Məhkəmə qərarları › İş №1(008)-86/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-86/2020

21.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-86/2020 21.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X1 və Dövlət ittihamçısı, müdafiəçi - 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs və onun nümayəndəsi X2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkum olunmamış, Ağcabədi rayonunun Avşar kəndində qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs AzərbaycanRespublikasıCM-nin127.2.3-cü maddəsi ilətəqsirləndirilməsinədaircinayətişinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs oğlu cinayət işinin istintaq materiallarına əsasən xx xxxxxxxx 2019-cu il saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vaqif küçəsində Zərərçəkmiş şəxs ilə torpaq sahəsinin məxsusluğuna görə mübahisə edərkən Zərərçəkmiş şəxs onu nəlayiq ifadələrlə təhqir etməsinə barışmamazlıq göstərmiş, səhəri gün, yəni xx xxxxxxxx 2019-cu il saat 23 radələrində istintaqla müəyyən olunmamış şəxslərlə, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs yaşadığı Zabrat qəsəbəsi, Vaqif küçəsindəki evinə gəlib onu çağırmış, Zərərçəkmiş şəxs həyətə çıxanda özü ilə gələn tanışları ilə birlikdə qəsdən bədənin müxtəlif nahiyyələrinə əl və təpiklə, eləcə də müəyyən olunmamış bərk küt əşya ilə döyərək Zərərçəkmiş şəxs qabarıq astenonevrotik vəziyyət ilə müşayiət olunan baş beyin silkələnməsi, təpə-ənsə nahiyyəsinin əzilmiş yarası, sağ gözün ağlı qişasına qansızma, sol gözətrafı, sol çiyin qurşağı, sağ kürək, bel və sol bazu nahiyyələrinin qançırları, sağ qaşüstü, sağ gözaltı və sol qaşüstü nahiyyələrinin əzilmiş yaraları, sol alın, sol çiyin qurşağı, hər iki kürək, sağ said, sol said, sol bel, sağ diz, sağ baldır, sağ aşıq-baldır, sağ ayaq və sol ayaq nahiyyələrinin sıyrıqları işə müşahidə olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilənşəxsqismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2004-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində “Klub” deyilən yerin arxa hissəsində yerləşən sahibsiz gölü pul xərcləyərək torpaqla doldurmuş, buna təxminən 22000 ABŞ dolları pul sərf etmişdir. Torpağın ona məxsus olmasına dair rəsmi sənəd olmasa da, həmin ərazidə yaşayanlar bilmişdir ki, həmin yer ona məxsusdur. Hadisədən təxminən 8 ay əvvəl həmin torpaq sahəsi ilə üzbəüz torpaq sahəsində Zərərçəkmiş şəxs ev tikib həmin yerə köçüb yaşamağa başlamışdır. Hadiəsədən bir-neçə gül əvvəl günorta saatlarında torpaq sahəsinə gəldiyi zaman torpaq sahəsinə texnika cəlb olunduğunu, əlavə torpaq töküldüyünü, tikinti işlərinə hazırllıq getdiyini və torpağın kimsə tərəfindən daş hasara alındığını görmüşdür. O, avtomobilindən enib həmin ərazidə işləyən texnika sürücüsünə yaxınlaşıb torpaq sahəsinin ona aid olduğunu bildirərək kimin orada iş gördürdüyünü soruşduqda kənarda dayanmış Zərərçəkmiş şəxs ona yaxınlaşıb torpaq sahəsinin onun olduğunu bildirmiş, onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədərək təhqir etmişdir. O, heçnə demədən avtomobilinə əyləşib oradan uzaqlaşmış, daha sonra həmin əraziyə texnika gətirərək çəkilmiş daş hasarı sökdürmüşdür. Çünki həmin ərazinin qurudulması üçün bütün xərcləri o çəkmiş və həmin ərazinin başqa şəxs tərəfindən hasara alınması psixoloci olaraq ona pis təsir etmişdir. Bundan sonra, bir-neçə dəfə aralarında torpaq üstündə mübahisələr olmuş, Zərərçəkmiş şəxs ona məxsus torpaq sahəsindən çıxmaqdan imtina etmiş və aralarında qarşılıqlı söyüşmələr olmuşdur. xx.xx.2019-cu il saat təxminən 22 radələrində torpaq sahəsində tikinti işlərinin aparılıb-aparılmamasını öyrənmək məqsədi ilə öz avtomobili ilə yenidən həmin torpaq sahəsinə getmş və Zərərçəkmiş şəxs orada olduğunu görmüşdür. Aralarında torpaqla bağlı yenidən mübahisə yaranmış və Zərərçəkmiş şəxs oradan uzaqlaşıb gedən zaman yerdən taxta parçası əlinə alaraq Ramilə arxadan yaxınlaşıb baş nahiyyəsinə bir zərbə endirmiş, Ramil zərbənin təsirindən yerə yıxılmışdır. Bundan sonra, o, əlindəki taxta parçası ilə yerdə uzanıqlı vəziyyətdə olan Ramilin bədəninin müxtəlif nahiyyələrinə bir neçə zərbə endirmiş, daha sonra, avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Mübahisə zamanı ətrafda heç kim olmamış və ya onunla birlikdə hansısa tanışı ora getməmişdir. Həmşçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs hadisə zamanı onun tək olmadığını və bir-neçə şəxslə birlikdə ona xəsarət yetirdiyini bildirməkdə məqsədi, ona böhtan ataraq onu həbs etdirməkdir. Zərərçəkmiş şəxs xəsarət yetirmiş, lakin bunu xuliqanlıq niyyəti ilə etməmiş, hadisə aralarında torpaq üstündə yaranmış konflikt nəticəsində baş vermişdir. Tutduğu əməldən səmimi peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2 il əvvəl qeyd olunan ərazinin yaxınlığında, rəsmi sənədi olmadan Bəhruz adlı şəxsdən ev alaraq orada ailəsi ilə birgə yaşamağa başlamışdır. Təxminən 8 ay əvvəl Kənan onun yaşadığı evə gələrək həmin evi ona satmasını təklif etmiş və təklifi ilə razılaşmadığı üçün onların arasında mübahisə baş vermiş, Kənan onu nalayiq ifadələrlə təhqir etmiş, daha sonra öz avtomobili ilə oradan uzaqlaşmışdır. xx xxxxxxxx 2019-cu il saat 22:30 radələrində evdə tək olan zaman Kənan əvvəllər tanımadığı 5 nəfər şəxslə birgə yaşadığı evə gəlmiş, Kənanla birgə gələn şəxslər Kənanı söydüyünü irad tutaraq onu nalayiq ifadələrlə təhqir edərək, əllərində olan armatur və beşbarmaq ilə ona xəsarətlər yetirmişlər. Kənan onun torpağını zəbt etdiyini bildirsə də, o, heçkimin torpağını zəbt etməmiş, Kənana bildirmişdir ki, əgər ona məxsus torpağı zəbt edibsə, bu barədə məhkəməyə və hüquq mühafizə orqanlarına müraciət etsin. Həmçinin işin ibtidai istintaqi müstəntiq tərəfindən düzgün aparılmamış, o, dəfələrlə müstəntiqə hadisə zamanı Kənanın tək olmadığını, yanında əlavə 5 nəfər şəxsin olmasını və həmin şəxslərin də, ona xəsarət yetirmələrini bidirsə də, müstəntiq tərəfindən bu hallar tam araşdırılmamışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayır, həmçinin həmin ərazidə taksi fəaliyyəti ilə məşğul olur.xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vaqif küçəsinə müştəri aparmış, geri qayıdarkən küçədə insanların toplaşdığını görərək dayanmış, onlara yaxınlaşdıqda bir neçə şəxsin sözlə mübahisə etdiyini görmüşdür. Həmin vaxt Ramil nalayiq ifadələr işlətdiyi üçün o, ətrafda qadınların və uşqaların olmasını bildirərək Ramilə söyüş söyməməsini məsləhət görmüş, lakin, Ramil onun sözlərinə əhəmiyyət verməmiş və o, oradan uzaqlaşmışdır. X4 Zərərçəkmiş şəxs arasında baş versədə ətraflarına xeyli insan yığışmışdır. Cinayət işinin 17-20-ci vərəqəsində olanAzərbaycan Respublikası SN Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin 1342 saylı, xx xxxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qabarıq astenonevrotik vəziyyət ilə müşayiət olunan baş beyin silkələnməsi, təpə-ənsə nahiyyəsinin əzilmiş yarası, sağ gözün ağlı qişasına qansızına, sol gözətrafı, sol çiyin qurşağı, sağ kürək, bel və sol bazu nahiyyələrinin qançırları, sağ qaşüstü, sağ gözaltı və sol qaşüstü nahiyyələrinin əzilmiş yaraları, sol alın, sol çiyin qurşağı, hər iki kürək, sağ said, sol said, sol bel, sağ diz, sağ baldır, sağ aşıq-baldır, sağ ayaq və sol ayaq nahiyyələrinin sıyrıqları aşkar edilmişdir. Xəsraətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2019-cu il tarixdə və şəraitə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işinin 50-ci vərəqəsində olan xx xxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 104-cü vərəqəsində olan xx xxxxxx 2019-cu il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 79-cu vərəqəsində olan Azərbaycan Respublikası Dövlət X7 Sabunçu Rayon Şöbəsi tərəfindən verilmiş 005328 seriyalı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 1ci qrup əlildir. Cinayət işinin 133-135-ci vərəqəsində olanAzərbaycan Respublikası SN Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin T17/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qabarıq astenonevrotik vəziyyət ilə nəticələnmiş qapalı kəllə beyin travması halında baş beyin silkələnməsi, təpə-ənsə nahiyyəsinin əzilmiş yarası, sağ gözün ağlı qişasına qansızma, sol gözətrafı, sol çiyin qurşağı, sağ kürək, bel və sol bazu nahiyyələrinin qançırları, sağ qaşüstü, sağ gözaltı və sol qaşüstü nahiyyələrinin əzilmiş yaraları, sol alın, sol çiyin qurşağı, hər iki kürək, sağ said, sol said, sol bel, sağ diz, sağ baldır, sağ aşıq-baldır, hər iki ayağın sıyrıqları - bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, törənmə müddəti xx.xx.2019-cu ilə uyğun gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar edilən əzilmiş yaraların beşbarmaqla vurulan zərbələr nətcəsində yaranması inkar edilmir. Cinayət işinin 44-45-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası SN “Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyi” X9 xx xxxxx 2020-ci il tarixli, 181 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər astenonevrotik vəziyyət ilə nəticələnmiş baş beyin silkələnməsi halında qapalı kəllə beyin travması, təpə-ənsə nahiyyəsinin əzilmiş yarası, sağ gözün ağlı qişasına qansızma, sol gözətrafı, sol çiyin qurşağı, sağ kürək, bel və sol bazu nahiyyələrinin qançırları, sağ qaşüstü, sağ gözaltı və sol nahiyyələrinin əzilmiş yaraları, sol alın, sol çiyin qurşağı, hər iki kürək, sağ said, sol said, sol bel, sağ diz, sağ baldır, sağ aşıq-baldır, hər iki ayağın sıyrıqlarıbərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, müddəti cinayət işi materiallarında göstərilən tarixə yəni, xx.xx.2020-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Xəsarətlərin lokalizasiyasına, xüsusiyyətlərinə və sayına əsasən onların öz boy hündürlüyündən sərbəst yıxılması zamanı və özünün özünə yetirməsi zamanı əmələ gəlməsi mümkün deyildir. Cinayət işi materiallarında olan AZ İİ 317928, AZ İİ 093998, AZ İİİ 838828 seriyalı doğum haqqında şəhadətnamələrdən surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsin üç azyaşlı övladı var. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs sağlamlığının uzun müddətdə pozulmasına səbəb olmuş və sağlamlığına az ağır zərər vurması tam sübuta yetirilir. Bununla belə, məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini araşdırılmış sübutlar əsasında qiymətləndirərək ibtidai araşdırma orqanı tərəfindən əməlinin düzgün tövsif edilməməsi qənaətinə gəlir. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli Qərarının 3-cü bəndində isə göstərilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan görünür ki, onun törətdiyi cinayət əməli xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı cinayət əməlini törədərkən sağlamlığa az ağır xəsarət yetirsə də, o, bunu xuliqanlıq niyyəti ilə deyil, əvvəlcədən aralarında torpaq üstündə ədavətdən irəli gələn münasibətləri zamanı baş vermiş şəxsi münasibətlər zəminində törətmişdir. Onun sağlamlığa qəsdən az ağır zərər vurmasını istintaqla müəyyən olunmamış şəxslərlə birlikdə və xuliqanlıq niyyəti ilə törətməsinə dair hər hansı sübut yoxdur, əksinə Təqsirləndirilən şəxs ilə zərərçəkmiş Zərərçəkmiş şəxs arasında əvvəllər də mübahisə olması hər ikisinin ifadəsi ilə öz təsdiqini tapır və xx.xx.2019-cu il tarixdə onlar öz aralarında olan münasibətləri aydınlaşdırarkən hadisənin Təqsirləndirilən şəxs tərəfindən törənməsi sübuta yetirilir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamda xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurmanın qanunda təsbit edilmiş əlamətləri sadalansa da, Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin dispozisiyasında göstərilən xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayətinin tərkibinin obyektiv və subyektiv cəhətlərinin mövcudluğu sübuta yetirilməmişdir. Belə ki, istintaq orqanı təqsirləndirilən şəxsin hadisəni hansı niyyətlə törətməsini dəqiqləşdirilməmiş, törədilmiş cinayət əməllərinə düzgün hüququ qiymət verilməsi üçün dolğun araşdırma aparılmamışdır. Bununla da istintaq orqanı tərəfindən Sahib Xasıyevə Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə verilmiş ittihamda işin konkret hallarına deyil, daha çox cinayət hadisəsinin ilkin ümumi görünüşünə əsaslanılmışdır. Məhkəmə «xuliqanlıq» anlayışına Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən xx xxxx 2004-cü il tarixli 1 saylı Qərarının tövsiyyələri nöqteyi nəzərindən yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs sağlamlığa az ağır zərər vurma cinayətini törətməsi mübahisə və dalaşma, şəxsi münasibətlər zəminində yaranmışdır. Həmçinin sağlamlığa az ağır zərər vurarkən cinayətin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Jinayət Məcəlləsinin 127.2.3 maddəsindən eyni Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməlidir. O, Azərbaycan Respublikası Jinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları,habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. MəhkəmətəqsirləndirilənşəxsTəqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək əməlindənsəmimipeşmançılıqçəkməsini, 1-ci qrup əlil olmasını, əvvəllər məhkum olunmamasını, himayəsində üç azyaşlı övladı olmasınıcəzasınıyüngülləşdirənhallarkimiqiymətləndirir. Təqsirləndirilən şəxsəməlində cəzanı ağırlaşdıran hallarmüəyyənedilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 127.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun barəsində məhkəmə hökmünün icraya yönəldiyi tarixdən hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşadığı şəhərin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Jinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə tutulmuş, xx xxxxxx 2019-cu il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə saxlanıldığı Sabunçu RPİ-nin MYS-dən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq vaxtı tutulduğu 02 (iki) gün müddətinin 01 günü azadlığın məhdudlaşdırılması cəzasının 02 gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsbarəsindəseçilmiş“başqa yerə getməmək haqqında iltizam” qətimkantədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərcləri və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Ağcabədi rayonunun hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar