Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-878/2022 02.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Fərahim Balaş oğlu Dadiyevin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi –Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2006-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Sabunçu rayonu 155 saylı tam orta məktəbin 10B sinif şagirdi, işləməyən, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, özgənin əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tamah niyyəti ilə 09 avqust 2022- ci il tarixdə, saat 17:20-də ünvan 2 ünvanında yerləşən «Sərham» marketin yaxınlığında 28 avqust 2013-cü il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs məxsus 01 ədəd 180 manat dəyərində «Strim» markalı «2F800» modelli velosipedi sürüb qaytaracağını bildirib, velosipedi aldıqdan sonra Zərərçəkmiş şəxs yanında olan və velosipedi aparmaması üçün yanı ilə piyada hərəkət edən azyaşlı Şahid2 velosipedi qaytarması tələbinə məhəl qoymayaraq sonuncunun gözü qarşısında velosipedi sürüb oradan uzaqlaşmaqla özgənin əmlakını açıq talama yolu ilə ələ keçirib zərər çəkmiş Zərərçəkmiş şəxs 180 manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs AR CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09 avqust 2022-ci il tarixdə pula ehtiyacı olduğundan özgənin əmlakını ələ keçirib, sataraq asan yol ilə pul əldə etmək qərarına gəlmişdir. Həmin gün, saat 17-18 radələrində Bakı şəhəri Sabunçu rayonu Anaşkin küçəsində «Sərham» marketinin yaxınlığından keçərkən əvvəllər tanımadığı, heç bir münasibəti, ədavət və düşmənçiliyi olmadığı sonradan adlarını bildiyi Mustafa, Ömər, Yusif və Amilin bir kənarda oturub söhbət etdiklərini görüb onlara yaxınlaşıb özünü Orxan Quliyev kimi təqdim edib, onlarla münasibət yaradıb hər bir uşağın velosipedi olduğunu bilib Ömərə gedib evdən velosipedini gətirməsini, onu velosipedi olduğu yerə aparmasını, götürüb birlikdə velosiped sürməyi təklif etmişdir. Niyyəti Ömər ilə birlikdə uşaqlardan uzaqlaşıb sakit bir yerdə velosipedi ondan alıb ələ keçirmək olmuşdur. Ömər onların yanından aralanıb 2-3 dəqiqədən sonra geri qayıdaraq velosipedinin nasaz olduğunu, anası velosipedi evdən çıxarmasına icazə vermədiyini bildirmişdir. Ömər çıxıb getdikdən sonra o, Mustafaya da gedib evdən velosipedini götürüb gətirməsini, birlikdə velosiped sürməyi təklif etmişdir. Mustafa inanıb gedib evdən velosipedini götürüb bir müddətdən sonra qayıtdıqda Mustafadan sürmək üçün velosipedini istəmiş və söz vermişdir ki, 1 dəfə dairə vurub geri qaytaracaqdır. Lakin velosipedi qaytarmayıb açıqlıq sahəyə doğru, yəni insanların az olduğu yer istiqamətində getmişdir. Uşaqlardan təxminən 100-200 metr aralandıqda Mustafa, Amil, Ömər və Yusifin bunu görüb onun arxasınca gəldiklərini görmüşdür. Uşaqların ondan əl çəkməyəcəklərini hiss edib onları qorxutmaq qərarına gəlmişdir. Bu zaman özünü velosipedlə birlikdə yerə yıxmış və sol əlinin dirsək nahiyəsini cüzi zədələyib, onlara atasının polis rəisi olduğunu, atası bilsə ki, ona kimsə zor tətbiq edib həmin şəxsi və onun ailə üzvlərini həbs edəcəyini deyib, guya tərəflərindən qəsdən itələnib yerə yıxılması səhnəsini yaratmışdır. Daha sonra o, sol əlinin dirsək nahiyəsini göstərib əlini yumaq istədiyini deyib, təklif etmişdir ki, bir qədər kənarda su tapıb əlini yusun. Uşaqlar ona Ömərin yaxınlıqda yaşadığını deyib təklif etmişdirlər ki, gedib Ömərgildə əlini yusun. Lakin o, kənar şəxsin evinə getmək istəmədiyini bəhanə gətirib getməmişdir. Artıq uşaqların onun velosipedi ələ keçirmək niyyətində olduğunu hiss etdiyini görüb onlara «əgər mənə inanmırsınızsa Ömər mənimlə gəlsin» demişdir. Bundan sonra Mustafa, Amil və Yusif yerlərində dayanmışdırlar, Ömərlə o uşaqlardan aralanmağa başlamışdır. Təxminən 100 metr aralanıb uşaqların görünüş dairəsindən itdikdə və Ömərlə təklikdə olarkən onun etdiyi əməl barədə kiməsə desə onu öldürəcəyi ilə hədələyib velosipedə əyləşib oradan uzaqlaşmışdır. Velosipedi sürə-sürə Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi istiqamətinə getmiş, orada yerləşən evlərin birinin qapısını döyüb içməyə su istəmişdir. Qeyd olunan ünvanda yaşayan əvvəllər tanımadığı, heç bir münasibəti olmadığı bir kişi səsinə çıxıb ona içməyə su vermişdir. Həmin şəxsə anasının ağır xəstə olduğunu, müalicəsi üçün dərmanların alınması üçün pula ehtiyacı olduğunu, bu səbəbdən də velosipedi satmaq istədiyini bildirmişdir. Həmin şəxs həqiqətən velosipedin özünə məxsus olub-olmadığını soruşduqda o, yalandan velosipedin özünə məxsus olduğunu demişdir. Beləliklə velosipedin qiymətini 30 manata razılaşıb ona 30 manata satıb əldə etdiyi pulu öz ehtiyyaclarına xərcləmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, cinayət əməlini törədən zaman Şahid2, Şahid6, Zərərçəkmiş şəxs, Amil Bayramova fiziki zor tətbiq etməmiş, onlara xəsarət yetirməmişdir. Üzərində bıçaq və ya digər kəsici-deşici alət olmamış, bıçaqla heç kimi hədələməmişdir. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı dindirilmiş azyaşlı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 09 avqust 2022-ci il tarixdə, saat 17-18 radələrində qonşusu və dostluq münasibətində olduğu Ömər, Yusif və Amil ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsində «Sərham» marketin yaxınlığında oturub söhbət edərkən əvvəllər tanımadığı, heç bir münasibəti olmadığı, ilk dəfə 09 avqust 2022-ci il tarixdə gördüyü, özünü Orxan Quliyev kimi təqdim etmiş, istintaq zamanı əsl adını bildiyi Təqsirləndirilən şəxs onlara yaxınlaşıb, Ömərə «sən get evdən velosipedini götür gəl, məni apar mən də velosipedimi götürüm bir yerdə velosiped sürək» demişdir. Ömər onlardan aralanıb 2-3 dəqiqədən sonra geri qayıdıb velosipedinin nasaz olduğunu, anasının velosipedi evdən çıxartmağa icazə vermədiyini bildirmişdir. Sonradan Ömərdən eşidib bilmişdir ki, o, Maarifi tanımadığı üçün onun sözlərinə inanmayıb evə getməmiş, kənarda avtomobilin arxasında gizlənib, sonra geri qayıdıb Maarifə guya anasının icazə vermədiyini və velosipedin nasaz olduğunu demişdir. Ömər onlardan aralanıb gedən vaxtı Maarif ona da gedib evdən velosipedini götürüb gətirməsini, birlikdə velosiped sürməyi təklif etmişdir. İnanıb gedib evdən velosipedini götürüb qayıtmışdır. Qayıtdıqda Maarif ondan sürmək üçün velosipedini istəmiş və ona söz vermişdir ki, 1 dəfə dairə vurub geri qayataracaqdır. Lakin Maarif velosipedi qaytarmayıb açıqlıq sahəyə doğru, yəni insanların az olan yer istiqamətində onlardan təxminən 100-200 metr aralanmağa başlamışdır. Bunu görüb Maarifin arxasınca getdikdə, ani bir zamanda Maarif özünü velosipedlə birlikdə yerə yıxmış və sol əlinin dirsək nahiyəsini göstərib «Atam polis rəisidir əgər atam bilsə sizi və ailə üzvlərinizi həbs edər» deyib guya tərəflərindən qəsdən itələnib yerə yıxılması səhnəsini yaratmışdır. Daha sonra Maarif sol əlinin dirsək nahiyəsini göstərib cüzi sıyrıq olduğunu göstərib əlini yumaq istədiyini deyib, təklif etmişdir ki, bir qədər kənarda su tapıb əlini yusun. Ömər yaxınlıqda yaşadığı üçün Maarifə təklif etmişdir ki, gedib onun evində əlini yusun, lakin Maarif kənar şəxsin evinə getmək istəmədiyini demişdir. Artıq bundan sonra başa düşmüşdür ki, Maarif Ömərgilə getməməyi bəhanə etməklə, uzaqlaşıb velosipedi ələ keçirmək istəyir. Maarif də bunu hiss edib özünə inam yaratmaqdan ötrü «əgər mənə inanmırsınızsa Ömər mənimlə gəlsin» demişdir. Bundan sonra o, Amil və Yusif yerlərində dayanmışdırlar, Ömərlə Maarif isə aralanmağa başlamışdırlar. Maarif və Ömər onlardan təxminən 100 metr aralandıqdan sonra gözdən itmişdirlər. Təxminən 10-15 dəqiqə sonra Ömər qaçaraq onların yanına gəlib bildirmişdir ki, bəs Maarif onu velosipedlə qəsdən itələyib yerə yıxıb, sonra özü də velosipeddən düşüb ona yaxınlaşıb cibində olan bıçağın uc nahiyyəsini bir qədər cibindən çıxararaq göstərməklə etdiyi əməl barədə kiməsə desə onu və onun gətirdiyi şəxsləri öldürəcəyi ilə hədələyib velosipedə minib çıxıb getmişdir. Bundan sonra onlar Ömərgilin evi yaxın olduğu üçün Ömərin evinə gedib, hadisə barədə Ömərin anasına danışmışdırlar. Daha sonra o evə gedib atası ilə telefon vasitəsi ilə əlaqə saxlayıb baş vermiş hadisə barədə məlumat vermişdir. Atası da az bir müddətdən sonra evə gəlib hadisə barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışıq əldə edilmiş və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə şahid qismində dindirilmiş azyaşlı Şahid2 ifadəsində bildirmişdir ki, 09 avqust 2022-ci il tarixdə, saat 17-18 radələrində qonşusu və dostluq münasibətində olduğu Amil, Mustafa və qardaşı Yusif ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Anaşkin küçəsində «Sərham» marketin yaxınlığında oturub söhbət edərkən əvvəllər tanımadığı, heç bir münasibəti olmadığı, ilk dəfə həmin gün gördüyü, özünü Orxan Quliyev kimi təqdim etmiş, istintaq zamanı əsl adını bildiyi Təqsirləndirilən şəxs yaxınlaşıb ona bildirmişdir ki, «sən get evdən velosipedini götür gəl, məni apar mən də velosipedimi götürüm bir yerdə velosiped sürək». Maarifə inanmayıb onu tanımadığı üçün velosipedi vermək istəməyib uşaqlardan aralanıb kənarda dayanmış avtomobilin arxasında bir qədər gözləyib 2- 3 dəqiqədən sonra geri qayıdıb guya velosipedinin nasaz olduğunu, anasının velosipedi evdən çıxarmağa icazə vermədiyini bildirmişdir. Geri qayıdanda uşaqlardan eşidib bilmişdir ki, Maarif Mustafaya da gedib evdən velosipedini götürüb gətirməsini, birlikdə velosiped sürməyi təklif etdiyi üçün Mustafa inanıb evə getmişdir. Az sonra Mustafa evdən velosipedini götürüb qayıtmışdır. X1 sürmək üçün velosipedini istəmiş və söz vermişdir ki, 1 dəfə dairə vurub geri qayataracaqdır. Lakin Maarif velosipedi qaytarmayıb açıqlıq sahəyə, yəni insanların az olan yerə doğru, onlardan təxminən 100- 200 metr alanmağa başlamışdır. Bunu görüb Maarifin arxasınca getdikdə, ani bir zamanda Maarif özünü velosipedlə birlikdə yerə yıxmş və sol əlinin dirsək nahiyəsini göstərib «Atam polis rəisidir əgər atam bilsə sizi və ailə üzvlərinizi həbs edər» deyib guya tərəflərindən qəsdən itələnib yerə yıxılması səhnəsini yaratmışdır. Daha sonra Maarif sol əlinin dirsək nahiyəsini göstərib cüzi sıyrıq olduğunu əlini yumaq istədiyini deyib, təklif etmişdir ki, bir qədər kənarda su tapıb əlini yusun. Yaxınlıqda yaşadığı üçün Maarifə təklif etmişdir ki, gedib onun yaşadığı evin həyətində əlini yusun, lakin Maarif kənar şəxsin evinə getmək istəmədiyini demişdir. Artıq başa düşmüşdür ki, Maarif onlara getməməyi bəhanə etməklə, onlardan uzaqlaşıb velosipedi ələ keçirmək istəyir. Maarif də bunu hiss edib özünə inam yaratmaqdan ötrü «əgər mənə inanmırsınızsa Ömər mənimlə gəlsin» demişdir. Bundan sonra Mustafa, Amil və Yusif yerlərində dayanmışdırlar, Maarif ilə o uşaqlardan aralanmağa başlamışdırlar. Təxminən 100 metr aralanıb Mustafagilin onları görmədiyi bir sahəyə çıxmışdırlar. Orada Maarif velosipedi sürətlə sürüb ondan aralandığı üçün onun arxasınca qaçdıqda ayağı yerdə olan daş parçasına dəyib yerə yıxılmışdır. Ayağa qalxıb Maarifin arxasınca qaçıb ona çatdıqda Maarif velosipeddən düşüb şalvarının sağ yan cibindən bıçağın ucunu bir azca çıxararaq ona göstərmiş və etdiyi əməl barədə kiməsə desə onu və onun gətirdiyi şəxsləri öldürəcəyi ilə hədələyib velosipedə minib çıxıb getmişdir. Maarif gedən kimi o, dərhal qaçaraq uşaqların yanına qayıtmış və olanları danışmışdır. Sonra birlikdə onun yaşadığı evə gedib baş vermiş hadisə barədə anası Şahid3 danışmışdırlar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid bildirmişdir ki, Maarif cibində olan bıçağı tam çıxarmamışdır, onlar hələ Maarifi yeni göründə cibində nə olduğunu soruşduqda Maarif onlara cibində sadəcə alışqan olduğunu bildirmiş və çıxarıb onlara göstərmişdir. Lakin həmin vaxt onun cibində bıçağa bənzər də alət olmuş, lakin Maarif onu çıxarıb onlara göstərməmişdir. Sonradan Maarif əlini yumaq bəhanəsi ilə onunla digər uşaqlardan aralaşdıqdan sonra həmin cibində olan bıçağın sadəcə uc nahiyyəsini cibindən çıxarmaqla ona göstərərək öldürməklə hədələmişdir. Həmin əşyanın məhz bıçaq olmasını görməsə də, kəsici-deşici alət olmasına əmindir. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə şahid qismində dindirilmiş azyaşlı Şahid6 ifadəsində göstərmişdir ki, 09 avqust 2022-ci il tarixdə, saat 17-18 radələrində qonşusu və dostluq münasibətlərində olduğu Amil, Mustafa və qardaşı Ömər ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Anaşkin küçəsində «Sərham» marketin yaxınlığında oturub söhbət edərkən əvvəllər tanımadığı, heç bir münasibəti, ədavət və düşmənçiliyi olmadığı, özünü Orxan Quliyev kimi təqdim etmiş, istintaq zamanı əsl adını bildiyi Təqsirləndirilən şəxs onlara yaxınlaşıb, Ömərə «sən get evdən velosipedini götür gəl, məni apar mən də velosipedimi götürüm bir yerdə velosiped sürək» demişdir. Maarifin Ömərdə velospiden olub-olmamasından, onun Öməri hara aparmaq fikrində olması barədə məlumatı olmamış, Maarif də açıqlama verməmişdir, ömər onlardan aralanıb 2-3 dəqiqədən sonra geri qayıdaraq velosipedinin nasaz olduğunu, anasının velosipedi evdən çıxarmasına icazə vermədiyini bildirmişdir. Sonradan Ömərdən eşidib bilmişdir ki, o, Maarifi tanımadığı üçün onun sözlərinə inanmayıb evə getməmiş kənarda avtomobilin arxasında gizlənib, sonra geri qayıdıb Maarifə guya anasının icazə vermədiyini və velosipedin nasaz olduğunu demişdir. Ömər onların yanından aralanıb gedən vaxtı Maarif Mustafaya da gedib evdən velosipedini götürüb gətirməsini, birlikdə velosiped sürməyi təklif etmişdir. Mustafa da inanıb gedib evdən velosipedini götürüb qayıtmışdır. X1 sürmək üçün velosipedini istəmiş və söz vermişdir ki, 1 dəfə dairə vurub geri qayataracaqdır. Lakin Maarif velosipedi qaytarmayıb açıqlıq sahəyə doğru, yəni insanların az olduğu yerə, təxminən onlardan 100-200 metr alanmağa başlamışdır. Bunu görüb Maarifin arxasınca gedərkən, ani bir zamanda Maarif özünü velosipedlə birlikdə yerə yıxmış və sol əlinin dirsək nahiyəsini göstərib «Atam polis rəisidir əgər atam bilsə sizi və ailə üzvlərinizi həbs edər» deyib, guya tərəflərindən qəsdən itələnib yerə yıxılması səhnəsini yaratmışdır. Daha sonra Maarif sol əlinin dirsək nahiyəsində olan cüzi sıyrıq olduğunu göstərib əlini yumaq istədiyini deyib, təklif etmişdir ki, bir qədər kənarda su tapıb əlini yusun. Ona yaxınlıqda yaşadıqları üçün Maarifə təklif etmişdirlər ki, gedib onların evində əlini yusun, lakin Maarif kənar şəxsin evinə getmək istəmədiyini demişdir. Artıq Maarifin bu hərəkətlərindən sonra başa düşmüşdür ki, Maarif onlara getməməyi bəhanə etməklə, onlardan uzaqlaşıb velosipedi ələ keçirmək istəyir. Maarif də bunu hiss edib özünə inam yaratmaqdan ötrü «əgər mənə inanmırsınızsa Ömər mənimlə gəlsin» demişdir. Bundan sonra o, Amil və Mustafa yerlərində dayanmışdırlar, Ömərlə Maarif isə onlardan aralanmağa başlamışdırlar. Onlar təxminən 100 metr aralandıqdan sonra gözdən itmişdirlər. Təxminən 10-15 dəqiqə sonra Ömər qaçaraq onların yanına qayıdıb, Maarifin cibində olan bıçağın uc nahiyyəsini cibindən çıxararaq etdiyi əməl barədə kiməsə desə onu və üzərinə gətirəcək şəxsləri öldürəcəyi ilə hədələyib velosipedə minib çıxıb getdiyini demişdir. Bundan sonra onlar evlərinə gedib, hadisə barədə analarına danışmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 09 avqust 2022-ci il tarixdə, saat 18 radələrində işdə olarkən oğlu Zərərçəkmiş şəxs ona zəng edib saat 17 radələrində dostları ilə küçədə olarkən bir nəfər şəxsin onlara yaxınlaşıb sürmək adı ilə velosipedini istədiyi üçün velosipedini həmin şəxsə verdiyini, sonra həmin şəxs onu və yanında olmuş dostlarını bıçaqla hədələyib velosipedini əlindən alıb qaçıb getdiyini bildirmişdir. Dərhal bu barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edib məlumat vermiş və hadisədən tam məlumatlı olmadığı və həyəcanlı olduğu üçün qeyd olunan hadisənin 2-3 nəfər şəxs tərəfindən törədildiyini bildirmişdir. Bundan sonra yaşadığı evə gəlib oğlu Mustafa ilə söhbət edib hadisə barədə tam ətraflı soruşduqda Mustafa bildirmişdir ki, 09 avqust 2022-ci il tarixdə, saat 17-18 radələrində qonşuları və dostluq münasibətində olduğu Ömər, Yusif və Amil ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsində «Sərham» marketinin yaxınlığında oturub söhbət edərkən əvvəllər tanımadığı, heç bir münasibəti olmadığı, ilk dəfə 09 avqust 2022-ci il tarixdə gördüyü, özünü Orxan Quliyev kimi təqdim etmiş, istintaq zamanı əsl adını bildikləri Təqsirləndirilən şəxs onlara yaxınlaşıb, Ömərə «sən get evdən velosipedini götür gəl, məni apar mən də velosipedimi götürüm bir yerdə velosiped sürək» demişdir. Ömər aralanıb 2-3 dəqiqədən sonra geri qayıdaraq velosipedinin nasaz olduğunu, anası velosipedi evdən çıxarmağa icazə vermədiyini bildirmişdir. Ömər aralanıb gedən vaxtı Maarif ona da gedib evdən velosipedini götürüb gətirməyini, birlikdə velosiped sürməyi təklif etmişdir. Mustafa da inanıb gedib evdən velosipedini götürüb qayıtmışdır. Qayıtdıqda Maarif ondan sürmək üçün velosipedini istəmiş və ona söz vermişdir ki, 1 dəfə dairə vurub qayataracaqdır. Lakin Maarif velosipedi qaytarmayıb açıqlıq sahəyə, yəni insanların az olan yerə doğru, onlardan təxminən 100-200 metr alanmağa başlamışdır. Bunu görüb Maarifin arxasınca getmişdirlər. Ani bir zamanda Maarif özünü velosipedlə birlikdə yerə yıxmış və sol əlinin dirsək nahiyəsini göstərib «Atam polis rəisidir əgər atam bilsə sizi və ailə üzvlərinizi həbs edər» deyib guya tərəflərindən qəsdən itələnib yerə yıxılması səhnəsini yaratmışdır. Daha sonra Maarif sol əlinin dirsək nahiyəsini göstərib cüzi sıyrıq olduğunu əlini yumaq istədiyini deyib, təklif etmişdir ki, bir qədər kənarda su tapıb əlini yusun. Ömər yaxınlıqda yaşadığı üçün Maarifə təklif etmişdirlər ki, gedib Ömərgildə əlini yusun, lakin Maarif kənar şəxsin evinə getmək istəmədiyini demişdir. Artıq başa düşmüşdürlər ki, Maarif Ömərgilə getməməyi bəhanə etməklə, onlardan uzaqlaşıb velosipedi ələ keçirmək istəyir. Maarif də bunu hiss edib özünə inam yaratmaqdan ötrü «əgər mənə inanmırsınızsa Ömər mənimlə gəlsin» demişdir. Bundan sonra Mustafa, Amil və Yusif yerlərində dayanmışdırlar, Ömərlə Maarif isə onlardan aralanmışdırlar. Ömər ilə Maarif təxminən 100 metr aralanıb görünüş dairələrindən itmişdirlər. Təxminən 10-15 dəqiqə sonra Ömər qaçaraq onların yanına gəlib bildirmişdir ki, bəs Maarif onu velosipedlə qəsdən itələyib yerə yıxmış, sonra özü də velosipeddən düşüb Ömərə yaxınlaşıb cibində olan bıçağı göstərərək etdiyi əməl barədə kiməsə desə onu və onun gətirdiyi şəxsləri öldürəcəyi ilə hədələyib velosipedə minib çıxıb getmişdir. Onun verdiyi məlumat əsasında polis əməkdaşları araşdırma aparmış və Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilib tutulmuş, velosiped tapılmışdır. Velosipedin dəyəri 240 manat təşkil etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışıq əldə edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahid2 və Şahid6 onun doğma övladlarıdırlar. Əri Süleyman və övladları ilə birlikdə ünvan 3 ünvanında yaşayırlar. 09 avqust 2022-ci il tarixdə, saat 17-18 radələrində yaşadığı evdə olarkən Ömər, Yusif və onların dostluq münasibətlərində olduğu Mustafa birlikdə yaşadığı evə gəlib ona bildirmişdirlər ki, bir nəfər özünü Orxan Quliyev kimi təqdim etmiş oğlan birlikdə sürmək üçün Ömərə velosipedi gedib gətirməyi, sonra isə Mustafaya demiş, Ömər aralanıb az sonra velosipedsiz geri qayıdaraq guya tərəfindən velosipedin həyətə çıxarılmasına icazə verilmədiyini demiş, Mustafa isə velosipedini gətirdikdən sonra Orxan sürüb qaytaracağı adı ilə velosipedi Mustafadan götürüb sürərək onlardan aralanmış, Orxan qəsdən özünü velosipedlə birlikdə yerə yıxıb qolunda əmələ gəlmiş cüzi sıyrığı onlara göstərib, atası bilərsə onları və ailə üzvlərini həbs edəcəyi ilə hədələyib, guya onlar tərəfindən xəsarət yetirilməsi səhnəsini yaratmış, sonra Orxanın tələbi ilə yalnız Ömər onunla birlikdə əlini yumaq üçün digər uşaqlardan aralanmış, Ömərlə Orxan digər uşaqların görünüş dairəsindən itdikdən sonra Orxan üzərində olmuş bıçaqla Öməri hədələyib etdiyi əməl barəsində heç kimə deməməyi, əks təqdirdə ona və üzərinə gətirəcək şəxslərə pis olacağı ilə hədələyib çıxıb getmişdir. Velosipedinin ələ keçirildiyi üçün və ziyanın Mustafaya dəydiyini nəzərə alıb Mustafaya gedib hadisə barədə valideyinlərinə danışmasını, hüquq mühafizə orqanlarına bu barədə müraciət etmək lazım olacağını bildirmişdir. Bundan sonra Mustafa çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Oğlu Sabunçu rayonu 155 saylı tam orta məktəbin 10 B sinifində təhsil alır. X2 ilə nikahı qeyri rəsmi olduğundan, yəni nikahlarının bağlanması haqqında şəhadətnamə alınmadığından Maarifin soyadı doğum haqqında şəhadətnamədə anası Xalidə Abışovanın soyadı kimi, yəni Abışov qeyd olunmuşdur. 09 avqust 2022-ci il tarixdə, axşam saatlarında polis əməkdaşları gəlib oğlu Maarif barədə ondan sorğu-sual etdikdə eşidib bilmişdir ki, Maarif Mustafa adlı şəxsin velosipedini götürüb qaçırmaqla cinayət hadisəsi törətmişdir. Maarifdən ətraflı soruşduqda Maarif ona hazırda məhkəmə iclasında verdiyi ifadəsində göstərdiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 09 avqust 2022-ci il tarixdə, saat 18 radələrində yaşadığı ünvan 4 ünvanında olarkən bir nəfər əvvəllər tanımadığı, heç bir münasibəti, ədavət və düşmənçiliyi olmadığı, istintaq zamanı adını bildiyi Təqsirləndirilən şəxs evinin giriş qapısı önündə səsləyib bir stəkan su verməyini xahiş etmişdir. Həmin vaxtı Maarif yanında olmuş velosipedi göstərib satmaq istədiyini bildirmişdir. Ondan velosipedin ona məxsus olub-olmamasını maraqlandıqda Maarif anasının ağır xəstəlikdən əziyyət çəkdiyini, müalicəsi üçün dərmanlar almalı olduğunu, bu səbəbdən də pula ehtiyyacı olduğu üçün özünə məxsus velosipedi satmaq məcburiyyətində qaldığını və 30 manata satmaq istədiyini demişdir. Razılaşıb ona 30 manat verib velosipedi aldıqdan sonra Maarif çıxıb getmişdir. Sonradan polis əməkdaşları onun yaşadığı evə gəlib aldığı velosipedin Maarif tərəfindən cinayət yolu ilə ələ keçirildiyini bildirmişdir, o isə velosipedi istintaq orqanına təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Götürmə və baxış keçirilməsi haqqında” 11 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Şahid5 təqdim etdiyi 01 ədəd velosiped müstəntiq tərəfindən götürülmüşdür (i.v.75-76). “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 11 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 01 ədəd “Strim” yazısı olan iki təkərli velosipedi nəzərdə keçirib velosipedi rənginə, tutacağına, tutacağın üzərində olan siqnala, əyləc və sürətdəyişmə çarxlarına, təkərlərin ölçülərinə görə tanıyıb, velosipedin ona məxsus olduğunu, 09 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən hədə-qorxu gəlinməklə oğlunun əlindən alındığını bildirmişdir (i.v.77). “Yetkinlik yaşına çatmayan şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 11 avqust 2022-ci i tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, velosipedi apardığı yeri və şəraiti əyani şəkildə göstərmişdir (i.v 95-98). Şahid2 ilə Təqsirləndirilən şəxs üzləşdirilməsinə dair 12 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Şahid2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs isə onun dediklərini təsdiq etmişdir (i.v.115-117). “Məhkəmə-əmtəəşünaslıq ekspertizası”nın 09 sentyabr 2022-ci il tarixli, 9/5900 nömrəli rəyindən görünür ki, fotoşəkili ekspert tədqiqatına təqdim edilmiş 01 ədəd «Strim» markalı «2F800» modelli yeniyetmələr üçün nəzərdə tutulmuş velosipedin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 180,0 manat müəyyən edilir (i.v.141-143). “Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizaları”nın 23 avqust 2022-ci il tarixli, 2266 nömrəli rəyindən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməmiş, hazırda hər hansı psixi xəstəlik aşkar edilmir, Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, hərəkəti Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalı, hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Hazırki vəziyyəti onunla istintaq hərəkətləri aparılmasına imkan verir. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğun olmaqla norma daxilindədir. Eqosentrizm, məsuliyyətsizlik, nümayişkaranəlik, ətrafdakıların diqqətini öz üzərinə yönəltməyə meyillik, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, yalan danışmaq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və əqli inkişafı nəzərə alınmaqla, cinayət əməlini törədən zaman öz hərəkətlərinin xarakter və mənasını anlaya bilərdi. Cinayət əməlini törətməmişdən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra psixi- emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamış, əqli inkişafında gerilik əlamətləri aşkar olunmamışdır. Əqli və psixi inkişafı nəzərə alınmaqla, törətdiyi cinayət əməlinin mahiyyətini tam dərk etmək və davranışının mümkün nəticələrini proqnozlaşdırmaq qabiliyyətinə malikdir, fərdi-psixi xüsusiyyətlərinə görə özündən uydurmaqla yalan danışa bilər (i.v.144-148). “Sübutların qiymətləndirilməsi haqqında” 11 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 180.1-ci maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə ona yenidən ittiham elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, cinayət işi üzrə 01 ədəd “Strim” markalı, “2F800” modelli yeniyetmələr üçün nəzərdə tutulmuş velosiped maddi sübut qismində tanınmış və məhkəmənin hökmü qanuni qüvvəyə minənədək qorunub saxlanması üçün qanuni sahibinə qaytarılması qərara alınmışdır (i.v 161-171). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, müvafiq ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 3cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Həmin qərarın 7-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, müvafiq ekspert rəylərinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. CM-nin 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Yetkinlik yaşına çatmamış şəxslərə cəza təyin edərkən məhkəmə hər bir konkret halda yeniyetmələrin həyat və məişət şəraitini, yaşlı şəxslərin onun davranışına mənfi təsiri barədə məlumatları, psixi inkişaf səviyyəsini, şəxsiyyətinin digər xüsusiyyətlərini nəzərə almalıdır. Nəzərə almaq lazımdır ki, Cinayət Məcəlləsinin 52-1-ci maddəsi yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini istisna etmir, Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsi isə onlara bu cəzanın iki aydan iki ilədək müddətə təyin edilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarının 11-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeydolunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsinhəyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) dənəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayancəzanın tətbiq olunmasının mümkünlüyümüzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islahvə yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 10 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 avqust 2022-ci il tarixdə, saat 16:00-da tutulmuşdur (i.v.61). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 12 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən Bakı şəhəri Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal saxlandığı Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir (i.v.126-128). “Qətimkan tədbirinin seçilməsi haqqında” 12 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.129). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 18 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.136). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını (AR CM 59.2-ci), yetkinlik yaşına çatmadığını (AR CM 59.1.2), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini (AR CM 59.1.12), cinayət nəticəsində dəymiş zərərin aradan qaldırıldığını (AR CM 59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti aşkar surətdə azyaşlı şəxsə qarşı törətməsini (AR CM 61.1.7) onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs qismində tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Strim” markalı, “2F800” modelli yeniyetmələr üçün nəzərdə tutulmuş velosiped qanuni sahibində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM-132). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 19:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 avqust 2022-ci il tarixdən 12 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 19:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut – 01 ədəd “Strim” markalı, “2F800” modelli yeniyetmələr üçün nəzərdə tutulmuş velosiped qanuni sahibində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-878/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-878/2022
02.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver