CM-59.1.4), vurulmuş ziyanı tam olaraq ödəməsini(CM-59.1.13) cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənildiyindən cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində olan Mingəçevir şəhər məhkəməsinin xx.xx.2007-ci il tarixli və Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü üzrə olan məhkumluğu CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənildiyindən cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, CMnin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Lakin, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli(CM-65.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 03 iyun 2023-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir(CM-56.1.3). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutların zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar