Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-865/2022 07.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – “Hümbətov və Partnyorları” vəkil bürosunun vəkili X3, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs ona xəyanət etdiyini zənn edərək qısqanclıq niyyəti ilə 28 dekabr 2021-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 237 K saylı bağ sahəsində idarə etdiyi “Toyota Rav 4” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobildən yerə düşürüb Zərərçəkmiş şəxs sifətinə və bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə çoxsaylı zərbələr vurub ona döş qəfəsinin qapalı küt travması, sol İV, V, Vİİ, İX qabırğalarının yerdəyişmiş, Vİ qabırğanın qəlpəli yerinidəyişmiş qapalı sınığı, sol tərəfli hemotoraksla nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, burun sümüklərinin yerinidəyişən sınığı, yumşaq toxumaların əziyi və qançırı, sol bazu, dirsək oynağı, sağ bazunun dərialtı hematomaları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, alnın, sol qaşüstü, sol yanaq, çənə, boyun, sağ bud, döş qəfəsinin qançırları ilə nəticələnən sağlamlığa zərərvurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək, ümumilikdə dərəcəsinə görə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa qəsdən az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan övladları yoxdur. Zərərçəkmiş şəxs ilə ilk vaxtlar münasibətləri normal olsa da, son zamanlar Xatirənin davranışları onda şübhə yaratmış, Xatirənin ona xəyanət etdiyini düşünmüşdür. 2021-ci ilin dekabr ayının sonlarında Xatirənin ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “whatsapp” proqramına “YAP MX” adı ilə qeydiyyatdan keçmiş şəxsdən sevgi mesajları gəldiyini görərək Xatirənin “whatsapp” proqramına gələn mesajlarını öz istifadəsində olan mobil nömrəyə yönəltmişdir. 28 dekabr 2021-ci il tarixdə, saat 20 radələrində Bayıl qəsəbəsində, Bakı Bulvarının yeni salınan hissəsində yerləşən “X9” yaxınlığna gedərək Zərərçəkmiş şəxs zəng edərək onu “X9” yaxınlığna çağırmış, bir müddət sonra Zərərçəkmiş şəxs özünə məxsus “Toyota Rav 4” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobillə qeyd olunan ünvana gəlmişdir. O, Xatirəyə məxsus avtomobilə əyləşərək onunla söhbət etmiş, Xatirəyə ona xəyanət etməsindən məlumatlı olduğunu, proqram təminatından istifadə edərək onun mobil telefonunun “Watsapp" proqramına “YAP MX” adı ilə qeydiyyatdan keçmiş şəxsdən gələn sevgi mesajlarını oxuduğunu bildirmişdir. Xatirə həmin şəxsin onun iş yoldaşı olduğunu, aralarında sevgi münasibəti olmadığını bildirmiş, o, Xatirənin ona xəyanət etməsini etiraf etmədiyini görərək, danışmaq üçün yaşadıqları evə getməyi təklif etmişdir. Xatirə ilkin nikahdan olan övladının evdə olması səbəbindən evə getməkdən imtina etmiş, başqa yerə getmələrini təklif etmişdir. Onlar Xatirəyə məxsus avtomobil ilə Bakı-Quba magistral yolunun Abşeron rayonu ərazisində yerləşən «Neapol» istirahət mərkəzinə getmiş, həmin vaxt Xatirəyə ona xəyanət etdiyini etiraf etməsini təklif etmiş, lakin, Xatirə təkidlə ona etiraf etmədiyini bildirmişdir. Daha sonra onlar birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 237 K saylı bağ sahəsinə getmiş, orada olan zaman Xatirə ona xəyanətini etiraf etmədiyi üçün o, əsəbləşərək yumruq və təpik zərbələri ilə Xatirəyə müxtəlif bədən xəsarətləri yetirmişdir. Sonradan Xatirə ilə aralarında olan münasibətlərə aydınlıq gətirmiş və Xatirənin ona xəyanət etmədiyindən əmin olmuşdur. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış, ona qarşı şikayət və tələb yoxdur. Zərərçəkmiş şəxs məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ifadəsindən görünür ki, o, 2019-cu ildə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan övladları olmamış, ailə qurduqdan sonra ona məxsus Səbail rayonu, Yeni ünvan 3 ünvanında ilk nikahından olan qızı ilə birlikdə yaşamışlar. Təqsirləndirilən şəxs heç yerdə işləmədiyi üçün daimi olaraq ondan xərcləmək üçün pul almışdır. 26 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona zənq edərək qohumuna 10000 manat borcu olduğunu bildirib, ondan 10000 manat pul istəmiş, o, Asifə həmin məbləği verə bilməyəcəyini bildirmişdir. 28 dekabr 2021-ci il tarixdə saat 20 radələrində Asif ona zəng edərək onu “X9” yaxınlığna çağırmış, o, özünə məxsus “Toyota Rav 4” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobillə qeyd olunan ünvana getmiş, həmin vaxt Asif özünə məxsus “BMW” markalı avtomobildən enərək onun avtomobilində sükan arxasında əyləşmişdir. Avtomobildə olduqları zaman Asif ona pul verməməsini səbəb göstərərək onu öldürməklə hədələmişdir. O, Asifə evlərini sataraq pulunu ona verdiyini və sonuncu dəfə bankdan 17500 manat kredit götürərək ona verdiyini bildirdikdən sonra, Asif yumruqla onun bədəninin sol nahiyəsinə zərbələr vurmuş, daha sonra avtomobili Bakı-Quba magistral yolunun Abşeron rayonu ərazisində yerləşən «Neapol» istirahət mərkəzinə getmək üçün hərəkət etdirmişdir. Asif yolda olarkən otelə zəng edərək yer sifariş etmiş, ora çatdıqları zaman avtomobili sifariş etdikləri kotecin yanına sürmüşdür. Kotecə daxil olduqdan sonra Asif ona yumruq və təpik zərbələri endirdiyi üçün o, huşunu itirərək yıxılmış, Asif onun üzünə su tökərək onu oyadıb döyməyə davam etmişdir. O, qışqıraraq kömək istəməyə çalışmış, lakin, Asif onun ağzından tutaraq onu avtomobilə mindirmiş, onun qaçmasına mane olmuşdur. Daha sonra onu Yasamal rayonu ərazisinə apararaq orada yaşayan qardaşı Şahid1 təhvil vermişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, 2015-ci il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 məhkəmə-tibb eksperti vəzifəsində çalışır. 04 iyul 2022-ci il tarixdə Baş İstintaq və Tİ-nin Ağır cinayətlərin İŞ-nin XMİÜ baş müstəntiqi, polis polkovniki Məmməd Həsənovun xx.xx.2022-ci il tarixli qərarı əsasında “MTE və PA Birliyi” PHŞ-in Təkrari ekspertizalar şöbəsində Zərərçəkmiş şəxs yetirilmiş xəsarətlərə dair məhkəmə-tibbi ekspertizası aparılmışdır. DİN-nin Baş İstintaq və Tİ-nin rəis vəzifəsini müvəqqəti icra edən X5 ünvanladığı xx.xx.2022-ci il tarixli, C05-17576-1222 saylı məktubunda DİN-yi Baş İstintaq və Tİ-nin Ağır cinayətlərin İŞ-nin XMİÜ baş müstəntiqi, polis polkovniki Məmməd Həsənov tərəfindən Azərbaycan Respublikası CM-nin 126.2.3. və 134-cü maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə təkrar məhkəmə-tibbi ekspertizasının təyin edilməsi ilə əlaqədar olaraq hadisədən uzun müddət keçdiyinə görə ekspertiza rəyinin tibbi sənədlər əsasında verilməsi xahiş olunmuşdur. Zərərçəkmiş şəxs adına tərtib edilmiş sənədlərin təhlilindən görünür ki, onda sol tərəfli hemotoraks (plevra boşluğuna qan yığılması), sol İV, V, Vİİ, İX qabırğaların yerinidəyişmiş, Vİ qabırğanın parçalı, yerinidəyişmiş qapalı sınıqları ilə müşayiət olunan döş qəfəsinin sol yarısının qapalı küt travması, burun sümüklərinin yerinidəyişən sınığı, burnun yumşaq toxumasının əziyi və qançırı, alnın, sol qaşüstü, sol yanaq, çənə, boyun, sağ bud, döş qəfəsinin qançırları, sol bazu, dirsək oynağı, sağ bazunun dərialtı hematomaları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt alətin, ola bilsin yumruğun təsirindən törənmiş, yetirilmə müddəti xx.xx.2021 -ci ilə uyğun gəlir, dərəcəsinə görə sol İV, V, Vİİ, İX qabırğaların yerdəyişmiş, sol Vİ qabırğanın qəlpəli sınığı, sol tərəfli hemotoraks sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, burun sümüyünün yerdəyişmiş sınığı, burnun yumşaq toxumasının əziyi və qançırı, yuxarı ətrafın hematomaları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İlkin ekspertiza zamanı xəsarətlərin həyat üçün təhlükəli olan sağlamlığa az ağır zərərvurmaya aid edilməsi yanlış olmuşdur. Belə ki, qeyd olunan xəsarətlər həyat üçün təhlükəli əlamətlərlə müşayiət olunduğu hallarda ağır zərərvurmaya aid edilir. Qeyd edilən halda isə tibbi sənədlərdə həyat üçün təhlükəli əlamətlər müəyyən edilməmiş, zərərçəkmiş tibb müəssisələrinə müraciət etsə də stasionar müalicədə olmamışdır. Yetirlən xəsarətlər onun əmək və peşə fəaliyyətinin dayanıqlı itirilməsinə səbəb olmamışdır. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr zərərçəkmişin öz boyu hündürlüyündən yıxılması deyil, məhdud səthə malik küt əşya ilə yetirilən yetirilən zərbələrin bilavasitə təsirindən yaranmışdır. İş üzrə verilmiş rəylər zərərçəkmişin ekspertizası və tibb müəssisələrində aparılmış KT və rentgen müayinələri nəticələri əsasında aparılmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Təqsirləndirilən şəxs bacısının əridir. 28 dekabr 2021-ci il tarixdə bacısına məxsus mobil nömrədən istifadəsində olan mobil nömrəyə zəng gəlmiş, telefon zəngini cavablandırdığı zaman Asif ona Xatirəni onun evinə gətirdiyini bildirmişdir. O, üst geyimini geyinərək yaşadığı evin həyətinə düşmüşdür. Binanın qarşısında olduğu zaman bacısına məxsus “Toyota Rav 4” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmış, həmin vaxt avtomobili Asif idarə etmişdir. O, avtomobilə yaxınlaşdığı zaman Xatirənin vəziyyətini yaxşı olmadığı görərək onun avtomobildən düşməyinə kömək etmiş, daha sonra onu qucağına alaraq yaşadığı evə aparmışdır. Evə qalxdıqdan sonra Xatirədən nə baş verdiyini soruşmuş, Xatirə əri Asifin onu döydüyünü bildirmişdir. O, yenidən binanın qarşısına enmiş, həmin vaxt bacısına məxsus “Toyota Rav 4” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobil binanın qarşısında olmuş, lakin, Asif orada uzaqlaşmışdır. O, avtomobilə yaxınlaşaraq salona baxdıqda açarın avtomobilin üzərində olduğunu görərək qapıları bağlayıb evə qayıtmışdır. Həmin gecə Xatirə onlarda qalmış, növbəti gün, Xatirənin səhhəti yaxşı olmadığı üçün onu Sabunçu xəstəxanasına aparmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, 2021-ci ildən Abşeron rayonunda yerləşən «Neapol» otelində inzibatçı işləyir, Təqsirləndirilən şəxs bir müştəri kimi tanımış və 28.12.21-ci ildə saat 20.00 radələrində Təqsirləndirilən şəxs bir qadınla birlikdə «Toyota RAV4» markalı avtomobildə otelə gəlmiş, sənədlərini yoxladıqdan sonra onları 114-ci nömrəli otaq vermiş, təxminən 10-15 dəqiqədən sonra onlar həmin avtomaşınla oteldən çıxıb getmiş, onlar oteldə olarkən hər- hansı səs-küy, qışqırıq və dava səsləri eşitməmiş, bir müddət sonra Təqsirləndirilən şəxs «BMW» markalı avtomobillə tək qayıdıb gecəni oteldə qalmış, həmin gün oteldə mühafizəçi Kamran adlı şəxs olmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş X1 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün, zərərçəkmiş şəxsin, şahid ifadələri, ekspert rəyi və digər sənədlərlə də sübuta yetir. Cinayət işinin 1-ci cildinin 17-20-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 01 saylı, 18 yanvar 2022ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: soltərəfli hemitoraks (döş boşluğuna qanın yığılması), soldan İV, V, Vİİ, İX qabırğaların yerini dəyişmiş, Vİ qabırğanın parçalı, yerini dəyişmiş qapalı sınıqları ilə müşayiət olunan döş qəfəsinin sol yarısının qapalı küt travması; burun sümüyünün cərrahi müdaxilə (repozisiya) tələb edən yerini dəyişmiş qapalı sınığı, burunun yumşaq toxumalarının şişkinliyi və qançırı, alın, sol qaşüstü, sol yanaq, çənə nahiyələrinin, boyunun ön-sol yan səthinin yuxarı 1/3nin, sağ budun yuxarı 3/4-nin ön səthinin, döş qəfəsinin sol yarısının arxa-yan səthinin qançırları, eləcə də, sol yuxarı ətrafda bazu və dirsək oynağı nahiyələrinin və sağ bazunun orta və aşağı 1/3-nin bayır səthinin hematomaları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın şəraitdə, yəni xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixə keçən gecə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə əl, yumruq və təpiklə vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. Cinayət işinin 1-ci cildinin 47-ci vərəqəsində olan 27 yanvar 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 80-83-cü vərəqəsində olan Bakı şəhəri Səbail Rayon Məhkəməsənin 4(009)-33/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 112-ci vərəqəsində olan Zərərçəkmiş şəxs 25 fevral 2022-ci il tarixli notarial təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin 1-ci cildinin 113-118-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(009)-60/2022 saylı, 25 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunaraq o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Cinayət işinin 2-ci cildinin 91-94-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 T373/2022 saylı, 31 avqust 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxsda sol tərəfli hemitoraks, sol İV, V, Vİİ, İX qabırğalarının yerinidəyişmiş, İV qabırğanın qəlpəli yerinidəyişmiş qapalı sınığı, burun sümüklərinin yerinidəyişən sınığı, burnun yumşaq toxumasının əziyi və qançırı, alnın, sol qaşüstü, sol yanaq, çənə, boyun, sağ bud, döş qəfəsinin qançırları, sol bazu, dirsək oynağı, sağ bazunun dərialtı hematomaları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt alətin, ola bilsin yumruğun təsirindən törənmiş, yetirilmə müddəti xx.xx.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə döş qəfəsinin qapalı küt travması, sol İV, V, Vİİ, İX qabırğalarının yerdəyişmiş, Vİ qabırğanın qəlpəli sınıqları, sol tərəfli hemotoraks sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, burun sümüklərinin yerinidəyişən sınığı, yumşaq toxumaların əziyi və qançırı, sol bazu, dirsək oynağı, sağ bazunun dərialtı hematomaları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Belə ki, döş qəfəsi orqanlarının küt travması həyat üçün təhlükəli əlamətlərlə müşayiət olunduğu hallarda ağır zərərvurmaya aid edilir. Qeyd edilən halda isə tibbi sənədlərdə həyat üçün təhlükəli əlamətlər müəyyən edilməmiş, zərərçəkmiş tibb müəssisələrinə müraciət etsə də stasionar müalicədə olmamışdır. Qeyd edilən xəsarətlər ümümi və peşə fəaliyyətinin dayanıqlı itirilməsinə səbəb ola bilməz. Xəsarətlərin xarakteri və yerdəşdiyi nahiyələr onların zərərçəkmişin öz boyu hündürlüyündən yıxılması zamanı deyil, məhdud səthə malik bərk küt əşya ilə, yumruqla yetirilən zərbələr nəticəsində yaranmışdır. İş üzrə verilmiş rəylər zərərçəkmişin məhkəmə-tibbi ekspertizası və tibb müəssisəsində aparılmış KT, rentgen müayinəsinin nəticələri əsasında verilmişdir. Cinayət işinin 2-ci cildinin 128-130-cu vərəqəsində olan 05 oktyabr 2022-ci il tarixli ev dustaqlığı qətimkan tədbirinin tətbiqinə xitam verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinə xitam verilmişdir. Cinayət işinin 2-ci cildinin 132-133-cü vərəqəsində olan 06 oktyabr 2022-ci il tarixli “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 101-110-cu vərəqəsində olan 13 sentyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş 02 ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallara əlavə edilmişdir. Cinayət işinin 1-ci cildinin 107-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 09 fevral 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məhkəmə hesab edir ki, şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyindən, zərərçəkmiş şəxslə barışdığından və iş üzrə maddi ziyan olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Azefon” MMC və "xxxx" MMC-dən götürülmüş 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilsin. İş üzrə maddi sübut Azefon” MMC və "xxxx" MMC-dən götürülmüş 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-865/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-865/2022
07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver