Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-852/2024 25.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X3 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1967-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-651/2024 saylı hökmünə əsasən CM-nin 234.1-ci maddəsi təqsirli bilinərək 02 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda 09 ədəd bükümdə, ümumi təmiz çəkisi 0,445 qram olan ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 02 sentyabr 2024-cü ıl tarixdə saat 13:30-da özünü şübhəli apardığı üçün Sabunçu RPİ-mn 12-ci PŞ~nin əməkdaşları tərəfindən Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozu fərdi yaşayış evinin yaxınlığında saxlanılıb 12-ci PŞ-yə aparılaraq xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olmuş qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunun içərisində saxladığı kağız falqalara bükülmüş 09 ədəd bükümdə təmiz çəkiləri - 0,037 qram, 0,082 qram, 0,061 qram, 0,033 qram, 0,014 qram, 0,035 qram, 0,022 qram, 0,132 qram, 0,029 qram olmaqla, xeyli miqdarda ümumi təmiz çəkisi 0,445 qram olan, ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış kimyəvi komponent tərkiblərinə və xarici görünüşlərinə görə öz aralarında eynilik təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 02 sentyabr 2024-cü il tarixdə saat 13 radələrində yaşadığı evin yaxınlığında işıq sayğacını təmir edərkən, yaxınlıqda yerdən kibrit qutusunu görüb götürmüşdür. Qutunun içərisinə baxdıqda qutuda siqaret falqasına bükülmüş 09 ədəd bükümlərin olduğunu görmüşdür. Bükümün birini açdıqda içərisində ağ rəngli kütlə olduğunu görmüş, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyi üçün bükümdə olan kütlənin psixotrop maddə metamfetamin olduğunu müəyyən etmişdir. Kibrit qutusunu içərisində olan bükümlərlə birlikdə əynində olmuş qara rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur. Bir neçə dəqiqə sonra iki nəfər polis əməkdaşı ona yaxınlaşıb, özlərini təqdim edib, şəxsiyyətini təsdiq edən sənəd təqdim etmələrini təklif etmişdirlər. Üzərində psixotrop maddə metamfetamın olduğundan həyəcanlanmış və polis əməkdaşlarının suallarına dağınıq cavablar verərək tez bir zamanda onlardan aralanıb getmək istəmişdir. Polis əməkdaşları onun bu hərəkətlərindən şübhələnib birlikdə Sabunçu RPİ-nin 12-ci PŞ-yə getməyi təklif etmişdirlər. Etiraz etməyib polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 12ci PŞ-yə getmişdir. Polis şöbəsinə aparılan müddət ərzində polis əməkdaşlarının müşahidəsi altında olmuş, bu səbəbdən üzərində olmuş metamfetamini hər hansı bir yolla özündən kənarlaşdıra bilməmişdir. Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasında xidməti otaqların birində təhqıqatçı tərəfindən Azərbaycan Respublikası CM-nın 234.1 -ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub saxlanılmış, hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra ona üzərində videoçəkiliş ilə şəxsi axtarış və götürmə aparılması haqqında məlumat verilmişdir. Üzərində metamfetamın olduğundan istəməmişdir ki, müdafiəçi bunu öz gözü ilə görsün və gələcəkdə onu ürəkdən müdafiə edə bilsin. Buna görə də müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsini xahiş etmiş, bu barədə ərizə yazmışdır. Şəxsi axtarış keçirilən zaman ona ilk öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansı bir maddə və ya predmet olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra əynində olmuş qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunu, sol yan cibindən özünə məxsus 01 ədəd “Samsung” markalı mobil telefonu və 01 ədəd plastik bank kartını çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən kibrit qutusuna baxış keçirilmiş, qutudan 09 ədəd siqaret falqaİarına bükülmüş bükümlər, bükümlərin içərisindən isə ağ rəngli kristailşəkilli kütlə aşkar edilmişdir. Təhqiqatçı bükümlərdə olan maddələrin nə olduğunu, haradan, kimdən, nə vaxt, hansı məbləğə və nə məqsədlə əldə etdiyini soruşmuşdur. Təhqiqatçının sualına cavab olaraq bükümlərdə olan maddələrin metamfetamin olduğunu, 02 sentyabr 2024-cü il tarixdə ünvan 2 ünvanının yaxınlığında, yerdən tapdığını, şəxsi istifadəsi üçün götürüb üzərində saxlayıb daşıdığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən əlavə olaraq dövriyyəsi qadağan edilən əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Üzərindən aşkar edilmiş bükümlər, 01 ədəd «Samsung» markalı mobil telefon və 01 ədəd plastik bank kartı təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışın keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokolun doğruluğu onun və polis əməkdaşları tərəfindən imzalarla təsdiq edilmişdir. Üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamindən istifadə etməmiş və heç kimə verməmişdir. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılıb polis şöbəsinə gətirilərkən və polis şöbəsində olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və ya təsirlərə məruz qalmamışdır.O, qaynaq ustası işləyir, narkotik vasitə istifadəçisidir, arada olur ki, ona ağsaqqal kimi müraciət edirlər ki, narkotik vasitə və ya psixotrop maddə tapsın, o da arada ola bilər ki, nəsə tapıb vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə 02 sentyabr 2024cü il tarixdə saat 13:30-da Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük Sovxozu qəsəbəsi, fərdi evin yaxınlığında inzibati ərazidə xidmət apararkən bir nəfər şəxsin özünü şübhəli apardığını görüb şəxsiyyətini müəyyənləşdirmək məqsədi ilə ona yaxınlaşıb, özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib, şəxsiyyətini təsdiq edən sənədim təqdim etməsini təklif etmişdirlər. Təqsirləndirilən şəxs həyəcanlı vəziyyətdə üzərində heç bir sənədi olmadığını deyib, tez bir zamanda onlardan aralanıb getməyə çalışdığını görüb, üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və predmetin olmasından şübhələnib ondan xahiş etmişdirlər ki, birlikdə 12-ci polis şöbəsinə getsin. Təqsirləndirilən şəxs artıq onlardan yayına bilməyəcəyini başa düşüb etiraz etməyib birlikdə 12-ci polis şöbəsinə getmişdir. Təqsirləndirilən şəxs saxlanılıb polis şöbəsinə gətirilib təhvil verməsi ilə bağlı polis şöbəsinin rəhbərliyinə raportla məruzə edilmişdir. Təqsirləndirilən şəxs barəsində toplanmış materiallar üzrə araşdırmanın aparılması 12-ci PŞ-nin təhqiqatçısına həvalə edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkil dəvət edilmiş, vəkil Təqsirləndirilən şəxs təqdim olunaraq, hüquq və vəzifələri izah edilmişdir. Polis şöbəsində inzibati binada xidməti otaqların birində onun və 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsini xahiş etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetin olub-olmamasını soruşub, müsbət təqdirdə təqdim etməyi təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunu, sol yan cibindən 01 ədəd «Samsung» markalı mobil telefonu və 01 ədəd plastik bank kartını çıxarıb təqdim edərək, kibrit qutusunun içərisində olan bükümlərdə psixotrop maddə «Patı» kimi tanınan metamfetamin olduğunu, Sabunçu rayonu Ramana qəsəbəsində yaşadığı evin yaxınlığındakı məişət tullantıları üçün yerin yanından tapıb özü istifadə etmək üçün götürüb üzərində saxlayıb daşıdığını bildirmişdir. Təhqiqatçı tərəfindən təqdim olunmuş bükümlərə baxış keçirildikdən sonra, həmin bükümlər kibrit qutusu ilə birlikdə, 01 ədəd «Samsung» markalı mobil telefon və 01 ədəd plastik bank kartı müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin təqdim etdiyi əşyalardan başqa üzərindən hər hansı digər əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Bununla bağlı tərtib olunmuş sənədlər Təqsirləndirilən şəxs, onun və Şahid1 tərəfindən imzalarla təsdiq edilmişdir Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən və polis şöbəsində olduğu müddətdə hər hansı bır şəxs tərəfindən fiziki və ya psixi təzyiq və yə təsirlərə məruz qalmamışdır. O, səmimi olaraq törətdiyi cinayət əməlini etiraf etmişdir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir(i.v.110-112); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 02 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13:30 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.18); şəxsi axtarış və götürmə aparılması haqqında 02 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunun içərisində gmüşü rəngli 09 ədəd kristal rəngdə maddə təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddələri narkotik vasitə “patı” olduğunu, Sabunçu rayonu, Ramana südçülük sovxoz qəsəbəsində yerdən tapdığını, istifadə üçün üzərində saxladığını bildirmişdir. Əlavə suallara cavab olaraq 2 aya yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini qeyd etmişdir. Götürülmüş maddə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 159 saylı möhürü ilə möhürləndi. Şəxsi axtarış zamanı cinayə təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi (i.v.29-30); məhkəmə-kimyəvi ekspertizasının 03 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-6/4404 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş: AR DİN «Zərflər üçün № 159 möhür əksi, «1) X1 şübhəli şəxs; 2) ə/m Şahid1: 3) ə/m Şahid2; 4) X2; 1) /imza/ Allahverdiyev; 2) /imza/ Şahid1; 3) /imza/ Şahid2; 4) /imza/ R.Kəngərli» yazılar olan zərfdəki 09 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,037 qr; 0,082 qr; 0,061 qr; 0,033 qr; 0,014 qr; 0,035 qr; 0.022 qr; 0,132 qr; 0,029 qram; ümumi təmiz çəkisi: 0,445 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, həmin metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə və xarici görünüşlərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir (i.v.38-42); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlanıldığı MSY-dən azad edilməsi qərar alınmışdır(i.v.71-73); Qətimkan tədbirinin seçilməsi haqqında 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.74-75); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu rayon məhkəməsinin 01 iyul 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3.000 manat cərimə cəzasına məhkum olunmuş, 25 sentyabr 2018-ci il tarixdə Sabunçu rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya qərarının 1.8-ci bəndinə əsasən azad edilmişdir ( i.v.85-86); CD yaddaş daşıyıcısına baxış keçirilməsi haqqında 05 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, ***-***-**-** saylı mobil nömrə 20 avqust 2022-ci il tarixdən xx xxxxxxxx 1967-ci il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs adına qeydə alınmışdır. Baxış zamanı aşağıdakı məzmunda və mobil nömrələr arasında SMS mesajların göndərildiyi müəyyən edildi. 1. 05 mart 2024-cü il tarixdə saat 16:27:58də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «Oz nom yiqarsan gozduyurem»; 2. 10 mart 2024-cü il tarixdə saat 15:33:10-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «Casma tez gel bize», 10 mart 2024-cü il tarixdə saat 16.12:55-də «Burnunan getirecem nicat uje gecdi daha mene zeng ele». 3. 24 mart 2024-cü il tarixdə saat 20:36:37-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «4169 7388 4474 7182 kapital»; 4. 24 mart 2024-cü il tarixdə saat 20:37:47-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «Gonderdim»; 5. 24 mart 2024-cü il tarixdə saat 22:16:40-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «Mene zeng ele»; 6. 27 aprel 2024-cü il tarixdə saat 19:40:54-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «Alinsin ozum sene yigacam»; 7. 01 may 2024-cü il tarixdə saat 21:28:02-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «Gel qapiya gozduyurem seni»; 8. 17 may 2024-cü il tarixdə saat 00:14:41-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «Əmi mənəm əhməd imkan olsa mənə zəng vur»; 9. 22 may 2024-cü il tarixdə saat 22:24:09-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «Oktay Salam menem Dadaş Ramana»; 10. 27 may 2024-cü il tarixdə saat 13:12:27-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «Telefonu niye acmirsan qiz kimi gizlenirsen»; 01 iyul 2024-cü il tarixdə saat 01:53:41-də ***-***-**-** saylı mobil nömrəyə "Emi var", 02:03:43-də «He yox denen», 23:41:53-də «Emi gelim»;
11. 11 iyul 2024-cü il tarixdə saat 05:22:15-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**- ** saylı mobil nömrəyə «Əmi mənəm əhməd oyaqsan gələrdim yaniva»; 12. 25 iyul 2024-cü il tarixdə saat 15:03:40-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «Sençün emanet getrmişem qapıdayam çıx çöle»; 13. 25 iyul 2024-cü il tarixdə saat 15:15:03-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «Ağsaqqal vüsaldır bilirsende 10 deyqiye qapını döyecem telefonu qaldı»; 14. 17 avqust 2024-cü il tarixdə saat 00:06:23-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «X9 mənəm Əhliman yadımdan çıxdı deyəmədim sənin qadan alaram əmican əl çatan yer var daşa varsa biz xəbər deyərdində bilə» (i.v.90-91); Telefona baxış keçirilməsi haqqında 18 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, istintaqa təqdim olunmuş mobil telefonun markası “Samsung”, qara rəngli gövdəsi olduğu müəyyə edildi. Telefonun yaddaşında olan məlumatlara baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı məlumat (foto, video, sms mesaj və.s) aşkar dilmədi (i.v.95); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-651/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 oktyabr 2023-cü il tarixdən 16 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxmaqla üzərində qəti olaraq 02 il 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (i.v.102-107); DVD yaddaş daşıyıcısına baxış keçirilməsi haqqında 15 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 iştirakları ilə hüquq və vəzifələri izah olunduqdan sonra, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildiyi, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetin olub-olmaması soruşulduğu, müsbət təqdirdə təqdim etməsi təklif olunduğu, bundan sonra Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunu, sol yan cibindən 01 ədəd «Samsung» markalı mobil telefonu və 01 ədəd plastik bank kartını çıxarıb təqdim edərək, kibrit qutusunun içərisində olan bükümlərdə psixotrop maddə «Patı» kimi tanınan metamfetamin olduğunu, Sabunçu rayonu Ramana qəsəbəsində yaşadığı evin yaxınlığındakı məişət tullantıları üçün yerin yanından tapıb özü istifadə etmək üçün götürüb üzərində saxlayıb daşıdığını bildirdiyi, təhqiqatçı tərəfindən təqdim olunmuş bükümə baxış keçirildikdən sonra, həmin bükümlər kibrit qutusu ilə birlikdə, 01 ədəd «Samsung» markalı mobil telefon və 01 ədəd plastik bank kartı müvafiq qaydada qablaşdırılıb götürüldüyü, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildiyi, lakin təqdim etdiyi əşyalardan başqa üzərindən hər hansı digər əşya və predmet aşkar edilmədiyi və götürülmədiyi əks olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə əks olunan şəxs onun özü olduğunu, üzərində olmuş psixotrop maddə metamfetamini və digər əşyaları təqdim etməyə, qeyd olunanları deməyə, tərtib olunmuş protokola imza etməyə hər hansı bir şəxs tərəfindən məcbur edilmədiyini, hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və təsirlərə məruz qalmadığını, törətmiş olduğu cinayət əməlindən peşman olduğunu bildirmişdir (i.v.118-119); məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 6064 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.120-121); Sübutların qiymətləndirilməsi haqqında 20 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi - 0,445 qr psixotrop maddə metamfetamin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, ekspert tədqiqatından sonra qalıq 0,345 qram metamfetamin məhkəmənin qanuni hökmü qüvvəyə minənədək qorunub saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir. Şəxsi axtarış keçirilməsi və götürmə zamanı qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 ədəd DVD yaddaş daşıyıcısı iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. "xxxx" MMC-nin AZF/LGL-9269/24 nömrəli 04 oktyabr 2024-cü il tarixli məktuba əlavə edilərək Sabunçu RPİ-yə göndərilmiş özündə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə bağlı 03 mart 2024-cü il tarixdən 04 sentyabr 2024-cü il tarixədək olan dövr ərzində aparılmış «SMS» mesajlar, danışıqlar və s barədə məlumatları əks etdirən 01 ədəd CD yaddaş daşıyıcısı iş üçün əhəmiyyət kəsb etmədiyindən maddi sübut kimi tanınmamış, cinayət işinə əlavə olunmuşdur (i.v.124-131); Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında 20 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununa dəyişikliklər və əlavələr edilərək, o Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir (i.v.134-135); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sabunçu rayon məhkəməsinin 1(008)- 651/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixə cəzasının 02 ay 22 gün hissəsini çəkmiş, çəkilməmiş qalan cəza müddəti 02 il 04 gün təşkil edir. Məhkəmə iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, şəxsi axtarış və götürmə aparılması haqqında 02 sentyabr 2024-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs psixotrop maddəni satış üçün əldə etməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə daxil olan və çıxan sms mətnlərinə baxış keçirilməsi zamanı onun istifadəsində olan mobil nömrə vasitəsilə ayrı ayrı şəxslər tərəfindən narkotik vasitələrin satışı ilə bağlı müxtəlif məzmunlu yuxarıda göstərilmiş sms mətnləri müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq göstərmişdir ki, narkotik vasitə istifadəçisidir, arada olur ki, ona ağsaqqal kimi müraciət edirlər ki, narkotik vasitə və ya psixotrop maddə tapsın, o da arada ola bilər ki, nəsə tapıb vermişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs bu ifadəsi də psixotrop maddənin satılmasını təsdiq edən hal kimi qiymətləndirilməlidir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Göstərilən hallar, eləcədə bükümlərin sayı Təqsirləndirilən şəxs üzərindən aşka edilmiş psixotrop maddəni satış məqsədilə əldə edərək üzərində daşımasına dəlalət edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxs və şahid ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0,445 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar və CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-651/2024 saylı hökmünün hazırki cinayət əməlinin törədilməsindən sonra qanuni qüvvəyə minməsini nəzərə alaraq hesab edir ki, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-651/2024 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-651/2024 saylı hökmü ilə təyin edilmiş 02(iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəzası təyin edilməli(CM-66.5), 14 oktyabr 2023-cü il tarixdən 16 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət, 02 sentyabr 2024-cü il tarixdən 04 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-651/2024 saylı hökmü ilə təyin edilmiş və çəkilmiş 02 (iki) ay 22(iyirmi iki) gün müddət azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01(bir) ay 11(on bir) gün müddət, ümumilikdə 01(bir) ay 15(on beş) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3),cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM- 56.1.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli(CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut- psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 01 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, 60 (altmış) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq,
H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-651/2024 saylı hökmü ilə təyin edilmiş 02(iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01(bir) il 01(bir) ay 15(on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 14 oktyabr 2023-cü il tarixdən 16 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət, 02 sentyabr 2024-cü il tarixdən 04 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-651/2024 saylı hökmü ilə təyin edilmiş və çəkilmiş 02 (iki) ay 22(iyirmi iki) gün müddət azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01(bir) ay 11(on bir) gün müddət, ümumilikdə 01(bir) ay 15(on beş) gün müddət ona təyin edilmiş 03(üç) il 03(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 03(üç) il 01(bir) ay 15(on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 25 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə təhvil verilmiş təmiz çəkisi 0,445 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,345 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Elnurə Rəcəbova