Məhkəmə qərarları › İş №1(008)-879/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-879/2023

13.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-879/2023 13.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi C.Məmməduluzadə küçəsi ev 19-da qeydiyyatda olan və yaşayan, barəsində “həbs" qətimkan tədbiri seçilərək X8 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,387 qram, 0,355 qram, 0,183 qram, 0,222 qram və 0,336 qram, ümumi təmiz çəkisi - 1,483 qram olan ağ rəngli, kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və 18 iyun 2023-cü il tarixdə saat 03:50 dəqiqədə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi "Zabrat-Maştağa” avtomobil yolunun kənarında Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 14-cü polis bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb, həmin polis bölməsinə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan tünd göy rəngli idman gödəkcəsinin sol yan cibindən bir ədəd boz rəngli plastik qabın içərisindən beş ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,387 qram, 0,355 qram, 0,183 qram, 0,222 qram və 0,336 qram, ümumi təmiz çəkisi - 1,483 qram olan ağ rəngli, kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə ildir o, "patı” kimi tanıdığı psixotrop maddə metamfetamin istifadə etmişdir. O, istifadə etdiyi psixotrop maddə metamfetamini Bakı şəhəri ərazisində müxtəlif yerlərdən tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə o, tutulmamışdan bir gün əvvəl Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin, anket məlumatlarını bilmədiyi şəxsdən 120 manat pulun müqabilində istifadəsi üçün beş ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə metamfetamin almışdır. O, metamfetaminin bir qismini istifadə etmiş, qalan metamfetamin bükümlərini boz rəngli plastik qabın içərisinə qoyub sonra istifadə etmək üçün saxlamışdır. 18 iyun 2023-cü il tarixdə saat 03:50 dəqiqədə o, Bakı şəhəri Sabunçu rayonu “Zabrat-Maştağa" yolunun kənarında olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq Sabunçu rayon polis idarəsinin 14-cü polis bölməsinin əməkdaşları olduqlarını bildirmiş, ondan adını, soyadını soruşmuş və şəxsiyyətini təsdiq edən sənədi istəmişlər. Həmin vaxt onun üzərində heç bir sənəd olmadığından, üzərində psixotrop maddə metamfetamin olduğundan o, tez bir zamanda oradan yayınmağa çalışmış, lakin, polis əməkdaşları ona imkan verməmişlər. O, polis əməkdaşlarının onun üzərində psixotrop maddə olmasından məlumatının olduğunu başa düşmüşdür. Lakin, o, polis əməkdaşlarının onu sərbəst buraxması üçün özünü çox şübhəli aparmamışdır. Polis əməkdaşları onu sorğu-sual etmiş, bir qədər söhbet etdikdən sonra polis əməkdaşları ona üzərində narkotik vasitə və ya psixotrop maddə gəzdirməyindən və həmin maddələrdən istifadə etməyindən şübhələndiklərini demiş, birlikdə Sabunçu rayon polis idarəsinin 14-cü polis bölməsinə getməyi təklif etmişlər. O, səs-küy salmadan etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə 14-cü polis bölməsinə getmişdir. Polis bölməsində onun şəxsiyyəti barədə məlumatlar yoxlanılmış, sonra otaqların birində polis əməkdaşlarından biri ona qanunla dövriyyəsi qadağan edilmiş şübhəli bilinən əşya və predmetlərin saxlanılmasında, gəzdirməsində şübhəli bilindiyi üçün 14-cü polis bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıldığını və polis bölməsinə gətirildiyini bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı ona hüquq və vəzifələrini izah etmiş, dövlət hesabına təyin edilmiş müdafiəçini ona təqdim etmişdir. Sonra ona video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasının zəruriliyi bildirilmişdir. Həmin vaxt o, ərizə ilə müraciət edərək üzərində şəxsi axtarışın müdafiəçisinin iştirakı olmadan keçirilməsini bildirmişdir. Bundan sonra polis əməkdaşı ona üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan edilmiş əşya, predmet, maddə və başqa hansısa əşya olduğu halda təqdim etməyi xahiş etmişdir. O, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən əynində olan idman gödəkcəsinin sol yan cibindən bir ədəd plastik qabı çıxarıb içərisindəki beş ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamini masanın üzərinə qoymuşdur. O, aşkar edilmiş bükümlərdəki maddənin metamfetamin olduğunu, tutulmamışdan bir gün əvvəl Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 120 manata istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar edilmiş metamfetamin qablaşdırılaraq götürülmüşdür. Onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol oxunmuş, o, protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir.Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir təzyiq edilməmişdir. Əməlindən səmimi peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 14-cü polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləmişdir, 18 iyun 2023-cü il tarixdə saat 03:50 radələrində o, iş yoldaşı olan əməliyyat müvəkkili Şahid2la birlikdə Bakı şəhəri Sabunçu rayonu Zabrat səbəsində xidmətdə olmuşlar. Həmin vaxt onlar Maştağa-Zabrat şossesinin yaxınlığında yolun kənarındakı küçədə bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşmışlar. Onlar özünü təqdim edərək həmin şəxsdən kim olduğunu və harada yaşadığını soruşmuşlar. Həmin şəxs polis əməkdaşı olduqlarını görüb suala cavab verməmiş və yayınmaq üçün qaçmağa çalışmışdır. O, Şahid2la birlikdə həmin şəxsin narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olmasından, üzərində narkotik vasitə və ya psixotrop maddə olmasından şübhələnmişlər. Bu səbəbdən o, Elçinlə birlikdə həmin şəxsi saxlayıb 14-cü polis bölməsinin inzibati binasına apararaq xidmətdə olan təhqiqatçıya təhvil vermişlər. Yoxlama zamanı həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs polis bölməsinə aparmaqları ilə bağlı o, Elçinlə birlikdə raport yazmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini, vəkil tutmaq hüququnu izah etmişdir. Bundan sonra Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş və polis bölməsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs vəkilə etirazının olmadığını demişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində videoçəkiliş tətbiqi ilə şəxsi axtarış aparacağını demişdir. Təqsirləndirilən şəxs ərizə yazaraq şəxsi axtarışın müdafiəçisinin iştirakı olmadan keçirilməsini bildirmişdir. Vəkil heç bir etirazının olmadığını bildirib xidməti otağı tərk etmişdir. Bundan sonra təhqiqatçı xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarışda o və polis əməkdaşı Şahid2 iştirak etmişlər. Digər polis əməkdaşı isə “Samsung" markalı video kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə, əşya və predmet olduğu halda təqdim etməsini təklif etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman gödəkcəsinin sol yan cibindən bir ədəd boz rəngli plastik qab, sağ cibindən isə bir ədəd qara rəngli mobil telefon çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin qabın içərisindən isə beş ədəd şəffaf rəngli sellofan büküm aşkar edilmişdir. Təhqiqatçı bükümləri açmış ve içərisində kristallik formada psixotrop maddə metamfetaminə bənzər maddənin otduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs maddənin "patı" kimi tanıdığı metamfetamin olduğunu, metamfetamini bir gün əvvəl Balaxanı qəsəbəsində üzdən tanıdığını, lakin, adını bilmədiyi şəxsdən 120 manat pulun müqabilində öz istifadəsi üçün aldığını, metamfetamini satmaq məqsədinin olmadığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı bir maddə, əşya aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən içərisində metamfetaminə bənzər maddənin olduğu beş ədəd büküm həmin qabda ağ rəngli bir ədəd kağız zərfdə qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri imzalandıqdan sonra götürülmüşdür. Həmçinin, təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd mobil telefonu da bir ədəd zərfdə qablaşdırıb götürmüşdür. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin aparılmasına dair protokol tərtib etmiş, o və digər iştirakçılar həmin protokolu imzalamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 şahid qismində dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 18 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 03:50 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.14); şəxsi axtarış və götürmə aparılması haqqında 18 iyun 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 05:40 dəqiqədən saat 05:50 dəqiqəyədək olan müddət ərzində polis bölməsinin inzibati ərazisində xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə aparılmış, həmin istintaq hərəkəti “Samsung" markalı video kamera ilə video çəkilişlə qeydə alınmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman gödəkcəsinin sol yan cibindən bir ədəd boz rəngli plastik qab, sağ cibindən isə bir ədəd Samsung markalı mobil telefon çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin qabın içərisindən isə beş ədəd şəffaf rəngli sellofan büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs maddənin “patı" kimi tanıdığı metamfetamin olduğunu, metamfetamini 17 iyun 2023-cü il tarixdə Sabunçu rayonu Balaxanı qəsəbəsində üzdən tanıdığını şəxsdən 120 manat pulun müqabilində Öz istifadəsi üçün aldığını bildirmişdir. Həmin metamfetaminə bənzər maddə X3 tərəfindən bir ədəd ağ rəngli kağız zərfdə həmin qabda qablaşdırılmış, zərfin açıq yeri yapışdırılmış, “Zərflər üçün” 100 saylı möhürlə möhürlənmiş və götürülmüşür. Bununla da, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti başa çatmışdır(i.v.25-27); məhkəmə-kimyəvi 18 iyun 2023-cü il tarixli 6/3406 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində şübhəli şəxs : Təqsirləndirilən şəxs (imza) ..." sözləri yazılmış zərfdəki 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,387 qr., 0,355 qr., 0,183 qr., 0,222 qr., 0,336 qr., ümumi təmiz çəkisi 1,483 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 İyun tarixli Azərbaycan Respublikasının Qanunu iiə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin üm. təmiz çəkisi - 1,483 qr., tədqiqata sərf edildi - 0,050 qr., qalıq - 1,433 qr.(i.v.32-35); əşyanın maddi sübut hesab edilməsi haqqında 18 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd zərfdə qablaşdırılmış bir ədəd qabda beş ədəd bükümdə olan ümumi təmiz çəkisi 1,483 qram miqdarında psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş, metamfetaminin 0,050 qramı ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 1,433 qramı “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 N 67” mətninə malik ştampla möhürlənmiş vəziyyətdə saxlanılması üçün Bakı şəhəri Sabunçu rayon polis İdarəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir(i.v.48-49); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-493/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 18 iyun 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir(i.v.74-77); telefona baxış keçirilməsi haqqında 28 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı götürülmüş bir ədəd mobil telefona baxış keçirilmiş, onun narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir məlumat aşkar edilməmişdir(i.v.78); DVD diskə baxış keçirilməsi haqqında 24 iyul 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşlarının müşayiəti ilə Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 14-cü polis bölməsinin təhqiqatçısı, polis mayoru X1 xidməti otağına daxil olmuşlar. X3 Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılıb 14-cü polis bölməsinə gətirildiyini, üzərində video çəkilişlə şəxsi axtarış keçiriləcəyini bildirmiş, şəxsi axtarışda iştirak edən Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 14-cü polis bölməsinin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid1 və Şahid2 özlərini təqdim etmişdir. Sonra təhqiqatçı tərəindən Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb təqdim etməsi təklif edilimiş, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman gödəkcəsinin sol yan cibindən bir ədəd boz rəngli plastik qab, sağ cibindən isə bir ədəd qara rəngli mobil telefon çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin qabın içərisində beş ədəd şəffaf rəngli sellofan büküm aşkar edilmişdir. Təhqiqatçı bükümləri açmış və içərisində kristallik formada psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu görünmüşür. Sorğu zamanı Təqsirləndirilən şəxs maddəni Balaxanı qəsəbəsində üzdən tanıdığını şəxsdən 120 manat pulun müqabilində öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı bir maddə, əşya aşkar edilməmişdir. Təhqiqatçı içərisində metamfetaminə bənzər maddənin olduğu beş ədəd bükümü həmin qabda ağ rəngli bir ədəd kağız zərf qoymuş, möhürləmiş, iştirakçılar zərfin üzərini imzalamışdır. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd mobil telefonu bir ədəd zərfdə qablaşdırmışdır. Bununla da, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti başa çatmış, video çəkiliş 09 dəqiqə 21 saniyə müddətində davam edərək bitmişdir(i.v.86); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 07 sentyabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Qasımov X4 Ağır Cinayətlər Məhkəməsinin 08 avqust 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən hökm dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 iyul 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2021-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır(i.v.102-103); məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 5767 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.104-105); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış və götürmə aparılması zamanı video görüntüləri əks olunmuş DVD disk cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işinə əlavə edilmişdir(i.v.107-114); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 16 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 15 gün müddətinə uzadılmışdır. Məhkəmə iclasında bir ədəd “DVD” diskə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, şəxsi axtarış və götürmə aparılması haqqında 18 iyun 2023-cü il tarixli protokollara uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 1,483 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə – metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 avqust 2017-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 iyul 2019-cu il tarixli qərarı ilə az ağır cinayət əməlinə tövsif edilmiş, 12 mart 2021-ci il tarixdə vaxtından əvvəl şərti azad edilmiş, azad edildiyi vaxtdan iki il keçdikdən sonra hazırki cinayət əməlini törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixli hökmü üzrə məhkumluğu ödənildiyindən cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar (CM-59.2) və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli 18 iyun 2023-cü il tarixdən hesablanmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı(CM- 93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 01 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, 81 (səksən bir) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 18 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut- Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd zərfdə beş ədəd bükümdə 1,483 qram olan, tədqiqatdan sonra qalıq qalan 1,433 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 81(səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar