Məhkəmə qərarları › İş №1(008)-854/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-854/2023

17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-854/2023 17.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı- Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs İsgəndərova (Məmmədova) İlhamə İlham qızının iştirakı ilə xx xxxxxx 1983-cü il tarixdə Ağcabədi rayonu, Aşağı Avşar kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, «Furqan» restoranında idarəedən işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, 25 yanvar 2021-ci il tarixdən başlayaraq 05 yanvar 2010-cu il təvəllüdlü X3 və 15 iyul 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, bir uşağa 155.00 manat, iki uşağa cəmi 310.00 manat, 10 noyabr 2021-ci il tarixdən İsə artırılaraq əvvəli 13 dekabr 2021-ci il tarixdən hesablanmaqla hər ay, bir uşağa 175.00 manat, iki uşağa cəmi 350.00 manat sabit pul məbləğində alimenti İsgəndərova (Məmmədova) İlhamə İlham qızının xeyrinə ödənilməsinə dair Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 10 mart 2021-ci il tarixli, 2(007)1261/2021 saylı və 10 noyabr 2021-ci il tarixli, 2(007)4065/2021 saylı qətnamələrinin icrasını təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən həmin məhkəmənin 26 aprel 2022-ci il tarixli, 3(007) 961/2022 saylı qərarı ilə İXM-in 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 (on) gün və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 3(008)6858/2022 saylı qərarı İlə Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilməsinə, məhkəmə aktlarının icra edilməsi ilə əlaqədar ona 11 yanvar 2023-cü il, 28 fevral 2023-cü İl tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıqlar verilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 28 mart 2023-cü il tarixədək şəxsi maraq niyəti ilə cəmi 7.955.00 manat aliment borcunu zərər çəkmiş şəxs İsgəndərova (Məmmədova) llhamə İlham qızına ödəməmiş, habelə sonuncuya maddi ziyan vurmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etmeməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, İsgəndərova (Məmmədova) İlhamə İlham qızı ilə 2009-cu ildə evlənmiş, birgə nikahdan X6 və X7 doğulmuşdur. Evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından 2021-ci ildə onlar boşanmışlar. 25 yanvar 2021-ci il tarixdən başlayaraq hər ay, bir uşağa 155.00 manat, iki uşağa cəmi 310.00 manat sabit pul məbləğində aliment ondan tutularaq övladları 05 yanvar 2010-cu il təvəllüdlü H.Təqsirləndirilən şəxs və 15 iyul 2015-ci il təvəllüdlü H.Təqsirləndirilən şəxs yetkinlik yaşına satana kimi saxlanması üçün Zərərçəkmiş şəxs (Məmmədovanın) xeyrinə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmurları ona bildiriş təqdim etməklə qətnamənin icrasını tələb etməsinə baxmayaraq o alimenti ödəməmişdir. 2021-ci ildə İsgəndərova (Məmmədova) İlhamə İlham qızı alimentin artırılması üçün həmin məhkəmədə iddia qaldırmış, məhkəmənin 10 noyabr 2021-ci il tarixli, 2(007)4065/2021 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq əvvəli 13 dekabr 2021-ci il tarixdən hesablanmaqla, hər ay bir uşağa 175.00 manat, iki uşağa cəmi 350.00 manat sabit pul məbləğində müəyyən edilmişdir. Lakin alienti ödəməmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış, ziyan ödənilmişdir. Məhkəmədən cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş İsgəndərova (Məmmədova) İlhamə İlham qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2009-cu ildə evlənmiş, birgə nikahdan H.Təqsirləndirilən şəxs və H.Təqsirləndirilən şəxs doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından 2021-ci ildə ona qarşı nikahlarına xitam verilməsinə və aliment tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 10 mart 2021-ci il tarixli, 2(007)1261/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək nikahlarına xitam verilmiş, həmin vaxdan övladları onun himayəsinə verildiyi üçün əvvəli 25 yanvar 2021-ci il tarixdən hesablanmaqla, hər ay, bir uşağa 155.00 manat, iki uşağa cəmi 310.00 manat sabit pul məbləğində aliment Məmmədov Təqsirləndirilən şəxs tutularaq 05 yanvar 2010-cu il təvəllüdlü H.Təqsirləndirilən şəxs və 15 iyul 2015-ci il təvəllüdlü H.Təqsirləndirilən şəxs yetkinlik yaşlarına çatana kimi saxlanması üçün ona ödənilməsi qət edilmişdir, Lakin E.T.Məmmədrv alimenti ödəməmişdir. Hal-hazırda isə aliment məbləği tam olaraq ödənmiş, onun heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, əvvəli 25 yanvar 2021-ci il tarixdən başlayaraq, hər ay, bir uşağa 155.00 manat, iki uşağa cəmi 310.00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq 05 yanvar 2010-cu il təvəllüdlü H.Təqsirləndirilən şəxs və 15 iyul 2015-ci il təvəllüdlü H.Təqsirləndirilən şəxs yetkinlik yaşına çatanadək saxlanması üçün İsgəndərova (Məmmədova) İlhamə İlham qızının xeyrinə ödənilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 10 mart 2021-ci il tarixli, 2(007)1261/2021 saylı qətnaməsi icra edilməsi üçün Bakı şəhəri Nizami rayon icra şöbəsinə daxil olmuşdur. İcra sənədi icraata qəbul edilərək 01 aprel 2021-ci il tarixdə icraata başlanma haqqında qərar qəbul edilmiş, tələbinin könüllü icra müddətində təmin edilməsi üçün Təqsirləndirilən şəxs bildiriş təqdim edilməsinə baxmayaraq o, alimenti ödəməmişdir. 2021-ci ildə alimentin məbləği artırılaraq əvvəli 13 dekabr 2021-ci il tarixdən hesablanmaqla hər ay, bir uşağa 175.00 manat, iki uşağa cəmi 350.00 manat sabit pul məbləğində müəyyən olunmasına dair həmin məhkəmənin qanuni qüvvəyə minmiş 10 noyabr 2021-ci il tarixli, 2(007)4065/2021 saylı qətnaməsi icra edilməsi məqsədilə Bakı şəhəri Sabunçu rayon icra şöbəsinə həvalə edilmiş, sonuncu icra sənədi üzrə icraata başlanma haqqında qərar qəbul edilmişdir. Alimentin ödənilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs bildiriş təqdim edilmiş, tələb könüllü icra müddətində təmin olunmadığı üçün məcburi icra tədbiri olaraq onun əmlak vəziyyəti yoxlanılmışdır.Lakin ona məxsus əmlakları aşkar etmək mümkün olmamışdır. Bundan sonra o, şöbəyə dəvət olunaraq izahatları alınmış, habeiə qanunun tələbləri və məsuliyyəti ona izah edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 3(008)6858/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 gün müddətində inzibati həbs ədilmişdir. Qətnamələri icra etməsindən ötrü ona yeni müddət təyin edilsə də hərəkətlərini davam etdirməklə məhkəmə aktlarını qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 14 iyul 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən-qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə-iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzası nəzərdə tutulmuşdur. Həmin maddənin qeyd hissəsinə əsasən Bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Həmin Məcəllənin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Məhkəmə hazırki məqamda onu qeyd etməyə zəruri hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə onu məsuliyyətindən azad edən, onun vəziyyətini yaxşılaşdıran norma ona münasibətdə tətbiq edilməlidir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı tam olaraq ödəməsini (bu barədə notarial qaydada ərizə), zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan ləğv edilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 15 saata görə 90 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən təqsirləndirilməsinə dair cinayət təqibti üzrə icraata, zərərçəkmiş şəxslə barışdığı, dəymiş ziyanı tam olaraq ödədiyi üçün xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 15 saata görə 90 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Qərardan, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar