Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-86/2024 12.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 28 avqust 1977-ci ildə Göyçay rayonunda anadan olub, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Y/S Q., ev 5, mənzil 3-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan Y/M, nömrəsiz evdə yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 iyun 2023-cü il tarixdə saat 21 radələrində sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi «Opel Astra” markalı, Az **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Olimpiya kopleksinin qarşısında, Maştağa-Zabrat yolunda Məmmədyarov dairəsi istiqamətində yolun sağ tərəfdən sol istiqamətinə 3-cü hərəkət zolağında 60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin - sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərinə riayət etməməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, hərəkətini davam etdirib həmin küçədə yolu sağ tərəfdən sol tərəfə keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sol hissəsi ilə vuraraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs baş beyin silkələnməsi, sol təpə nahiyəsinin dərialtı hematoması və əzilmiş yarası, İ, İİ, İİİ, İV bel fəqərələrinin yerini dəyişən, sağ qasıq və sol baldır sümüklərinin yerini dəyişməyən qapalı sınıqları ilə nəticələnən, ümumilikdə həyat üçün təhlükəli olmayan sağlamlığın uzun müddət pozulmasına səbəb olan, dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirib sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. İş materiallarında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsindən görünür ki, o, hadisəyədək taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. “Opel” markalı, Az **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 adına qeydiyyatdan keçsə də o, avtomobili etibarnamə əsasında idarə etmişdir. “BC" dərəcəli sürücülük vəsiqəsi vardır və hazırda aktivdir. 09 iyun 2023-cü il tarixdə saat 22 radələrində idarə etdiyi «Opel” markalı, Az **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Olimpiya kompleksinin qarşısında, Maştağa-Zabrat yolunda Məmmədyarov dairəsi istiqamətində yolun sağ tərəfdən sol istiqamətinə 3-cü hərəkət zolağında 60 km/saat sürətlə hərəkət etmişdir. Anası Şahid də avtomobildə əyləşmişdir. Hərəkətdə olarkən bir nəfər şəxsin həmin küçədə yolu sağ tərəfdən sol tərəfə keçdiyini görmüş, tormoz etməyə imkan tapa bilmədən həmin şəxsi avtomobili ilə vurmuş, dərhal avtomobili saxlayıb yerə düşmüş və həmin şəxsə yaxınlaşmışdır. Avtomobillə vurduğu piyada yerə yıxılmış, 102 xidmətinə məlumat verilmişdir. Çağrılan təcili tibbi yardım maşını gəlmiş və həmin şəxsi xəstəxanaya aparmışlar. O, isə əraziyə yaxınlaşmış polis əməkdaşlarına sənədlərini verib, xəstəxanaya getmiş, həmin şəxsə baş çəkmişdir. Lakin Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı ödəyə bilməmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi ittihamla razı oldğunu bildirərək, cinayət işinə icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə hazırlıq iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 09 iyun 2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Olimpiya kopleksinin qarşısında, Maştağa-Zabrat yolunda Məmmədyarov dairəsi istiqamətində səkidə hərəkətdə olarkən, yolu keçmək istəmiş, yolu sağ tərəfdən sol tərəfə qaçaraq keçərkən avtomobilin biri ona yol vermiş, lakin “Opel” markalı, Az **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili dayandıra bilməyib onu vurmuş, zərbədən yerə yıxılmışdır. Əraziyə TTYS-nin əməkdaşları yaxınlaşmış, onu tibb məntəqəsinə aparmışlar. Hadisənin baş verdiyi tarixdən onu vuran sürücü Təqsirləndirilən şəxs onunla maraqlanmayaraq ona dəymiş ziyanı ödəməmişdir. Hadisə baş verən günü yalnız bir dəfə xəstəxanaya gəlmiş, hadisə nəticəsində ona həm maddi həm də fiziki ziyan dəymişdir. Az ağır bədən xəsarəti alıb, yataqdan dura bilməmişdir. Cinayət işinin 24-26-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 Sabunçu rayon şöbəsinin 16 iyun 2023-cü il tarixli 1308 nömrəli rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs baş beyin silkələnməsi, sol təpə nahiyyəsinin dərialtı hematoması və əzilmiş yarası; İ, İİ, İİİ, İV bel fəqərələrinin yerini dəyişən, sağ qasıq və sol baldır sümüklərinin yerini dəyişməyən, qapalı sınıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işinin 37-40-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2023-cü il tarixli 8/2073 nömrəli rəyindən görünür ki, “Opel Astra” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 41-42-ci vərəqələrində olan Sabunçu rayon Polis İdarəsinin 31 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məxsus AC 721573 saylı sürücülük vəsiqəsi DİN BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən xx.xx.2023-cü il tarixindən xx.xx.2027-ci il tarixədək aktivdir və sürücülük hüququnun məhdudlaşdırılmayıb. Cinayət işinin 66-69-ci vərəqələrində olan 30 sentyabr 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 17-ci vərəqəsində olan 10 iyun 2023-cü il tarixli 1/3226 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan Təqsirləndirilən şəxs hadisədən əvvəl spirtli içki qəbul etmədiyi, alkoqol sərxoşluğu vəziyyətində olmadığı, ayıq olduğu görünür. Cinayət işi materiallarında əlavə edilmiş Sabunçu Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ İİ 394928 saylı, 28 dekabr 2023-cü il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs şəkərli diabet zamanı yumacıq zədələnmələri xəstəliyindən xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydlər kitabında 2023-cü ilin dekabr ayının 28 günündə 1990 nömrə ilə qeyd edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri ilə onun Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərsdə tutulmuş cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmişdir Cinayət Prosessual Məcəlləsinin 106-1.1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil olunur. Həmin Məcəllənin 106-1.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində iştirakı olan, yaxud həmin əməllə mənəvi, fiziki və ya maddi ziyan vurulmuş yaxın qohum ölmüş şəxsin hüquqi varisi hesab edilə bilməz. Həmin Məcəllənin 106-1.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 106-1.4-ci maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106- 1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Həmin Məcəllənin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) başlanan cinayət təqibinə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham elan olunmuş, ittiham aktı tərtib olunmuş və iş baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin, Təqsirləndirilən şəxs 22 dekabr 2023-cü il tarixdə ölmüşdür. Təqsirləndirilən şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyi ilə bağlı təqsirləndirilən şəxsin qohumlarına bildiriş ünvanlanmış, lakin qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində bu barədə məhkəməyə məlumat daxil olmamışdır. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçi müvafiq razılıq vermişdir. Odur ki, Təqsirləndirilən şəxs 22 dekabr 2023-cü il tarixdə öldüyündən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Həmin Məcəllənin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat dövlət vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs 22 dekabr 2023-cü il tarixdə öldüyündən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsu barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) manat dövlət vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-86/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-86/2024
12.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver