Məhkəmə qərarları › İş №1(008)-87/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-87/2023

25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-87/2023 25.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı X1, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 10 mart 1970-ci il tarixdə Ağdərə rayonu, Seysulan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilmiş, Ağdam rayonu, Kəngərli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağlar massivi Qarabağ düşərgəsində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talama niyyəti ilə 07 noyabr 2021-ci il tarixdə, saat 19:00 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Pirşağı qəsəbəsi Bağlar massivi fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq mətbəxt otağından qutusunun üzərində «Plate» yazısı olan, Çexiya istehsalı olan, 6 ədəd nəlbəkidən ibarət 40 manat dəyərindəki nəlbəki dəstini, qutusunun üzərində «Fruit Plate» yazısı olan 6 ədəd nəlbəkidən ibarət dəstin bir ədədinin qiyməti 18 manat olan cəmi 72 manat dəyərindəki 4 qutu nəlbəki dəstini, alt hissəsində «Kaveh» yazısı olan 6 ədəd şüşə nəlbəkinlərdən ibarət bir ədədin qiyməti 5 manat olan cəmi 75 manat dəyərindəki 15 qutu nəlbəki dəstini, 1 ədəd 50 manat dəyərində istifadədə olmuş şüşə çaydan, qutusunun üzərində «Glass» yazısı olan, Rusiya istehsallı, 6 ədəd stəkanlardan ibarət dəstin bir ədədinin qiyməti 5 manat olan cəmi 75 manat dəyərindəki 15 qutu stəkan dəstini, bir ədədinin qiyməti 100 manat olan cəmi 200 manat dəyərindəki 2 ədəd meyvə qablarını, bir ədədinin dəyəri 300 manat olan cəmi 600 manat dəyərində olan 2 ədəd yerli istehsal olan 2x3 ölçülərində təzə xalçaları, 1 ədəd işlənmiş 50 manat dəyərində kondisioneri, bir ədədinin qiyməti 100 manat olan cəmi 200 manat dəyərində olan 2 ədəd nej materialından hazırlanmış samovarları, 1 ədəd 30 manat dəyərində elektrikli çaydan, 1 ədəd 40 manat dəyərində «Supermax» markalı krosno aparatını, yataq otağından 1 ədəd 30 manat dəyərində saçqurudan fenn və saxlanc yeri hesab edilən evin həyətindən 50 manat dəyərində 38 metr uzunluğunda aliminium işıq naqilini gizli yolla talayıb Zərərçəkmiş şəxs1 1.512 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir Bundan başqa o təkrarən tamah məqsədi ilə özgənin gizli olaraq talama niyyəti ilə 08 noyabr 2021-ci il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağlar massivində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin pəncərəsinin şüşəsini sındıraraq qanunsuz olaraq evə daxil olub, evin qonaq otağından ümumilikdə dəyəri hər birinin eləyəri 100 manat olan cəmi 300 manat dəyərindəki 3 ədəd «Bagema» markalı serviz dəstlərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 300 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o təkrarən tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talama niyyəti ilə 08 dekabr 2021-ci il tarixdə, saat 22:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, «Qarabağ» düşərgəsinin yaxınlığında yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi bağ evinin darvazasını açıb qanunsuz içəri daxil olaraq hamam otağından 1 ədəd 500 manat dəyərindəki «Ariston» firmasına məxsus 100 litrlik elektrikli su qızdırıcısı, 1 ədəd 150 manat dəyərindəki gümüş güzgü, 1 ədəd 50 manat dəyərindəki duş dəstini, mətbəx otağından 1 ədəd 50 manat dəyərindəki dəmir materialdan hazırlanmış çaynik, 1 ədəd 200 manat dəyərində olan mis samovar, 6 ədəd hər birinin qiyməti 20 manat olan plastik materialdan hazırlanmış cəmi 120 manat dəyərindəki stulları, 1 ədəd 150 manat dəyərindəki «Brest» markalı 4 gözlü qaz sobası və hər biri 6 ədəd stəkən və 6 ədəd nəlbəkidən ibarət olan 150 manat dəyərindəki 2 qutu stəkannəlbəki dəstini, qonaq otağından 1 ədəd 300 manat dəyərindəki nərdi, evin həyətində yerləşən saxlanc yeri hesab edilən yardımçı tikilinin içərisindən 1 ədəd 1.500 manat dəyərində olan 32 KW-lıq «Fondital» markalı isitmə təzhizatı aparatı ( kombi), 1 ədəd 50 manat dəyərində «Bosh» markalı drel, 200 manat dəyərində 3 ədəd dəmir çəkicdən, kəlbətindən, 2 ədəd lapatkadan, 1 ədəd lomdan, 2 ədəd mişardan ibarət tikinti-təmir alətləri, evin həyətindən 1 metrinin qiyməti 3 manatdan olan, cəmi 450 manat dəyərindəki 150 metr uzunluğunda «Kablo» firmasına məxsus Türkiyə istehsalı 4 xətli elektrik naqilini və 1 ədəd 50 manat dəyərindəki su krantını gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 3.920 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs1 onun qardaşı Arifin baldızıdır. Onlar qonşuluqda yaşayır. Belə ki, onun evi ilə Anjelanın evi arasında təxminən 400-500 metr məsafədədir. Anjela ilə arasında heç bir ədavət və düşmənçilik olmamışdır. O, bildirmişdir ki, 2021-ci ilin oktyabr ayının sonlarında Anjela qızı Günel ilə birlikdə Türkiyə Cumhurriyətinə getmiş, o da pula ehtiyacı yarandığı üçün Anjelanın evindən oğurluq etmək qərarına gəlmişdir. 07 noyabr 2021-ci il tarixdə, saat 19:00 radələrində, piyada şəkildə Anjelanın evinin yaxınlığına gəlmiş, pəncərinin açıq olmasını əli ilə yoxlayan zaman, açıq olduğunu görüb, mənzilin pəncərəsindən evə daxil olmuşdur. Anjelanın evinin qonşuluğunda yaşayan İlqarın səsini eşitmiş və həmin vaxt sonuncu evdə kimsənin olub-olmadığını soruşsa da cavab verməmişdir. Bundan sonra İlqar kömək çağırmaq üçün gedən zaman o evi tərk etmiş və oradan uzaqlaşmaq istəyən zaman İlqarla qarşılaşmışdır. İlqar onun Anjelanın evində oğurluq etdiyindən şübhələnmiş, lakin o boynuna almamışdır. İlqarın oradan uzaqlaşmağını gözləmiş, İlqar çıxıb getdikdən sonra o yenidən pəncərədən mətbəxt otağına daxil olmuş və orada olan qab-qacaqları görmüş və həmin əşyaları oğurlayıb satmaq qərarına gəlmişdir. O, həmin otaqdan içərisindən 6 ədəd nəlbəkilər olan 1 qutu nəlbəkini, 1 ədəd şüşə çayniki, 6 ədəd stəkan dəstini, 2 ədəd də qənd qablarını və 1 ədəd də feni götürərək pəncərədən çıxmış və yaşadığı evə gəlmişdir.O, oğurladığı əşyaları yaşadığı evin həyətindəki su çəninin yanında gizlətmiş, 1 ədəd saç fenini isə işləmədiyi üçün tullamışdır. 08 noyabr 2021-ci il tarixdə yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra, Pirşağı qəsəbəsi, Bağlar massivində piyada gəzişərkən, tanımadığı fərdi yaşayış evinin işıqlarının yanmadığını görüb, mənzildə yaşayışın olmadığı qənaətinə gələrək oğurluq etmək qərarına gəlmişdir. Fərdi yaşayış evinin hasarından keçərək, mənzilin plastik pəncərəsini yerdən götürdüyü daş ilə sındıraraq pəncərədən evə daxil olmuş, evin zal otağındakı dolabda olan qab-qaşıq servizləri mənzildən götürdüyü sellofan torbaya doldurub evə daxil olduğu pəncərədən evi tərk etmişdir. O, əlində oğurladığı sellofan torbada yerləşən qab-qacağı hasardan keçmək istəyən zaman sellofan torba əlində yerə düşmüş, sonuncu oğurladığı əşyalar sınaraq yararsız hala düşmüşdür. Həmin əşyaların yararsız olduğunu görüb, hasardan aşaraq oradan uzaqlaşıb getmişdir. Zərərçəkmiş şəxs3 1997-ci ildən bəri tanıyır, belə ki onlar qonşuluqda yaşayırlar, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. O, Zərərçəkmiş şəxs3 məxsus evdə uzun müddətdir ki, yaşayışın olmadığı bildiyindən, həmin evdən, qiymətli əşyaları oğurlayıb satmaq fikrində düşmüşdür. O, 08 dekabr 2021-ci il tarixdə, saat 22:00 radələrində fərdi yaşayış evinin qarşısında gəlmiş, həyət qapısından evin həyətində daxil olmuş, mənzilin eyvanın pəncərəsinin dəmir barmaqlıqların açıq olmasından, habelə mənzilin pəncərəsinin açıq olmasından istifadə edərək yaşayış evinə daxil olmuşdur.Evin içərisində gəzişərək evin hamam hissəsindən 01 ədəd 50-100 litrlik elektrik su qızdırıcısını, 1 ədəd duş və 1 ədəd güzügünü, mətbəx hissəsindən isə 10 ədəd saxsı nəlbəki və 1 ədəd stəkan dəstini, 1 ədəd qaz sobasını götürüb, evə girdiyi yerdən də çıxmışdır. O, daha Sonra həmin əşyaları evdən çıxarıb, darvazanın qarşısna yığmışdır. Səhəri gün təxminən saat 11-12 radələrində də həmin əşylardan dəmir su qızdırıcısını, 1 ədəd duşu və 1 ədəd güzgünü hissə-hissə əlində daşıyaraq Pirşağı qəsəbəsinin ərazisində tanımadığı dəmir yığan şəxsə 50 manata, digər əşyaları, yəni nəlbəki və stəkan dəstini də Pirşağı qəsəbəsində tanımadığı şəxsə 20 manata satmışdır. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. M əhkəm ə Azər baycan Respublikası nı n Cinayət Pr osessual M əcəlləsinin 124. 2- ci m addəsinin t ələbinə uyğun olar aq aşağı dakı lar ı sübut növü kim i qəbul et m işdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, onun Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağlar massivində yerləşən 2 mərtəbəli fərdi yaşayış evi vardır. Həmin evdə daimi yaşayış yoxdur, həmin ev bağ evi kimi istifadə edilir. O, 08 noyabr 2021-ci il tarixdə fərdi yaşayış evinin həyətinə daxil olduqda, pəncərənin qırıldığını görüb şübhələnərək mənzilə baxış keçirməyə başlamış, evə daxil olduqda zal otağındakı dolabda yerləşən 3 ədəd hər ədədinin qiyməti 100 manat olan, ümumillikdə 300 manat qiyməti olan «Bagema» markalı serviz dəstinin qırıldığını aşkar etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi Bağlar massivində yerləşən nömrəsiz evdə, qızı G.T.Hüseynova ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, ara-sıra fərdi qaydada aşpazlıq sənəti ilə məşğul olur. Onun evi 1 mərtəbəli, daşdan inşa edilmişdir, 4 otaqlıdır və 2 hamam otağından ibarətdir. Onun yaşadığı ev təmirlidir, ətrafına 1 metr hündürlüyündə daş hasar hörülmüşdür. İlqar onun qonşusudur, əvvəllər aramda hər hansı ədavət və narazılıq olmamışdır. Təqsirləndirilən şəxs isə onun bacısının əri Arifin qardaşıdır, onunla da aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. 11 avqust 2021-ci il tarixdə qızı Günel ilə birlikdə işləmək üçün Türkiyə Cumhurriyətinə getmiş, evə nəzarət etmək üçün qonşusu İlqara və yeznəsi Arifə tapşırmışdır. O və qızı bir müddət Türkiyədə qaldıqdan sonra 05 fevral 2022-ci il tarixdə qızı ilə birlikdə Azərbaycan Respublikasına qayıtmış, 18 fevral 2022-ci il tarixdə yaşadığı mənzilə gələn zaman, mənzilin pəncərəsinin açıq olduğunu görmüş, mənzilə daxil olan zaman evin mətbəxt otağından 140 AZN dəyərində 40, onlardan 1 qutu «Plate» markalı, 15 qutu «Kaveh» markalı və 4 qutu isə «Friut Plate» markalı nəlbəki dəsti, 100 AZN dəyərində 2 ədəd meyvə qabları, 600 AZN dəyərində 2 ədəd yerli istehsal olan 2x3 ölçülərində təzə xalçaları, içərisində hər birinin dəyəri 10 manat olan 6 ədəd stəkan olan 15 qutu «Glass» markalıstəkan dəsti və 1 ədəd 50 manat dəyərində şüşə çaydandan ibarət 200 AZN dəyərində qab-qacaq dəstləri, 50 AZN dəyərində kondisioneri, 50 AZN dəyərində 38 metr uzunluğunda aliminium işıq naqili, 200 AZN dəyərində 2 ədəd nej materialından hazırlanmış 2 ədəd samovarları, 1 ədəd 30 AZN dəyərində elektrikli çaydan, 1 ədəd 40 AZN dəyərində «Supermax» markalı krosno aparatı oğurlanmışdır. Eləcə də yataq otağından 1 ədəd markasını bilmədiyi təxminən 30 AZN dəyərində saçqurudan fenini oğurlandığını görmüşdür. O, qonşusu İlqarı həyətinə çağırıb, mənzilin içərisində oğurlanan əşyalar barədə soruşduqda, İlqar evin içərisindən oğurlanan əşyaları isə Arifin qardaşı Rizvanın oğurladığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən bağ evi özünə məxsusdur, həmin bağ evində yay fəsli xaric olmaqla daimi yaşayış yoxdur, lakin 2-3 həftədən bir bağa gedirmişlər. 2021-ci ildə o və ailə üzvləri Covid-19 virusuna yoluxduğu üçün bir müddət bağa gedə bilməmişlər. 20 fevral 2022-ci il tarixdə qonşusu Anjela ona zəng edərək, bağ evlərindən oğurluq olduğunu bildirmişdir. O, dərhal bağ evinə gələrək polisə məlumat vermiş, Bağ evinə çatdıqda müəyyən olunmuşdur ki, evin giriş hissəsində olan pəncərənin dəmir barmaqlığı sındırılıb və pəncərə açıq vəziyyətdədir. Evə daxil olduqda müəyyən olunmuşdur ki, girişdən dərhal sağ tərəfdə yerləşən hamam otağından 1 ədəd 500 manat dəyərindəki «Ariston» firmasına məxsus 100 litrlik elektrikli su qızdırıcısı, 1 ədəd 150 manat dəyərindəki gümüş güzgü, 1 ədəd 50 manat dəyərindəki duş dəsti oğurlanmışdır. Eləcə də evə ümumi baxış keçirəndə müəyyən olundu ki, mətbəx otağından da bəzi əşyalar oğurlanıb. Belə ki, mətbəxdə olmalı olan 1 ədəd 50 manat dəyərindəki dəmir materialdan hazırlanmış çaynik, 1 ədəd 200 manat dəyərində olan mis samovar, 6 ədəd hər birinin qiyməti 20 manat olan plastik materialdan hazırlanmış cəmi 120 manat dəyərindəki stullar, 1 ədəd 150 manat dəyərindəki «Brest» markalı 4 gözlü qaz sobası və 150 manat dəyərində hər biri 6 ədəd stəkən və 6 ədəd nəlbəki olan 2 dəst stəkan-nəlbəki dəsti oğurlanmışdır. Daha sonra evin həyətinə daxil olduqdan giriş qapsında sağ tərəfində yerləşən yardımçı tikilinin içərisində baxdıqda oradan da istifadə olunmamış 1 ədəd 1500 manat dəyərində olan 32 KW-lıq «Fondital» markalı isitmə təzhizatı aparatı ( kombi), 1 ədəd 50 manat dəyərində «Bosh» markalı drel, 200 manat dəyərində tikinti-təmir alətləri ( 3 ədəd dəmir çəkic, kəlbətin, 2 ədəd lapatka lapatka, lom, 2 ədəd mişar) oğurlanmışdır. Həmçinin evin giriş darvazasından evin içərisinə qədər çəkilən 150 metr uzunluğunda 1 metrəsinin qiyməti 2 manatdan olan cəmi 450 manat dəyərindəki «Kablo» firmasına məxsus Türkiyə istehsalı 2 xətli elektrik naqili kəsilərək aparılmışdır.Polis əməkdaşları hadisə yerinə baxış keçirtmiş, əl-barmaq izləri götürmüşlər.Növbəti gün polis əməkdaşları ona zəng edərək oğurluqda bir nəfər şəxsin şübhəli kimi saxlanıldığını, həmin şəxsin hadisə yerinə gətiriləcəyini bildiriləndə, o bağ evinə gəlmiş, onun evindən oğurluq edən şəxsin qonşuluqdan tanıdığı Rizvan adlı şəxsin olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi Bağlar massivində yerləşən özünə məxsus fərdi yaşayış evində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs1 onun qonşudur, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. X3 ilə birlikdə 2021-ci iln noyabr ayının əvvələrində Türkiyə Cumhurriyətinə gedən zaman, ona yaşadıqları mənzilə nəzarət etməyi istəmişlər, o isə Anjelanın fikri ilə razılaşmışdır. O, 2021-ci ilin noyabr ayının əvvəllərində Anjelanın evinin həyətindən səs gəldiyini eşitmiş, o mobil telefonunu götürərək polisə zəng etmək istəsə də, evdə yaşayış olmadığından pişiyin qab-qacaqları dağıtdiyini fikirləşərək zəng etmək fikrindən daşınmışdır.O, daha sonra Anjelanın evinə tərəf gəldikdə, Rizvanı görmüş, onun orada nə iş gördüyünü soruşduqda, Rizvan burada işi olduğunu bildirmişdir. O Rizvanı gördükdə onun əlində heç bir əşyanı görməmişdir, daha sonra Rizvam sağollaşaraq oradan uzaqlaşmışdır. 18 fevral 2022-ci il tarixdə Anjelina evinə qayıtmış və onu evinə çağıraraq, evininin içərisindən qab qaçaqlarını, kondisionerinin, 2 ədəd xalçalının, 4 qutu nəlbəkilərinin, 2 ədəd samovarının, saçqurudan feni, elektriklə işləyən çaydanını, krosno aparatının oğurladığını demiş, o isə onun evinin həyətində 2021-ci ilin noyabr ayının əvvəllərində Rizvanı gördüyünü bildirirək və ola bilsin ki oradan həmin əşyaları Rizvanın oğurladığını demişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Rizvan onun doğma qardaşıdır, Anjelina isə onun baldızıdır. Anjelinanın evi onun yaşadığı evdən təxminən 1 km məsafədədir. Anjelina qızı Günel ilə birlikdə Türkiyə Cümhuriyyətinə işləməyə gedən zaman, evə nəzarət etməyi ona və qonşusu İlqara tapşırmışdır. O, tez-tez Anjelinanın evinə gedərək çöldən nəzarət etmiş, lakin sonradan işlədiyi üçün evə nəzarət edə bilməmişdir. O, 2022-ci ilin fevral ayının 10da Qazaxstan Respublikasına getmiş, orada olan zaman Anjela ilə telefonla danışarkən, Anjela ona demişdir ki, ona məxsus evdən qardaşı Rizvan onun evinə daxil olaraq oradan 140 AZN dəyərində 40 qutu nəlbəki, 100 AZN dəyərində 2 ədəd meyvə qablarının, 600 AZN dəyərində 2 ədəd yerli istehsal 2x3 ölçülərində təzə xalçalarının, 200 AZN qabqacaqları, 50 AZN dəyərində kondisioneri, 50 AZN dəyərində 38 metr uzunluğunda aliminium işıq naqili, 200 AZN dəyərində 2 ədəd nej materialından hazırlanmış 2 ədəd samovarları, 1 ədəd 30 AZN dəyərində elektrikli çaydan, 1 ədəd 40 AZN dəyərində «Supermax» markalı krosno aparatı, saçqurudan fenn oğurlanmışdır. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Məhkəmə Eksperizası Mərkəztinin 9/2218 saylı, 29 aprel 2022-ci il tarixli məhkəmə əmtəşünaslıq «ərzaq və sənaye mallarının əmtəəşünaslıq» ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 2 adda malların 2021-ci ilin oktyabr-dekabr aylarında olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 68.00 manat müəyyən olunur. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Digər qərarın təsviri hissəsində göstərilən 01 ədəd istifadədə olmuş, üzərində ləkələr və alt hissəsində çat olan şüşə çaydan istifadəyə yararsız vəziyyətdə olduğu üçün qiymətsiz müəyyən edildi. Tədqiqata təqdim edilməyən 15 ədəd hissələrə bölünmüş cəmi 20 metr uzunluğunda, 5 santimetr diametri oln dəmir armaturların qalınlığı, istismar müddəti haqqında məlumat olmadığından həmin maddi sübutlar üzrə qiymətləndirilmə aparılmadı. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ-i tərəfindən doldurulmuş 09 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 iyul 2004-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib, şərti maliyyə vahidinin 4.000 misli qədər cərimə olunmuşdur. Azərbaycan Respublikasının Milli Məcləsinin 08 may 2007-ci il tarixli amnistiya qərarının 1.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə, onların barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Cinayət işinin materiallarında olan 22 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, səh.119). Cinayət işinin materiallarında olan 24 fevral 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 01, səh.,157). Cinayət işinin materiallarında olan 24 fevral 2022-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Prokurorunun vəsatətin müdafiə olunmasından imtina olunması barədə 24 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmişdir (cild 01,səh.174). Cinayət işinin materiallarında olan 17 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 02, səh.,110). Cinayət işinin materiallarında olan 22 noyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, səh. 241). Cinayət işinin materiallarında olan 24 noyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 02, səh.,4). Cinayət işinin materiallarında olan 24 noyabr 2021-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Prokurorunun vəsatətin müdafiə olunmasından imtina olunması barədə 24 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmişdir (cild 02, səh.22). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)610/2022 saylı, 16 avqust 2022ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində «həbs» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2022-ci il tarixdə Sabunçu RPİ-in əməkdaşları tərəfindən tutularaq, 30 sentyabr 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, məhkəmədən yayınmasını, dəymiş ziyanı ödəməməsini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «28» sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 22 noyabr 2021-ci il tarixdən, 24 noyabr 2021-ci il tarixə kimi, 22 fevral 2022-ci il tarixdən 24 fevral 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 04 (dörd) gün müddət nəzərə alınmalıdır. 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). 1 ədəd «Plate» yazısı olan, Çexiya istehsalı olan nəlbəki dəsti, qutusunun üzərində «Fruit Plate» yazısı olan 6 ədəd nəlbəkidən ibarət 1 qutu nəlbəki dəsti, alt hissəsində «Kaveh» yazısı olan 6 ədəd şüşə nəlbəkinlərdən ibarət qutusunun üzərində «Glass» yazısı olan, Rusiya istehsallı, 6 ədəd stəkanlardan ibarət 1 qutu stəkan dəsti və 1 ədəd şüşə çaydan iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş məhkəmənin qanuni hökmü qüvvəyə minənədək qorunub saxlanılması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən «03» (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 22 noyabr 2021-ci il tarixdən, 24 noyabr 2021-ci il tarixə kimi, 22 fevral 2022-ci il tarixdən 24 fevral 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı «04» (dörd) gün müddət nəzərə alınsın və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həmin müddət təyin olunmuş cəzadan çıxılsın, Təqsirləndirilən şəxs üzərində «02» (iki) il, «11» (on bir) ay, «26» (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «28» sentyabr 2022-ci il tarixdən hesablansın. 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). 1 ədəd «Plate» yazısı olan, Çexiya istehsalı olan nəlbəki dəsti, qutusunun üzərində «Fruit Plate» yazısı olan 6 ədəd nəlbəkidən ibarət 1 qutu nəlbəki dəsti, alt hissəsində «Kaveh» yazısı olan 6 ədəd şüşə nəlbəkinlərdən ibarət qutusunun üzərində «Glass» yazısı olan, Rusiya istehsallı, 6 ədəd stəkanlardan ibarət 1 qutu stəkan dəsti və 1 ədəd şüşə çaydan iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş məhkəmənin qanuni hökmü qüvvəyə minənədək qorunub saxlanılması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar