Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-87/2024 24.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Məşədi Adil küçəsi ev 23-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxsna ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd bükümdə təmiz çəkisi - 1,974 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və 17 iyul 2023-cü il tarixdə saat 15:30 dəqiqədə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Məşədi Adil küçəsində yolun kənarında olan zaman Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb, həmin polis bölməsinə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi - 1,974 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ittiham edilmişdir. Lakin məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, ittiham aktında yazılan heç bir şey düz deyil, hadisə günü o, evdə yatmışdır, polis əməkdaşları səhər saat 11-də evinə girmişlər. Yuxudan duran kimi görmüşdür ki, polislər başının üzərindədir. Həmin vaxtı anasıda evə gəlmişdir, yoldaşı mağazaya getmişdir, yoldaşı gələndə bu vəziyyəti görmüşdür, yuxudan alt paltarında durmuş, onu polis əməkdaşları aparmaq istəmişilər, qoluna qandal vurmuşlar, elə vəziyyətdə geyinmişdir. Onlardan biri əməliyyatçı Asif olmuşdur, 4 nəfər olmuşlar, bölməyə çatan kimi onu döymüşlər, barəsində həbs seçilərkən məhkəmə iclasında döyüldüyünü demiş, bədənində olan xəsarətləri hakimə göstərmişdir, o metamfetamin istifadə etməmiş, narkotik vasitə heroin istifadə etmişdir. Təzyiq göstərdiklərindən istintaq zamanı etirafedici ifadə vermişdir. Bundan əvvəl tutularkən də eyni şəxslər onu tutmuşdur. O, üzərinə şəxsi axtarış keçirilərkən vəkilindən imtina etməmişdir. İttiham aktında elə yazılmışdır, o, elə ərizə yazmamışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, onu evindən tutub aparmışlar, evinə girmişdilər, anası da hasardan onları görüb dallarınca evə gəlmişdir. Qonşulardan mağazadan adamlar onun evdən aparılmasını görmüşlər, əynini geyinmiş, 04 nəfər gəlmişdir. 2-ni tanımışdır. Qardaşı ilə bir həyətdə qalır, səhər saat 11-ə işləmiş Niva ilə gəlmişdirlər. Onu maşının arxasında otuzdurmuşlar, qardaşıda çıxıb polis əməkdaşları ilə söhbət etmişdir, onu Emin adlı polis əməkdaşı aparmışdır. Prokurorluğa özü şikayət etməmiş, anası şikayət etmişdir, barəsində həbs seçilərkən xəsarətlərini hakimə göstərmişdir, hakimə döyülməsi ilə bağlı şikayət etdiyindən prokurorluğa şikayət etməmişdir. Polis əməkdaşları onu apararkən mülki geyimdə olmuşlar. Gedərkən 2 telefonu olmuş, polis əməkdaşları onlarıda özləri ilə aparmışlar, indiyə kimi həmin telefonları qaytarmamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, 17 iyul 2023-cü il tarixdə ona daxil olmuş məlumat əsasında Xəqani ilə birlikdə əməliyyat qrupu yaradaraq Kürdəxanıya yollanmışlar, Təqsirləndirilən şəxs Kürdəxanıda küçədə saxlayaraq bölməyə dəvət etmişlər, sağ yan cibindən maddəni çıxarıb özü təqdim etmişdir, ona hər hansı bir təzyiq olunmamışdır, haradan əldə etdiyini soruşduqda Balaxanıdan 15 manata aldığını bildirmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs X7 küçəsində saxlamışlar, üzərinə baxış keçirilmişdir, bundan əvvəl Səbuhi məhkum olunmuşdur, əvvəlki məhkumluğu zamanıda Səbuhini o tutmuşdur. Onu saxlayarkən, üzərində axtarış aparılarkən bədənində hər hansı xəsarət aşkar olunmamışdır. Gözlə görünən xəsarəti olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hazırki cinayət işi ilə bağlı Təqsirləndirilən şəxs tanıyır, onu Kürdəxanıda saxlayaraq bölməyə gətirmişlər, onu evinin yaxınlığında saxlamışlar, saat təxminən 3-5 arası olmuşdur, onun evini tanımır, lakin bilmişdir ki, Kürdəxanıda qalır. Səbuhini saxlayarkən 2 nəfər olmuşlar, onunla birlikdə Asif olmuşdur, mülki geyimdə olmuşdur. 15-ci polis bölməsinə aparmışlar, təhqiqatçının yanında özü etiraf etmiş, maddəni təqdim etmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərində telefon olmamışdır, üzərində paltar olaraq nə geyinməsi yadında qalmamışdır, əməliyyyat məlumatı əsasında onu saxlamışlar, daxil olmuş məlumat narkotik vasitənin istifadə və satışı ilə bağlı olmuşdur, Səbuhi həmin maddəni Balaxanıdan 15 manata aldığını bildirmiş, şəxsən özü üzərinə baxış keçirtmiş, başqa qadağan edilmiş əşya aşkar edilməmişdir. Ona hər hansı xəsarət yetirilməmişdir, üzərinə baxış keçirilərkən hər hansı xəsarət olmamışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur, onun 2 oğlu bir həyətdə qalır, səhər saatlarında nəvəsi ona demişdir ki hasardan kimlərsə həyətə düşmüşlər, o da Səbuhinin yaşadığı evə gəlmişdir, soruşmuşdur ki, kimsiz?, görmüşdür ki, Səbuhini yataqdan qaldırıblar, ona demişdir ki, “Asifəm məni tanımırsız?”, Səbuhinin əllərini bağlayıb, yarı paltarla aparmışlar. O Səbuhinin geyinməsi üçün paltar vermişdir, yoldaşı gələndə artıq onu aparırdılar. Bilmişdir ki, Səbuhi narkotik istifadə edir. Nəvəsinin 16 yaşı var, 4 nəfərin hasardan tullanmağını o görüb demişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, kənd adamı kimi Səbuhini tanıyır, həmin günü onların məhəlləsindən keçib həkimə gedəndə görmüşdür ki, Səbuhigilin hasarından adamlar tullanır, təxminən səhər idi, günorta vaxtı idi, saatı dəqiq xatırlamır, özü ayrı məhəllədə yaşayır, Verilmiş suallara cavab olaraq göstərmişdir ki, həkimə tək getmişdir, yay ayları olmuşdur, qapıda maşın var idi, hasardan 3-4 nəfərin düşməyini görmüşdür, Səbuhigilin yaşadığı evin qapısı açıq yaşıl rəngdədir, üzbəüz mağaza var orada, məhəllədən adamları tanısada yaxından tanışlığı yoxdur, sonradan eşitmişdir ki, Səbuhini tutmuşlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 18 iyul 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (i.v. 01); şübhəli şəxsin tutulması haqqında 17 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:00 radələrində Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin inzibati binasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.19); şəxsi axtarış və götürmə aparılması haqqında 17 iyul 2023-cü il tarixli qərardan görünür ki, CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır(i.v.27); şəxsi axtarış və götürmə aparılması haqqında 17 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə olan maddəni könüllü olaraq xidməti otaqda olan masanın üzərinə qoydu. Bundan sonra onun üzərində şəxsi axtarış aparılsa da Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olması müəyyən olunmadı. Aşkar edilmiş maddə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 161 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış saat 17:15 dəqiqədə başlanmış, 17:30-da başa çatmışdır. (i.v.29-30); Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/3869 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №161” dairəvi möhür əksləri olan, “Saxlanılan şəxs: “imza" Təqsirləndirilən şəxs ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,974 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/3869 saylı rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut kimi qiymətləndirilmişdir(i.v.38-41); Əşyanın maddi sübut hesab edilməsi haqqında 18 iyul 2023-cü il tarixli qərardan görünür ki, İstintaq zamanı götürülmüş Təqsirləndirilən şəxs məxsus bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə olan təmiz çəkisi 1,974 qram miqdarında psixotrop maddə metamfetamin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmişdir. Metamfetaminin 0,050 qramı ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 1,924 qramı “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 № 69” mətninə malik ştampla möhürlənmiş vəziyyətdə saxlanılması üçün Bakı şəhəri Sabunçu rayon polis idarəsinin maddi sübutların saxlanılma otağına təhvil verilməsi qərara alınmışdır (i.v.54-55); Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(008)-570/2023-cü il tarixli qərarından çıxarışdan və qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi üzrə əvvəli 17 iyul 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbs qətimkna tədbiri seçilərkən Təqsirləndirilən şəxs törədilmiş cinayətdə özünü təqsirli bilməyərək polis bölməsində döyüldüyünü, ifadəsinin təzyiq altında alındığını bildirərək barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir(i.v.77-78); DVD diskə baxış keçirilməsi haqqında 25 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşlarının müşayiəti ilə Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsinin təhqiqatçısı, polis mayoru X5 xidməti otağına daxil olmuşlar. X9 Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılıb 15-ci polis bölməsinə gətirildiyini, üzərində video çəkilişlə, müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Şəxsi axtarışda iştirak etmiş Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsinin əməliyyat müvəkkili, polis leytenantı oğlu və Şahid2 özlərini təqdim etmişdir. Sonra X9 Təqsirləndirilən şəxs üzərində olan qanunla dövriyyəsi qadağan edilmiş əşyaları çıxarıb təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Baş əməliyyat müvəkkili Şahid1 bükümü açmış və içərisində kristallik formada psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu görünmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs maddəni Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 15 manat pulun müqabilində öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxsun üzərindən hər hansı bir maddə, əşya aşkar edilməmişdir. X9 içərisində metamfetaminə bənzər maddənin olduğu bir ədəd bükümü ağ rəngli bir ədəd kağız zərfə qoymuş, möhürləmiş, iştirakçılar zərfin üzərini imzalamışlar (i.v.82); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay 19 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01 il sınaq müddəti ilə şərti hesab edilərək azad olunmuşdur. 13 iyun 2019-cu il tarixdə Təqsirləndirilən şəxs cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs Sabunçu rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli qərarı ilə 21 sentyabr 2021-ci il tarixli hökm dəyişdirilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 il 06 aya endirilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 4, 9.2.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzası 06 ay azaldılaraq üzərində 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 21 may 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v.95-97); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsinin xx.xx.2023-cü il tarixli 6636 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.102-103); Sübutların qiymətləndirilməsi haqqında 14 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının video çəkilişi özündə əks etdirən bir ədəd DVD disk maddi sübut hesab edilmiş və cinayət işinin materiallaına əlavə edilmişdir (i.v.105-112); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin hakimi Anar Rzayev tərəfindən Sabunçu rayon prokurorluğuna ünvanlanmış 19 iyul 2023-cü il tarixli 4(008)-570/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılarkən, məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən döyülərək, ifadəsinin təzyiqlər altında alındığını bildirərək bu halların araşdırılmasını xahiş etdiyini göstərmiş, yuxarıda qeyd olunanlara əsasən məhkəmə prosesində cinayət haqqında verilmiş məlumatların yoxlanılaraq nəticəsi barədə Bakı şəhəri Sabunçu rayon məhkəməsinə məlumat verilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 19 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılmasını əks etdirən videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən döyülərək, ifadəsinin təzyiqlər altında alındığını bildirir, qolunda və ayağında olan xəsarətləri məhkəmə iclas zalında hakimə nümayiş etdirir. Bakı şəhəri Sabunçu məhkəməsinin xx.xx.2023-cü il tarixli Bakı şəhəri Sabunçu rayon prokuroruna ünvanlanmış məktubundan görünür ki, Təqsirləndirilən şəxs döyülməsi faktının araşdırılmasının nəticəsi və qəbul edilmiş qərarın surətinin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli 3-16-17/38/2-8181/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı sol budun yuxarı 1/3-nin arxa-bayır səthinin yumşaq toxumalarının əziyi müşahidə edilmişdir. Xəsarəti həbs olunan zaman aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən bir ədəd diskə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, diskin içərisində bir ədəd fayl vardır, həmin fayl xx.xx.2023-cü il tarixə, saat 4:16-da(yəni saat 16:16) qeydə alınmışdır. Təqsirləndirilən şəxs iki nəfər polis əməkdaşları ilə birgə təhqiqatçının otağına daxil olur, təhqiqatçı özünü təqdim etdikdən sonra ona hüquqlarını izah edir, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibində olan bir ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə olan maddəni könüllü olaraq xidməti otaqda olan masanın üzərinə qoyur. Həmin maddənin haradan alınması soruşulduqda Balaxanıdan tanımadığı şəxsdən aldığını bildirir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 noyabr 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması ilə bağlı rayon prokurorluğunda araşdırılan 667-C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərarın təsviri hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin Sabunçu rayın şöbəsinin 2610 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ Sabunçu rayon şöbəsinin 2610 nömrəli 01 noyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət aşkar edilmədi, Təqsirləndirilən şəxs adına BİT-in TSH-də tərtib edilmiş tibbi sənəddə qeyd olunan “Sol budun yuxarı 1/3-nin arxa-bayır səthinin yumşaq toxumalarının əziyi diaqnozu xəsarətin obyektiv əlamətləri(qançır, sıyrıq, yara, hematoma və s.) ilə əsaslandırılmadığından göstərilən diaqnozu məhkəmə-tibbi qiymətləndirmək mümkün deyildir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham şəxsi axtarış və götürmə aparılması haqqında protokola, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə əsaslandığından və bu protokolun qanuniliyi mötəbər sübutlarla təkzib edildiyindən, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələri arasında ziddiyyətlər olduğundan həmin ittiham əsaslı hesab edilə bilməz. İlkin olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ittiham aktına əlavə edilmiş və istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin təqsirini sübut edən faktlar kimi istifadə edilmiş ibtidai istintaq dövründə verilmiş ifadələrlə bağlı məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, hadisə günü o, evdə yatmışdır, polis əməkdaşları səhər saat 11-də evinə girmişlər. Yuxudan duran kimi görmüşdür ki, polislər başının üzərindədir. Həmin vaxtı anasıda evə gəlmişdir, yoldaşı mağazaya getmişdir, gələndə bu vəziyyəti görmüşdür, yuxudan alt paltarında durmuş, onu polis əməkdaşları aparmaq istəmişilər, qoluna qandal vurmuşlar, elə vəziyyətdə geyinmişdir. Onlardan biri əməliyyatçı Asif olmuşdur, 4 nəfər olmuşlar, bölməyə çatan kimi onu döymüşlər, barəsində həbs seçilərkən məhkəmə iclasında döyüldüyünü demiş, bədənində olan xəsarətləri hakimə göstərmişdir, o metamfetamin istifadə etməmiş, narkotik vasitə heroin istifadə etmişdir. Təzyiq göstərdiklərindən istintaq zamanı etirafedici ifadə vermişdir. Bundan əvvəl tutularkən də eyni şəxslər onu tutmuşdur. O, üzərinə şəxsi axtarış keçirilərkən vəkilindən imtina etməmişdir. İttiham aktında elə yazılmışdır, o, elə ərizə yazmamışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, onu evindən tutub aparmışlar, evinə girmişdilər, anası da hasardan onları görüb dallarınca evə gəlmişdir. Qonşulardan mağazadan adamlar onun evdən aparılmasını görmüşlər, əynini geyinmiş, 04 nəfər gəlmişdir. 2-ni tanımışdır. Qardaşı ilə bir həyətdə qalır, səhər saat 11-ə işləmiş Niva ilə gəlmişdirlər. Onu maşının arxasında otuzdurmuşlar, qardaşıda çıxıb polis əməkdaşları ilə söhbət etmişdir, onu Emin adlı polis əməkdaşı aparmışdır. Prokurorluğa özü şikayət etməmiş, anası şikayət etmişdir, barəsində həbs seçilərkən xəsarətlərini hakimə göstərmişdir, hakimə döyülməsi ilə bağlı şikayət etdiyindən prokurorluğa şikayət etməmişdir. Polis əməkdaşları onu apararkən mülki geyimdə olmuşlar. Gedərkən 2 telefonu olmuş, polis əməkdaşları onlarıda özləri ilə aparmışlar, indiyə kimi həmin telefonları qaytarmamışlar. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsində göstərilən xüsusatların araşdırılması üçün Bakı şəhəri Sabunçu rayon məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasının videogörüntüsünə baxış keçirmiş, baxış zamanı müəyyən edlmişdir ki, Təqsirləndirilən şəxs sədrlik edən hakimə Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən döyülərək, ifadəsinin təzyiqlər altında alındığını bildirir, qolunda və ayağında olan xəsarətləri məhkəmə iclas zalında hakimə nümayiş etdirr. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin hakimi Anar Rzayev tərəfindən Sabunçu rayon prokurorluğuna ünvanlanmış 19 iyul 2023-cü il tarixli 4(008)-570/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılarkən, məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən döyülərək, ifadəsinin təzyiqlər altında alınmışdır, bu halların araşdırılmasını xahiş etdiyini göstərmiş, yuxarıda qeyd olunanlara əsasən məhkəmə prosesində cinayət haqqında verilmiş məlumatların yoxlanılaraq nəticəsi barədə Bakı şəhəri Sabunçu rayon məhkəməsinə məlumat verilməsini xahiş etmişdir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatların araşdırılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğu ünvanlamış, Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli 3-16-17/38/2-8181/2023 saylı həmin sorğuya cavab məktubundan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs müayinə zamanı sol budun yuxarı 1/3-nin arxabayır səthinin yumşaq toxumalarının əziyi müşahidə edilmişdir. Xəsarəti həbs olunan zaman aldığını bildirmişdir. Məhkəmə bu faktla bağlı 17 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon prokurorluğuna məktub ünvanlayaraq Təqsirləndirilən şəxs döyülməsi faktının araşdırılmasının nəticəsi və qəbul edilmiş qərarın surətinin məhkəməyə təqdim edilməsini xahiş etmişdir. Sabunçu rayon prokurorluğu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 noyabr 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması ilə bağlı rayon prokurorluğunda araşdırılan 667- C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərarın təsviri hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin Sabunçu rayın şöbəsinin 2610 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ Sabunçu rayon şöbəsinin 2610 nömrəli 01 noyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət aşkar edilmədi, Təqsirləndirilən şəxs adına BİT-in TSH-də tərtib edilmiş tibbi sənəddə qeyd olunan “Sol budun yuxarı 1/3-nin arxa-bayır səthinin yumşaq toxumalarının əziyi diaqnozu xəsarətin obyektiv əlamətləri(qançır, sıyrıq, yara, hematoma və s.) ilə əsaslandırılmadığından göstərilən diaqnozu məhkəmə-tibbi qiymətləndirmək mümkün deyildir. Xəsarətlər üzrə araşdırmanın vaxtına aparılmaması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” qərarında qeyd etmişdir ki, döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüşməyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətini dövlət orqanlarının nəzərinə təqdim etmək imkanında olmamışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2003-cü il oktyabrın 22-də, ərizəçinin vəkili tibbi müayinənin keçirilməsi barədə vəsatəti qaldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə baxılmamışdır, çünki beş gündən sonra tibbi müayinənin keçirilmədiyi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlanma yerlərində işgəncə qurbanı xarici aləmdən təcrid edildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Məhkəmə-tibb ekspertizası rəyinin vaxtında təmin edilməməsi hazırkı işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keçirilmiş tibbi müayinə məhkəmə-tibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs döyülməsi faktı ilə bağlı araşdırma aparılarkən prokuror köməkçisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ Sabunçu rayon şöbəsinin 2610 nömrəli 01 noyabr 2023-cü il tarixli ekspert rəyinə istinad etsə də, Təqsirləndirilən şəxs 17 iyul 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə gətirildikdə tanımadığı polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmiş, həmin vaxtdan 04 aya yaxın müddət keçdikdən sonra ekspertizaya göndərilmişdir ki, uzun müddət keçdikdən sonra onda xəsarətlərin aşkar edilməməsi inandırıcı və realdır və bu hal birmənalı şəkildə 04 ay öncə şəxsə xəsarət yetirilmədiyinə və onun yalan söyləməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Hətta bu hal istintaq orqanında və ya məhkəmədə şübhə yaranmasına səbəb olsa belə, həmin şübhə məhz təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs döyülməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda tam və hərtərəfli araşdırma aparılmamış, onun izahatındakı xüsusatlar görməzdən gəlinməklə sadəcə polis əməkdaşlarının eyni məzmunlu köçürülmüş izahatlarına və 04 aya yaxın müddət keçdikdən sonra keçirilmiş və ekspert qarşısında hazırki günə Təqsirləndirilən şəxs üzərində xəsarətlərin olub-olmamasına dair qoyulmuş suallar əsasında verilmiş ekspert rəyinə əsaslanmaqla onun izahatındakı xüsusatların tamamilə təkzib edildiyi qənaətinə gəlinmişdir ki, bu da aparılan araşdırılmanın formal və səthi aparılmasının göstəricisidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər.Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 19 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi zamanı döyülməsi faktının araşdırılması üçün Sabunçu rayon prokurorluğuna məlumat göndərilsə də, nədənsə icraatımda olan hazırki cinayət işinin məhkəmə istintaqı zamanı Sabunçu rayon prokurorluğuna 17 noyabr 2023-cü il tarixdə araşdırmanın nəticəsi barədə məlumat verilməsi ilə bağlı məktub göndərildikdən sonra 30 noyabr 2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir ki, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisi məhkəmə araşdırmasının getdiyini nəzərə alaraq həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verməmişdir. Məhkəmə Bakı İstintaq Təcridxanasına daxil olarkən Təqsirləndirilən şəxs xəsarətlərin olmasının real və inandırıcı olması qənaətinə gələrkən yalnız təqsirləndirilən şəxsin ifadəsinə deyil, məhkəmə istintaqı zamanı mübahisəsiz qaydada müəyyən edilmiş hallara istinad edir və həmin hallarla əlaqəli şəkildə sübutları tədqiq edərkən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrəində səmimi olması qənaətinə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur, onun 2 oğlu bir həyətdə qalır, səhər saatlarında nəvəsi ona demişdir ki hasardan kimlərsə həyətə düşmüşlər, o da Səbuhinin yaşadığı evə gəlmişdir, soruşmuşdur ki, kimsiz?, görmüşdür ki, Səbuhini yataqdan qaldırıblar, ona demişdir ki, “Asifəm məni tanımırsız?”, Səbuhinin əllərini bağlayıb, yarı paltarla aparmışlar. O Səbuhinin geyinməsi üçün paltar vermişdir, yoldaşı gələndə artıq onu aparırdılar. Eyni zamanda məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, kənd adamı kimi Səbuhini tanıyır, həmin günü onların məhəlləsindən keçib həkimə gedəndə görmüşdür ki, Səbuhigilin hasarından adamlar tullanır, təxminən səhər - günorta vaxtı idi, saatı dəqiq xatırlamır, özü ayrı məhəllədə yaşayır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, həkimə tək getmişdir, yay ayları olmuşdur, qapıda maşın var idi, hasardan 3-4 nəfərin düşməyini görmüşdür, Səbuhigilin yaşadığı evin qapısı açıq yaşıl rəngdədir, üzbəüz mağaza var orada, məhəllədən adamları tanısada yaxından tanışlığı yoxdur, sonradan eşitmişdir ki, Səbuhini tutmuşlar. Məhkəmə istintaq orqanının digər sübut kimi təqdim etdiyi şəxsi axtarış və götürmə aparılması haqqında 17 iyul 2023-cü il tarixli protokoluna münasibətdə qeyd edir ki, həmin protokoldan müəyyən edilmişdir ki, şəxsi axtarış saat 17:15 dəqiqədə başlanmış, 17:30da başa çatmışdır. Lakin, məhkəmə istintaqı zamanı şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən bir ədəd diskə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, diskin içərisində bir ədəd fayl vardır, həmin fayl xx.xx.2023-cü il tarixə, saat 4:16-da(yəni 16:16) qeydə alınmışdır. Göründüyü kimi, şəxsi axtarış və götürmə protokolunda qeyd edilən istintaq hərəkətinin başlanma saatı 17:15 kimi qeyd edilmiş, həmin istintaq hərəkətinin video görüntüsü əks edilmiş diskə baxış zamanı isə videogörüntünün saat 04:16-da (yəni 16:16) qeydə alındığı müəyyən edilmişdir ki, bu da Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi tutulduğu qeyd edilən saatdan daha tez, yəni saat 12 radələrinə onun bölməyə gətirilməsinin doğruluğuna dəlalət edir. Eyni zamanda, şəxsi axtarış və götürmə aparılması haqqında 17 iyul 2023-cü il tarixli protokolda göstərilmişdir ki, “...Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə olan maddəni könüllü olaraq xidməti otaqda olan masanın üzərinə qoydu. Bundan sonra onun üzərində şəxsi axtarış aparılsa da Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olması müəyyən olunmadı. Eyni zamanda iş materiallarında olan DVD diskə baxış keçirilməsi haqqında 25 iyul 2023-cü il tarixli protokoldan görünür ki, ...Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Baş əməliyyat müvəkkili Şahid1 bükümü açmış və içərisində kristallik formada psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu görünmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs maddəni Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 15 manat pulun müqabilində öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxsun üzərindən hər hansı bir maddə, əşya aşkar edilməmişdir. X9 içərisində metamfetaminə bənzər maddənin olduğu bir ədəd bükümü ağ rəngli bir ədəd kağız zərfə qoymuş, möhürləmiş, iştirakçılar zərfin üzərini imzalamışlar. Lakin, məhkəmə istintaqı zamanı şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirildiyi video görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməmişdir. Eyni zamanda, videogörüntüdən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs həmin maddəni 15 manat müqabilində əldə etməsini bildirməmişdir. Göründüyü kimi videogörüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 17 iyul 2023-cü il tarixli protokola və DVD diskə baxış keçirilməsi haqqında 25 iyul 2023-cü il tarixli protokola uyğunsuzluq təşkil etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi ilə bağlı qərar qəbul edildikdən sonra, videoçəkiliş vasitəsilə üzərinə axtarış keçirilərkən Təqsirləndirilən şəxs özü könüllü olaraq psixotrop maddə metamfetamini təqdim etdikdən sonra üzərində qanunla qadağan olunmuş hər hansı digər əşya və predmetin olub-olmamasını müəyyən etmək üçün onun üzərinə axtarış keçirilməməsi onun ifadəsində göstərdiyi kimi, psixotrop maddə olan metamfetaminin onun üzərinə “atılması” ehtimalına əsas verir. Əks halda əməliyyat məlumatı əsasında saxlanılmış şübhəli şəxsin üzərində qanunla qadağan edilmiş hər hansı digər əşya və predmetin( o cümlədən əlavə bükümün) olub-olmaması təhqiqat orqanı tərəfindən yoxlanılardı. Həmçini təqsirləndirilən şəxs ifadəsində üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən müdafiəçidən imtina etmədiyini bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iş materiallarında olan şübhəli şəxsə müdafiəçi təyin edilməsi barədə 17 iyul 2023-cü il tarixli qərardasn və şübhəli şəxsə müdafiəçinin təqdim edilməsi barədə protokoldan görünür ki, Bakı şəhəri 7 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 şübhəli şəxsin hüquqlarının müdafiəsi üçün ona təqdim edilmiş, saat 16:00-da tərtib edilmiş protokola şübhəli şəxs və müdafiəçi həmin tarixdə imzalamaqla tanış olmuş, lakin bir neçə dəqiqə sonra şübhəli şəxsin üzərinə axtarış keçirilməsi və götürməsi zamanı müdafiəçi həmin istintaq hərəkətinin aparılmasında iştirak etməmişdir. Şəxsi axtarış və götürmə aparılmasından sonra Təqsirləndirilən şəxs ifadəsi alınmış, həmin ifadədə müdafiəçinin imzası da olmaqla iştirak etdiyi öz əksini tapmışdır. Bununlada belə qənaətə gəlinir ki, sanki müdafiəçi 17 iyul 2023-cü il tarixdə şübhəli şəxsin tutulması barədə protokol və şəxsi axtarış və axtarış və götürülmə aparılması haqqında qərarla tanış olmaq üçün gəlmişdir. Bütün istintaq hərəkətlərinə dair tərtib olunmuş protokollarda müdafiəçinin imzası olduğu halda, videoçəkilişlə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkətinin müdafiəçinin iştirakı olmadan keçirilməsini “şübhəli şəxsin xahiş etməsi” ağlabatan deyildir. Beləliklə məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti qanunvericiliyin tələbinə riayət edilmədən aparılmış, şəxsi axtarış və götürmə haqqında protokol cinayət prosesi prinsiplərinin və şərtlərinin pozulması ilə tərtib edildiyindən və protokolda göstərilən hallar yuxarıda qeyd edilən məhkəmə istintaqı zamanı obyektiv sübutlarla inkar edildiyindən, həmin protokol əsasında aparılan sonrakı istintaq hərəkətlərinin Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən sübutedici qüvvəsi inkar olunur. Məhkəmə sübut kimi təqdim edilən Şahid1 və Şahid2 ifadələri ilə bağlı qeyd edir ki, şahid qismində dindirilmiş polis əməkdaşları ibtidai istintaq dövründə və məhkəmə istintaqı zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs könüllü olaraq psixotrop maddə olan metamfetamini təqdim etdikdən sonra üzərinə baxış keçirildiyini, dövriyyəsi qadağan edilmiş hər hansı əşya və maddə aşkar edilmədiyini bildirmişlər. Eyni zamanda şahid qismində dindirilmiş polis əməkdaşları verdikləri ifadələrində Səbuhi Adıgözəlovun üzərinə baxış keçirilərkən həmin maddəni 15 manata aldığını bildirməsini göstərsələr də, video görüntüyə baxış zamanı belə bir ifadəni deməsi müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı Şahid1 və Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələrini eynilə təkrarlaması və video görüntüyə baxış zamanı onların ifadəsində göstərdiyi xüsusatların (Təqsirləndirilən şəxs bükümü təqdim etdikdən sonra üzərinə axtaşı keçirməsi və həmin maddəni 15 manata əldə etməsi ilə bağlı) öz təsdiqini tapmaması, həmin ifadələrin işin həqiqi halları ilə uzlaşmaması müəyyən edilmişdir ki, bu da iş materiallarında olan şahid ifadələrinin həqiqəti əks etdirməməsinin göstəricisi olmaqla şahid ifadələrinin sübut əhəmiyyəti olmayan sübut kimi qiymətləndirilərək sübutlar siyahısından çıxarılması üçün əsasdır. İbtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilən məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/3869 saylı rəyinə münasibətdə məhkəmə qeyd edir ki, həmin rəy təqdim edilmiş maddənin növünü, çəkisini müəyyən edən sübut olsada, göstərilən ekspert rəyi həmin maddənin kimə məxsus olmasını, kimin üzərindən aşkar edilməsini təsdiq edən sübut növü deyildir. İttiham aktında istinad edilən digər sübut növü kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsinin xx.xx.2023-cü il tarixli 6636 nömrəli rəylə bağlı məhkəmə qeyd edir ki, CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti şəxsin narkotik vasitə istifadəçisi və narkomaniya xəstəliyindən əzab çəkməsinə görə deyil, onun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımasına görə yaranırki, bu da təqsirləndirilən şəxsin CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş dispozitiv əlamətlər olmadan sadəcə narkomaniya xəstəliyindən əziyyət çəkməsinə görə həmin maddə ilə təqsirli olmasını istisna edir. Beləliklə, göründüyü kimi ibtidai istintaq orqanının təqsirləndirilən şəxsin təqsirli olması ilə bağlı istinad etdiyi sübutlar məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla işin həqiqi halları ilə təkzib olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşıması ilə razılaşmır və hesab edir ki, təqsiləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi sübuta yetirilmir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit sedilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X10 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı ( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə, hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə onun təqsirliliyini təsdiq edən nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, əksinə şəxsin təqsirsizliyinə dair işin halları yuxarıdakılardan ibarətdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir; 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə iclas zalında azzad edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs bəraət verildiyindən, cinayət işi üzrə məhkəmə xərci – keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 65( altmış beş) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman psixotrop maddə olan metamfetaminin aşkar edilməsi məhkəmə prosesində təsdiqini tapmasa da, iş üzrə maddi sübut kimi keçən, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,924 qram psixotrop maddə metamfetaminin kim tərəfindən, haradan, nə məqsədlə əldə edilib saxlanması faktı müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, maddi sübut – psixotrop maddənin bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan psixotrop maddənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün hökm qanuni qüvvəyə mindikdən sonra zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, maddi sübut kimi saxlanılan 1,924 qram psixotrop maddə- metamfetamin isə aparılan araşdırma sona çatanadək Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc otağında saxlanılmalıdır. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 42, 344-358 və 384cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin, dərhal məhkəmə iclas zalında azad edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd kağız paketdə qablaşdırılmış bir ədəd zərfdə bir ədəd bükümdə olan 0,050 qramı ekspertiza tədqiqatına sərf edilmiş 1,974 qramdan qalmış 1,924 qram miqdarında psixotrop maddə - metamfetamin həmin psixotrop maddənin qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxslər müəyən olunandək Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc otağında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin psixotrop maddənin kim tərəfindən, haradan, nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə müvafiq materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-87/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-87/2024
24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver