Məhkəmə qərarları › İş №1(008)-859/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-859/2023

20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-859/2023 20.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Yevlax rayonunda doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, vəkil işləyən, əvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 70, mənzil 172 yaşayan X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X7 məhkəməyə xüsusi ittiham qaydasında şikayət verərək, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X8 onun keçmiş həyat yoldaşı X1 törətdiyi cinayəti ört-basdır etmək üçün onunla müqavilə bağlamışdır. Bundan sonra X8 hüquqlarını müdafiə etdiyi keçmiş həyat yoldaşının işi qazanması üçün ona aid fotoşəkilləri əldə edib fotomontaj edərək seksual xarakterli formaya salmışdır. X8 şikayətini geri götürsün deyə onu həmin şəkilləri yaymaqla hədələmiş, həmin şəkilləri ilk öncə 35-ci Polis Bölməsinin əməkdaşı İlahi Heydərova təqdim etmiş, İlahi Heydərov həmin şəkillərin işlə heç bir əlaqəsi olmadığını bildirsə də, X8 həmin şəkilləri təkidlə İlahi Heydərova təqdim etmiş və ondan Nazlı Quliyevanı həmin şəkillərlə hədələməyi tələb etmişdir. Nəticədə həmin fotoşəkillər çoxaldılaraq Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü və 35-ci Polis Bölməsinin işçilərinə, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinın İstintaq Şöbəsinin əməkdaşı Həsənbəy Şərifova təqdim edilmişdir. Həmin biabırçı şəkillərə görə onun şərəf və ləyaqətinə xələl gəlmiş və bunun nəticəsində dövlət orqanları onun şikayətlərinə baxmamış və onu əxlaqsız qadın kimi tanımışdır. Həmin şəkillər onun həm də ailə üzvləri və tanışlarına göndərildiyi üçün o, psixoloji sarsıntı keçirmiş və psixoloq yanında günlərlə konsultasiyalarda olmuşdur. Sadalananlara əsasən X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək, ona həmin maddələrin sanksiyası həddində ağır cəza təyin olunmasını və 10000 manat məbləğində mənəvi zərərə görə təzminatın X2 alınıb ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X7 xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilərək işin baxılmasını xahiş etdi. Məhkəmə iclasında X8 xüsusi ittiham qaydasında şikayət əsassız olduğundan məhkəmə baxışına təyin edilmədən geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayətə baxarkən müəyyən edilir ki, həmin şikayətə əsasən X5 məxsus şəkillər Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsində təqdim edilərək yayılmağa başlamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən məhkəmə öz icraatına qəbul etdiyi cinayət işinə bu Məcəllənin 74.5 və 74.6-cı maddələrində nəzərdə tutulmuş şərtlərə uyğun başqa məhkəmədə baxılmalı olduğunu məhkəmə baxışı zamanı müəyyən edərsə, işi məhkəmə aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 12-ci bəndi ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə baxılması aidiyyəti CPM-in 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvan başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Hazırki halda müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətdə həmin şikayətin verilməsinə əsas olmuş məlumatların Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü və 35-ci Polis Bölmələrində yayılması göstərilmişdir. ərə əsasən məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. anlara əsasən və Cinayət Prosessual Məcəlləsinin 74 və 75-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar