Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-852/2023 20.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxx 1999-cu il tarixd Bakı şəhərində doğulmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Ü.Hacıbəyov küçəsi döngə 01, ev 10-da qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi küçəsi ev 207-də yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-X3 Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, X6 03 iyun 2023-cü il tarixdə, saat 16:00 radələrində 172 saylı xətt avtobusunda olarkən «İİ Qarabağ müharibəsi» qazisi Zərərçəkmiş şəxs gediş haqqını tam ödəməməsini əsas gətirərək onunla əsassız mübahisə etmiş, Zərərçəkmiş şəxs qazi olmasını təsdiq edən sənədi göstərməsinə məhəl qoymadan «Qazisən, özün üçün vuruşmusan, 20 qəpiyə görə vəsiqənin şəkilini nəyə göstərirsən» kəlməsini işlətməklə onu avtobusda olan sərnişinlərin yanında utandırmış, daha sonra Bilgəh qəsəbəsində avtobusdan düşərək «Bizim dönər» adlı dönərxanaya daxil olmuş, Zərərçəkmiş şəxs özünü təhqir olunmuş hiss etdiyi üçün bir dayancaq sonra yanında olan tanışları ilə birgə avtobusdan düşərək M.A.Cabbarovun əyləşdiyi dönərxanaya daxii olmuş, M.A.Cabbarovla rastlaşaraq bir qədər əwəl avtobusda onu alçaltmsının səbəbini aydınlaşdırmaq istəyərkən, sonuncu Zərərçəkmiş şəxs sözlərindən hiddətlənərək, sorğu-sualı özü üçün cüzi olaraq bəhanə edib əsaslı səbəb olmadan, öz daxili eqoizm hislərinə qapanıb ona verilmiş sualı aqressiv tərzdə qarşılayıb mübahisəli vəziyyət yaradıb özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti İlə ictimai qaydanı, yəni insanlar arasında bərqərar olmuş davranış və etik qaydaları, əxlaq normalarını kobud surətdə pozub, ətrafdakıların gözü qarşısında cəmiyyətin üzvlərinə qarşı açıqca hörmətsizlik, ictimai qaydaya etinasızlıq ifadə edib Zərərçəkmiş şəxs yaxasından tutaraq onun sağ gözünə bir dəfə qəsdən yumruqla zərbə vuraraq onu yerə yıxmış, Zərərçəkmiş şəxs yerdə olarkən onun baş və boyun nahiyyəsini ayaqları ilə xüsusi fəndə salaraq, onda sağ gözətrafı nahiyyənin hematoması, sağ dirsəyin və boyunun sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığına yüngül zərər vuraraq, habelə dönərxananın iş rejimini bir müddət pozmaqla, eləcə də Zərərçəkmiş şəxs köynəyini cıraraq, ona ümumilikdə 35 manat maddi zərər vurmaqla şəxs üzərində zor tətbiq olunması və əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X6 Cinayət Məcəlləsinin 221.1-ci maddəsi elan olunmuş ittiham üzrə özünü özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə baş verənədək 172 saylı xətt avtobusunda pul yığan (konduktor) işləyib. 03 iyun 2023-cü il tarixdə, 16:00 radələrində 172 saylı xətt avtobusunda işdə olarkən, sərnişinlərdən yol haqlarını (adambaşı 40 qəp) yığmağa başlamışdır. Bu zaman Amil adlı şəxs tanışları ilə birlikdə 5 nəfər olmalarına baxmayaraq, 1 manat 80 qəpiyi ona tərəf uzadaraq, 20 qəpiyinin çatmadığını bildirmişdir. Amil cibindən qazi olmasına dair şəkilli sənədi göstərmiş, o isə cavabında «Allah canıvı sağ eləsin» deyərək və ona verdiyi 1 manat 80 qəpiyi ona qaytarmaq istədikdə Amil imtina etmiş, bu zaman yanında olan tanışı, ondan həmin qəpikləri götürərək cibindən 2 manat pul çıxardıb ona tərəf uzatmış, götürmək istəməsə də, məcbur olub pulu götürmüşdür. Daha sonra o, acıdığı üçün avtobusdan düşmüş, yaxınlıqda olan dönərxanaya getmişdir. Təxminən 4-5 dəqiqə sonra avtobusda olan Amil və 4 nəfər tanışı onun əyləşdiyi dönərxanaya yaxınlaşıblar. Amil ona «məni nə üçün avtobusda, sərnişinlərin yanında alçaltdın» sözünü demiş, o isə cavabında artıq heçnə demədiyini, 20 qəpiyə görə vəsiqə göstərməyin ayıb olduğunu bildirmişdir. Bu zaman Amil ona sillə vurmaq istəyəndə o əli ilə onu itələmiş, astaca ona yumruq zərbəsi vurmuş, o, zərbənin təsirindən yerə yıxılmışdır. Yanında olan şəxslər onu saxlamış, Amil «102» Xidmətinə zəng etmiş, ərazidə xidmət aparan əməkdaşları onlara yaxınlaşmış, o və Amili 14-cü PŞ-nə aparmışlar.Törətdiyi əməldən peşmandır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2020-ci ildə başlanmış «İİ Qarabağ» döyüşlərinin veteranı, qazidir. Müharibə zamanı yaralanmış, bədənində xəsarətlər var. 03 iyun 2023-cü il tarixdə, 15:00 radələrində tanışları Əli, Eldar, Süleyman və Muradla birlikdə dənizə getmək məqsədilə «Əzizin tini» deyilən ərazidə 172 saylı xətt avtobusuna minmişlər. Bilgəh qəsəbəsinə çatarkən avtobusda olan konduktor pulları yığmağa başlamışdır. Bu zaman özü də daxil olmaqla tanışlarının yol pulunu ödəmək üçün 1 manat 80 qəpiyi pul yığana tərəf uzatmış, 20 qəpik çatmadığından üzrxahlıq edərək, vətən müharibəsi iştirakçısı olduğunu bildirmişdir. Bu zaman Muxtar adlı konduktor ona aqressiv şəkildə «Qazisən özün üçün, şəkili mənə niyə görsədirsən», «20 qəpiyə görə vəsiqə göstərirlər?» ifadəsini işlətmişdir. Yanındakı tanışları pulun çatmayan hissəni düzəldərək ona vermiş, buna baxmayaraq Muxtar onun ünvanına nalayiq ifadə işlətmişdir. Nardaran qəsəbəsində yerləşən Qərənfil marketin yanında Muxtar adlı şəxs avtobusdan düşərək, yaxınlıqda olan dönərxanaya tərəf getmişdir. Avtobusda oturarkən səbrli olmağa çalışsa da, avtobusda olan şəxslərin yanında Muxtarın onu təhqir etməsini qəbul edə bilməmiş, bir dayancaq sonra avtobusdan düşmüş, piyada geri qayıtmış, Muxtarın daxil olduğu dönərxanaya girmiş, bu zaman Muxtarın içəridə oturduğunu görmüşdür. Ona ayağa durmasını bildirmiş, avtobusda onu təhqir etməsinin səbəbini soruşmuş, o isə daha da hiddətlənərək, qaziyə hörmət etmədiyini bildirmiş, onun yaxasından tutmuş, sonra sağ gözünə yumruq zərbəsi vurmuş, nəticədə o müvazinətini itirərək yerə yıxılmışdır. Yerdə olarkən Muxtar onun baş və bədəninin müxtəlif nahiyyələrinə yumruqla zərbələr vurmuş, daha sonra, onu ayağı ilə fəndə salıb boğmağa başlamış, lakin yanında olan şəxslərin köməkliyi ilə, onu Muxtarın əlindən almışlar. Daha sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verilmişdir. Hadisə nəticəsində Muxtar ona bədən xəsarəti yetirməklə fiziki, eləcə də köynəyini cırmaqla maddi ziyan yetirmişdir.Hal-hazırda heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, «Qərənfil» marketlə üzbəüz yerləşən «Bizim marketin yaxınlığında olan «Bizim dönərdə» dönərçi vəzifəsində çalışır. 03 iyun 2023-cü il tarixdə günorta saatlarında dönərxanada olarkən sonradan adının Muxtar olduğunu bildiyi bir nəfər ona yaxınlaşaraq dönər sifariş vermişdir. Onun dönərini hazırlayıb vermiş, dönərxanaya bitişik olan otaqda o, dönər yeyirmiş. Təxmini olaraq 4-5 dəqiqə sonra səs-küy səsləri eşidib bayıra çıxmış, içəri boylandıqda Muxtar adlı şəxslə bir nəfərin əlbəyaxa olmasının şahidi olmuşdur. Həmin vaxt dönərxanada onlardan başqa heç kim otmasa da, sonradan səs-küyə çoxlu adamlar gəlmiş, onların içində məhz dörnərxanaya gəlmək istəyən şəxslər səs-küyü, dava olduğunu görüb dönərxanaya girməmiş, nəticədə dönərxananın iş rejimi bir müddət pozulmuşdur. Qazinin yanında olan uşaqlar və səsə yaxınlaşan şəxslərin köməkliyi ilə onlar aralaşdırılmış, qazinin halı pisləşdiyindən ona su verib sakitləşdirmişlər. Qazi çölə çıxarkən köynəyinin cırıldığını görmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, «Qərənfil» marketlə üzbəüz yerləşən «Bizim marketdə» satıcı vəzifəsində işləyir. 03 iyun 2023-cü il tarixdə günorta saatlarında marketin içərisində olarkən küçədə səs-küy səsləri eşitmiş, çölə çıxmış, bu zaman 8-10 nəfərin dönərxananın qarşısına toplaşdığını görüb, onlara tərəf yaxınlaşarkən marketlə dönərxananın arasında olan boş otaqda iki nəfərin dalaşdığını görmüşdür. Bu zaman köynəyi cırıq vəziyyətdə olan «Qaziyəm» deyən şəxsin üz gözünün qırmızı rəngdə olduğunu, onun «səndən şikayət edəcəm, məni avtobusda təhqir etdin, inidi də döyürsən kəlmələrini» işlətdiyini eşitmişdir. Yaxınlıqdakı şəxslər sonradan adının Amil oldğunu bildiyi qaziyə su vermiş, onun üst başını təmizləmiş, sakitləşdirməyə çalışmışlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, D.İ.N-in ƏÇPA-in 8-ci PB-də polis sıravisi vəzifəsində işləyir, hadisə baş verən tarixdə polis serjantı F.İ.Niyazov ilə birlikdə xidmətdə olmuşdur. 03 iyun 2023-cü il tarixdə Bilgəh qəsəbəsi, Azad qadın küçəsi, «Qərənfil» marketin qarşısından keçərkən insanların «Bizim marketin» qarşısında toplaşdıqlarını görmüşlər. Bu zaman bir nəfər köynəyi cırıq vəziyyətdə olan şəxs onları köməyə çağırdığından dərhal ona yaxınlaşmışlar Yaxınlaşarkən bir neçə şəxsin iki nəfəri araladığını, onlardan birinin köynəyinin cırıldığını görüb, onları sakitləşdirməyə kömək etmişlər. Sonrdan isə köynəyi cırılan şəxsin qazi olduğunu, yol pulunun çatmaması səbəbindən Muxtar adlı şəxsin avtobusda ona irad bildirdiyini, nəticədə dönərxanada mübahisə baş verdiyini öyrənmişlər. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X2 İdarəsi tərəfindən 28 iyul 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, X6 əvvəllər məhkum olunmamışdır. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X11 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 33 saylı, 16 iyun 2023-cü il tarixli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs sağ gözətrafı nahiyyənin hemaoması, sağ dirsəyin və boyunun sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, şəxsin X10 müraciətdən az əvvəl olmaqla qərarda göstərilən 03 iyun 2023-cü il tarixə və şəraitə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Beləliklə, X3 Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq-yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər törətmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin özünün qismən etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri, ekspertiza rəyi, iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. X3 əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X6 Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs X4 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, təqsirləndirilən şəxs X4 cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə X3 əvvəllər məhkum olunmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, ona qarşı heç bir şikayət və tələbin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə X3 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən-xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər-min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi X3 Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, X3 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əvəllər məhkum olunmamasını, ona qarşı heç bir şikayət, tələbin olmamasnı və işdə olan digər halları nəzərə alaraq, ona «cərimə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət işinin materiallarında olan 15 iyul 2023-cü il tarixli şübhəli şəxsi tutulması haqqında protokoldan görünür ki, X6 15 iyul 2023-cü il tarixdə, saat 16:00 radələrində tutulmuşdur (səh.,62). Cinayət işinin materiallarında olan 17 iyul 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, X6 Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,79). Cinayət işinin materiallarında olan 17 iyul 2023-cü il tarixli təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə qərardan görünür ki, X1 RPİ-in MSY-dən azad edilmişdir (səh.,89). Cinayət işinin materiallarında olan 17 iyul 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, X6 barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir(səh.,90). Cinayət işinin materiallarında olan 18 avqust 2023-cü il tarixli sübutların qyimətləndirilməsi haqqında qərardan görünür ki, X4 Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (səh.,118). Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə təbiq olunur və bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. X3 15 iyul 2023-cü il tarixdən 17 iyul 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı müddət nəzərə alınmalıdır. X6 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000 207120, VÖEN **********). İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs X4 Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən 1.000 manat miqdarında cərimə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxs X3 15 iyul 2023-cü il tarixdən 17 iyul 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı müddət nəzərə alınsın, təyin edilmiş cərimə yüngülləşdirilsin və qəti olaraq təqsirləndirilən şəxs X3 üzərində 800 manat miqdarında cərimə cəzası saxlanılsın. Hökmün icrası Bakı şəh., Probasiya İdarəsinə həvalə edilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000 207120, VÖEN **********). Təqsirləndirilən şəxs X6 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-852/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-852/2023
20.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver