Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-86/2023 27.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Qəmbər oğlu və Zərərçəkmiş şəxs1, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədi ilə, 23 dekabr 2021-ci il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivində yerləşən Zərərçəkmiş şəxs2 Qəmbər oğluna məxsus yaşayış sahəsi olan nömrəsiz bağ evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olduqdan sonra həyətdəki bir otaqdan ibarət saxlanc yeri hesab edilən tikilinin plastik qapısını sındırıb qanunsuz daxil olaraq oradakı 1.000 manat dəyərində 1 ədəd “Zimmer” markalı kombi aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 cəmi 1000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talamaq məqsədi ilə 10 yanvar 2022-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus həyətyanı sahəyə qanunsuz daxil olaraq su quyusunun içərisindən 120 manat dəyərində 1 ədəd su nasosunu, həyətdəki 1 otaqdan ibarət saxlanc yeri hesab edilən tikilinin plastik qapısının kilidini sındırıb qanunsuz daxil olaraq oradakı 55 manat dəyərində 1 ədəd su nasosunu, 35 manat dəyərində 1 ədəd hidroforu, hər bir qutusunun dəyəri 6 manat olan 150 manat dəyərində 25 qutu elektrik naqillərinin divara bərkidicisini, hər biri 3 manat olan 630 manat dəyərində 210 rulon izolyasiya yapışqanı, 13 manat dəyərində 1 ədəd drel ucluğunu, hər biri 6 manat olan 18 manat dəyərində 3 ədəd metrəni gizli talayaraq Zərərçəkmiş şəxs1 cəmi 1.021 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, 1,058 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq ünvan 7 nömrəli evin yaxınlığına qədər daşımış, 31 mart 2022-ci il tarixdə, saat 19:45 radələrində özünü şübhəli apardığına görə Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları tərəfindən həmin ünvanda saxlanılaraq ünvan 3u Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinə gətirilmiş, PB-də onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd, şəffaf sellofan bükümün içərisindəki təmiz çəkisi 1,058 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə ona elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 və 237-ci maddələri ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 15 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya qərarına əsasən cəzanın çəkilməmiş qalan hissəsindən azad edilmişdir. Həbsdən çıxdıqdan sonra müxtəlif yerlərdə fəhləlik edərək qazanc əldə etmiş, lakin, 2021-ci ilin dekabr ayından başlayaraq qış fəsli ilə əlaqədar olaraq iş tapa bilməmiş, maddi sıxıntıları yarandığı üçün oğurluq edərək pul əldə etməyi qərarlaşdırmışdır. 23 dekabr 2021-ci il tarixdə, saat 01 radələrində pula ehtiyacı olduğuna görə oğurluq edərək maddi ehtiyaclarını ödəməyi qərara almış, bu məqsədlə, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağlar massivi ərazisində yaşayış olmayan ev axtarmağa başlamışdır. Həmin gün, saat 02 radələrində sonradan Zərərçəkmiş şəxs2 Qəmbər oğluna məxsus olduğunu öyrəndiyi evdə heç kəsin omadığını müəyyən etdikdən sonra, hasardan aşaraq həyətə daxil olmuş, niyyəti metal oğurlamaq olduğu üçün evə daxil olmamışdır. Həyətdə metal axtarmağa başlamış, yaşayış evi ilə həyətin daş hasarının arasında olan 1 otaqdan ibarət yarım tikilini görüb içəridə metal olduğunu düşünərək həmin tikilinin giriş qapısını sıxaraq sındırıb açmış, içəri daxil olduqdan sonra yarımtikilidə daş hasara bərkidilmiş “Zimmer” markalı kombi aparatının olduğunu görmüşdür. O, kombini divardan sökərək kənara qoymuş, həmin kombinin ölçüsü nisbətən balaca olduğundan əldə götürmək rahat olmuşdur. Kombini metal kimi səyyar qaydada metal yığanlara təhvil verib pul əldə etməyi düşünərək həyətə keçdiyi yerdən, yəni daş hasardan kombini aşıraraq küçəyə çıxmış, kombi aparatını əlinə götürərək oradan uzaqlaşmışdır. Oğurladığı həmin kombi aparatını Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində səyyar qaydada metal yığan, tanımadığı şəxsə həmin aparatının özünə məxsus olduğunu bildirərək 100 manata satmışdır. Bundan başqa, o, 10 yanvar 2022-ci il tarixdə bədənində ağrıları olduğu üçün narkotik almaq məqsədi ilə oğurluq edərək pul əldə etməyi qərara almış, bu məqsədlə, həmin gün, saat 23 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsində yaşayış olmayan ev axtarmağa başlamış, sonradan Zərərçəkmiş şəxs1 məxsus olduğunu öyrəndiyi evdə heç kəsin omadığını müəyyən etdikdən sonra, hasardan aşaraq həyətə daxil olmuş, həyətdə tikilmiş balaca otağın qapısının üzərindəki asılqan kilidi həyətdən tapdığı dəmir parçası ilə sındıraraq otağa daxil olub, otaqdan 1 ədəd su nasosu, 1 ədəd hidrofor, 25 qutu (elektrik naqillərini divara bərkidən) bərkidici, 3 qutu izolyasiya yapışqanı, 3 ədəd metrə və 1 ədəd drel ucluğu götürüb həyətə yığmışdır. Həmin otaqdan götürdüyü şayba açan açarlarla həyətdəki quyuda olan su nasosunu açmışdır. Bundan sonra həyətyanı sahədən torbalar tapıb içərisinə oğurladığı əşyaları yığaraq həyətyanı sahədən çıxmış, oğurladığı əşyaları "Taksimatornu" deyilən yerdə gizlədərək yaşadığı evə getmişdir. 11 yanvar 2022-ci il tarixdə, saat 09:00 radələrində oğurladığı əşyaları gizlətdiyi "Taksimatornu" deyilən əraziyə getmiş, orada olarkən tanımadığı şəxslərin “Qazel” markalı avtomobil ilə metal aldıqlarını görmüşdür. O, həmin şəxslərə yaxınlaşaraq oğurladığı əşyaların özünə məxsus olduğunu bildirərək satdığını demiş, həmin şəxslər onun təqdim etdiyi əşyalara baxdıqdan sonra əşyaların müqabilində ona 35 manat verə biləcəklərini bildirmişlər. O, həmin şəxslərin təklifi ilə razılaşaraq həmin əşyaları 35 manat müqabilində onlara satmışdır. 30 mart 2022-ci il tarixdə, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisinə gedərək oradan üzdən tanıdığı, lakin, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 manat müqabilində bir büküm psixotrop maddə metamfetamin alaraq istifadə etmək məqəsədi ilə üzərində saxlamışdır. 31 mart 2022-ci il tarixdə, saat 19:40 radələrində ünvan 7 nömrəli evin yaxınlığında olduğu zaman zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları olduqlarını bildirmiş və ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, bundan sonra, narkotik vasitələrin əldə olunmasında və daşınmasında şübhəli bilindiyi üçün Sabunçu RPİ-nin 14-cü PB-nə dəvət edilmiş, o, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Sabunçu RPİ-nin 14-cü PB-də barəsində şübhəli şəxs qismində tutulma haqqında qərar qəbul edilərək ona hüquq və vəzifələri izah edilmiş, dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Hüquq və vəzifələri izah olunduqdan sonra ona üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, şəxsi üzərinə axtarışın keçirilməsinə etiraz etməmiş, şəxsi axtarış zamanı vəkilin hüquqi xidmətindən imtina imtina edərək buna dair ərizə təqdim etmişdir. Şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra, o, əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra polis əməkdaşı tərəfindən həmin bükümə baxış keçirilmiş və həmin bükümdə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Sorğu zamanı təqdim etdiyi bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisinə gedərək oradan üzdən tanıdığı, lakin, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 manat müqabilində aldığını bildirmişdir. Daha sonra, polis əməkdaşları tərəfindən həmin bükülü zərfə qoyularaq qablaşdırılmış, onun üzərində şəxsi axtarışın keçirilməsinə dair protokol tərtib edilmiş, protokolla tanış olduqdan sonra protokolun doğruluğunu imzasıyla təsdiq etmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Qəmbər oğlu məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirmiş və ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanda ailəsi ilə birlikdə yaşayır. Özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivində yerləşən bağ evini 2017-ci il tarixdə almışdır. Torpaq sahəsinin ətrafı daş hasarla əhatələnmiş, həyətin dəmir materialdan kiçik ölçülü giriş qapısı var. O, yalnız yay aylarında həmin evdə yaşayır. 24 dekabr 2021-ci il tarixdə, saat 16 radələrində özünə məxsus bağ evinə gələrək açarla həyətin giriş qapısını açıb həyətə daxil olmuş, giriş qapıdan sağ tərəfdə yerləşən yardımçı tikilinin plastik materialdan olan giriş qapısı sındırıldığını görmüşdür. O, daxil olaraq ətrafa nəzər yetirdiyi zaman evin daş hasarına bərkidilmiş 2021-ci ilin iyul ayında mağazadan 1.000 manata aldığı, “Zimmer” markalı kombi aparatının sökülərək aparıldığını müəyyən etmiş, bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Həmçinin, oğurluq edən şəxs yarımtikilinin plastik qapısını sındırmaqla ona əlavə olaraq 200 manat ziyan vurmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1200 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirmiş və ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, "Azərbaycan Qadını" küçəsində həyətyanı sahəsi var. Həyətyanı sahə dörd tərəfdən daş hasarla hasarlanmış, həyətyanı sahənin hasarının darvazası olmasada, darvaza hissəsi dəmir parçaları ilə bağlanmış, kənar şəxslərin həyətyanı sahəyə giriş çıxışda məhdudiyyət olmuşdur. Evin həyətyanı sahəsində yarım tikili evi var, həmçinin təmir-tikinti əşyalarını saxlamaq üçün həyətyanı sahədə otaq tikmişdir. 16 yanvar 2022-ci il tarixdə, saat 10:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən evinə gəldiyi zaman naməlum şəxs tərəfindən orada olan quyunun içərisindən 120 manat dəyərində 1 ədəd su nasosunu oğurlandığını müəyyən etmiş, bundan sonra, ətrafa nəzər yetirdiyi zaman evin həyətində tikilmiş otağın qapısının asılqan kilidinin sındırıldığını, otaqdan 55 manat dəyərində 1 ədəd su nasosu, 35 manat dəyərində 1 ədəd hidrofor, hər bir qutunun dəyəri 6 manat olan 150 manat dəyərində 25 qutu elektrik naqillərinin divara bərkidicisi, hər biri 3 manat olan 630 manat dəyərində 210 rulon izolyasiya yapışqanı, 13 manat dəyərində 1 ədəd drel ucluğu, hər biri 6 manat olan 18 manat dəyərində 3 ədəd metrənin oğurlandığını aşkar etmişdir. O, hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat vermiş, bir müddət sonra polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1.021 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayə işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır, polis baş leytenantıdır. Vəzifə səlahiyyətlərinə narkotik, psixtrop maddələrin, güclü təsir edən preparatların qanunsuz dövriyyəsi ilə mübarizə daxildir. 31 mart 2022-ci il tarixdə, saat 19:45-də Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkilli Şahid1 ilə birlikdə 14-cü Polis bölməsinin inzibati ərazisində xidmət apararkən ünvan 7 ünvanında bir nəfər şəxsin davranışları onlarda şübhə yaratdığı üçün həmin şəxsə yaxınlaşaraq özlərini təqdib edib həmin şəxsə şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini təklif etmişlər. Bu zaman həmin şəxs sənədlərinin üzərində olmadığını bildirərək, suallarına dağınıq cavablar verməklə onlardan yayınmağa çalışmış, həmin şəxsin üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnərək onlu Sabunçu RPİ-nin 14-cü PB-nə dəvət etmiş və həmin şəxs etiraz etməyərək onlarla birlikdə polis Şöbəsinə getmişlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. 14-cü Polis Bölməsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra, o, əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxararaq təqdim etmişdir. Daha sonra həmin bükümə baxış keçirilmiş və həmin bükümdə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Sorğu zamanı təqdim etdiyi bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisinə gedərək oradan üzdən tanıdığı, lakin, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 manat müqabilində aldığını bildirmişdir. Aşkar edilmiş büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin "Zərflər üçün" möhürü ilə möhürlənmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 Şahid2 göstərdiyi xüsusatları təsdiqləyərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 5-ci vərəqəsində olan 31 mart 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 31 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 24-25-ci vərəqəsində olan 31 mart 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid1 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə açıq rəngli, toz-kristal şəkilli, spesifik qoxuya malik psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin 30-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 110 (yüz on) manat müəyyən edilmişdir. Cinayət işinin 31-32-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2022-ci il tarixli 6/1743 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün N 100” möhür əksi, “Təqsirləndirilən şəxs ... Təqsirləndirilən şəxs ... və s. sözlər, imzalar olan bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,058 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf ediildikdən sonra metamfetaminin qalıq çəkisi 1.008 qramdır. Cinayət işinin 62-64-cü vərəqələrində olan 02 aprel 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Seymur Həsənovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 65-66-cı vərəqələrində olan 02 aprel 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 71-ci vərəqəsində olan 04 aprel 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1.008 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışı video görüntüləini özündə əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 100-cü vərəqəsində olan 22 yanvar 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 149-152-ci vərəqələrində olan 24 yanvar 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Əli Əhmədovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 154-155-ci vərəqələrində olan 24 yanvar 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 156-cı vərəqəsində olan 24 yanvar 2022-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi dəqiqləşdirilmək məqsədi ilə hadisə yerində yoxlanılmışdır. Cinayət işinin 207-208-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 06 may 2022-ci il tarixli, 2265 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 228-29-cu vərəqəsində olan AZ İV seriyalı, 317871 nömrəli və AZ İV seriyalı, 317872 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladı var. Cinayət işinin 230-232-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 04 may 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 dekabr2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 və 237-ci maddələri ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 15 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya qərarına əsasən cəzanın çəkilməmiş qalan hissəsindən azad edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edilərkən əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində iki azyaşlı övladının və xəstə anasının olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməklə barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı şikayətinin olmamasını, ailəni dolandıran yeganə şəxs olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublilası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1ci maddələrində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 31 mart 2022-ci il tarixdən 02 aprel 2022-ci il tarixədək, 22 yanvar 2022-ci il tarixdən 24 yanvar 2022-ci il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 04 (dörd) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 08 (səkkiz) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Sabunçu rayon Polis İdarəsində saxlanılan, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq çəkisi 1.008 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 110 (yüz on) manat Təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 04 (dörd) gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının 08 (səkkiz) gününə bərabər tutulmaqla, onun cəzasından 08 (səkkiz) gün çıxılaraq üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Maddi sübut olan Sabunçu rayon Polis İdarəsində saxlanılan, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq çəkisi 1.008 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-86/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-86/2023
27.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver