Məhkəmə qərarları › İş №1(008)-873/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-873/2023

04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-873/2023 04.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1964-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada götürülmüş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, qanunsuz olaraq yivli ov silahını əldə edib, saxlayıb daşımış və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq yivli odlu silah hesab edilən bir ədəd nömrəsi silinmiş keçmiş SSRİ dövlətində “Tula” silah zavodunda zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı olan 5,6 mm kalibrli, “TOZ-8” modelli ov tüfəngini əldə edib daşıyaraq yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşən yaşadığı nömrəsiz fərdi yaşayış evində saxlayıb, daha sonra gəzdirmiş, bu barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Sabunçu RPİ- nin 15-ci PB-nin əməkdaşları tərəfindən 17 iyul 2023-cü il tarixdə saat 12:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşən nömrəsiz ünvanda küçədə Sabunçu RPl-nin 15-cİ PB-nin əməkdaşlan tərəfindən saxlanılıb Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasına aparılıb üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan qara rəngli polimer bükümdə olan, odlu silah hesab edilən keçmiş SSRİ dövlətində "Tula” silah zavodunda zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı olan 5,6 mm kalibrli, “TOZ-8” modelli ov tüfəngi aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun illər bundan əvvəl, gündüz saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən dəniz kənarında gəzən zaman zibillikdə qundağı taxtadan iülə hissəsi demirdən olan ov tüfəngi görmüşdür. O həmin ov tüfənginin pis adamların ələ keçməsinə ehtiyat edib onu gizlətmək qərarına gəlmiş və bu məqsədlə tapdığı ov tüfəngini Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşən yaşadığı evdə gizlətmişdir. Ov tüfəngini poüsə təhvil verməyə qorxduğu üçün gizlətməyi daha məqsədə uyğun bilmişdir. Maddi vəziyyətinin pis olması səbəbindən ov tüfəngini hər hansı bir şəxsə satmaq qərarına gəlmiş və 17 iyul tarixində ov tüfəngini qara rəngli sellofan torbaya bükərək yaşadığı evi tərk etmişdir. 17 iyul 2023-cü il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində piyada gedən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları olaraq təqdim edib ondan şəxsiyyətini təsdiq edən sənəd istəyib hərəkətlərindən şübhələnərək onu Sabunçu RPİ-nin 15-ci PB-nə dəvət etmişlər. PB-də olarkən ona hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmiş və ona vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyi barədə izah edildikdə o onunla apanlan hərkətlərdə vəkilin iştirak etməsindən imtina etmişdir ki, onun cinayət əməli ifşa edildiyi halda vəkil onu ürəkdən müdafiə edə bilsin. Bununla bağlı olaraq vəkilin iştirakı olmadan şəxsi axtarış aparılmasına etiraz etməməyi ilə bağlı ərizə vermişdir. Sabunçu RPİ-nin 15-ci PB-nin xidməti otaqlann birində polis əməkdaşları ona üzərində olan qanunla qadağan olunmuş əşya olduğu halda onlara təqdim etməsini təklif etdikdə o üzərində qanunsuz əşya olmadığını, 20 il bundan əvvəl tapdığı içərisində bir ədəd ov tüfəngi olan qara rəngli sellofan torbanı təqdim etmişdir. Aşkar olunmuş bir ədəd ov tüfəngi ekspertiza tədqiqatına təqdim olunması üçün polis əmekdaşlan tərəfindən videoçəkiliş aparılmaqla götürülüb qablaşdınlaraq möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşı X1 bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah ətdə etməsi və gizlətməsi barədə əməliyyat mətumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün bölmə rəisinin adına 17 iyul 2023-cü il tarixdə raport yazmışdır. Bölmə rəisininin razılığı ilə əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün və Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi və gizlətməsi barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə tərəfindən 17 İyul 2023-cü il tarixdə qərar verilməklə RPİ-nin əməkdaşından ibarət əməliyyat qrupası təşkil edilmişdir. Həmin sənədlər əsasında Sabunçu Rayon Polis İdarənin 15-ci PB-nin əməkdaşı Şahid2 ilə birlikdə 17 iyul 2023-cü il tarixdə saat 12 radələrində əməliyyat-axtanş tədbiri keçirərkən Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində qanunsuz olaraq odlu silah əldə etməsi və gizlətməsində şübhəli olan Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq Sabunçu RPİ-nin 15-ci polis bölməsinə gətirilmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs polis bölməsinə gətirilməsi barədə tərəfimdən raport tərtib olunmuşdur. Polis bölməsinə tərəflərindən qanunsuz olaraq odlu silah əldə etməsi və gizlətməsi şübhəli bilinən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs hüquqlannm müdafiəsi üçün təhqiqatçı tərəfindən vəkil təqdim edilmiş və ona vəkilin iştirakı ile üzərinə şəxsi axtarış keçiriləcəyi barədə izah edildikdə həmin vaxt Təqsirləndirilən şəxs onunla aparılan hərkətlərdə vəkilin iştirak etməsindən imtina edərək vəkilin iştirakı olmadan şəxsi axtarış apan İması na etiraz etməməyi ilə bağlı ərizə vermişdir. Sabunçu RPİ-nin 15-ci PB-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan olunmuş əşya olduğu halda təqdim etməsi təklif etdikdə Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olmadığını, 20 il bundan əwəl Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizkənarının yaxınlığından tapdığı bir ədəd ov tüfəngini Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşən, yaşadığı mənzildə gizlətməsini bildirmişdir. Təqsirləndirilən şəxs iştirakı ilə onun üzərindən aşkar olunmuş qara rəngli sellofan torbanın içərisindən bir ədəd ov tüfəngi aşkar olunmuşdur. Aşkar olunmuş bir ədəd ov tüfəngi ekspertiza tədqiqatına təqdim olunması üçün tərəflərindən videoçekiliş aparılmaqla götürülüb qablaşdırılaraq möhürlənmişdir. Şahid Sabunçu Rayon Polis İdarəsinin 15-ci PB-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 iyul 2023-cü il tarixli protokoldan görünür ki, təhqiqatçı Təqsirləndirilən şəxs masanın üzərində olan qara rəngli sellofan torbalara bükülmüş əşya barəsində sual verir. Təqsirləndirilən şəxs həmin əşyanın odlu silah tüfəng olduğunu, onu 20 il əvvəl Sabunçu rayonunda yerləşən, Pirşağı çimərliyinin yaxınlığından tapdığını tapdığı vaxtdan bu günə kimi tüfəngi evində saxladığını, ona xüsusi qulluq etdiyini və maddi vəziyyətinin pis olması səbəbindən silahı satmaq üçün 17 iyul 2023-cü il tarixində qara rəngli sellofan torbalara bükərək evdən çıxardığını bildirmişdir Təhqiqatçı masanın üzərində olan qara rəngli sellofan torbaya bükülmüş bükülünün açılmasını təklif etmişdir. Bundan sonra otaqda olan hər üç polis əməkdaşları tərəfindən bükülü açılır və təhqiqatçı tərəfindən ov tüfənginə baxış keçirilmişdir. Baxış zamanı bükülünün içərisində qundağı tünd qəhvəyi rəngdə, lülə hissəsi isə dəmirdən olan, üzərində darağı və patronlar olmayan, nömrəsi silinmiş ov tüfəngi olması müəyyən edilmişdir. Odlu silah olan ov tüfənginə baxış keçirildikdən sonra tüfəng polis əməkdaşları tərəfindən qara rəngli sellofan torbaya bükülmüş və təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülmüş ov tüfənginin ekspertiza tədqiqatına təqdim olunması dair məlumat verildikdən sonra ağ rəngli kağızda qeydlər aparılaraq imzalar atılaraq kağız möhürlənmişdir.(i.v. 37-39). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 17 iyul 2023-cü il tarixli, 23/554R saylı rəyindən görünür ki, təqdim olunmuş 01 ədəd Ne-si silinmiş silah keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş 5,6 mm kalibrli, TOZ-8 modelli ov tüfəngidir, odlu yivli silahdır. Həmin silah quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuşdur, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir (i.v.44-48). “Əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında” 19 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş yivli odlu silah hesab edilən bir ədəd nömrəsi silinmiş keçmiş SSRİ dövlətində “Tula” silah zavodunda zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı olan 5,6 mm kalibrli, “TOZ-8” modelli ov tüfəngi maddi sbüut hesab edilmiş və saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir (i.v.82). Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən verilmiş 25 avqust 2023-cü il tarixli, 49/2-21-209/9 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs inzibati xətaların qeydiyyatı sistemindən yoxlanılmış və mülkiyyətində ov silahının olmaması müəyyən edilmişdir (i.v.107). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə ballistik ekspertizasının 09 avqust 2023-cü il tarixli, 3-16-16/2-3/1136 saylı nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 5,6 mm kalibrli “TOZ-8” modelli silahın lüləsinin və çaxmağının üzərində zavod nömrə nişanları sonradan kustar üsulla kənar predmet vaistəsi ilə dərindən silindiyindən həmin sahələrdə əks olunan zavod nömrə nişanlarının ilkin mətnini müəyyən etmək mümkün olmamışdır (i.v.108-110). “Sübutların qiymətləndirilməsi haqqında” 04 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, onun üzərinə şəxsi axtarış və baxış keçirilməsini özündə əks etdirən 01 ədəd DVD diskin maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.112-117). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkətlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) sair kəsici deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan nizə, döyüş baltası və s., eləcə də zərbə-dağıdıcı təsirli əşyalar beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir (13-cü bənd). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 17 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 iyul 2023-cü il tarixdə, saat 12:00-dan tutulmuş hesab edilmişdir (i.v.22). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 4(008)-565/2023 saylı qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 17 iyul 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.73-77). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 25 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Məhkəməsinin 08 iyul 1996-cı il tarixli hökmünə əsasən AR CM-nin 88-1-ci maddəsi ilə əmlakı müsadirə olunmaqla 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 iyul 1999-cu il tarixli qərarı ilə cəzası 06 ilə endirilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 may 2004-cü il tarixli hökmünə əsasən AR CMnin234.1-ci maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 14 yanvar 2006-cı il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 iyun 2016-cı il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 fevral 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli hökmünə əsasən AR CM-nin 228.1-ci maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 23 noyabr 2021-ci il tarixdə AR Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir (i.v.92-94). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 1(008)-180/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v.95-101). “Amnistiya aktının tətbiq edilməsi barədə” 22 noyabr 2021-ci il tarixli qərarından görünür ki, “8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini (CM- 59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Milli Məclisinin amnistiya aktı tətbiq edilməklə cəzadan azad edilməsinə və bununla da ona Dövlət tərəfindən güzəşt edilməsinə baxmayaraq onun yenidən AR CM-nin eyni maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hal, cəzasını ağırlaşdıran halların olmadığı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı 17 iyul 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübutyivli odlu silah hesab edilən bir ədəd nömrəsi silinmiş keçmiş SSRİ dövlətində “Tula” silah zavodunda zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı olan 5,6 mm kalibrli, “TOZ-8” modelli ov tüfəngi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, iş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 17 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – yivli odlu silah hesab edilən bir ədəd nömrəsi silinmiş keçmiş SSRİ dövlətində “Tula” silah zavodunda zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı olan 5,6 mm kalibrli, “TOZ-8” modelli ov tüfəngi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Ekspertiza tədqiqatının dəyəri 64 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar