Məhkəmə qərarları › İş №1(008)-872/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-872/2022

04.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-872/2022 04.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, Zərərçəkmiş şəxs, müdafiəçi- Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1980-cı il tarixdə Laçın rayonu, Şəlvə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, Şuşa rayonu, Kiçik Qaladərəsi kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 30 sentyabr 2022-ci il tarixdə, gecə saat 23 radələrində yaşadıqları ünvan 1 ünvanın qonaq otağında arvadı Zərərçəkmiş şəxs ondan xəbərsiz saçını kəsdirməsinə irad bildirdiyi üçün aralarında şəxsi münasibətlər zəminində mübahisə zamanı saçından tutub yerə yıxaraq, yerdə olan zaman bir neçə dəfə yumruq, təpiklə baş və bədəninin müxtəlif nahiyələrindən qəsdən vurub ona sol təpə-gicgah və ənsə nahiyələrinin, sağ bazunun dərialtı hematomaları, alt dodağın selikli qişasına qansızma ilə müşayiət olunan alt dodağın, boyun və sol bazu nahiyələrinin qançırları, hər iki qulaq sırğalarının əzilmiş səthi yaraları ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə yaşadığı evdə olan zaman arvadı Zəhra evə gəlmişdir. Zəhra saçını ondan icazəsiz qısa formada kəsdirdiyi üçün buna iradını bildirdikdə, Zəhra cavab verib yaxşı etdiyini demişdir. Zəhranın cavab qaytarmasına görə aralarında sözlə mübahisə baş vermişdir. O, əsəbləşib Zəhranın saçından tutub yerə yıxmış, Zəhra yenə ona sözlərlə cavab qaytardığı üçün yumruqla bir neçə dəfə Zəhranın baş və bədəninin müxtəlif nahiyələrindən vuraraq döymüşdür. Sonra Zəhranın ondan icazəsiz öz saçını kəsib qısaltdığı üçün evdəki qayçı ilə Zəhranın saçının bir hissəsini kəsmişdir. Əməlindən səmimi peşmandır, hazırda Zərərçəkmiş şəxs ilə aralarında barışıq olmuş və zərərçəkmiş şəxsin ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınaraq barəsində olan cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, axşam saat 23 radələrində psixoloq təlimindən çıxıb yaşadığı ünvan 2 ünvanda yerləşən evinə gəlmişdir. Həmin vaxt əri Əhəd evdə olmuş və onu görən kimi saçının qısa olmasını irad bildirib bu mövzuda onunla mübahisə etməyə başlamışdır. Qonaq otağında olan zaman Əhəd əli ilə saçından tutub onu yerə yıxıb yerdə sürüməyə başlamışdır. Yerdə olan zaman Əhəd yumruqla bir neçə dəfə onun baş və bədəninin müxtəlif nahiyələrindən vuraraq onu döyməyə başlamışdır. Sonra evdə olan qayçını götürüb zorla onun saçının bir hissəsini kəsmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, ona qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 08 radələrində yaşadığı evdə olarkən bacısı Zərərçəkmiş şəxs ona “whatsapp” ani mesajlaşma tətbiqi ilə mesaj yazaraq həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü bildirmiş, bu barədə DİN-in 102 xidmətinə zəng etməyini, məlumat verməyini bildirmişdir. O, bacısının həyat yoldaşı tərəfindən döyülməsinin qarşısını almaq məqsədi ilə DİN-in 102 Zəng Xidməti Mərkəzinə zəng edərək bu barədə məlumat vermişdir. Lakin, o, hadisə zamanı bacısıgildə deyil, öz yaşadığı evində olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X2 Hüquqi şəxsin 03 oktyabr 2022-ci il tarixli, 2324 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər sol təpə-gicgah və ənsə nahiyələrinin, sağ bazunun dərialtı hematomaları, alt dodağın selikli qişasına qansızma ilə müşayiət olunan alt dodağın, boyun və sol bazu nahiyələrinin qançırları, hər iki qulaq sırğalarının əzilmiş səthi yaraları - bərk küt əşyanın (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan 30 sentyabr 2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (i.v.21-22). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 17 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 30 oktyabr 2006-cı il tarixli hökmü ilə AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 100 misli miqdarında cərimə cəzasına məhkum edilmişdir (i.v.54-55). Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmiş, ona qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, şahid ifadəsi, ekspert rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməlidir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar